Tumgik
#oynayırlar
metbuat · 2 years
Text
FOTO
Məşhur boksçu Tayson Fyuri futbol klubu almağa hazırlaşır.  Metbuat.org “TalkSPORT”a istinadən xəbər verir ki, söhbət boksçunun yaşadığı şəhərin eyniadlı təmsilçisi və uşaqlıqdan azarkeşi olduğu “Morecambe” klubundan gedir. Adıçəkilən klub İngiltərənin üçüncü divizionunda çıxış edir. Tayson “TalkSport”a açıqlamasında artıq kluba maddi yardım etdiyini deyib: “Mən “Morecambe”ni almağı düşünürəm.…
Tumblr media
View On WordPress
0 notes
naf1la · 1 year
Text
Camahatın itinə pişiyinə baxıram nə qəşəng yola gedirlər,oynayırlar,bir yerdə yatırlar. Mənimkilər bir birinin ətin didir, aralarına girməsəm bir birin öldürəcəklər
21 notes · View notes
orkhanivy · 1 month
Text
şəhərdə 1-2 parkda basket səbəti var, hansına da gedirəm içində futbol oynayırlar. daha krizə girmişəm heç nə yox BMU-nun səbətləri üçün darıxıram uşaqlar olurdu oynayırdıq. indi heç kim yoxdu getməyə yer də tapmıram
6 notes · View notes
minavenera · 6 months
Text
Bitki çaylarına olan marağımı məni tanıyan hərkəs bilir. Ona görə bildiyim amma heç vaxt yoxlayabilmədiyim bir bilgini paylaşmaq istəyirəm.
AYAHUASCA
Yağmur ormanlarında yetişən, Mayalıların rituallarında istifadə etdiyi bir qarışımdır. Bunu elmi olaraq yanaşsaq, iki gözümüzün ortasında epifiz vəzi yerləşir. Epifiz vəzi, həmçinin pineal serebri adlanır, beynin korpus kallozumunun arxasında yerləşən kiçik bir bezdir. həqiqətən göz formasındadır. (şəklini qoyacam aşağı) insan bilincinin %100 işləməsi üçün bu vəzin aktivasyonu vacibdir. Bunun üçündə shamanlar, Ayahuasca dan istifadə etmişlər. Bu, Baanisteriopsis Caapi ve Psychotria viridis təzə köklərinin qatışığından əldə edilib dəmlənən kimi içilməlidir, 2 saat içində etkisini itirir, uçucudur. Hətta həmən bitkiləri təklikdə dəmləsən də effekti yoxdur. Ona görə Ayahuasca, ölkəmizdə təcrübə ediləbiləcək bir qarışım deyil.
Ayahuasca və onun törəmələri tərəfindən təmin edilən DMT buraxılışının psixoloji təsirləri "hazır olmayan" insanlar üçün çox ağır ola bilər, məsələn, keçmişində travma almış biri və ya başqa bir şəxs üçün düşündüyünüzdən daha təhlükəli nəticələrə səbəb ola bilər. insanın fərqində olmasa belə psixoloji pozğunluqları var. Çünki yaşanan halüsinasiyalar, insanların dünya şüurları ilə qəbul edə biləcəklərindən çox kənardadır.
Laboratoriya şəraitində DMT effektinin ən son təcrübəsi psixiatriya sahəsindədir.
Lirik turşusu dietilamid, yəni "nəzarət altında" tibbi istifadəsi olan L S D, qanunsuz olaraq satılan və insanları zəhərləyən kimyəvi maddədir! İnsanların daxili axtarışları elə bir SEKTORA çevrilib ki, imperialist populyar mədəniyyətin TƏBİQİ təsiri ilə bəzi özünüdərk edən insanlar hətta qeyri-qanuni yolla əldə etdikləri bu kimyəvi maddə ilə qarışdırdıqları ayahuasca adlı içkiləri çox təəssüf ki, pul uğuruna satırlar.
Spiritual marketingdə də insanları belə aldadırlar. Egolarına oynayırlar. "mən aydınlandım,mən spiritualam." demək üçün can atan o qədər insan var ki. Ayahuasca çayları , ayahuasca diyetası. Hamısı marketingdir.
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
3 notes · View notes
politiciansstuff · 2 years
Text
Tumblr media
DEPUTATLARIN MƏTBUAT ŞURASINDAN
HANSI GÖZLƏNTİLƏRİ VAR?
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Mətbuat Şurası (MŞ) İdarə Heyətinin sədri seçilib.
Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə isə 23 nəfər daxildir.
Bəs, Mətbuat Şurasındakı bu dəyişikliklərdən sonra hansı müsbət inkişaf gözlənilir?
Milli Məclisin deputatı Fəzail Ağamalı Mətbuat Şurasının növbəti qurultayı, yeni sədr və üzvlərin seçilməsi ilə bağlı fikirlərini Azxeber.com-a danışıb.
Deputat qeyd edib ki, Rəşad Məcidin sədrliyi ilə idarə heyəti sözün həqiqi mənasında mətbuatımızda yeni inqilabi dəyişikliklərin aparılması üçün lazımi bütün tədbirləri görəcək: “Ötən gün Mətbuat Şurasının növbəti qurultayının gedişini diqqətlə izlədim. Qurultayda mətbuatımızın bu günü və sabahı ilə bağlı peşəkar jurnalistlər tərəfindən ciddi məsələlər qaldırıldı. Problemlərdən çıxış yollarının tapılması üçün müxtəlif təkliflər irəli sürüldü. Mətbuat Şurasının yeni sədri də cəmiyyətimizdə kifayət qədər tanınan, yazıçı və jurnalist kimi nüfuz sahibi olan Rəşad Məcid oldu. Onun sədrliyi ilə idarə heyəti sözün həqiqi mənasında mətbuatımızda yeni inqilabi dəyişikliklərin aparılması üçün lazımi bütün tədbirləri görəcək. Xüsusi olaraq bu gün mətbuatın böyük bəlasına çevrilən və jurnalistika ilə heç bir əlaqəsi olmayan ayrı-ayrı sayt sahibləri və onların böhtana, şantaja söykənmiş əməllərinə son qoymaq üçün ciddi addımlar atılacaq. Əslində bu gün Azərbaycanın peşəkar jurnalistləri, həqiqətən, böyük fədakarlıqla Azərbaycanda ictimai fikrin formalaşmasında ciddi rol oynayırlar. Dövlətimizin və xalqımızın milli maraqlarının qorunması üçün yüksək peşəkarlıq nümayiş etdirməkdədirlər. Lakin bununla yanaşı bütövlükdə jurnalistikaya ləkə gətirən, hətta öz tərcümeyi-halını yazanda belə onlarla səhv buraxan ayrı-ayrı sayt rəhbərlərinin böhtana, şərə, şantaja söykənərək pul qazanmaq məqsədilərinə son qoymaq üçün prinsipial, sistemli və ardıcıl mübarizə aparılmalıdır”.
Millət vəkili qeyd edib ki, qanunvericilik çərçivəsində Mətbuat Şurasının fəaliyyətini gücləndirə biləcək addımlar atmalıdır: “Mətbuat Şurasına yeni seçilən sədri Rəşad Məcidi və idarə heyətinin yeni üzvlərini təbrik edirəm. Onlara çətin və şərəfli işlərində uğurlar diləyirəm. Mənə elə gəlir ki, biz eyni zamanda qanunvericilik çərçivəsində Mətbuat Şurasının fəaliyyətini gücləndirə biləcək addımlar atmalıyıq. Mətbuat Şurasına səlahiyyət verilməlidir ki, onların aparmış olduğu monitorinqlər nəticəsində əldə etdikləri konkret faktlar əsasında jurnalistikaya ləkə gətirən ayrı-ayrı jurnalist və saytlar haqqında tədbirlər görmək üçün addımlar atsınlar. Məsələn, onların fəaliyyət göstərməsində müəyyən qadağalar qoyulması və ya tamamilə yasaq qoyulması, eyni zamanda ciddi xarakter daşıyan sənədləri, materialları ümumiləşdirərək ölkənin hüquq-mühafizə orqanlarına verilməsi kimi işləri onlar görsələr təsiri də güclü olar”. “Bir daha Mətbuat Şurasının yeni rəhbərliyinə və idarə heyətinin yeni üzvlərinə uğurlar diləyirəm, onlardan gözləntilərimiz çoxdur”, - deyə deputat əlavə edib .
“Azxeber.com” saytı
Aydın Nuri
25 sentyabr 2022-ci il
https://azxeber.com/az/deputatlarin-metbuat-surasindan-hansi-gzlentileri-var/ozel/
0 notes
96-joker · 3 years
Text
İnsanlar insanlıqı kənara qoyub , insancılıq oynayırlar .
15 notes · View notes
psixologiyaze · 4 years
Text
Empatiya – yaxınınla həmdərd olmaq və başqalarının duyğularını bölüşmək bacarığıdır. Neyroelmi və təkamül araşdırmaları nöqteyi-nəzərindən, empatiya insanın, başqasının yaşadıqlarını intuitiv səviyyədə anlamağına yardım edir. Empatiya təkamül prosesində insana əhəmiyyətli üstünlük – başqalarının necə davranacağını öncədən görmək və sosial situasiyaya tez uyğunlaşmaq bacarığı qazandırıb: məsələn, aqressordan qaçmaq, ya da ruh düşkünlüyü yaşayan insana kömək etmək kimi. Bundan əlavə, empatiya həm də cəmiyyətlərin təşkili üçün də zəruri idi: yaxınını başa düşmək insanların birlikdə yaşamasına və bir-birinə yardım etməsinə imkan verir.
❗Psixoloq Edvard Tronik ana ilə körpəsinin qarşılıqlı əlaqəsini öyrənmək məqsədilə bir təcrübə aparıb: onlar normal şərtlərdə oyun oynayırlar, ana uşağın hər hərəkətinə reaksiya verir, onun mimikasını və jestlərini təkrarlayır. Valideyn uşaq üçün, onun hissləri və hərəkətlərini əks etdirən güzgü rolunu oynayır. Daha sonra Tronik qadından bir neçə dəqiqə uşağa reaksiya verməməsini xahiş edir – körpə narahatlıq hiss edir və ağlamağa başlayır. Tronikin bu təcrübəsi təsdiq edir ki, empatiya – sosiallaşmanın ayrılmaz elementidir və körpənin inkişafına son dərəcə ciddi təsir göstərir.
34 notes · View notes
aidalvy · 4 years
Text
Uşaqlıqda böyük idim
Oyunlara girmədim..
O bağçalarda qaldı
Oynanmamış oyunlar..
Mən indi anlayıram
Oyunda uşaqları..
Nə zaman, harda baxsam
Məni də oynayırlar.. 🧩💙
Özdemir Asaf ©
21 notes · View notes
niggaworld · 4 years
Text
Uşaq vaxtı oyuncağı olmayanlar böyüyəndə insanlarla oynayırlar
2 notes · View notes
metbuat · 2 years
Text
"Qarabağ"ın şansları daha çoxdur" - Ayxan Abbasov
“Qarabağ”ın şansları daha çoxdur” – Ayxan Abbasov
UEFA Çempionlar Liqasının pley-off mərhələsində öz meydanında Çexiyanın “Viktoriya” klubu ilə heç-heçə (0:0) edən “Qarabağ” bu gün Bakı vaxtı ilə saat 23:00-da səfərdə cavab matçına çıxacaq. 2007-2011-ci illər aralığında Ağdam təmsilçisinin heyətində çıxış etmiş sabiq yarımmüdafiçi Ayxan Abbasov oyun ərəfəsində Metbuat.org-a açıqlama verib: “Qarabağ” Avropada ayrı-ayrı ölkələrin klubları…
Tumblr media
View On WordPress
0 notes
sekkizdeqiqe · 4 years
Text
...Gözəl olduğunu dərk etməklə tutqun bir şəkildə olsa da hiss etdi ki əlində silah vardır . Uşaqlar bıçaqla oynadıqları kimi qadınlar da gözəllikləri ilə oynayırlar . Elə də olur ki onlar öz - özlərini yaralayırlar . 🕊️🍃
1 note · View note
al1k · 6 years
Text
Mənlə heçkim oynamır deyən uşağ, böyü gör necə oynayırlar hislərinlə
39 notes · View notes
politiciansstuff · 4 years
Text
Fəzail Ağamalı: “Fövqəladə rejim elan olunmalı, komendant saatı tətbiq ediməlidir” - MÜSAHİBƏ
Tumblr media
Deputat Fəzail Ağamalının APA-ya müsahibəsi
- Pandemiya ilə mübarizənin ilkin mərhələsində ölkəmiz ciddi uğurlar əldə etmişdi. Bu gün isə vəziyyət dəyişib, yoluxma pik həddədir. Sizcə, buna səbəb nə oldu?
- Virusun dünya miqyasında yayıldığı ilk anlarda Azərbaycan dövləti çox operativ, çevik və kompleks tədbirlər həyata keçirməklə virusun ölkəmizdə geniş yayılmasına imkan vermədi. Dərhal təşkilati tədbirlər həyata keçirildi, qadağalar tətbiq olundu, kütləvi tədbirlərin keçirilməsi dayandırıldı. Digər tərəfdən maarifləndirmə işləri də geniş miqyas almağa başladı. Müəyyən zaman kəsiyində bu tədbirlər öz effektini göstərdi. Lakin sonradan vətəndaşlarımızın məsələyə ciddi yanaşmaması virusun yayılma miqyasını artırmağa başladı. Vəziyyətin geniş miqyas almaması üçün Operativ Qərargah sərt karantin rejimi tətbiq etdi. Həqiqətən bir tərəfdən sərt karantin rejiminin tətbiqi, digər tərəfdən maarifləndirmə işinin geniş vüsət alması Azərbaycanda yoluxmanın sayını demək olar ki, minimuma, 20-yə endirdi. Sağalanların sayı iki qat artdı və ölüm faktı qeydə alınmadı. Bununla bağlı keçirilən tədbirlərin müsbət nəticə verməsi nəzərə alınaraq, Operativ Qərargah tədricən yumşalma taktikasını seçdi. Operativ Qərargah vətəndaşlara bununla belə yenə də bütün qaydalara əməl etməsini tövsiyə etdi. Təbii ki, insanlar da normal həyatına qayıtmalı idi, uzun müddət karantin rejimində yaşamaq mümkün deyil. İş yerləri açılmalı, istehsal fəaliyyəti bərpa olunmalı idi. Yəni Operativ Qərargahın yanaşması bütün mənalarda əslində doğru idi. Lakin bununla bərabər eyni zamanda Milli Məclis İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə etdi. Bu maddədə tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi və gigiyena qaydalarına əməl edilməsini xüsusi olaraq önə çəkildi. Qapalı məkanlarda maskalardan istifadə etməyənlər üçün cərimələr müəyyənləşdi. Biz belə düşündük ki, Operativ Qərargahın yumşalma ilə bağlı qərarı ilə yanaşı, bu qanunla maskalardan istifadənin vacibliyi önə çəkilsin. Milli Məclisin və Operativ Qərargahın paralel addımları əslində vətəndaşlarımızı qaydaları pozmaqdan çəkindirməli idi. Ancaq bu, baş vermədi. İnsanlar kütləvi şəkildə maskasız gəzintilərə başladılar, sosial məsafə ilə bağlı qadağa pozuldu, parklarda vətəndaşların kütləvi şəkildə toplanması müşahidə edildi. Digər tərəfdən, bəzi insanlar vəziyyətin kifayət qədər ciddi olduğunu anlamır və hətta təhsili olmayanlar belə ekspert kimi çıxış edərək, baş verənləri oyun kimi qiymətləndirir, bu inamsızlığı sosial şəbəkələrdə bütün vətəndaşlarımıza yoluxdururdular. Həmçinin, antimilli qüvvələrin dövləti ittiham etməsi, onların da sosial şəbəkələrdə vətəndaşların koronavirusa inamsızlığını stimullaşdırmaq üçün şərhlər vermələri, müxtəlif fikirlər ifadə etmələri koronavirusun ölkəmizdə daha geniş yayılmasında ciddi rol oynadı.
Beləliklə, hazırda biz kifayət qədər ciddi situasiya ilə qarşı-qarşıyayıq. Azərbaycanda təəssüflər olsun ki, koronavirusa yoluxmanın və ölümün sayı kəskin artır, sağalanların sayı isə azalır. Artıq verilən rəsmi məlumatlara görə, xəstələrin yerləşdirilməsi və müalicəsi ilə bağlı müəyyən problemlər yaranır. Bu da ciddi məqamlardan xəbər verir.
- Azərbaycanın 8 şəhər və rayonlarında yenidən sərt karantin rejimi tətbiq edildi. Yenidən xüsusi sərt karantin rejiminin tətbiq edilməsi nə dərəcədə effektli olacaq?
- Düşünürəm ki, bu, ciddi şəkildə davam etdirilməlidir. Bununla kifayətlənmək olmaz. Pandemiyanın Azərbaycanın digər rayonlarına, yaşayış məntəqələrinə yayılmasının qarşısını almaq üçün daha ciddi xarakter daşıyan tədbirlər həyata keçirilməlidir. Heç bir halda insanlara güzəşt olunmalı deyil. Vətəndaşların hərəkətinə və fəaliyyətinə ciddi şəkildə qadağalar qoymaq lazımdır. Hökmən maskalardan istifadə insanlar tərəfindən qəbul edilməli, sosial məsafənin gözlənilməsinin virusa yoluxmanın azalmasına səbəb olması reallığı dərk edilməlidir. Bununla yanaşı, hər kəs gigiyena qaydalarına əməl etməlidir.
Karantin rejimi daha da sərtləşdirilməlidir. Hətta dəfələrlə cərimə edilməsinə baxmayaraq, ən müxtəlif bəhanələrlə qaydaları pozan şəxslər hətta cinayət məsuliyyətinə cəlb edilməlidir.
Digər tərəfdən, cərimələrin miqdarı artırılmalıdır. Görünür ki, 50-200 manat cərimə bəzi insanlar üçün çəkindirici xarakter daşımır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Gəncədə səsləndirdiyi fikirlər bu gün öz aktuallığını göstərməkdədir. Prezidentin də qeyd etdiyi kimi, bir sıra nazirliklərdə, qapalı məkanlarda insanların maska taxmamasına göz yumurlar. Eyni zamanda belə fikir də irəli sürüldü ki, bəzi imkanlı adamlar cərimənin miqdarının az olmasından istifadə edərək, öz işləri ilə məşğul olurlar. Bu insanlar bu gün virusun yayılmasında ciddi rol oynayırlar. Ona görə də bu məntiqlə çıxış edərək, cərimələrin miqdarının xeyli artırılmasının vacib olmasını düşünürəm. İnsanlar anlamalıdır ki, bu addım onların sağlamlığına xidmət edir. Bu, vətəndaşların pul qabının zəifləməsinə xidmət edən addım deyil. Onlar sağlam olmalıdır ki, özlərinin gələcək həyatlarını yüksək səviyyədə qura bilsinlər. Bu, olmursa, maariflənməyə əhəmiyyət verilmirsə, Operativ Qərargahın tövsiyələri, tapşırıqları nəzərə alınmırsa, sərt tədbirlər həyata keçirilməlidir. Pandemiyanın genişlənməsində bu və ya digər şəkildə rol oynayan şəxslər haqqında ciddi cəzalar tətbiq edilməlidir. Sərt rejim daha da sərtləşdirilməli, paralel olaraq maarifləndirmə işi genişləndirilməlidir. Bunun nəticəsində yaranmış olan kritik situasiyadan tezliklə xilas ola bilərik.
- Hazırda 15 günlük sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı qərar verilib. Bundan sonra hansı addımlar atılmalıdır?
- Yoluxmanın səviyyəsinin azalmasının şahidi olmayacağıqsa, virusa yoluxanların və ölüm sayının azalması, sağalanların sayının çoxalması tendensiyasını görsək belə, yumşalmaya keçmək lazım deyil. Tədricən bunu etmək olar. Azərbaycanda hər gün yoluxma sayı artmaqdadır. Görünən budur ki, 1 həftə - 10 günə bunun azalma səviyyəsi olmayacaq. Ona görə də təklif edirəm ki, iyulun 5-dən sonra da sərt karantin rejimi tətbiq olunmalı və əlavə sərt elementlər də daxil edilməlidir.
- Sərt elementlər dedikdə nəyi nəzərdə tutursunuz?
- Yoluxma bu sürətlə gedərsə, fövqəladə rejim və ya komendant saatı tətbiq edilə bilər. Bu rejimlərdə artıq tələbləri pozan şəxslər birbaşa cinayət məsuliyyətinə cəlb edilir. Artıq bu rejimlərdə cərimə yoxdur. Bu, daha sərt yanaşmadır. Ona görə də xalqımızı bu bəladan qorumaq və dövlətimizi də xilas etmək üçün buna getmək olar. Baş verənlər dövlətimizin dayaqlarına ciddi zərbələr vurur. Artıq Azərbaycanda iqtisadi geriləmə rəsmi şəkildə açıqlanıb. Belə getsə, biz çox ciddi problemlərlə qarşılaşa bilərik. Bunun qarşısını almaq üçün addımlar atılmalıdır. Harada yoluxma sayı çoxdursa, bu tendensiyanın ardıcıl xarakter daşıdığı yerlərdə komendant saatı və fövqəladə rejim tətbiq olunmalıdır. Qardaş Türkiyədə 20 bölgədə komendant saatı tətbiq edildi və bu rejim özünün müsbət nəticələrini verdi. Halbuki bu rejim tətbiq edilməsi barədə qərar vətəndaşlar arasında birmənalı qarşılanmamışdı və Daxili İşlər Naziri Süleyman Soylu istefa ərizəsi yazmışdı.
Ona görə də biz bir qrup məsuliyyətsiz insanların avantürasının içərisində yaşamalı deyilik.
Avantürist, düşüncəsiz insanların qarşısı alınmasa, onlara qarşı sərt tədbirlər həyata keçirilməsə, biz bu bəlanın içərisindən çıxa bilməyəcəyik. Nəticədə bu, uzun sürən prosesə çevrilə bilər. Çünki dünyanın ayrı-ayrı ölkələrində bunun artıq ikinci dalğasının başlandığı göz önündədir. Pandemiya bu gün böyük bəladır və bu bəlanın qarşısını almaq üçün hər hansı güzəşt və yumşaq münasibət inkar olunmalı və ortadan qalxmalıdır. Bunun başqa variantını deputat kimi görmürəm.
- Fəzail müəllim, Prezident İlham Əliyev, I Vitse-Prezident Mehriban Əliyeva qapalı məkanlarda maska taxır. Hökumət ilk dövrdən başlayaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransı təşkil edilir, insanları maraqlandıran suallar cavablandırılır. Koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanalardan reportajlar edilir. Bunlar təbliğat və təşviqat yönündə atılmış addımlardır. Maarifləndirmə yönündə başqa hansı addımlar atılmalıdır?
- Ölkə Prezidenti və I Vitse-prezident səviyyəsində ciddi nümunələr ortadadır. Ölkə Prezidenti səviyyəsində qoruyucu maskadan istifadə etməyin vacibliyi, zəruriliyi dəfələrlə önə çəkilib. Ölkə başçısı və I Vitse-prezident qapalı məkanlarda maskadan istifadə edirlər və nümunə ortaya qoyurlar. Yəni maarifləndirmə işi aparılır. Televiziya və mətbuat işçiləri bu maarifləndirmə prosesinin içərisində xüsusi fəallığı ilə seçilir. Eyni zamanda hər zaman olduğu kimi Azərbaycan xalqı ilə bərabər olan polis cərimələrin tətbiqi ilə paralel olaraq, maarifləndirmə işi ilə məşğul olur. Bizim hər birimiz millət vəkilləri olaraq maskadan istifadənin vacibliyinin nümunəsini göstəririk. KİV-də xalqa müraciətlər edirik. Ancaq bir qrup insan maarifləndirmə işinin mahiyyətini başa düşmür, qəbul etmir. Çünki bu insanların dünyagörüşü fərqlidir. Bu insanlara qarşı sərt rejim tətbiq edilməlidir. Bu insanlar cinayət məsuliyyətinə cəlb edilməlidir. Dəfələrlə şahidi olmuşam yolboyu gedəndə ticarət mərkəzlərinin, böyük marketlərin çölündə və içərisində kifayət qədər maskasız insanlar var. Supermarketlərdə insanlar sosial məsafəni gözləmir. Bu cür insanlar təhlükənin böyüklüyünü dərk etmirlər. Azərbaycan qanunlarının tətbiqinə bu insanların qarşısını almaq üçün fikir verilməlidir. Elə düşünmək lazım deyil ki, o insanlar narazı qalacaq.
Bununla bərabər, vətənpərvər, xalqına böyük sevgi ilə yaşayan, dövlətinə qayğı ilə xidmət edən vətəndaşlarımız sosial şəbəkələrdə inamsızlığa qarşı ciddi müharibə elan etməlidirlər. Bu prosesdə pozucu rol oynayan insanlara qarşı ciddi mübarizə aparılmalı, Azərbaycan xalqı tərəfindən kütləvi şəkildə sosial şəbəkələrdə ifşa edilməlidir. Sosial şəbəkələrdə də işi yüksək səviyyədə qurmaq lazımdır.
- Son günlər polisdə yorğunluq olması ilə bağlı fikirlər səsləndirilir. Artıq əvvəlki kimi nəzarət tədbirlərinin effektiv şəkildə həyata keçirilməməsi fikri formalaşmaqdadır. Bununla razılaşırsınızmı?
- İki sahənin əməkdaşları böyük fədakarlıq göstəriblər və göstərməkdə də davam edirlər. Bunlardan biri səhiyyə işçiləri, digəri isə hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Onlar bu günə qədər öz üzərlərinə düşən vəzifəni yüksək səviyyədə həyata keçirirlər. Bu şəxslərin yorulması da tamamilə mümkün olan haldır. Saatlarla onlar ayaq üstündə günün altında dururlar. Pozucu insanlara qarşı yüksək təmkinlə xidmət göstərmək insanı fiziki cəhətdən yora bilər. Ancaq bütün bunlara baxmayaraq, polislərimiz bu gün də üzərlərinə düşən vəzifəni yerinə yetirməkdədirlər. Öz övladlarımız olan tibb işçilərinə, polislərə qarşı mərhəmətli və məsuliyyətli olmaq lazımdır. Bu insanlar fədakarcasına insanları bu bəladan xilas etmək üçün çalışır. Bunu nəzərə almalı və məsuliyyətli olmalıyıq. Karantin rejiminin qaydalarına əməl etməyənlərin qarşısı Azərbaycan qanunları çərçivəsində alınanda yuxarıdan yaramazlar, tərbiyə, əxlaq kimi keyfiyyətlərə malik olmayanlar polisin başına zibil atdılar. Polis öz vəzifəsini yerinə yetirəndə onu ittiham etdilər. Təbii ki, o görüntülərdə təxribatların izlərini də mən özüm üçün müəyyənləşdirdim. Antimilli qüvvələr, avantürist insanlar bu görüntülərin ətrafında müxtəlif manipulyasiyalar apardılar. Lakin DİN rəhbərliyinin çox yüksək səviyyədə ağıllı və düşünülmüş şəkildə davranışları, çox az sayda deputatın bu baxımdan sosial şəbəkələrdə fəallıq göstərməsi bu avantüranın axıra kimi getməsinə mane oldu. Biz bu insanların qarşısında dayandıq. Baxmayaraq ki, bizi söydülər, təhqir etdilər, ancaq geri çəkilmədik.
Biz polisi də, həkimlərimizi də qorumalıyıq. Bunun üçün məsuliyyətli olmaq və karantin rejiminin şərtlərinə əməl etmək lazımdır. Ehtiyac olmadan çölə çıxmaq lazım deyil. Əgər çıxmısansa, tibbi maskadan mütləq istifadə etməli və sosial məsafəni qorumalısan. Başqa ölkələrdə olan görüntülərə baxanda həm ictimai nəqliyyatda, həm küçələrdə, həm marketlərdə - hər yerdə insanlar maskadan istifadə edir, qaydalara əməl edirlər. Yəni onlar maskanı çənəsinə, qoluna taxmır, cibində saxlamır. Bizimkilər isə uşaq kimi bəhanələr gətirməkdə israr edirlər.
Bizdə məsuliyyət artmalı, nizam-intizam güclənməli, Operativ Qərargahın dediklərinə əməl edilməli, bütün bəhanələr kənara atılmalıdır. Nəhayət biz xalq olaraq dərk etməliyik ki, bu virusa yoluxaraq biz tək özümüz üçün deyil, ətrafımızdakı hər kəs üçün təhlükə mənbəyinə çevrilirik. Bu virusdan ölənləri heç islam qaydalarına uyğun olaraq dəfn edə bilmir, ölüm ayağında olan yaxınları ilə vidalaşa bilmirlər. Belə ölüm kimə lazımdır?! Bu gün koronavirus hər birimizin evinin içərisindədir. Bunu çıxartmaq üçün deyilən üç şərtə əməl edilməlidir. Belə olan halda polislərimizin də işləri yüngülləşər.
- Bu prosesdə parlamentin rolunu necə görürsünüz? Milli Məclisin rolunu artırmaq mümkündürmü?
- Parlament özündən asılı olan vəzifəni yerinə yetirir. Milli Məclis olaraq, prosesi çox ciddi şəkildə izləyirik. Parlamentin sədri Sahibə Qafarova səviyyəsində, eyni zamanda deputatlar səviyyəsində məsuliyyət başa düşülür və buna uyğun addımlar atılır. İlk olaraq parlamentin deputatlarının maarifləndirmə prosesində iştirakı göz önündədir. Ancaq etiraf edim ki, bundan o qədər də razı deyiləm. Çünki maarifləndirmə prosesində millət vəkillərinin hamısı fəal şəkildə iştiraklarını ortaya qoymayıb.
Eyni zamanda, antimilli qüvvələrə, pandemiyanın ölkəmizdə yayılmasında maraqlı olan avantüristlərə qarşı da deputatların heç də hamısı öz iradələrini nümayiş etdirmir, çəkinir. Belədirsə, onda düşmən Ermənistan Azərbaycana hücum edəndə və hər birimizin həyatı təhlükə qarşısında qalanda biz qaçıb evin küncündə gizlənməliyik?! Ermənilərin gülləsi ilə avantürist qüvvələrin söz gülləsindən söhbət gedir. Bu gün o söz gülləsinin qarşısından qaçanların sabah erməni gülləsinin qarşısında dura biləcəyinə mənim əminliyim yoxdur. Ona görə də hər zaman dediyimi təkrar edirəm ki, millət vəkilləri təkcə bu adı daşımaqla kifayətlənməli deyillər, özlərini gündəlikdə saxlamaq üçün bəzən bir mövzunu şişirdərək, özlərini xalqın gözündə saxlamalı deyillər. Millət vəkillərinin hamısı bu gün müsəlləh əsgər kimi xalqımızın pandemiyadan az itki verməklə çıxması üçün özünün fədakarlığını ortaya qoymalıdır. Maarifləndirmə işində, sosial şəbəkələrdə fəallıq göstərməliyik. Bu situasiyadan istifadə edib dövlətimizə qarşı onu zəiflətməyə yönəlmiş olan pozucu qüvvələrlə mübarizəmizi kəskinləşdirməliyik.
Digər sahələrdə millət vəkilləri qanunvericiliyin təkmilləşməsində, pandemiya ilə bağlı ayrı-ayrı qanunların işlənib hazırlanmasında, müzakirəsində və qəbulunda öz üzərinə düşən vəzifəni yerinə yetirirlər.
- Deputat Sahib Alıyev koronavirusa yoluxdu, bunu özü bəyan etdi. Həm də bununla maarifləndirmə işi apardı. Ancaq parlamentdə son testlərdən sonra sanki qapanma oldu. Sanki tanınmış şəxslər bu və ya digər səbəbdən yoluxduğunu deməkdən çəkinir. Fərqli meyl hiss olunur. Sahib Alıyev nümunəsindən sonra bu meyllər niyə yarandı?
- Həmkarım Sahib Alıyevin göstərdiyi nümunəni çox yüksək qiymətləndirirəm. O, doğrudan da böyük vətəndaşlıq mövqeyini ortaya qoydu, yoluxmanın əsas səbəbini önə çəkdi. Baxmayaraq ki, mən həmkarımı Milli Məclisdə hər zaman tibbi maskada görürdüm. O, kifayət qədər məsuliyyətli, intizamlı adamdır. Ancaq bazarlarda, marketlərdə bu və ya digər səbəbdən ehtiyatsızlıq ucbatından məsuliyyətli insanlar da virusa yoluxur. Tanınmış insanlar bu virusa yoluxduğunu gizlətməli deyil. Kimsə bunu gizlətməli deyil, dərhal həkimlərə müraciət etməlidir.
"Apa.az" saytı Firuze Vahid 26 İyun 2020-ci il
https://apa.az/…/Fzail-Agamali-Fovqlad-rejim-elan-olunmali-…
1 note · View note
Photo
Tumblr media
I “21-ci əsrin dini” olaraq önə sürülən “Yeni Çağ” dini Allahın mütləq varlığını inkar edən, ilahi vəhyə söykənməyən, hər hansı yazılı kitabı olmayan, mərkəzi təşkilata sahib olmayan, üzvləri və başçısı olmayan, inancları və tətbiqləri qəti xətlərlə təyin oluna bilməyən özünə xas bir hərəkatdır. İstəyən, bu batil dinə istədiyi inancı əlavə edə bilər, istədiyini də çıxara bilər. Yeni Çağ təlimləri Hinduizm, Buddizm, Taoizm, Şamanizm, Şintoizm, Gnostik ənənələr, Spiritualizm (ruh çağırma), Wicca (cadugərlik) kimi bir çox fərqli batil inanca söykənir. Xüsusilə də son illərdə ateist və materialist fikrə sahib kütlələr Yeni Çağ mədəniyyətinin təbliğat işlərinə sürət qatmışlar. Bunun üçün də kütləvi informasiya vasitələrini çox sıx olaraq istifadə edirlər. Məqsədləri isə qərb cəmiyyətlərində çox böyük sürət qazanan haqq dinlərə (xüsusilə də İslam dininə) yönəlişin onlara görə qarşısını kəsmək, batil dinlərinin qəbul görməsini təmin edir. Həmin kütlələr bu inancları doğrudan batil təlim olaraq insanlara təqdim etmir, daha çox bəzəkli reklamlarla, üstü bağlı ifadələrlə, şüur altına yeridilən mesajlarla təlqin etməyə çalışırlar. “Quru” adını verdikləri saxta ruhani liderlərlə bütpərəst inanclarını və azğın fəlsəfələrinin reklamını edir, bu şəkildə insanları aldatmağa çalışırlar. Cəmiyyətin yaxından tanıdığı şəxslər də bu təbliğatda əhəmiyyətli rol oynayırlar. Ateist və materialist kütlələr tərəfindən müxtəlif təbliğat üsullarıyla gündəmdə tutulmağa çalışılan Yeni Çağ inancları, insanları Allah inancından uzaqlaşdırma, din əxlaqının gətirdiyi əxlaqi gözəllikləri tərk etmə və Allahın vəhyi yerinə batil işlərə yönəltmə hədəfini daşıyır. Məsələn yoqa, meditasiya, şəfaçılıq, bioenerji müalicələri, transandantal meditasiya kimi tətbiqlər Yeni Çağ inanışlarında çox böyük yer tutarlar. Astrologiya, tarot kartları, falçılıq, kahinlik bu mədəniyyətin əhəmiyyətli bir hissəsini meydana gətirərlər. (ardı rəydə) #quran #ayə #islam #iman #Allah #namaz #din #newage #yeniçağ #reiki #tarot #fal #kahin https://www.instagram.com/p/Ce6XlNgofrf/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
Ədliyyə işçiləri demokratik cəmiyyətdə Ədliyyə orqanlarına xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin qorunmasında prinsi­piallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar. Ulu öndər Heydər Əliyev xatırladırdı ki, dövlət iki şeydən sarsıla bilər: “Günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. 1993-cü ilin yayından sonrakı proseslər ümummilli liderimizin uzaqgörənliklə söylədiyi həmin fikrin real həyatdakı təsdiqinə çevrildi. Çünki gənc müstəqil Azərbaycan dövləti çoxsaylı təzyiqlərə, təhdidlərə, bədxahlarımızın fitnə-fəsadlarına baxmayaraq, nəinki sarsılmadı, hətta ildən-ilə, aydan-aya inkişaf edərək, müasir dünyanın əsas faktorlarından birinə çevrildi. Biz, hüquq-mühafizə orqanlarının əməkdaşları fəxr edirik ki, dövlətimizin qazandığı böyük nailiyyətlərdə bizim də payımız vardır. Məmnunluqla xatırladım ki, Azərbaycanın hüquq-mühafizə orqanları daim ulu öndərin siyasətini dəstəkləmiş, Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirmişlər. Tam qətiyyətlə deyə bilərik ki, nəinki 1993-2003-cü illərdəki irəliləyişlərimizin, hətta bu günədək qazandığımız bütün uğurların təməlində, məhz Heydər Əliyev siyasi kursu, onun start verdiyi hərtərəfli islahatlar və xüsusən, gənc müstəqil dövlətimiz üçün hava və su kimi vacib olan hüquq islahatlarının prinsipiallıqla davam etdirilməsi dayanır. Ulu öndər çıxışlarından birində de­mişdir: “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demok­ratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir”. Heydər Əliyev belə bir perspektivi istəyirdi. Onun siyasi varisi və müasir nailiyyətlərimizin müəllifi olan Prezident İlham Əliyev Azərbaycanı, məhz həmin düstur üzrə inkişaf etdirdi. Xalqımızın ümummilli lideri başqa bir çıxında isə demişdir ki, biz humanist, demokratik dövlət qururuq, demokratik prinsiplər əsasında yaşamaq istəyirik: “İnsan hüquqlarının, insan şəxsiyyətinin qorunmasına çalışacağıq. An­caq gərək insan da dövlətin qanunlarına r https://www.instagram.com/p/Cd20jyVI-L8/?igshid=NGJjMDIxMWI=
0 notes
balbash · 3 years
Text
Bayaq Orxana The Lighthouse (Mayak) filmini nə üçün sevdiyimi izah edirdim. Deyirdim ki, yaxşı film xoş mühit kimidir, sonradan əhvalının uyğun anında xatırlayıb xoş olursan, hekayəsindəki adamların həyatını xəyalında daha da genişləndirirsən. Yaxşı film səni heç vaxt yaşamadığın situasiyalar haqda düşündürür, həyata daha hazır edir. Yaxşı kitab da belədir.
Düzdür kitabla bağlı məsələ bir az daha mürəkkəbdir. Xüsusən bədii ədəbiyyatla. Hərdən bədii ədəbiyyata xor baxan adamlar görürsən, "Boş vaxt itkisidir" deyə öz kasıb həyat seçimlərini izah edirlər. Adətən belələrinin başqa şeylərdə zövqü özlərinin də xəbəri olmadan çox vulqar, ya da gülünc olur. Ya bərbad geyim tərzləri olur, ya Justin Bieber'ə qulaq asırlar, ya da Assassin's Creed oynayırlar (Orxan deyir, bu oyunlar aləminin Selena Gomes'idir). "Anna Karenina'nı oxumağı boş vaxt itkisi sayan adam zövqsüzlüyünü ağ şalvarının arxasına yapışmış boya kimi özündənbixəbər üstündə gəzdirməyi haqq edir.
The Lighthouse filminə gəldikdə isə, Orxan film gedə-gedə necə cavan qəhrəmanı odu oğurlayaraq quşlara yem olmuş Prometeyə bənzədibsə, indi onu ancaq həmin miflə əlaqələndirirəm. Yeri gəlmişkən, filmdəki azğın quş obrazı Hitchcock'un "Quşlar" filmini xatırladır.
0 notes