#olur belə şeylər
Explore tagged Tumblr posts
Text
“ Platonik Eşq ” termininin etimologiyası
Əfsanəyə görə məşhur yunan filosofu olan Platon, bir gün bir qadına aşiq olur. Lakin qadına qarşı olan eşqini bütün həyatı boyu ondan gizlədir. Hətta həmin qadınla əsla birlikdə olmamasına rəğmən, ona daxilən sədaqətini davam etdirir. Bu səbəbdən Platon həyatı boyu əsla evlənməmişdir. Buna səbəb isə Platonun, həqiqi sevginin yaşana bilməyəcək qədər ali bir duyğu olduğunu düşünməsi idi. Platano görə, həqiqi sevgi, insanlığın çox ötəsində, əlçatmaz və toxunulmaz bir duyğudur. Və bəşər oğlu əsla onu yaşaya biləcək qədər aliləşə bilməz. Bu hissə “ Platonik Eşq ” adının verilməsinin səbəbi isə Platon'un “ Dövlət ” əsərindən irəli gəlir. Çünki Platon bu əsərində, əsla mövcud ola bilməyəcək qədər qüsursuz bir dövləti təsvir etmişdi. Bilinənin əksinə “ Platonik Eşq ” ifadəsi, qarşılıqsız eşqi yox, tam əksinə, yaşana bilməyəcək qədər qüsursuz bir eşqi təsvir edir. Hətta Platon “ Alkibiades |, || ” əsərində eşqinin aliliyini belə təsvir etmişdi :
“ Səni sadəcə mən sevirəm. Digərləri sənə aid olan şeyləri sevirlər. Sənə aid olan şeylər bir gün solub gedəcək, amma sən mənim qəlbimdə daima çiçək açmağa davam edəcəksən. ”
63 notes
·
View notes
Text
İtirmədən anlamır insanlar xoşbəxtliyini, sağlamlığını, dostluqlarını. Xoşbəxt ikən heç nəyi düşünmür, həyat həmişə belə olacaq deyə düşünür. Dünyada pis şeylər yoxmuş, olmayacaqmış kimi. Hər zaman üzü güləcəkmiş kimi. Xəbərləri, filmləri izlərkən kədərlənir gördüklərinə, öz başına gələ biləcəyini belə düşünmür. Bir gün birini çox sevəcəyi gəlmir heç ağlına, onu itirib də izləməklə anlamayacağı bir ağrı çəkə biləcəyini düşünmür. Sağlığını itirmədən başa düşmür sağlamlığın qiymətini. Zənn edir ki, xəstəliklər həmişə ondan uzaqda qalacaq, bəlkə qalır da. Amma sevdikləri xəstələnir bu dəfə də. Gözlərinin qabağında hər gün ölür o sevdikləri. Sonra "kaş ki qucaqlasaydım dolu dolu, kaş ki səsimi yüksəltməsəydim, kaş ki daha yaxşı davransaydım" deyə düşünür, kaş ki deyərək özünü bitirir, peşman olur, içi ağrıyır, gözləri dolur. Axıtdığı göz yaşları dərdə dərman mı? Xeyr. Təxirə saldığınız işləri həyata keçirin. Ailənizə olan sevginizi bildirin hər fürsətdə məsələn, ya da çox darıxdığınız ama qürurdan yazmadığınız o insana yazın, ya da xəyallarınızın arxasınca qaçın gec olmadan.
22 notes
·
View notes
Text
Hər şeyi eyni olan amma yenədə bir-birinə bənzəməyən günlərim, həftələrim, aylarım dolur. Mən elə bilirdimki başqayam, fərqliyəm… Mənim düşüncələrim hamı ilə eyni deyil, mən hamının güldüyü şeylərə gülmürəm, hamının etdiyi söhbətləri etmirəm, heç kimlə salamdan o tərəfə keçmək istəmirəm, fikrim tamamilə başqa yerlərdə gəzinir. Başqayam, o qədər başqayam ki hər gün eyni insanlarla hər səhər bəzən 1 stəkən çayımı belə içə bilmədən evdən çıxıb işə gedirəm, avtobusda gözlərindən yuxu tökülən, işinə görə köynəyini boğazına qədər düymələyən, qolunu dəmirə, başını qoluna söykəyib yuxulayan cavan oğlana baxıram. Hamı əziyyət içindədir. Hamı kimi səhərdən axşama qədər işdəyəm və bilirəm ki həyatımı qazanmaq üçün bu olmalıdır. Hər kəs səhər 9 dan axşam 6 ya kimi(və daha artıq) işləyir və bilirlər ki həyatlarını qazanmaq üçün çalışmalıdırlar. Amma bu cür olmağını qəbullana bilmirəm. Tez-tez vicdan əzabı çəkib sonra şükür edirəm, işim üçün, azad şəkildə maddiyatımı təmin edib ayaqlarım üstündə duracağım üçün, yaxşı bir kollektivlə işlədiyim üçün şükür edirəm, amma özümü başqa bir tərəfdən itirməyə başlamışam. Axşam tək dərdim özümü evə çatdırmaq olur. Bəzən o qədər yorgun oluram ki yemək belə yemədən yatıram və ayılıram ki səhərdi, yenə eyni şeylər. Düşünürəm, illərdir işləyən insanlar buna necə dözüblər?. Yenə çoxlu insanlar, onların həll olunmalı işləri, başqalarının dərdləri. Özümü başqa hiss edə bilmərəm artıq mən. Çünki mən olmasam da o işləri görəcək bir başqası olacaq. Mənim yerimə başqaları yorulacaq, qaçışacaq.
Yorğunluğumu da götürüb gəldiyim bir kafedə oturub bunları yazıram, birazdan qalxıb eyni yorğunluqla da evin yoluna düzüləcəm. Amma əvvəllər yazmaq məni nə qədər dincəldərdi. Nə qədər “özüncə” xəyalların, adətlərin olsa da onları bəzən onları geri plana atmalı olursanmış. Bəzi şeyləri udmağa, sanki heç yaşanmamış kimi başını aşağı salıb işini görməyə, bircə gündən, o gün��n xəyalından yapışıb özünə təsəlli verərək yaşamağa məcbur qalarsanmış. Kaş özümə aid bir dünyam olsa idi. Kaş həyatdaki tək maddi çətinliklərim bəzən pulunu çatdıra bilmədiyim kitablarım və yardım edə bilmədiyim ehtiyacı olan insanlar olardı. Kaş geri ödəməli olduğum öhdəliklərim olmazdı, kaş yaşamaq bu qədər maddiyat tələb etməsəydi. Kaş mən bu qədər şeyi nələrin uğruna alındırmağa çalışdığımı heç bilməzdim.
36 notes
·
View notes
Text
Mən hərdən özüm özümdən qorxmağa başlayıram çünki nə deyirəmsə olur o an olmasa belə mütləq ki gec ya tez baş verir və ya mən demişdim də bu belə olacaq ortamlar da elə deyən qız mənəm və sevmirəm o cümləni və hiss etdiyim,sezdiyim şeylər də bir bir hamısı olur və artıq mənim ozümə də çox qəribə hiss elətdirir bu uzaq görmüşlüyüm😂🤦🏻♀️🤦🏻♀️🥲
23 notes
·
View notes
Text
Yaş artdıqca insana bir qəbullanmaq gəlir. Gələnə gedənə,olana,bitənə "olur belə şeylər boş ver" deyib çayını içirsən .
63 notes
·
View notes
Text
İlk öncə hər kəsə öz sevdiyi peşəyə sahib olmağı diləyirəm. Həyatımın ən çətin mərhələsi sənətlə bağlı oldu. Elədə uzun olmuyan bir kariyeram var ama mənə çox şey başa saldı bu yol. Hələ bəlkədə qarşıda çox şeylər görəcəm ama getdikcə daha çox çətinləşir və daha çox maraqlı olur deyə düşünürəm.
İl yarım əvvəl başlıyanda rep'ə ağlımada gəlməzdi bu qədər qısa müddətdə sənətçilər arasında tanınmağa başlayaram. Tano ilə yaratdığımız label'ə gəlmək istəyən 10 larla mc'lər var hansı ki, biz artıq onlar üçün xəyalıq :) bu özü belə mənim üçün bir uğurdur.
Kariyeram boyunca ən çox keçilməz görsənən konsert vermək idi ki, yaxınlarda o da nəsib olur. (Bu arada gəlmək istəyənləri məmmuniyyətlə gözlüyəcəm)
Ən əsası onu anladım ki, istəyəndə mümkün olur, sənətinizi sevin və heç zaman ruhdan düşməyin. Bir gün uğur gəlib mütləq sizi tapacaq.❤
Dəyərli vaxtınızı ayırdınızsa, təşəkkür edirəm✨
35 notes
·
View notes
Text
Sizə Zərər Verən münasibətlərdən uzaq qala bilmirsinizsə, Psixologiyada "Travma Canlandırması"na sahib ola bilərsiniz!
Psixologiyada "Reenactment" kimi tanınan termin, zərərli davranışların təkrar-təkrar, əsasən də şüursuz şəkildə təkrarlanmasını ehtiva edir. Bu, ona zərər verəcəyini bildiyi bir tərəfdaşa cəlb olunmağa qədər uzana bilər. Şüursuz olmaq bu dövrandan çıxmağı çox çətinləşdirir.
Bu insanlar tez-tez keçmiş travmalarını və erkən təcrübələrini yenidən yaşamaq istəyirlər. Onların niyə belə bir şey etdikləri və onun necə qorunduğu ilə bağlı tapıntılar həqiqətən maraqlıdır.
İnsan psixologiyasının nə qədər mürəkkəb və gözlənilməz olduğunu bir daha sübut edən bu məzmunu oxuyaraq “Yenidən canlandırma” anlayışı haqqında daha çox məlumat əldə etdikdə anlayacaqsınız ki, bəlkə siz də eyni nümunəni nümayiş etdirirsiniz və hərəkətə keçməlisiniz.
“Travma canlandırması” olaraq da təyin edə biləcəyimiz “Reenactment” anlayışı ilk dəfə Freyd tərəfindən irəli sürülmüşdür.
Freyd
Yaşadıqları mənfi nəticələrə baxmayaraq travmalarını xatırladan şeylər axtarmağa davam edən bir insan olaraq ümumiləşdirə biləcəyimiz travma canlandırması, psixoanaliz üsulu ilə tanınan məşhur həkim Ziqmund Freyd tərəfindən adlandırılmışdır.
Onun sözlərinə görə, bu vəziyyətin yaranmasına səbəb insanlarda olan ölüm instinkti olub. Onlar təkrar özlərinə zərər vurmaq cəhdləri ilə ölüm instinktini yaşayırdılar.
Tək və aydın bir səbəb olmasa da, bir neçə səbəbə görə baş verə bilər. Bunlardan birincisi bağlanma problemləridir. Xüsusilə valideynlərinin laqeydliyi və ya travması səbəbiylə erkən yaşda bağlanma problemi yaşayan insanlar yetkinlik dövründə qeyri-sağlam münasibətlər axtara bilərlər.
Bəzən, dürtüsellik və ya mükəmməllik kimi müəyyən şəxsiyyət xüsusiyyətləri bir insanın travma reenaktasiyası ilə məşğul olma ehtimalını artıra bilər.
Əlavə olaraq; Stress və travma çox vaxt bu cür davranışın əsas səbəbi olur. İnsanlar tez-tez riskli davranışlar göstərərək və ya travmaya bənzər vəziyyətlər axtararaq vəziyyətə daha çox nəzarət edirlər.
Bundan əlavə, insanlar potensial riskləri bilsələr də, sərxoş halda avtomobil idarə etmək kimi riskli hərəkətlərlə məşğul ola bilərlər. Bu, keçmiş təcrübəni yenidən yaratmaq və ya ağrı hisslərindən yayındırmaq üçün bir yol ola bilər.
Travmanın təkrar canlandırılmasının üç növü var: revictimization, laqeyd reenaksiya və əlavə travma reenaktasiyası.
ayrılıq
Yenidən qurbanlıq tipində şəxs şüursuz olaraq; Narsist impulsiv, gözlənilməz və ya emosional olaraq dəyişkən tərəfdaşları "təhlükəsiz" kimi qəbul edə bilər, çünki onlar erkən bağlanma travmalarını əks etdirir. Onun tərəfdaşının emosional vəziyyəti gözlənilməzliyi ilə proqnozlaşdırıla bilər.
Laqeydlik aktlarında, bir şəxs uşaqlıqda tərk edilmə travması keçirsə, tərəfdaşını tərk etməkdə maraqlı ola bilər. Çünki tərk etmə hissləri tətiklənir və partnyordan impulsiv şəkildə imtina etməklə və ya bu əlaqəni dərhal yenisinə dəyişdirməklə özünü məğlub edə bilər.
Bağlanma travmasının canlandırılmasında həmin şəxsin valideynləri öz travmalarından xəbərsiz olduqları üçün oxşar travmaları uşaqlarına da keçirlər. Bu, travma dövrlərinə səbəb ola bilər və nəsildən-nəslə ötürülür.
22 notes
·
View notes
Text
Çətin biriyəm, qəbul edirəm. Bəzən kiçik bir şeyə əsəbləşib böyük reaksiya verə bilirəm. Bəzənsə yenə kiçik bir şeyə çox üzülürəm. Nazlı biriyəm, onu da bilirəm. Mənə nəyisə bəyəndirmək çətindir, kaprizliyəm. Bəzən gərəksiz şeylərə görə trip də ata bilirəm. Çox güvənsizəm, anormal qısqanclıqlar edə bilirəm. Özümü dəhşət sevirəm, şımarıkca hərəkətlərim olur. Kiçicik bir yanlışda belə qapının yerini göstərirəm. Səbrsizəm, nəyisə gözləməyə "axod"um olmur. Amma bütün bunlara rəğmən həyatımda olan insan çox şanslıdır. Səbəbi isə... Əslində bunun səbəbini həmin o insan bilir. Bütün bu mənfilərə rəğmən mənimlə olan biri həyatımın sonuna qədər yanımda qalacaq və mənim tərəfimdən dünyanın ən gözəl sevgisini dadacaq biridir.
Hərkəsin saymaqla bitməyən mənfi xüsusiyyətləri var. Bu mənfilərdən belə gözəl şeylər çıxaran və qədir bilən insanlar o sevgini həqiqətən sonuna qədər haqq edən insanlardır.
38 notes
·
View notes
Text
"Əslində biz bir-birimizi sevmirdik. Ən acınacaqlısı da odur ki, bu əvvəlcə belə deyildi. Əvvəlcə biz sevirdik amma vaxt ötəndən sonra heç bir səbəb olmadan sevgi öldü. Və biz ayrıldıq. Mən çox pis olmuşdum. Ayrılmağımız yox, sevginin səbəbsiz yaranıb səbəbsiz yox ola bilmə xüsusiyyəti məni yaman qorxutmuşdu. Deməli mən yenidən kiməsə vurula bilərdim və yenidən sevgimiz ölə bilərdi. Deməli kimsə məni sevə bilər və mənim heç bir günahım olmadan sevgisi sadəcə bitə bilər. Bu qorxulu idi. Bu həqiqət idi. Bilirəm, çox adamın həyatında belə şeylər olur. Amma heç kəs düşünmür bu haqda. Hər dəfə kimisə sevir və elə bilirlər ki, bu elə onların əsl sevgisidir. Və bir neçə vaxtdan sonra eyni hadisələr təkrarlanır. Sən unutmağa başlayırsan. Sən öyrəşirsən. Qızıl gülü yeddi dəfə tam dərindən iyləyəndən sonra səkkizinci dəfə qoxulasan heç bir iy gəlməyəcək. Yox, gülün iyi bitmir, sadəcə sinirlərimiz ona öyrəşir və beyinə impuls göndərmir. Sevgi də eləcə. Az bir vaxtda sehrli bildiyin hisslər adi bir şeyə çevrilir..."
8 notes
·
View notes
Text
Belə şeylər olur, iki gözüm; incidirlər, qırırlar, axı biz fani dünyadayıq…
30 notes
·
View notes
Text
Elə dərdlər, iztirablar var ki, onları yaşayarkən, sanırsan ki, bu acı şeylər heç keçməyəcək. Ancaq keçib gedir. Daimi olacağını düşündüyün xoşbəxtlik də puç olur. Nə aşırı sevinc, nə də tünd kədər - bunların heç biri daimi deyil. Hər ikisi uzun müddət qalsa da, ürəyimiz kimi hərdaim döyünmür. Sadəcə insan bunu unudur. Ona görə bəzən özünü yenidən sevməkdən, yeni həyati kəşflər etməkdən çəkindirir. Qorxur və gələcəyin qayğısını çəkir. Bir duyğunu yaşamamaq üçün irili-xırdalı onlarca hissləri yaşamağı qəbul edir. Halbuki, dadmağa çəkindiyimiz hisslər belə bizə mesaj verir və onlardan sonra mütləq bahar gəlir. Daha heç nə əvvəlki kimi olmur. Qara buludlar çəkilir. İnsan ən ağrılı, iztirablı duyğunun belə öhdəsindən gəlir. Hissləri yaşamaq ruh üçün sağlamlıqdır. Hisslərdən qorxmaq, onların təsiri altına düşməkdən çəkinmək, "heç keçməyəcək" sanmaq müdafiə sistemi ilə bərabər, cəsarətsizlik yaradır. Üzləşdiyimiz şeylər bizə yaşamağı öyrədir. Həyata elə öyrənmək üçün gəlməmişik?!
26 notes
·
View notes
Note
Mən də bəzən bu düşüncələrə qapılıram. Ama nahaq. Burasından ayrılmaq məni rutinə düşməyimə və ya yaxşı olmağıma maneə deyildir. Sadəcə daha gözəl şeylərə ehtiyac var. Bəlkə də məşğuı olmağa. Məşğul insanın qalan şeyə vaxtı olmur.
Bu arada yerin yeddinci qatında kimlər olur ?
Ah. Bu gözəl şeylər görən haradan qarşıma çıxacaq ki, mən də onlardan istifadə edəcəm. Daimi məşğuliyyət olsa belə yenə də bəzən bu məşğul olmam məni sıxır, vərdiş olduğum işlərimi bir kənara atıb boş-boş dolanıram.
Uşaqkən “yerin yeddinci qatında” başqa bir dünyanın olduğunu zənn edirdim. Bəlkə də, bu deyim heç zaman ortaya çıxmayacaqlarçün deyilib, ya da zəhərə qalmışlarçün. Amma nəzərimə dair yerin yeddinci qatındakılar aramızdadırlar sadəcə onların dib’ə batdıqlarını bilmirik.
13 notes
·
View notes
Note
Cann, bir daha çox təşəkkür edirəm. Yaxşı olasız. Şükür, çox sağolun, məndə yaxşıyam. Mənim rəfiqəm yoxdu, sizi yaxın rəfiqəm kimi görürəm. Yaşlarımız, mənim 24 onun 28. 4 yaş böyükdü məndən. Mən ilk dəfədiki belə hiss edirəm yəni ilk dəfədiki birinə qarşı ürəyimdə hisslər var. Bu səfər yaxşıyam deyəndə səmimiyəm. Onunla danışandan özümü qəribə hiss edirəm. Amma, bu yaxşı bir qəribəlikdi. Özümü yaxşı hiss edirəm. Biz qonşuyuq bərabər böyümüşük. Ailələr tanışdı, yaxındı. Yəni tam mənasında bilirəmki, kimdi nədi, əsli nəsili nədi. Bu günə kimi bir səhv hərəkətini görməmişəm, eşitməmişəmdə. Bilirəmki, o doğru insan ola bilər. Sanki hiss edirəm. Ay Xoşu xalaa, ilk dəfə hiss etdiyim hisslər elə qəribə gəlirki mənə. Məncə mən ona lap əvvəldən bir şeylər hiss etmişəmki, danışdıqca başa düşürəm. Yoxsa bu xoşlantı 2 günə olan şey deyil məncə.
Nə deməkk, bir şey etmədim ki. Sadəcə anlamağa çalışdım səni. Caaan, duyğulandımm🥹Yaş fərqiniz də çox yaxşıdı. Həm bir-birinizi uşaqlıqdan tanımağınız da həmçinin. Yəqin ki, ürəyində ona qarşı hisslərin olub amma bastırmısan. Ya da sənə olan diqqəti, anlayışı onun sənin xoşuna gəlməyinə səbəb olub. Olur elə. Əsas ilk görüşdü. Görüşdəki hərəkətlərindən daha yaxşı anlayacaqsan ki, o necə biridir. İnşəAllah o hiss etdiyin kimi doğru insan olarr. Bürcləriniz nədir bəs? Bu sualı verməsəm ölecekmişim🥹❤️
5 notes
·
View notes
Text
Bir çox mezheb alimleri hedislere dayanaraq qızıl ve ipek kişilere haram buyurulub deyirler.
Qızılın kişilere haram olmasına delilleri ise bu ve bundan elave yazılardı ''Məlumdur ki, Məhəmməd Peyğəmbər (s) hədislərində kişilərə qızıl gəzdirməyi qadağan etmiş, qadınlara isə icazə vermişdir. Ümumiyyətlə, kişilərə zinət, bəzək üçün boyubağı geymək haram buyrulub dinimizdə. Çünki bu qadınlara xas bir əməldir. Kişilər nazik zəncir geydiklərində qadınlara bənzəmiş olurlar. Peyğəmbər sallallahu aleyhi və səlləm özlərini qadınlara bənzədən kişilərə lənət etmişdir. Bu zəncir (boyunbağı) qızıldan hazırlanıbsa, o zaman bunun günahı daha böyük və haramlığı daha şiddətli olur. Çünki, bu halda iki tərəfdən haram olur. Kulonun üzərində insan, heyvan və yaxud quş şəkli olarsa günahı daha da artır. Xaç və yaxud xaç formasında olarsa bundan da pis və daha pis olur. Sonuncu iki hal-insan və yaxud heyvan şəklinin olması və xaç şəkilli olması-həm kişi, həm də qadınlara haramdır.Əlbəttə, Allah daha yaxşı bilir. Məlum olduğu kimi kişilərə qızıl üzük və ümumiyyətlə qızıl zinət əşyaları taxmaq haramdır.
Hz. Əlinin rəvayət etdiyi xəbərə görə, bir dəfə Rəsulullah (S.) ipək bir parçanı sol əlinə, bir parça qızılı da sol əlinə alıb yuxarı qaldıraraq buyurdu: “Bu iki şey ümmətimin kişilərinə haram, qadınlarına halaldır.” (ət-Tirmizi, Libas 1; İbn Macə Libas 19).. Bütün bu hədislərdən məlum olduğu kimi qızıl zinət əşyası kişilərə haram buyurulmuşdur. Ağ qızıla gəldikdə, bu da qızıl sayıldığı üçün, ümumi qızıla aid hökmlər ağ qızıla da aiddir. Ümumiyyətlə kişilərə gümüşdən istifadə etməyə açıq şəkildə izin verilmişdir. Diğər metallara isə izn verilməmişdir.''
İndi ise gelek Allah bize Quranda nece buyurub: De: “Allahın bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etdi?” De: “Bunlar dünya həyatında, xüsusilə də qiyamət günündə möminlərə məxsusdur”. Biz anlayan bir qövm üçün ayələri belə bəyan edirik. De: “Rəbbim ancaq açıq və gizli edilən pis işləri, günahı, haqsız yerə həddi aşmağı, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Allaha şərik qoşmağınızı və Allah haqqında bilmədiyiniz şeylər söyləməyinizi haram etmişdir".
Ayede de göründüyü kimi Allah bize onun haqqında bilmediyiniz şeyler danışmağı haram etmişdir. Ama mezhebçiler ise kişilere qızılın haram olması hökmünü ortalığa atırlar. Bizler sadece Qurandan sorgu sual edileceyik, hedislerden yox. O şeyki bize Allah terefinden haram edilmeyibse, heç kesde flan hedislere dayanaraq haramdı deye bilmez. Çünki Allah bize Quranda her şeyi açıqlayıb. ( Düzünü Allah biler)
15 notes
·
View notes
Text
Tərəfini seç; MƏMƏ vs ASS
Bu post bir çoxlarına gülməli gələcək ama burada doğrular yatır. Xanımların popo düşkünü olduğunu hardasa anlayaram ama həqiqətən (ətrafımdakı) həmcinslərimin bu qədər popo düşkünü olduğunu heç cürə anlaya bilmirəm. Məmə varkən insan niyə popo’nu bəyənib sevsin ki? Ən gözəl popoya sahib olsan belə, lap sığortalatdırsan belə unutmaki içindəki pislikləri çölə atmaqçundu. Boktan şeylər sevmə yeğeen. Yəni bunun vəzifəsi budur da, seviləsi bir şey deyil. Ama məmə elədir mi? Məmə deyərkən insanın içi əsir. Dodağından öpərkən ovucunda o yumuşaqlığı hiss etmək kimisi yoxdu. Məməsi gözəl olanın özü də, ürəyi də gözəl olar bəylər. Bir qadın məməsini sevməzsə buraxın başını. Məməsini sevən qız öz qədrini biləndir. Bir xanım ki öz məməsinə qulluq etmir, məməsinə baxım göstərmir o qızdan km’lərlə uzaq durmalısan. Unutmamaq lazımdır ki, məmə olmasaydı bizlər ac qalardıq, ac! Məmələrə özgürlük!
Hətta məmələr haqqında sənədli film çəkilməlidi; bir məmənin sirri - məmə məməyə bənzər - məmənə yaxşı bax - məmələr aşkına - ayrılsak da məməyiz - şərikli məmə - təhminə və məmə - arşın məmə alan - sehirli məmə- məməli dünyaya hükümdar olmaz və s.
Keçən gün etiraf etdim, indi də deyim, bəzi xanımlar o qədər gözəl olur ki, onların uşaq dünyaya gətirməyini onlara “yaraşdırmıram”, elə bilirəm o gözəllik yox olacaq da. Əlbəttə ki hər kəsin ana olmaq haqqıdı amma necə izah edim düzgün anlaşılım bilmirəm. Elə məmələr var ki, onları görəndə deyirəm “uşaq bu məmənin vayına oturacaq, axı bu məmə toxunulmayacaq qədər gözəldi, bunun yeri muzeydi muzey, sənət əsəridi” və elə də olur, o gözəl məmə sıradan çıxır, sallanan yellləncəyə dönür. Bir məməyə baxaraq o insan haqqında bir çox düşüncəyə sahib ola bilərsiz (ciddiyəm, elm isbat edib). Unutmaq lazım deyil ki, həyasız qadınların məmələri sallaq olur. Cinsəllik əlaqə zamanı məmənin rolu böyükdü. Bu danılmaz faktdır. Kimsə məməsi olmayan xanıma yaxın durmaz, bu eynən penisi olmayan kişi kimidi. Birini sevməyə gözündən zadından başlamaq nağıllarını buraxın, birini sevməyə məməsindən başlanmalıdı. O məmə ki bəzən sənə yastıq ola bilir, o məmə sahibəsini sev. Gör necə ki, məmələr üçün xüsusi paltar icad ediblər - məmədan/büstgalter. Yəni o çox önəmli və dəyərlidir. Keratanın aşağı yuxarı sallanması yox mu? Öf öf öf. Yaradan yaradıb da. Lütfən məmənizin qədrini bilin, məmənizi laiq olmayan əllərə buraxmayın. Onunla şəfqətli və narin davranın. Məmə müqəddəsdir.
Hətta bir cüt məmə sizə ilham mənbəyi olub post yazmağınıza səbəb də ola bilir. Bu post kimi. Tanrı məmələri qorusun.
9 notes
·
View notes