#olunmuşdu
Explore tagged Tumblr posts
Text
Müqəddəs kitabı oxumuş olsaydın bir şey diqqətini çəkərdi. Tanrı əvvəlcə Adəmi yaratdı, sonra cənnəti. Daha sonra Adəmi cənnətə qoydu. Adəm təəccüb içində idi, çünki daha əvvəl bilmədiyi bir yerə gelmişdi. Həvvanın vəziyyəti isə tamam fərqli idi. O Adəmdən sonra yaradıldı. Cənnətdə yaradıldı. O, oranın sakini idi. Sonra ikisi birdən cənnətdən qovuldular, amma bu Adəm və Həvva üçün eyni mənaya gəlmirdi. Çünki, Adəm, daha əvvəl gördüyü yerə qayıtmışdı. Həvva isə tərsinə yaradıldığı yerdən sürgün olunmuşdu. Əgər bu incə fərqi unutsan, qadınları heç vaxt anlaya bilməzsən. Çünki, qadınlar cənnətin sürgünləridir.
40 notes
·
View notes
Text
DEPUTATLARIN NOVRUZ XATİRƏLƏRİ – BİRİNƏ SİLAH ÇƏKİLİB, DİGƏRİ YANĞIN ÇIXARIB, BAŞQASI İSƏ ...
Novruz Azərbaycan xalqının ulu bayramıdır. Min illərdir bir çox xalq tərəfindən də qeyd edilən Novruzun ən böyük özəlliklərindən biri unudulmaz folklorumuzda kök salan fərqli adətlərlə zəngin olmasıdır. Hansı ki, bu adətlər nəinki uşaqların, həm də böyüklərin marağını cəlb edəcək fəaliyyətlərlə doludur. Buna papaq atmaq, qulaq falına çıxmaq, tonqal qalayıb ağırlığı odda yandırmaq, yumurta döyüşdürmək kimi məşhur adətləri misal göstərə bilərik.
Novruz gəldisə, deməli, hamının yadına uşaqlıq xatirələri düşəcək.
Maraqlıdır, Novruz bayramının özəl adətləri ilə bağlı millət vəkillərinin xatirələri nədən ibarətdir?
Bizim.Media bu mövzuda deputatların özləri ilə söhbətləşib:
Fəzail Ağamalının sözlərinə görə, Zəngəzur mahalında insanlar suyun üzərindən tullanar və ağırlıqlarını tökərdilər:
“Zəngəzur mahalının Qarakilsə bölgəsində Novruz bayramı kifayət qədər yüksək əhval-ruhiyyə ilə keçirilirdi, böyük şənliklərlə müşayət olunurdu. Yumurta döyüşdürər, çilədöymə edər, ilaxır çərşənbədə tonqal yandırardıq. Bizdə tonqal ancaq axrıncı çərşənbədə qalanardı. Eyni zamanda məftilə parça dolayar, üstünə neft töküb yandırar və kimin daha hündürə atacağını yarışdırardıq.
Novruzda birmənalı olaraq hamı, qulaq falı edərdi. Biz tərəflərdə papaq atmaq adəti olmayıb, lakin evlərin bacalarından torba sallayardıq və insanlar içinə yumurta və kökə qoyardılar. Bu kökələr lobya ilə hazırlanardı. Həmin torbalara şəkərbura, paxlava qoyduqlarını xatırlamıram, əsasən kökə olardı.
Sübh səhərdən isə çoxsaylı insanlar axar su üzərinə gedər, buradan hoppanar və belə deyərdilər:
“Ağırlığım-uğurluğum bu suyun üzərinə tökülsün”. Daha sonra həmin suyun kənarındakı daşlar evlərdə ərzaq olan yerlərə, un torbasının içinə atılardı ki, bərəkət gətirsin”.
Deputat xatırladıb ki, Sovet hakimiyyəti dövründə Novruz bayramının keçirilməsi qadağan olunmuşdu:
“Lakin 1967-ci ildə uzunmüddətli fasilədən sonra Şıxəli Qurbanovun təşkilatçılığı ilə Novruz bayramı ilk dəfə dövlət səviyyəsində qeyd olunmağa başladı. Mən onda Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuyurdum. Bizim 464-cü qrup Novruzu təntənəli şəkildə qeyd etdi. Amma təəssüflər olsun ki, Şıxəli Qurbanov həmin il müəmmalı şəkildə öldü. Biz növbəti il qrup olaraq əlimizdə güllər Şıxəli Qurbanovun qəbrini ziyarət etdik.
Onun məzarında bizim apardığımız güllərdən başqa, bir dənə də çiçək yox idi. Novruz bayramı xalqımızın milli ruhunun oyanışına səbəb olmuşdu. Buna görə də, Sovet hakimiyyətindən Azərbaycan rəhbərliyinə bildirildi ki, belə bir bayram bir də keçirilməsin. Lakin Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra, Novruz bayramı yenidən yüksək coşqu ilə qeyd olunmağa başlandı”.
“Bizim.media.az” saytı
Nuranə Daxilqızı
18 mart 2024-cü il
0 notes
Text
Sabiq bir naziri seminara dəvət etmişdilər. Əlindəki plastik stəkanla kürsüyə qalxır və danışmağa başlayır. Amma fikrinin başqa yerdə olduğu bilinirdi. Daha bir cümlə qurur və əlindəki plastik stəkanı qaldırıb baxır və dərindən nəfəs alır. Üzünü zala tutaraq deyir: "Bilirsiniz, nə düşünürəm? Keçən il eyni bu kürsüdə çıxış etmişdim. Tək fərq bu idi ki, onda nazir idim. Buraya gələndə biznes klasa bilet alınmışdı, aeroportda məni limuzin və müşayət edəcək digər avtomobillər gözləyirdi. İlk öncə məni otelə apardılar. Kral nömrədə dincəldim və növbəti gün bura həmin limuzinlə gəldim. Xüsusi qarşılanma olmuşdu. Seminarda çıxışı gözləyərkən mənə bahalı çini fincanda qəhvə təklif etmişdilər. Sonra mənə ayrılan yerə dəvət olunmuşdum. Amma bu gün sizin qarşınızda nazır olaraq çıxış etmirəm. Dünən bura öz puluma aldığım biletlə uçdum. Aeroportda məni heç kəs qarşılamadı. Otelə taksi ilə getdim. Öz otağıma qarşılanmadan getdim. Bu sabah bura gələndə isə sənədimi siyahı ilə yoxlayıb içəri buraxdılar. Sonra zalda ilk tapdığım yerdə oturdum. Ürəyim qəhvə istədi, işçidən soruşanda dəhlizdəki qəhvə aparatını göstərdi. Mən də çıxdım və bu gördüyünüz plastik stəkana qəhvə doldurdum"
Artıq seminar iştirakçıları gülməyə başlamışdılar. Sabiq nazir sözlərinə belə davam etdi: "Hesab edirəm ki, keçən ilki bahalı fincandakı qəhvə mənə yox, vəzifəmə təqdim olunmuşdu". Zalda alqışlar qopdu. O isə alqışlar kəsilən kimi dedi:
"Sizə verə biləcəyim ən yaxşı dərs budur: Bütün təriflər, xidmətlər, avantajlar, rütbəniz, rolunuz və vəzifəniz üçündür. Heç biri sizə aid deyil. Bir gün vəzifədən getdikdə sizə təqdim olunan bahalı fincan xələfinizə təqdim olunacaq. Sizə isə plastik stəkan, yəni layiq olduğunuz veriləcək".
Simon Sinek "Leaders eat last" kitabından.
1 note
·
View note
Text
Rekord reallaşır
Braziliyalı hücumçu Antoni “Mançester Yunayted”lə müqavilə bağlamaq üçün bu gün tibbi müayinədən keçib. Metbuat.org xəbər verir ki, informasiyanı şəxsi “Twitter” hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb. Xəbərə görə, 22 yaşlı forvard sabah 5+1 illik müqaviləyə imza atacaq. “Qırmızı şeytanlar”ın cənubi amerikalının transferi üçün “Ayaks”a 100 milyon avro ödəyəcəyi vurğulanıb və…
View On WordPress
#Amsterdam#bağlamaq#bildirilib#Braziliyanın#Erediviziyası#forması#informasiyanı#klubundan#klubunun#məbləği#məhsuldar#mövsüm#müayinədən#Müqavilə#Niderland#ödəyəcəyi#olacağı#olunmuşdu#ötürmə#rəsmiləşəndən#tarixinin#transfer#turnirlərdə#üzərindən#vurğulanıb
0 notes
Text
Yazılarımın 80 faizini taslaka doldurmaq əvəzinə blogumda paylaşsaydım Allah bilir neçə dənə kitabım çap olunmuşdu artıq 🤷🏻♀️
61 notes
·
View notes
Text
Beynəlxalq Qadınlar Günü
Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı.
8 mart 1908-ci ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.
İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur; bu Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunmuşdu.
1909-cu ildə isə Avropadakı qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi.
1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.
Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq İşçi Qadınlar Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayram. BMT də 8 -martı beynəlxalq qadınlar günü kimi tanıyıb.
19 notes
·
View notes
Text
Həyatınızın daha da yaxşı olması üçün, cəmi 4 gün sərf edin.
"İstəyirəm ki, yaxşı olum", "İstəyirəm ki, vəziyyətim yüngülləşsin" - hər kəs heç olmasa bir dəfə bu sözü işlədib. Bu, normaldır, çünki həyatda çətinliklər, narahatlıqlar olur.
Bəs harmoniyanı geri qaytarmaq üçün nə etmək lazımdır?
Pennebeyker metodu sizin köməyinizə gələ bilər
Sizə lazım olan ləvazimatlar:
- Sakitlik
- Qələm
- Vərəq və ya bloknot
İndisə rahat əyləşin, telefonu götürün, taymeri 15 dəqiqəyə qoyun, sonra telefonu səssizə və kənara qoyun. İndisə yazmağa başlayın. Sizi narahat edən şeyləri yazın. Baş verənləri və hiss etdiklərinizi yazın. Düşüncələrinizi və narahatlığınızı vərəq üzərinə köçürün. Dayanmadan yazın, vərəqə etibar edin.
Zəruri olan budur ki, yazdıqlarınız barədə düşünməyəsəiz, sadəcə içinizdəkiləri vərəqə boşaldın.
Taymer zəng çalan kimi əl saxlayın. Dərindən nəfəs alın. Bir az əyləşin, hiss edin ki, neqativ sizdən necə kənarlaşır
Bu tapşırığı 4 gün ərzində, hər dəfə 15 dəqiqə sərf etməklə yerinə yetirin
Bu necə işləyir? Sirri nədir?
Psixoloq Ceyms Pennebeyker bu metodu 1970-ci ildə depressiyadan sağaldıqdan sonra tərtib edib. O, boşandıqdan sonra hamıdan təcrid olunmuşdu və bir aydan sonra özündə güc taparaq yataqdan qalxdı və çap maşınının arxasında əyləşdi. O bilmirdi ki, nə etməlidir, sadəcə ona tamaşa edirdi. Sonra yazmağa başladı, azad şəkildə, dayanmadan. Bir neçə gün keçdikdən sonra hiss etdi ki, özünü yaxşı hiss edir. O, yazının özündə öz həyatındakı hədəf və imkanları görməyə başladı.
Metod zamanla və yüzlərlə könüllülər tərəfindən yoxlanılmışdır. Camaat o şeylər barədə yazırdı ki, illərlə onların qəlbində qalmışdı, onların durumu, emosional və fiziki halları dəyişməyə başlayırdı.
Bu, heç də təəccüblü deyil, axı neqativə çıxmaq üçün imkan vermək lazımdır, qələm və vərəq bunun üçün mükəmməl çıxış yoludur. Nə zaman özünüzü yaxşı hiss etsəniz, bu vərəqlərlə vidalaşın. Dünyaya açılın və o da sizin görüşünüzə gələcək.
27 notes
·
View notes
Text
Nə işıqlı gündü, nə nurlu sabah, Beləmi günəşli sevgi, sən Allah, Burda özgə yox ki, mənəm, sən, Allah, Söylə, qurban olum, düzünü mənə Can, necə sevdirdin özünü mənə * Əcəldən əcr uman bir qərib quşdum, Dərdimə gül idim, qəmimə xosdum, Ürəyim külündə dəfn olunmuşdu, Yandırdın odunu, közünü mənə Can, necə sevdirdin özünü mənə * Bu yaşda ruhumu uşaq görürəm, Od tutan sinəmi aşiq görürəm, Hər yerdə, hər seydə işıq görürəm, Bəxş etdin məhəbbət gözünü mənə Can, necə sevdirdin ozünü mənə * Ürək cadar cadar, qəlb dağım dağım Bitib tükənmişdi sevgi bulağım Yerlərin vədinə kardı qulağım, Çatdırdın göylərin sözünü mənə Can, necə sevdirdin özünü mənə * Şükr etdim, qəm çökdü, dərdim uçuldu, Bəxtimə gün düşdü, şəfəq saçıldı, Sevginə diz çökdüm, gözüm açıldı, Göstərdin 🌹 üzünü mənə, Can, necə sevdirdin özünü mənə
1 note
·
View note
Text
Onun qəlbində gizlin bir sirr var idi... Bəli, qoca haqlı idi: o, təhqir olunmuşdu, onun yarası sağala bilməzdi, o sanki bizim hamımıza qarşı etibarsızlıq ilə ifadə olunan bu sirli hərəkətləri ilə öz yarasını qəsdən qanatmaq istəyirdi, sanki o duyduğu bu əzabdan, bu əzab xudbinliyinden həzz alırdı. Mən -yaranı bu cür qanatmağın, onda həzz almağın səbəbini bilirəm: Bu tale tərəfindən sıxışdırılan, bunun haqsız bir şey olduğunu dərk edən alçaldılmış və təhqir olunmuş adamların duyduğu həzzdir.
2 notes
·
View notes
Text
Gülməli ölüm
Deyirlər can şirin olur. Tamaşa nənəm ölənə yaxın bərkdən gülmüşdü. Nə canının şirinliyini, nə də ölümün vahiməsini hiss edən olmamışdı. Bu qəribə ölüm hamını mat qoymuşdu. Otaqda təzəcə açmış gül də, iki gün sonra qurumuşdu. Nənəm elə gülmüşdü ki, atam yerində donub qalmışdı. Heç nə başa düşməyən atamın gözləri bərəlib, hadağasından çıxmışdı. Bu səhnə məni çox sonralar bərk qorxutmuşdu. Amma bunu heç kimə deməmişdim. Bibim Humay da ona qoşulub o ki var gülmüşdü. Əlini əlinə vurub, qəhqəhə içində öldü nənəm. Mən onda yeddinci sinifdə oxuyurdum. Arvadlar danışırdı ki, nənəmin içinə cin giribmiş. Üç gün cini içindən çıxarda bilməmişdilər. Tanınmış cindər Kamal kişi də bu işin öhdəsindən gələ bilməmişdi. Sonradan kimsə nənəmə bunu deyəndə arvadı gic gülmək tutmuşdu. Elə gülə-gülə də keçindi yazıq nənəm. İxtisasca mamaça idi, çox doğuşlarda həyata yeni gələn körpələrin sağlam şəkildə doğulmasında birbaşa iştirak etmişdi. Hərdən işi tərs gedən vaxtları da olurdu, daha doğrusu uşaq tərs gəlirdi, hər dəfə də nənəm bu tərsliyə qalib gəlməyi bacarırdı. Hamı onu ”xilaskar” bilirdi. Ona görə də hörməti, sevgisi hamı tərəfindən hiss olunurdu. Nənəm öləndə yetmiş üç yaşı var idi. Heç nədən şikayəti yox idi. Bircə ayaqları sözünə baxmırdı. Ayaqları axır vaxtlar şişib kötüyə dönmüşdü. Damarları ağac kökləri kimi qabarmışdı. Dişləri tökülsə də, mən onun protezini heç vaxt görməmişdim. Bircə öləndə hardasa gözümə sataşmışdı, o da dəqiq yadımda deyildi. Hə, onu deyirdim axı, nənəmin guya içinə cin giribmiş. Özü də bu cin erkək cinlərdən idi. Nənəmə rahatlıq vermir, onu ağrı və sancılarına səbəb olurmuş. Babam ikinci dünya müharibəsində öləndən bəri dul qalan nənəm müqəddəs hesab olunurdu. Heç vaxt adına pis söz gəlməmişdi. Əksinə, hamı onun haqqında ancaq xoş sözlər söyləyirdi. Özü də savadlı qadın idi. Ədəbiyyatı çox sevirdi. Mənim də nə vaxtsa yazıçı ya da şair olmağımı istəyirdi. Bunu mənə deməsə də, xəlvəti atama bu arzusundan bəhs etmişdi. Atam da etiraz etməmişdi. Amma bilirdim ki, atam mənim vəzifəli bir adam olmağımı istəyirdi. Bu istək ona dayısından keçmişdi. Atamın dayısı uzun müdət katib işləmişdi. Həmişə pencəkdə, səliqəli geyimdə görünürdü.Nənəm dünya ədəbiyyatından xeyli sayda müəllifləri mütaliə etmişdi. Qalın kitabları iki günə əridib qurtarırdı. Bir dəfə qeyd dəftərində (gündəlik yazmağı xoşlayırdı) bu sözlər yazılmışdı: "İnsanın cismi vardır, bu cisim eyni zamanda onun üçün həm ağır bir yük, həm də vəsvəsədir. O, bu cismi sürüyür və ona tabe olur.Müqəddəs olmaq – müstəsna bir şeydir: ədalətli olmaq isə qaydadır. Yolunuzdan çıxın, yıxılın, günah iş görün, ancaq ədalətli olun.Cahillərə bacardığınızı öyrədin, onlara pulsuz təhsil verməməkdə cəmiyyətin özü müqəssirdir. Cəmiyyət yaydığı cəhalət üçün məsuldur. Qaranlıq içində olan qəlbə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır.Sizdən sığınacaq istəyən adamın adını soruşmayın. Məhz öz adını gizlədən adamın sığınacağa xüsusi ehtiyacı vardır.Onlar ördək ayaqlarının yumşaq palçıq üzərində buraxdığı ulduza bənzər izləri, göyün dibsiz dərinliklərində ulduzlar topası hesab edirlər.”V.Hüqo "Səfillər” romanıBoz dəftərçənin axırıncı səhifələrində isə səliqəsiz, amma oxuna bilən qeydləri diqqətimi daha çox çəkmişdi. Bu nənəmin il ərzində oxuduğu kitabların adları, müəlliflərin siyahısı idi. Tanış olmayan, qəribə adları hardan tapmışdı nənəm. Axı bu adları necə başa düşəsən, hələ qaldı əsərləri... "Anna Karenina" (Lev Tolstoy), "Madam Bovari" (Qüstav Flober), "Hərb və Sülh" (Lev Tolstoy), "Heklberri Finnin macəraları" (Mark Tven), "Hekayələr" (Anton Çexov), "Midllmarç" (Corc Eliot), "Mobi Dik" (German Melvill), "Böyük Ümidlər" (Çarlz Dikkens), "Cinayət və cəza" (Fyodor Dostoyevski), "Emma" (Ceyn Ostin).Belə qeydlər çox idi. Onda mənə heç nə aydın deyildi. Yazılanları heç cür başa düşə bilmirdim. Niyə bunları yazırdı axı nənəm?Hərdən mənə elə gəlirdi ki, nənəm mamaça yox, ədəbiyyatşünas, tənqidçi olmalı idi. Çünki hiss edirdim ki, ədəbiyyat nənəmin danışığına, həyat tərzinə, bütün varlığına hopmuşdu. Su kimi onun varlığına hopan ədəbiyyat onu hər an, hər dəqiqə izləyirdi. Bu izlənmə nənəmi xeyli məmnun edirdi. Mənə də bir ləqəb fikirləşmişdi. Çox nadir hallarda istifadə edirdi bu ləqəbi: "Tom” Əvvələr elə bilirdim adımın qısa forması olaraq bunu belə deyirdi. Tacəddin uzun ad idi, Tom daha qısa və şirin səslənirdi. Bu mənim lap ürəyimcə idi. Amma tay-tuşlarımdan çəkinirirdim, nədənsə bir az da utanırdım, ona görə də bu ləqəbin rəsmiləşdirilməsinin əleyhinə idim. Ancaq ikimizin arasında yaşanmağını istəyirdim bu ləqəb əhvalatının. Mən də nənəmə gizlində bir ad fikirləşmişdim. Nənəmin yanağında qara bir xalı var idi. Bu xal onu daha da gözəlləşdirir, ona ilahi ecazkarlıq verirdi. "Xallı” ləqəbini nənəmə deməyə ürək eləməsəm də, özlüyümdə onu belə çağırırdım. Nənəm babamdan heç vaxt danışmazdı. Nə də biz soruşmazdıq. Eləcə onu bilirdim ki, babam Berlinin lap yaxınlığında, şəhərə iki kilometr qalmış həlak olmuşdu. Qəbri də orda olmalı idi. Nənəmin qardaşı bunu təsdiqləmişdi. Berlinə müharibədən sonra getmişdi, babamın adı yazılan kütləvi məzarlığı da orda tapmışdı. Nənəm qara kağızı saxlamışdı. Qara kağız deyəndə, kağız elə kağız kimi ağ idi, sadəcə olaraq ölüm haqqında olduğu üçün qara kağız deyirdilər. Mən də əvvəllər kağızın rəngini qara bilirdim. Çox sonralar bunu başa düşmüşdüm... Kənddə tək-tük adam həkimə gedərdi, ancaq doğuş zamanı həkimə, daha doğrusu nənəmə müraciət olunurdu. Qalan işlərdə xalq təbabəti camaatın köməyinə çatardı. Ən çox da "Qotur” Mahmudun dərmanları məşhur idi. Yadımdadı, bir dəfə nənəm onunla bərk savaşmışdı. Buna görə də kişinin şəkəri qalxmışdı nə idi, özünə həkim lazım oldu. Bir həftə yataqdan qalxa bilmədi. İnsafən, kişi fağır kişi idi, nənəmin isə hərdən tərs damarı tuturdu. Üzündə elə bir ifadə yaranırdı ki, elə bil adamı bu dəqiqə parçalayacaq. Nənəm mənim qayğıma çox qalırdı. Məni hamıdan qorumağa çalışırdı. Hətta anamdan da çox maraqlanırdı mənimlə. Nadincliyimi, şuluqluğumu həmişə bağışlayırdı. Heç yadımdan çıxmaz bir dəfə qonşumuz Bəhram dayının ot tayasına od vurmuşdum. Hadisə yerinə bütün kənd yığılmışdı. Qorxumdan qaçıb toyuq hinində gizlənmişdim. Yerimi bircə nənəm bilirdi. Sağ olsun, axıra kimi məni müdafiə etdi. "Yaxşı ki, uşaq özü yanmayıb, otdu da yanıb yanıb, dünya dağılmayıb ki?!” təsirli və inandırıcı baxışlarla Bəhram dayını razı sala bilmişdi. Onda başa düşmüşdüm ki, nənəm məni çox istəyir, həm də məni bir az ərköyün böyüdür. Bu mənim xoşuma gəlsə də, atam bu işdən heç razı deyildi. Bunu onun əsəbi görkəmi və narahat baxışlarında görmək olurdu. Anam isə gözləmə mövqeyində idi. Bəlkə də nənəmdən çəkinirdi deyə, heç nə deyə bilmirdi. Yayda çaya çimməyə getmişdik. Uşaqlar şit zarafatları ilə məni lap təngə gətirmişdi. "Tamaşa nənə Tamaşa, gedir yenə doğuşa” Bu sözlər xalq məsəli kimi dildən dilə dolaşır, məni də o ki var qıcıqlandırırdı. Hərçənd buna öyrəşmişdim. Sinif yoldaşım Hikməti buna görə bir dəfə bərk döysəm də, sonra peşman olmuşdum. Yazıq uşaq üç gün dərsə gələ bilmədi. Gözü qara bulud kimi dolmuşdu. Valideynləri qoşun kimi üstümüzə gəlsə də, sülh əldə olunmuşdu. Yenə də nənəmin sayəsində...Başıma qəribə maraqlı hadisələr gəlirdi. Bütün bu hadisələrin içində nənəmin mütləq adı və rolu var idi. Ya finalda, ya da lap başlanğıcda. Nənəm mənim qəhrəmanım idi. Arxamda böyük dayaq hiss edirdim. Bunu ona bildirməsəm də, hərəkətlərimdən bunu dərhal hiss etmək olurdu.Nənəmin ölümü məni üzsə də, onun yoxluğunu qəbul etmirdim. İnanırdım ki, o hələ də yaşayır, ələlxüsus məni görür. Ona görə də heç qəbiristanlığa da getməmişdim, uzun müddət onunla xəyalən söhbət etməyə davam edirdim. Ta ki orta məktəbi qurtarana qədər. Politexnik İnstitutuna qəbul olanda birdən başa düşdüm ki, nənəm yaşamır. Çoxdan ölüb. Mən bununla çətin də olsa barışmalı oldum. Bakıya gələndə onu tamamilə yaddan çıxartdım. Dərslər, tələbəlik həyatı məni xeyli dəyişdirmişdi. Günlərin bir günü yataqxanada bir əhvalat eşitdim ki, guya rayonların birində hamilə qadının içinə cin girib, deyirmiş ki, "mən mamaça Tamaşayam, səni doğuzduracam.” Yazıq gəlin də gün geçdikcə əriyib çöpə dönürmüş. Bu əhvalat məni tok kimi vurdu. Uzun zaman yuxularımı qatıb, sayıqlayırdım. Gündüzlər havalı gəzirdim. Tətildə kəndə gedəsi oldum. İçimdən bir səs məni nənəmin vacib ziyarətinə doğru apardı. Həyəcan içində qəbiristanlığa tərəf yollandım. Çatanda gördüm ki, bir sarı quş qonub düz nənəmin baş daşına, cəh-cəh vurur. Məni görüb uçub getdi. Nənəmin məzarında iri çatlar var idi. Elə bil məzarın qırağına top mərmisi düşmüşdü. Bu mənzərə məni daha da üzdü. Düşündüm ki, yazıq nənəmin nigarançılıqdan goru çatlayıb. Axı onu içinə cin girdiyinə görə öldüyünü düşünürdülər. Demək olar ki, hamı buna adları kimi əmin idi. Mən buna inanmırdım, bir də nənəmin özü. O da gülməkdən ölmüşdü. Sözün əsl mənasında gülməkdən. Qayğılı baxışlarından təsirlənib, özümdən asılı olmadan dedim: "Nənə, sənin üçün nə edə bilərəm?” Qəfil hardansa bir səs qulağıma fısıldadı: "Bir şam yandır...” Nə qədər ətrafa boylansam da, heç nə görmədim. Evə tələsirdim. Bir şam tapıb mütləq onu yandırmalı idim. Qəbirstanlığa qayıdanda şər qarışırdı. Şamı yandırıb nəlbəkiyə qoydum. Sonra bayaq gördüyüm çatların yoxa çıxdığını, uzaqdan xoşbəxt bir quşun nəğməsini eşitdim. Başa düşdüm ki, bu nənəmin "təşəkkürü”dü. O quşun içinə girib oxumağa başlamışdı. Həm də başa düşdüm ki, çoxdan idi nənəmi ziyarət edən olmamışdı. Atamın başı əkinə qarışmışdı, qohum əqrəbanın da qayğılardan başı açılmırdı. Təbii, bu ona əsas vermirdi ki, nənəmi heç olmasa ildə bir dəfə ziyarət etməyəsən...Ona görə də o məndən şam yandırmağımı istəmişdi. Belə bir deyim də var: "Goruma çıraq tutmaq” Yəni ki, nənəmin istəyi bir xatırlanma, yada salınma olub. Məndən də başqa bunu duyan olmamışdı.Axşam divanda uzanıb bir hekayə oxuyurdum. Hekayədə belə bir parça var idi: "O tənha qaldığı üçün hər gün ölümə doğru getdiyini anlayırdı. Bir gün hamıdan uzaqda öləcəyi, unudulacağı və bir daha var olmayacağı dəhşətli idi...”Bu sözlər içimdə ilan kimi qıvrılıb məni sancdı. Nənəmi gözümün qabağına gətirdim. Özümə söz verdim ki, həmişə onu ziyatər edib, məzarında şam yandıracam...
1 note
·
View note
Text
Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı(1982) Qabriel Qarsiya Markes (1927-2014) bir gün xarici ölkədə səfərdə olarkən romanlarının birinin tərcümə keyfiyyəti ilə maraqlanmaq istəyir. Roman yazıçının yaxşı bildiyi ingilis dilində tərcümə olunmuşdu. Yazara hörmət əlaməti olaraq əsəri onun üçün oxuyurlar. Ətrafındakılar 40-50 dəqiqə Markesin bu romana necə diqqətlə qulaq asdığını görürlər. Aralarından bir nəfər ondan soruşur:
- Elə diqqətlə qulaq asırsınız ki, sanki haqqında bilmədiyiniz bir şeydir. Axı bu sizin öz əsərinizdir.
Markez isə hamının gülüşünə səbəb olan bir cavab verir:
- Mane olmayın, qulaq asım görüm bu romanın qəhrəmanı axırda öləcək, ya sağ qalacaq?🕊️🍃
2 notes
·
View notes
Text
Müqəddəs kitabı oxumuş olsaydın bir şey diqqətini çəkərdi. Tanrı əvvəlcə Adəmi yaratdı. Sonra cənnəti. Daha sonra Adəmi cənnətə qoydu. Adəm təəccüb içində idi, çünki daha əvvəl bilmədiyi bir yerə gəlmişdi. Həvvanın vəziyyəti isə tamam fərqli idi. O Adəmdən sonra yaradıldı. Cənnətdə yaradıldı. O oranın sakini idi. Sonra ikisi birdən cənnətdən qovuldular amma bu Adəm və Həvva üçün eyni mənaya gəlmirdi. Çünki Adəm, daha əvvəl gördüyü yerə qayıtmışdı. Həvva isə tərsinə doğulduğu yerdən sürgün olunmuşdu. Əgər bu incə fərqi unutsan, qadınları heç vaxt anlaya bilməzsən. Çünki qadınlar cənnətin sürgünləridir…
(c)
19 notes
·
View notes
Text
MY 50 milyona aldığı futbolçunu 10 milyona satır
MY 50 milyona aldığı futbolçunu 10 milyona satır
“Mançester Yunayted” Aaron Uan-Bissakı “Kristal Pelas”a gerti qaytarmaq istəyir. Metbuat.org xəbər verir ki, bu barədə ingiltərənin “The Telegraph” nəşri məlumat yayıb. “Qırmızı şeytanlar” futbolçunu cəmi 10 milyon funt sterlinqə satmağı planlaşdırır. Xatırladaq ki, 2019-cu ildə Uan-Bissaka “Kristal Pelas”dan “Mançester Yunayted”ə 50 milyon funt sterlinqə transfer olunmuşdu. Emin Metbuat.org
View On WordPress
#barədə#Bissakı#futbolçunu#İngiltərənin#istəyir#Mançester#məlumat#olunmuşdu#Pelasdan#planlaşdırır#qaytarmaq#Qırmızı#satmağı#şeytanlar#sterlinqə#Telegraph#transfer#Xatırladaq#Yunayted#Yunaytedə
0 notes
Text
Depressiv əlyazma
Yəhudi əsilli alman yazıçı Frans Kafka bu gün bütün dünyada məşhur olsa da sağlığında demək olar ki, heç tanınmırdı və cəmi bir neçə hekayəsi çap olunmuşdu. Onların içində “Çevrilmə” – bir səhər oyanıb böyük həşərata çevrildiyini görən bir adam haqqındakı hekayə də vardı. Kafkanın özünəməxsus darıxdırıcı manerasında mürəkkəb insani əlaqələrə münasibəti əks olunmuşdu. Naşirlər əvvəlcə bu qəribə əlyazmanı çap etmək istəmirlər, üstündən iki il keçəndən sonra nəhayət alman ədəbiyyat jurnallarından biri onun dərc edir. Gözlənildiyi kimi müasirləri müəllifin ideyasını anlamırlar. “Çevrilmə” Kafkanın ölümündən uzun illər keçəndən sonra, İkinci Dünya müharibəsi ərəfəndə məşhurlaşdı. Bu depressiv oçerk həmin vaxt repressiyaya məruz qalan Şərqi Avropa əhalisi arasında əks-səda yaratdı. Maraqlıdır ki, müəllifin özü hekayəni bəyənmirdi. O yazırdı:“ İndicə “Çevrilmə”ni təzədən oxudum və mənə çox mənasız göründü.” İlk növbədə onu əsərin sonu qane etmirdi. Bir sözlə Kafka öz yaradıcılığına qarşı olduqca ciddi idi, hətta ölümqabağı dostuna çap olunmamış əsərlərini yandırmağı belə vəsiyyət etmişdi. Yaxşı ki, dostu Maks Brod buna əməl etmir.➰
77 notes
·
View notes
Note
4)
jerome david salinger-çovdarlıqda uçurumnan qoruyan
əsər 16 yaşlı gəncin diliynən yazılır.romanda əsasən gənclər arasında-bütün ABŞda məhşur olub.əsərdə amerikan həqiqətlərinin kəskin tənqidi,insanların ikiüzlülüyü,dinin lazımsız steorotipləri tənqid olunur.əsərdə o qədər vulqarizmlərdən istifadə olunmuşdu ki insanlara “mənfi” təsirinə görə uzun müddət qadağa edilmişdi.a buna baxmıyarağ dünyada ən çox oxunan kitablardan biridi.hətta əsərin təsirindən intihar eliyən bir neçə gənc də olubdu.ABŞ prezidenti ronald reyqana sui-qəsd eliyən con hinklin sui-qəsddən əvvəl bu romanı oxumuşdur.con lennonnun qatili mark çepmenin də üstünnən david Salingerin bu romanı tapılıbdı.uzun sözün qısası oxusan təsirinnən çıxa bilmiyəcəyin kitab tövsiyəsi verdim)
7 notes
·
View notes
Text
"Müqəddəs kitabı oxumuş olsaydın bir şey diqqətini çəkərdi. Tanrı əvvəlcə Adəmi yaratdı. Sonra cənnəti. Daha sonra Adəmi cənnətə qoydu. Adəm təəcüb içində idi, çünki daha əvvəl bilmədiyi bir yerə gəlmişdi. Həvvanın vəziyyəti isə tamam fərqli idi. O, Adəmdən sonra yaradıldı. Cənnətdə yaradıldı. Oranın sakini idi. Sonra ikisi birlikdə cənnətdən qovuldular amma bu Adəm və Həvva üçün eyni mənaya gəlmirdi. Çünki, Adəm daha əvvəl gördüyü yerə qayıtmışdı. Həvva isə tərsinə, doğulduğu yerdən sürgün olunmuşdu. Əgər bu incə fərqi unutsan, qadınları heç vaxt anlaya bilməzsən.. Çünki qadınlar cənnətin sürgünləridir".
Michel Tournier - Meteors
5 notes
·
View notes