#məxrəcə
Explore tagged Tumblr posts
zkyvaelmira · 4 months ago
Text
İnsanların ən böyük problemi bir-birini dinləməməkdir.Daha doğrusu diqqətlə dinləməməkdir.Əgər diqqətlə dinlənilsə bir çox problemin həlli tapılacaq.İnsanlar bir-birilə sadəcə söz yarışına çıxırlar.Bu yarışda önəmli olan problemin həlli deyil,kimin sözünün daha “üstün” olmasıdır.Bunun yerinə tamam əksini edib əsas məsələni həll etməyə cəmlənsək,nə başımız ağrıyar,nə də boşuna çənə döymüş olarıq.Ən marağlısı da bilirsiz nədir?Ən marağlısı da odur ki,günümüzdə hərkəs vaxtın azlığından gileylənsə də,boşuna mübahisə edib vaxt xərcləməyi lazımlı görür.Uzun sözün qısası,insanlarla münasibət zamanı qazanmağı söz güləşdirməkdə oıaraq deyil,ortaq məxrəcə gəlməkdə görün.
12 notes · View notes
metbuat · 2 years ago
Text
Özü dedi  
“Barselona”nın baş məşqçisi Xavi La Liqanın ilk turu çərçivəsində “Rayo Valyekano”ya qarçı keçirəcəkləri matçdan öncə təşkil edilən mətbuat konfransında komandanın iki futbolçusu – Pyer-Emerik Obameyanq və Frenki de Yonqla bağlı fikirlərini bölüşüb. Metbuat.org xəbər verir ki, 42 yaşlı çalışdırıcı hər iki futbolçunun Kataloniya təmsilçisində qalmasının tərəfdarı olduğunu deyib: “Obameyanqa…
Tumblr media
View On WordPress
0 notes
creansodaays · 4 years ago
Note
Xanım alimlər sizin o axırıncı yazdığınız post haqqında araşdırma aparıblar və belə bir ortağ məxrəcə gəldilər ki, siz ALKAŞSINIZ
Çox səhv nəticədir, çünki normalda aylarla içməyən adamam. Amma arada şeytanın ayağını qırıb dost-tanışla otururuq :D
5 notes · View notes
bilinmeyen-heqiqetler · 4 years ago
Photo
Tumblr media
İnsan yaşadığı dünyada daim “nə”, “niyə” və “necə” kimi suallara cavab axtarsa da, onların ardınca düşəndə olduqca qısa bir yol qət edə bilir. Əgər yaşadığı dünyanın fövqəladə nizam və tarazlığı barədə suallara cavab axtarmasa, həqiqətə gedən yolda irəliləməsi mümkün deyil. Atomla bağlı nələrin necə baş verdiyini biləndən sonra “niyə” sualının cavabını öyrənəcəyik. Elə bu sualın son cavabı da bizi mütləq həqiqətə qovuşduracaq. Həmin cavabı isə ilahi rəhbər olan və hər şeyə açıqlama verən Quranda tapacağıq. XIX əsrin birinci yarısından bu günə qədər yüzlərlə elm adamı atomun sirlərini açmaq üçün gecə-gündüz çalışıblar. Atomun quruluşu, hərəkəti və digər xüsusiyyətlərini üzə çıxaran bu çalışmalar maddəni əzəli və əbədi bir varlıq olaraq qəbul edən klassik fizikanı kökündən sarsıtdı və müasir fizikanın təməlini qoydu. Eyni zamanda, bu fəaliyyətlər özləri ilə bir çox yeni suallar gətirdi. Bu suallara cavab axtaran fiziklər sonda bütün kainatda olduğu kimi, atomda da qüsursuz bir nizam, pozulmaz tarazlıq olduğu haqda ortaq məxrəcə gəldilər. Bu həqiqət hələ 14 əsr əvvəl Quranda açıqlanmışdı. Quran ayələrində açıq-aşkar bildirilir ki, bütün kainat mükəmməl nizam içində işləyir. Çünki yer, göy və bu ikisinin arasındakı hər şey sonsuz güc və ağıl sahibi olan Allah tərəfindən yaradılıb. Allahın yaratdığı hər şeyin fövqəladə dərəcədə mükəmməl olması və qüsursuz nizam içində işləməsi isə çox təbiidir. Qəribə olan odur ki, insan öz bədəni də daxil olmaqla, gördüyü hər yerdə qarşısına çıxan sonsuz möcüzələrdən təsirlənmir və bütün bunların nəyə görə ona göstərilməsini düşünmək istəmir. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #nasa #kainat #kosmos #evren https://www.instagram.com/p/CN5Q56WBTtg/?igshid=1d4tkhreh80lj
1 note · View note
aygunsblog · 6 years ago
Note
Fikirləşərik. Ortaq məxrəcə gələrik.
Geley
5 notes · View notes
yagubov · 2 years ago
Text
Elə biri olsun ki, o zövqlü mən zövqlü ortaq bir məxrəcə gəlib ortaya sanballı bir stil çıxaraq. Sora mən onu geyinim ki, şəhərdəki bütün qızlar mənə baxsın da. Desinlər ki, “oy kakoy ne krasavcik no stilyaka da konkret„
Bidənə zövqlü qız olsaydı gedib məynən stilni pal-paltar almağa kömək edərdi..
10 notes · View notes
anar-abasow · 7 years ago
Text
Bu yazacağımı kimsə bilmir və kimsəyə də danışmadım.
Bir zamanlar sevdiyim vardı. Sevdiyim dediyim xoşlandığım biri idi. Adı da Sənubər. Mənimlə hazırlığa gələrdi. Hazırlıq bir saat yarımdı və mən bir saat dini söhbətlər edərdim. Bir gün baxdım ki bizim müəllim hicabda, gözəl göyçək xanım olmuş. Yoldaşı içki içəndi. Nəsə, biz dərsdən sonra çıxıb gedərdik dini dükanlara hicablar baxardıq. Onun hicab geymiş önümdə durduğunu xatırlayıram. Qardaşı ilə yaxındım. Məndən yaşca balaca idi. Maço kişiydi. Baxmayın yaşına, dəliqanlı adamdı. Ama safdı.
Bir gün quşlar qardaşına xəbər çatdırmış ki Anar bacını sevir. Çağırdı görüşə. Getdim. Bütün tanıdığım kuruq hamsı bir yerdə. Hər kəslə bir-bir görüşdüm. Əlbəttə biz kuruq olaraq takılırdıq yəni görüşə gəldiyim adam yox kuruq idi. Mənə ilk öncə bir sual verdi; nə məsələdi? Dedim; yəqin kuruqun quşları sənə çatdırmış, bildiyin düz məsələdi. Dedi; bacımı sevirsən? Dedim; hə (əslində çox yaxşı biri idi və düzgün yol göstərmək istiyirdim, hətta sevə bilərdim çünki sevgidən bir pillə aşağdaydı). Dedi; mən səni adam bildim, bacıma görə mənimlə yoldaşlıq etdin. Necə hərəkətdi? Dedim; onu tanıdıqda səni tanımırdım, səni tanıdıqda qardaşı olduğunu bilmirdim, sənin yerin sağımda Onun yeri solumda. Nəsə, bizim oğlan çox dirəşdi ki əl çəkəcəksən falan, dedim əlçək deməklə olmur əzizim, mən əl çəksəm də ürəyim əl çəkməz. Hər nəsə biz ortaq məxrəcə gələ bilmədik uzaqlaşdıq. Sonra şəhərdə gördüm illər sonra, görüşdük. Hətta onun oxuduğu texnikuma gedərkən Ülvi (qrup yoldaşım) ilə getdim və həmin günü Ülvi bir qıza aşiq oldu və Ülvi 4 il o qızı uzaqdan sevdi, əsla yaxınlaşmadı, qız oğlanlar yığıb tökdü ama bizimki yenə əl çəkmədi, dedi onu əsla narahat etmərəm, o avtobusa öndən minirsə mən arxadan minərəm, o yolun soluyla gedirsə mən sağıyıa gedərəm, əsla narahat etməmişəm və etmərəm. Qızla əsla danışmadı Ülvi. Ülvi ailə qurdu ama mənə olan əsəbi heç vaxt keçmədi. Hər görəndə söyürdü, deyinirdi ki məni poxa saldın, səninçün getdim aşiq oldum gəldim. Sonra da belə belə işlər. İndi Ailəlidi və tanıdığım ən kral adamdı. Ailəsini sevən, ailə nədir bilən adamdı, xoşbəxt olsun.
Bayaqdan oturmuşam zavodda, içirəm. Bizim qızın qardaşı da burdaymış. İkimizdə içkili, mən nəyə içdiyimi bilmirəm. Çıxarkən gördü məni. Əsla salam verməzdi, düşmən kimi idik. Yanıma oturdu, həmin kruqa gözləməsini dedi. Öncə pis pis baxdı sonra güldü və dedi ki; kaş bacımın söhbətinə gəlməsəydim də hər zaman onu sən sevəydin. İndi alçağın birinə ərə gedib. Adamı döyməməkçün özümü güclə saxlayıram. O zamanlar uşaq idik, namus qeyrət önəmliydi. Sən yad olduğunçun səni pis etməkdən ötrü mənə xəbərlədilər mən də bunu yedim. Axmağam. Sən tanıdığım ən yaxşı insansan. Sevdiyin varsan həqiqətən şanslıdı. Əgər yoxdusa sən gözəl ailə başçısı olarsan. Artıq düşmən deyilik. Mən bir gün onu vurub həbsə gedəcəm bəlkə, ama həmişə biləcəm ki doğru şeyi etdim. Peşman olmaram. Anar, əsla peşman olma. Peşmanlıq insanı utandırır. Acizləşdirir. Bəs etməz, boyun əydirər. Sən əsla boyun əymə. Toyuna məni çağır.
Əl-ələ görüşdük, öpdük bir birimizi, qucaqlaşdıq, özümüzə yaxşı baxmağı tapşırdıq və təbəssümlə yola saldıq. Ancaq əsla yolumuzdan sapmadıq, əsla yola çıxdığımızı yoldan salmadıq.
10 notes · View notes
halmashik · 8 years ago
Text
// daha qalın dərsliklərə doğru
Pionerin yanında Xan dayının ikinci əl kitab mağazasında eşələnirəm. Həmişəki kimi, Sovet vaxtının riyaziyyat-fizika kitabları arasında diqqətimi cəlb edənləri açıq-vərəqləyib təzədən yerinə qoyuram. Məqsədsiz bir axtarışın sonunda mağazadan çıxacaqda, üst-üstə qalaqlanmış dərslik qülləsinin üstündə, cəlbedici üz qabığına malik 11-ci sinif biologiya dərsliyi gözümə dəyir.
Tumblr media
Öyrənmə prosesinin böyük hissəsi qəbul olunan informasiyanı hərəkətə çevirərək istifadə etməklə baş verir. Məsələn, saymağı ilk dəfə öyrənən uşaq rəqəmləri sadalayarkən barmaqlarını bir-bir açaraq və ya əşyalardan istifadə edərək rəqəmlər haqda intuisiyasını inkişaf etdirir. Daha mücərrəd fikirlərlə işləyən zaman da, materialı daha yaxşı mənimsəmək üçün çox vaxt müxtəlif hərəkətlərdən istifadə olunur; mətndəki fikirlər diaqramlar vasitəsilə bir-birinə bağlanır, səhifənin qırağına və ya ayrıca bir dəftərə qeydlər yazılır, sitatlar gətirilir, cümlənin altından xətt çəkilir və s. Bütün bunlar effektiv öyrənmənin passiv informasiya qəbulu yox, aktiv informasiya istifadəsi ilə olduğunu göstərir.
İnsanlar bütün günü götlərinin üstündə oturub, başqalarının diktəsi ilə bir şeylər etmək üçün təkamül etməyiblər; yəqin ki, sizin də təcrübəniz insanların belə vəziyyətdə heç də xoşbəxt olmadığını göstərir. Bir çox insanın, uşaqlıq dövrləri ilə bağlı xoş xatirələri, məhz bu dövrlərində azad şəkildə seçdiyi şeyləri edə bilmələri ilə əlaqəlidir. İqtisadi problemlərdən uzaq, hansısa bir avtoritetin təsir dairəsindən böyük ölçüdə kənarda, uşaqlar öz aralarında qruplar halında (və bəzən fərdi şəkildə) bir araya gəlib ortaq maraqlarını tapır və müxtəlif oyunlar kontekstində bu maraqlarını reallaşdırırlar. Sərbəst şəkildə yoldaşları ilə birgə oyunlar qurub oynayan uşaqlar, sosial mühitdə necə davranmağı, müzakirə edib, ortaq məxrəcə gəlməyi, kompromisə getməyi, hamı tərəfindən qəbul olunan ədalətli qaydalar hazırlamağı, onlara riayət etməyi və başqalarının da o qaydalara riayət etməsində iştirak etməyi, oyun zamanı yaranan çətin (və hətta təhlükəli) vəziyyətlərin öhdəsindən gəlməyi, müxtəlif əşyalar düzəldərək mövcud materialların xüsusiyyətlərini, bir-birilə əlaqəsini, ətraf mühitdəki ağacları, heyvanları öyrənir ki, bu, özlüyündə əyləncəli bir şey olmaqdan əlavə, həm də onları gələcək həyata hazırlayır.
Maşınların həyətləri, küçələri, uşaqların oynaya biləcəyi bütün məkanları zəbt etdiyi, hündür binaların minlərlə insanı bir ovuc əraziyə sıxışdırdığı, kubik hasarların getdikcə daha da ucalıb, ailələr və uşaqlar arasında daha da aşılmaz sərhəd olmağa başladığı, valideynlərin uşaqları passivləşdirib dörd divarın təhlükəsizliyində həbs eləmək üçün aqqressiv şəkildə elektronik cihazlardan istifadə etdiyi bir zamanda, bütün bunlar azmış kimi, uşaqları standartlaşdırılmış test imtahanlarına hazırlaşan maşınlara çevirən təhsil sisteminin ciddi tənqidə və dəyişikliyə ehtiyacı var. Sadalanan faktorların uşaqlar üzərindəki təsiri ilə bağlı bir KAMAZ dolusu araşdırma olsa da, bu ədəbiyyatı burada əhatə etmək real deyil. Bundan əlavə, tənqid nə qədər spesifik olarsa, o qədər təsirli olacağını düşünürük. Ona görə də, bu yazıda çox daha spesifik bir məsələyə toxunmaq istəyirik.
Yuxarıda haqqında söz açdığım 11-ci sinif biologiya kitabının cəlbedici üzqabığından əlavə başqa vacib bir xüsusiyyəti də var. Bu isə, təqdirəlayiq bir hal kimi, insan təkamülü mövzusu ilə başlayan bu kitabın həcminin cəmi 200 səhifəyə yaxın bir şey olmasıdır. Bu 200 səhifənin içindəki mətnin həcmi köhnə kitablara nisbətən qat-qat daha aşağıdır; əvəzində, kitabda şəkillərə, diaqramlara və bu kimi elementlərə daha geniş yer ayrılıb. Şəkil və diaqram kimi elementlərin informasiyanın uşaq tərəfindən mənimsənməsi üçün həddindən artıq vacib bir məsələdir; bu elementlər, uşaqların müxtəlif mücərrəd məfhumları intuitiv başa düşmələrinə kömək edir və məlumatı ətraf mühitlə əlaqələndirir. Lakin, elmi nəşriyyatın öldüyü bir ölkədə, 11-ci sinif şagirdi üçün biologiya adına mövcud olan əsas mənbənin bu şəkillə dolu 200 səhifə olması onun biologiya öyrənməsinin qarşısını almaq üçün çox effektiv vasitədir.
Uşaqların əqli inkişaf prosesi ilə elmi proses bir çox cəhətdən fərqlənsələr də, bu iki şeyi bir araya gətirən məsələ öyrənmədir. Birincidə, uşaqlar aid olduğu dünyanın və cəmiyyətlərin ənənələrini və qaydalarını öyrənirsə, ikincidə alimlər təbiətin qanunlarını öyrənirlər. Eynilə uşaqlarda olduğu kimi, elmdə də inkişafa müxtəlif ideyaların təcrübə və nəzəri müzakirələr şəklində sınanması ilə nail olunur. Lakin, burada çox incə bir məqam var. Doğrudur, istifadəsinə yenicə başlanmış kurrikulum sistemi uşaqları təqdimat, müzakirə və sair kimi aktiv fəaliyyətlərlə məşğul olmağa təşviq etsə də, bu yollarla öyrənmə, real elmdəki öyrənmədən çox ciddi bir şəkildə fərqlənir. Belə ki, alimlər, Newtonun sözü ilə, “özündən əvvəlki nəhənglərin çiynində dayansalar da”, 200 səhifəlik kitabla biologiya öyrənməyə çalışan bir şagird, uzağı həmin nəhənglərin şalvarlarının balaqlarından sallana bilər.
Müasir elmin əhəmiyyətli hissəsi axtarışdan ibarətdir. Sürətlə artmaqda olan elmi ədəbiyyat qarşısında çox vaxt ən təcrübəli alimlər belə aciz qalırlar. 19-20-ci əsrlərə qədərki dövrdən fərqli olaraq, artıq heç kəs, öz sahəsinin keçmişini və indisini mükəmməl şəkildə bildiyini iddia edə bilməz. Hər gün çap olunan yeniliklərlə ayaqlaşmağa çalışan alim, sahəsinin tarixini, hansısa elm sahəsinin keçmişini ciddi şəkildə öyrənmək istəyən alim isə, sahəsindəki yenilikləri izləyə bilmir. Artıq alimlər hətta öz sahələrində belə ədəbiyyatla ayaqlaşa bilmirlər və nəticədə, elm sahələri getdikcə daha da xüsusiləşir. Bu xüsusiləşməyə baxmayaraq, hər bir alim vaxtının əhəmiyyətli hissəsini elmi ədəbiyyatda axtarış içində keçirir, yeni şeylər öyrənir, həmin yeniliklərin öz işi ilə əlaqəsini tapmağa çalışaraq, öz işində yeni cığırlar açmağa çalışır, fikirlərinin daha əvvəl başqaları tərəfindən yoxlanıb-yoxlanmadığını öyrənir. Axtarış, alimin araşdırma ideyaları üçün süzgəc rolunu oynamaqdan əlavə, həm də maraqlandığı təbiət qanunlarını öyrənməsinin ayrılmaz bir hissəsidir; alim nəhəng bir informasiya landşaftında gəzinir, burada nələrin olduğunu, nələrin olmadığını öyrənir, öyrəndikcə öz istiqamətini tapır və ərazini inkişaf etdirir.
Təhsilin məqsədi dünya haqda öyrənməkdən universitetə qəbul olmağa doğru dəyişdikcə, onun mənası da paralel olaraq itir. Bizdə və dünyanın bir çox ölkəsində (xüsusilə Şərqi Asiya ölkələrinin) təhsil sistemi qarşısında qoyulan əsas məqsəd, uşaqların dünya haqda öyrənməsi yox, onların uğurlu şəkildə universitetlərə hazırlanmasıdır. Bunlar, bir-birilə birbaşa ziddiyət yaratmasa da, hansının başlıca məqsəd olduğu təhsil prosesinin necəliyini təyin edir. Universitetəhazırlayan təhsil sisteminin özünəməxsus resursları və metodları olur ki, bu metodlar və resurslar dünyaöyrədən təhsil sistemindəkindən ciddi şəkildə fərqlənir. Təəccüblü olmamalıdır ki, birinci metodlar çox vaxt cəmiyyət üçün azad düşüncəli, bilikli və bacarıqlı fərdlər istehsal etmir; sistemin məqsədi onsuz da bu deyil!
Sözünü açdığım 200 səhifəlik kitab da məhz universitetəhazırlayan təhsil sisteminin məhsuludur. Məktəb dərslikləri, bazarda mövcud olan, müvafiq yaş qruplarındakı uşaqlar üçün yazılmış kitablarla birgə, uşaqlara açıq olan məlumat bazasını təşkil edir. Yəni, 6-cı sinif şagirdi, coğrafiyanı ya dərslikdən öyrənəcək, ya da 12 yaşlı uşaqların başa düşəcəyi dildə yazılan elmi-kütləvi kitablardan. Elmi nəşriyyatın ölmüş olduğu ölkəmizdə, uşaqlara əlçatan olan məlumat bazası böyük ölçüdə dərsliklərlə sərhədlənir. Belə olan halda, dərsliklərin 200 səhifə və şəkillərlə dolu olması o deməkdir ki, 12 yaşlı uşaqların biologiya haqda öyrənəcəyi həmin 200 səhifə ilə sərhədlənməlidir. Hansısa elm sahəsini 200 səhifəyə sığışdırmağa çalışmaq isə, həm uşaqlara, həm də həmin elm sahəsində əsrlər boyu çəkilmiş əziyyətə təhqirdən başqa bir şey deyil. Ona görə də, ən azından ölkədə elmi nəşriyyat ənənəsi formalaşmadığı müddətcə, uşaqların dərslikləri daha genişləndirilməlidir. Daha qalın kitabda mövzunu daha maraqlı, daha yavaş, anlaşılan və əyləncəli şəkildə açmaq, onun keçmişindən, indisindən, dünya ilə əlaqəsindən danışmaq, yeni şəkillər əlavə etmək, real dünyadan misallar vermək və s. olar. Bir başqa sözlə, qalın kitab alimlərin gəzindiyi landşaftı uşaqlara üzünə açacaq və sərbəst şəkildə orada gəzinib, yeni kəşflər etmələrinə imkan verəcək.
Öyrənmə informasiyanı qəbul edib istifadə etməklə baş verir. Uşaqlarımızı 200 səhifəlik informasiya qutusuna qoyub, onlardan istədiyimiz qədər təqdimat vermələrini, müzakirə aparmalarını, aktiv olmalarını istəyə bilərik, lakin, məlumat bazası zəif olduqda istifadə edilməli də heç nə olmur, necə deyərlər, this is not rocket science. Təbii ki, qalın kitablar, kitabdan istifadənin də dəyişməsini tələb edir. Məsələn, hal-hazırda uşaqlardan dərslikləri məktəbə gətirmələri tələb olunur ki, bu da kitabların daha qalın olmasının qarşısını alır. Lakin, dərslik gətirmə məcburiyyətinin özü, məktəblərdə və onların istifadə etdiyi təhsil metodlarındakı əskiklərdən xəbər verir. Təhsillə məşğul olan qurumların başlıca məqsədləri uşaqların istifadə biləcəyi resurslar və mühitlər yaratmaq olmalıdır. Əgər uşaqların məktəbdə də hansısa resurslardan istifadə etməsi istənilirsə, bunun üçün yaxşı təchiz olunmuş, geniş kitabxanalar, əşyalarını qoymaq üçün şkaflar, internet çıxışı olan kompüterlər olmalıdır, kitabla dolu çanta yox. Qalın kitabların, geniş kitabxanaların, şkafların varlığında, onsuz da dünya ilə həddən artıq maraqlanan uşaqlar o resurslara əl uzadıb, dünya haqda öyrənib, maraqlarını kəşf edəcəklər
15 notes · View notes
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Uydurulan, səhv nəql edilən və şəxsi istəklərə görə açıqlanan minlərlə hədis hal-hazırda İslam dininin ən əhəmiyyətli qaynağı kimi qəbul edilməkdədir. İslam dinini 73 yerə bölüb 73 ayrı məzhəb, daha doğrusu bir-birinə zidd olan 73 ayrı din meydana gətiriblər. Bir çox müsəlman qardaşımız bunun əsil din olduğunu zənn edib qaydalarına əməl edir, səhih olmayan bir çox hədisi həqiqi zənn edirlər. Bu gün bir çox müharibənin əsas səbəbini meydana gətirən həmin xurafatlar hədislər mövzusunda ortaq məxrəcə gələ bilməyən zehniyyətin məhsuludur. Əgər Rəbbimiz istəsə idi, Peyğəmbərimizin (s) bütün sözlərini qoruyar və 1400 illik bu sözlər eynilə Quran ayələri kimi heç bir dəyişikliyə məruz qalmadan bu günə kimi gəlib çatardı. Lakin Quran təkbaşına İslam dininin mükəmməl şəkildə tətbiq olunması üçün kifayətdir. Onsuz da Peyğəmbərimizin etdiklərinin hamısı Quranda vardır. Buna görə də Rəbbimiz Quranı qorumuşdur və bu, müsəlmanlar üçün kifayətdir. Quran qorunub dəyişmədiyi üçün xurafatçılar çətinləşdirməyə çalışdıqları İslam dininə Qurandan heç bir dəlil gətirə bilməyiblər. Odur ki, xurafatlarına dəlil kimi saxta hədisləri əsas kimi göstərməyə çalışıblar. Çünki Quranda bütün müsəlmanların birləşəcəyi tək yol, tək təsvir və tək ağıl vardır. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #saxta #batil #bidat #haram #cəhənnəm #məzheb #mezhep https://www.instagram.com/p/CTmeRhAMSM5/?utm_medium=tumblr
0 notes
aliibrahimovofficial · 3 years ago
Photo
Tumblr media
16 iyul 1945-ci ildə Amerika Birləşmiş Ştatları Manhattan layihəsi çərçivəsində ilk dəfə Nyu Mexiko Alamoqordoda (New Mexiko Alamogordo) ilk atom bombasının sınaq partlayışını keçirdi. "Trinity" adı verilən testdən bir neçə həftə sonra ABŞ eyni tipdə nüvə bombasını Yaponiyanın Naqazaki şəhərinə atdı. Qeyd edim ki, Amerikanın nüvə bombasının yaradılmasında faşist Almaniyasından mühacirətə getmiş fiziklər iştirak ediblər. Hazırda dünyadakı nüvə silahlarının sayı dəqiq bilinmir. Bu sahədə tədqiqat aparan müxtəlif qurumlar, fərqli saylar ortaya çıxarırlar. Bu sayılar ortaq məxrəcə gətirilən zaman dünyadakı nüvə silahlarının sayının 14 min 995 ədəd olduğu təxmin edilir. Nüvə silahları bütün ölkələr üçün qorxuludur və buna görə də belə silahı olan ölkələr digərləri üstündə müqayisəsiz hegamoniya yarada bilirlər. Bəs hansı ölkələrdə nüvə silahı var və sayı nə qədərdir? Stokholm Benəlxalq Sülh İnstitutu (SIPRI) və Amerika Elm Adamları Federasiyasının (FAS) birgə apardığı araşdırmalara görə hazırda dünyada sadəcə 9 ölkədə nüvə silahı var. Siyahıya Rusiya rəhbərlik edir. 6 min 850 nüvə silahı olan Rusiyada prezident Vladimir Putinin bu silahları istədiyi kimi istifadə etmək hüququ var. İkinci yerdə ABŞ dayanır ki, onun da 6 min 450 nüvə silahı mövcuddur. Amerika Prezidenti ABŞ Konqresi ilə məsləhətləşmədən nüvə silahlarından istifadə hüququ var. Üçüncü yerdəki Fransanın isə sadəcə 300 ədəd nüvə silahı var ki, bu da prezidentin səlahiyyətindədir. İlk nüvə silahını 1952-ci ildə sınaqdan keçirən İngiltərə isə 225 ədəd nüvə başlığı ilə siyahının dördüncüsüdür. Bu ölkədə nüvə silahından istifadə hüququ ölkənin baş nazirində və ya onun təyin etdiyi bir millət vəkilində olur. Çindəki nüvə prosesləri haqqında çox məlumat yoxdur. 1964-1996-cı illər aralığında ölkədə 45 nüvə silahı sınaqdan çıxarılıb və hazırda Çinin 280 ədəd nüvə silahının olduğu ehtimal edilir. Bu sayı Çini siyahıda 5-ci yerə qoymağa icazə verir. İlk nüvə silahını cəmi 21 il bundan əvvəl sınaqdan çıxarmış Pakistan isə təxminən 140-150 nüvə başlığı ilə 6-cı yeri tutur. Pakistanda baş nazir Nüvə Qəraragahına nəzarət etdiyi üçün nüvə silahları onun tabeçiliyndə sayılır. 7-ci yerdəki Hindistanın isə 130 və ya 140 n https://www.instagram.com/p/CRX_m39hb7T/?utm_medium=tumblr
0 notes