#mərhələsi
Explore tagged Tumblr posts
Text
İlk öncə hər kəsə öz sevdiyi peşəyə sahib olmağı diləyirəm. Həyatımın ən çətin mərhələsi sənətlə bağlı oldu. Elədə uzun olmuyan bir kariyeram var ama mənə çox şey başa saldı bu yol. Hələ bəlkədə qarşıda çox şeylər görəcəm ama getdikcə daha çox çətinləşir və daha çox maraqlı olur deyə düşünürəm.
İl yarım əvvəl başlıyanda rep'ə ağlımada gəlməzdi bu qədər qısa müddətdə sənətçilər arasında tanınmağa başlayaram. Tano ilə yaratdığımız label'ə gəlmək istəyən 10 larla mc'lər var hansı ki, biz artıq onlar üçün xəyalıq :) bu özü belə mənim üçün bir uğurdur.
Kariyeram boyunca ən çox keçilməz görsənən konsert vermək idi ki, yaxınlarda o da nəsib olur. (Bu arada gəlmək istəyənləri məmmuniyyətlə gözlüyəcəm)
Ən əsası onu anladım ki, istəyəndə mümkün olur, sənətinizi sevin və heç zaman ruhdan düşməyin. Bir gün uğur gəlib mütləq sizi tapacaq.❤
Dəyərli vaxtınızı ayırdınızsa, təşəkkür edirəm✨
35 notes
·
View notes
Text
-Bəs elə isə dahilər nə edir?
-Bax, məsələ də elə bundadı. Xəstə cəmiyyətin yaraları göynəyir, əzab əziyyət verir və nəhayət, yetişir; bədəndə olan çiban kimi. O çibanların deşilmə mərhələsi gəlib çatır. Kim cəmiyyətin bu vəziyyətə düşməsini əvvəlcədən görürsə və neştəri götürüb hamıdan əvvəl yaranı kəsirsə, dahiyə çevrilir.
26 notes
·
View notes
Text
Hadi arkidişler dualarınızı əskik etməyin imtahan sessiyasının ilk mərhələsi başladı bu günnn🥲 İnşəAllah xoş xəbərlə qayıdaram
36 notes
·
View notes
Text
İyun ayı idi. Hava qaralırdı. Yay ayı olduğu üçün günlərin uzun olması səbəbi ilə sıxılırdım. Qəbul imtahanımın 2-ci mərhələsi üçün hazırlaşmalıydım. Fəqət yorulmuşdum buna nə həvəs nə də hey qalmışdır. Sadəcə uzun müddətlik olmasa da 1 həftəlik falan tətilə/hüzura ehtiyacım vardı. Sadəcə bu tətilə çıxmağımdan ötrü mənə xeyli maddi vəsait lazım idi. Ya da yox, tətil hər zaman uzaq və ya yaxın, ucqar və ya alçaq, şəhər və ya kənd olmasına baxmayaraq hüzur dolu bir alan olmalı idi. Bəlkə də, bu tətilə getməsəm belə dincələ bilərəm. Ürəyimin hansısa kamerasından necə? sualı gəldi. Nə edim mənə də cavablamaq düşər. Sadəcə beynimdəki neqativ və daimi qızğın fikirlərimi yox etməklə bu problem aradan qalxa bilər. Bu situasiyanı bir məğzi mənə maraqlıdır. Hər kəs tərəfindən xoş və rahatlayıcı bir hüzur alanı yalnız bu fikirlərimi yoxa çıxartmaqla dincələ biləcəmmi?. Bu sualı cavablandırmaq üçün gərək kibrit qutusunu çaxmaqdan daha da təkmilləşdirim, və ya göydəki ulduzların sayını bəlli etmək üçün astrologiyaya olan marağımı daha da artırım, bəlkə də səhərlər alarm səsinə deyil də küçədə çöl-biyabanda köpəklərin səsinə oyanım, bu da bəs etməz pozanı olan sadə karandaşdan deyil də rəngli karandaşlar içərisində, hər kəsin görüb amma çoxunun cəsarət edib istifadə etmədiyi qara karandaşı istifadə edim, içim-içim söyləyir ki, yetər bəsdi bu qədər yazmağın, başım fırlandığı qədər, yazıb-yazıb sevmədiyin cümlələri sildiyində daha da ürəyimi bulandırırsan, demək istədiyim, bu söylədiklərim gerçəkləşsə o zaman xeyli zamanda rahat istirahətimə meyl edərəm.
21 notes
·
View notes
Text
Bir qızla münasibət qurmaqçün birinci padruqalari razı olmalıdı. Elə bil işə götürürlər. Müzakirələr gedir, Cv-nə baxırlar, yararlısansa müsahibə mərhələsi kimi çaya ya parkda görüşə razılıq alırsan. Aralarında hansısa yox dedisə fso, münasibətə yararlı olsan belə kiminsə insafına qalırsan
13 notes
·
View notes
Text
Bir qızla münasibət qurmaqçün birinci padruqalari razı olmalıdı.Elə bil işə götürürlər. Müzakirələr gedir Cv-nə baxırlar, yararlısansa müsahibə mərhələsi kimi çaya ya parkda görüşə razılıq alırsan. Aralarında hansısa yox dedisǝ fso münasibətə yararlı olsan belə kiminsə insafına qalırsan
4 notes
·
View notes
Text
Еlə ki millət dil uğrunda mübarizədən qazanır, bu mübarizə öz əksini poеziyada, nəsrdə, еlmi əsərlərdə tapır. Dilin qorunması qəzеtlərdə, mətbuatda, radio və tеlеviziyada həyata kеçirilir. Bundan sonra ikinci mərhələ başlayır, yəni siyasi maarifçilik mərhələsi.
© Əbülfəz Elçibəy
0 notes
Text
Yeni Mafia Oyunu
Mafiya, oyunçuların ya Mafiya üzvləri, ya da günahsız şəhər əhalisi kimi gizli rollar almasını əhatə edən sosial çıxma oyunudur. Oyunun məqsədi sadədir: Mafiya bütün şəhər əhalisini məhv etməlidir, şəhər əhalisi isə çox gec olmadan Mafiya üzvlərini müəyyənləşdirib aradan qaldırmalıdır. Necə Oynamaq olar Quraşdırma: Bir qrup oyunçu toplayın (adətən 6 ilə 20 arasında). Rolları təyin edin: Oyunçuların əksəriyyəti şəhər sakinləri olacaq, lakin bir neçəsi gizli şəkild�� Mafiya üzvləri kimi təyin ediləcək. Oynadığınız variasiyadan asılı olaraq Doktor, Dedektiv və daha çox kimi xüsusi rollar da ola bilər. Oyunun mərhələləri: Gecə mərhələsi: Mafiya məhv etmək üçün gizli bir şəhər sakini seçir. Doktor və ya Detektiv kimi digər xüsusi rollar da gecə ərzində hərəkət edə bilər. Gün mərhələsi: Bütün qrup Mafiya üzvlərinin kim olduğuna inandıqlarını müzakirə edir və sonra bir oyunçunu ləğv etmək üçün səs verir. Gün mərhələsi strategiya, aldatma və inandırmanın işə düşdüyü yerdir. Oyunda Qazanmaq: Oyun, ya bütün Mafiya üzvləri aradan qaldırılana (şəhərlilər qalib gələnə) və ya Mafiya şəhər əhalisini üstələyənə (Mafiya qalib gələnə) qədər alternativ gecə və gündüz mərhələləri ilə davam edir. Niyə Mafiya Mükəmməl Partiya Oyunudur Cazibədar və İnteraktiv: Mafiya oyunçulardan bir-biri ilə aktiv şəkildə əlaqə qurmağı tələb edir, bu da onu söhbətə, mübahisəyə və tənqidi düşüncəyə təşviq edən yüksək sosial oyuna çevirir. Çevik və Ölçeklenebilir: Oyun kiçik və ya böyük qruplar üçün uyğunlaşdırıla bilər ki, bu da onu istənilən ölçülü yığıncaqlar üçün mükəmməl edir. Üstəlik, oyuna yeni ölçülər əlavə edə biləcək saysız-hesabsız varyasyonlar və ev qaydaları var. Avadanlıq tələb olunmur: Sizə lazım olan tək şey bir qrup insan və bir sıra rol kartlarıdır (hər şeydən, hətta kağız qırıntılarından da hazırlana bilər). Bu, Mafiyanı kortəbii oyun seansları üçün əla seçim edir. Qazanmaq üçün məsləhətlər Şəhərlilər üçün: Başqalarının davranışlarına çox diqqət yetirin. Mafia oyunu haqında daha cox bilgi al
0 notes
Text
Riyaziyyat Test Toplusu 1 Ci Hisse 2023
9 sonuç Boyut Önizleme İndirme Riyaziyyat Fənni Üzrə Respublika Fənn Olimpiadalarının Proqramı …AĞRiyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının proqramı (2023-2024-cü tədris ili) Rayon (şəhər) mərhələsi Respublika mərhələsi (yarımfinal və final turları) 8-ci sinif • …Kaynak: https://arti.edu.az/wp-content/uploads/2024/01/RFO-Riyaziyyat-proqram.pdf 364 KB Önizle İndir Test Toplusu:…
View On WordPress
0 notes
Text
Saytların Hazırlanması, Sayt Hazırlanması | Interactive Media.
Kodlaşdırma (saytın hazırlanması). Əsasən HTML və CSS-dən ibarət olan kodlaşdırma zamanı saytın əvvəlcədən hazırlanmış çertiyoju, asan naviqasiya olunması, sayt sahibinin sayta əlavə məlumatlar yükləyə bilməsi üçün backendin hazırlanmasını və s. əhatə edir. Saytların yaradılmasının kodlaşdırılması zamanı dizaynın responsiv olması mütləqdir. Bu həm mobildə, həm də komyuterdə saytlarin hazirlanmasindan sonra saytın rahat istifadəsinə imkan yaradır. Kodlaşdıma zamanı digər önəmli məsələ təhlükəsizlik sisteminin düzgün qurulmasıdır. Veb saytların hazırlanması üçün hazır köhnə kodların istifadəsi saytda boşluqlar yarada bilər. Saytın test edilməsi.Nəzərdə tutulmuş şəkildə sayt hazırlanmasından sonra veb saytda yuxarıda qeyd etdiyimiz kimi hansı boşluğun olub olmamasını yoxlamaq, hazırlanmış kod sistemlərinin düzgün işləməsindən əmin olmaq, veb saytın hər bir brauzerdə maneəsiz işləməsini test etmək üçün testing mərhələsi önəmlidir. Veb sayt bəzi brauzerlərdə işləyə bilər, digərlərində isə önəmli “usibility” problemləri ola bilər. Bu web saytlarin hazirlanmasinda kritik göstəricidir. Buna görə sayt hazırlanıb bitdikdən sonra hərtərəfli yoxlanış önəmlidir. Yoxlanılması ən vacib nüanslardan biri də o vaxt yaranır ki, veb sayt onlayn ödəniş qəbul edir. Burada sistem daha mürəkkıb olduğuna görə onlayn ödənişli veb saytları bir neçə həftə, hətta bir neçə ay nəzarətdə saxlamaq lazım gələ bilər. Visit : https://www.interactivemedia.az/ #vebsayt, #saytlarinhazirlanmasi, #saythazirlanmasi, #saytlarınhazırlanması, #saythazırlanması, #interactivemedia, #websaythazirlanmasi, #saytyaradanşirkətlər
0 notes
Text
Deputatdan önəmli anons: " Yaxın zamanlarda, ya bir ildən sonra...
7 fevral prezident seçkisindən sonra Azərbaycanın yeni mərhələyə adlayacağı barədə proqnozlar davamlı şəkildə səslənməkdədir, bunun bir zərurət olduğu vurğulanır. Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a müsahibəsində həm seçkinin nəticələri, həm bundan sonrakı gözləntilərlə bağlı çox mühüm məsələlərdən danışdı:
- Fəzail bəy, 7 fevral prezident seçkisindən sonrakı Azərbaycanı necə təsəvvür edirsiniz?
- Əslində bu seçki Azərbaycan xalqının tarixinə çox önəmli səhifələr əlavə etdi. Mənim düşüncəmə görə, 2024-cü ilin 7 fevral seçkisi 2020-ci ilin Vətən müharibəsinin və 2023-cü ilin antiterror əməliyyatının məntiqi davamı, ona yekun vurmaq mərhələsi idi. Biz artıq bu seçki ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin edən digər hərbi-texniki vəzifələri siyasi mübarizə və siyasi qələbə ilə möhürlədik. Bu məsələ tamamilə bitdi. Xüsusilə ölkə Prezidentinin öz ailəsi ilə bərabər Xankəndidə seçkilərə qatılaraq səs verməsi mahiyyətinə görə olduqca mühüm tarixi hadisə idi. Bitdi bu məsələ! Azərbaycan müstəqillik əldə etdikdən sonra və əslində ondan da öncə başlamış, müstəqillik əldə etdikdən sonra aparmış olduğu çox gərgin, çətin, mürəkkəb mübarizəyə yekun vurdu. Biz təkcə Ermənistan deyilən cırtdan, süni, əsası, kökü olmayan bir ölkə ilə mübarizə aparmırdıq. Xüsusilə bizim üçün ən çətin məsələ onun arxasında duran nəhəng qüvvələrlə bağlı idi. Ölkə Prezidentinin çox diplomatik məharəti ilə bu nəhəng qüvvələrin bəziləri neytrallaşdırıldı. Bəziləri isə elə müharibə dövründə ermənilərlə bərabər müxtəlif səviyyələrdə əzildilər və biz yekunlaşdırdıq. İndi yeni bir mərhələ başlayıb, Azərbaycanın dövlətçiliyində, ictimai-siyasi, sosial-iqtisadi, hüquqi sistemində. Əvvəlki proseslərdə, ciddi hadisələrdə, yəni 2020-ci ilin Vətən müharibəsində, 2023-cü ilin antiterror əməliyyatında Azərbaycan xalqı dövləti, Ali Baş Komandanı ilə necə bərabər oldusa, 7 fevral 2024-cü ildə eynən prezidenti ilə bərabər oldu. Azərbaycan xalqının burada birliyinin, həmrəyliyinin, öz dövlətinə sahib çıxmasının təntənəsini gördük və ona sadiq olduğunun gününü yaşadıq. Bax, belə bir müstəvidə xalq artıq istər-istəməz bu səhifəni bağlayıb, yeni bir səhifənin açılma prosesinin içərisində olacaq.
- Konkretləşdirsək, yeni səhifələrin yazılmasına, islahatlara başlanılmasına haradan, nələrdən başlamaq lazımdır?
- Heç şübhəsiz, yeni mərhələnin yeni çağırışları olacaq. Düşünürəm ki, seçkinin əhval-ruhiyyəsi ilə müəyyən müddət keçəndən sonra ilk növbədə həyat səviyyəsinin yüksəlməsi, insanların yaşamı xüsusi olaraq qabaracaq. Növbəti illərdə bu məsələlər xüsusi olaraq önə çıxacaq. Eyni zamanda ölkə Prezidentinin hələ keçən dönəmdə elan etdiyi kimi, 2018-ci ildən başlamış olan islahatları daha da dərinləşməlidir, yəqin ki, bu istiqamətdə islahatlar aparılacaq. Xüsusi olaraq məhkəmə-hüquq sistemində aparılan islahatlar daha ciddi xarakter almalıdır. Sosial-siyasət, xüsusi olaraq pensiyalarla, aztəminatlı ailələrin təminatlı ilə bağlı... Şəhid ailələrinə, qazilərə təbii ki, dövlətin qayğısı çox yüksək səviyyədədir. Bunlar da zamanın və tələbin çağırışlarına uyğun olaraq önə çıxacaq. Təbii ki, siyasi sistemin özünün də təkmilləşməsinə, güclənməsinə ciddi ehtiyac var. Çünki cəmiyyətin siyasi sisteminin güclü olması və onun vahid mövqedən çıxış etməsi dövlətimizin, cəmiyyətimizin immunitetini gücləndirir və xarici, məkrli əllərin Azərbaycanın içərilərinə yeriməsinə imkan verilmir. Beləliklə, bu istiqamətdə də təbii ki, işlər daha intensiv olmalıdır.
- Konstitusiya dəyişiklikləri ilə bağlı gözləntiləriniz necədir?
- Yaxın zamanlarda, ya bir ildən sonra olacaq, deyə bilmərəm, düşünürəm ki, konstitusiya dəyişikliklərinə ehtiyac duyulur. Bu, ciddi sosial sifariş kimi önə çıxır və həmin idarəçilik sistemində konstitusion dəyişikliklər zəruridir. Baxın, ölkə Prezidenti özünün səlahiyyətli nümayəndələrini təyin edib və onların üstün səlahiyyətləri var. Başqa bir tərəfdən, rayon icra hakimiyyətləri var ki, səlahiyyətləri xeyli dərəcədə məhdudlaşdırılıb, mərkəzi icra qurumları ilə onların arasındakı münasibətlərin mövcudluğunda kifayət qədər anlaşılmazlıqlar, çətinliklər var. Deməli, bu idarəçilik sisteminin özünün də təkmilləşdirilməsinə ehtiyac duyulur. Partiyaların cəmiyyətdə yerinin və rolunun daha da artmasında mühüm rol oynayan "Siyasi partiyalar haqqında" Qanun qəbul olundu. Xüsusi olaraq siyasi partiyalarla bağlı Prezident Administrasiyasında xüsusi şöbənin yaradılmasının özü də dövlətin bu məsələyə ciddi əhəmiyyət verdiyini özündə ifadə edir. İndi bunun davamı olaraq təbii ki, partiyaların güclənməsi üçün fikrimcə, proporsional seçki sistemi bərpa olunmalıdır. Yəni qarışıq sistemlə qarışıq partiyaların cəmiyyətdə yerini və rolunu artıra bilərik. Bütöbvlükdə bu çağırışlar, həyata keçirilən tədbirlər Azərbaycan dövlətçiliyinin daha da güclənməsinə xidmət edəcək. Çünki hələ bizim qarşımızda çox ciddi çağırışlar var. İlk növbədə işğaldan azad olunmuş regionları yüksək səviyyədə bərpa edib, ora həmvətənlərimizin qayıdışını təmin etməliyik. Başqa bir tərəfdən, ölkə Prezidentinin də artıq önə çəkmiş olduğu Türk Dövlətləri Təşkilatının institusional səviyyəyə qalxması, onun beynəlxalq bir quruma, beynəlxalq təşkilata çevrilməsi üçün səylər güclənəcək. Burada Azərbaycanın daha ciddi rol oynaması şəksizdir. Aparıcı amil kimi Azərbaycan Türk Dövlətləri Təşkilatının bir ittifaqa, birliyə çevrilməsində özünün son dərəcə əhəmiyyətli töhfələrini verəcək. Hələ bilmirik ki, dünyada, regionda gedən digər proseslər bizə hansı sürprizlər yaradacaq? Bunun üçün dövlətimiz daha da güclənməlidir və məncə, prezident seçkisinin uğurla başa çatması da buna kifayət qədər ciddi zəmin yaratdı və buna doğru getməyimizə də geniş imkanlar açdı.
- Necə hesab edirsiniz, mövcud komanda Prezidentin qətiyyətli, ardıcıl, böyük hədəflərə istiqamətlənmiş siyasətini təqib etmək baxımından müasir tələblərə cavab verirmi? Komandada dəyişiklikləri zəruri sayırsınızmı?
- Bütövlükdə bu komanda ilə ölkə Prezidenti Vətən müharibəsini qələbə ilə başa çatdırdı. Məhz bu komanda ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olundu. Hər kəs öz müstəvisində, öz səlahiyyətləri çərçivəsində son dərəcə ciddi əhəmiyyət kəsb edən, taleyüklü məsələlərin həllinə köklənmişdi və öz səlahiyyətləri çərçivəsində bu istiqamətdə müvafiq tapşırıqları, vəzifələri yerinə yetirirdilər. Bəziləri daha yüksək, daha yaxşı, bəziləri daha zəif, bu məsələləri kənara qoysaq, bütövlükdə komanda tarixin çətin sınağından çıxa bildi, gərək bunu etiraf edək. Amma gəlin görək bu komanda bütövlükdə yeni çağırışlara eyni şəkildə cavab verə biləcəkmi? Təbii ki, bu, cənab Prezidentin səlahiyyətindədir, bütün bunların fərqindədir. Bu komanda bəzi istisnalar olmaqla faktiki olaraq növbəti 7 il ərzində üzərinə düşən dövlətçilik vəzifəsini ayrı-ayrı sahələrdə yerinə yetirməlidir. Buna indiki komandanın bütövlükdə nəfəsi çatacaqmı, ona potensialı varmı? Bəli, bunların içərisində yola davam edə biləcək kadrlarımız var. Ancaq bir sıra sahələrdə çatışmazlıqlar, süstlük də mövcuddur. İndiki çağırışlara uyğun olaraq təşəbbüskarlıq, problemlərin həllinə doğru atılmış olan cəsarətli addımları çox təəssüf ki, bəzən görmürük. Məncə, elə bir komanda formalaşacaq ki, çox ciddi çağırışlara cavab versin, Prezidentin nümunəsində qarşıya qoyulan vəzifələri yerinə yetirmək gücündə olsun. Mənim düşüncəmə görə, ən başlıcası, hakimiyyətin yuxarı pillələrində oturan insanlarda peşəkarlıqla bərabər, həm də yüksək vətənpərvərlik hiss olunmalıdır. Kosmopolitizm keçmir. Hətta baxın, Avropanın yüksək səviyyədə inkişaf etmiş ölkələrində belə, kosmopolitizm artıq buxarlanır, daha çox milli köklərə bağlılıq, dövlətin maraqları, xalqın mənafeləri önə çıxır. Bunu önə çıxaran siyasi partiyalar da xalqın etimadını qazanmağa başlayır. Təbii ki, Azərbaycanda da peşəkarlıqla bərabər, kosmopolitik fikirləri özündə ifadə edənlərin yüksək vəzifə daşımasına baxılmaldıır. Yüksək vəzifəyə gətirilənlər Prezident və Ali Baş Komandan İlham Əliyevdən məhz bu baxımdan da nümunə götürməlidirlər. Onun daşımış olduğu müsbət keyfiyyətlərin içərisində vətənpərvərlik öndə olmalıdır.
- Konstitusiya dəyişikliklərinin zəruri olduğunu bildirdiniz. Eyni zamanda cari ildə bələdiyyə və parlament seçkiləri ilə bağlı da gözləntilər var. Sizin məlumatlarınız nədən ibarətdir?
- Təbii ki, hər iki quruma seçkilər keçirilməlidir, bu, konstitusion tələbdir. Şükürlər olsun ki, həmin seçkilərin keçirilməsinə də hər hansı bir maneçilik yoxdur və görünmür də. Parlament seçkiləri ya bu ilin sonunda keçirilməlidir, ya da gələn ilin fevralında. Bundan o tərəfə keçə bilməz. Yaxın aylarda bütün bunlara aydınlıq gətirilməsinin şahidi olacağıq.
- Fəzail bəy, İlham Əliyevin rəqiblərinin çıxışlarını yəqin ki, izləmisiniz. Təklifləri, tənqidləri oldu. Siz digər 6 namizəddən hansını diqqətlə izləyirdiniz?
- O rəqiblərin hər birinə mənim hörmətim var. Onların bir neçəsi uzun illərdir bir yerdə parlamentdə çalışdığımız həmkarlarımdır. Eyni zamanda siyasi partiya rəhbərləridir. Həmçinin partiya mənsubiyyəti olmayanlara da hörmətim var. Ancaq mənim bir namizədim var idi, o da İlham Əliyev. Təbii, bunun fövqündə digər namizədlərin hansının daha cəlbedici fikirlər söyləməsi məni maraqlandırmırdı, maraq dairəmdə də deyildi. Bu baxımdan mövqeyimdə hər hansı dəyişiklik ola bilməzdi, bunu gözləmək də sadəlöhvlük olardı. Birmənalı şəkildə mən İlham Əliyevin prezidentlik uğrunda mübarizədə qalib gəlməsini arzulayırdım, bir vətəndaş olaraq, çoxmilyonlu xalqımızla bərabər buna çalışırdım. Azərbaycan xalqı mahiyyətcə qalib gəldi. Bu, həm də uduzanların qələbəsi idi, təkcə cənab Prezidentin deyil. Bütün xalqımız bu qələbəni əldə etdi. Hətta rəqiblərin özünün də qələbəsi kimi səciyyələnməlidir. Çünki qazanan dövlətimiz, xalqımız oldu. Digər 6 namizədin çıxışlarında da mən Vətənin, dövlətimizin əleyhinə hər hansı fikirlərin səsləndiyinin şahidi olmadım. Həm də onlar düşüncə etibarilə bu cür mövqedən çıxış edən insanlar deyillər. Uğurlar olsun! Hər halda, onlar özlərini bir daha cəmiyyətimizə təqdim etdilər. Cəmiyyətimizdə mövcud olan problemləri önə çəkdilər, qabartdılar. Yəqin ki, ölkə Prezidentinin yeni komandasında bütün bunların mümkün olanları gələcəkdə reallaşacaq, bunun özü də müsbət haldır və prezident seçkisində xalqımıza, dövlətimizə verilmiş töhfələrdən biridir.
- Xaricdən Azərbaycana təzyiq kampaniyası səngiyəcəkmi? Seçkiləri pozmaq üçün hərəkətə keçənlər bundan sonra susacaqlarmı?
- İnanmıram. Epizodlar olacaq, ancaq nəticə etibarilə bir neçə aydan sonra onlar da susmaq məcburiyyətində qalacaq. Çünki qaliblər mühakimə olunmur, qaliblər həmişə önə baxır və daha yeni-yeni uğurlar əldə etmək üçün düşünür. Bizim Prezidentimiz bu baxımdan dünyada öndə olan siyasətçilərə bir nümunədir. Deyilənlər də nə Azərbaycan dövlətçiliyinə, nə cənab Prezidentin mövqeyinə, nə də müəyyən etmiş olduğumuz hədəflərə hər hansı bir təsir göstərmək gücündə olmayacaq.
“Musavat.com” saytı
Elşad Paşasoy
10 fevral 2024-cü il
https://www.musavat.com/news/siyasi-sistemin-ozunun-de-tekmillesmesine-ciddi-ehtiyac-var-millet-vekili_1043707.html
0 notes
Video
youtube
Mustafa Kamal Atatürk 2023 birgə taktiki təliminin növbəti mərhələsi
0 notes
Link
0 notes
Text
"Aimchess Rapid":
“Aimchess Rapid”:
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində bu gün ikinci final görüşünü keçirəcək. Metbuat.org xəbər verir ki, 37 yaşlı qrossmeyster növbəti dəfə polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gələcək. Qeyd edək ki, tərəflər arasındakı ilk final görüşü dünən baş tutub və Məmmədyarov 1:3 hesabı ilə məğlub…
View On WordPress
#Aimchess#arasındakı#Azərbaycan#Champions#gələcək#görüşü#görüşünü#keçirəcək#Kşiştof#Meltwater#məğlub#Məmmədyarov#mərhələsi#növbəti#polşalı#qrossmeyster#şahmatçısı#Seriyasının#Şəhriyar#səkkizinci#Tərəflər#turnirində
0 notes
Photo
#Nazir Sahil Babayev: “Yeni islahat mərhələsi 2,1 milyon vətəndaşın rifahına dəstək olacaq” gönderdi
0 notes
Text
Siyasi maarifçilik mərhələsinə ədəbiyyat mərhələsi də dеyilir. Burada ədəbiyyat daha çox cəmiyyəti siyasiləşdirməyə, siyasi təfəkkürlə tanış еtməyə, siyasi təfəkkürü mənimsəməyə kömək еdir. Üçüncü mərhələ açıq siyasi mərhələdir – burada partiyalar yaradılır, qruplaşmalar və yaxud cəbhələr yaranır və bunlar açıq siyasi mübarizəyə kеçirlər.
© Əbülfəz Elçibəy
0 notes