#mərasimi
Explore tagged Tumblr posts
Text
Evliliklərin təxminən 50 faizi boşanma ilə nəticələnir və bu, hər kəsin eşitdiyi statistikadır.
Ancaq toy mərasimi zamanı demək olar ki, bütün cütlüklər evliliklərində boşanma ehtimalının sıfıra bərabər olduğunu düşünürlər.
Qəribədi.
19 notes
·
View notes
Text
5 Noyabrı xatırla, partlamanı, xəyanəti və sui-qəsdi.
Film 1605-ci ildə Guy Fawkes adlı şəxsin həbs edilməsi və öldürülməsi səhnəsi ilə başlayır. Guy Fawkes(1570 1606) katolik bir ailənin övladı kimi, katoliklərə qarşı təzyiqlərin çox olduğu bir dönəmdə yetişdirilmiş və bir müddət sonra ölkəni tərk edərək Protestant İngiltərəyə qarşı döyüşən katolik ordularında xidmət etmişdir. 1605-ci ildə İngiltərə Parlament binasını partlatmaq istəyirdi. Bu sui-qəsd avtoritar İngiltərə rejimini yıxmaq məqsədi daşıyırdı. Məhz bu səbəbdəndir ki, Guy Fawkes, xüsusilə avtoritar rejimə qarşı mübarizə aparan anarxist tərəflərin simvolu halına çevrilib. Lakin sui-qəsd hökumətə xəbər verildi və ifşa edildi. Guy Fawkes Noyabrın 5-də həbs edildi və o, 1606-cı ildə vətənə xəyanət ittihamı ilə edam edildi.
“Remember, remember, the fifth of November”, bu sözlər İngilis xalq mahnısına aiddir. Beləki, Guy Fawkes hazırda hər il 5 Noyabrda İngiltərədə Guy Fawkes Gecəsi(Bonfire Night) adı ilə keçirilən tədbirlərdə yad edilir. Bu tarix həm də İngiltərə tarixində Katolik Protestant münaqişələrinin ciddi bir mərhələsi kimi yadda qalıb.
Protestantlıq, Xristianlığın üç əsas qolundan biridir(digərləri Katoliklik və Provaslavlıqdır). 16-cı əsrdə Martin Luther və digər reformatorların Katolik Kilsəsinə qarşı başlatdığı Reformasiya Hərəkatı nəticəsində yaranmışdır. Luther məşhur 95 tezis(qanun) ilə tanınır. Bu tezislər Protestantlığın əsasını qoydu. Buu yenilik, Avropada Qaranlıq Dövrü(Dark Ages) bitirməklə yanaşı Renessans və Reformasiyanın təməlini atdı.
Necə oldu İngiltərə Protestant oldu?
İngiltərənin Protestantlığa keçidinin başlanğıcı Kral 8-ci Henri ilə əlaqəlidir. 8-ci Henri, Roma Papasından ilk həyat yoldaşı Ketrin ilə nikahını ləğv etməsini istədi, çünki Ketrin oğlan övlad dünyaya gətirməmişdi və Henrinin soyu davam etmə təhlükəsi ilə üz-üzə idi. Lakin Papa bu boşanma tələbini rədd etdi. Bu rəddən sonra Henri Roma Katolik Kilsəsinə qarşı çıxmışdı.
1534-cü ildə Üstünlük Aktı( Act of Supremacy) qəbul edildi və Henri özünü İngiltərə Kilsəsinin başçısı elan etdi.
Beləliklə, İngiltərə Roma Papasından müstəqil bir kilsə yaratdı. Bu isə öz növbəsində İngilis Reformlarının əsasını qoymuş sayılır. Katolik Kilsədən ayrılmaq Anglikan Kilsəsini ortaya çıxardı və bu reforma görə kilsə birbaşa krala tabe oldu.
Orta əsrlərdə kralların hakimiyyətinin Tanrı tərəfindən verildiyi inanışı geniş yayılmışdı. Bu konsepsiyaya görə, kral Tanrının yer üzündəki nümayəndəsi sayılırdı. Katolik Kilsəsi, bu anlayışı dəstəkləyərək kralların taxta çıxmasını leqallaşdıran əsas dini güc idi. Roma Papası və ya yüksək rütbəli kilsə rəsmiləri krallara tac qoyur, bu isə kralın Tanrının lütfü ilə hakimiyyətə gəldiyini simvolizə edirdi. Tacqoyma mərasimi olmadan bir çox hallarda kralın hakimiyyəti qeyri-legitim sayılırdı. Papalar çox vaxt siyasi münaqişələrdə də iştirak edir və kralları dəstəkləmək və ya onlara qarşı çıxmaq üçün öz nüfuzlarını istifadə edirdilər. Kilsə bəzi hallarda kralları taxtdan endirmək üçün digər siyasi gücləri təşviq edirdi. Papa bir kralın qanunsuz olduğunu elan edərək digər liderlərə, krala qarşı müharibə elan etmə haqqı verə bilərdi. İngiltərədə, kilsə reformları Katolik Kilsənin və Papaların bu gücünü əlindən almış oldu.
Daha sonra hakimiyyətə gələn krallar dönəmində də bir sıra islahatlar keçirildi və Katolik Kilsədən daha da uzaqlaşdılar. 6-cı Eduard(1547-1553) hakimiyyəti dönəmində Anglikan Kilsəsi tamamilə Protestant ideologiyalara uyğunlaşdırıldı. Kraliça 1-ci Elizabet(1558-1603) taxta çıxdıqdan sonra Protestantlıq rəsmi şəkildə ölkənin dininə çevrildi. Bu dəyişikliklər nəticəsində İngiltərə Protestant bir ölkəyə çevrildi.
Bütün bu dəyişiklikdən sonra Katoliklər və Protestantlar arasında uzun müddət dini qarşıdurmalar yaşandı. Guy Fawkesin uğursuzluqla nəticələnən sui-qəsd cəhdi də bu münaqişələrin ən ciddi nümunələrindən biridir.
"V for Vendetta" filmi Guy Fawkesi yenidən populyar mədəniyyətin mərkəzinə gətirib. Guy Fawkes kimi, filmin əsas qəhrəmanı "V" də avtoritarizmə qarşı çıxır və filmdə hadisələr bu yöndə cərəyan edir. Film eyni zamanda Guy Fawkes Maskası deyilən bir anlayışın da formalaşmasında böyük rol oynayır hansı ki, bu maska günümüzdə anarxist ideologiyada tez-tez istifadə edilir. Film 2005-ci(təqdimatı 2006-cı il) ildə eyni adlı qrafik romandan ilhamlanaraq çəkilib. Filmin çəkilməyə başlama və təqdimat illəri də xüsusi detallardan biridir. Ssenaristlər, film çəkildiyi vaxtlarda Wachowski qardaşları(sonralar wachowski bacılarına çevirdilər özlərini) adı ilə tanınırdılar, daha dəqiq desək Matrix filmləri ilə mükəmməl məşhurluğa sahib idilər. Bu filmdə də hadisələr Wachowskilərə uyğun şəkildə, gələcəkdə və distopik şəkildə cərəyan edir.
Yaxın gələcəkdə İngiltərə avtoritar rejim tərəfindən idarə edilir və Sutler(adı tanış gələ bilər) adlı diktatorun rəhbərlik etdiyi "Norsfire" hökuməti, xalqı qorxu və təzyiq altında saxlayır.
Bu hökumətin təhlükəsizliyindən məsul şəxs Peter Creedy, reala yaxın, gözəl düşünülmüş personajdır.
Maskalı karizmatik baş qəhraman V, bu rejimə qarşı təkbaşına mübarizə aparır. O, Guy Fawkes maskası taxaraq hökumətin törətdiyi bütün zülmlərə qarşı çıxır və 5 Noyabrda Parlament binasını partlatmaq istəyir.
Filmin çatdırmaq istədiyi əsas fikirlərdən biri, Azadlıq və dirəniş(etiraz).
Fərd şəklində vəya kütlələr şəklində insanlar öz azadlıqları üçün zülmə qarşı mübarizə aparmalıdırlar. İnsanlıq tarixi boyunca azadlıq və dirəniş hər bir cəmiyyətin mərkəzi mövzularından biri olmuşdur və bunlar fərdi və kollektiv kimliyin qorunması, ədalət uğrunda mübarizə və ən əsası avtoritarizmə qarşı çıxışın əsas sütunlarını təşkil edirlər.
Sadə dillə desək, azadlıq insanın öz həyatını idarə etmək hüququdur:
istədiyi kimi düşünmək(düşüncə azadlığı)
istədiyinə inanmaq(vicdan azadlığı)
istədiyini danışmaq(söz azadlığı)
istədiyi kimi hərəkət etmək(fərdi azadlıq).
Rousseauya görə insan, yalnız öz iradəsini və ağlını istifadə edərək həqiqi azadlığa nail ola bilər, yenə qeyd edirki, insanlar öz fərdi azadlıqlarının bir qismini ümumi rifah üçün qurban verir və bununla da cəmiyyətin tələblərinə uyğun şəkildə birgə yaşamaq mümkün olur, cəmiyyətin qanunları ümumi iradəyə əsaslandıqda, fərdlər həm qanunlara tabe olur, həm də azad qalır, çünki bu qanunlar onların ümumi maraqlarını ifadə edir. Bu mövzuda Russonun The Social Contract kitabını məsləhət görürəm. Mən Türkcə oxumuşdum, Hasan Ali Yücel Klasikleri seriyasında var Toplum Sözleşmesi adında.
Bütün bu azadlıqların məhdudlaşdırıldığı bir cəmiyyətdə hərzaman fərdi və kollektiv şəkildə etirazlar olmuşdur. Totalitar və Avtoritar rejimlərdə bütün bu azadlıqlar məhdudlaşdırılır və müxtəlif metodlarla etirazların qarşısı alınır. Hər iki rejimdə təbliğat və repressiyalardan istifadə edilərək öz hakimiyyətlərini möhkəmləndirirlər və bu rejimlərdə hakimiyyət bir grup şəxsin əlində cəmləşir. Bu iki rejimin oxşar cəhətlərlə yanaşı fərqli cəhətləri də var. Ən önəmli fərqli cəhətləri isə Totalitarizmdə məcburi ideologiyanın ön planda olmasıdır, misal üçün faşizm, kommunizm, şəriət kimi. Avtoritar rejimdə isə ön planda olan məsələ hakimiyyəti qorumaqdır, ideologiya ikinci plandadır. Avtoritarizmin tətbiqi və dərəcəsi ölkədən ölkəyə dəyişir. Avtoritar ölkəyə misal çəkməyəcəm, özünüz başa düşün. Filmdə təsvir edilən rejim Avtoritar rejimi bütün tərəfləri ilə izləyiciyə təqdim edir. Və zamanla Avtoritar rejim Totalitar rejimə çevrilir.
İzləyiciyə çatdırılmaq istənən fikirlərdən biri də bu rejimin ən önəmli idarə metodu, Qorxu və Təzyiq metodudur. Rejim, insanları qorxu vasitəsilə idarə edir, daim bir düşman var və ona qarşı hökumətin yanında olub, hökuməti dəstəkləmək lazımdır. Nəticədə azadlıqlarından məhrum edilmiş itaətkar fərdlər yaradılmış olur. Təzyiqlər nəticəsində insanlar öz ölkələrini tərk etməyə məcbur qalırlar və cəmiyyətdəki etirazın müqaviməti pozulmuş olur.
Buna bənzər bir rejimlə idarə edilən distopik bir cəmiyyətə 1984(George Orwell) romanında şahidlik edirik. Əsas qəhrəman Winston Smithin gözündən, qorxu və təzyiqin cəmiyyətdə necə tətbiq edildiyini görürük.
Gələk əsas məsələyə.
İdeyanın gücü:
Filmin sonlarına yaxın əsas personaj V, Sutlerin adamları tərəfindən əhatəyə alınır və güllələnir, amma, ayaqüstədir yıxılmır və belə bir ifadə işlədir:
Fikirlərə güllə işləməz.
Bu replika əslində filmin bütün mahiyyətini ortaya qoymuş olur. Bu ifadə eyni zamanda insanların düşüncələrini və ideyalarını məhv etmək üçün tətbiq edilən zorakılıq və şiddətin uğursuz olacağını vurğulayan dərin mənalı ifadədir. Film boyunca V tərəfindən xalqın azadlığını, müstəqilliyini və düşüncə azadlığını qorumağa yönəlmiş bir ideya ön planda dayanır. O, totalitar rejimin qarşısında dayanıb xalqın yuxusundan oyanmasını istəyən bir şəxs olaraq, insanların öz azad fikirlərini qorumasını istəyir və buna görə mübarizə aparmağı təklif edir. Bu deyim, həm də filmin sonlarına doğru, V-nin öz həyatını və mübarizəsini sona çatdırarkən, azadlıq, bərabərlik və ideya mübarizəsinin hər zaman davam edəcəyini vurğulayan, simvolik bir cümlə halını alır. V for Vendetta, totalitarizm(avtoritarizm) və azadlıq; mübarizə və qorxu; ideallar və güc arasında gedən fəlsəfi bir mübahisədir. Film, həm də azad fikirlərin gücünü və rejim qarşısında insanların müqavimətini göstərən dərin bir fəlsəfi mesaj verir. Ortaya bəzi suallar çıxır:
İnsan azadlığının qiyməti nədir?
Düşüncə və şəxsiyyətin əsl gücü nədir?
Rejimin qarşısında necə dayana bilərik?
Son olaraq, Vnin mübarizəsinin, yalnız dövlətin dağıdılması üçün deyil, eyni zamanda insanların içindəki azadlıq və şəxsi gücü ortaya çıxarmaq üçün olduğunu öyrənirik. Filmin sonunda, Evey(V-nin sonradan tanış olduğu və öz dəyişimi ilə xəyal edilən cəmiyyəti təmsil edən ikinci əsas personaj) öz şəxsiyyətini, fikirlərini və azadlığını tapır, bu isə hər bir insanın daxili gücünü kəşf etməsi və azadlıq uğrunda mübarizə etməsi mesajını verir.
Bu filmdə işin texniki tərəflərindən danışmağın mənası yoxdur, danışılması lazım olan nüanslar başqadır, alınması lazım olan dərslər başqadır. Buna görə işin texniki tərəflərindən bu filmdə danışmaq mənasızdır.
Bunun əvəzinə filmdən bir neçə replika oxuyaq:
📍İnsanlar hökumətlərindən qorxmalı deyil, hökumətlər öz xalqından qorxmalıdır.
📍Bu maskanın altında yalnız ət yoxdur. Bu maskanın altında bir ideya var, cənab Creedy və ideyalara(fikirlərə) güllə işləməz.
📍İdeyalar təkcə qanla deyil, həm də təfəkkürlə yaşayır.
📍Sistemi dəyişmək asan deyil, amma, heç nə heç vaxt dəyişilməz deyil.
📍Qorxu insana nəzarət etmək üçün ən güclü vasitədir, lakin özünə inam insanı qorxudan daha güclü edir.
📍İnsanların qorxduğu şeylərdən çox, onları gizlədilən şeylər qorxudur.
📍Bəzən ən gözəl şeylər ən böyük mübarizələrdən sonra gəlir.
📍Yekun olaraq, maskanın altında kim olduğunu tapmaqdan çox, kim olacağımızı tapmaq daha vacibdir.
Mövzu ilə əlaqədar mənim də oxuduğum kitabların ətraflı siyahısı:
1984(George orwell)
The Social Contract(Jean Jacques Rousseau)
On Liberty(John Stuart Mill)
Brave New World(Aldous Huxley)
The Trial(Franz Kafka)
The Communist Manifesto( Karl Marx və Friedrich Engels)
Escape From Freedom(Erich Fromm)
V for Vendetta IMDb: 8,1/10
Xoş izləmələr.
0 notes
Text
Azərbaycan geri çəkilməyəcək: Rusiya tələbləri yerinə yetirməli olacaq
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
Vida mərasimi başa çatdıqdan sonra Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsibə verib. "Azərbaycan Hava Yolları"na məxsus J2-8243 nömrəli “Embraer 190” təyyarənin qəzaya uğramasının səbəblərinə toxunan dövlət başçısı Rusiyadan qəzanın baş verməsində rolu olan şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib. "Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir.
İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir.
Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək”,-deyə Prezident bildirib.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Cebheinfo.az”-a şərhində qeyd edib ki, ölkə Prezidentinin idarəçilik sistemində və siyasi fəaliyyətində xalqımızın firəvanlığı və təhlükəsizliyi önəmli yer tutur:
“2003-ci ildən bu günə qədər Prezident İlham Əliyev bu kimi məsələlərə çox ciddi şəkildə xalqa sədaqət nümayiş etdirib.
Təyyarəmiz qəzaya uğrayan gün Prezident İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində MDB-nin sammitində iştirak etmək üçün səfərə yollanmışdı. Uçuş zamanı qəza ilə bağlı xəbər Prezidentə çatdırıldıqdan sonra dövlət başçısı dərhal səfərini təxirə salıb ölkəyə geri döndü. Elə Bakı Hava Limanında Prezident İlham Əliyev hökumət nümayindələrinə məsələnin operativ şəkildə nəzarətə götürülməsini və müvafiq addımların atılmasını tapşırdı.
Qəzanın səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə komissiya yaradıldı. Cənab Prezident İlham Əliyev Rusiyanın əyalət səviyyəsində edilən təkliflərini dərhal rədd edib beynəlxalq komissiyanın yaradılması üçün qəti mövqe ortalığa qoydu.
Prezidentin bu mövqeyi həqiqətən, təqdirəlayiqdir. Bununla yanaşı, Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycanın mülki təyyarəsi Rusiyanın hava məkanın üzərində vurulub. Dövlət başçısı Rusiyanın dövlət qurumları və kütləvi informasiya vasitələrini qəzanın səbəblərini manipulyasiya etməkdə ifşa etdi”.
O bildirib ki, dövlət başçımızın qətiyyətli mövqeyi sahəsində Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng vurub baş vermiş hadisəyə görə üzürxahlığını bildirdi:
“Rusiyanın digər dövlət rəsmiləri də Azərbaycandan üzr istədilər.
Partiya rəhbəri olaraq, hesab edirəm ki, Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir. Qəzanın baş verməsində rolu olan şəxslər məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalı, eyni zamanda qəzada həlak olanların ailələrinə təzminat ödənilməlidir.
Azərbaycan öz mövqeyindən bir addım da geri çəkilməyəcək”.
“Cebheinfo.az” saytı
Yunis Abdullayev
31 dekabr 2024-cü il
https://cebheinfo.az/siyaset/azerbaycan-geri-cekilmeyecek-rusiya-telebleri-yerine-yetirmeli-olacaq_884
0 notes
Link
0 notes
Text
31 Oktyabr 2024-cü ildə Milli Xalça Muzeyində Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərginin açılış mərasimi keçirildi.
Göbəklitəpə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan 12.000 il əvvələ aid bəşəriyyətin ən qədim yaşayış məskənlərindən biridir. Bu füsunkar arxeoloji ərazi nəhəng daş strukturları ilə tanınır.
Dəvətə görə Selçuk Karakılıçya təşəkkürümü bildirirəm.
0 notes
Link
1 note
·
View note
Text
Salam.Buraya yeni gəldim. Həvəskar yazıçıyam və sizinlə ilk hekayəmi paylaşmaq istəyirəm. Xoş oxumalar.
İlahi-ədalət
Hər kəs zala toplaşmışdı. Çünki bu gün yeni çıxmış bir kitabın təqdimat mərasimi və imza günü idi. Kitabın yazarını hələ heç kim tanımırdı. Bu səbəbdən də insanlar maraq içində idilər. Kimisi kitab haqqında danışıb fikir bildirirdi. Kimisi də yazarın kim olduğu haqqında təxminlər edirdi. Bəziləri artıq marağına güc gələ bilməyib elə oradaca kitabı oxumağa başlamışdı. Nəhayət ki, mərasim başlamış, redaksiya heyətinin rəhbəri Adil bəy sözə başlamaq üçün kürsüyə keçmişdi. Hər kəs diqqətini ona yönəltmiş, səbrsizliklə onun danışmasını gözləyirdilər. Nəhayət ki, Adil bəy tamaşaçıların ona zillənən maraq dolu baxışlarını görüb boğazını arıtlayaraq sözə başladı:
-Salam!Hər vaxtınız xeyir olsun!Hamınız xoş gəlmisiniz! Bu gün burada hamımız yeni çıxmış bir kitabın təqdimat mərasimi və imza günü münasibətilə toplaşmışıq. Bu kitabın yazarı hələ çox gənc olsa da, yazarlıq qabiliyyəti ilə illərə meydan oxuyan yazarlardan heç də geri qalmır. Yazı tərzi ilə özünü çox gözəl ifadə edir. Kitabı oxuyandan sonra özünüz də bunun şahidi olacaqsınız. Kitab onun ilk kitabı olsa da, çox maraqlıdır. Adının "İlahi-ədalət" olmasından görünür ki, yazar bu kitabda dünyada baş verən pis və yaxşı hadisələri özünəməxsus şəkildə qiymətləndirib və lazım olanı mükafatlandırıb. Lazım olanı isə cəzalandırıb. Bu cür kitabı nəşr etmək mənim üçün böyük şərəfdir. İndi isə alqışlarınızla gənc yazar Damla xanım Əliyevanı kürsüyə dəvət edir və onu sizin hüzurunuzda bir daha təbrik edirəm. Gələcək əsərlərində də uğurlar arzulayıram. Damla xanım, buyurun kürsüyə! Siz də öz ürək sözlərinizi deyin!
Adil bəy sözünü bitirib kürsünün yanında qoyulmuş masa arxasına keçib oturdu. Daha sonra Damla tamaşaçıların alqış sədaları altında kürsüyə qalxdı. Üzündəki gülümsəmə tamaşaçıların qəlbini isidirdi. Hər kəs ona heyranlıqla baxırdı. Əyninə geyindiyi sadə, üçkünc yaxa, qolsuz don ona çox yaraşırdı. Üzündə yox dərəcəsində, sadə makyaj var idi. Bəzi qadınlar tünd makyajla gözəlləşib dəyişsə də, Damla tam əksinə, sadələşdikcə gözəlləşirdi. Yaşı 25 olsa da, istər görüntü istərsə də xasiyyət baxımından sadə insan olduğu üçün çox insan ona 17-18 yaş verərdi. Bu Damlanı çox sevindirirdi. Çünki o, qocalmaq fikrini özünə yaxın buraxmırdı. Sanki yaşı artdıqca daha da gəncləşirdi. Çox gözəl və zərif bir xanım idi.
Onsuzda həyəcanlı olan Damla tamaşaçıların heyran baxışlarını görüb birazda özünü itirmişdi. Lakin mütləq ürək sözlərini deməli idi. Nəhayət, birtəhər özünü ələ alıb danışmağa başladı:
-Hər vaxtınız xeyir olsun! Hər biriniz xoş gəlmisiniz! Çox sağ olun ki, əziyyət çəkib mənim kitabımın təqdimat mərasimində iştirak edirsiniz. Yazarlıq fəaliyyətinə başlamaq mənim ağlıma gəlməyən bir şey idi. Uşaq vaxtından bəri ədəbiyyat oxumağa çox böyük marağım olub. Ədəbiyyat oxumağı, xüsusilə də hekayə və nağıl oxumağı çox sevmişəm. Buna görə də 5 il əvvəl sosial şəbəkələrdə hekayə səhifəsində və qruplarında hekayə oxumağa başladım. Üzv olduğum qrupların istifadəçiləri çox gözəl insanlardı. Real həyatda tanımasam da, onların hər birini çox sevirəm. Çox olub ki, hekayə oxuyub aqressiv rəy yazmışam. Qəlblərini qırdığım zamanlar da olub. Əlbəttə ki, sonradan üzr istəmişəm. Nə qədər aqressiv də davransam mənə həmişə anlayış göstəriblər. Çünki əmin olublar ki, nə varsa dilimdədir. Ürəyimdə heç nə yoxdur. Aqressiv davranışlarımın səbəbi də budur ki, özümü oxuduğum hekayələrin qəhrəmanı olan obrazların yerinə qoymuşam. Çox həssas və emosional insan olduğum üçün də onların çəkdiyi əzabları öz qəlbimdə, ruhumda hiss etmişəm. Buna görə də çox aqressiv və qəddarcasına yazdığım rəylər olun. Ancaq qrup üzvü olan xanımlar mənim bütün şıltaqlıqlarıma dözüb, anlayış göstəriblər. Heç tanımadığım bu insanlar mənə ana oldu, böyük bacı oldu, dost oldu. Allah hər birindən razı olsun. Yenə də bir gün qrupda hekayə oxuyurdum. Hekayədəki bir obraz məni dəhşətli dərəcədə əsəbləşirdi. Çünki həmin xarakteri həm də adı mənim olduqca nifrət etdiyim bir insanla eyni idi. Hər zaman olduğu kimi yenə aqressiv rəylər yazırdım. Daha sonra hekayənin yazarı və qrupun admini olan xanımla söhbət etdim
Söhbət əsnasında ona həmin insanın kim olduğunu və ondan niyə nifrət etdiyimi danışdım. Mənə məsləhət gördü ki, yazmağa başla.Yazmaq səni rahatladacaq, nifrətini azaldacaq. Bu fikir ağlıma batdı. Beləliklə, artıq sadəcə hekayə oxumaqla kifayətlənməyib eyni zamanda hekayə yazmağa da başladım. Həqiqətən də yazmaq mənə çox gözəl təsir edirdi. Nisbətən sakitləşmişdim. Özümü yaxşı hiss edirdim. Yazdığım hekayələri həmin iki qrupda paylaşırdım. Oxunduğunu və bəyənildiyini gördükcə çox sevinirdim. Belə-belə yazdıqca yazdım. Daha sonra yazdıqlarımı bu redaksiyaya gətirdim. Redaksiyanın rəhbəri Adil bəy çox bəyəndi və nəticədə budur, bu gün mənim ilk kitabım "İlahi-ədalət"in təqdimat mərasimidir. Çox sevincliyəm buna görə.Bu sevincimin səbəbkarı olan, məni yazarlığa həvəsləndirən o gözəl insanı-Sevinc Ağayevanı sizin alqışlarınızla kürsüyə dəvət edib ona bir daha sizin hüzurunuzda öz minnətdarlığımı bildirmək istəyirəm.
Alqış sədaları altında kürsüyə gülər üzlü, hicablı, gözəl geyimli bir qadın yaxınlaşdı. Damlanı bağrına basıb öpdükdən sonra fəxrlə gülümsəyərək danışmağa başlayıb dedi:
-Mən də hər kəsi salamlayıram!Belə bir gündə burada olmaq çox gözəldir. Damla hər nə qədər bugünkü uğurunu mənə borclu olduğunu desə də, o bu uğuru özü qazandı. Mən sadəcə ona yol göstərdim. Özü istəməsə heç nə mümkün olmazdı. Mənə belə dəyər verdiyi üçün ona minnətdaram. İndi burada olmağım o deməkdir ki, Damla qədir-qiymət bilən, yaxşılıq itirməyən qızdı. Mənim bu cür hörmətimi saxlaması da bundan irəli gəlir. Əvvəllər aramızda mübahisələr də olub, düzdür. Amma Damlanın təmiz qəlbini gördükdən sonra ona əlimizdən gələn qədər anlayış göstərməyə çalışmışıq qrup üzvləri olaraq . O da sağ olsun bizə həmişə hörmət edib, dəyər verib. Damla, sənə bol-bol uğurlar arzulayıram. İnşallah daha gözəl əsərlər yazarsan və insanlar tərəfindən də, oxucular tərəfindən də hər zaman sevilərsən. Uğurların bol olsun.
Bunu deyib Sevinc Damlanı təkrar qucaqladı. Sonra Damla yenidən üzünü tamaşaçılara tutub dedi:
-"İlahi-ədalət" mənim ilk kitabımdır. Məni narahat edən,dünyada və cəmiyyətdə baş verən bütün pis hadisələri bu kitabda qeyd etmişəm. Pis şeyləri layiq olduğu kimi cəzalandırıb, yaxşı şeyləri isə çox gözəl mükafatlandırmışam.Arzum budur ki, bu kitabda olduğu kimi həyatda da hər zaman doğruluq və düzlük qalib gəlsin. Çox sevdiyim bir psixoloqun da dediyi kimi-Qaranlığı lənətləmək lazım deyil! Bacarırsansa, işıq yandırıb o qaranlığı aydınlığa qovuşdur! Mən də bu kitab vasitəsilə az da olsa qaranlığı aydınlığa çıxarmağa çalışdım. Ümid edirəm ki, bəyənərək və sevərək oxuyub lazım olan dərsi çıxarırsınız. Diqqətinizə görə təşəkkür edirəm.
Damla sözünü bitirib kürsüdən Sevinclə birlikdə düşdü. Daha sonra kitabın imza mərasimi başlamışdı. Damla kitabları imzalayarkən Sevinc yenə də yanında idi. Getmək istəsə də, Damla izn verməmişdi. O, bugünkü uğurunu Sevincə-onu yazarlığa həvəsləndirən bu gözəl qəlbli insana borclu idi. Ona görə də Sevincdən xahiş etdi ki, bu gün bitənə qədər onun yanında olsun. Damlanın təkidini görən Sevinc razılaşmışdı.
Təqdimat və imza mərasimi bitdikdən sonra bu gözəl gün restoranda davam edirdi. Ailəsi və yaxınları bu günün şərəfinə Damla üçün şənlik təşkil etmişdilər.Təbbi ki, sevimli qonaq qismində yenə də Sevinc iştirak edirdi. Hər kəs deyib-gülür, əylənirdi.
Qəfildən gələn səslə çalınan musiqi yarımçıq kəsildi. Hər kəs səs gələn tərəfə çevrilib nə baş verdiyini anlamağa çalışırdı. Gördükləri mənzərə qonaqları təəccübləndirmişdi.Ofisiant bir qadının qolundan tutub acıqla deyirdi:
-Ay xala! Bura girmək olmaz! Gəl çıx çölə! Müdir görsə mənə çox hirslənəcək! Tez ol! Çıx!
Bunu deyib ofisiant qadını az qala sürüyərək çölə çıxarmağa çalışır, eyni zamanda ona kobud sözlər deyirdi. Qadın isə getməmək üçün ofisianta müqavimət göstərir, onun əlindən çıxmağa çalışırdı.
Bu mənzərə Damlanı və eləcə də orada oturan hər kəsi məyus etmişdi. Ona görə də Damla dərhal ayağa qalxıb onlara yaxınlaşdı. Qadının qolundan tutub özünə tərəf çəkdi və bir qolu ilə qadını qucaqladı.
Ofisiant Damlanı görüb günahkar nəzərlərlə gözlərini ona zillədi. Üzünü Damlaya tutub narahatlıqla dilləndi:
-Üzr istəyirəm, Damla xanım! Çölə çıxarmaq istədim, əlimdən qaçıb bura girdi. Siz narahat olmayın. İndi bu dəqiqə onu çölə çıxaracam.
Bunu dedikdən sonra yenidən qadının qolundan tutmaq istəyəndə Damla qadını biraz da özünə sıxıb, ofisiantın əlini geri itələdi. Sərt şəkildə ona dedi:
-Siz nə edirsiniz belə?! Adam xanımla belə rəftar edər?! Heç utanırsan?! Anan yaşında qadındı. Adam belə edər?! Bəllidir ki, acdı. Nə olar ki, iki tikə bir şey versəniz?!
Ofisiant təəssüf və narahatlıqla cavab verdi:
-Damla xanım, Bunlardan gündə neçə dənəsi gəlir! Hamısına yemək versək, batarıq təmiz! Həm mənlik bir şey yoxdur. Müdirimiz tapşırıb ki, bunları içəri buraxmayaq. Xahiş edirəm, icazə verin onu çıxarım bayıra. Sonra müdirimiz mənə hirslənəcək.
Damla ofisianta etiraz olaraq qadının əlindən möhkəm tutub qəti şəkildə dedi:
-Bu qadın biz burdan çıxana qədər bizim yanımızda qalacaq! Yediyi-içdiyi hər şeyi mən ödəyəcəm! Lazım olsa əlavə ödəniş də edəcəm. Amma bu qadın heç yerə getməyəcək! Əgər bu qadını çölə çıxarsan, hamımız onunla birlikdə gedəcəyik! Elə edəcəm ki, bir də bu restorana heç kəs gəlməsin! Müdiriniz onda daha çox hirslənəcək, əmin olun!
Ofisiant həyəcan və narahatlıqla cavab verdi:
-Damla xanım, məni çətin vəziyyətdə qoyursunuz axı! Müdirimiz görsə, mənə çox acıqlanacaq! Başa düşürsünüz?! Mən işimi itirə bilərəm!
-Narahat olma! Lazım olsa, müdirlə özüm danışaram! Heç kim səni işdən azad edə bilməz. Məsuliyyət mənimdi. Əgər çıxarılsan, şəxsən özüm sənə iş tapacam! Söz verirəm! İndi isə gedə bilərsən!-deyə Damla fikrindən dönməyərək sərt şəkildə cavab verdi.
Ofisiant narazı halda başını yelləyib çölə çıxdı. O getdikdən sonra Damla qadını özü ilə bərabər masaya gətirdi. Stulu oturduqdan sonra qarşısındakı boşqaba yemək çəkib qadının qabağına qoydu. Mehribanlıqla gülümsəyərək dedi:
-Çəkinmə xala! Rahat-rahat yeməyini ye.Heç kim sənə zərər verə bilməz burda.
Qadın Damlaya baxmadan dərhal yeməyi yeməyə başladı. Uzun müddətdir ki, ac olduğu bilinirdi. Paltarları köhnə, üst-başı pərişan halda idi. Ruhi xəstə olduğu hər halından bəlli idi.Yeməyini bitirdikdən sonra qadın başını qaldırıb Damlanın üzünə baxdı və gülümsədi. Danışa bilmirdi. Ona görə də yəqin ki, öz aləmində Damlaya minnətdarlığını bildirirdi. Damla da qadına gülümsəmə ilə qarşılıq verdi.
Lakin birdən Damlanın üzü dəyişdi. Rəngi ağardı. Heyrətdən gözləri böyüdü. Sanki şok olmuşdu. İlahi, axı bu necə ola bilərdi ?! Bu, yuxu deyildi. Qarşısında dayanan qadını çox yaxşı tanıyırdı. Ancaq onu illər sonra bu vəziyyətdə görməyi ağlına belə gətirməzdi. Həm də bu gün! İlk kitabının çıxdığı gün! Bu təsadüf idi yoxsa qismət? Bu suala cavab vermək çox çətin idi.
Damlanın şok olduğunu görən anası Dilbər xanım və atası Fazil bəy narahat halda ayağa qalxıb ona yaxınlaşdılar. Anası qızının əlindən tutub soruşdu:
-Nə olub, Damla?! Əlin buz kimidi! Niyə bu vəziyyətə düşdün?!
Bunu deyib Dilbər xanım da diqqətlə qadına baxdı. Az sonra o da qızı kimi heyrətə gəldi. Fazil bəy də təəccüb və heyrət içində idi. Hər üçü şok vəziyyətdə bir-birinə baxır. Lakin heç biri ağzını açıb tək kəlmə danışa bilmirdi. Hər kəs diqqətlə onlara baxır, bir açıqlama gözləyirdilər. Nəhayət ki, Damlanın rəfiqəsi Nur yaranmış sükutu pozaraq dilləndi:
-Damla! Bir söz de görək! Nə oldu sizə? Tanıyırsan bu qadını? Kimdi bu qadın?
Damla özünü biraz toplayıb göz yaşları içində sözə başladı:
-Hər birinizə maraqlıdır ki, görəsən bu qadın kimdi? Burada nə işi var? Niyə bu vəziyyətdədi? Elə isə cavab verim. Niyə bu vəziyyətdə olduğunu mən də bilmirəm. Amma o cür xasiyyətlə bu vəziyyətə düşmək normaldır. Bu qadın mənim həyatımda silinməz izlər qoyan, qəlbimdə və ruhumda sağalmaz yaralar açan ibtidai sinif müəllimim Mətanət müəllimidir. Onu heç bir zaman bağışlamayacağımı demişdim. Amma həyat mənim yerimə ondan çox gözəl əvəz çıxıb. Çünki ağıl qədər dəyərli bir nemət yoxdur. Ağlını itirmək həyatını itirməkdən daha əzablıdır.Bu qadın hal-hazırda yaşamır ki. Sürünür. Çox ədalətli cəza olub həqiqətən də. Bu qadın hər zaman yaxşı oxuyan şagirdləri sevdi. Şagird zəif oxuyanda onu az qala vətən xaini elan edirdi. Onun aləmində oxumayan və ya oxuya bilməyən şagird nəfəs belə almayaydı gərək. Onlara həm fiziki həm də psixoloji cəhətdən işgəncə verərdi. Təəssüf ki, mən də çox yaxşı oxuyan şagird deyildim. Ona görə də o işgəncələrə mən də məruz qalmışam. Ehh... Bu qadının zülmləri saymaqla bitməz ki... Hansı birini deyim?! Xətti səliqəsiz olan uşaqların dəftərini iplə boynuna keçirib qonşu sinifləri gəzdirərək o uşaqları biabır etməsinimi?! Sinfin əlaçılarını qaldırıb dağ başına qoyub, zəif oxuyan uşaqları onların ayaqları altına atmasınımı?! Əlli qəpik pula görə məni hönkür-hönkür ağlatmasınımı? Dərsini zəif oxuyur deyə uşaqları vəhşicəsinə döyməsinimi?! Saymaqla bitməz bu qadının zülmləri, günahları! Şagird zəif oxuyursa, uzaqbaşı 2 yazarsan olar bitər. Ya da valideynlərinə deyərsən ki, uşaq yaxşı oxumur. Daha onu vəhşi kimi qalıb çubuqla döyüb, təhqir edib qürurunu sındırmaq nəyə lazımdı?! Amma yox, bu qadının dərdi bizim oxumağımız, yaxşılığımız deyildi ki! O özünü başqalarına göstərmək üçün bizdən istifadə edirdi! Biz onun üçün həm də "yarış atı" idik. O biri müəllimlərlə bizdən istifadə edərək yarışmaq bu qadının dərdi! " Atlar" yaxşı qaçmayanda bu qadın onlara işgəncə edirdi! Ancaq Allahın işinə baxın ki, bu gün həyat onu "sinfin qaymaqları" adlandırdığı vaxtilə əlaçı olan şagirdlərinin yox, həmişə yuxarıdan aşağı baxdığı qızın-mənim yanıma gətirdi. İlahi-ədalət bax, budur!
Damlanın göz yaşları içində dediyi bu sözlər hər kəsi çox təsirləndirmiş, göz yaşına boğmuşdu. Qadın ağlını itirsə də, ruhu bütün bu olanların fərqində idi. Xəcalət hissi ilə Damlaya baxaraq göz yaşı tökürdü. Baxışları ilə Damladan sanki bağışlanmaq diləyirdi. Birdən dizləri üzərinə çöküb Damlanın ayaqlarını qucaqladı və ürəkdağlayan bir hönkürtü ilə ağlamağa başladı. İllərin peşmançılığı, bağışlanmayan günahların nəticəsi idi bu hönkürtü, bu çarəsizlik.
Damla onun qollarından tutub ayağa qaldırdı. Qəzəb dolu baxışlarını qadının peşmançılıqla yaş axıdan gözlərinə tikib dedi:
-Mətanət "müəllim"! Sizi bəlkə 25 yaşlı Damla bağışlayar! Amma 50 qəpik pula görə lövhənin qarşısında göz yaşı tökdürdüyünüz, bəzən hətta günahsız yerə cəza verdiyiniz ,fındıq qabığını doldurmayan səbəblərlə döyməkdən çəkinmədiyiniz Damla heç vaxt sizi bağışlamaz! Hətta qəddarlığınız o yerə çatmışdı ki, ifadə yazanda ayın tarixini 2 dəqiqə gec yazdım deyə də məni döymək istəmişdiz! Necə keçsin o Damla sizin günahınızdan?! Hardadı indi məni günahsız olduğum halda üzr istəməyə məcbur etdiyiniz Aylin?! Niyə indi onun yox, mənim yanımdasınız?! Bilirsiniz niyə?! Çünki haqq və ədalət deyə bir şey var! Siz zamanında hər nə qədər bunu yaddan çıxarıb zülmlər etsəniz də, haqq və ədalət əvvəl-axır öz yerini tapır! Eynilə bu gün tapdığı kimi! Çətinliklə olsa uğur qazanmağı bacardım! Yazar oldum! Bu gün mənim ilk kitabım çıxdı! Sizin və həyatımdakı bir çox insanın etdiyi zülmlərə baxmayaraq mən bunu bacardım. Kitabımda olduğu kimi həyatımda da İlahi-ədalət gec də olsa öz yerini tapdı. Sizi bağışlamağımı istəyirsinizsə, onda mənə itirdiyim uşaqlıq zamanlarımı, əzab içərisində keçən məktəb vaxtlarımı geri verin! Verə bilmirsiniz?! Deməli, bağışlanmağı istəməyə də haqqınız yoxdur! Siz məni və sinfin digər zəif oxuyan uşaqlarını həmişə ayaqaltı etdiniz! Sonrakı illərdə ikiüzlü olmağı bacaranlar problem yaşamadı! Amma mənim vicdanım yol vermədi elə davranmağa! Buna görə də həmişə əzab çəkdim! Dəyərsiz oldum! Mənə həmişə sinfin əlaçıları ilə rəfiqə olmağı tapşırırdız! Amma onlara bir dəfə də olsun demədiniz ki, Damlanı incitməyin! O sizin kimi deyil! Çox həssasdı! Sizin üzünüzdən 11 illik məktəbli həyatım cəhənnəm əzabı kimi keçdi! Əslində xarakter olaraq mənə heç uyğun olmayan qızları gözümdə çox böyütdüm. Onlarla dost olmağa çalışdıqca da dəyərsiz oldum onların gözündə! Bunun tək səbəbkarı sizsiniz! Siz onları həmişə üstün tutdunuz! Beynimə yeritdiniz ki, onlar yüksəkdədi! Mən də daima o yüksəkliyə qalxmaq istədim! Amma alınmadı! Buna görə də çox əzab çəkdim! İllər sonra anladım ki, onlar yüksəkdə deyilmiş! Siz onları mənim gözümdə əlçatmaz etmisiniz! Özgüvənim olmadığı üçün də çox əzab çəkdim o qızlar üzündən! Madəm ki, mənim həyatımın ən gözəl günləri geri dönə bilməz, sizin də bağışlanmaq kimi bir şansınız yoxdur o zaman! Nə siz nə də başqa insanlar mənə acımadı! Amma mən nə olursa olsun mərhəmətimi itirmədim! Sırf sizin kimi olmaqdan qorxduğum üçün müəllim olmağı rədd etdim! Amma kaş ki, etməzdim. Bunun peşmançılığını ömür boyu çəkəcəm! Əslində bu iş üçün yarandığımı çox sonralar başa düşdüm! Amma sonrakı peşmançılıq fayda verməz təəssüf ki! Müəllim olub sizə əsl müəllim necə olur göstərə bilərdim! Sizi ömrümün sonuna qədər bağışlamaq fikrim yoxdur! İndi isə əyləşin! Şənlik bitdikdən sonra gəldiyiniz yerə gedə bilərsiniz!
Damla bunları deyib ağlayaraq çantasını da götürüb otaqdan çıxdı. Ardınca Dilbər xanım çıxsa da , ona biraz özünü toplayıb makyajını da düzəldib gələcəyini deyərək anasını otağa geri göndərdi. Ayaqyoluna gedib bir xeyli ağladıqdan sonra makyajını düzəltdi. Bu günü heç belə xəyal etməmişdi. Amma əslində yaxşı olmuşdu. Ürəyində artıq Mətanət müəllimə qarşı kin yox idi. Bütün ürək sözlərini demiş, ondan etdiklərinin hesabını soruşmuşdu. Sözsüz ki, onu bağışlamaq fikri yox idi. Amma içində qalan şeyləri demək onu olduqca rahatlatmışdı.
Damla özünü qaydaya salıb təkrar otağa qayıtdıqdan sonra hər kəsin diqqəti onun üzərində idi. Mətanət "müəllim" hələ də hönkürərək ağlamağa davam edirdi.
Gələn qonaqlar içində 15 yaşlı bir qız da var idi. Adı Zeynəb idi. Damla onu çox sevirdi. Damlanın yaş kompleksi yox idi. Ona görə də Zeynəblə yaxşı yola gedirdilər. Zeynəb də onu çox sevirdi. Damla lazım gələndə onun rəfiqəsi, lazım gələndə isə böyük bacısı ola bilirdi. Özü çox əzab çəkmişdi. Ona görə də özünə söz vermişdi ki, yaşı ondan az olanlara həmişə sevgi və şəfqətlə yanaşsın. Belə də edirdi. Azyaşlılar onu çox sevirdilər. Yaşını göstərmədiyi üçün çox vaxt onlardan seçilməzdi heç.
Damla masaya yaxınlaşıb Zeynəbin əlindən tutdu və özü ilə bərabər Mətanət "müəllim"in yanına gətirdi. Üzünü Zeynəbə tutub dedi:
-Zeynəb, mən sənin həm rəfiqən həm də böyük bacınam, düzdür?
Zeynəb başını razılıq əlaməti olaraq yelləyib dedi:
-Əlbəttə ki, eləsən bacı. Nə olub ki? Niyə soruşursan?
-Mənə düzünü de! Sən hələ də ibtidai sinif müəllimi olmaq istəyirsənmi? -deyə Damla soruşdu.
-Əlbəttə ki, istəyirəm.-deyə Zeynəb cavab verdi.
Damla dərindən nəfəs alaraq hər iki əli ilə Zeynəbin çiyinlərindən tutdu və gözlərinə baxaraq dedi:
-Elə isə bacına söz ver! Söz ver ki, ilk öncə əxlaqlı və gözəl ürəyə sahib insan olacaqsan! Şagirdlərinə hər şeydən əvvəl insan olmağı öyrədəcəksən! Savadlı şagirdlərdən əvvəl sinfin dəcəl, sözəbaxmayan, zəif oxuyan uşaqlarını sevəcəksən! Onlara iki qat artıq sevgi və şəfqət göstərəcəksən! Onların təkcə müəllimi yox, həm də mənəvi anası olacaqsan. Söz verirsənmi?
Zeynəb gülümsəyərək Damlanın əlindən tutub dedi:
-Söz verirəm, bacı! Söz verirəm ki, əvvəl çox yaxşı insan sonra da çox yaxşı müəllim olacağam. Şagirlərimi çox sevəcəm.
-Bax!-Damla Mətanət müəllimi göstərib dedi - əgər onun kimi olub şagirdlərinə zülm edəcəksənsə xahiş edirəm, olma müəllim!Olma ki, mənim kimi şagirdlər əzab çəkməsin!
Bunları deyib Damla yenə ağlamağa başladı. Zeynəb onun göz yaşlarını silib dedi:
-Yox, bacı! Olmayacam! Söz verirəm! Mən şagirdlərimi incitməyəcəm! Onların çox sevəcəm. Görəcəksən!
Zeynəb bunu dedikdən sonra Damla onu bağrına basıb öpdü. Daha sonra üzünü orada otaqdakı hər kəsə tutub dedi:
-İnsanın həyatında üç nəfər çox önəmli rol oynayır: Ana, ata və müəllim! Əgər həyatınızdakı ibtidai sinif müəllimi yaxşı olarsa, gələcəyiniz çox parlaq olar. Yox, əgər Mətanət "müəllim" kimi olarsa, ortaya mənim kimi məktəb vaxtları əzab içərisində keçmiş insanlar çıxar. Müəllimlik çətin olsa da, çox şərəfli peşədir. Bu peşə ilə oyun olmaz. Çünki müəllim gələcək və cəmiyyət üçün bir insan yetişdirir. Allaha şükür ki, mən gec də olsa özümü bu həyatda təsdiq etdim. Uğur qazandım. Ancaq yaşanması mümkün ikən yaşaya bilmədiyim xoşbəxtliklər içimə dərd olub. Əgər bir gün onları yaşaya bilsəm, bu həyatda əsl xoşbəxtliyi dadmış olacağam. Çox xahiş edirəm ki, müəllimlik sənətinə hər kəs ciddi yanaşsın. Müəllimlər şagirdlərini hər şeydən öncə insan kimi sevsin, hörmət etsin, dəyər versin. Yalnız bunu etməyi bacaran insanlar müəllim olsa , heç bir şagird mənim kimi əzab çəkməz.
Damla sözünü bitirib yerinə əyləşdi. Şənlik bitdikdən sonra restorana təcili yardım çağırdılar. Onlarla birlikdə polislər də gəlmişdi. Sorğu-sual nəticəsində məlum oldu ki, Mətanət müəllim iki gün əvvəl Psixiatriya Mərkəzindən qaçıb. Yaxınları polisə xəbər verib. İki gündür ki, axtarışda imiş. Təcili yardım həkimləri və bir neçə yaxını zorla da olsa onu maşına mindnirib xəstəxanaya apardılar.
SON
1 note
·
View note
Text
Nyu-Yorkda “Dağ Yəhudilərinin Sirri: Azərbaycan” mövzusunda tədbir keçirili
Nyu-Yorkda “Dağ Yəhudilərinin Sirri: Azərbaycan” mövzusunda tədbir keçirili. ABŞ-nin Nyu-York şəhərindəki “Yəhudi İrsi Muzeyi”ndə (“Museum of Jewish Heritage”) “Dağ Yəhudilərinin Sirri: Azərbaycan” mövzusunda tədbir və “Leylanın skripkası” qısametrajlı bədii filminin təqdimat mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Hold on To Your Music” təşkilatının və ABŞ-da yaşayan…
View On WordPress
0 notes
Text
Dünya Kuboku:
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokuna start verilib. Metbuat.org xəbər verir ki, mötəbər yarış A qrupunda bir görüşlə başlayıb. Türkiyə yığması İranla üz-üzə gəlib. Qarşılaşmadan İran millisi 6:4 hesablı qələbə ilə ayrılıb. Türkiyə – İran – 6:4 55 kq Ekrem Öztürk – Poya Dad Marz – 1:1 (Sonuncu xal prinsipi ilə iranlı güləşçi qalib gəlib) 60 kq Kerem Kamal – Mohsen Mehdi Nejad – 7:9 63…
View On WordPress
#açılış#Azərbaycan#Balihamzehde#gələcək#görüşləri#güləşçi#ikinciləri#keçiriləcək#kubokunun#mərasimi#prinsipi#qalibləri#qarşılaşmadan#qazanacsq#Qırğızıstan#qrupunun#Türkiyə#üçüncü#uğrunda#vəsiqə#vurulacaq#yarışa#yarışında#yığması#Yusifəhmədçali
0 notes
Text
İnsanlar arasında yas mərasimi mələklər arasında toy mərasimi ola bilər...
19 notes
·
View notes
Text
FƏZAİL AĞAMALIDAN MÜHÜM AÇIQLAMA
“BUNDAN SONRA İRANLA MÜNASİBƏTLƏRİMİZ...”
Mayın 19-da Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib. Mərasimdə verilən mesajlarda isə iki ölkə arasında əməkdaşlığın inkişafı xüsusi yer tuturdu.
Ümumilikdə müsbət ab-havada keçən tədbir həm də iki ölkə arasındakı münasibətlərdəki böhranın aradan qalxdığını göstərdi.
Başqa bir tərəfdən, Tehrandakı Azərbaycan səfirliyinin yaxın aylarda yenidən fəaliyyətə başlaması nəzərdə tutulub. Bu məsələ ətrafında yaranan gərginlik də artıq sona çatıb.
Səfirliyimizə hücum edən şəxs cəzalandırıldı. İyul ayından başlayaraq, Tehrandakı səfirliyimiz yeni binada fəaliyyət göstərəcək.
Bütün bunlar o deməkdir ki, Azərbaycan qarşıdan gələn dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, Azərbaycanla İran arasında münasibətlər bundan sonra daha ciddi əsaslar üzərində inkişaf edəcək:
“Azərbaycanın əsası ulu öndər tərəfindən qoyulan xarici siyasətin başlıca istiqaməti çoxşaxəli, bütün ölkələrlə bərabər hüquqlara söykənən əməkdaşlığa əsaslanır. Xüsusilə də qonşularla bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı faydalılığa söykənən ikitərəfli əməkdaşlığa üstünlük verilir.
Azərbaycan dövləti olaraq həm Prezident səviyyəsində, həm də xarici işlər naziri səviyyəsində qonşularla normal münasibətlərin qarşılıqlı fəaliyyətə söykənən, faydalılıq əmsalı yüksək olan ikitərəfli əməkdaşlığa üstünlük verdiyini dəfələrlə önə çəkib. Bununla bağlı Bakının Tiflislə münasibətləri göz önündədir. 2010-cu ildən sonra isə Rusiya ilə də oturuşmuş münasibətlər yaranaraq inkişaf etdi. Onun nəticəsidir ki, hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır.
Bununla əlaqədar ciddi sənədlər də imzalanıb. İrana gəldikdə, bu ölkə ilə də münasibətlərin normal müstəvi üzərində qurulması üçün bəyanatlar şəklində dəfələrlə fikrimizi ifadə etmişik. Eyni zamanda, konkret addımlar da atmışıq.
Bu gün də həmin siyasət davam edir. Azərbaycan qarşıdakı dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək.
Bakı ilə Tehran arasında gərginlik nəhayət aradan qalxmaqdadır. Ümidvaram ki, bundan sonrakı münasibətlərimizdə gərginlik yaşanmayacaq. Azərbaycanla İran arasında münasibətlər bundan sonra daha ciddi əsaslar üzərində inkişaf edəcək”.
“Bizim.media.az”
Rüfət Sultan
21 may 2024-cü il
0 notes
Link
0 notes
Text
Tumblr’ı yenidən silirəm. Because: həyatım bu qədər yas mərasimi deyil, depresiyaya düşəndə yenidən gələcəm. Təşəkkürlər
7 notes
·
View notes
Link
0 notes
Photo
Azerbaycan Baküde düzenlenen Üç Kardeş - 2021" tatbikatın kapanış töreni gerçekleşti. “Üç qardaş - 2021” beynəlxalq təliminin təntən��li bağlanış mərasimi keçirilib 🇹🇷🇦🇿🇵🇰🇹🇷 #Turkiye #Azerbaijan #pakistan #özelkuvvetler #tatbikat #bordobereliler https://www.instagram.com/p/CUKaL2NjFXA/?utm_medium=tumblr
6 notes
·
View notes
Text
Cənubi Florida Universitetində Azərbaycan bayrağı ucaldılıb
Cənubi Florida Universitetində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyasının təşəbbüsü ilə Azərbaycan Bayrağı qaldırılıb. Universitetin Mühəndislər Kollecinin vestibülündə keçirilən 152-ci bayraqqaldırma mərasimi Azərbaycana həsr olunub. Bu guşədə Yaponiya, Koreya, Almaniya, Böyük Britaniya, Braziliya və digər ölkələrin bayraqları asılıb. Universitet tələbələri Vaqif Əsədov və…
View On WordPress
0 notes