#məktəb
Explore tagged Tumblr posts
eminjbrylv · 9 months ago
Text
Çürümə illərdir məktəblərdədir.
Orta məktəblərdə ağına bozuna baxmadan bütün növ smartfonlar qadağan edilməlidir. Valideyn uşağından narahatdır? Xəbər almaq istəyir? "Qozqıran" dediyimiz sadə telefonlardan versin uşağa. Mədəniyyət elə bağçadan, məktəbdən başlayır. Valideyn ha evdə öz fikrinə görə "yaxşı" tərbiyə versin faydası yoxdur. İnsanın iç üzü ailənin yanında yox evdən kənarda ortaya çıxır.
Mən şanslı idim, smartfonların sosial şəbəkənin olmadığı dövrdə orta məktəbi bitirdim. Bizim məktəbdə sözün əsl mənasında pedaqoq deyə biləcəyimiz iki müəllim vardı sadəcə. Cinlərdən, qara çuxalardan danışan tarixçini demirəm hələ. Bununla belə 11 ildə Xətai rayonunun hətta şəhərin ən böyük məktəblərindən birində bullinq deyə bir şey demək olar ki üç dörd hal xaric yox idi. Korpusda, siniflərdə uşaqlar bir birilərini tanıyırdı. İntrovert olanlar belə başqa siniflərlə birləşmə dərsi olanda söhbət edir tanış olurdular.
Onsuz da cəmiyyətimizin çürük dəyərləri ortadadır, barı gələcəyimizi xilas edək. Kişi müəllimlər, işini bilən pedaqoqlar, smartfon qadağası. Bu üçü məktəblərdəki bu biabırçı halı ortadan qaldırmaq üçün gərəkli olan addımlardır.
15 notes · View notes
uniguestar · 1 year ago
Text
Son 12 saat... O stresli günlərin yenidən başlanmasına son 12 saat qalıb
7 notes · View notes
aysusydzde · 9 days ago
Text
Deyirəm qorxu necə böyük qüvvədisə, məktəb vaxtı heç bir online dərsə qoşulmayan biz indi müəllimdən əvvəl qoşulub dayanmışıq dərsdə😂😂
39 notes · View notes
suuada · 28 days ago
Text
Mənə görə ən gözəl qadin savadli qadindir, təhsil,dünya görüșü olan qadındir. Təhsilli qadın bir kişinin uşaqları üçün kapitaldır, genetik faktordur,mayakdır. Oxumamış qadın yaxşı ana, ev xanımı ola bilər, amma övladları üçün intellektual sərmayə ola bilməz. Savadlı qadın gələcək nəsillər üçün sərvətdir. İndi ela bir zamandır kì, orta məktəb təhsili hər kəs üçün əl çatandır. Vaxtında oxumamış insanların arqumentlərinin 99,9%-i sadəcə bəhanədir. Təhsilsiz kişi cəmiyyət üçün təhlükə deyil. O əsgərdir, döyüşçüdür, fiziki qüvvədir. (Sadəcə təhlükə deyil, amma o da lazımdır. Yenə də deyirəm sadəcə təhlükə deyil).Təhsilsiz qadın isə doldurulması mümkün olmayan bir boşluqdur.
22 notes · View notes
rftdamir · 1 year ago
Text
Uşaq olanda 20 qəpik verərdi atam mənə hər məktəbə gedəndə, o 20 qəpiklə həm su alırdım həm kökə. Universitetə daxil olana kimi smartfonum belə olmayıb. Dərs, məktəb, 1-2 saat cizgi filmi, köhnə kitablardan pul kəsirdik öz balaca fantaziamızla oyun oynamağa, küçədə və ya biraz genişliyi olan hər yerdə futbol oynayardıq . Ən əsası biz uşaq olanda indiki uşaqlardan daha tolerant və daha sosyal idik . Əyləncə üçün, oyun oynamaq üçün bir çubuq , bir daş və ya bir kağız belə kifayət edirdi bizə. Telefonlardan kompüterlərdən aslı da deyildik .
Bəs indiki uşaqlar necə ? Azla yetinə bilirmi ? Telefonsuz kompütersiz qala bilirmi ? Bildiyin oyunları say desən nə qədər oyun adı saya bilər sənə ? Hə saya bilər əlindəki telefon və ya kompüterdəki çox oyunu saya bilər . Ama biz yavaş yavaş daha yeni bir nəsildə öz kimliyimizi, mənəviyyatımızı itiririk. O xoş səmimi münasibətlərin orijinallığı itir . İnformasiya texnologiyaları həyatımıza nə qədər girirsə , bizim orjinal və keyfiyyətli sosyallığımız bir o qədər itir . Qeyri səmimi münasibətlər , hansısa məqsəd və ya çıxar üçün bir birinin yanında olan "dostlar" . Bir birinə güvəni olamayan "sevgililər" . Mən ümumiyyətlə köhnə düşüncəli biri deyiləm . Sadəcə bunlara üsyan edirəm. Bizim öz kimliyimizi qoruya bilməməyimizə üsyan edirəm . Mən üsyan edirəm ki bizim gənclik Dostoyevskini yox hansısa tik-tok fenomenini səhər axşam izləyir . Mən ümumiyyətlə bu batan gəmidə olan hər şeyə üsyan edirəm. Məncə heç burdakı adamların çoxsu da bu yazını oxumadan bəyənib keçəcək, bəlkə də reallığı nisbi şəkildə insanlara deyirəm deyə məni qınayacaqlar. Gözlərinizi açın və indiki uşaqlarla bir gələcək təsəvvür edin...
108 notes · View notes
sanctasu · 10 months ago
Text
Məktəb vaxtı təzə dəftər tutanda ilk 2-3 səhifəsini çox qəşəng xətlə yazmağa çalışırdıq. Sonra isə.. Sonrası hamıya məlumdu. Nəysə elə həyatda da belədi. Müəyyən müddətdən sonra ümid etdiyin hər şeyə ümid itir, artıq öyrəşirsən hər şeyə. Bu qədər istədiyin “hər şey” heç nə olaraq geri qayıdanda belə olur. Bir az yorğunam, bir az yox bir az çox. Artıq bacarmadığım hər şeyə görə ətrafda da narazılıqlar artır. Zarafatla belə olsa hamı sözünü deyir. Belə. Bu yazı da yarımçıqlar sırasına qatıldı. Tam da yazının sahibəsi kimi.
51 notes · View notes
esger1i · 6 months ago
Text
İnsanlar həmişə başa düşür. Nə desən onlar 'başa düşürəm' deyəcəklər. Məncə bu qondarma 'başa düşürəm'i onlar məktəbdən öyrəniblər. Məktəb vaxtı sonuncu dərs yorğun və ac vəziyyətdə riyaziyyat dərsində müəllim onlara başa düşməyəcəkləri bir dərs haqqında uzun-uzadı leksiya söylədikdən sonra sonda 'başa düşdünüz, uşaqlar?' deyərkən 'yox' deyilsə daha bir saat danlanmaq və bir saat da yenidən eyni mənasız rəqəmləri axmaq formaya salmağı öyrədəcəkdi. Və başınızı yellədərək səslənən 'başa düşdüm' supermeni sizi o vəziyyətdən xilas elədi. Sonradan sizinlə birlikdə böyüyərək başqa sahələrdə də köməyinizə çatdı. Hər kəs bir-birini başa düşür, əla. Elə isə niyə hər kəs həyatında ən azı bir dəfə 'heç kim məni anlamır' 'heç kim məni anlamayacaq' ifadəsini işlədir?
23 notes · View notes
Text
Aga be uşaqlar məktəb bambaşqa idi e
10 notes · View notes
anonimdushunce · 19 days ago
Text
Tumblr media
Sosial Narahatlıqlar: Sosiofobiya və Ereytofobiya
Sosiofobiya və ereytofobiya kimi sosial narahatlıqlar, günümüzdə getdikcə daha yayğınlaşır. Bu narahatlıqların yaranmasının səbəbləri arasında aşağıdakı bəzi amillər mövcuddur:
• Sosial Media Asılılığı: Həddindən artıq sosial media platformalarında vaxt keçirmək, real ünsiyyətdən qaçmağa və virtual tanışlıqlara üstünlük verməyə səbəb olur. Bu, insanın özünə olan güvənini zəiflədir, gerçək həyatda ünsiyyət qurmaq cəsarətini azaldır.
• Uşaqlıq Travmaları: Uşaqlıqda yaşanan alçaldıcı və utandırıcı hadisələr, sosial mühitlərdə narahatlığa səbəb ola bilər.
• Ailə Təsiri: Ailənin davranış modeli, sosial bacarıqların inkişafını məhdudlaşdıra bilər.
• Mükəmməllikçilik: Özünü daim başqaları ilə müqayisə etmək, rədd edilmək qorxusunu artırır.
• Aşağı Özünə inam: Özünə inamsızlıq, insanı mühakimə olunma qorxusuyla sosial vəziyyətlərdən çəkinməyə sövq edir.
• Genetik Faktorlar: Sosial narahatlığın yaranmasında genetik meyillilik də rol oynaya bilər.
• Çətin Sosial Təcrübələr: Məktəb zorakılığı və rüsvayçılıq kimi travmalar, sosial mühitlərə inamı zəiflədir.
Bu amillərin hər biri, insanın sosial mühitlərdə özünü narahat və güvənsiz hiss etməsinə səbəb olur. Özünüzü başqaları ilə müqayisə etməyin, bir az daha çox utandığınızı qəbul edin, və unutmayın: siz tək deyilsiniz.
19 notes · View notes
axmedova · 25 days ago
Text
Bu gün insanlar həqiqətən də kifayət qədər informativ, hətta intellektualdır. Məktəb proqramını əzbərləyib, universitet bilgilərindən tutmuş, fəlsəfi, siyasi mövzulara qədər yiyələniblər. Elə bir məntiq yürütsünlər ki, deyirsən, bunlar dahidir.
Amma təəccüblüsü budur ki, bir o qədər də ibtidai və qeyri-müdrikdirlər. Elə hərəkət və kəlmələrlə bəsitliklərini ortaya çıxarırlar ki, bu ziddiyyəti anlamırsan.
Çünki tədris və sosial bilgilərlə "adam olunmur". Ən vacib mərhələ nağıllar və uşaq ədəbiyyatı mərhələsidir ki, natamam insanların bu mərhələni adladıqlarının şahidi olmuşam. Məhz müəllif nağıllarında bəsit insan xüsusiyyətləri, həyata dair xəbərdarlıqlar simvolizə edilir, oğurluq, xəyanət, paxıllıq, simiclik və s. kimi xüsusiyyətlərin yeri dəqiq göstərilir. Əgər bir uşaq məsələn, Andersen, Qrim qardaşları, Oskar Uayld nağıl və hekayələri ilə, Sovet dövrü cizgi filmləri, sinifdənxaric oxu ilə ruhunu isladıbsa, həyati ibrət alıbsa o heç vaxt cəmiyyətdə parazit mövqedə olmayacaq, buna əmin olun. Ancaq belə uşaqların da dövrü gedib. Hələ Jyul Vern, Mayn Rid oxuyan uşaqlar tamam buxarlanıb. İndi uşaqlar üçün maksimum hansı materiallar var? Bu meymundur, bu pişikdir, Yupiter, Mars, diş fırçalamaq filan - bundan o tərəfə heç nə yoxdur. Sonra gəlir super qəhrəmanlar. Uşaq beyninin qidası hardadır bəs? Bütün cizgi filmlərdən ancaq itehlakçılıq, fürsətçilik, güc savaşı yağır. Gəlib çatırlar 15 yaşa, qablar olsa-olsa tarix, riyaziyyat ilə dolu, qəlblərsə boş, sonra da maksimum gəlir romantik ədəbiyyat(C)
9 notes · View notes
madinaa17 · 1 year ago
Text
Sonuncu dəfə məktəb alış-verişimi etdim. Bunun duyğusallığını üzərimdə daşıyıram🫠
58 notes · View notes
yasama-isyan · 2 months ago
Text
Tumblr media
Elə danışır elə bil xoş xəbər verir.
Sabah sabah saat 8 də mənim məktəbdə nə işim var axı !?!?!?
Bir yandan 6 hazırlıq, bir yandan məktəb.
Mən bu hazırlıq və məktəb yolunda can verəcəm belə getsə. 😒😮‍💨😩
9 notes · View notes
huseynmammad · 10 months ago
Text
Əzizim! Bura məktəb-i ârifan'dır. İlk dərs "incitməmək", son dərs "inciməməkdir"...🌙
35 notes · View notes
sevdalidur · 2 months ago
Text
üzüm məktəb açılacağını hiss edib reaksiya verir
9 notes · View notes
deelaaraa · 3 months ago
Text
vurduğun yerlərdən gül bitər bilmə,
sən məni ilk dəfə yaralamadın.
mən sənə qul, kölə olardım amma,
sən mənə bir ömür yar olammadın.
bu qədər yüklənmək varmı insana,
yanımda olub da, mənə çığırma.
mən könül qapımı açdım bax sənə,
sən küçə qapını aralamadın.
xəncərlə, qalxanla yıxılmazdım da.
süründüm, ağlımı sənlə cızdımda.
mən sənə yüzlərcə roman yazdım da
sən mənə bir sətir qaralamadın.
mən bu gözəlliyə sahib olsam da,
qədrimi bilmədin narin olsam da.
mən sənin bağında zəhmət olsam da,
sən mənim dağıma qar olammadın.
bir vaxt qəlblərə səfa verəndim,
hər keyfə, kədərə, dərdə dəvaydım.
mən sənin bəxtinə gülən heyva idim,
sən mənə ağlayan nar olammadın.
illərə səbəb oldu gözümdən düşmən,
ey indi aynayla davalı düşmən,
hər zaman yazıqsan, hər zaman peşman,
sən özün özünə bağ olammadın.
(köhnə məktəb dəftərlərimin içindən tapdığım, cızıb , qaralıyıb heç kimə göstərmədiyim o şeir (30.11.2019 tarixində yazılıb.))
16 notes · View notes
xosqueendemleaxtariramseni · 6 months ago
Note
məktəb vaxtı bir köynəyim var idi indi tapa bilmirəm hardadı görəm
Ya toz əskisi olub, ya da hansısa qohum geyinir
9 notes · View notes