#məclis
Explore tagged Tumblr posts
hakimiyyet · 28 days ago
Link
0 notes
politiciansstuff · 5 months ago
Text
Tumblr media
MİLLİ MƏCLİSƏ GÖZLƏNİLƏN SEÇKİLƏR:
“HƏLLEDİCİ SÖZ XALQINDIR”
“Milli Məclisə gözlənilən seçkilər növbəti seçkilərdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, Milli Məclisdə beş ildən bir seçilir. Bildiyiniz kimi, VI çağırış 2020-ci ilin fevral ayında növbədənkənar seçilib”. Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.
AVP sədrinin fikrincə, əslində, parlament seçkiləri noyabr ayında keçirilməli idi.
“Lakin məlum səbəblərə, xüsusilə COP-29 kimi beynəlxalq tədbirin keçirilməsinə görə seçkilər önə çəkildi və bununla bağlı Milli Məclis cənab Prezidentə müraciət etdi. Dövlət başçısı isə məsələni Konstitusiya Məhkəməsinə göndərdi və məhkəmə qərarını verdi. Biz isə artıq cənab Prezidentin bununla bağlı Sərəncamını gözləyirik. Düşünürəm ki, yaxın günlərdə bu Sərəncam veriləcək və ölkənin bütün siyasi qüvvələri qarşıdan gələn parlament seçkilərinə kökl��nəcək”, – deyə o əlavə edib.
Deputat qarşıdakı seçkilərin demokratik, azad, şəffaf keçirilməsindən qətiyyən şübhə etmədiyini də diqqətə çatdırıb:
“Eyni zamanda, seçkilər sakit, hər hansı bir qarşıdurmanın baş vermədiyi şəraitdə keçiriləcək. Çünki Azərbaycan dünyanın ən sabit və sakit ölkələrindən biridir. Bu ənənə bundan sonra da davam etdiriləcək. Hər hansı xoşagəlməz hallar və qarşıdurmalar isə tamamilə istisna olunur”.
F.Ağamalı əlavə edib ki, Milli Məclisə seçkilərdə həlledici söz xalqındır və çoxsaylı namizədlərlə seçkilər keçiriləcək:
“Xalqımız onun içərisində layiqlilərin ən layiqlisinə səs verəcək və ümidvaram ki, belə də olacaq. Seçkilər Azərbaycan qanunları çərçivəsində Mərkəzi Seçki Komissiyasının müəyyən etmiş olduğu şərtlər daxilində keçiriləcək və yeni parlament formalaşacaq. Əminəm ki, əvvəlki müsbət ənənələrimizə söykənən Milli Məclisin VII çağırışında seçilən dəyərli deputatlarımız Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqının maraqlarına xidmət etmək mövqeyində dayanacaq. Çünki artıq bu ənənələr bizdə formalaşıb və xalqın etimadını yüksək səviyyədə qazanan millət vəkillərimiz belə bir yüksək etimada layiq görüləcək”.
“Yenicag.az” saytı
Rafi Müslümov
27 iyun 2024-cü il
0 notes
ourfedyalenkoranski · 1 year ago
Link
0 notes
elnur · 5 years ago
Photo
Tumblr media
Anadan oldu - Qonaqlıq. Qırxı çıxdı - yenə qonaqlıq 1 yaşı oldu - Qonaqlıq, Hər ad günündə beləcə qonaqlıq/ Sünnət oldu - Qonaqlıq. Məktəbə getdi - Qonaqlıq Məktəbi bitirdi - yenə Qonaqlıq Davamını oxu: https://musavat.com/author-news/qonaqliq_625900.html Oxu və Yay! #az #aze #azerbaycan #azerbaijan #azer #azeri #azerbayjan #azerbeycan #qonaq #qonaqdesti #qonaqliq #qonaqotagidizayni #qonaqotagi #qonaqotagimebeli #qonaqotağı #qonaqmebeli #qonaqdəsti #məclis #yemək #aztagram #azərbaycan #azerbaycantürkiye #azeribloggers https://www.instagram.com/p/Bzq0byICEUZ/?igshid=1ejlxryxc0xgi
0 notes
yesmilletinsesiinfo · 3 years ago
Link
#Milli Məclis Zəfər Günü ilə bağlı bəyanat qəbul edib: Amnistiya Aktı müzakirə edilir
0 notes
azad-tv · 3 years ago
Text
Milli Məclis “Müstəqillik Günü haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib
Milli Məclis “Müstəqillik Günü haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib
Milli Məclis bu gün “Müstəqillik Günü haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib. Qanun layihəsində təklif olunur ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin, Milli Məclisin saytı yazır. Hazırda mayın 28-i Respublika Günü, oktyabrın 18-i isə Müstəqillik Günü kimi qeyd olunur. Qanun qəbul olunarsa Müstəqillik günü və Müstəqilliyin Bərpası…
Tumblr media
View On WordPress
0 notes
hakimqarayev · 2 years ago
Text
Tumblr media Tumblr media
15-ci əsrin sonlarında Nurnberg yaxınlığında çox fəqir bir ailə yaşayırdı. On səkkiz uşaqlı ailənin atası olduqca təvazökar, qazancını övladlarına çatdırmaq üçün gündə on səkkiz saata yaxın çalışmağa məcbur idi. Lakin ailədən iki nəfər bu ümidsiz vəziyyətdə qəlblərində gizli bir xəyal yaşadırdılar. Albrecht ve Albert atalarının onları şəhərdəki sənət akademiyasına göndərə bilməyəcəyini çox yaxşı bilirdilər.
Gecə-gündüz davam edən mübahisədən sonra qardaşlar mühim bir qərar alır. "Heads or Tails" oynayacaq, uduzan mədəndə işləyəcək, qazanan qardaşının 4 il boyunca akademiya xərclərini qarşılayacaqdı. Sonra qazanan qardaş 4 ildən sonra məzun olanda ya çəkdiyi əsərləri sataraq ya da mədəndə işləyərək digər qardaşını oxudacaqdı.
Qazanan Albrecht oldu və Nurnberg-ə oxumağa yollandı. Albert isə mədənə yollandı 4 il boyunca qardaşına pul yolladı.
Albrecht çəkdiyi rəsmlərlə akademiyada hər kəsin rəğbətini qazanmışdı. Hətta müəllimlərindən də gözəl rəsmlərə sahib idi. Məzun olmadan pul qazanmağa başlamışdı. Albrecht məzun olub, kəndlərinə qayıdanda ailəsi ilə bərabər həyətlərində məclis qurulur. Uzun söhbətlərdən sonra Albrecht ayağa qalxaraq qardaşı Albertin etdiyi fədakarlığı danışır. Albrecht, Albertin sayəsində xəyalını gerçəkləşdirmişdi. Üzünü qardaşına tutub dedi:
"İndi isə mənim fədakar qardaşım sıra sənindir. Nurnberg-ə get, xəyallarını gerçəkləşdir xərclərini mən qarşılayacam."
Hər kəs Albert-ə baxdı, göz yaşları artıq Albertin yanaqlarını islatmışdı. yox, yox deyərək başını sağa-sola döndürdü. Göz yaşlarını silib ayağa qalxdı, iki əlini də birləşdirib sağ yanağına yapışdırıb üzgün səslə danışmağa başladı:
"Yox qardaşım, Nurnberg-ə gedə bilmərəm. Mənim üçün artıq gecdir. Mədəndə işlədiyim müddətdə hər barmağım ən az bir dəfə qırıldı. Sağ əlimdə isə son zamanlarda dayanılmaz ağrılar var. Stəkanı belə çətinliklə tuturam. Bu əllər necə fırça tutsun axı?! Əllərim o incəliyi çoxdan itirdi. Yox, qardaşım yox.. Mənim üçün artıq çox gecdir. "
Bu gecədən sonra Albrecht-in çəkdiyi rəsmlərin heç biri onun o, gecənin təsirindən çəkilən "Praying Hands" əsəri qədər məşhur olmadı. Albrecht bu əsərdə özü üçün olunan bu fədakarlığı ölümsüzləşdirdi. Öncəliklə "Əllər" adlandırdığı bu əsərə insanlar, bu açıq ovuca və göylərə yönəlmiş barmaqlara hər qəlbi isidəcək mənanı doldurdular. Əsər "Dua Edən Əllər" olaraq anılmağa başladı.
Heads or Tails oyunu zamanı qəpik yerə düşəndə Albrecht-in rəssam olmaq duası, Albertin isə bir rəssamın ən məşhur əsərində model olma duası qəbul olmu��du. Albrecht üçün isə "əllər" artıq bədənin sıradan organı deyildi. Əllər onun üçün yaşam mücadiləsinin ən önəmli parçası idi. Hər hansısa işi görmək, pul qazanmaq, sənətlə məşğul olmaq əllərsiz mümkün deyildi Albercht-ə görə. Və əllər, Tanrıya yalvarmaq, dua etmək, şükr etmək üçün ən müqəddəs orqandır.
28 notes · View notes
xadiiland · 2 years ago
Text
Sizcə çöldə məclis olduğu halda içəridə yatan kimm
28 notes · View notes
hakimiyyet · 1 year ago
Link
0 notes
politiciansstuff · 7 months ago
Text
Tumblr media
ABŞ-nin hesabatı təzyiq formasıdır - RƏY
Avropa İttifaqının da son dönəmlər Azərbaycana münasibəti çox aqressiv və qərəzlidir
“Qərbin qərəzli qətnamələri, hesabatları Azərbaycanı öz haqq yolundan döndərə bilməz”
Aprelin 25-də Avropa Parlamenti Azərbaycanı hədəf alan daha bir qətnamə qəbul edib. Qətnamədə Azərbaycandakı vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq iddialar və məlumatlar əks olunub. Milli Məclis Avropa Parlamentini qərəzli yanaşmaya görə pisləyən və qətnamədə yer alan iddiaları təkzib edən bəyanat yayıb. Parlamentimiz AP-nin qətnaməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirib, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edib. Qeyd olunub ki, beynəlxalq təşkilatın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul edib. Ermənistan ilə Azərbaycan arasında münaqişədən sonra normallaşma prosesinin irəliyə aparılması üçün tədbirlərin görüldüyü, xüsusən sərhədlərin delimitasiyası istiqamətində ilk ümidverici nəticələrin əldə edildiyi dövrdə Avropa Parlamentinin növbəti aksiyası sülh prosesinə zərbə vuran addımdır. Bütün bunlar təşkilatda hökm sürən azərbaycanofob, türkofob və islamofob əhval-ruhiyyənin son dövrdə daha da gücləndiyini nümayiş etdirir. Avropa Parlamentində təmsil olunan bir sıra deputatların Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil etməsi onların irqçi və şovinist mövqeyindən xəbər verir. Qətnamənin müəllifləri çirkin siyasi məqsədlərinə nail olmaq üçün hətta Avropa İttifaqının Azərbaycanla əməkdaşlığını pozmağa, ümumiyyətlə, onun Cənubi Qafqaz siyasətini təhlükə altına atmağa belə razıdırlar. Qətnamədə yer alan əsassız iddialara gəlincə, Azərbaycan insan hüquqlarının və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir. Konstitusiyamızın üçdə bir hissəsi insan hüquqlarına və əsas azadlıqlara həsr olunub. Ölkəmizdə demokratik institutların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə də deyib ki, bu addım, Avropadakı bir sıra qüvvələrin Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil: “Bu kimi birtərəfli və qərəzli qətnamələrin adekvat olaraq dəyərləndirilmədən avtomatik şəkildə qəbulu Avropa Parlamenti üçün çoxdan adi hala çevrilib. Belə mühitdə, Avropa Parlamentinin öz daxili mülahizələrini və şəxsi mənfəətlərini rəhbər tutan müəyyən qrup üzvləri sadəcə Azərbaycandakı vəziyyətin təhrif olunmuş mənzərəsini irəlilətməklə məşğuldurlar. Bu qəbildən sənədləri qəbul etməyi təşviq edənlərin niyyəti həmçinin diqqəti Avropa cəmiyyətinin həqiqətən aktual sosial-iqtisadi və siyasi problemlərindən yayındırmaqdır". Qeyd edək ki, ABŞ Dövlət Departamenti də 2023-cü il üçün dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatda Azərbaycana ittihamlar səsləndirib. Hesabatın Azərbaycana aid bölümündə sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan, bunun nəticəsində erməni əhalinin bölgəni tərk etməsindən, məhbuslara qarşı "pis rəftardan", ifadə və media azadlıqlarının "sərt məhdudlaşdırılması"ndan, siyasi idarəetmənin azad və ədalətli seçki yolu ilə "dəyişə bilməməsindən", "jurnalist və fəalların həbsləri"ndən bəhs olunub. Azərbaycana aid hesabatda digər əsassız iddialar ilə yanaşı ölkəmizdə ermənilərin hüquqlarının guya pozulması kimi böhtanlara gen-bol yer verilib. Lakin Ermənistana aid hesabatda oradan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdışına imkan verilməməsi kimi kütləvi insan haqları pozuntuları faktlarına toxunulmayıb.
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ Dövlət Departamentinin qərəzli, iftira və böhtan dolu məlumatlarını öz hesabatlarında, siyasi sənədlərində yayması ilk dəfə baş vermir. Deputatın sözlərinə görə, Dövlət Departamenti bundan öncə Azərbaycanda dini azadlıqlarla bağlı da cəfəng fikirləri gündəmə gətirmişdi:
"Azərbaycanda İrana məxsus casus şəbəkəsinin ifşası ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin apardığı son dərəcə ciddi əhəmiyyət kəsb edən əməliyyatlara kölgə salmaq cəhdləri heç cür qəbuledilən deyil. Ona görə qəbuledilməzdir ki, ABŞ İranın molla rejiminin necə bir sistem olduğunu, Azərbaycanda törətmək istədikləri teraktlar haqqında yetərincə məlumatlara sahibdir. Amerikanın kəşfiyyat orqanlarının sayı-hesabı yoxdur. Təəccüblü və təəssüf doğuran cəhət ondan ibarətdir ki, ABŞ-nin özü İran fars molla rejiminə "barışmaz" münasibət bəsləyir, ancaq bu cür addımlarla İranın terrorizmini müdafiə edir. Azərbaycan dövlətinə qarşı İranın casus şəbəkəsinin ifşasında Bakını qınayır. Bu, qəbuledilməz bir münasibətdir. Ancaq bu, ABŞ-nin təzyiq formasıdır. Avropa İttifaqının da son dönəmlər Azərbaycana münasibəti çox aqressiv və qərəzlidir. Aİ Azərbaycan əleyhinə hədyanlar yağdırmağa davam edir. Avropa Parlamenti də qısa zamanda Azərbaycana qarşı çoxsaylı qətnamə qəbul edib. Yorulmurlar. Korrupsiyalaşmış parlament, xristianlaşmış klub, faşist düşüncəli insanlar Azərbaycanın ermənilərə, onların təcavüzünə, işğalına qarşı aparmış olduğu müharibədə əldə etdiyi qələbəni həzm edə bilmirlər. Ancaq bizdə ataların bir misalı var, "it hürər, karvan keçər".
Parlamentari vurğulayıb ki, Qərbin qərəzli qətnamələri, hesabatları Azərbaycanı öz haqq yolundan döndərə bilməz: "Azərbaycan bəşəri dəyərlər sayılan insan haqlarına kifayət qədər hörmət edir. Bu, mübahisə predmeti deyil. Lakin Avropa institutlarının himayəsində olan, onların sifarişlərini yerinə yetirən anti-milli qüvvələrə qarşı qanun çərçivəsində aparılan mübarizə və sərt münasibət təbii ki, onları narahat edir, onlar bundan qıcıqlanırlar. Amma biz bu cür davam edəcəyik. Bunun tezislərini, anonslarını cənab Prezident ADA-da keçirilən beynəlxalq forumda açıq şəkildə elan etdi. O baxımdan hansısa qərəzli qətnamə, hesabat dövlətimizi tutduğu yoldan döndərə bilməyəcək".
"Sherg.az" saytı
İsmayıl Qocayev
27 aprel 2024-cü il
0 notes
ruslandavidov · 3 years ago
Text
Səməd Vurğun gənc yaşlarında bir qıza vurulur, lakin qızın ailəsi qızı daha varlı bir palkovniklə evləndirir.İllər sonra həmin xanım və yoldaşı palkovnik bir məclisə dəvət alır. Məclisdə olarkən qapıdan içəri Səməd bəy girir və hər kəs ayağa qalxıb görüşüb, ona başda əyləşməsini buyurur. Səməd bəyin el arasında palkovnikdən daha hörmətli bir şəxsiyyət olduğunu dərk edən xanım məclis sonunda Səməd bəyə yaxınlaşıb "sən mənim dərdimdən yazıb yaratmısan, mən olmasaydım heç kəs səni sevməzdi" deyir. Səməd bəy isə belə cavab verir: "Kəramət səndə olsaydı məni yox, yanındakını ucaldıb adam edərdin."
38 notes · View notes
aysdeluna · 2 years ago
Note
Sənnən yaxşı içmək olaree
Əsl məclis adamıyam
4 notes · View notes
Video
Blogger deputatla danışdı Milli Məclis çöküb
Bunlar,həqiqətən də,Millət vəkili olsaydılar,-Mütləq, -Xalqa- cavab verməyə vaxtları olardı!!! O #ölkə deyil,bu #ölkədə, - #Məhəmməd #Mirzəlilər - daha çox olsaydılar,- #Xalq-a #düşmən,#düşmənə #Dost #olanlar, bu gün,bu vəziyyətə gətirib çıxara bilməyəcəkdilər.
2 notes · View notes
creansodaays · 4 years ago
Note
🚬
Mən özüm içən deyiləm voobşe ama bizim kruqun ən bərk gedən sağlığı “arzularımızın sağlığı olsun” du işin dərinliyi bu sağlıq könlümüzdəki insanın sağlığı olsundu biz onu formalaşdırmışıq arzu edilən qadınların sağlığı olub arzularımız o sağlıg həmişə məclisin ən sakit vaxtına gəlir həmişə eləki içməkdən ayılmış olursan axı neçə sağlıg keflənirsən sonra abratnı ayılmaq bax tam orada sakit sakit tokaşdırılır və hamı bir dərin nəfəs alıb fon dip
oyda çox incə söhbətdi xoşuma gəldi. Elə sabah dostlarımla içməyə gedəcəm düzdür nə qədər içsək də şən məclis olur bizimkisi amma yenə də partladaram bunu orda hahah
5 notes · View notes
yesmilletinsesiinfo · 3 years ago
Photo
Tumblr media
#Bu gün Milli Məclis Amnistiya Aktını müzakirə edəcək gönderdi
0 notes
mancerra · 3 years ago
Text
Ürəyim eşqindən dolub yamanca Bir məclis qurulub çalır kamança. Dərdim dilə qəlir sanki simində Qalmışam eşqinin mən tilsimində * Gözlər yatmaq istər yuxusu qəlir Meh əsir yarımın qoxusu gəlir. O an oyadıram özüm özümü Qapıya dikirəm iki gözümü * Sanıram otağa yarım qirəcək. İntizarlı gözlərim onu görəcək. Qəflətən qapını açır bir külək Mənə ayrılığı göndərmiş fələk * Gözlərim sataşır o qedən yola Bu ürək nə qədər boşalıb dola Xəyallar başımda olur pərvanə Canlanır gözümdə sanki əfsanə * Ürək dilə gəlir ağlayır qələm Varağa tökülür ahım və naləm. Ölmüş hisslərimi oyadıram mən Onların içində yaşayırsan sən * Bəzən əzab verir mənə həsrətim Bəzən təsəllidir ilk məhəbbətim. Rəssam deyiləm amma bil lakin Sən mənim qəlbimdə olandan sakin Sözümlə çəkirəm mən surətini Qoruyub saxlaram məhəbbətini
3 notes · View notes