#laçın
Explore tagged Tumblr posts
Text
Günəşi görmək üçün gecə baxırsan göyə...
Hamı sənə kor deyir, necə baxırsan göyə?
Çox qarışıq adamsan.
Biz isə ağıllıyıq, hər şeyi "düz" bilirik
Ürəyin dünya boyda olsa da, biz bilirik
Bir qarışlıq adamsan.
Saçında ağ tellərin qaralarla yarışır
Belə də davam elə, sənə də bu yaraşır
Tam yarışlıq adamsan.
Gözlərindən axanlar gözünə bir də baxmır
Axı niyə baxanlar üzünə bir də baxmır?
Bir baxışlıq adamsan?
Ahın yerdən göylərə, heç çatmasın, əzizim
Səni qara buludlar aldatmasın, əzizim,
Bir yağışlıq adamsan.
7 notes
·
View notes
Text
Janvak Mütevelli Heyeti Başkanı Savaş Karabali Basın açıklaması
Janvak-Jandarma Mensupları,Gazi ve Şehit Aileleri vakfı Mütevelli heyeti Başkanı Savaş karabali yaptığı baın açıklamasında ; ” 2.nci Karabağ Savaşında Gazi olmuş Azerbaycan Özel Kuvvetlerinde görevli çok kıymetli silah arkada��larımız ile Ankara da bir araya geldik… İnşallah en y��ksek düzeyde ve en kısa sürede iadei ziyarette bulunacağız ” dedi. 2023 Dağlık Karabağ çatışmaları 19 Eylül…
View On WordPress
#Azerbaycan#Azerbaycan harekatı#Dağlık Karabağ#GAZİ#jandarma mensupları#janvak#Laçın Koridoru#Savaş Karabali
0 notes
Text
Mən gecə sübhədək əriyən şamın,
Divarda qoyduğu bir parça hisəm.
Səddam Laçın
24 notes
·
View notes
Text
Gedəndə bir "sağol" de,
Nə vaxtsa qarşılaşsaq,
Salamlaya biləsən.
Ay yarımçıq qalanım,
Məni tam anladın ki,
Tamamlaya biləsən?
Səddam Laçın
19 notes
·
View notes
Text
Mən səni neynirəm ki...
Sən olsan da sevirəm, olmasan da sevirəm.
Ey dodağı yasəmən, yanaqları qızılgül
Qorxma payız gələndə.
Sən solsan da sevirəm, solmasan da sevirəm.
Sən sev deyə sevmirəm...
Mən səbəbsiz sevirəm, qarşılıqsız sevirəm
Sizin sevgiləriniz, bu gün olur, sabah yox.
Mən sevəndə bir ömür ayrılıqsız sevirəm.
Mən səni neynirəm ki...
Sən olmayan günlərin
Hər günü bir şeirdi, hər günü bir qəzəldi,
Səndən gözəl olmasın, sənsizlik də gözəldi.
“Səddam Laçın„
21 notes
·
View notes
Text
Mən səni neynirəm ki...
Sən olsan da sevirəm, olmasan da sevirəm.
Ey dodağı yasəmən, yanaqları qızılgül.
Qorxma payız gələndə.
Sən solsan da sevirəm, solmasan da sevirəm
Sən sev deyə sevmirəm...
Mən səbəbsiz sevirəm, qarşılıqsız sevirəm.
Sizin sevgiləriniz, bu gün olur, sabah yox,
Mən sevəndə bir ömür ayrılıqsız sevirəm.
Mən səni neynirəm ki...
Sən olmayan günlərin
Hər günü bir şeirdi, hər günü bir qəzəldi,
Səndən gözəl olmasın, sənsizlik də gözəldi.
Səddam Laçın
4 notes
·
View notes
Text
Azərbaycanın füsunkar güşələrindən olan Laçın rayonunun işğaldan azad olunması Zəfər tariximizin şanlı səhifələrindən biridir.
Vətən Müharibəsində ordusu darmadağın edilən Ermənistan rəhbərliyinin kapituliyasiya aktına imza artmasından sonra dekabrın 1-də erməni hərbi birləşmələri Laçın rayonunu ərazisindən çıxarıldı və bununla da 30 ilə yaxın davam edən işğala son qoyuldu.
Strateji və coğrafi cəhətdən əlverişli mövqedə yerləşən Laçın rayonunun bir güllə atılmadan və bir şəhid verilmədən geri alınması cənab Prezident İlham Əliyevin timsalında Azərbaycan diplomatiyasının növbəti uğuru idi.
2030-cu ilədək Azərbaycanın beş Milli Prioritetlərindən biri olan "Böyük Qayıdış" proqramı çərçivəsində, Laçın rayonu yenidən qurulur, infrastruktur layihələri böyük sürətlə davam etdirilir və şəhərə köç etmiş sakinlərin sosial rifahının yaxşılaşdırılmas�� istiqamətində zəruri bütün işlər yüksək səviyyədə həyata keçirilir.
Ermənistanla sərhəddə, tarixi Qərbi Azərbaycan torpaqlarına giriş qapımız olan Laçın şəhərinin sürətli inkişafı düşmənə göz dağıdır.
Laçın, azadlığın mübarək!
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
01 Dekabr 2024-cü il.
0 notes
Link
0 notes
Text
Bu tarixdə Ermənistanın hücumu gözlənilir... - Durum dəyişir
Ermənistan son zamanlar davamlı olaraq təxribatlara əl atmaqla tamam başqa məqsədlər güdür. Bu ölkə Fransadan, ABŞ-dən dəstək alaraq Azərbaycana qarşı yeni müharibə cəbhəsi açmaq üçün hazırlıq işləri görür. Hindistanla 600 milyon dollar həcmində Ermənistanın imzalamış olduğu razılaşmaya əsasən artıq yeni silahlar alınır. Digər trəfdən “Avropanın Sülh Fondu” müharibəyə xidmət edən addım kimi Ermənistana 10 milyon avro həcmində hərbi yardım ayırıb.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Amerika konqresi də Ermənistana 65 milyon dollarlıq yardım haqqında qərar qəbul edib:
“Belə bir vəziyyətdə Ermənistan Azərbaycanın COP29-a ciddi hazırlaşdığı ərəfədə təxribata əl atır. Kəlbəcər istiqamətində iri çaplı silahlarla atəşkəsin pozulması, Tovuz və Laçın istiqamətində erməni tərəfinin kəşfiyyat xarakterli uçuşlar həyata keçirməsi anormal davranışların təzahürüdür. Görünən odur ki, Ermənistan indiki halda Azərbaycanın əsəblərini tarıma çəkir. Faktiki olaraq Fransanın təhriki ilə rəsmi İrəvan Azərbaycanda COP29-un keçirilməsinə mane olmağa çalışır”.
Partiya sədri avqust-sentyabr aylarında sərhəd boyu istiqamətlərdə erməni təxribatlarının daha intensiv hal alması ehtimalına da toxunub:
“Sözsüz ki, Azərbaycan Ermənistanın hücum taktikasına heç də sona kimi səbrlə yanaşmayacaq. Azərbaycan Müdafiə Nazirliyinin bu yaxınlarda yaydığı bəyanatda deyildiyi kimi Ermənistanın təxribatlarına qarşı ən sərt addımlar atılacaq. Yəni COP29 ərəfəsində Azərbaycana qarşı təxribat baş verərsə, Bakı heç nəyə baxmadan Ermənistana qəti şəkildə cavab verəcək”.
Fəzail Ağamalıya görə, bu gün Azərbaycan Prezident İlham Əliyev dəmir iradəsinə əsasən bütün sferalarda öz maraqlarını ən yüksək səviyyədə qoruya bilir:
“Sadəcə olaraq qarşı tərəf anlamalıdır ki, yeni müharibə Ermənistanın sonu olacaq. Qalib Azərbaycanın Silahlı Qüvvələri hazırda bütün prosesə nəzarət edir. Bu gün xalqımız Müzəffər Ali Baş Komandanın ətrafında birlik, həmrəylik nümayiş etdirir. Məhz bu kontekstdə hadisələrin gedişi onu göstərir ki, biz Ermənistanla son döyüşə hazır olmalıyıq. 2020-ci ilin sentyabrındakı 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında anti-terror tədbirlərində Ermənistana sarsıdıcı zərbə vurulsa da onlar bundan nəticə çıxarmayıb. Görünən odur ki, Ermənistan Azərbaycanı yeni müharibəyə təhrik edir. Ermənistan öz davranışları və təxribatları ilə yanaşı konstitusiyasında və digər hüquqi-normativ sənədlərində Azərbaycana qarşı ərazi iddialarından imtina etməməklə ölkəmizi yenidən müharibəyə sürükləyir. Bu halda biz müharibəyə hazır olmalıyıq. Bu isə Azərbaycanla Ermənistan arasında son müharibə olacaq. Yeni müharibənin nəticəsi isə Ermənistanın bir dövlət kimi sonu deməkdir”.
"'Teleqraf.com" saytı
Tapdiq Qurbanli
30 iyul 2024-cü il
0 notes
Text
Sən qəribə qadınsan
Nəfəsin od kimidir
Buz kimi görsənirsən
Sən öz dərdi bir yana
Hamının dərdin çəkən
Qız kimi görsənirsən
Sən qəribə qadınsan.
Səddam Laçın
7 notes
·
View notes
Link
0 notes