#koalisiya
Explore tagged Tumblr posts
politiciansstuff · 2 years ago
Text
“İRAN ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASINA MANE OLA BİLMƏYƏCƏK” - FƏZAİL AĞAMALI
Xəbər verdiyimiz kimi, aprelin 10-da Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfərdə olub və bu ölkə ilə bir neçə sənəd imzalanıb.
Qeyd edək ki, bundan öncə Azərbaycan lideri Tacikistanda da səfərdə olub. Həmçinin bu günlərdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Qəbələdə görüş keçirib.
İlham Əliyevin bu səfər və görüşlərini Redaktor.az-a şərh edən Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirdi ki, ölkə prezidentinin ciddi mahiyyət daşıyan və Azərbaycanın strateji hədəflərinə xidmət edən xarici səfərləri xeyli dərəcədə intensivləşib.
“Taciklərlə farsların etnik qohumluğu var və İran da çalışır ki, ondan da öz məqsədləri üçün istifadə eləsin. Bu baxımdan, Tacikistana səfər və Tacikistan rəhbərliyinin İlham Əliyevi yüksək səviyyədə qarşılaması, aparılan danışıqlar, əldə olunan razılaşmalar, imzalanan sənədlər bu baxımdan Azərbaycanın strateji hədəflərinə xidmət edən bir səfərdir. Daha sonra Qırğızıstan və Özbəkistanla, Orta Dəhlizdə yerləşən bu ölkələrlə münasibətlərimiz çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər var. Onlar Türk Dövlətləri Təşkilatında yer alıblar. Burada bir müttəfiqlik var. Qazaxıstan Orta Dəhliz, Orta Asiya Respublikaları üçün bir açar rolunu oynayan ölkədir. Cənab Prezidentin Qazaxıstana son səfəri bu baxımdan diqqəti xüsusilə cəlb edir və hər iki prezidentin vermiş olduğu bəyanatlardan bəlli oldu ki, böyük tərkibdə keçirilən görüş və imzalanan sənədlər Orta Dəhlizin, Zəngəzur dəhlizinin açılmasında oynayacaq rolu bir daha təsdiq olundu və aparılan danışıqlarda, imzalanmış sənədlərdə öz əksini tapdı. Beləliklə, bu səfər çox ciddi əhəmiyyət kəsb edib” - deyə o, qeyd etdi.
Millət vəkili hesab edir ki, bunlar sıradan bir səfər deyil və Prezident İlham Əliyev orada Ermənistanla Azərbaycan arasında olan münasibətlərin üzərində bir daha dayandı:
“Ermənistanın sülh sazişinin bağlanması ilə bağlı prezidentimizin çox diplomatik bir şəkildə ifadə etdiyi kimi maneçiliyi ifadə olundu və eyni zamanda Qazaxıstanla Azərbaycan arasında bundan sonra münasibətlərin daha yüksək şəkildə qurulmasının vacibliyi önə çəkildi. İndi İranın Ermənistanla bərabər Azərbaycana qarşı ən müxtəlif təpkiləri, təxribatları həm də Zəngəzur dəhlizinin açılmasına törətmiş olduğu maniçiliklər qəbul edilən deyil. Bu dəhlizin açılması Azərbaycan üçün deyil, həm də digər ölkələr üçün də əhəmiyyətlidir. Bu baxımdan ölkə prezidenti son vaxtlar İranla Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı ittifaqına qarşı ciddi bir koalisiya yaratmaqdadır. Bu koalisiyada, əlbəttə, Çin də yer alır. Bu koalisiyada heç şübhəsiz ki, Rusiyanın da maraqları göz önündədir. Onun da yer alması tamamilə məntiqidir”.
Fəzail Ağamalı bir daha vurğuladı ki, xüsusi olaraq Orta Dəhliz Zəngəzur dəhlizinin reallaşmasında və onun bəzi tərkib hissələrindən biri kimi ciddi önəm kəsb eləyir:
“Bu baxımdan cənab Prezidentin Tacikistana səfəri və orada aparılan danışıqlar, həmin orta dəhliz məsələsində öz əhəmiyyətli rolunu heç şübhəsiz oynayacaq. Mənə belə gəlir ki, bu səfər özünün əhəmiyyətli rolunu oynayacaq və İran-Ermənistan ittifaqı Zəngəzur dəhlizinin yaranmasında maraqlı olan dövlətlərin ciddi bir birliyinin qarşısında çıxılmaz vəziyyətə düşəcəkdir.”
Deputat Gürcüstanın mövqeyi barədə danışarkən əlavə etdi ki, Zəngəzur dəhlizi Gürcüstandan kənardadır:
“Lakin Azərbaycan həmişə şaxələnmiş nəqliyyat siyasətinə ciddi önəm verir və vaxtilə Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasına da mane olmağa çalışanlar var idi. Lakin ölkə cənab İlham Əliyevin olduqca uzaqgörən siyasəti və müdrikliyi belə bir ciddi layihənin reallaşmasını təmin etdi.
“Azərbaycana Orta Dəhliz vasitəsilə, yəni Çindən Avropaya və Avropadan Çinə yükdaşımalarda Gürcüstanın özü də Bakı-Tbilisi-Qars dəmir yolunda xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Gürcüstanın baş nazirinin bu yaxınlarda Qəbələdə İlham Əliyev ilə görüşü və bu görüş zamanı məhz regional məsələlərin müzakirəsi, bu müzakirələrdə Gürcüstanla Azərbaycanın ortaq mövqelərinin mövcudluğu da unudulmalı deyil. Artıq Prezident İlham Əliyev Çindən başlamış ta Türkiyəyə qədər və eyni zamanda Rusiya, bu proseslərin işinə qatılmaqla Cənubi Qafqaz, Ermənistan istisna olmaqla böyük bir şəbəkə yaradılır. Bu şəbəkə heç şübhəsiz ki, öz nəticəsini verəcək. Çünki Ermənistanın vəziyyəti bəllidir, çox ağır bir durumdadır. 44 günlük müharibədə yerlə yeksan edildi, həm hərbi strukturları dağıdıldı, həm də dövlətçiliyinə ciddi zərər vuruldu” - deyə AVP sədri bildirdi.
Fəzail Ağamalı İranın Azərbaycana qarşı təxribatları barədə danışaraq bildirdi ki, İran çökməyə məhkumdur.
“Ona görə ki, bu cür ölkələr bir qayda olaraq, o zaman çökür ki, o sona çatır və həm daxildən, həm də xaricdən ciddi təzyiqlərin altında olur. Sovet İttifaqı da eyni şəkildə taleyini yaşadı. İran Ermənistandan başqa demək olar ki, dünyanın bütün ölkələri ilə müharibə vəziyyətindədir, düşmənçilik münasibətlərindədir. Eyni zamanda İranın özündə də vəziyyət kifayət qədər kritikdir. İran daxildən bütün xalqların təzyiqi altındadır. Ona görə də onun bu gün elə bir gücü yoxdur. Sadəcə olaraq bəyanatlarla, müxtəlif təxribatlarla, özünün gücünü ifadə etməyə çalışır. Lakin görünən budur ki, o, Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcəkdir. Bu, birmənalı şəkildə və hökmən açılacaq. Ola bilsin ki, bir az zamana ehtiyac olacaq. Yəni ��ranın və Ermənistanın Zəngəzur dəhlizinin açılmasına maneçilik törətməsi mümkünsüzdür”, - deyə o, fikrini tamamladı.
“Redaktor.az” saytı
Arzu İsmayıl
11 aprel 2023-cü il
Tumblr media
0 notes
ulduzorg · 3 years ago
Text
"Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT koalisiyanın kordinatoru seçilib
“Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT koalisiyanın kordinatoru seçilib
Mayın 28-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platformasının qurulması və inkişaf etdirilməsi layihəsi çərçivəsində yaradılması nəzərdə tutulan QHT Koalisiyasının təsis yığıncağı keçirildi. Təsis yığıncağı…
Tumblr media
View On WordPress
0 notes
metbuat · 2 years ago
Text
İsveç: İsveç, Finlandiya və Türkiyə arasında razılaşma yerinə yetiriləcək
İsveç: İsveç, Finlandiya və Türkiyə arasında razılaşma yerinə yetiriləcək
2022-10-18 21:24:36 Sentyabrın 11-də İsveçdə keçirilən seçkidən sonra qurulan koalisiya hökumətinin baş naziri seçilən Mötədil Partiyasının lideri 59 yaşlı Ulf Kristersson İsveçin NATO-ya üzvlük üçün Türkiyə ilə etdiyi razılaşmaya toxunub. parlament. “Parlamentdəki səkkiz partiyadan altısı NATO-ya üzvlük prosesini dəstəkləyir” dedi Kristersson. Mən bunu yüksək qiymətləndirirəm. Mən əsas…
View On WordPress
0 notes
aliibrahimovofficial · 3 years ago
Photo
Tumblr media
By gün Əfqanıstanın müstəqilliyindən 102 il kecir. Müasir Əfqanıstan dövlətinin siyasi tarixi 18-ci əsrdə mövcud olmuş Hotaki və Durrani sülalələri ilə başlayır. 19-cu əsrin sonlarında Əfqanıstan həmin dövrdə hökmranlıq etmiş Britaniya Hindistanı və Rusiya İmperiyası arasındakı "Böyük oyun"da bufer ölkə rolunu oynamışdır. 1893-cü ildə Britaniya Hindistanı ilə sərhəddə yaradılan Durand xətti əfqan hökuməti tərəfindən tanınmadı və 1947-ci ildə Pakistanın müstəqillik əldə etməsindən sonra bu ölkə ilə əlaqələrin gərginləşməsinin əsas səbəblərindən biri hesab olunur. 1919-cu ildə baş vermiş Üçüncü ingilis-əfqan müharibəsinin ardınca ölkə xarici təsirdən azad oldu və Əmənullah xanın rəhbərliyi altında monarxiya quruldu. Onun ardınca isə hakimiyyətə Məhəmməd Zahir şah gəldi və o da 40 ilə yaxın ölkəyə rəhbərlik etdi. 1970-ci illərin sonunda Əfqanıstanda bir neçə dəfə dövlət çevrilişi baş verdi. Əvvəlcə ölkədə sosialist dövlət quruldu, ardınca isə Əfqanıstan Sovet İttifaqının protektoratına çevrildi. Bu hadisələr 1980-ci illərdə üsyançılara qarşı Sovet-Əfqan müharibəsinin baş verməsi ilə nəticələndi. 1996-cı ildən etibarən Əfqanıstan ərazisinin çox hissəsi Taliban qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə ölkənin çox hissəsi beş ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı totalitar rejim tərəfindən idarə olundu. 2001-ci ildə NATO-nun rəhbərliyi altında koalisiya qoşunlarının Əfqanıstana daxil olması ilə Taliban qruplaşmasının üzvləri hakimiyyətdən düşdü və yeni demokratik hökumət quruldu. Amma 2021-ci il 15 avqustunda paytaxt Kabil Taliban tərəfindən ələ keçirildi və Əfqanıstan İslam Respublikası süqut etdi. Taliban tərəfindən keçid höküməti quruldu. Əfqanıstan hal-hazırda qeyri-sabit siyasi vəziyyətdədir. Əhalisinin sayı 35 milyon nəfərə çatır ki, bunun da əksər hissəsini etnik puştunlar, taciklər, həzaralar və özbəklər təşkil edir. Əfqanıstan iqtisadiyyatı dünya ölkələri arasında 108-ci yerdədir. Beynəlxalq Valyuta Fondunun 2016-cı ildə verdiyi məlumata görə Əfqanıstan adambaşına düşən ÜDM həcminə görə 186 ölkə arasında 167-ci yerdədir. https://www.instagram.com/p/CSvWeiGIptq/?utm_medium=tumblr
0 notes
todaysazerbaijan · 5 years ago
Text
İranın hərbi bazaları darmadağın edildi - SON DƏQİQƏ
İranın hərbi bazaları darmadağın edildi - SON DƏQİQƏ #iran #war
İraqda Amerika hərbi bazasının hücuma məruz qalmasından sonra ABŞ liderliyindəki anti-İŞİD koalisiyasının döyüş qırıcıları Suriyada İran Silahlı Qüvvələrinə məxsus (SEPAH) 3 hərbi obyekti vurub.
KONKRET.az xəbər verir ki, koalisiya qüvvələrinin döyüş təyyarələri Bukamal bölgəsində yerləşən İmam Əli hərbi hava bazası, Sənayi və Hizamdakı hərbi nöqtələrini hədəf alıb.
Hücumlarda İran…
View On WordPress
0 notes
istixeber-blog · 6 years ago
Text
QHT Koalisiyası Ədliyyə Nazirliyinin Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST-lə Əməkdaşlıq Mərkəzində tədbir keçirib
QHT Koalisiyası Ədliyyə Nazirliyinin Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST-lə Əməkdaşlıq Mərkəzində tədbir keçirib
Ədliyyə Nazirliyinin Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST-lə Əməkdaşlıq Mərkəzində tədbir keçirilib. İstixəbər.infoxəbər verir ki, Vərəmlə mübarizə koalisiyasının budəfəki tədbiri Ədliyyə Nazirliyinin Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST-lə əməkdaşlıq mərkəzində keçirilib. Media nümayəndələrinin də iştirak etdiyi toplantı koalisiya üzvlərinin, həkim…
View On WordPress
0 notes
listeliyi · 8 years ago
Link
via Trampdan İŞİD-lə bağlı mühüm qərar http://ift.tt/eA8V8J ABŞ prezidenti Donald Tramp Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə 30 gün ərzində İŞİD-in məhv edilməsinə dair plan hazırlamağı tapşırıb. Bu barədə D.Trampın imzaladığı müvafiq fərmanda bildirilir. Bundan əvvəl D.Trampın Pentaqona İŞİD-lə mübarizə üzrə koalisiya üçün yeni müttəfiqlərin müəyyənləşdirilməsinə dair göstəriş verib. Qeyd edək ki, İŞİD-lə mübarizədə ABŞ-Rusiya əməkdaşlığının genişləndirilməsi məsələsi ötən gün Donald Tampla Vladimir Putin arasında baş tutmuş telefon danışığı zamanı əsas müzakirə mövzularından biri olub.
0 notes
metbuat · 2 years ago
Text
İtaliya miqrantlar üçün limanlarını bağladı
İtaliya miqrantlar üçün limanlarını bağladı
İtaliyada sağçı koalisiya hökuməti Aralıq dənizində qanunsuz miqrantları xilas edən qeyri-hökumət təşkilatına (QHT) məxsus gəminin İtaliya limanlarına yanaşmasını məhdudlaşdırmaq barədə qərar qəbul edib. Müvafiq olaraq, təxminən 180 miqrantı xilas edən Almaniya bayraqlı “Humanity 1” gəmisinin Kataniya limanı xaricində dənizdə lövbər salaraq dayandırılması qərara alınıb. Nəzarət nəticəsində…
Tumblr media
View On WordPress
0 notes
aliibrahimovofficial · 4 years ago
Photo
Tumblr media
1993-cü ilin 25 iyununda Türkiyənin ilk qadın baş naziri seçildi. DYP sədri Tansu Çiller baş nazir olduqdan sonra ölkə prezidenti Süleyman Dəmirəl hökuməti təşkil etməyi ona tapşırdı. Beləliklə, Türkiyədə DYP və SHP koalisiya hökuməti qurulmuşdur. https://www.instagram.com/p/CQh-D3zhybX/?utm_medium=tumblr
0 notes
politiciansstuff · 4 years ago
Text
Tumblr media
BU TƏXRİBATIN ARXASINDA RUSİYA DURURMU? – “Paşinyan Rusiyaya qarşı geniş anti-təbliğat aparacaq”
Pandemiya dövründə Ermənistanın Azərbaycanla dövlət sərhədində hərbi avantüraya əl atmasının arxasında hansı səbəblər dayanır? Sosial fəlakətin siyasi böhrana çevrilmə mərhələsini yaşayan, daxili siyasi qüvvələrin birləşərək iqtidara qarşı geniş koalisiya qurduğu bir dönəmdə cəbhə xəttində nisbi sakitliyi pozmaq Paşinyanın nəyinə lazımdır?
Ekspertlər bu suallarla bağlı bir neçə versiya irəli sürürlər. Onlardan biri də Rusiyanın Ermənistandakı imkanlarından istifadə edərək Azərbaycana müəyyən təzyiqlər göstərməsi ilə bağlıdır. Bu təzyiqlər nə ilə bağlı ola bilər? Siyasi müşahidəçilərə görə, Azərbaycanda şərti olaraq “beşinci kolon” adlandırılan, Rusiyadan ciddi dəstək alan qruplaşmaların hakimiyyətdən götürülməsi və təsir imkanlarının məhdudlaşdırılması Kremldəki bəzi dairələri qıcıqlandırır.
Onlar müxtəlif vasitələrlə bu prosesin qarşısını almağa çalışırlar. İstisna deyil ki, Azərbaycanın dövlət sərhədində Ermənistanın əli ilə təxribatlar törətmək növbəti cəhdlərdən biridir.
Xatırladaq ki, cəbhə xəttində baş verən insidentlə bağlı Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının (TŞ) iclası keçirilib. Diqqət çəkən məqamlardan biri budur ki, TŞ üzvlərindən biri olan AMEA sədri onlayn iclasa dəvət olunmayıb...
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Azpolitika.info”-ya açıqlamasında bildirib ki, bu versiyanı istisna etməsə də, cəbhə xəttində baş verən hadisələrin səbəbinin fərqli olduğunu düşünür: “Hesab edirəm ki, Ermənistanın təxribatlara əl atmasının əsas səbəbi daxili siyasi vəziyyətlə bağlıdır. Məlumdur ki, Ermənistanda koronavirus pandemiyası ölkə iqtisadiyyatını çöküş halına gətirib, daxili narazılıqlar, etirazlar pik həddədir. Paşinyan hökumətinin nüfuzu aşağı düşüb və sosial-iqtisadi fəlakətin siyasi böhrana çevrilməsi qaçılmazdır.
Digər tərəfdən, Paşinyan iqtidarı siyasi rəqiblərinə qarşı ciddi repressiyalar aparır, onları təzyiq altında saxlayır. Bu da daxildə müxalif siyasi qüvvələrin konsolidasiyasına gətirib çıxarır ki, hökumət qısa müddətdə çox ciddi müqavimətlə üzləşir. Paşinyan Azərbaycanla sərhəddə təxribata əl atmaqla ilk növbədə diqqəti daxildə üzləşdiyi problemlərdən yayındırmağa çalışır. Məncə, buna nail ola bilməyəcək”.
Fəzail Ağamalı hesab edir ki, daha bir məsələ Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətlərinin test edilməsi və Moskvadan qırılma xəttini genişləndirmək niyyətində olması ilə bağlıdır: “Məlumdur ki, Paşinyanın hakimiyyətə gətirilməsi Qərbin müəyyən dairələrinin layihəsdir. Onun qarşısında qoyulan öhdəliklərdən biri Rusiya ilə münasibətləri tədricən azaldıb, Qərbə inteqrasiya kursunu gücləndirməkdir. İndi cəbhə xəttində Azərbaycanın mövqelərinə artilleriya zərbəsi endirib bunun məsuliyyətini Azərbaycan ordusunun üstünə atmaqla bərabər, dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hərbi yardım üçün müraciət edilib. Təbii ki, bu təşkilat indiki mərhələdə Ermənistana hər hansı hərbi yardım etməyəcək. Bundan isə Paşinyan hökuməti faydalanaraq Rusiyaya qarşı cəmiyyətdə geniş anti-təbliğat aparacaq. Nəticə etibarı ilə hökumət ölkədə ictimai, siyasi zəmin yaradaraq Qərbə inteqrasiya kursunun dərinləşdiriləcəyini bəyan edəcək”.
Rusiyanın mövqeyinə gəlincə, F.Ağamalı Moskvanın hələlik aydın münasibət ifadə etmədiyini düşünür: “Xarici İşlər Nazirliyinin sözçüsünün dediklərini ciddi qəbul etmək olmaz və bu Rusiyanın mövqeyini ifadə etmir. Ona görə, bir qədər də gözləyib Rusiyanın hadisələrə münasibətinin nədən ibarət olduğunu aydınlaşdırmağa ehtiyac var”.
Partiya sədri deyir ki, Azərbaycan Ordusu düşmənin təxribatına layiqlı cavab verib: “Prezidentin də ifadə etdiyi kimi, ordumuz üstün gücündən yararlanaraq düşməni geri oturdub. Bu cavablar verilməkdə davam edir. Azərbaycanın hərbi, siyasi, diplomatik mövqeləri möhkəmdir, regionda və dünyada nüfuz sahibidir. Hesab edirəm ki, dövlətimiz, ordumuz bu imkanlardan faydalanaraq mənasız danışıqlar prosesindən çıxsın və işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün genişmiqyaslı əməliyyatlara başlasın”.
“AzPolitika.info” saytı
13 İyul 2020-ci il
http://azpolitika.info/?p=597566
0 notes
todaysazerbaijan · 5 years ago
Text
CNN: ABŞ İranın hansı bazaları vuracağını əvvəlcədən bilirdi
CNN: ABŞ İranın hansı bazaları vuracağını əvvəlcədən bilirdi
İraq hakimiyyəti əvvəlcədən Amerika rəsmilərini İranın raket zərbələri barədə xəbərdar edib.
Virtualaz.org CNN-ə istinadən xəbər verir ki, bu haqda diplomatik mənbə bildirir.
Məlumata görə, İraq tərəfi İranın Amerika və koalisiya qüvvələrinin dislokasiya olunduğu iki bazanı vuracağını Birləşmiş Ştatlara çatdırıb. Habelə mənbə deyib ki, Bağdad Vaşinqtona hansı bazalara hücum ediləcəyi haqda…
View On WordPress
0 notes