Tumgik
#keçirik
mmar1ia · 2 months
Text
İnsan böyüyəndə həyatı, qərarları, gülüşləri, yaraları, göz yaşları çox dəyişir. Uşaq olanda yaralarımız dərindən qanatmazdı qəlbimizi, göz yaşlarımızın ciddi səbəbləri olmazdı, gülüşlərimiz saf, həyatlarımız bəsit və qəmsiz idi. Daha doğrusu, kədərin nə olduğunu bilməzdik, düşüncələrimiz yaradılışımız və varlığımızla bağlı olmazdı, hər şey sadəcə oyun oynamaqla, yıxılıb ayağa qalxmaqla başlayıb bitərdi. Biz ağlarkən hərkəs sadəcə bizi güldürmək üçün çabalayar, “nə oldu, niyə kədərlisən ?” sualları ətrafında bizi uzun-uzun divara baxmağa zorlamazdı. İndi isə, aradan xeyli zaman keçdi və biz böyüdük. İlk cümlələrdə bəhs edilən hisslərin tam əksini yaşayırıq indi. Həyatın qaranlıq tərəflərini, qəlb qırıqlarımızın, yaralarımızın dərin bir səbəbi olduğunu bilirik. Ən əsası isə, hər an yıxıldıqda ayağa qaldıracaq heç kimin olmadığını öyrənərək davam edirik yolumuza. Həyatlar və həyəcanlar dəyişir. Yollar fərqli istiqamətlərə ayrılır. Dostlar böyüyür və uzaqlaşır. Həyatımıza yeni insanlar və onlarla birlikdə yeni təcrübələr daxil olur. Biz bir “şəxs” olaraq böyüyüb, “şəxsiyyət” olmaq adına addımlayırıq, bunun üçün həyatda hər zaman varlığımızın izlərinin və qalıqlarının dəyərli olması üçün yaşayırıq. Zor proseslərdən keçirik, həyatı mərhələlərə bölüb, pillələrlə birləşdiririk. Varlığımızın hər dəqiqəsində, hər saniyəsində ruhumuzda yeni bir insan kəşf edirik. Bəzən bir küncdə oturub dərdlərlə boğulmağı, bəzən isə bir dost tərəfindən gələn qayğıyla ayağa qalxmağı öyrənirik. Bunları yaşadıqda isə hər daim geriyə dönüb baxırıq. Baxırıq və gülümsəyirik. Çünki həmin “o” uşaq bizə gülümsəyir və əl sallayır. Bu bizim hər zaman hədəfimizə gedən yolda davam etmək üçün ilham qaynağı olur. Geriyə sadəcə həmin uşağı gülümsətmək üçün baxın, qaranlığa əl sallamaq üçün yox…
21 notes · View notes
banuulandiya · 7 months
Text
"Heçnə olmaz" deyib keçirik, ama əslində nələr olur nələr
9 notes · View notes
Note
Axşamınız xeyir, Xoşu xala. Necəsiz? Salamatçılığdı? Mən keçən dəfə yazanam, xala. Yatmamısız? Bu vaxtıda narahat edirəm, üzrlü sayın. Ay Xoşu xala, sizin dediklərinizdən sonra, mən həyatımı yeniləmək qərarına gəldim. Nə qədər edirəm, üzüm həqiqətən gülmür. Bilmirəm nə edimki, mən bu həyatdan zövq alım. Bilirəmki, hər şey məndə başlayır məndə bitir. Həyatımda çox şey bacarmaq istəyirəm. Bunun üçün mənə güc lazımdı, normal bir mental lazımdı. Mən düşünürəmki, belə getsə mən istədiyim nəticəyi ala bilməyəcəm və buna görədə bu gecədən yeni başlanğıclar etmək istəyirəm. Çox çalışmaq, bol bol kitab oxumaq və film izləmək. Özümü hər tərəfli inkişaf etdirməyə çalışan biriyəm, amma, bu son zamanlarda tamam soyumuşam hər şeydən. Siz nə deyərdiz, ay Xoşu xala. Sizin məsləhətinizi dinləmək mənə çox xoş olar. Doğrudanda çox gözəl məsləhətlər verirsiniz.
Sabahın xeyir, salamatçılıqdı. Sən necəsən? Bəlkə də həyatında nəsə çatmır. Bu sevgi ola bilər deyə düşünürəm. Çünki, sevilmə hissi, sevildiyini hiss etmək də insanı xoşbəxt edir. Həyatına gəlmək istəyən ağlı başında insana şans verə bilərsən. Və ya düşüncələrini kağıza yaz, səni düşündürən nə varsa hamısını kağıza yaz və yandır. Axarına burax, öz üzərinə çox getmə. Bütün gün niyə xoşbəxt deyiləm deyə düşünmə, nikbin düşün və şükür etmək üçün kiçik səbəblər tap. Hər gün oyandığın üçün şükür et. Çünki, biz bilmirik, sabah gözümüzü aça biləcəyik ya yox. Nəfəs aldığını üçün, yeməyə yeməyin, geyinməyə paltarın olduğu üçün şükür et. Çünki, bilirsən çətin zamandan keçirik, bunlara həsrət olanlar da var. Özünü heç kəslə müqayisə etmə. Çünki, sən bir dənəsən və birdə dünyaya gəlməyəcəksən. Bütün bunlara uyğun yaşamağa çalış. 🩷
6 notes · View notes
khadijaaa · 2 years
Text
Çox şeyi sonra edərəm deyib keçirik. Ama bir gecə nə baş verəcəyini bilmirik..
9 notes · View notes
ilhamjakhubov · 2 years
Text
Həyatda üç güclü silahımız var: ümid, yuxu gülmək. Ümid edib yuxuya gedirik alınmasa gülüb keçirik...
18 notes · View notes
margininiz · 2 years
Text
İllər öncə uğruna canımızdan keçəcəyimiz insanların yanından bu gün salamsız keçirik.
4 notes · View notes
cool4ever · 2 years
Text
hərdən dünyada fiziki olaraq mövcud olduğuma və bütün həyatımı burada yaşayıb, burda öləcəyimə inanmaq istəmirəm. elə bilirəm kosmosda random süzülürük hamımız, müvəqqəti gəlmişik burdan keçirik, istəsək başqa planetlərə köçə bilərik.
dünya deyəndə konkret yer kürəsi. belə fikirləşmək həyatı xeyli qəlizləşdirir. adam hər şeyə ötəri yanaşmağa başlayır. sonradan ayılanda görürsən həyatını aşağı darta darta getmisən neçə aydı.
4 notes · View notes
minavenera · 7 months
Text
(Rus dilində öyrəndiyim sözün beynimdən silinmə hızı😃)
Zarafat bir yana, Hər şey beyində başlayıb beyində də bitir. Zehnini kontrol edəbilən insan hər şey edəbilər. Əlbəttə ki bunun yolları var.
1) Stalk etməmək. Heçbiryerdən izləməmək,baxmamaq
2) heçkimdən xəbər almamaq, ortaq dostlardan vs.
3) bizimlə əlaqəyə keçməsinə icazə verməmək. İgnora qoymaq. Əngəlləmək hər yerdən.
Bunları taktika olsun deyə demirəm. Elmi olaraq sübut olunmuş dədə baba yöntəmləridir. Əvvəl sosyal medya yox idi, insanlar birbirlərini çox görmürdü,stalk eliyəbilmirdi ona görə rahat keçirdirdilər. İndi isə evləri yıxan bu stalkdır 😃 Hətta mən duygularımın öldüyünü stalk edəcək axotum olmayanda anlamışam😂
Gəlin indi təzəlikcə kəşf edib,yoxladığım bir texnikadan danışım. Adı EMDR terapisidir. İstənilən travmanı, insanı unuddurabilir. Unuddurmaq deyəndə, tamamilə həmən anı,insanı beyindən silmək deyil məsələ, həmən obyektə qarşı olan hisləri, reaksiyanı yox eləməkdir.
EMDR də nə etdim psixologumla,
1) ilk olaraq həmən anı yadıma saldım və hislərimi yazdıq olduğu kimi. "mənə bunu dedi, mən belə hiss etdim, belə reaksiya verdim vs vs.) və 7 üzərindən səni nə qədər incitdiyini yazırsan.
2) həmən anı dəyişdiririk istədiyimiz kimi. Misal üçün " mənə bunu bunu deyəndə dondum qaldım gərək deyərdim ürəyimdəkiləri və tərk edərdim oranı" yəni olaya olan reaksiyanı istədiyimiz kimi dəyişirik. Burda da həmən istədiyin reaksiyanı verməyin sənə nə qədər inandırıcı gəlir onun puanını verirsən 7 üzərindən.
3) özəl aparatı var EMDR in. Uzun düz dar çubuqdur və hər iki tərəfində işıq yanır. İşıq bir ucdan digər uca gettikcə, işıqı izləyərək həmən negativ anı düşünürsən olduğu kimi, həmən hissləri hiss edirsən. Burada əsas məqsəd 0 a endirməkdir hisləri. Məsələn 5 vermisizsə 7 üzərindən bunu 0 a endirməkdir. ( psixologumun dediyinə görə beynim tez reaksiya verib normaldan tez hissiyatsızlaşdırıb)😂
4) negativ olayı artıq xatırlayanda reaksiyasız yanaşanda artıq bu mərhələyə keçirik. Burda da pozitifə dəyişdiyimiz olayı düşünərək həmən işığın bir ucdan digər uca getməyini izləyirik. Və 7 yə qaldırmağa çalışırıq bu reaksiyanı verməyimizə olan inancımızı. Təkrar təkrar təzədən yazıram beynimdə, və elə mərhələyə gəlirəm ki bu artıq reallıqmış kimi gəlir mənə. “Elə belə də olmalıdır” kimi.
5) terapi burada bitmir əlbəttə. Terapidən 2 həftə sonra daha çox oturur təsiri və insan elə vəziyyətə gəlir ki, həmən ona əziyyət verən şey yadına xəyal məyal düşür düşəndə də heçnə hiss etmirsən. Bununla birgə həmən vəziyyəti xatırladan hər şeyi yox etmək lazımdır. Beləliklə təsiri tez olacaq. 🌸
Bəsdirin ağladız!! Gedin terapiyə! Özünüzü hərrrrrşeydən çox sevin,üstün tutun. Siz günəşsiz digərləri isə sadə planetlərdi həyatınızın mərkəzi sizsiz. Sizi prioritet etməyən insanları buraxın getsinlər,özünüzlə uğraşın,öz xoşbəxtliyinizlə. Gəzin,əylənin həyat çox sadədir həqiqətən. Məndə sabah səhər istəmədiyim işə duracağım üçün streslənirəm amma səhər günəşindəndə zövq almağı unudmuram) iş məsələsinində həllini tapacam tezliklə superior Mina is uploading 😂
0 notes
bymoonsstuff · 8 months
Text
Nədi axı bu sevmək ya da aşiq olmaq. Biri gəlib izah etsin. Desinki bax bu zibil şeylərə görə filan filan şeylərdən keçirik. Axırda da şanslı olsan xoşbəxt ola bilirsən, əks halda zibili çıxacaq. Məni də bura gətirən budur deyəsən. Hər bir halda xəbəriniz olacaq.
1 note · View note
psixoblog · 11 months
Text
Qorxularımıza görə xoşbəxtliyimizdən vaz keçirik
0 notes
banuulandiya · 2 years
Text
Qəribə deyilmi, insanların görmək üçün can atdıqları insanları bəlkə də biz yolda ya da avtobusda istəmədən görüb yanından keçirik
6 notes · View notes
Photo
Tumblr media
Bu sertifikatın və ümumilikdə 6 həftəlik hazırlıq müddətinin fərqli bir anlamı və səbəbi var mənim üçün. Qarşıma çıxan bir şansı sırf Excel biliklərimin zəif olması səbəbi ilə itirdiyimə görə Microsoft Excel proqramı üzrə professional təlimdə iştirakımın mütləq olduğunu anladım və özüm üçün belə bir dərs çıxardım ki, hər kəsin qarşısına həyatın müxtəlif dövrlərində müxtəlif şanslar çıxır. Bizlər əgər öncədən bütün potensialımızsa şansları qəbul edəcək durumda deyiliksə, şans adlandırdığımız, lakin, məsələnin özündə qarşımıza çıxan şans üçün belə hazır olmalı olduğumuzu dərk etmiriksə, həyatda önümüzə açılan bir çox qapının da yanından əslində özümüz də bilmədən ötüb keçirik. 6 həftəlik müddətdə mənə Microsoft Excel proqramı üzrə bütün öyrətdiyi texnika, formul və əməliyyatlara görə başda Elchin Tarverdiyev, MCT olmaqla, İKT LAB Tətbiq və Tədris Mərkəzi -nə öz təşəkkürümü bildirirəm. #Microsoft #Excel (at İKT LAB Tətbiq və Tədris Mərkəzi) https://www.instagram.com/p/CjHYVOZjkBt/?igshid=NGJjMDIxMWI=
0 notes
metbuat · 2 years
Text
Regekampf
Misli Premyer Liqasının V turunda “Neftçi” öz meydanında “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib.  Metbuat.org xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Laurentsiu Regekampf görüşü dəyərləndirib:  “Ağır oyun oldu. Təəssüf ki, Kenni Sayef isinmə hərəkətləri edərkən zədələndi. Daha sonra Arveladze də zədə aldı. Ümid edirəm ki, ciddi zədə deyil.…
Tumblr media
View On WordPress
0 notes
xancann · 2 years
Text
Hər il fərqində olmadan öləcəyimiz günün, saatın hətta dəqiqənin belə üstündən keçirik.
84 notes · View notes
ferideeliyeva · 3 years
Text
Hərdən bəzi şeylərə "qismət" deyib keçirik. Amma bu öz əlimizdədir qismətimizi özümüz yazırıq, sadəcə seçib seçə bilməyəcəyimiz şeylər var...
33 notes · View notes
mavisuleymanova · 2 years
Text
Əslində heç bir insan yaşadıqlarına layiq deyil. Niyə bu qədər çətinliklərdən keçirik onu da anlamıram. Sonumuz hara gedir? Ruhumuz bədənlərimizdən ayrılıb hər şeyi unutduğumuzda boşamı gedəcək bunlar? Yox olduqda bir heç uğruna yaşamış olacağıq indi biz?
18 notes · View notes