#xəttində
Explore tagged Tumblr posts
Text
Günlərdən cümə axşamı olardı məktəbin başlandığı gün. Məktəbimiz təmir səbəbi ilə bir ay yarım bir müddət ərzində başqa bir məktəbdə də bu gözəyarı başlanğıca başladıq. Təbii ki, hansı başlanğıcı nəzərdə tuturam on birinci sinifin əvvəllərini. Bir az öncə söylədiyim məktəbə daxil olduq öz məktəbimizdən fərqli olaraq bura yüksək səviyyədə abadlaşdırılmışdır. Səhər xəttində dayanmaqdan zəhləm getdiyi üçün içəriyə daxil olmamış son dəqiqələr darvazadan daxil oldum və artıq bir çox sinifin içəriyə keçdiklərini nəzər saldım bir biz birdə paralel sinifdə oxuyan digər on birincilər içəriyə daxil olmağı gözləyirdilər. Sonunda üç ay müddətdən sonra sinif yoldaşlarımı və əsası dostlarımı görə bildim. Onları elə də çox on birincilərə bənzətməsəm belə digər aşağı siniflər onlara o gözlə baxırdılar. İçəriyə daxil olduq məktəbin içərisi sanki hansısa dövlət qurumuna bənzəyirdi. Yuxarıda "exit" çaplı sözlər filan sanki stranger things'də uşaqların oxuduğu məktəbə girirəm. Biz başqa məktəbdən gəldiyimizçün bütün yuxarı siniflər ümumilikdə üçüncü mərtəbəyə köçmüşdürlər. Biz isə o mərtəbənin ən son sinifi idik. Qısa tənəffüslərdə üçüncü mərtəbədən birinci mərtəbəyə düşdükdə zəng vurulurdu, (bu arada birinci mərtəbədə bufet yerləşirdi). Burada günlərimiz çox yaxşı keçirdi. Heç unutmaram birdəfə dostlarım ilə birgə bufetə gedirdik. Orada bolca söhbət edərək yemək yedik. O sırada zəng vuruldu. Bizdə də rahatçılıq səviyyəsi yüksək. Zəngdən on dəqiqə keçdikdən sonra pilləkənləri qalxaraq sinifə yollanırıq. O sırada xatırladım ki, bizdə indi riyaziyyat dərsi imiş. Məlum məsələ bizim riyaziyyat müəlliməmiz dərsə gecikənlərin tutarlı səbəbi olmasa onları sinifə buraxmır. Cəld bir şəkildə pilləkənləri qalxdıq təngənəfəs olmu��duq qapının şüşəsindən baxaraq mənim yanılmadığım hərkəsə aydın oldu. Qapını döyüb:
- Salam müəllimə olar? Bağışlayın dərsə gecikdik bufetdəydik, (səbəbə baxe bufet də idik iki gözüm aydın)
+ Nə durmusunuz gedin də bufetə riyaziyyat dərsi ordadı axı..
Deyib qapıya yaxınlaşaraq mədəni sürətdə bizi otaqdan qovdu. Bizi də o sırada gülmək tutdu :)). Nəsə özümüzə boş otaq tapmalı idik. Dörd nəfər olsaq belə aramızda ən hiyləgər itlərin dostu pişiklərin sevimlisi sənan idi. O bizə ikinci mərtəbədə otaq tapacağını güman etdi. Aşağı endik. Akt zalı tərəfdə bir boş otaq vardı. Oraya yarımsaatlıq sahibləndik. Otaq sıxıcı idi. Maraqlı heçnə gözə dəymirdi. Əşşi otaq nəyimizə gərəkdi əsas ortam komik idi. Yarım saat bir göz qırpımında keçərək zəng vuruldu. Yavaşca qapını aralayaraq otaqdan özümüzü çölə atdıq. Sakit addımlarla yuxarı çıxmağa çalışırdıq. Sinifdəkilər bizim riyaziyyat dərsində olmadığımızı görüblərsə bu aktual hadisə sinif rəhbərinin qulağına çatacaq idi. Odur ki, zəng içəriyə vurulduqda sinifə cəld formada daxil olmağımız yetərli idi. Sonrakı dərs başladı, sinifdəkilər maraqla bizdən biz otaqdan qovulduqdan sonra harada özümüzə yer tapmaqla bağlı suallar verirdilər. Cavablar isə sadə intiqal baş vermişdi. Bu hadisə mənim sevdiyim xatirələr toplularının içərisindədir. Əslində buraya o andakı hisslərimi tamamən yaza bilmədim. O yüzdən sizə bir o qədərdə sadə gələ bilər. Arabir bu məktəblə bağlı xatirələrimi xatırlayıb mütəəssir oluram. Görəndə elə zənn edər ki, beş-altı ildir məktəbi bitirmişəm, amma iki ay səkkiz gündür. Yekunu bir cümlə ilə yekunlaşdırım artıq uzatdıqca uzadıram.
Hayat hatıradır, unutursan ölürsün.
23.08.2023
30 notes
·
View notes
Link
0 notes
Text
Content Müsbət Və Mənfi Tərəfləri Рin Uр Mərс Xəttində Hаdisələr Üzrə Mərс Xətləri Siyаhısı Bukmеykеr Şirkəti Hаqqındа Ümumi Məlumаt Tеnnis Mərсləri Рin Uр Bеt Sаytının Işləyən Аrxа Girişləri Рin Uр Bеt Sаytındа Nесə Mərс Еtmək Оlаr Əmsаllаr Və Mаrjа Tövsiyə Оlunаn Ən Yаxşı 3 Bukmеkеr Şirkətini Sınаyın Рin-uр Bеt Bş-də Реşəkаr Bеttinq Рin Uр Bеt Bş-nin Аzərbаyсаndа Fəаliyyəti Рin Uр Bеt…
View On WordPress
0 notes
Text
HƏKƏRİ ÇAYI ÜZƏRİNDƏ POST QURULUR - BÖLGƏ İLƏ BAĞLI KRİTİK ADDIM
Azərbaycanın öz ərazisinə girişdə nəzarət-buraxılış məntəqəsi yaratması fundamental hüquqa əsaslanır. Çünki Rusiya hərbi kontingentinin himayəsi ilə Ermənistan riyakarlığa yol verərək bir tərəfdən sülhdən danışır, başqa bir istiqamətdə isə təxribatlara əl atır. Erməni tərəfi müxtəlif vasitələrlə, torpaq yollarla qanunsuz olaraq Azərbaycan ərazisinə silah-sursat, terrorçu daşıyır. Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Xankəndiyə gedən yolun üzərindən Həkəri çayı istiqamətdə nəzarət-buraxılış məntəqəsinin yaradılması üçün Azərbaycanın tam hüququ əsası var:
“Ərazi bizə məxsusdur. Burada atılan addımlar ölkə qanunvericiliyinə uyğundur. Ermənistandan gələn çağrılmamış qonaqlar, bu ölkə vasitəsi ilə Qarabağa gəlib oradakı separatçıları qızışdıran, onları stimullaşdıran ayrı ayrı emissarların qarşısı alınmalıdır. Çünki bölgəyə İrandan gedən silah-sursatın, hərbi ekspertlərin təxribatçı şəxslərin qarşısının alınması üçün Azərbaycan zəruri tədbirləri təxirə salmadan həyata keçirməlidir��.
Partiya sədri hesab edir ki, Ermənistanla Azərbaycan sərhəd xəttində, Laçın rayonuna giriş hissəsdə nəzarət-buraxılış postunun yaradılması vacib məsələdir:
“Bu, Müdafiə və Xarici İşlər Nazirliyi səviyyəsində rəsmi dövlət mövqeyi kimi ortalığa qoyulub. Azərbaycan bu addımı atacaq. Rus sülhməramlılarının isə buna qarşı çıxmağa heç bir arqumenti və hüquqi əsası yoxdur. Çünki bu yol Qarabağda yaşayan erməni icması ilə heç bir təmas nöqtəsi deyil. Bura Azərbaycan ərazisinin giriş hissəsidir və burada postun qurulması, nəzarətin həyata keçirilməsi beynəlxalq hüquqa söykənir”.
“Teleqraf.com” saytı
Tapdiq Qurbanli
05 aprel 2023-cü il
https://teleqraf.com/news/siyaset/372842.html
0 notes
Text
MOBİL TELEFONUMDA.... ... Səni mənlə bağlayan, Bir səbəb var arada. Qovuşdurur sözləri, Bir-birinin ardınca, Mobil telefonumda. .. Günlər gəlib keçir Dönür bir aya, Sənlə görüşümüz Bax, qismət olmur, Nəsə düşür araya... Məhəbbətin telləri, Sevgimizin yolları, Xəyallar ocağıyla, Bağlanır telefonda. Hələ ki, yaşayırıq Biz telefon xəttində. Görəsən şad xəbəri Nə vaxt eşidəcəyəm...? Qovuşacaq arzular, Bir gün xəbər cağında, Məhəbbət ocağında, Mobil telefonumda............03.09.2017...(İlhamə Abbas Yusifqızı...)
1 note
·
View note
Photo
#Britaniya deputatının oğlu Ukraynada cəbhə xəttində RUSİYAYA QARŞI
0 notes
Text
Bu gün cəbhə xəttində əsgərlərimizin yanında olduq. İnanın elə ruh yuksəkliyi, səmimilik, qorxmazlıq var ki, heç hiss eləmədik ki *rmənilərlə aramızda sadəcə metrlər var. Bizi o qədər mehriban qarşıladılarki hətta yeməyə belə qalmağımızı istədilər. Bir anlıq özümüzü mülki bir şəxs kimi yox sərhədini qəhramancasına qoruyan əsgərlər kimi hiss etdik. Allah sizi qorusun İgidlər... 💚🇦🇿 (Məxvi səbəblərə görə əsgərlərin üzünə smaylik qoyulub)
78 notes
·
View notes
Text
Bəzən elə batır ki, yaşam mənə. Düşünürəm öz seçimlərimin nəticələridir. Əslində belədir. Hamımız öz seçimlərimizi yaşayırıq. Əgər bugün azad deyiliksə, bunu özümüz seçmişik. Fərqi yoxdur necə, nə üçün. Nəticə olaraq seçim bizimdir.
Bəzən də düşünürəm ki, insan üçün çəkilən həyat xəttində bunlar əvvəlcədən kodlanır. Yaşadıqlarımız, yaşayacaqlarımız.
Bəzən buna görə düşünürəm ki, bunlar mənim seçimim deyil, əvvəlcədən kodlanmış seçimlərdir.
10 notes
·
View notes
Text
Həyatda 2 tip qız var :
1. Pomadanı xəttində vuran.
2. Pomadanı xəttindən də kənara vurub, olduğundan daha böyük görsənməsini istəyən.
5 notes
·
View notes
Text
Bakıda qadın qatarın altında qalaraq öldü
Bakıda qadın qatarın altında qalaraq öldü
Bakının Qaradağ rayonunda qadın dəmiryol qatarının altında qalaraq ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in qaynar telefon xəttinə dəmir yolu xəttində qadın meyitinin qatarın altında qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən…
View On WordPress
0 notes
Photo
29 aprel Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsi şəhidi #Ağali Tağı oğlu Ağayevin, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Anar Cavadzadənin, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Elvin Qurbanovun, Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi #Fərid Məmmədovun, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi #Fərrux Hüseynovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Mayis Abışov, 2007-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş #Mayis Abışovun, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, tank bölüyünün komandiri, Vətən müharibəsi şəhidi #Namiq Mailovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Tahir Talıbovun, Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi #Telman Nəhmətovun, Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi #Tural Qarayevin doğum günüdür. Allah bütün şəhidlərimizə rəhmət etsin inşallah. https://www.instagram.com/p/Cc7LKyFt9aM/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tatyana de Rosney – Saranın açarı Endirimlər mağazaya gəlib alarkən keçərlidir. Öz qiyməti - 15.00 azn Mağazada - 13.50 azn Tələbələrə - 12.80 azn Poçtla - 16.99 azn Təsviri 1942-ci ilin iyul ayında Parisin mərkəzində dəhşətli hadisə baş verir: dövrün ölüm düşərgəsinə – Auşvitzə göndərilmək üçün 13 minə yaxın yəhudi həbs olunur. Kütləvi həbs dalğası 10 yaşlı Sara Starzinskinin ailəsindən də yan keçmir. Amma Sara bir anlıq polislərin gözündən yayınaraq balaca qardaşı Mişeli evlərindəki dolabda gizlədib qapısını açarla bağlayır: “… dalınca qayıdacağam. Söz verirəm”. Əsər boyu bir an da olsun bu sual bizi tərk etmir: görəsən, Sara qayıdıb balaca qardaşını xilas edə biləcəkmi? Kitabda paralel olaraq Culiya adlı bir jurnalistin həyatından da bəhs olunur. Bu süjet xəttində hadisənin üstündən 60 il keçib. Bir gün Culiya çalışdığı qəzetdən tədqiqat üçün yeni bir mövzu alır: “Velodrom d’Hiv” hadisəsi O, faciəni araşdırdıqca sürprizlərlə qarşılaşır. Sən demə, Culiya ilə Saranı bir-birinə bağlayan gözlənilməz faktlar var. Culiya ilə Saranın həyatını nə birləşdirir? Necə olur ki, illər ötsə də, bu soyqırım Culiyaya və onun ailə münasibətlərinə təsir edir? Roman bütün bu sirli sualların cavabı ilə hörülüb. Tatyana de Rosney hadisəni – üstündən uzun müddət keçsə də – müasir bir insanın həyatıyla kəsişdirməklə kölgədə qalan bu faciəni bizə daha dərindən hiss etdirir. Əlaqə vasitələri 📲070-200-71-33 (zəng və whatsapp) ☎ (012)-465-07-81 Ünvan: Gənclik metrosu, Caspian shopping və Elatus moda evinin yanı. Fətəli xan Xoyski 83 Səhifəni izləməyi unutmayın @novella.kitabevi #novellakitabevi #kitab #kitablar #romanlar #dedektiv #kitabevi #kitab_evi #novellakitabevi #kitabsatisi #kitabkirayesi #kirayekitablar #icarəkitablar #kitabci #telebe #kirayekitab #bestseller #povest #roman #klassikedebiyyat #klassikler #turkcekitablar #sexsiinkisaf #psixolojikitablar #saraninacari (at Novella kitab evi) https://www.instagram.com/p/CIDwo9YnO7L/?igshid=1xg4ytj6al7e
#novellakitabevi#kitab#kitablar#romanlar#dedektiv#kitabevi#kitab_evi#kitabsatisi#kitabkirayesi#kirayekitablar#icarəkitablar#kitabci#telebe#kirayekitab#bestseller#povest#roman#klassikedebiyyat#klassikler#turkcekitablar#sexsiinkisaf#psixolojikitablar#saraninacari
0 notes
Text
Content Müsbət Və Mənfi Tərəfləri Рin Uр Mərс Xəttində Hаdisələr Üzrə Mərс Xətləri Siyаhısı Bukmеykеr Şirkəti Hаqqındа Ümumi Məlumаt Tеnnis Mərсləri Рin Uр Bеt Sаytının Işləyən Аrxа Girişləri Рin Uр Bеt Sаytındа Nесə Mərс Еtmək Оlаr Əmsаllаr Və Mаrjа Tövsiyə Оlunаn Ən Yаxşı 3 Bukmеkеr Şirkətini Sınаyın Рin-uр Bеt Bş-də Реşəkаr Bеttinq Рin Uр Bеt Bş-nin Аzərbаyсаndа Fəаliyyəti Рin Uр Bеt…
View On WordPress
0 notes
Text
Ana Vətən Partiyasının
B Ə Y A N A T I
XX əsrin 80-ci illərinin sonları və 90-cı illərinin əvvəllərindən başlayaraq Ermənistan Azərbaycanın tarixi torpaqlarına qarşı açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Nəticədə Ermənistan tərəfindən torpaqlarımızın 20%-ni işğal edilmiş və həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
Ermənistanın həyata keçirdiyi təcavüzkar milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan - Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi qoşunların təmas xəttində fasiləsiz olaraq gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi və böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhəri, Hadrut qəsəbəsi, Laçın, Kəlbəcər və Ağdam rayonlarını, Tərtər, Ağdərə, Xocavənd və Xocalı rayonlarının bır sıra kəndləri və çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixinə söykənən Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsini yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya nümayiş etdirdi.
Erməni fa��izmi üzərində tarixi qələbəmizdən keçən 2 il ərzində işğaldan azad olunan torpaqlarımızda ölkə prezidenti cənab İlham Əliyevin yüksək təşkilatçılığı ilə geniş bərpa və quruculuq işləri aparılır, bölgənin siması tamamilə dəyişərək müasirləşir, soydaşlarımız öz doğma yurdlarına qayıdırlar.
Ermənistan və onu himayə edən Rusiya, Fransa və İran kimi dövlətlərin məkrli siyasi dairələrinin ən müxtəlif hiylələrinə baxmayaraq, qısa zamanda Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyevin qətiyyəti və diplomatik məharəti sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə də suverenliyimizi təmin edəcəkdir.
0 notes
Text
Bəzən elə batır ki, yaşam mənə. Düşünürəm öz seçimlərimin nəticələridir. Əslində belədir. Hamımız öz seçimlərimizi yaşayırıq. Əgər bugün azad deyiliksə, bunu özümüz seçmişik. Fərqi yoxdur necə, nə üçün. Nəticə olaraq seçim bizimdir.
Bəzən də düşünürəm ki, insan üçün çəkilən həyat xəttində bunlar əvvəlcədən kodlanır. Yaşadıqlarımız, yaşayacaqlarımız.
Bəzən buna görə düşünürəm ki, bunlar mənim seçimim deyil, əvvəlcədən kodlanmış seçimlərdir.
9 notes
·
View notes