#istedad
Explore tagged Tumblr posts
shahinelected · 4 months ago
Text
Tumblr media
Zülm həmişə dayanıb, görənlər kordur,
Alov asimanda, deyirlər qordur,
Müsəlmanlar üçün hörülən tordur,
Belə gəlib, belə gedən dünyadır!
Tağı Əhmədovun şeirindən Hikmətli və Düşündürücü hissə...
#shahinelected #tağıəhmədov #bakımetropoliteni #metro #bakı #azərbaycan #azerbaycan #şeir #ədəbiyyat
0 notes
eccedentesiast-27 · 1 year ago
Text
Məndə kimisə, kiməsə oxşatmaq kimi istedad deyək ki var. Lakin, bəzi adamları daha çox kimlərəsə oxşadıram söhbət vizual görünüşdən gedir. Hərdən düşünürəm bəlkə çox istədiyimdəndi bu hal.. Yada hərdən elə əmin oluram ki, bu çox istəməkdən ötədə gözümün o adamı axtarmasına bərabər bir hissdi.
Darıxmaqlar yığılıb qəlbimin mərkəzinə ağır basır.
30 notes · View notes
mysticaldream · 1 year ago
Text
Ətrafımdakılara nəzər salıram, birinə yaranmaq üçün etmədikləri yalakalıklar qalmayıb, baxanda həqiqətən artıq təəccüblü hal kimi görünmür mənə, nəticədə bu da böyük istedad tələb edir
16 notes · View notes
ogunbugundur · 2 years ago
Text
7də oyanıb yarısı da evdən çıxmaq ayrı bir istedad tələb edir
16 notes · View notes
gunayagamali · 4 months ago
Text
Tumblr media Tumblr media
"Number One Production"un təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə 14 Oktyabr Nizami kino mərkəzində Daun Sindromlu Günəş övladı, "Tanıyın,tanıdın bizi" istedad yarışmasının qalibi Məryəm Şixəlizadənin Solo konserti baş tutdu.Konsertdə Məryəm Şixəlizadə ilə Danı��an Mələklər çıxış etdilər.
Tədbirdə Milli Məclisin deputatı Günay Ağamalı iştrak edirdi. G.Ağamalı çıxışında Xüsusi qayğıya ehtiyacı olan uşaqlara dövlətimizin göstərdiyi diqqət və qayğını önə çəkdi, bu səpgidə keçirilən tədbirlərin əhəmiyyətindən danışdı.
0 notes
the-eva-consultimg · 7 months ago
Text
Özünü sev
Bugündən etibarən maarifləndirici postlar paylaşacağam. Lakin bunu etməzdən öncə bəzi mövzularla bağlı öz təcrübəmə əsaslanan fikirlərimi bildirmək istəyirəm. İlk öncə bundan başlamaq istəyirəm ki, dünyada heç bir insan istedadsız deyil. Allah hər insana özünə xas istedad vermişdir, sadəcə insan özü bu istedadı kəşf edib önə çıxarmağı bacarmalıdır. Bunun üçün də hər birimiz ilk öncə özümüzü yaxşı tanımalıyıq. Həqiqətən özümüzün nə istədiyini hansı peşəyə doğru yönəlmək istədiyimizi bilməliyik. İkinci məsələ özümüzə maraqlı olan istiqaməti tapdıqdan sonra o istiqamət üzrə getməyi bacara bilməliyik. İlk başlarda bu əlbəttə çox çətin ola bilər hər birimiz üçün. Amma sonda istədiyimiz nailiyyəti əldə etdikdən sonra buna dəydiyini özümüz də görürük. Üçüncü məsələ özünüzü daim sevin. Ancaq özünüzü sevin demirəm. Əlbəttə ilk öncə ailəmiz daha sonra ətrafımızda bizim üçün önəmli insanlar var onlar bizim üçün dəyərlidir. Lakin özünüzü ilk öncə sevin. Çünki bütün çətinliklər qarşısında özümüz baş çıxarmağı bacarmalıyıq. Həyatda elə anlar olur ki, o anda özünün köməyinə ancaq özün çata bilərsən. Buna görə də ilk öncə özünüzə yatırım edin. Daim müasir dövrün yeniliklərinə açıq olun. Öyrənin və öyrədin….
PS: ara sıra bu tip həyati mövzularda da öz baxış bucağıma uyğun fikirlərimi bildirəcəm.
1 note · View note
unikal21 · 1 year ago
Text
Pin Up 360 Casino AZ: Qumarın Qızıl Dövrünə qayıdın
Qumar dünyasında ziyarətçilərinə müxtəlif slot maşınları, stolüstü oyunlar və digər əyləncələr https://pinup-360.com/ təklif edən bir çox onlayn kazinolar var. Bununla belə, yalnız Pin Up 360 Casino AZ sizi pin-up üslubunun qızıl dövrünün atmosferinə qərq edə bilər. Pin Up 360 Casino AZ qumar dünyasına retro istedad və zəriflik gətirən onlayn kazinodur. Kazinonun adı onun konsepsiyasını əks etdirir - klassik pin-up üslubunun və oyunun 360 dərəcə görünüşünün birləşməsidir. Pin Up 360 Casino AZ veb-saytına daxil olanda siz dərhal köhnə Hollivudun atmosferinə qərq olursunuz. Kazinonun dizaynı parlaq rənglərdə, gözəl qızların təsvirləri, retro avtomobillər və dövrün digər simvolları ilə hazırlanmışdır. Özünüzü macəraya getməyə hazır olan əsl qoca Hollivud ulduzu kimi hiss edəcəksiniz.
1 note · View note
politiciansstuff · 2 years ago
Text
Böyük auditoriyaya önəmli açıqlamalar
İyulun 22-də prezident İlham Əliyev Çinin“China Global Television Network” nüfuzlu telekanalında yayımlanan müsahibəsi tamaşaçılarda böyük maraq doğurmuşdur.
Müxbirin Bəşəriyyətin nadir tarixi şəxsiyyətlərindən olan Heydər Əliyevlə bağlı verdiyi suallara dövlət başçısı tutarlı və təkzibolunmaz arqumentlərə aydınlıq gətirmiş, milyardlıq Çin auditoriyasına Ulu Öndərin dolğun siyasi portiretini uğurla təqdim etmişdir. Müsahibədə İstər sovet hakimiyyəti, istərsə də müstəqillik qazandığımız illərdə Heydər Əliyevin yüksək təşkilatçılıq istedad və qibtəolunacaq intellekt sahibi kimi səciyyələndirilməsi olduqca cəlbedici idi.
Xüsusilə, Sovet qoşunlarının Bakıda 1990-cı il 20 yanvarında törətdiyi qətliyama qarşı böyük rezonans doğuran cəsarətli bəyanatı və müstəqilliyimizin ilk illərində Azərbaycanın düşdüyü ağır və fəlakətli durumdan çıxarılmasında və müasir Azərbaycan dövlətçiliyinin yaranmasında oynadığı müstəsna rol, xalqımıza göstərdiyi əvəzsiz xidmətlər bir daha Ulu öndərimiz haqqında həqiqətlər çoxmilyonlu Çin tamaşaçılarında ciddi maraq yaradacağı şübhə doğurmur.
Müsahibədə Azərbaycan-Çin münasibətlərinin durmadan inkişaf etməsi, Azərbaycanın Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizində tutduğu önəmli mövqe, nəhəng “Bir kəmər, bir yol” layihəsində ölkəmizin orta dəhliz şəbəkəsində oynadığı əhəmiyyətli rol və bu baxımdan Zəngəzur dəhlizinin açılmasında nümayiş etdirdiyi prinsipial xətt ölkə rəhbəri tərəfindən olduqca aydın və inamlı şəkildə şərh olundu. Çin üçün olduqca vacib əhəmiyyət kəsb edən “Bir kəmər, bir yol” layihəsində ölkə prezidentinin qətiyyətli iradəsinin nümayiş etdirilməsi Azərbaycan-Çin münasibətlərinin möhkəmləndirilməsini şərtləndirən mühüm amillərdən biridir.
Dövlət başçısı bütün platformalarda olduğu kimi, Çinin nəhəng telekanalının yaratdığı imkandan da yararlanaraq böyük auditoriyada Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tam mənzərəsini yaradaraq, Qərb ölkələrində məskunlaşan erməni diasporunun maliyyəsi ilə ələ alınan siyasətçilərin, dövlət xadimlərinin, mətbuatın, QHT və parlamentarilərinin Azərbaycana qarşı vahid cəbhədə birləşərək Azərbaycanfobiya yaratmalarının oynadığı məkirli rolu cəsarətlə tamaşaçılara təqdim etdi.
Şübhəsiz ki, ölkə prezidenti cənab İlham Əliyevin “China Global Television Network” televiziya kanalında yayımlanan müsahibəsi geniş erməni informasiya şəbəkələlərinin ölkəmiz haqqında böhtan və qərəzli uydurmalarına vurulan ağır zərbə kimi ciddi əhəmiyyət kəsb etməkdədir.
Fəzail Ağamalı
Millət vəkili, Ana Vətən Partiyasının sədri
25 iyul 2023-cü il
Tumblr media
0 notes
psixologiyaze · 2 years ago
Text
- Yer üzündəki hər bir insan kiminsə probleminin həllidir,- bir dəfə nənə nəvəsinə dedi.
Tumblr media
Nəvə onun sözlərinə çox təəccübləndi.
-Sən kiminsə probleminin həllisən, – o təkrarlayıb izah etdi:
-Sənə verilən istedad hər kəsə lazım olmaya bilər, amma şübhəsiz ki, kiməsə lazımdır – gülüşün, sevgin, gücün.
48 notes · View notes
hakimqarayev · 3 years ago
Text
Look, İstedad varsa, bu PopSmoke'dan yan keçməməli idi 🦈. @sh3mss
15 notes · View notes
nemrinsblog · 4 years ago
Text
İnsanın xarakterində üç qızıl keyfiyyət var: səbir, nisbət hissi və susmaq bacarığı. Bəzən həyatda ağıl, istedad və gözəllikdən daha çox kömək edirlər)
28 notes · View notes
shahinelected · 1 year ago
Text
Xanımın gözəl və həzin səsi! Gözlərinizi bağlayın və bu həzin səs ilə harmoniyada olaraq, mənəvi rahatlığa qərq olun!
#shahinelected #yetenek #qabiliyyət #istedad #yaradıcılıq #kreatif #kreativ #yaratıcılık #yaratıcıkadınlar
instagram
1 note · View note
exemplarymusicmakerz · 7 years ago
Photo
Tumblr media
It’s so awesome to have my name on the @traxsource top charts. I feel really happy and joyful. More to come!! • • • • • #music #soulfulhouse #dj #hiphop #party #edm #djlife #housemusic #producers #dance #producer #artist #deephouse #repost #love #nightlife #house #beats #radio #newmusic #mixtape #miami #club #soundcloud #rnb #trance #nyc #ibiza #picoftheday • • • • #photooftheday #soul #musica #deephouse #girls #telebem #gözel #istedad #housemusiclovers #sanat #sanatkar #teatro #teatr #teatre #housemusicparty #electronicmusic #ontour #djproducer #nightclub #singer #singersongwriter #artist #artistsoninstagram #djsetlivevocal #djset #producer #privateparty #rooftopparty #deephousemusic
0 notes
gunel-25 · 6 years ago
Text
Azərbaycan kimiyəm,çox az tanıyırlar məni,amma istedad qaynıyıram.
14 notes · View notes
elnur · 2 years ago
Photo
Tumblr media
HƏYAT MƏKTƏBİNİN ÖYRƏTDİYİ 13 HƏQİQƏT 1- Məktəb, müvəffəqiyyətə zəmanət vermir. 2- Yaş, diplomu əvəz etmir. 3- Diplomların olması, zəka meyarı deyil. 4- Təcrübə, yaşdan asılı deyil. 5- İstedad, tənbəl olmaq üçün bəhanə deyil. 6- İstedad, sizi üstün etmir. 7- Həyatda heç vaxt uğur qazanmadan da istedadlı ola bilərsiniz. 8- Yaş, istedadı müəyyən etmir. 9- Avtomobil sahibi olmaq, uğurun sinonimi deyil. 10- İş həmişə kifayət etmir. 11- Şəbəkəyə (şəbəkələşməyə, netvorkinq) heç vaxt laqeyd yanaşmayın. 12- Hər kəs sahibkar ola bilməz. 13- Böyük xəyallar qursan belə, həmişə kiçikdən başlamalısan. https://www.instagram.com/p/CkYvp8_jYaA/?igshid=NGJjMDIxMWI=
0 notes
politiciansstuff · 2 years ago
Text
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, İSESCONUN XOŞMƏRAMLI SƏFİRİ, XANIM MEHRİBAN ƏLİYEVA
Hörmətli, Mehriban xanım!
Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Siz ölkəmizin birinci xanımı, görkəmli ictimai-siyasi və dövlət xadimi kimi respublikamızda və dünyada böyük hörmət və nüfuz qazanmısınız. Bu, hər bir azərbaycanlıda sevinc və fərəh hisləri doğurur. Azərbaycan mədəni irsinin qorunub saxlanılmasına və onun dünyada təbliğinə, təhsilimizə, səhiyəyə, kimsəsiz və sağlamlığını itirmiş uşaqlara göstərdiyiniz yüksək qayğı, vətəndaşlarımıza xeyirxah və lütvükar münasibətiniz Sizin amalınız və həyat tərzinizdir.
Sizin vətənpərvərliyinizin, müstəqil dövlətimizə verdiyiniz töhvələrin miqyası kifayət qədər böyükdür. Sizin həm də ölkə prezidenti, cənab İlham Əliyevin geniş miqyas daşıyan və ölkəmizi Dünyada söz sahibi və regionun lider dövlətinə çevirən siyasətinin həyata keçirilməsində Birinci vitse-prezident kimi əvəzsiz xidmətləriniz qürurvericidir.
Müzəffər və Xilaskar Ali Baş Komandan, cənab İlham Əliyevin müdrikliyi, dəmir iradəsi və qətiyyətilə zəfər çaldığımız 44 günlük Vətən müharibəsi və müharibədən sonra Sizin prezidentimizlə, qəhrəman və igid Silahlı Qüvvələrimizlə, qazilərimizlə birgə görüşləriniz, onlara ünvanlanan hər bir isti və ana nəvazişli sözləriniz düşmənlə döyüşdə əsgər və zabitlərimizdə Vətənpərvərlik ruhunun yüksəlməsinə son dərəcə əhəmiyyətli təsir göstərdi. Bu tarixi qələbimizdə, həm də Sizin görünməyən töhfələriniz danılmazdır. Erməni vandalları tərəfindən yerlə bir edilən tarixi vətənimizdə quruculuq və abadlıq işlərinin aparılmasında cənab prezidentimizlə bir olmağınız Sizə olan inam və etimadı daha da yüksəltmişdir.
Tam əminəm ki, Siz bundan sonra da bütün potensialınızı, istedad və enerjinizi sevimli prezidentimizlə bərabər onun müdrik siyasətinin reallaşmasına sərf edəcəksiniz.
Bir daha Sizi Qadınlar bayramı münasibətilə təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar, möhkəm can sağlığı, ailə səadəti arzulayıram.
Dərin hörmət və ehtiramla,
Fəzail Ağamalı
Milli Məclisin deputatı
07 mart 2023-cü il
0 notes