#iştirakçı
Explore tagged Tumblr posts
Text
DÜNYAYA SƏS SALAN COP29 - YENİ UĞUR HEKAYƏSİ
Qərbin bəzi dairələri Bakıdakı qlobal müzakirələrdə iştirak etmədikləri üçün peşman olacaqlar
COP29-un beşinci günü olsa da - tədbir noyabrın 22-dək davam edəcək - Azərbaycanın ev sahibliyi etdiyi iqlim konfransı ölkəmizin növbəti uğur hekayəsi kimi tarixə və gələn qonaqların yaddaşlarına yazılmaqdadır. Bu, təkcə dünyanın bütün qitələrindən gələn dövlət başçılarının və ali nümayəndələrinin Bakıdakı tədbirə verdikləri yüksək qiymətlə şərtlənmir. Bunu Bakıda əldə edilən real nəticələr də şərtləndirir ki, bu barədə bir qədər sonra...
Əlbəttə ki, COP29-un ikinci iş günündə liderlərin sammitində Azərbaycan Prezidenti İlham Əliyevin qısa, amma çox dəqiq hədəfləri olan çıxışı hələ uzun müddət müzakirə ediləcək.
Dövlət başçısı ən əvvəl Azərbaycanın COP29-a ev sahibliyi etməsinin 200 ölkənin yekdil qərarı olduğunu yada salaraq bunu ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi qiymətləndirib. İ.Əliyev ölkəmizin bərpaolunan enerjidə texniki potensialının quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil etdiyini deyib. Dövlət başçısı vurğulayıb ki, 2030-cu ilə qədər ölkədə təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır.
Dövlət başçısı COP29-a ev sahibliyi edən Azərbaycana qarşı haqsız hücumlara da tutarlı cavab verib, bu hücumları “yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyası” adlandırıb.
Dövlət başçısı zəngin təbii sərvətlərə malik olduğuna görə Azərbaycanın hədəfə götürülməsini qərəz və riyakarlıq adlandırıb: “Bu gün Azərbaycanı tənqid edən Qərb mərkəzləri yaxşı bilirlər ki, məhz Avropa Komissiyasının təklifi ilə Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsi imzalayıblar. Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası Azərbaycandan xahiş edib ki, qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artırsın. Beləliklə, ikilistandartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib”.
Prezident COP29-la bağlı anti-Azərbaycan isterikasını dəstəkləyənlərə də “pis xəbər” verib, iştirakçı ölkələrin sayının “onlara ən yaxşı cavab” olduğunu deyib. Dövlət başçısı COP29-da 196 ölkədən 72 min iştirakçının, onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər olduğunu deyib.
Bakıda əldə edilən real nəticələrə gəlincə, məsələn, 2015-ci ildə iqlim üzrə Paris razılaşması imzalandıqdan sonra çoxsaylı müzakirələrə baxmayaraq, onun 6-cı maddəsi (karbon bazarları) üzrə razılıq əldə etmək mümkün olmamışdı. COP29-un ilk günündə isə Paris sazişinin 6.4 maddəsi üzrə razılaşmaya nail olunub. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalının sözlərinə görə, Azərbaycan qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməklə iqlim dəyişiklikləri ilə mübarizəyə bağlılığını və bu aspektdə beynəlxalq əməkdaşlığa verdiyi dəyəri nümayiş etdirir: "Ölkəmiz son illərdə ədalətli və davamlı inkişaf prinsiplərinə əsaslanaraq enerji sektorunu yeniləmək, bərpa olunan enerji mənbələrinə investisiya qoymaq və iqlim dəyişmələrinə qarşı mübarizə aparmaq üçün bir çox əhəmiyyətli işlərə imza atmaqdadır. Azərbaycan Qərbin ikili standartları və qarayaxma kampaniyaları fonunda COP29-a yüksək səviyyədə ev sahibliyi edir. Cənab Prezident İlham Əliyev tədbirin açılış nitqində üzləşdiyimiz qərəzli yanaşmalardan bəhs edərək bunun yolverilməz olduğunu nəzərə çatdırdı və qeyd etdi ki, ekoloji problemlərin bir çoxu inkişaf etmiş ölkələrin sənaye inqilabları ilə atmosferə axıtdığı zərərli tullantılar nəticəsində yaranıb. Azərbaycan potensialını, verəcəyi töhfələri önə çəkərək dünya ölkələrindən iqlim dəyişikliyi məsələlərinə ciddi yanaşma gözləyir".
“Musavat.com” saytı
Cavanşir Abbaslı
15 noyabr 2024-cü il
https://musavat.com/news/dunyaya-ses-salan-cop29-yeni-ugur-hekayesi_1119435.html
0 notes
Text
Puçdemonun Araikdən “fərqi”- İspaniya “öküzlüyü”....
Fəzail Ağamalı: “İspaniya dövlətçilik ənənələrinə böyük xəyanət edərək, çox qüsurlu mövqeyini ortaya qoymuş oldu”Bəhruz Məhərrəmov: “Bu, Madridin riyakar xarici siyasət kursunun göstəricisidir”
İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisiya Serano Sançes Qarabağda separatçı rejimin dəstəklənməsi ilə bağlı İspaniya Xarici İşlər Nazirliyinin Tvitterdəki repostu ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Yada salaq ki, İspaniyanın Rusiyadakı səfirliyi öz “X” hesabında paylaşım edib və bu zaman Qarabağ separatçılarının qondarma “bayrağ”ından da istifadə edib.
Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, İspaniyanın öz ərazisində separatizmə qarşı mübarizə apardığı nəzərə alınaraq, bu ölkənin Azərbaycanın suveren ərazisində separatçı rejimi dəstəkləməsinin yolverilməz olduğu müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb. Belə yanaşma Azərbaycan-İspaniya münasibətlərinin ruhuna uyğun gəlmir və Azərbaycan tərəfindən qətiyyətlə pislənilir, məlumatda qeyd olunub.
Öz növbəsində ispaniyalı diplomat deyib ki, onun ölkəsi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və bu mövqedə heç bir dəyişiklik baş verməyib.
O həmçinin qeyd edib ki, sözügedən repost Azərbaycan tərəfinin narazılığından sonra silinib.
Kataloniya separatizmi ideyası bütün Kataloniya torpaqlarının İspaniya və Fransadan ayrılmasını nəzərdə tutur. 2017-ci il oktyabrın 1-də Kataloniyada ispan hakimiyyətinin qeyri-qanuni hesab etdiyi “müstəqillik referendumu” keçirilib. Müəyyən gecikmə ilə oktyabrın 27-də Kataloniya rəhbərliyi birtərəfli qaydada müstəqilliyini elan edib. Buna cavab olaraq İspaniya hökuməti Kataloniya muxtariyyətini ləğv etdi. Təxminən eyni vaxtda mərkəzi hökumət separatçı Kataloniya hökumətini dövlət vəsaitlərini israf etməkdə, separatçı əhval-ruhiyyəni qızışdırmaqda və itaətsizlikdə ittiham etməyə başladı. Kataloniyanın qondarma prezidenti Karles Puçdemon Avropaya qaçarkən həbs olundu. Ümumilikdə, Kataloniyanın “müstəqillik referendumu”ndan iştirakçı olanların əksəriyyəti də həbsə göndərildi. Bəs, indi nə baş verib ki, Puçdemonu separatçı hesab edərək cəzalandıran İspaniya XİN-in rəsmisi Araik və onun Xankəndindəki tör-töküntülərini müdafiə edir?
Mövzu ilə bağlı Milli Məclisin Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəzail Ağamalı “Yeni Müsavat”a danışıb.
Millət vəkili qeyd edib ki, hazırda dünya miqyasında xristian təəssübkeşliyi özünü bütün platformalarda göstərməkdədir: “İspaniya dövlətçilik ənənələrinə böyük xəyanət edərək, çox qüsurlu mövqeyini ortaya qoymuş oldu. Özlərinin dediyi kimi, hər zaman seperatizmdən əziyyət çəkən İspaniya indi seperatizmin yanındadır.
Bir neçə il bundan əvvəl İspaniyada başlamış seperatizmin İspaniya dövlətçiliyini necə silkələdiyinin şahidi olduq.
Kataloniya separatizmi sadəcə referendum keçirtdilər, sivil yolla müstəqil dövlətini qurmaq arzusunda idilər. Onların öz müqəddaratını təmin etmək imkanları, müstəqil dövlətləri olmayıb. Halbuki ermənilərin öz müqəddaratını təmin etmək hüququ ortalıqdaddır. Ermənistan dövləti var, amma seperatistlər ikinci qondarma Ermənistan dövlətini yaratmaq və bizim tarixi torpaqlarımızı bu qondarma quruma birləşdirmək arzusunu ortaya qoyanda İspaniya yox idi. İndi İspaniyanın Rusiyadakı səfirinin öz başına, İspaniyanın rəsmi orqanlarından , xüsusi olaraq xarici işlər nazirliyindən icazə almadan, onun razılığı olmadan belə bir bəyanat verməsi anlaşılan deyil. Bu həm də İspaniyanın mövqeyi kimi ortalığa gəldi. Bu həm də İspaniyanın riyakarlığını, ikiüzlülüyünü ortalığa qoydu və Azərbaycanın ciddi təpkiləri, tənqidləri ilə həmin paylaşım silindi. Lakin öz simasını göstərmiş oldular”.
Millət vəkili qeyd edib ki, Azərbaycan seperatçıları məhv etməyənə qədər, ölkəmizə qarşı bu cür ikiüzlü bəyanatlar, davranışlar davam edəcək:
“Düşünürəm ki, bu və buna bənzər məsələlər, erməni diasporunun yetişdirdiyi, formalaşdırdığı erməni lobbisi tərəfindən davam edəcək, çünki onlar dünyanın hər yerinə yayılıblar, erməni pulu ilə konqresmenlər, senatlar, mətbuat maqnatları, dövlət xadimləri ələ alınıb. Hesab edirəm ki, problemin yeganə həlli bütün bunlara əsas verən Qarabağda seperatizmin tamamilə məhv edilməsidir. Danışıqlar öz nəticəsinin vermir, üç ildir Azərbaycan sülhpərvər dövlət kimi iradəsini ortalığa qoyub, bütün platformalarda sülh sazişinin bağlanması, Ermənistanla münasibətlərin normalaşması, orada yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının hüquq və təhlükəsizliyinin təmin olunması üçün bütün təminatları verməsinə baxmayaraq, hələ də onlar ən müxtəlif bəhanələrə Azərbaycana qarşı bu cür hücumlarını davam etdirir. Bunun yeganə çıxış yolu seperatizmi və onu gücləndirən, onun hərəkət fəaliyyətini stimullaşdıran qanunsuz qüvvələrin məhv edilməsidir.
Beynəlxalq hüquqlar da Azərbaycanın yanındadır və bu Azərbaycanın haqqıdır. Burada BMT-nin 4 qətnaməsi var, eyni zamanda Rusiya-Azərbaycan-Ermənistan arasında 10 noyabrda imzalanmış bəyanat var, həmin bəyanatın 4-cü bəndi yerinə yetməlidir. Hesab edirəm ki, bunun üçün hazırda əlverişli situasiya yaranıb, yaxın zaman kəsiyində bu “yaradan” biryolluq xilas olmalıyıq. Nə qədər bunn etməmişik, bu və buna bənzər açıqlamalar, bəyanatlar gəlməkdə davam edəcək”.
Deputat Bəhruz Məhərrəmov isə bu barədə qeyd edib:
“İspaniyanın Rusiyadakı səfirliyinin Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlaması, rəsmi sosial media hesabında Qarabağ separatçılarının qondarma “bayrağı”nı paylaşması beynəlxalq hüququn kobud pozuntusu və Madridin riyakar xarici siyasət kursunun göstəricisidir.
İspaniya dünyada separatizmdən əziyyət çəkən beynəlxalq subyekt kimi tanınır, yaxud özünü bu cür tanıdır. Xüsusən 2017-ci ildə referendumda 91% səslə Kataloniyanın müstəqilliyini elan etməsindən sonra İspaniya Konstitusiya Məhkəməsi və Senatının, o cümlədən hökumətin atdığı radikal addımlarla 20-yə yaxın kataloniyalı siyasətçinin ağır cəzalara məruz qalması fonunda Madrid separatizmlə mübarizədə barışmaz mövqe nümayiş etdirdi: “O zaman Azərbaycan hökumətinin Pireney yarımadasında baş verənlərə münasibəti birmənalı olmuş, İspaniyanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə edilmişdi. Bütün bunların fonunda rəsmi Madridin Azərbaycanda separatizmə dəstək verərək ərazi bütövlüyümüz və suverenliyimizə hörmətsizlik ifadə etməsi qəbuledilməz ikili standartdır.
Prezident İlham Əliyevin iyulun 22-də “Euronews”da da ifadə etdiyi kimi, “Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, amma biz separatizmə dözməliyik?" Kataloniya, Qallisiya, Valensiya və Navarra bölgələrində geniş muxtariyyət və müstəqillik tələb edən qüvvələrə "separatizmlə mübarizə" çərçivəsində divan tutan İspaniyanın Azərbaycanda separatizmə dəstək verməsi Madridin separatizmlə mübarizədə qeyri-səmimiliyi və prinsipsizliyi, beynəlxalq hüquqa isə məsuliyyətsiz yanaşmasıdır. BMT Nizamnaməsi, Beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsi və Heslinki Yekun Aktında müəyyən olunmuş prinsiplərə görə dövlətlərin ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsas şərtdir. Belə bir situasiyada heç bir səbəb İspaniyanın Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etməsinə əsas verə bilməz”.
Deputat qeyd edib ki, tarixən Cənubi Qafqazla heç bir mənəvi-siyasi bağı olmayan İspaniya humanitar niyyət ifadə edirsə, bu məqsədini beynəlxalq hüquq çərçivəsində həyata keçirməli, BMT Nizamnaməsində ifadə olunan məqsədləri və ümumtanınmış prinsipləri regionda qarşılıqlı etimad mühitinin yaradılması baxımdan istisnasız şərt kimi təşviq etməlidir: “Əgər İspaniyanın Rusiyadakı səfirliyi Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisi olan Qarabağın erməni sakinlərinə yardım göstərmək niyyətində səmimi olsaydı, bu istiqamətdə Azərbaycan hökuməti ilə razılaşdırılmış formada davranmalı idi. Amma təbii ki, ortada nə yardıma ehtiyac duyulan humanitar situasiya yoxdur, nə də Madridin özünün imici humanitar məqsədlər üçün uyğun deyil. Məsələ burasındadır ki, qanlı müstəmləkə keçmişi olan, Amerika qitəsində milyonlarla yerlini qətl edib bütövlükdə öz ərazisindən 10 dəfələrlə böyük ərazini kulturasid və urbisidə məruz qoymuş İspaniyanın səmimiliyi şübhə doğurur. Elə separatçı terror qruplaşmasının bayrağını dalğalandırmaqla da, İspaniya əslində humanitar niyyət güdmədiyini, Azərbaycan və Türkiyəyə qarşı başlanmış səlib yürüşünə qoşulduğunu göstərmiş oldu. Lakin Madrid tanınmamış "subyektlərin" bayrağını dalğalandırmaq kimi zərurət hiss edirsə, yaxşı olar ki, rəsmi sosial media hesablarında özü ilə birbaşa bağlılığı olan Kataloniya, Valensiya, Navarra və Qallisiyanın bayraqlarını dalğalandırsın və bizim bölgədən uzaq dursun. Madrid unutmamalıdır ki, dövr XV əsr, məkan isə Cənubi Amerika deyil və bu gün belə prinsipsiz, ucuz gedişlərlə bölgədə nəyi isə dəyişə, Azərbaycanın diqtə etdiyi qüvvələr balansına təsir edə bilməz”.
0 notes
Text
Mustafayevin komandası "Şaxtyor"dan da xal aldı
Mustafayevin komandası “Şaxtyor”dan da xal aldı
Futbol üzrə Ukrayna Premyer Liqasında 10-cu turun oyunları keçirilib. Metbuat.org xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 2:2. Mustafayev sonadək ehtiyatda qalıb. 10 tura 17 xal toplayan…
View On WordPress
#Aleksandriya#arasında#ayrılıb#Azərbaycanlı#çıxıb#ehtiyatda#formasını#Futbolçumuzun#geyindiyi#Görüşdən#iştirakçı#keçirilib#kollektiv#komandası#Liqasında#Musatafayevin#Mustafayev#oyunları#pillədə#qarşılaşıb#Şaxtyoru#Sonadək#Sözügedən#toplayan#yarımmüdafiəçi
0 notes
Text
Həyat təzadlar üzərində qurulub: mənfi və müsbət, gecə və gündüz, ağ və qara, yaxşı və pis və s.i... Məhz, bu təzadlar dünyanı bərqərar edir. Və “Cazibə qanunu”nu təmsil edir. Gəlin, kiçik bir izah verək: Əgər pisi görməsək, yaxşını dəyərləndirib, onu qiymətləndirə bilmərik... Çünki, insan ətrafında daim eyni şeyi, məsələn, “xoşbəxtliyi” uzun müddət görürsə, buna bir növ adət edir, başqa bir variantın olmasını ağlına belə gətirmir... Və ya ağın varlığını sübut etmək üçün qaranın mövcudluğu vacibdir. Eləcə də, bildiyimiz kimi, eyni yüklü ionlar bir birini dəf edir, müxtəlif yüklər isə bir birini cəzb edir. Məhz, “Cazibə Qanunu” da buna əsaslanır. Deməli, necə ki, dünyamız təzadlar üzərində qurulub, eynilə, bu dünyada yaşanan bütün hadisələrin də iki tərəfi mövcuddur: Neqativ və Pozitiv tərəfləri... Məsələn, ən xoş və sevindirici hadisə:“Toy!”... Hamı sevinir, hamı şənlənir... Yeni bir ailənin bünövrəsi qoyulur... İki sevən şəxs “öz yuvasını qurur”...- Pozitiv hadisə... Deyilmi?! Amma, hamı bir nüansı qaçırdır... Tərəf müqabillərinin hər birinin “azadlığı” məhdudlaşır... və “vəzifə borcları” iki dəfə artır... Bax belə... Bəs bu günki vəziyyətimizdə, dünyanı virus bürüdüyü bir dövrdə, bu neqativ hadisələrin içərisində, pozitiv olan nədir?!.. Hər yanda karantin, hər yanda qadağa, hər yanda məhdudiyyətlər... Deyilmi?! Amma, gəlin, biz başqa tərəfdən yanaşaq... Əvvəla, bir şeyi unutmayaq ki, əgər situasiyanı dəyişmək iqtidarında deyiliksə, onu qəbul etməymiz lazımdır. Çünki, bu an üçün əlimizdən gələn başqa bir şey yoxdur. Və Siz bəşəriyyəti xilas etmək adına bir iştirakçı şansı qazanmısınız: İnsaqlıq adına və bəşəriyyəti xilas etmək xatirinə qəbul olunmuş qaydalara tabe olub, hər birimiz öz sahəmiz üzrə boynumuza düşən vəzifəni sözsüz yerinə yetirməliyik. Bu haqda təlimatlarla artıq hər biriniz tanışsınız. İndi isə gəlin bu situasiyaya digər tərəfdən yanaşaq... Heç kim bu vəziyyətin nə qədər davam edəcəyini dəqiq bilmir. Amma hər kəs bilir ki, bir gün buna son qoyulacaq.
26 notes
·
View notes
Text
TOEFL Kurslarının Əhmiyyəti
TOEFL imtahanından verməzdən əvvəl imtahandan maksimum fayda və yüksək bal əldə etmək üçün TOEFL kurslarına qoşulmaq lazımdır. İngilis dili biliklərinin bütün dünyada universitetlərdə və təşkilatlarda ən çox qəbul edilən normalardan biri olduğunu nəzərə alsaq, TOEFL imtahanı verən şəxsin yaxşı bal toplaması məcburidir.
İngilis dilində danışma və yazı bacarıqlarını mənimsəmək və inkişaf etdirmək üçün TOEFL və ya onlayn İngilis dili kursları keçirməyin əsas üstünlüklərindən bəziləri aşağıdakılardır.
Akademik üstünlük
TOEFL testinə hazırlaşmaq hər kəsə asan görünsə də elə də asan deyil. İmtahan üçün çox çalışmaq və proqramlı hazırlaşmaq lazımdır. Özlərini daha yaxşı hazırlamaq üçün seçim edə biləcəyi müxtəlif onlayn və oflayn TOEFL kursları mövcuddur. Bu kurslar, TOEFL testində yaxşı bal toplamağa kömək etməklə namizədə akademik üstünlük verir.
TOEFL testində yaxşı bal toplamaq, TOEFL kurslarının köməyi ilə hazırlıq sayəsində, dünyanın tanınmış və yüksək reytinqli universitetlərinə qəbul olma şansını artırır, rəqibləri üzərində namizədləri önə çəkə bilər. . Bu da öz növbəsində yaxşı iş yerləri və karyera perspektivlərində böyümə perspektivlərini artırır.
Professional üstünlük
İndiki vaxtda iş təşkilatları potensial iş axtaranların ingilis dilində ünsiyyət və yazı bacarıqlarında səmərəli olmasını zəruri etmişdir. TOEFL testində yaxşı nəticələr əldə etməklə namizədlər öz profillərinə uyğun olaraq yaxşı iş qazanmaq üçün daha yaxşı bir şans qazanırlar. Beləliklə, peşə üstünlükləri üçün TOEFL kurslarına üstünlük vermək iş axtaranlar üçün əsas və həyati zərurətlərdən biridir. TOEFL kursları sizə TOEFL test sınağında uğur qazanmağınıza imkan verir və bununla da mavi çip şirkətlərindən hər hansı birində rahatlıqla iştirak edə bilərsiniz.
Şəxsi üstünlük
TOEFL imtahanından yaxşı nəticə qazanmaq və ingilis dilində danışmaq və yazmaq bacarığı qazanmaq özünə inam səviyyənizi artırmaq üçün uzun bir yol qət edir. TOEFL kursları və ingilis dilini mənimsəmək sayəsində kütlənin qalan hissəsindən öndə getmək olar. Artıq heç bir işlə əlaqəli qrup müzakirələrində və ya görüşlərində passiv və səssiz iştirakçı olaraq qalmaq məcburiyyətində deyil, daha fəal olmalısınız.
Əlavə məlumat üçün: - ingilis dili kurslari
Sosial mediada CELT Colleges Xetai Yeniləmələr ziyarət edin: -
https://www.facebook.com/celtscollege/
https://www.instagram.com/celtcollegesxatai/
1 note
·
View note
Text
Ədalətsizliyi görüb susmaq, onda iştirakçı olmaq kimi bir şeydir.
24 notes
·
View notes
Photo
I Ətrafınızdakı insanları bir neçə saat müşahidə etsəniz, böyük əksəriyyətinə hakim olan vacib bir xüsusiyyəti görərsiniz: insanlardakı bu xəstəliyi görmək üçün mütləq çox əhəmiyyətli mövzulardan danışmağa ehtiyac yoxdur. Bəzən dilə gətirilən bir xatirə, hansısa bir yeməyin tərifi, bəzən tamaşa edilən bir televiziya proqramı, yaşanan gündəlik bir hadisə, bəzən də oxunan adi bir qəzet xəbəri belə insanlardakı bu xəstəliyi ortaya çıxara bilər. Əlbəttə ki, bu qədər adi gündəlik söhbətlərdə belə bu rəftarı göstərən insan daha əhəmiyyətli və həyati mövzular olduqda son sözü özündən başqa kiminsə deməsinə icazə verməz. Bir çox insan özündəki bu vərdişi şəxsiyyətli olmaq, iştirakçı olmaq, ağıllı hərəkət etmək, və ya şəxsiyyətini ortaya qoymaq kimi düşüncələrlə təyin edə bilər. Amma nə cür adlandırılsa da, son sözü demək vərdişi böyük çatışmazlıqdır. Üstəlik, insan, həqiqətən, çox ağıllı ola bilər. Hamıdan daha təcrübəli, daha əsaslı düşünə bilər. Ancaq bütün bu şərtlər bir yerdə olsa belə, insanın yalnız öz ağlına güvənməsi, öz dediyində təkid etməsi və heç kimin düşüncəsinə etibar etməməsi bir çox cəhətdən səhvdir. Halbuki, gözəl əxlaqlı insan haqlı çıxmağı deyil, Müsəlman qardaşlarına sevgi, hörmət, təvazökar və xoş yanaşmağı, ən doğrunu bilsə belə, mövzunu mütləq onların könüllərini alıb mehribanlıqla, onların razı qalacağı şəkildə həll etməyi düşünməlidir. İnsanın doğru olan bir şeyi tətbiq etməsinin bir sıra gözəl yolu var. Şəxsin bütün bu gözəl əxlaq xüsusiyyətlərinə əhəmiyyət vermədən, yalnız doğru bildiyini söyləyib keçməsi isə Quran əxlaqına uyğun deyil. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #Son #söz https://www.instagram.com/p/CWVqk6Ns7F_/?utm_medium=tumblr
#quran#ayə#surə#ixlas#islam#iman#əxlaq#hzəli#tövbə#təqva#dinipaylasimlar#hədis#allah#evdəqal#namaz#son#söz
0 notes
Photo
1 noyabr 1998-ci ildə Azərbaycanda Avropa İnsan Haqları Məhkəməsi təsis edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi (ing. European Court of Human Rights, fr. Cour Européenne des droits de l’homme) — "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəmə. İnzibati binası Fransanın Strasburq şəhərində yerləşir. Məhkəmə, Konvensiyanın qəbul edilməsindən 9 il sonra, qüvvəyə minməsindən isə 6 il sonra, yəni 1959-cu ildən fəaliyyətə başlamışdır. Bu, əsasən onunla izah olunur ki, iştirakçı-dövlətin Konvensiyanı ratifikasiya etməsi avtomatik olaraq Məhkəmənin yurisdiksiyasını da tanıması demək deyildi. Bu halda dövlətin xüsusi bəyanatı tələb olunurdu. 12 iyul 1949-cu ildə Avropa Şurasının Nazirlər Komitəsinə Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa Məhkəməsinin Statutunun layihələri təqdim edildi. Lakin buna baxmayaraq, Komitənin 9 avqust 1949-cu il tarixdə keçirilən birinci sessiyasında yeddi səs lehinə, dörd əleyhinə və bir səs bitərəf olmaqla «İnsan hüquqlarının və əsas azadlıqların müəyyən edilməsi, müdafiəsi və inkişafı» adlı bəndin Şuranın Məşvərətçi Assambleyasının birinci yığıncağının gündəliyindən çıxarılması qərara alındı. Hüquq komitəsi tərəfindən təklif edilən konvensiya layihəsində on iki əsas insan hüquq və azadlıqları sadalanırdı, həmçinin insan hüquqları üzrə Avropa Komissiyasının və Məhkəməsinin yaradılması, ayrı-ayrı şəxslərin və dövlətlərin şikayət ərizəsi ilə Komissiyaya müraciət etmək hüququ və Komissiyanın və ayrı-ayrı dövlətlərin işi Məhkəməyə verə bilməsi nəzərdə tutulurdu. Lakin Komissiyanın və Məhkəmənin yaradılması təklifi hamı tərəfindən dəstəklənmədi. 6 sentyabr 1949-cu ildə Fransa və Böyük Britaniyadan olan nümayəndələr hüquq komitəsinin Məhkəmənin yaradılması haqqında tövsiyəsini rədd etmək təklifi ilə çıxış etdilər. Onlar əsasən ayrı-ayrı şəxslərə müvafiq dövlətə qarşı şikayət ərizəsi ilə çıxış etmək hüququnun verilməsinin əleyhinə çıxırdılar və bunun dövlətlərin suverenliyinin alçaldılmasına gətirib çıxaracağını bildirirdilər. Lakin, bununla bərabər bir çox nümayəndələr, Məhkəmənin yaradılmasının vacibliyini vurğulayırdılar. İki günlük gərgin müzakirələrdən sonra, 8 sentya https://www.instagram.com/p/CVt6m5DoUtH/?utm_medium=tumblr
0 notes
Text
ATƏT-in Minsk qrupu Bakı ilə İrəvan arasında münaqişənin həllinə dair yeni təkliflər hazırlayır və ya artıq hazırlayıb
Azərbaycan Prezidenti İlham əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda təşkil etdiyi "Cənubi Qafqaz: Regional İnkişaf və əməkdaşlıq perspektivləri" mövzusunda müzakirələr zamanı çox mühüm bəyanatla çıxış edib: "ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verə bilər". "ATƏT — in Minsk Qrupunun həmsədrləri ilə görüş zamanı mən demişdim ki, onlardan yeni təkliflər gözləyirəm. — Ona görə də düşünürəm ki, hazırda bu təşkilat yeni təkliflər axtarışındadır. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, hər iki ölkənin vətəndaşlarının birgə yaşaması üçün yeni təkliflər irəli sürülə bilər". Bir də sitat: "erməni cəmiyyəti bu yeni reallığa uyğunlaşmalıdır. Bu ədalət zəfər idi. Təəssüf ki, bu gün Ermənistan cəmiyyətində revanşist tendensiyalar və azərbaycanofobiya hökm sürür. Biz gələcəyə baxmalıyıq. Biz artıq təklif etmişik, mən dəfələrlə demişəm ki, Ermənistanla sülh sazişini imzalamaq istəyirik. Lakin bütün bunlar birgə səylər tələb edir".
Bir qədər əvvəl Bakı bəyan etmişdi ki, "Dağlıq Qarabağ münaqişəsini başa vuran ikinci Qarabağ müharibəsindən sonra ATƏT-in Minsk qrupunun fəaliyyətində Praktiki ehtiyac yoxdur və o," öz tarixi rolunu yerinə yetirdi". O da ondan ibarət idi ki, əsrin dörddə biri ərzində Yeni silahlı münaqişəyə yol verilməsin. Bu, yeganə iş idi ki, o, bunu edə bildi, amma yenə də məsələ hərbi yolla həll olundu. İndi göründüyü kimi, vəziyyət dəyişib və əliyev ritorikası da dəyişib. Güman ki, bu, ABŞ prezidenti Co Bayden Konqresə xəbər verdikdən sonra baş verib ki, Administrasiya ABŞ-ın Bakı ilə İrəvan arasındakı münaqişə və gərginlik, ətrafında, "Amerikanın səsi", "Dağlıq Qarabağın mübahisəli ərazisi"ilə əlaqədar əvvəlcədən məhdudlaşdırılmış Azərbaycana yardım göstərməyə imkan verən düzəlişin qüvvədə olma müddətini uzadır. Bir qədər əvvəl isə ABŞ-ın dövlət katibi Entoni Blinken əliyevlə telefonla söhbət edib və Dövlət Departamentinin bəyanatında qeyd olunduğu kimi, "insan hüquqlarına və fundamental azadlıqlarına hörmətin əhəmiyyətini vurğulayıb, Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ ətrafında münaqişənin regionun bütün xalqlarının mənafeyi naminə uzunmüddətli siyasi həllinə nail olmaq istiqamətində danışıqlar prosesinin irəli aparılması istiqamətində səylərinin davam etdirilməsinin vacibliyini vurğulayıb". Yəni Vaşinqton Dağlıq Qarabağ münaqişəsini "həll edilmiş" hesab etmir və əliyevin reaksiyasına əsasən, Bakı bu mövqeni qəbul edib ki, bu da müəyyən suallar doğurur.
Məsələ ondan ibarətdir ki, dörd aylıq fasilədən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri fəallaşmaq qərarına gəldilər və bəyanat verdilər. Onlar Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejimini müsbət qeyd ediblər, "həlak olanların qalıqlarının geri qaytarılması və münaqişə nəticəsində yurdlarına qayıtmaqla davam edən tərəqqi ilə bağlı əhəmiyyətli nailiyyətləri alqışlayıblar", həmçinin "bütün region üzrə nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasına yönəlmiş konstruktiv diskussiyalar"ni dəstəkləyiblər. Bundan başqa, onlar xüsusi olaraq vurğulayıblar ki, "ATƏT-in təsdiq etdiyi mandatının müddəalarını və regionun bütün sakinlərinin sabit, dinc və çiçəklənən gələcəyə ümidlərini nəzərə alaraq, tanınmış tərəflərə element və prinsiplər əsasında son, hərtərəfli və davamlı nizamasalmaya xüsusi diqqət yetirmək lazımdır". Onlar tərəfləri "ilk fürsətdə həmsədrlərin himayəsi altında yüksək səviyyədə siyasi dialoqu bərpa etməyə" çağırıblar, "tərəflərin prioritetlərini əks etdirən strukturlaşdırılmış gündəliyin ilkin şərtləri olmadan tərəflərin baxması və razılaşdırılması məqsədi ilə birbaşa ikitərəfli məsləhətləşmələri öz himayəsi altında təşkil etməyə" hazır olduqlarını bildiriblər, həmçinin, "Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar da daxil olmaqla, regiona işgüzar səfərlərin bərpa olunmasına, vəziyyətin qiymətləndirilməsi və vasitəçilik funksiyalarının yerinə yetirilməsinə hazır olduqlarını"ifadə ediblər. Bundan başqa, qrup məşhur Madrid prinsiplərini tarixin zibilliyinə atmayıb və bu prinsiplər əsasında əvvəllər danışıqlar prosesi həyata keçirilib.
Yeri gəlmişkən, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona səfəri zamanı Fransanın Ermənistandakı səfiri Conatan Lakott bildirib ki, "tezliklə Fransa və Rusiya prezidentləri Emmanuel Makron və Vladimir Putin Qarabağ probleminin möhkəm həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər". Bu təşəbbüslərin nə olduğu məlum deyil, Bundan başqa, Moskva və Paris ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi bu məlumatı təkzib etmirdilər. Bununla əlaqədar düşünmək olar ki, Blinken əliyevlə söhbətində Minsk qrupunun yenidən işə başlaması ilə bağlı hansısa yeni təkliflər səsləndirib və təsadüfi deyil ki, Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu Lavrovla Reykyavikdə Blinken arasında görüş zamanı müzakirə edilib. Amma aydındır ki, ABŞ bu istiqamətdə opportunistlər kimi hərəkət etmək və ATƏT-in Minsk qrupu daxilində tənqidi kütlə yaratmaq niyyətində deyil. Deyəsən, həqiqətən də ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı yeni təkliflər hazırlayır və ya artıq hazırlayıb.
Vəziyyəti geniş siyasi kontekstdə qiymətləndirsək, Azərbaycan Prezidenti həmişə olduğu kimi, pərdəarxası prosesin son nöqtəsini, lakin ara nöqtəsini tutur və Dağlıq Qarabağ münaqişəsinin başa çatmamasının faktiki olaraq tanınmasına Minsk qrupunun hər hansı super-sərfəli yeni təklifləri və ya müəyyən vacib hallar sövq etməli idi. Çünki o, ilk növbədə, bütün iştirakçı və münaqişə tərəfləri üçün tələb olunan aktor kimi ABŞ-ı nəzərdə tutması faktına çevrilir. Bu, birinci məqamdır. İkinci. Qarabağ münaqişəsinin nizamlanmasında öz eksklüziv statusunun heç olmasa bir hissəsini geri qaytarmaq üçün vəziyyəti dəyişməyə cəhd göstərən Amerika və avropalı siyasətçilərin bəzi bəyanatlarına əsasən, onlar regionda Qarabağ müharibəsinə son qoyan 9 noyabr 2020-ci il tarixli sülh razılaşmalarına paralel olaraq öz layihəsini reallaşdırmağa başlayıblar. İstisna deyil ki, Qərb ictimaiyyəti gələcəkdə Dağlıq Qarabağda Rusiya sülhməramlılarının statusu və ya onların beynəlxalq sülhməramlı korpusla əvəz olunması məsələsini ortaya qoyacaq. Özü də 9 noyabr 2020-ci il tarixli razılaşma ATƏT-in Minsk qrupu üçün imkanların nəzərəçarpacaq dərəcədə boşluğunu yaradır.
Minsk Qrupu həmsədrlərinin birgə bəyanatının əvvəlki vurğularını əsas götürsək, məsələ Dağlıq Qarabağ ətrafında informasiya-siyasi və Diplomatik vəziyyətin gərginləşməsinə doğru gedirdi. Bütün əlamətlərə görə, hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri məhz bu problemin həlli ilə məşğul olurlar. Düzdür, indi Madrid prinsiplərinin müzakirəsinə qayıtmaq çətin ki, mümkün olsun, bu istiqamətdə həmsədrlər sülh dialoqunun davamını strukturlaşdırsınlar, onları iki xəttə dəqiq bölsünlər, müharibə və sülh problemlərinə təbii üstünlük versinlər, digər tərəfdən isə humanitar işlər görsünlər. Birinci xətt üzrə davamlı tərəqqi olmasa, qalan məsələlərin müzakirəsi mənasını itirir.
0 notes
Text
SOYKIRIMCI SİSTEM VE TOPLUMU
Hasan H. Yıldırım & Hussein Erkan
Türk egemenlik sistemi ve toplumsal varoluşu soykırımcıdır. Sistemin ve toplumun temeli böyle atılmış. Bu bir zorunluluk olarak görülmüş. Nedeni; uygulayıcıların yerli olmayışlarından, dışarıdan gelen göçmen, muhacir karakterinden ileri gelmektedir. Yerlilerle kan uyuşmazlığı var. Birlikte eşitçe ortak bir yaşam kurma mümkün görülmemiş. Etnik arındırma yöntemini izleyerek herkesi kendi kanlı potasında eritmiş. Bana tabiî olacaksın, benim gibi düşüneceksin, dediklerimi yapacaksın demiş. Başlamışlar “kırmızı çizgilerimiz” diye sıralamaya. “Tüküm diyeceksin.” “Devlet baba diyeceksin.” “Devletin kestiği parmak acımaz diyeceksin.” “Tek vatan, tek millet, tek dil, tek bayrak diyeceksin.” Demeyene “ya sev, ya terk et” dediler. Terk etmeyenlere yöneldiler. Tek tek veya toplu katlettiler. Ya zindana attılar, ya da yurtdışına kaçışlarına yol verdiler.
Bu yöntemle coğrafyamızın kadim millet ve etnik unsurlarını yok ettiler. Geri kalanlardan kendi deyişleriyle “72.5 milletten yok olan bir ulus yarattılar.“ Kendi potalarından erittiler, mankurtlaştırdılar. Kendi dışında kim varsa onlara saldırttılar.
Bu yönetim biçimine soykırım sistemi denir. Bu sistemin yaratımı olan kitleye de soykırımcı toplum denir. Soykırım sadece etnik bir unsuru toptan yok etmekle sınırlı değildir. Dilini yasaklamak da soykırımdır. Kültürünü yasaklamak da soykırımdır. Zoraki asimilasyon da soykırımdır. Zoraki göç ettirmek de soykırımdır. Bunların hepsi Türk egemenlik sisteminin sahipleri tarafından yapılmış ve yapılıyor. Halkının da sosyal-siyasal rızası olmuş. Buna Türk tipi yönetim biçimi diyebilirsiniz. Soykırım sitemi ve toplumu dediğimiz budur.
Bu tutum sadece yönetim kademesiyle sınırlı değildir. Sistemin bazı kanatlarıyla da sınırlı değildir. İstisnalar hariç Anadolu toplumunun tamamına yakın kesiminin bu düşünce ve uygulamalara iştirakçı olduğu inkar edilemez. Toplum öyle yetiştirilmiş. El kadar bebeğe bile bu bilinçaltı empoze edilmiş. Devletten bunu görmüş. Aileden bunu görmüş. Komşusundan bunu görmüş. Bunun iyi bir şey olduğuna inanmış. Ondan sonra kendisi de uygulamaya başlamış. Kendisi gibi düşünmeyen herkesi yok edilmesi gereken düşman görmüş. Bugünde aynı mantık ve uygulama sahibidir.
Türk egemenlik sisteminin yönettiği Anadolu toplumu sürekli tetiktedir. Kim saldıracak korkusu içindedir. Bunu da devlet ona empoze etmiş. “Ülkemizi bölmek isteyen bedbahlar var” korkusunu vatandaşa aşılamış. “Kimseye tek bir çakıl taşı vermeyiz” mottosuyla başlatılan geniş bir repertuar kolektif hafızalara kazınmış. Bu nedenle binbir zahmetle yetiştirdiği evladını davullu-zurnalı “en büyük asker bizim asker” nidalarıyla savaşa gönderme yükümlülüğü toplumun sırtına yüklemiş. Öldürüldüğünde de “vatan sağ olsun” demeyi olağanlaştırmış. Bu bir cinnet halidir. İşte soykırımcı sistem ve yaratımı olan toplumun korkunç bir yüzü de budur.
Bu soykırımcı sistem ve toplumun mevcut araç ve aktörlerle değişmesi mümkün görünmüyor. Bir devrimle alt-üst olması gerekiyor. Buna da mevcut toplumsal dinamiklerin gücü yetmiyor. Anadolu toplumunun sosyolojik yapısı buna elvermiyor. Bu toplumsal düzenin ancak dış bir müdahale ile alt-üst edilmesi gerekiyor. Tıpkı Irak, Suriye, Afganistan, Libya, Yugoslavya’da olduğu gibi. Bu da ABD’nin 21. Yüzyıl politikası denilen Genişletilmiş Orta Doğu Projesi (GOP) kapsamında gerçekleşecektir. ABD’li yetkililerin “Türkiye de GOP kapsamı içindedir” demesi boşuna değildir.
Bundan sonra Türkiye’ye karşı izlenecek politika 14 Haziran NATO ve sonraki günlerde toplanacak olan demokrasi ile yönetilen ülkelerin alacakları kararlarla iyice netleşecektir. Sorunlar Türkiye ile müzakere edilmeyecektir. Alınan kararlar kendilerine dayatılacaktır. Türkiye de bunu kabullenmeyeceğine göre Irak, Suriye, Afganistan, Libya, Yugoslavya’ya ne yapıldıysa ona da aynısı yapılacaktır. Türk soykırımcı sistemi ve toplumun değişmesini isteyen güçler bunu ciddiye almalı, kendini buna göre örgütlemeli ve pratikleştirmelidir. Bunu kavrayan, gereğini yapan güçler yarının sahipleri olacaklardır. Burada kendilerine “anti-emperyalist” rolü devşiren güçler istemese de kendini soykırımcı Türk yönetimin yanı başında bulacaktır.
ABD’nin öncülük ettiği Batı sistemi, önce yenilmez denilen Türk devletinin yenilgisini Anadolu toplumuna tattırmaya çalışacaktır. “Bir Türk dünyaya bedeldir” algısını kıracaktır. Türkün de yenilebileceğini kendisine gösterecektir. Sonra, “hata ülke Türkiye” dediğimiz coğrafyanın etnik temelde bölünebileceği kendisine gösterilecektir. Böylelikle “Kimseye verecek bir çakıl taşımız yok” anlayışının yok edilmesi gerekiyor. Toplumu oluşturan kesimlerin kendi kimlikleriyle kendini ifade etmesi, kim neye inanıyorsa ona göre ibadetini yapmasının kimseye bir zararının olmadığının ona gösterilmesi gerekiyor.
Ondan sonra geride kalan Anadolu toplumunun sıfırdan yeniden inşa edilmesi gerekiyor. Ona soykırımın insanlıkdışı bir suç olduğunun kavratılması gerekiyor. Soykırımcı tarihiyle hesaplaşması gerekiyor. Soykırım mağdurlarından özür dilemesi gerekiyor. Bunun ilkokuldan başlamak üzere tüm eğitim süreci boyunca müfredat olarak okutulması gerekiyor. Bu da hemen olacak bir mesele değildir. Uzun bir çabayı ve rücuyu gerektiriyor.
Her şeyden önce Anadolu toplumunun demokrasiye ihtiyacı vardır. Kendi siyasal ve toplumsal hastalığının panzehiri budur. Eskiden “hasta adam” diyorlardı, şimdi ise bütün sosyolojisi hastalandı. Jenosidal düzen toplumu mental anlamda çürüttü. Bu yüzden öncelikli olarak bu toplumun demokratikleşmesi gerekiyor. Bunun nasıl ve hangi güçlerle olması gerektiğini bilince çıkarması gerekiyor.
Anadolu toplumunun değişmesi için ne sosyalistlerin, ne sosyal-demokratların, ne de başka bir kesimin sistemle ciddi olarak bir hesaplaşması olmadı. Çağdaşlaşma ve toplumda diğer etnik, milli ve farklı dini inançtaki kesimlerle barış içinde hakça birlikte yaşama akıllarına bile gelmedi. Bu güne kadar “Kahrolsun emperyalizm“, “yaşasın bağımsız Türkiye“ belagatıyla bayrak sallamanın dışında ciddi bir proje uygulanmadı. Bunu da monolitik bir mantıkla yaptı. ‘Türkiye ve Türk’ ile başlayan siyasal argümanlarla sisteminin tezahürüne dönüştü. Sistemin kuruluş felsefesinden farklı bir yol bulamadı. Ve doğaldı ki, toplumla kucaklaşılamadı. Bu yöntemlerle toplumun değişmeyeceği anlaşılmalıdır. Bu konuda ciddi bir çabadan bahsedilecekse eğer, o da “liberal demokratların” verdiği mücadeleydi. Onlar da 15 Temmuz 2016’da büyük bir mağlubiyet alarak tasfiye oldular.
https://gazetekok.com/soykirimci-sistem-ve-toplumu/%20somut%20emek-soyut%20emek
0 notes
Text
İlin ən əhəmiyyətli tədbiri: “Ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək”
"COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərməklə yanaşı, həm də bir sıra əhəmiyyətli məsələləri də gündəmə gətirir".
Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında deyib.
O bildirib ki, ölkəmiz qlobal əhəmiyyətli tədbiri keçirməklə ilk növbədə iqlim dəyişiklikləri ilə mübarizəyə olan bağlılığını və bu sahədəki beynəlxalq əməkdaşlığa verdiyi dəyəri göstərir:
"COP29 kimi mötəbər tədbir Azərbaycanın ekoloji siyasətinin təqdim edilməsi kontekstində mühüm bir platformadır. 198 ölkə nümayəndələrinin tədbirdə iştirakı ölkəmizin diplomatik mühitdəki rolunu gücləndirəcək, yeni əməkdaşlıq imkanları yaradacaq və dövlətimizin beynəlxalq arenada əhəmiyyətini daha da artıracaq.
Bununla paralel olaraq tədbirin iqtisadi aspektləri də olduqca diqqət çəkicidir. COP29-un təşkili yerli iqtisadiyyata olduqca müsbət təsir göstərəcək. O cümlədən, türizm sektorunun inkişafı, yerli sahibkarlar üçün yeni imkanların yaranması və qonaqpərvərlik sahəsində xidmət keyfiyyətinin artırılması yeni inkişaf standartlarına zəmin yaradacaq".
Millət vəkili qeyd edib ki, COP29-un keçirilməsinin əsas qayəsi insanlar tərəfindən iqlim sisteminə edilən və təhlükəli hesab olunan bütün müdaxilələrin qarşısını almaqdır:
"Elə bu məqsədlə də COP29 iştirakçı dövlətlər arasında iqlim dəyişikliyi və onun fəsadları haqqında ictimai şüur formalaşdırır və həmçinin məlumatlılığı artırır.
Nəticədə, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizlə yanaşı dünyanın iqlim siyasətində mühüm irəliləyişlərə səbəb olacaq. Bu mötəbər tədbirin möhtəşəm şəkildə paytaxtımızda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq".
Elmir Mustafa
"Cebheinfo.az"
11 Noyabr 2024-cü il.
https://cebheinfo.az/iqtisadiyyat/ilin-en-ehemiyyetli-tedbiri-olke-iqtisadiyyatina-musbet-tesir-gosterecek_177
0 notes
Text
Renat oynadı, komandası...
Renat oynadı, komandası…
Millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” İsveçrə çempionatında növbəti oyununu keçirib. Metbuat.org xəbər verir ki, sözügedən komanda öz meydanında “Lutsern”lə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub. Renat da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana çıxıb. Qeyd edək ki, “Qrasshopper” 17 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Metbuat.org
View On WordPress
#arasında#çempionatında#çıxıb#çıxış#Dadaşovun#dəqiqədə#görüşün#hücumçusu#iştirakçı#iştirakçısı#İsveçrə#keçirib#Lutsernlə#meydanında#məğlub#Millimizin#növbəti#pillədə#qarşılaşıb#qərarlaşıb#Qrasshopper#Sözügedən
0 notes
Photo
🏆Kardeş Azerbaycan 🏅Uygulamalı Aile Evlilik Çift Danışmanlığı Eğitimi 1. Modül Mutlu Son 🇹🇷🇦🇿 @pmakademiya @psikologtubakoldag @mylifepsikoloji @rengirenginedengidengine @ekincansins @dr_psixoloq_cemile_yasharqizi @yaseminngozutok @hayatterapi @hediyearay @yasamkocu_aysim @yasamkoclari @aysim_ @cocukpsikologu 📌 Təlimin adı: “#Ailə Terapiyası” təlimi 🗓 #Təlim tarixi : 21-22 dekabr - I Modul 14 saat ⏰ Təlimin müddəti: Hər modul 14 saat (cəmi 42 saat) 3 moduldan ibarət olacaq. (digər modullar haqqında əvvəldən məlumat veriləcəkdir). 📍 Təlimdən əldə edəcəksiniz: 1. Münasibətləri dəyərləndirmədə 94% uğurla münasibətin gələcəyini təyin edə bilən araşdırma nəticələrinin öyrənilməsi, 2. Xoşbəxt münasibətlərin və yolunda getməyən ünasibətlərin xüsusiyyətlərinin öyrənilməsi, 3. Cütlüklərin izahatını müşahidə etmə, keçmiş hekayəsini dinləmə, dəyərləndirmə vasitələini tətbiq etmə, cütlüklərin mübahisələrinin müşahidə edilməsi və fərdi dəyərləndirmə görüşmələri yolu ilə ətraflı dəyərləndirmə müddətini reallaşdıra bilmək, 4. Keys analizləri və həlli yolları,nəzəriyyələr əsasında problemlerə yanaşma ortaya qoymaq, 5. Cütlüklərin mübahisələri idarə edəbilmə və həll etmə mövzusundakı bacarıqlarını gücləndirməkdə təsirli iki vacib müdaxilənin öyrənilməsi, 6. Cütlüklərin ortaq məna formlaşdırma və dəyərlər sisteminin formalaşdırılmasında təsirli iki təməl müdaxilənin öyrənilməsi, 7. 50 səhifəlik tətbiq edici materialının paylaşıldığı Ailə #terapiyası sahəsində beynəlxalq sertifikatlı,əhəmiyyətli bir təlim proqramını almış olacaqsınız. 📄 Sertifikat: Türkiyə “#Mylife Aile Evlilik Çift Danışmanlığı” tərəfindən təsdiqlənən Beynəlxalq dərəcəli sertifikat. 💶 Qiymət təkliflərimiz:Təlimin bir modulu üçün ödəniş160 azn-dir. İlkin qeydiyyata qədər (15 dekabra qədər) olan müraciətlərə güzəştli qiymət 145 azn-dir. Hər 3 modulun öncədən ödənişi üçün paket qiyməti isə 385 azn-dir. Təlim 30 iştirakçı üçün nəzərdə tutulub.Öncədən qeydiyyatdan keçmək şərtdir. 📝 Qeydiyyat üçün zəng etməniz və ya qeydiyyat linkini doldurmağınız xahiş olunur. @pmakademiya QEYDİYYAT LİNKİ: 📝https://forms.gle/GeirWSGtrCTt5VbG8 ☎ Əlaqə: (012) 530 39 87 / (050) 562 88 46 https://www.instagram.com/p/B6bV7Ttj5X6/?igshid=140vigfk6ns0l
0 notes
Photo
🏆Kardeş Azerbaycan 🏅Uygulamalı Aile Evlilik Çift Danışmanlığı Eğitimi 1. Modül Mutlu Son 🇹🇷🇦🇿 @pmakademiya @psikologtubakoldag @mylifepsikoloji @rengirenginedengidengine @ekincansins @dr_psixoloq_cemile_yasharqizi @yaseminngozutok @hayatterapi @hediyearay @yasamkocu_aysim @yasamkoclari @aysim_ @cocukpsikologu 📌 Təlimin adı: “#Ailə Terapiyası” təlimi 🗓 #Təlim tarixi : 21-22 dekabr - I Modul 14 saat ⏰ Təlimin müddəti: Hər modul 14 saat (cəmi 42 saat) 3 moduldan ibarət olacaq. (digər modullar haqqında əvvəldən məlumat veriləcəkdir). 📍 Təlimdən əldə edəcəksiniz: 1. Münasibətləri dəyərləndirmədə 94% uğurla münasibətin gələcəyini təyin edə bilən araşdırma nəticələrinin öyrənilməsi, 2. Xoşbəxt münasibətlərin və yolunda getməyən ünasibətlərin xüsusiyyətlərinin öyrənilməsi, 3. Cütlüklərin izahatını müşahidə etmə, keçmiş hekayəsini dinləmə, dəyərləndirmə vasitələini tətbiq etmə, cütlüklərin mübahisələrinin müşahidə edilməsi və fərdi dəyərləndirmə görüşmələri yolu ilə ətraflı dəyərləndirmə müddətini reallaşdıra bilmək, 4. Keys analizləri və həlli yolları,nəzəriyyələr əsasında problemlerə yanaşma ortaya qoymaq, 5. Cütlüklərin mübahisələri idarə edəbilmə və həll etmə mövzusundakı bacarıqlarını gücləndirməkdə təsirli iki vacib müdaxilənin öyrənilməsi, 6. Cütlüklərin ortaq məna formlaşdırma və dəyərlər sisteminin formalaşdırılmasında təsirli iki təməl müdaxilənin öyrənilməsi, 7. 50 səhifəlik tətbiq edici materialının paylaşıldığı Ailə #terapiyası sahəsində beynəlxalq sertifikatlı,əhəmiyyətli bir təlim proqramını almış olacaqsınız. 📄 Sertifikat: Türkiyə “#Mylife Aile Evlilik Çift Danışmanlığı” tərəfindən təsdiqlənən Beynəlxalq dərəcəli sertifikat. 💶 Qiymət təkliflərimiz:Təlimin bir modulu üçün ödəniş160 azn-dir. İlkin qeydiyyata qədər (15 dekabra qədər) olan müraciətlərə güzəştli qiymət 145 azn-dir. Hər 3 modulun öncədən ödənişi üçün paket qiyməti isə 385 azn-dir. Təlim 30 iştirakçı üçün nəzərdə tutulub.Öncədən qeydiyyatdan keçmək şərtdir. 📝 Qeydiyyat üçün zəng etməniz və ya qeydiyyat linkini doldurmağınız xahiş olunur. @pmakademiya QEYDİYYAT LİNKİ: 📝https://forms.gle/GeirWSGtrCTt5VbG8 ☎ Əlaqə: (012) 530 39 87 / (050) 562 88 46 (Azerbeycan - Bakü) https://www.instagram.com/p/B6bU8gEjCbf/?igshid=rce4fo8z2kiq
0 notes
Photo
(со страницы Lalə aşıq Namiqə görə üç iştirakçı ilə savaşa çıxdı - VİDEO - feedline.net)
0 notes
Photo
Avropa İnsan Hüquqları Məhkəməsi "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəmədir. İnzibati binası Fransanın Strasburq şəhərində yerləşir. Məhkəmədə olan hakimlərin sayı iştirakçı dövlətlərin sayı ilə eynidir. Hazırda hakimlərin sayı 47-dir. Hüquqlarının pozulduğunu iddia edən istənilən şəxs, fərdlər qrupu, şirkət, QHT dövlətə qarşı və ya bir dövlət başqa dövlətə qarşı şikayət verə bilər. Məhkəməyə yalnız bütün daxili hüquq müdafiə vasitələri tükəndikdən sonra müraciət etmək olar. Şikayət ərizələri Məhkəməyə cavabdeh dövlətin adətən ən yuxarı məhkəmə instansiyasının iş üzrə son məhkəmə qərarı çıxardığı tarixdən etibarən 6 ay ərzində verilə bilər. Məhəkəmə işə, daxil olduğu gündən etibarən üç il ərzində baxmağa çalışır, lakin bəzi işlərin yoxlanılması daha çox vaxt tələb edə, bəzi işlər isə əksinə, daha tez hazırlana bilər. Hər il Məhkəməyə təxminən 50 000 yeni şikayət ərizəsi daxil olur. P.S. Hüquqlarınızın peşəkar müdafiəsi üçün müraciət edə bilərsiniz: +994507771999 #vekil #advokat #vəkil #barrister #huquq #qanun #advokataskerov (at Vəkil Amid Əsgərov) https://www.instagram.com/p/B1avQVIhVH1/?igshid=2w764xfw4m09
0 notes