#həyat yolu
Explore tagged Tumblr posts
Text

Tağı müəllim el adamı, camaatın xeyirinə şərinə yarayan adam idi. İtirak etdiyi istər rəsmi, istərsə də qeyri-rəsmi məclislərə bir şuxluq gətirərdi. Xüsusilə az təminatlı, sosil müdafiəyə ehtiyacı olan insanların, ailələrin tədbirlərində fəal iştirak edər, bu tədbirlərin bir növ ağsaqqalına, aparıcısına, sahibinə çevrilərdi. Onu hər yerdə görmək olardı. Hər yerdə arzu olunan və yeri olan adam idi. El şənliklərində ətrafına insanları yığaraq, böyük şövqlə “Şərur” yallısını oynayardı.
©Ramiz Göyüş
#shahinelected #tağıəhmədov #bakımetropoliteni #metro #bakı #azerbaycan #azərbaycan #arxiv #xəbərlər
#shahinelected#tağı əhmədov#bakı metropoliteni#bakı#azərbaycan#azerbaycan#metro#arxiv#xəbər#həyat#həyat yolu#xronika#ölüm#ramiz göyüş
1 note
·
View note
Text
Bir adam: “Həyatın mənası nədir görəsən?” - deyə, elə hey düşünərmiş. Bir gün qərar verir ki, nə qədər uzaq məsafə qət etsə də bu sualının cavabını tapmalıdır çox kəndlər, şəhərlər gəzir. Bir kənddə ona deyirlər ki, qarşıdakı dağın arxasında bir müdrik qoca yaşayır. Sənin sualına cavab versə-versə, o verə bilər. Adam yolu əlinə alıb qocanın yanına yollanır sualını ona verir. Müdrik adam deyir: “Bir şərtim var, əgər sən bunun öhtəsindən gəlsən mən sənin sualına cavab verərəm”. Müdrik bir qaşığın içinə zeytun yağı töküb: “Bununla o bağda gəz, amma elə et ki, sən qayıdanda qaşıqdakı yağdan bir damla da azalmasın adam gedib bağı gəzib gələr və qaşıqda zeytun yağı olduğu kimi qalar. Müdrik deyər: “Bağ xoşuna gəldimi?” Adam deyər: “Qaşığa elə diqqətlə baxırdım ki, bağa baxa bilmədim müdrik gülüb deyər ki, indi yenə qaşıqla bağı gəz, amma elə elə ki, bağı görə biləsən. Adam bağa baxır valeh olur. Lakin qayıdanda qaşıq tam boş olar. Qoca deyər: “Bax həyat da belədir. Həyat sənin baxışında məna qazanar. Ya sadəcə bir nöqtəyə baxarsan həyat axıb gedər, sən fərqinə varmarsan, ya da görə biləcəyin gözəlliklərin ortasında həyatı yaşayarsan, axıb gedən zamanın məna qazanar. Həyatın mənası sənin baxışında gizlidir”.
22 notes
·
View notes
Text
Həyat peşmanlıqlarla dolu bir yolculuqdur. İnsan incə-incə inşa edər yolu. Kimisi vecinə almadan, tamah, minnət etmədən, peşman olmadan yaşar. Kiminin peşmanlığı ən böyük şəfası olar, dönər ən zor zamanında tapar onu. Kiminin peşmanlıqları o qədər böyükdür ki, yeyib bitirir içini ömrü boyunca. Eyni dəlik bir ayaqqabıdan sızan soyuq kimi.
55 notes
·
View notes
Text
Bu post... İçində hələ də ümidi olanlara, fərqli şəhərlərdə eyni göyüzünə baxanlara, eyni şəhərdə olub qarşılaşmaqdan qorxanlara, ən çox güvəndiyi insanlar sayəsində güvənməməyi öyrənənlərə, ailəsi tərəfindən sevilməyənlərə, gecələr hıçqırıqlarını içində boğaraq ağlayanlara, həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan qadınlara, yanacağını bilə bilə sevməyə davam edənlərə, o başqasıyla xoşbəxtdi deyib sevməkdən uzaqlaşanlara, xoşbəxtmiş rolunu aparanlara, sevdiyi başqasıyla evlənənlərə, onun adını hər eşitdiyində ürəyi fərqli atanlara, sevdiyini qucaqlaya bilməyənlərə, əsgər yolu gözləyənlərə, gecə sabaha qədər sevdiyi üçün yuxusuz qalanlara, mesajlaşarkən yuxuya gedənlərə, adına şeir yazılmamış qadınlara(adamlara) şeirləriylə toxunanlara, sevdiyi üçün xəyallarından keçənlərə, eyni musiqini min dəfələrlə dinləyənlərə, bir də onu xatırladan mahnılara paçkalarla siqaret bitirənlərə, hələ də o gedənin gələcəyini gözləyənlərə, içində daima həyat eşqi olanlara, yenə olsa yenə edərəm deyənlərə və hələ də qəlbindəki uşaq ruhunu öldürməyənlərə gəlsin.
16 notes
·
View notes
Text
Emosiyalara qapılmaq bir sadə səbəbə görə uğursuz olur: emosiyalar qısamüddətlidir. Bu gün xoşbəxtlik gətirən şey sabah xoşbəxtlik gətirməyəcək, çünki həmişə daha çox şeyə ehtiyac duyuruq. Xoşbəxtlik üzərində ilişib qalmaq "başqa yeni bir şey" axtarışına aparır: yeni bir ev, yeni münasibətlər, maaş artımı. Ancaq bütün səylərə baxmayaraq, hamısı bir şeylə başa çatır: yenidən narazılıq hiss edirik. Psixoloqlar bəzən bunu "hedonik qaçış yolu" adlandırırlar: biz həmişə həyat durumunu dəyişdirmək üçün çox çalışırıq, lakin bu, həyatın bizi hiss etdirməyində çox az fərq yaradır.
Buna görə də problemlər geri qayıdır, deyərdim ki, qaçılmazdır. Biz “xoşbəxtliyi birdəfəlik əldə edə bilərik” fikrini sevirik. “Əzabdan əbədi olaraq qurtula bilərik” fikri bəyənirik, “əbədi olaraq həyatdan məmnun və dolğun hiss edə bilərik” fikrini sevirik. Təəssüf ki, bu mümkün deyil.
8 notes
·
View notes
Text
Həyat... Axıb gedən bir çaydırmı, yoxsa insanın addımladıqca arxasında qoyduğu izlərdən ibarət bir yol? Bəlkə də hər ikisidir. Bəlkə də heç biri. Bəlkə də həyat – sadəcə bir anın içində sıxışmış, zaman dediyimiz sonsuzluğun içindəki qısa bir yanılmadır. Amma hər nədirsə, tək bir həqiqət var: insan bu həyatı ya yaşayır, ya da sadəcə içindən keçib gedir.
Bax, indi dayan. Bir anlıq hər şeyi unut və ətrafına bax. Dənizin səthində əks olunan günəş şüaları, göy üzünün sonsuzluğu, uzaqdan eşidilən bir uşaq gülüşü, küləyin səni çağıran pıçıltısı... Sən bunların hansı birini həqiqətən hiss edirsən? Yoxsa gözlərin açıq olduğu halda kor kimi yaşayırsan? Biz insanlar qəribəyik – hər şeyi istəyirik, amma heç nədən zövq ala bilmirik. Həyatı axtarırıq, amma onu elə uzaqlarda axtarırıq ki, yanımızda olduğunu görmürük. Bir gün hər şeyin dəyişəcəyini, bir gün xoşbəxt olacağımızı düşünürük, amma o “bir gün” heç vaxt gəlmir. Çünki xoşbəxtlik sabahda deyil, bu andadır. İnsan isə həmişə ya keçmişdə ilişib qalır, ya da gələcəyin içində itib gedir.
Görəsən, biz niyə yaşamaqdan bu qədər qorxuruq? Bizi nədən çəkindirirlər ki, həmişə ehtiyatlı, həmişə çəkingən, həmişə bir addım geridə dayanırıq? Deyirlər ki, sakit, ağıllı, məntiqli ol, çılğınlıq etmə, risk etmə, həddini aşma. Amma həqiqətən yaşamaq, elə bu deyilmi? Günəşin doğuşunu izlə, batan günəşin gözəlliyini hiss et, yağışın altında islan, soyuq küləyə qarşı qaç, nəfəs al, hiss et, yan, alış, yanıb kül ol, amma donub daşlaşma. Çünki yaşamaq budur – bütün duyğuları ucuna qədər yaşamaq, hər anın içində var olmaq, qorxmamaq.
Bəs insan niyə həmişə azadlığa can atır, amma azad olmaqdan qorxur? Bizə azadlıq verdiklərində hara qaçacağımızı bilmirik, çünki hər şeydən əvvəl ruhumuz zəncirlidir. Bizi bağlayan təkcə qanunlar, qaydalar deyil, özümüzük. Biz özümüzü cəmiyyətin gözləntilərinə uyğunlaşdırmaq üçün elə dar çərçivəyə salmışıq ki, həqiqi kimliyimizi çoxdan unutmuşuq. Bizə öyrədirlər ki, xoşbəxtlik, uğur, sevgi müəyyən qaydalara uyğun gəlməlidir. Amma bəlkə, bizə öyrədilənlərin heç biri doğru deyil? Bəlkə xoşbəxtlik heç də var-dövlətdə, mövqedə, başqalarının bizi bəyənməsində deyil? Bəlkə o, sadəcə günəşin isti toxunuşunda, sevdiyin insanın səmimi baxışında, bir dostla içilən sadə bir çayda, uzun gecələr boyu dinlənilən bir musiqidə gizlidir?
Bəzən özümüzü o qədər yükləyirik ki, ruhumuzun əslində yüngül bir külək kimi sərbəst axa biləcəyini unuduruq. Həyatın bizə verdiyi bütün çətinlikləri bir yük kimi çiynimizdə daşıyırıq. Halbuki insan dünyaya yükü ilə doğulmur – biz o yükləri sonradan toplayırıq. Xatirələr, peşmanlıqlar, xəyal qırıqlıqları, qorxular... Biz bunlara o qədər bağlanırıq ki, azad olmaq üçün sadəcə buraxmaq lazım olduğunu anlamırıq. Keçmişi daşımaqdan imtina edə bilsəydik, bəlkə də həqiqətən yaşaya bilərdik.
Sevgi... İnsan niyə sevginin içində yanıb kül olmaqdan qorxur? Bizi incitməkdən, alçaltmaqdan, əzab çəkməkdən çəkinirik, amma unutduğumuz bir şey var – əgər sevgi səni dəyişdirmirsə, səni sarsıtmırsa, səni yerindən oynatmırsa, deməli, o sevgi deyil. Sevgi – insanın ruhunun alovlanmasıdır, bəzən yanmasıdır, bəzən külə dönməsidir, amma hər şeydən əvvəl həqiqəti yaşamasıdır. İnsan niyə bütün qəlbi ilə sevib, sonra itirməkdən qorxur? Axı itirəcəyimizi bildiyimiz halda yaşayırıq, öləcəyimizi bildiyimiz halda nəfəs alırıq. Əgər sonumuz bəllidirsə, bəs nədən çəkinirik?
İnsan bu dünyada bir dəfə olur. O bir dəfəlik zaman kəsiyini necə keçirmək istədiyini özü seçir – ya həyatın axınında boğulub yox olmaq, ya da hər anına toxunaraq onu həqiqətən yaşamaq. Bizi həmişə qorxudurlar – ölümü, uğursuzluğu, təkliyi, xəyanəti, imtinaları gözümüzün önünə gətirirlər. Amma heç kim bizi həqiqətən yaşamağa təşviq etmir. Çünki yaşayan insanı idarə etmək çətindir. O, qaydalara sığmır, sınmır, əyilmir. O, öz yolunu özü tapır, o yolun onu haraya apardığını bilməsə belə.
Bax, indi dayan və düşün. Sən bu yolu necə keçmək istəyirsən? Bir gün hər şey bitəcək, gözlərin yavaş-yavaş qapanacaq, ətrafındakı səslər çəkiləcək, bütün dünyan sakitliyə bürünəcək. O an geriyə baxanda nə görmək istəyirsən? Arxanda iz qoymadığını, qorxuların səni idarə etdiyini, yaşamaq əvəzinə gözlədiyini? Yoxsa hər gününü doyunca yaşadığını, hiss etdiyini, qorxularını aşdığını, həyatın hər çalarına toxunduğunu?
Həyat, axıb gedən bir çaydır, amma sən o çayın içində sadəcə sürüklənən bir qayıq olmaq məcburiyyətində deyilsən. Dalğalara qarşı dur, suların içində yox olmaqdan qorxma, həyatın səni çağırdığı yerə doğru irəlilə. Çünki bu dünya fanidir, amma yaşanmış anlar əbədidir.
Ona görə də, əziz oxucum, ölmədən əvvəl yaşa. Həqiqətən yaşa. Çünki sonda insanın əlində qalan, yalnız yaşadıqlarıdır..
2 notes
·
View notes
Text
Həyat çox qısadı ölüm var deyə bəzilərinə güzəştə gedilməməlidi. Bəzi insanlara rəhm edib acımamalısan. Bəziləri sevilməməlidir,bəzilərinə ikinci şans verilməməlidir. Yönü göstərdiyin yöndən anlamırsa,yolu göstərmək lazımdı
7 notes
·
View notes
Text
Bürclərin insanların xarakteri və həyatlarına təsir etdiyini iddia edən astrologiya prinsipləri, elmi bir əsas əsasında qurulmayıb və riyazi dəstəyə nail olmayıb. Bürclərin təyin edilməsi üçün planet və ulduzların mövqeyi ilə bağlı inanclar, astronomiya ilə bağlı həqiqi faktlarla qarışıb.
Astrologiya, əslində elmi bir əsas üzərində qurulmayan, daha çox mənsub olduğu inanclar və təxminlər əsasında fəaliyyət göstərən bir sistemdir. Astronomiya ilə qarışdırılmasına baxmayaraq, astrologiya müstəqil tədqiqatlar və riyazi əsaslar əsasında öz mövqeyini möhkəmləndirə bilməyib. Planet və ulduzların mövqeyi ilə insanın xarakteri, həyat yolu və təkliflərini təxmin etməyə çalışan astrologiya, çox az riyazi dəstəklə sadiq nəticələr verməkdə çətinlik çəkir.
Əslində, bürclər və planetlər arasında bir əlaqənin insanın həyatına təsir etdiyini göstərən müstəqil tədqiqatlar yoxdur. Astroloji təxminlər geniş spektrumda oxuculara uğurlar vəziyyətindən ətraflı məlumat verə bilmir və çox ümumi və geniş formulaları əhatə edir.
İnsanların doğulduqları tarix və bu tarixdəki ulduzların mövqeyi arasında bir əlaqə olduğunu iddia etmək, elmi metodu mövcud olmayan təxminlər əsasında inkişaf etmişdir. Bu təxminlər geniş və ümumidir, bir çox insan üçün bənzər təyinatları öncədən görmək kimi hiss etmələri mümkündür, ancaq bu çoxluğun təsadüfi olduğunu sübut edir.
Bürclərin şəxsiyyətlər və həyat yolları üçün təyin edici faktorlar olaraq qəbul edilməsi, psixologiya və sosiologiya sahəsindəki elmi tədqiqatlara cavab verməmir. Hətta eyni bürclərə mənsub olan insanlar arasında dəyişik və çeşidlənmiş xarakterlər və həyat təcrübələri tapmaq mümkündür.
8 notes
·
View notes
Text
İnsan daima həyatın ona göndərdiyi dərslərdən şikayətlənər,hətta onları cəza olaraq görüb “kaş ki olmasaydı” deyər.Halbuki bunu həyat ona ağıllansın deyə göndərib,amma o yenə də “bu hadisə baş vermədən də həyat bunu mənə öyrədə bilərdi,niyə axı məni belə cəzalandırmağı seçdi?” kimi cümlələrdə günlərini keçirər.Bu zaman anlamadığımız ya da anlamaqdan qaçdığımız bir xüsus var o da bir yanlışın yanlış olduğunu görməyin ən gözəl yolu onu yaşamaqdan keçir.Həqiqətən də belədir.Buna belə bir nümunə gətirək,bir insanın pis olduğunu anlayıb insan ondan necə uzaqlaşar?Ətrafındakilərin o insan haqqında danışarək “o sənə zərər verəcək uzaqlaş ondan” deməsiylə mi?Təbi ki də xeyr.Ətrafdakilər nə qədər zərərli olduğunu deyirsə desin insan həmin o şəxsdən zərər görməyincəyədək həqiqəti anlamaz,gözü açılmaz.Yanlışlardan doğru dərsi çıxarmaq üçün də yanlışın içimizdə yaratdığı mənfi hisləri dibinə kimi yaşamalıyıq.Ola bilər ilkindən dərs çıxarmayaq ama bu təkrar təkrar yaşandıqda biz də dünənə nisbətən daha fərqli atacayıq addımlarımızı;daha təcrübəli daha uzaqgörən şəkildə.Mənfi hisləri ən gözəl şəkildə qavrayıb,addımları gözəlləşdirmək diləyilə:)
7 notes
·
View notes
Text
Bu post... İçində hələ də ümidi olanlara, fərqli şəhərlərdə eyni göyüzünə baxanlara, eyni şəhərdə olub qarşılaşmaqdan qorxanlara, ən çox güvəndiyi insanlar sayəsində güvənməməyi öyrənənlərə, ailəsi tərəfindən sevilməyənlərə, gecələr hıçqırıqlarını içində boğaraq ağlayanlara, həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan qadınlara, yanacağını bilə bilə sevməyə davam edənlərə, o başqasıyla xoşbəxtdi deyib sevməkdən uzaqlaşanlara, xoşbəxtmiş rolunu aparanlara, sevdiyi başqasıyla evlənənlərə, onun adını hər eşitdiyində ürəyi fərqli atanlara, sevdiyini qucaqlaya bilməyənlərə, əsgər yolu gözləyənlərə, gecə sabaha qədər sevdiyi üçün yuxusuz qalanlara, mesajlaşarkən yuxuya gedənlərə, adına şeir yazılmamış qadınlara(adamlara) şeirləriylə toxunanlara, sevdiyi üçün xəyallarından keçənlərə, eyni musiqini min dəfələrlə dinləyənlərə, bir də onu xatırladan mahnılara paçkalarla siqaret bitirənlərə, hələ də o gedənin gələcəyini gözləyənlərə, içində daima həyat eşqi olanlara, yenə olsa yenə edərəm deyənlərə və hələ də qəlbindəki uşaq ruhunu öldürməyənlərə gəlsin.
0 notes
Text
🇦🇿 Bir Qızın həyat yolu!
🇷🇺 Жизненный путь одной Девушки!
🇹🇷 Bir Kızın hayat yolu!
#shahinelected #qiz #qız #qizlar #qızlar #qizlardunyasi #qizlarucun #qadin #qadın #qadinlar #qadınlar #qadinlaralemi #qadinlardunyasi #qadinlarucun #девушки #девушкикрасавицы #девушкамечты #девушке #девушка #женщины #женщина #женщинамечты #женщиналюбисебя #kiz #kızbebek #kızkardeş #kızım #kizbebek #kızçocuk #kadın
#shahinelected#qadinlar#qadin#qadın#qadınlar#qız#qızlar#kızım#kız#kızlar#kadınlar#olgun kadın#yalnız kadın#iyi ve güzel kadınlar hep ağlar#kadın#kadınlar alemi#blog yazarı#blogcu#bloger#blogger#blog#девушки#девушка#женское#женственность#женщина#женщины#блогер#блоггер#блог
5 notes
·
View notes
Text

DİQQƏT: EVLƏNMƏK İSTƏYƏN CÜTLÜKLƏR NARKOLOJİ TESTDƏN KEÇİRİLƏCƏK?
Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı artıb. Son ildə boşanma sayı əvvəlki illə müqayisədə eyni qalsa da, ümumilikdə son beş ildə boşanma sayında artım qeydə alınıb.
Boşanmanın bir çox səbəbi var. Geniş yayılan səbəblərdən biri də narkomaniya hesab edilir.
Bəs nikahdan öncə narkotik vasitələrdən istifadə edən şəxslərin davranışında, həyat tərzində bunu sezmək çətindirsə, müayinə yolu ilə aşkar etmək olarmı? Bu müayinə həm də narkomaniyadan istifadəni aşkarlayırmı? Ümumiyyətlə, evlənməyə hazırlaşan cütlüklərin narkoloji testdən keçirilməsi təklif oluna bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Günay Ağamalı deyib ki, evlilikdən öncə narkoloji testin qanuna salınması ailə institutunun möhkəmliyinə ciddi töhfələr verə bilər:
“Cütlüklərin ailə qurmazdan öncə tibbi yoxlamalardan keçməsini çox yüksək qiymətləndirirəm.
Sağlam ailə üçün olduqca vacib və yerində qəbul olunmuş qanundur. Analizlərdən keçməklə ailə quranlar seçimlərini doğru edə bilirlər. Sağlam gələcək naminə narkoloji testdən keçmək mütləq komponentlərdən biridir. Evlilikdən öncə narkoloji testin qanuna salınması ailə institutunun möhkəmliyinə, gələcəkdə dünyaya gələn körpələrin sağlamlamlığına ciddi töhfələr verərdi”.
"Bizim.media.az” saytı
Günay Şahmar
11 fevral 2025-ci il
https://bizim.media/az/cemiyyet/234209/dqqt-evlenmek-isteyen-cutlukler-narkoloji-testden-kerlck/
0 notes
Text
11:1-lik hesabdan geridönüş edən adam.
12 Əsəbi Adam(12 Angry Men) hüquq və ədalət mövzusunda çəkilmiş ən möhtəşəm filmlərdən biridir. Rejissor Sidney Lumet, ssenari müəllifi isə Reginald Rose olan bu əsər sadə, lakin dərin fəlsəfi və etik məsələləri əhatə edən süjet xətti ilə bütün dünyada ədalət və hüquq fəlsəfəsinin simvollarından birinə çevrilmişdir. Film, demokratik cəmiyyətin ədalət sistemi və fərdlərin qərəzlərinin ədalət üzərində necə təsir göstərə biləcəyinə dair güclü mesajlar verir.
Hadisələr demək olar ki, tamamilə bir otaqda baş verir. Burada bir qrup kişi münsif (12 nəfər) bir məhkəmə işinə dair hökm çıxarmaq üçün bir araya gəlir. Məsələ gənc bir oğlanın atasını öldürməkdə ittiham edilməsidir. Əgər münsiflər yekdilliklə “günahkar” hökmü versələr, oğlan ölüm cəzasına məhkum ediləcək. İşin başlanğıcında, 11 münsif oğlanın günahkar olduğuna inanır, lakin yalnız biri, 8 nömrəli Jüri şübhə edir. O, oğlanın günahsız olub-olmadığını bilmədiyini, amma sübutların daha diqqətlə araşdırılmalı olduğunu israr edir. Beləliklə, tək bir adamın mübarizəsi ilə başlayan bu proses, kollektiv düşüncə, ədalət və qərəzlərin müzakirəsinə çevrilir.
Ədalət. Məsuliyyət. Qərəz. Şübhə. Düşüncə azadlığı. Demokratiya.
Hadisələrin gedişatı ehtimallar üzərindən formalaşmış kimi görünsə də əslində önyarqılardan qurtulma və kütlə psixologiyası adına bizə çox şey izah edir.
Filmin ən mühim mövzusu, ədalətin nə qədər həssas bir məsələ olduğunu vurğulamaqdır. Münsiflərin vəzifəsi bir insanın həyat və ölüm qərarını verməkdir. 8 nömrəli jürinin mövqeyi göstərir ki, heç bir sübut tam olaraq aydın olmadıqda, ölüm hökmü vermək məsuliyyətsizlik olar. Onun səbirli və diqqətli yanaşması, hər bir fərdin ictimai məsuliyyət hissinə sahib olmasının nə qədər vacib olduğunu ortaya qoyur.
Film boyunca bəzi münsiflərin şəxsi qərəzləri onların qərarlarına necə təsir edir, aydın şəkildə görünür. Məsələn 10 nömrəli jüri, təqsirləndirilən şəxsin sosial mənşəyinə görə onu avtomatik olaraq günahkar hesab edir və bu, irqi ayrı-seçkilikdən irəli gəlir. Bu, ədalət sistemində qərəzlərin böyük təhlükəsini vurğulayır.
AĞLABATAN ŞÜBHƏ anlayışı hüquq sisteminin əsas prinsiplərindən biridir(Fəlsəfi baxımdan, ağlabatan şübhə insanın bilməyin və qəti qərar verməyin məhdudiyyətlərini qəbul etməsi anlamına gəlir. Bu, yanlış mühakimələrdən və ədalətsizlikdən qorumaq üçün ideal mexanizmdir. Ağlabatan şübhə hüquqi sistemdə ədalətin qorunması üçün bir qalxan rolu daşıyır. Belə ki, o, yalnız şübhəsiz dəlillərlə hökm çıxarılmasını təmin edir və insanların hüquq qarşısında ədalətli mühakimə olunmasını təmin edən əsas mexanizmlərdən biridir). 8 nömrəli jüri sübutları şübhə altına almağın vacibliyini müdafiə edir. Bu isə filmə fəlsəfi bir qat əlavə edir: yalnız tam əmin olmadığımız hallarda mühakimə yürütməliyik.
Düşüncə azadlığı və təhlil qabiliyyəti olmadan ədalət sistemi ədalətsizliyə çevrilə bilər. Film eyni zamanda demokratik proseslərin necə işləməli olduğunu göstərir. İlk başda, çoxluğun fikri tək bir fərdin şübhəsini boğur. Lakin tədricən, bir nəfərin möhkəm duruşu hamını dərin düşünməyə və müzakirə etməyə məcbur edir. Bu, sağlam bir demokratiyada hər səsin vacib olduğunu və düzgün qərarın yalnız açıq dialoq və fikir mübadiləsi nəticəsində əldə edilə biləcəyini göstərir.
Filmdə qrup qərarlarının nə qədər dəyişkən və təsir altında olduğunu müşahidə edirik. Müzakirələr irəlilədikcə, digər münsiflər də şübhə etməyə başlayır və ilk baxışdan inandırıcı görünən sübutlar getdikcə zəifləyir. Bu, dialoqun və açıq fikirli müzakirənin vacibliyini nümayiş etdirir. Sonda film, yalnız müzakirə və rasional düşüncə yolu ilə həqiqətə nail olunacağını göstərir.
Filmdə münsiflərin (jürilərin) hər biri müxtəlif xarakterləri və cəmiyyətin müxtəlif qruplarını təmsil edir. Bu münsiflərin hər biri fərqli şəxsiyyətləri, qərəzləri və baxışları ilə qərarvermə prosesinə təsir göstərir. Onların davranışları vasitəsilə film insan psixologiyası, qərəzlər, ədalət hissi və demokratik proseslərin mahiyyətini təhlil edir. Ön planda olan bəzi jürilər üzərindən dəyərləndirmə:
📍8 nömrəli jüri(Henry Fonda)
Əsərin mənəvi mərkəzi olan bu personaj prinsipial və düşüncəli bir insandır. O, heç bir zaman oğlanın günahsız olduğunu iddia etmir, amma yalnız düşünülmədən verilmiş qərarın təhlükələrinə diqqət çəkir. Onun davranışları əxlaqi cəsarəti, səbri və ədalətə bağlılığı simvollaşdırır.
📍3 nömrəli jüri(Lee J. Cobb)
O, oğlunu itirməsi ilə bağlı şəxsi travmalarını mühakimə prosesinə daşıyan və oğlanın günahkar olduğunu israrla müdafiə edən biridir. Onun emosional reaksiyaları, qərəzlərin və şəxsi hisslərin rasional qərarverməyə necə mane ola biləcəyini nümayiş etdirir.
📍10 nömrəli jüri(Ed Begley)
Bu personaj rasist və sosial qərəzlərdən əziyyət çəkən biridir. Onun irqi ayrı-seçkilik üzərində qurulan fikirləri, hüquq və ədalətin ən böyük düşmənlərindən biri olan stereotiplərin təhlükəsini simvolizə edir.
📍4 nömrəli jüri(E.G. Marshall)
Soyuqqanlı və obyektiv düşüncəlidir, yalnız məntiq və sübutlara əsaslanır. Emosiyalardan təsirlənmədən müzakirə aparır, lakin ağlabatan şübhənin tədricən ortaya çıxması onun fikrini dəyişməyə vadar edir. Onun rasional mövqeyi, ədalət prosesində düşüncə və sübutun üstünlüyünü göstərir.
📍9 nömrəli jüri(Joseph Sweeney)
Yaşlı və müdrikdir, müşahidə qabiliyyəti güclüdür. Onun diqqətli yanaşması müzakirələrə yeni perspektivlər gətirir və digər münsiflərin nəzərdən qaçırdığı detalları üzə çıxarır. Həyat təcrübəsi və dərin anlayışı ilə insani zəiflikləri və davranış motivlərini dəqiq şəkildə təhlil edir.
📍7 nömrəli jüri(Jack Warden)
Laqeyd və maraqsız, yalnız müzakirələrin tez bitməsini və şəxsi işlərinə qayıtmağı düşünür. Hüquqi məsuliyyətdən qaçmağa çalışan bu obraz, məhkəmə proseslərinə biganə yanaşmanın nəticələrinin təhlükəsini göstərir.
12 Əsəbi Adam filminin texniki tərəfləri, məhdud bir məkanda cərəyan etməsinə baxmayaraq, tamaşaçını dramatik gərginlik və emosional sıxıntı ilə bürüyən incə detallarla zəngindir.
• Filmin əvvəlində kamera daha geniş bucaqdan çəkir və münsiflər otağını geniş təsvir edir. Bu, prosesin başlanğıcındakı açıq və obyektiv müzakirələri simvollaşdırır.
• Hadisələr irəlilədikcə kamera daha çox yaxın planlara keçid edir. Bu tədrici daralma tamaşaçıya münsiflərin artan emosional sıxıntısını və gərginliyini hiss etdirir.
• Filmin əvvəlində otaq parlaq və işıqlıdır, müzakirələr isə nisbətən sakitdir.
• Gərginlik artdıqca işıq daha qaranlıq və kölgəli olur. Bu, xüsusilə təzyiqin dərinliyini əks etdirmək üçün istifadə olunur.
• Təxminən filmin ortasında pəncərədən gələn işığın azalması ilə otaqda isti və basdırıcı bir mühit yaranır.
• Masa ətrafında oturan münsiflər arasındakı mövqelər və hərəkətlər onların münasibətlərindəki dəyişiklikləri göstərir.
• Otağın dar və basdırıcı atmosferi hüquqi prosesin yükünü və bir insanın həyatının taleyini həll etməyin məsuliyyətini hiss etdirir.
• Səssizliklər və nəfəs kəsici anlar filmin dramatik gərginliyini artırır, xarici mühit səsləri bəzən diqqəti yayındırır, məhkəmə zalının xaricindəki real dünyanın varlığını hiss etdirir və personajların zehni mübarizələrini gücləndirir.
Nəticə etibarilə 12 Angry Men filmi texniki baxımdan məharətlə işlənmiş minimalizm nümunəsidir.
Filmdə ədalət proseslərinin yalnız qanunla deyil, həm də insanın vicdanı, sosial qərəzləri, psixoloji vəziyyəti və əxlaq prinsipləri ilə formalaşdığı vurğulanır. Bu, ədalət və mühakimə sisteminin mürəkkəbliyini anlamağa kömək edir və tamaşaçını düşündürür ki, hər bir qərar qanuna uyğun olmaqla yanaşı, həm də insanlığa uyğun olmalıdır. Xoş izləmələr.
12 Angry Men (1957)
IMDb: 9/10

0 notes
Text
Həyatın şirinliyindən doyan olubmu görən? Təəssüf ki, bu sualın cavabını hələ heç kim tapmayıb. Gənclik-arzu, inam, igidliyə həvəs deməkdir. Gənclik-lirika və romantikadır, bu gələcək üçün tükənməz arzulardır. Bütün yaxşı əməllərin başlanğıcıdır. Həyat-isə ötən günlər yox, yadda qalan günlərdir. Həyat-nə tamaşa, nə də bayramdır. Həyat-çətin dərsdir və o, məzmununa görə qiymətləndirilir. Hamı çox yaşamaq istəyir amma heç kim qocalmaq istəmir. Təki insanın ruhu qocalmasın! Həyat qəribə və mürəkkəbdir, həyat yolu hamar deyil, yəqinki buda bir sınaqdır ki, hamımız bu yoldan keçməliyik. Bəli ömrün çətin və əzablı yolları var. Lakin insan şərəfli bir ömür yolu keçmək üçün Tanrının ona bəxş etdiyi qısa zaman çərçivəsində mübarizə aparır, arzuların qanadında çox şeylərə nail olmağa cəhd göstərir. Həyat yollarında səadət də var, qəm-qüssə də, çətinliklər də, maneələr də. Sadəcə həyatı sevmək və onun gözəlliyini duymaq lazımdır. Həyat bizə yaşamaq üçün verilib, biz isə çalışaq ki, onu mənalı yaşayaq.
13 notes
·
View notes
Text
Proqramçı olmaq istəyirəm
Proqramçı olmaq istəyənlər üçün yol xəritəsini təqdim edirəm.

“Hər kəs proqramlaşdırmanı öyrənməlidir, çünki o sizə düşünməyi öyrədir”.
Stiv Cobs
Bu gün ən prestijli və ən çox qazandıran ixtisaslardan biri, bəlkə də, bi- rincisi proqramlaşdırmadır. Bu faktdan xəbərdar olan bir çox insanlar həvəsə gəlib proqramçı olmaq istəyirlər. Əlbəttə ki, hər bir işə başlamaq üçün həvəs yaxşı motivatordur, lakin uğur qazanmaq və müvəffəq olmaq üçün kifayət deyil.
Biz məsələyə daha konseptual yanaşacaq və proqramçı olmaq istəyənlərə dəyərli tövsiyələr verəcəyik.
Nə və niyə?
Proqramçı olmaq arzusuna düşənlərin ilk işi bu iki suala cavab tapmaq olmalıdır: nə və niyə? Proqramlaşdırma nədir və mən niyə proqramçı ol- maq istəyirəm? Sözsüz ki, hər bir insan seçəcəyi ixtisasın mahiyyətini dərk etməlidir. Proqramlaşdırma nədir, onun özünəməxsusluğu nədən ibarətdir, hansı çətinlikləri vardır? Bu suallara cavab tapmaq üçün əvvəlcə özünüz araşdırmalı və daha sonra peşəkar proqramçılarla görüşməlisiniz. Yalnız bundan sonra özünüzə “mən niyə proqramçı olmaq istəyirəm” sualını verə bilərsiniz. Bax bu zaman vicdanınız qarşısında tam səmimi olmalısınız. Əgər cavabınız çoxlu pul qazanmaqdırsa, siz ən yaxşısı tacir olmağı seçin. Çünki proqramlaşdırma bir həyat tərzidir, fərqli bir dünyadır. Ona aşiq olmadan bu yolun yolçusu olunmaz. Əgər cavabınız “proqramlaşdırma mənim düşüncə və həyat tərzimə uyğundur, mən özümü onda görürəm” olsa, bax bu başqa məsələ. Deməli, Siz proqramçı olmaq üçün doğulmusunuz…
Doğru yol və sağlam cığır
Bəs proqramçı olmaq üçün nə etmək lazımdır? Uzaq və yaxın məqsəd nədir? Nədən və necə başlamalı? Hansı proqramlaşdırma dilini öyrənməli, hansı kitabları oxumalı, hansı kurslara getməli? Növbəti mərhələdə bu suallara cavab tapmalısınız.
Proqramçı olmağa qərar verəndən sonra sizə bir neçə yol görünəcək. Siz doğru yolu seçməlisiniz. Məqsədə çatmaq üçün bir çox yollar var, amma bu şəxsdən şəxsə dəyişir. Hansı yolun Sizin üçün doğru olduğuna yalnız özünüz qərar verə bilərsiniz. Bunun üçün hansı sahə üzrə proq- ramlaşdırma ilə məşğul olacağınızı müəyyənləşdirin. Sahələr müxtəlifdir: tətbiqi, sistem, mobil, veb, oyun və s. Seçəcəyiniz sahə sizin yolunuzu müəyyənləşdirəcək, bu da öz növbəsində uzaq məqsədinizin nə olduğunu aydınlaşdıracaq.
Doğru yolu təsbit etdikdən sonra sizi o yola götürən sağlam bir cığırı tapmaq lazımdır. Başqa sözlə desək, yaxın məqsədləri müəyyən et- məlisiniz. Yaxın məqsədlər isə alqoritm anlayışı və proqramlaşdırmanın əsaslarına sahib olmaqdır. Bunun üçün ən asan proqramlaşdırma dilindən başlamaq məsləhətdir. Bu, Python ola bilər.
Kitab seçimi
Kitab seçimi çox önəmlidir. Elə bir kitab seçməlisiniz ki, Sizi yarıyolda qoymasın. Mütləq özü öyrənənlər və yeni başlayanlar üçün nəzərdə tutulan kitablardan istifadə etməlisiniz. İlk proqramlaşdırma kitabınızın dili çox sadə, həmçinin əyləncəli olmalıdır.
Özüm öyrənim, yoxsa kursa gedim?
Asan olmasa da, özünüzün öyrənməyiniz mümkündür. Bunun üçün iradə, nizam-intizam və səbir lazımdır. Əlbəttə, kursa getməklə təkbaşına öyrəndiklərinizi daha qısa zamanda öyrənə bilərsiniz. Kursa getməyə imkanınız yoxdursa, yenə də üzülməyin. Çox yaxşı onlayn kurslar da mövcuddur, həm də pulsuz.
Təcrübə, təcrübə, təcrübə
Proqramlaşdırmanı yaxşı öyrənmək üçün bu işin nəzəriyyəsini, fun- damental əsaslarını və konsepsiyasını çox yaxşı bilməlisiniz. Proqramlaş- dırmanı yaxşı bacarmaq üçün isə bol-bol praktika lazımdır. Necə ki, yaxşı piano çalmaq üçün çox piano çalmaq lazımdır. Eləcə də yaxşı proqram yazmaq üçün çoxlu proqram yazmaq lazımdır. Uzun sözün qısası, daima alqoritm tərtib etmək bacarığınızı təkmilləşdirməli və proqramlaşdırma məntiqinizi inkişaf etdirməlisiniz. Bunun üçün müxtəlif çətinlik dərəcəli məsələləri həll edin, fərqli və optimal həll yollarını axtarın, eksperimentlər aparmaqdan çəkinməyin. Əlavə olaraq müxtəlif proqramlaşdırma yarışla- rında iştirak edin. Bütün bunlar həm təcrübənizi, həm də özünüzə inamınızı artıracaq.
Əlavə resurslar
Bir tərəfdən proqramlaşdırın, digər tərəfdən də öyrənməyə davam edin. Forumlara üzv olun, bloqları izləyin, videodərslərə baxın. Bir sözlə, daim araşdırın və əlavə resurslardan hər zaman istifadə edin. Bu şəkildə biliklərinizi daha da zənginləşdirmiş olacaqsınız.
Bir mürşidiniz olsun
Tanıdığınız (real və ya virtual) ən azı bir peşəkar proqramçı olsun. Rahat sual verə bildiyiniz, məsləhət aldığınız, sizə yol göstərən bir proqramçı. Amma siz onu primitiv suallarınızla bezdirməyin. Əvvəlcə özünüz araşdırın, sualınıza cavab tapa bilməsəniz, bir də araşdırın. Araşdırmanız nəticəsiz qalsa, bir daha sınayın. Yalnız 3-cü uğursuz cəhddən sonra mür-şidinizdən soruşun.
Bildiklərinizi paylaşın
Bilik paylaşdıqca artır. Bu qızıl qaydanı unutmayın. Siz də bildiklərinizi bu yolun yolçuları ilə bölüşün. İnanın, bunun sizə də faydası olacaq. Bilik- ləriniz həm yenilənəcək, həm də canlı qalacaq.
Günün nəbzini tutun
Proqramlaşdırma ilə bağlı hər şeyi izləyin, dəyişiklik və yeniliklərdən xəbərdar olun. Unutmayın ki, proqramlaşdırma dilləri də gün keçdikcə inkişaf edir, daha da zənginləşir.
Layihələr
Nəzəri biliklər və müəyyən dərəcədə praktiki vərdişlər əldə etdikdən sonra layihələrə başlaya bilərsiniz. İlkin olaraq kiçik layihələrdən başlamağınız məsləhətdir. Unutmayın, məsələ layihənin kiçikliyində və ya böyüklüyündə deyil. Əsas odur ki, başladığınız işi yarımçıq qoymayasınız. Hətta ən kiçik layihəni belə inkişaf etdirərək kifayət qədər ciddi proqram məhsulu halına gətirmək mümkündür. Burada əsas məsələ prosesin özüdür. Layihə boyunca qarşılaşdığınız problemləri anlamaq, onların həll yollarını tapmaq, bu həllərdən optimal olanını seçmək, addım-addım layihənin qarşınızda şəkillənməsi, onun təkmilləşdirilməsi… Bütün bunlar sizə tərifolun- maz həyəcan verəcək, zövq yaşadacaq.
Startaplar
Artıq bir neçə müstəqil layihəniz olduqdan sonra startap komandalarına da qoşula bilərsiniz. Bu sizə həm təcrübə qazandıracaq, həm komanda ruhu aşılayacaq, həm də əgər bəxtiniz gətirsə, pul qazandıracaq.
Təcrübə proqramları
Müəyyən səviyyəyə gəldikdən sonra hökmən şirkətlərin elan etdiyi pullu və ya pulsuz təcrübə proqramlarına qoşulun. Gələcək karyeranız adına bu çox uğurlu bir başlanğıc ola bilər. Bu zaman həm real təcrübə qazanar, həm də CV-nizə fəxrlə bir referans əlavə etmiş olarsınız. Hətta bəxtiniz gətirsə, təcrübə keçdiyiniz şirkət sizə real iş təklifi də edə bilər.
Sertifikatlar
Əsas bilik və bacarıqlardır, sertifikat o qədər də vacib deyil. Bu fikir, əsasən, doğrudur. Amma bilik və bacarıqlara yiyələndikdən sonra sertifikatlar əldə etmək sizin peşəkarlığınızın real göstəricisi ola bilər. Şirkətlərə iş müraciətlərində, eləcə də müqavilə şərtlərində bu sertifikatların təsiri çox böyükdür. Digər tərəfdən sertifikat imtahanlarına hazırlaşarkən bilik- lərinizi sistemləşdirmiş olacaqsınız.
İşə düzəlmə
Proqramlaşdırma peşəkar fəaliyyətdir. Proqramçı olmaq arzusu ilə çıxdığınız bu yolun bir mənzili, məntiqi nəticəsi olmalıdır. Bu da, təbii ki, işə düzəlməkdir. Uğurlu karyera qurmaq üçün bura qədər verdiyimiz məsləhətlərə hərfiyyən əməl etməlisiniz. Yalnız bu zaman iş müsahibələrində özünəinamınız güclü olacaq. İmkanlarınızı layiqincə qiymətləndirin və iş təkliflərinə praqmatik yanaşın. Sizə uğurlar!
“Proqramçı olmaq istəyirəm” kitabı səh. 14–18 (Kərim Tahiroğlu)
#programming#coding#beginner#programming languages#software development#python#azerbaycan#programming book
1 note
·
View note
Text
Gecənin dərinliyində, saatların 5-i göstərdiyi vaxtda, özümü qəbirsanlıqda tapdım. Buradakı sükut yalnız bir yoxluğun deyil, həyatın ən dərin həqiqətlərinin təzahürüdür. İnsan yalnız özünü anlayaraq varlıqla harmoniya tapa bilər, amma bu sükutun içində, sanki harmoniya itmişdir. Hər şey statik görünür, amma bu səssizlikdə belə bir hərəkət, bir məqsəd gizlidir – təbiətin dövriyyəsi kimi..
Dünya Günəşin ətrafındaki bir dövrünü yenə başa vurur, amma bir il sadəcə təqvimdəki rəqəmlərin dəyişməsi deyil. Bu, bir dövrün, bir həyatın izləridir. Hər keçən il öz yükünü qoyur və insanın ruhunu dəyişir. Mən bu qəbirsanlıqda keçən ilimin ağırlığını, onun mənə verdiyi və aldıqlarını düşünürəm. Həyatda məqsəd axtararkən, insan çox vaxt onun dəyərini unudur. Amma buradakı hər bir daş, hər bir qəbir, mənə bir şeyi xatırladır: hər bir varlıq mükəmməl bir məqsədə xidmət edir, amma bu məqsəd çox vaxt bizə görünmür.
Bu gecə sanki mənə təkcə bir ilin deyil, bütün həyatın ağırlığını hiss etdirir. Keçmişi dəyişmək mümkün deyil, amma onu dərk etmək vacibdir. Çünki keçmiş, indi və gələcək bir-birinə bağlıdır – onlar eyni ruhun üç üzüdür. Keçmişi unutmaq istəsəm də, onun dərsləri mənimlədir, onu inkar etmək isə öz varlığımı inkar etməkdir.
2024-ün bitməsi yalnız zamanın keçməsi deyil, həm də mənim özüm üçün bir öyrənmə anıdır. Hər bir səhv, hər bir çətinlik bir səbəbə xidmət edir. Buradakı qəbirlər isə insanın nə qədər müvəqqəti olduğunu, amma onun fikirlərinin və əməllərinin əbədi olduğunu xatırladır...
Gözlərimi qaranlıqdan ayırıb düşünürəm: varlıq, həyat və ölüm yalnız bir dövranın hissələridir. Həyatın məqsədi onun sonu deyil, bu dövranın hər mərhələsində doğru yolu tapmaqdır. Mən burada dayanıram, qəbirlər arasında, keçmişin yükü və gələcəyin qeyri-müəyyənliyi ilə. Amma bilirəm ki, hər bir qərar, hər bir düşüncə mənim varlığıma bir forma verir. Gecə keçəcək, il bitəcək, amma həqiqət dəyişməz qalacaq. İnsan yalnız özünü dərk edərək həqiqi huzur tapa bilər...
3 notes
·
View notes