elsensultanov
elsensultanov
Untitled
132 posts
Don't wanna be here? Send us removal request.
elsensultanov · 4 days ago
Text
İnsanlar hər zaman yaxşı görünsələr də yaxşı olmazlar. Onların dillərinin ucunda bal, altında da zəhər olar. İlk başda məmnunluq duyarsan, sonra zəhəri sənə axdıqca hiss edərsən ki ruhun bulanır. Niyəsini bilməzsən, anlamazsan ilk başda. Amma diqqətlə baxsan bu ağırlığın haradan gəldiyini biləcəksən, anlayacaqsan. Ən zəhərsiz ilan belə dişləməkdən özünü geri çəkməz. Ona görə məsafəni saxla. Heç nə üçün gec deyil. Hər zaman başqa yol var. Başqa yolu seç..
0 notes
elsensultanov · 4 days ago
Text
Evlənəcəyimiz insan, bizim eyni zamanda mübahisə edəcəyimiz insandır. Aldığımız ev, eyni zamanda bir çox şeyləri dəyişərək, təmir edəcəyimiz evdir. Arzu etdiyimiz o iş də eyni zamanda stres yaşayacağımız işdir. Hər bir şeyin qarşılığında gətirdiyi bir çətinlik, fədakarlıq var. Bizə xoş hiss etdirən şeylər, şübhəsiz ki, bəzən pis də hiss etdirəcəkdir. Əmin olun ki, biri olmadan digər birinə sahib olmaq imkansız kimidir.
0 notes
elsensultanov · 5 days ago
Text
• Yanında.. Davamlı söz verən deyil, verdiyi sözü hərzaman tutan biri olsun.. Sevib sevmədiyi mövzusunda şübhə duyduğun deyil, sevgisindən əmin olduğun biri olsun. Güvənini boşa çıxaracaq biri deyil, sonuna qədər güvəndiyin biri olsun. Sadəcə özünü deyil, bir azda səni düşünən biri olsun. Yeri gəldikdə ailən, yeri gəldikdə dostun-sirdaşın, yeri gəldikdə sevgilin, qısacası hər şeyin olacaq biri olsun. Gözünü qırpmadan, onunçün hərşey edə biləcəyin, hərşeyindən keçə biləcəyin biri olsun. Qısacası biri olsun, sonun olsun🌚❣️.
0 notes
elsensultanov · 5 days ago
Text
Gələcək də əgər qızım olsa ona güclü olmağı örgədəcəm. Həyatda hər şey ola bilər yıxıla bilərsən üzülə bilərsən . Amma unutma hər zaman sənin yanında Atan olacağını bildirəcəm ona. Heç ağlamayacaq, dünyanın ən xoşbəxt uşağı olacaq. Sənə həyatın bütün çətinliklərini örgədəcəm canım qızım 🌚❤️
0 notes
elsensultanov · 5 days ago
Text
Xoşbəxtliyi harda axtarırıq? Yunan mifologiyasında xoşbəxtliyə dair bir hekayəyə görə : Tanrılar, insanlar xoşbəxtliyi axtarsın və beləcə qiymətli olsun deyə gizləmək qərarına gəlirlər. Biri " Göyüzünün ən uzağına gizləyək" digəri " Dənizin ən dibinə." Bir digəri " Meşənin ən dərin guşəsinə gizləyək" deyər. Sonunda biri deyər ki " İçlərinə gizləyək..Ora baxmaq ağıllarına gəlməz.."🌚
0 notes
elsensultanov · 8 days ago
Text
Bəzi qadınlar vardır. Dəyəri bilinməmiş, yaralarından, yaradandan başqasına bəhs etməmiş. Sözlərini, gözlərindən anladan, gücünü, xarakterindən alan, etdiyi fədəkarlıqlarla, heç kimə yaranamayan qadınlar. Gecə göz yaşını yastığına axıdıb, səhər ətrafa gülümsəmələr dağıdan, çiynindəki yüklərin ağırlığından, susan qadınlar. Uşaqlığına küsmüş, gəncliyinə üzülmüş, içləri çöllərindən yorğun qadınlar..🌾
0 notes
elsensultanov · 8 days ago
Text
• İnsanın həyatına biri gəlir, tuta bilməyəcəyi sözlər verir, yalanlar danışır və gedir. Ondan sonra gələnlərin yalan danışması, getməsi daha incitmir. Çox yalanlar eşitdim, doğru olmadığını bilib gülümsədim hər dəfə. Ürəyimdə dedim "o belə, yalan danışdı" sən danışsan nə yazar? Hər dəfə yalanın tutduğum insanlardan qaçdım, qaçdım ki, doğru birilərinə çatam. Aramızdakı məsafə çox uzaqdı və mən hələ də yoldayam.. 💔
0 notes
elsensultanov · 8 days ago
Text
Zaman ötür. Günlər keçir. Artıq həmən ki zəyif gücsüz qadın deyiləm mən. Bu həyatda öyrəndiyim , aldığım ən böyük dərs o oldu ki güclü olmasan həyat səni çox yorar . Taptalayar , üzər. Güclü olsan yorulmayacaqsan mi? Yox əzizim 2qat bəlkə də 3 qat yorulacaqsan. İnsanların yanında qəmli olsan belə bunu göstərməyəcək qədər güclü olmalısan. Asandı? Xeyir. Amma sən özünə güvənsən ilk addı mı atsan əmin ol ki necə güclü olduğunu çox gözəl görəcəksən. Keçmiş artıq keçib gedib. O geri gəlməyəcək. Ondan geri qalan sadəcə 1-2 xatirə, hansı ki hər baxanda səni çox üzəcək. Artıq üzülmə. Nə qədər güclü olduğunu ilk özünə sonra isə hər kəsə göstər. Sen çox güclüsən bunu unutma 🫀
0 notes
elsensultanov · 23 days ago
Text
•Sən heç birinə güvəndinmi? Mən güvəndim. Güvənin qırıldımı? Məndə qırıldı. Sən birinə yenidən güvənməkdən qorxdunmu? Mən qorxuram. Sənin bəhanə dediyin şeylər mənim yaşadığlarımdı,sənə adi gələn şeylər mənim qorxularımdı. Birinin həyatına kənardan baxmaq,fikir bildirmək,nə yaşadığını,nə hisslər keçirdiyini bilmədən nələrsə demək. Bunlar çox asandı. Özünü həmin insanın yerinə qoy,başa düşməyə çalış. Kimsə gəlib mənə sevgidən,güvəndən,inamdan danışmasın. Güvənsizliyi də,inamsızlığı da dibinə qədər yaşamışam mən. Heç kim gəlib mənə nə isə deməsin. Yaşadıqlarımdan sonra hələ də ayaqdayamsa bu böyük şeydir. Və mən bir daha heç kimə güvənməyəcəm,inanmayacam. Bunu mənə öyrədənlərə təşəkkürlər...🥀
0 notes
elsensultanov · 23 days ago
Text
Həyatından gəlib keçən insanlar yadına düşdükcə həyatı etibarsızlıqda, vəfasızlıqda günahlandıran, sədaqət dərsi keçən adamların üzlərini görürsən. Görürsən ki, zamanında arxasında dayandıqların elə birinci arxa çevirib gedənlər olub. Əlindən tutub yuxarılara çıxartdıqların bu gün sənə yuxarıdan aşağı baxır. Pisliklərdən, yanlışlardan qoruduqların bu gün özünü səndən qoruyur. Hər zaman başını dik tutmağı öyrətdiyin insanlar küçədə görəndə yanından dik keçib gedir.Birinin daha işi düşmür deyə yadına da düşmürsən. Birini vəzifə kor, birini şöhrəti kar edir. Birini sosial şəbəkə K-ları Korlayır. Biri sevgili tapıb xarakterini, səmimiyyətini itirir. Axtarıb aramayanlar, yazdığına cavab yazmayanlar, nömrəni silənlər, tanıyıb amma tanımamış kimi davrananlar , adı olub özü olmayanlar, yola verdiyini düşünənlər və daha kimlər, kimlər. Bu çətin marafonda özü olub, sınaqdan çıxıb həyatımızda qala bilənlər var olsun.
0 notes
elsensultanov · 25 days ago
Text
Bəzən həyat sadəcə əlindəkiləri deyil,icindəkiləri də alar səndən.Aid olmadıgın hiss etdiyin məkanlara və insanlara dözmək məcburiyyətində buraxar səni.Çıxıb getmək,qoyub getmək istəyərsən amma elə düyünlənmiş və qalındır ki bagların,məcburiyyət deyər,həyatın qanunları deyər,dözərsən.Və vazkecdiklərin arasında birinci özün olarsan.💔
0 notes
elsensultanov · 25 days ago
Text
Qorxma kimisə itirməkdən,sənə lazım olan kəs həyatı boyu itirilməz.İtirilənlər həyatın bir sınağıdır,qalanlar isə qismətin...❤️
0 notes
elsensultanov · 26 days ago
Text
İnsanlar birini sevir. Səni sevirəm deyir, Sonra bezir. Deyirik ki, necə buraxa bilər məni axı sevirdi! Əslində mahnıya qulaq asmağımıza oxşayır, Yeni bir mahnı tapırsan. Çox sevirsən o, mahnını, Bütün sözləri musiqisini əzbərliyirsən. Əzbərlədikdən sonra bezirsən. Buraxırsan. Amma bir başqa yerdə eşidirsən məsələn çox zaman sonra Yenə sevirsən mahnını oxuyursan əzbərə bilirsən çünki..🖤🕊
0 notes
elsensultanov · 29 days ago
Text
Həyatınıza başqalarını aldığınızda birilərini göndərmənizə ehtiyac yoxdu. Çünkü kimsə kimsənin yerinə keçməyi düşünmür , düşünsə belə hər kəs kimin onda nə qədər yeri olduğunu bilir. Yerindən məmnun olmayan zatən uzaqlaşır və bəlkə də bir müddət sonra tamamən çıxıb gedir. Və hər gedən də bir şeyler alıb aparır əslində bizdən..Bir parça sevgimizdən aparırlar, güvənimizdən, ədalətimizdən bəzən də xoşbəxtliyimizdən. Tam olmağa çalışırıq ama həmişə bacara bilirik mi?..Sual altındadı. Əslində heçnə keçmir , sadəcə alışırsan. Gündən-günə samki daha az xatırlayırsan , əvvəlki qədər pis də olmursan artıq . Sevməyə yaşadıqlarını təkrar yaşamaqdan qorxursan. Və ele bir zaman gəlir ki əvvəl ömrünü verdiyin birinə indi adi bir salamı vermirsən , verə bilmirsən..
0 notes
elsensultanov · 30 days ago
Text
Dünyaya kiminsə qızı olaraq gəlirsən. Kiminsə bacısı olaraq böyüyüb kiminsə sevgilisi kimi davam edirsən. Sonra kiminsə qadını olursan və kimlərinsə anası. Başın kimsələrə o qədər qarışır ki, özündən başqa hamının hər şeyinə dönürsən. Sonra bir darıxma duyğusu gəlir sənə. Hər şeyin var, amma əsas nəsə çatmır kimi. Evin var, evinə sığmırsan, işin varsa işinə. Axı çatışmaz olan şey nədir deyə düşünürsən taki özünü qurban verdiklərin öz həyatlarını quranadək. Bir dəfə güzgüyə bir baxırsan, sanki ilk dəfə özünü görürmüş kimi. O qadın sənə yaddır, tanımırsan onu, halbuki o hər sabah güzgüdən onu görməyin üçün sənə baxıb. Zaman keçib və o indi sənə məyusluqla baxır. Gecikmiş qadının son baxışı ilə baxır. Bir də nə kiçik qızcığaz olacaqsan, nə də yetkin bir qadın. Keçmiş geri dönməyəcək, gələcəyin məzara apardığı illərə də az qalıb...
0 notes
elsensultanov · 30 days ago
Text
“ Keçmişin ağırlığını daşımaq bəzən yorucu ola bilir. Amma öyrəndiyim bir şey varsa, o da, doğru insanla nə olursa-olsun hər zaman yenidən başlaya biləcəyindir. Çünki bəzi insanlar həyatına sadəcə gəlib-keçmək üçün girməz, bəziləri səninlə birlikdə yeni şeylər qurmaq üçün də girər. Və əgər bütün bunlara dəyəcək biri varsa, keçmişin kölgəsində yolunu itirmək yerinə, həmin insanla yeni bir yol tapa bilərsən... ”
0 notes
elsensultanov · 1 month ago
Text
Bu dünyanın ən ağır cümləsi "sənə inanmışdım" cümləsidir. Bilirsiz inam, güvən sevgidən qat-qat üsdün olan bir şeydir. Əvvəl birinə inanarsan, sonra güvənərsən, sonra isə sevərsən. İnanmadığın, güvənmədiyin birini heçvaxt sevə bilməzsən. Sevdiyini zənn edərsən amma sevə bilməzsən. Məsələdə bundadır ki, bir qadının sənə inanması, sənin onun güvənini qazanmağın qədər çətin birşey yoxdur bu dünyada. Çünki bir qadın gerçək mənada sənə inanarsa, sənə güvənər, səni sevər və sənin üçün öz qürurunu belə tapdalayıb hərşey edər. Sənə inanan qadının inancını qırmağ bəlkə də həyat boyu edə biləcəyin axmağlığların ən böyüyü olar. Bir qadın "sənə inanmışdım" deyirsə, ruhunu öldürdüyünü deyər. İnancı paramparça olar. İnancı dağılmış bir qadın bilirsiz sonda nə edər? Bütün dünyaya küsər və dünyaya küsmüş bir qadın ən ali sevgi ilə belə barışmaz artığ. Ona görə də, küsdürməyin qadınları.
1 note · View note