Tumgik
#dəyişib
metbuat · 2 years
Text
Sadio Mane:
“Bayern Münhen”in hücumçusu Sadio Mane UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçirilən matçdan – Milan “İnter”i ev oyunundan (2:0) sonra açıqlama verib. Metbuat.org-ın məlumatına görə, “Bayern & Germany” seneqallı ulduzun dediklərini belə çatdırıb: “Püşk püşkdür. Görək, bazar ertəsi qismətimizə kimi çıxarır. Əlbəttə, “Liverpul”la üz-üzə gəlsək, bu, mənim üçün xüsusi…
Tumblr media
View On WordPress
0 notes
madinaa17 · 1 month
Text
Əvvəllər yalnış olan hər məsələni insanlara başa salmağa çalışırdım, deyirdim "bu elə deyil belədir", amma indi işlər dəyişib. "Necə düşünürlərsə, düşünsünlər" deyib keçirəm. Bəzi şeylər üçün özünü yormamalıdır insan. Qoy, nəyi necə bilmək istəyirlərsə, elə qalsın
52 notes · View notes
anar-abasow · 8 months
Text
İçimdə heç vaxt doldura bilməyəcəyim böyük bir boşluq var və nə etsəm də, özümü tamamlanmış hiss etmirəm. Elə bil yarımçığam. Xoşbəxt olmaq üçün bir çox səbəblərim var, amma heç vaxt belə hiss edə bilmirəm. Bilirəm ki, baxış bucağımı dəyişib fərqli tərəfdən baxmalıyam, amma bu gücü özümdə tapa bilmirəm. Aylardır bu döngünü qırmağa çalışsam da, nədənsə başa qayıtmış oluram.
Mənim kimi hiss edən biri olsa deyə içimdəkiləri tökdüm bu sətirləri yazıram, çünki bilirəm ki, mən tək deyiləm, biz tək deyilik, sən də tək deyilsən.
46 notes · View notes
dadaszdkh · 5 months
Text
Ən son həddə çatdığını artıq özün belə hiss edirsən başqa çıxış yolunun olmadığını, artıq başqa insan ola bilməyəcəyini anlayırsan hətta başqa insana çevrilmək üçün vaxtın və inamın qalıbsa belə, özün dəyişmək istəmirsən lap istəsən belə heçnə etmirsən, çünki əslində bəlkə də, dəyişib ola biləcəyin bir şey də yoxdur.
24 notes · View notes
aaydaneliyeva · 5 months
Text
Evə gəlmişəm otağıma girib görürəm ki anam əşyalarımın yerini dəyişib, soruşuram ki: "niyə belədi bura?", deyir ki:"təmizləmişəm də" təmizləməklə əşyaların yerini dəyişmək nə əlaqə axı 😭😭😭
32 notes · View notes
xancann · 1 year
Text
Ətrafımız bəzən bizi elə bir təəccüləndirər ki, dəyişib bu hala mı gəldilər yoxsa elə əvvəldən mi belə idilər, bilmərik, donub qalarıq sadəcə.
56 notes · View notes
nesirov · 1 year
Text
Bakirə qadınlar istəyirsiz, çünki cinsi performansınızın müqayisə edilməsini istəmirsiz. Tez əldə edilə bilən və təcrübəsiz qadınlardan həyat yoldaşı istəyirsiz, çünki o sizin üçün xidmət edərkən sözünüz keçsin istəyirsiz. Hər qadının bədəninə sanki haqqınız varmış kimi baxırsız, amma sahib olduğunuz qadınlara başqa kişilər eyni şəkildə baxacaq deyə, öz qadınlarınızın həyatını zəhər edirsiz. “ Mən sənə güvənirəm də, ətrafa güvənmirəm ” deyənlər var hələ. Alçaltmaq kompleksinin adı dəyişib qısqanclıq olub bu dövrlərdə. Qısqanclığı isə sevgi edib bəzi axmaqlar.
Azad düşünən, güclü, iradəli qadınlardan qorxursuz, çünki nə qədər aciz olduğunuzla üzləşməkdən qaçırsız. Bir kişi hər qələti etdiyində görməzdən gəlirsiz, amma bir qadın “ Bədənim mənimdir, sənə nə? ” desə, onun adını çıxarmaqdan heç çəkinmirsiz. Əxlaqı öz mənliyinizdə itirib, qadınların ayaqlarının arasında axtarırsız. Sanki namusunuzu sizə qadın qazandırır, necə bir kişi olduğunuz qadına görə ölçülür. Utanmanız ancaq həyat yoldaşınız “ namussuzluq ” edərsə olur. Birdən edər deyə ürəyiniz partlayır və məhz bu səbəbdən faşizm'in kökü sizdən başlayır. Tezliklə zehniyyətsizliyinizin fərqinə varın. Həqiqətən, siz “kişi” qalanlar, hələ insan ola bilməyənlər, cinsi orqanından başqa heç yeri ilə düşünə bilməyənlər, siz bu dünyada niyə varsız ki? Öz cahilliyi ilə loğvalanan tək canlı olmaq, özünüzə qarşı necə bir təhqdir fərqindəsiz? Beş min ildir ki, Qadın : kölənin köləsidir. Pullu kölənin evindəki xadiməsi, kəndlinin namusu, kiçik Burjua üzvünün içki masasındaki əyləncisi və münasibət albomunda kiminsə bacarığının təqdiridir. Həmçinin qadınlar kapitalist bazarın cinsi materialı, dindarların oyuncağı, Tanrının şeytanı, ovçu kişilərin gülü, sözdə “ Eşq Mələyi ”dir. Halbuki qadın, doğurub dünyaya gətirən, əmizdirən, öz əməyi ilə böyüdən, yəni bütün insanlığın həqiqi sahibidir.
© J.Saul
106 notes · View notes
justsky13 · 9 months
Text
Şoferin playlisti dəyişib aşkolar
42 notes · View notes
pistanthrophob · 12 days
Text
Bir insan bir davranışını ya da hansısa düşüncə formasını dəyişəndə bəzən bunun nəticəsində silsilə şəklində həmin insanın digər fikirləri də dəyişib nəticədə həmin insan öncəkindən çox fərqlənə bilir.
Məşhur düşüncə experimenti var: Tesiusun gəmisi. İllərlə səfərdə olan taxta bir gəminin səfər boyunca çürümüş taxtaları çıxarılıb yenisi ilə əvəz olunur. Nəticədə gəminin əvvəlki hissələrindən əsər qalmır, bütün hissələri yenilənmiş olur. Sual budur - Bu tamamilə təmir olunmuş gəmi, səfərə çıxmazdan əvvəlki gəmi ilə eyni gəmidir?
Məncə insanlarda da buna bənzər bir şey baş verir. Sən bir fikrini dəyişirsən, ancaq bu fikrin daha əvvəldən sahib olduğun digərləri ilə təzad təşkil edəndə məcbur onları da dəyişirsən. Sonra onlar təzad təşkil edir onlar da dəyişir və bu belə davam edir. Ona görə dəyər verdiyim insanlara qarşı "Bunu etməsən yaxşı olar.", "Bu sənə yaraşmır", "Bu düzgün deyil" kimi cümlələr sərf etməzdən öncə dəfələrlə düşünüb bu xüsusiyyətin dəyişməsinin hansı nəticəyə çatacağını hesablamağa çalışıram.
15 notes · View notes
fffloweeer · 13 days
Text
Əvvəl “incidim” yazmaq əvəzinə mesaja reaksiya atıb, oflayn olub, birdən əhvalımı dəyişib mesaja məhəl qoymadan mövzunu dəyişərdim və ya hər şeyin yaxşı olduğunu söyləyərdim
13 notes · View notes
orkhanivy · 2 months
Text
sənik altı-üstü app-di bu qədər böyütməyə duyğu yükləməyə gərək yoxdu. nə savaşı, nə mübarizəsi ahahaha. ölkə əldən gedib Tumblr dəyişib deyə yas tutulur. öz ölkəmizdə miqrant kimi yaşayırıq buna heç təsirlənən yoxdu. mən playlist, musiqi paylaşım, animelərdən filan danışım arada bir qız uşağı atalarına paxıllıq etdiyim postlar atım, hə bir də küçədə çəkdiyim şəkilləri paylaşım deyə istifadə edirəm. çox bi hədəfim yoxdu açığı, öz ütopyamda miss rahatıma baxıram
9 notes · View notes
madinaa17 · 10 months
Text
Unidə 3-ü kursda olan "dostum" var. Əvvəl onun ürəyimdə çox yaxşı yeri var idi. İndi isə hər şey tamamilə dəyişib. Keçən kurs "o qız çox ikiüzlüdür" dediyi qızla BFF olub, demək olar ki, hər gün restorandadırlar. Hamı mən status qoymamışdan əvvəl ad günümü təbrik edərdən, o statusumdan yanıt verib, təbrik etmişdi 2 cümlə ilə özüdə saat 10-da. Halbuki mən onun ad gününü düz 00:00-da təbrik etmişdim + da dastan kimi təbrik yazmışdım. Keçənlərdə anası mənə dedi ki, danışmırsız? Niyə yazmırsan ona? Gedib yazdım ona mənə yazmamasının səbəbi mənim imtahanlara hazırlaşmağımdır. Dərslərimə də hazırlaşıram, sosiala da vaxt ayıram. Kim yazır, cavab verirəm. Bütün gün kitabın içində bitməyəcəm ki. Xülasə, heç kimə indiki zamanda dəyər verməyin. Bu 10 il tanıdığınız insan olsa belə. Özünüzü sevin, özünüzə vaxt ayırın. Unutmayın ki, sizdən önəmli heç bir şey yoxdur bu dünyada
48 notes · View notes
dadaszdkh · 11 months
Text
sevgi o qədər dəyişib ki, artıq sevgimizi göstərməkdən qorxuruq gedər deyə.
49 notes · View notes
javadovahzaynab · 4 months
Text
Tumblr media
2 gün əvvəl gəlib bu bildiriş. Tumblrda çox blogum olub amma bu blog çox özəldi mənim üçün. Pis olandada, xoşbəxt olandada burda paylaşdığım zamanlarım olub. Yeni bir həyata belə başlayarkən bu blogda paylaşmışam mən. Necədə özəldi...
Qəribə gələcək, amma bu blogu açarkən həyatımda olan insanlar indi yoxdular, hətta həyatıma bir çox yeni insanlarda daxil olub. Sadəcə buda deyil, bir çox şey dəyişib və mən bir çoxunu burada paylaşmışam. Ah tumblr, ən yaxın dostumsan... 💛
11 notes · View notes
usersh · 1 year
Text
Olmaq, ya da olmamaq, budur bütün məsələ! Qəddar talehin yumruqlarına, qəzəbinə dözərək düşüncəmizi özümüzə saxlamaq? Yoxsa bəlalar dolu dalğaları ilə üstümüzə gələn həyat dənizinə qarşı Dur! Bəsdir! Demək?!
Kim dözə bilər zamanın şallağına? Güclünün üstünlüyünə, qanunların bu qədər yavaş, ikiüzlülüyün bu qədər sürətli yayılmasına. Pislərə qul olmağına yaxşı insanların.
Kim istəyər bunlara dözmək, ağır yüklərlə dolu bu həyatın altında yorulub, əzilmək?! Ölümdən sonrakı bir şeydən qorxmasa, heç kimin gedib də qayıtmadığı bilinməz dünya qorxutmasa ürəyini? Bilmədiyimiz imtahanlara çəkilməkdənsə, əziyyətlərinə razı etməsə insanı?
Şüur belə qorxaq edir insanı: düşüncənin zəif işığı bulanıqlaşdırır ürəyindən gələn canlı rəngi. Və neçə böyük, cəsarətli düşüncələr bu səbəbdən yollarını dəyişib itirir, bir iş, bir hadisə olmaq gücünü.
William Shakespeare. Hamlet. “To be, or not to be - that is the question”
30 notes · View notes
evezysf · 6 months
Text
Məhləyə çatanda yanan tonqalları görməyincə çərşənbə olduğu heç yadımada gəlmirdi. Mənmi qocalmışam abu-havamı dəyişib bilmədim..
53 notes · View notes