Tumgik
#cəsarətli
metbuat · 2 years
Text
Qara Qarayev
“Çətin səfər idi. Çox vacib qələbələrdən birini qazandıq”. Metbuat.org xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la səfər qarşılaşması (3:0) haqda danışarkən deyib. O, Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında fikirlərini bildirib: “Oyun bizim üçün ağır başladı. İlk hissədə rəqibin təzyiqləri var idi.…
Tumblr media
View On WordPress
0 notes
fffloweeer · 18 days
Note
Bloq yazmağa nə ehtiyac var axı, elə özümə desə kifayət edir.
Hər insan eşidəcəyi etirazı gözə alıb hisslərini ifadə etməkdə cəsarətli deyil. Belə halda hər cür alternativdən istifadə edənlər ola bilər :d
8 notes · View notes
raxmetoffa · 2 months
Text
Bu dünyaya bir dəfə gəldiyimi, və ansızın ölə bilmə ehtimalımı düşündüyüm üçün, heçnəyi sonraya saxlamama qərarı verdim yaxınlarda. Gün keçdikcə hər şey çox gözəl olur. Cəsarətli olun, heçnədən qorxmayın
17 notes · View notes
petr1chorr · 1 year
Text
İnsanın ən çox qorxduğu şey özünü tanımasıdır. Çünki insan başqalarında gördüyü yanlışları özündə görə biləcək qədər cəsarətli deyil. Özü ilə üzləşən insan, özünü tanımağı seçir. Özünü tanıyan insan isə özünü hər anlamı ilə qəbul edir. Özü ilə barışıq insan isə mükəmməl, sağlam bir şəxsiyyət deməkdir.
56 notes · View notes
usersh · 1 year
Text
Olmaq, ya da olmamaq, budur bütün məsələ! Qəddar talehin yumruqlarına, qəzəbinə dözərək düşüncəmizi özümüzə saxlamaq? Yoxsa bəlalar dolu dalğaları ilə üstümüzə gələn həyat dənizinə qarşı Dur! Bəsdir! Demək?!
Kim dözə bilər zamanın şallağına? Güclünün üstünlüyünə, qanunların bu qədər yavaş, ikiüzlülüyün bu qədər sürətli yayılmasına. Pislərə qul olmağına yaxşı insanların.
Kim istəyər bunlara dözmək, ağır yüklərlə dolu bu həyatın altında yorulub, əzilmək?! Ölümdən sonrakı bir şeydən qorxmasa, heç kimin gedib də qayıtmadığı bilinməz dünya qorxutmasa ürəyini? Bilmədiyimiz imtahanlara çəkilməkdənsə, əziyyətlərinə razı etməsə insanı?
Şüur belə qorxaq edir insanı: düşüncənin zəif işığı bulanıqlaşdırır ürəyindən gələn canlı rəngi. Və neçə böyük, cəsarətli düşüncələr bu səbəbdən yollarını dəyişib itirir, bir iş, bir hadisə olmaq gücünü.
William Shakespeare. Hamlet. “To be, or not to be - that is the question”
30 notes · View notes
jacob77 · 1 year
Text
gec də olsa bunları biri sənə deməlidi və başa düşməlisən:
dərdli statuslar paylaşmaqla heç nə düzələn deyil çünki,heç kimin vecinə deyil sənin ruh halın və həqiqətən necə olduğun (istisna ola bilər)
özünü kiməsə niyə bəyəndirməyə çalışırsan? ona görə hər şeyini dəyişməyə hazırsan sanki. doğru insan üçün bir gülüşün,söz,hərəkətin belə seviləndi.
kimlərinsə təsdiqini gözləmə.eləmisən yaxşı eləmisən.yenə olsa yenə edərsən.çünki belə olsun istədin.kiməsə açot verməli deyilsən.açot uçot işləri yalnız mühasibatlıqda ay sonu hesabatda qeyd edirsən nə isə)
hər şeydən təcrübə çıxarmağa çalış.bunun faydalarını sonralar görəcəksən.
cəsarətli ol ya hə ya yox ömür qısadı bəzi şeyləri qürur etməyə dəyməz.
və ən əsası özünə inan və güvən.
amma unutmuşam sən azca qayğı və diqqəti sevgi sanırsan olsun yenə də uğurlar ))
30 notes · View notes
nesirov · 1 year
Text
4 kəpənəyin hekayəsi
Günlərin bir günü 4 kəpənək alovun sirrini tapmağa qərar verirlər. Sonra hamısı bir yerdə yanan bir alovun yanına gedirlər. Aralarında danışarkən, 1-ci kəpənək deyir : “ Birinci mən gedəcəm və alovun sirrini tapıb sizə də söyləyəcəm ” , bunu deyəndən sonra o alova tərəf gedir və ətrafında dolanandan sonra geri qayıdaraq dostlarına deyir : “ Mən alovun sirrini tapdım : Alov işıq yayan birşeydir ”. Lakin digər kəpənəklər bu cavabla qane olmurlar və alovun daha böyük bir sirrinin olduğunu fikirləşirlər. Sonra 2-ci kəpənək : “ Bu dəfə mən gedəcəm və alovun sirrini öyrənib sizlərə deyəcəm. ” deyib gedir. O alova biraz daha yaxınlaşaraq ətrafında döngə vurur və geri qayıdır. Qayıdandan sonra deyir : “ Mən alovun sirrini tapdım, alov istilik verən birşeydir ”. Lakin kəpənəklər bu cavabla da qane olmur. Sonra 3-cü kəpənək : “ Bu dəfə də mən gedəcəm və alovun sirrini tapacam. ” deyir və gedir. 3-cü kəpənək biraz daha cəsarətli davranır və alova yaxınlaşır. O alova o qədər yaxınlaşır ki, alovun qıvılcımları onun qanadlarını sıyırıb keçir. Bütün bunlardan sonra o geri qayıdır və deyir : “ Mən bu dəfə alovun sirrini həqiqətən tapdım, alov yandıran birşeydir ”. Digər bütün kəpənəklər bu cavabla qane olur amma 4-cü kəpənək heç cür qane olmur. O inadla alovun sirrinin bu qədər sadə olmadığını düşünür. Beləliklə o anidən dostlarından arasından ayrılaraq atəşə doğru getməyə başlayır. Lakin dostları hər şey anidən baş verdiyi üçün, nə olduğunu anlamaqda çətinlik çəkirlər. Və baş verənləri oturub izləməkdən başqa əllərindən heç bir şey gəlmir. 4-cü kəpənək ilk öncə alovun ətrafında döngələr vurmağa başlayır və hər döngə vurduqca alova daha da yaxınlaşır. Bir müddət sonra o alova o qədər yaxınlaşır ki, alov artıq onun qanadlarını əritməyə başlayır. O alovun ətrafında son bir döngə vurduqdan sonra, özünü alovun içinə atır. Bir anda alovun içində kiçik bir qıvılcım yanıb sönür. Və 4-cü kəpənək yanaraq kül olur. Əslində bütün kəpənəklərin arasından alovun həqiqi sirrini öyrənə bilən tək kəpənək də o olur elə. Çünki o geri gəlib, dostlarına alovun nə olduğunu anlada bilmir, onsuzda anlatması da gərəkmirdi. Çünki alov eşqdir və eşq anladılmaz, sadəcə yaşanar...
39 notes · View notes
pistanthrophob · 22 days
Text
İnsanın verdiyi ən çətin mübarizə, öz içində verdiyi düzgün xarakter oturtmaq mübarizəsidir. Bunu hərkəs bacarmır. Çünkü hərkəs o qədər cəsarətli deyil. Öyrəndiklərini təmiz kənara atıb yeni səhifə açacaq qədər fərasət sahibi deyil.
5 notes · View notes
arcieree · 1 year
Text
Çobanyastığı fərqlidir cənab.Sevir, sevmir deyə qoparılacaq qədər cəsarətli, amma qoparıldıqdan sonra əzəmətini və gözəlliyini itirəcək qədər incədir.Və bir də çobanyastığı sevən qadınlar var - birini sevəcək qədər cəsarətlidir, fəqət qırıldıqlarında paramparça olub, toparlanmayacaq qədər naifdirlər. Sevgisi üçün incəliyini və qırılğanlığını bir yana qoyub, sevgisini isbat etməyə çalışarcasına, sevir, sevmir deyə qoparılıb atılan bir çiçək. Çiçəyin qiymətinə deyil, anlamına önəm verən bir qadın varsa həyatınızda o qadını incitmək yerinə, sahiblənin.🌼
24 notes · View notes
zeydme · 10 months
Text
Cəsarətli olmaq üçün öncə qorxudan keçməlisən.
12 notes · View notes
mmar1ia · 2 years
Text
İstisnalar xaricində, bizim üçün cavabı bilinməyən tək bir şey vardır ; sabah oyanıb oyanmayacağımız. Sizə bugünü son gününüz kimi yaşayın desəm belə, bu çox çətindir. Çünki biz bunu edəcək qədər cəsarətli deyilik. Hər zaman “bəlkə daha neçə illər yaşayacam, onu sevdiyimi bilməsə də olar, onunla barışmasam da olar, ailəmlə vaxt keçirəcəyim çox günlər olacaq, bu gün olmasa da olar, sevdiklərimə daha sonra da “sizi sevirəm” deyə bilərəm…” deyirik. Belə edərək, nə qədər yaşayacağımıza qərar verə biləcəyimizi düşünürük. Fərqində olmalısınız ki, zaman artıq daha tez axıb gedir, günlərin necə keçdiyinin fərqində belə olmuruq. Hər günümüzü tək günümüz kimi yaşasaq, vəda zamanı tək bir peşmanlığımız belə olmaz. Bunun “dürüst olun, insanları incitməkdən qorxmayın” mənasına gəldiyini əsla düşünməyin ! Mən sadəcə sevginizdən bəhs edin, xoş sözlər söyləyin, sevin, sevilin deyirəm. Zaman sadəcə bir yuxudur, oyandıqda çox şeyi itirdiyimizin fərqinə varırıq. İndi zaman var, bəs olmasaydı ?!
35 notes · View notes
fakhriia · 1 year
Text
mənə cəsarətli ol deyir amma özü hisslərindən qaçan bir qorxaqdır.
20 notes · View notes
huseinli · 1 year
Text
Mən Qorxağam yoxsa Cəsarətli?
Bu suala cavab tapmaq istəyirsinizsə,
sizə təqdim etdiyimiz testi sinaqdan
keçirə bilərsiniz.
1. Axșam qaranlıq küçədə arxanızca
kiminsə gəldiyini hiss edirsiniz. Sizin ilkin
reaksiyanız necə olacaq?
a) Boș șeydir, yol hamı üçündür --1
b) Küçənin o biri tərəfinə keçərəm - 5
c) Tez uzaqlaşmağa çalışıram -- 10
2. Faciəli, qorxulu filmlərə baxmağa
marağınız varmı?
a) Bəli--1
b) Xeyr-10
c) Şəraitdən asılı olur -- 5
3. Qorxulu yuxular görürsünüzmü?
a) Tez-tez -10
b) Hərdən -5
c) Çox nadir hallarda -1
4. Sizdə <qarabasma> halları olubmu?
a) Heç vaxt olmayıb -1
b) Nadir hallarda olur - 5
c) Tez-tez olur - 10
5. Gecə qapının zəngi qəfil çalınır. İlkin
olaraq ağlıinıza gələn...?
a) Nəsə olub-10
b) Görəsən kimdi aecənin bu vaxtı...? -- 5
c) Ehtiyatla gedib kim olduğunu
yoxlayırsınız-1
6. Hər hansı bir nəqliyyat növünə
minəndə onun qəzaya uğrayacağı haqda
düşünüb qorxu hiss keçirirsinizmi?
a) Əlbəttə -10
b) Qətiyyən yox--1
c) Təyyarə və gəmi olanda -5
7. Gecə hara isə tələsirsiniz. Yolunuz
isə qəbristanlığın yanından keçir. Nə
edərsiniz?
a) Yolumu dəyişərəm -10
b) Birtəhər gedərəm -- 5
c) Əlbəttə gedərəm, ölülərdən qorxmağa
dəyməz -1
7 notes · View notes
ssshammsss · 1 year
Text
Güclü, hər şeyə sahib qadınları xoşbəxt etmək çətinmiş. Onlara özləri kimi hər şeyə sahiblənmiş, onları təmin edəcək adamlar lazımmış…
… xeyr, bəlkə hər şeyə sahib olmuş güclü qadınların sadəcə sevgiyə ehtiyacı var? Özü hər şeyə sahib olmuş əsl qadınlar bilir ki, tək güc sevgi və inamdı. Əsl əlini tuta biləcək cəsarətli adamla onlar sıfırdan belə başlaya bilər. Yetər ki, o adam o gözlərə sonsuza qədər qalacaq inamla baxsın…
“Pul, var-dövlət, köklü nəsil üçün seçilən adamlar heç zaman əsl xanım tərəfindən sevilmək nədir bilməyəcək”…
siz sizi hər şeyi varkən, sizlə yoxluğa razı olacaq qadınlar yol alın. Yol pis olsa belə, yoldaşınız yaxşı olsun🤍
7 notes · View notes
nayyznsworld · 2 years
Text
Həyatda pis heç nə yoxdur və başımıza gələnlər həmişə öyrənilməsi lazım olan dərslərdir.
Sizə çox ağrılı görünən müxtəlif həyat çətinliklərinizi xatırlayın.
İndi onlara baxsanız görərsiniz ki, onlar sizə daha müdrik, daha güclü və daha cəsarətli olmağa imkan verib.
21 notes · View notes
minavenera · 8 months
Text
KÜNC 4
Mənimdə bəzi sərhədlərim var. Bu sərhədlərin tapdalanması mənim varlığıma,şəxsiyyətimə təcavüzdür. Natiqlərin dediklərinə görə mən həddən artıq dəyər vermə xəstəliyinə qapılmışam. Şeytan bu məsələdən məmnundur. Çünkü mən zahirən bu hissiyatı çölə bəxş etmirəm. Mən zülmət bir qaranlığın içində ki işıq kimiyəm, həm qaranlığın içində var olabiləcək qədər cəsarətli, həm də işıqdan mənə baxanları kor edəbiləcək qədər təhlükəli. mənə yaxınlaşmaq elə də asand deyil. Xəstəliyimdən istifadə edəbilmək üçün birinci mənə yaxın durmalısan. Şeytan deyir ki " Əhsən səni gözəl yetişdirmişəm, sənə qaranlığımdan verdiyim hər damcını gözəl dəyərləndirmisən saçlarına sürtmüsən,bədəninə sürtmüsən,üzünün hər bir zərrəsinə sürtmüsən sənə baxan saniyəsində səndəki o buzluğu o daşlığı görür amma səndən bir o qədərdə iyrənirəm çünkü sən bunu zahirindən daxilinə köçürdəbilməmisən!sənin gözlərin " mən hisslərimin içində əriyirəm, mən alovun özüyəm, mənim daşı belə əridəbiləcək qədər böyük sevgim var qəlbimdə" deyir. Sənə yaxın duran səndəki bu xəstəliyi əlbəttə ki görəcək,sən gözlərindən gizlədəbilmirsən bunu. Heif mənim əziyyətimdən!
Mən şeytanı dinlədikcə özümdən daha da iyrənirəm, özümə nifrət edirəm. Varlığım məni kəmirir. Mələk vəziyyətimə,çarəsizliyimə dözəbilməyib mənim bu təbiətimi olduğu kimi qəbul etdiyini dilə gətirdi. O bilir ki, mən nə qədər əlləşsəmdə məntiqin soyuqluğunu batini vəzziyətimə tətbiq edəbilmirəm. O yenə də əzziyətimi görür və buna baxmayaraq məni elə beləcə də qəbul edir bağrına basır. Amma passiv agresiya hiss edirəm yenə də ondan özümə qarşı. Bilirəm bu aggresiya onun mənə canı yandığından irəli gəlir o istəyir ki mən içimdə ki bu zəifliyi gizləttiyim kimi həm də yox edim, güclü daxilim olsun,hislərin birbirnə kəndir kimi bağlanmadığı,iplərin dolaşmadığı bir daxil. Yenə də əldən heçnə gəlmir. Elə sərhədlərimin tapdalanmasıda ona görə böyük bir xaos yaradır içimdə. Dəyər vermə xəstəliyimin nəticəsində küt bir hevislənmə ağrısı gəlir. Eləcə də o həmin sual yaranır " Dəyərdi?" Mən bunlara layiq deyiliydim heç demə! səndən xəstəliyi göstər deyən olmadı,səndən dəyər tələb edən olmadı sən sadəcə xəstəliyi anlayıb nankorluq virusuna tutulmayanların vicdanına sığındın " bəlkə də dəyərdi" demək üçün. Gəl etiraf edək, sən hələ də xəstəliyə düçar olduğuva inanmırsan. Sən çarəsizcə sübut etməyə çalışırsan ki bu xəstəlik deyil, bu insan olmağın əsas keyfiyyətlərindən biridir. Axı Təbiət konstitusiyasının birinci maddəsi: Hər şey bir-biri üçün yaşayır idi. Bir-birimiz üçün yaşamaq təbiətin qanunudur. Bu, qədim zamanlardan bəri davam edən bir anlayışdır. Tamlığı təsvir edir və mahiyyəti iki cümlədir...
Mən “biz” olanda “mən” oluram.
Sən "sən"sən, çünki mən "mənəm".
Bəs bu nədir ? ay natiqlər mənə açıqlayın, Mən həqiqətən xəstəyəm yoxsa onlar xəstədir? Mən bir onu bilirəm ki, özüm üçün yaşamaq eşiddiyim ən mənasız sözdür. Mən özüm onsuz da yaşayıram ki qarşımdakinə də həyat verim amma elə əli boş qayıdıram. Bəlkə də xəstəliyə tutulan mən yox, cümlə aləmdir ki dəyərli heçnəyin dəyərini görəbiləcək göz yoxdur,onlar yalnız kəpənəkləri qovalamaqla məşquldur daha sonra tuttuğu kəpənəyi əzib, başqa bir kəpənək qovalamaq, bu döngü insan ömrünün axırına kimi belə də davam edir, axmaqlıq heç belə uzun ömürlü olmamışdı. İndi deyin görüm mənə, kimdir xəstə? Əgər mən qarşımdakinin şəxsi keyfiyyətlərini mənə verdiyi,göstərdiyi dəyər əsasında bəlirləyirəmsə, əgər ondan sərhədlərimə,şəxsiyyətimə hörmət tələb edirəmsə, və mənim tələblərim qarşılanırsa, məni niyə başqa bir kəpənək maraqlandırsın? Mən buna baxmayaraq başqa kəpənək arxasıyca qaçıramsa deməli mənim çəkdiyim sərhəd,şəxsiyyətim,varlığım yalandır. Çünkü bunu edən insan özünə inamı olmayan insandır, ona varlığının reallığına inandıracaq tək şey sərhədlərinin tapdalanmasıdır ancaq onda anlayacaq ediləcək bir hörmət,tapdalanabiləcək bir sərhədin olduğuna. Mənim baxçam yalnız tək bir kəpənək üçün yaranıb, elə əkdiyim güllərin iyidə hər kəpənəyin xoşuna gələcək türdən deyil. Natiqlər nə qədər müzakirə etsələrdə,mən o baxçaya istəsəmdə hər kəpənəyi cəlb edəbilməyəcəm bağça yalnız qəlbi açıq,könlü aşıq kəpənəklərə cənnət görünər.
Tumblr media Tumblr media
2 notes · View notes