#bənzəyir
Explore tagged Tumblr posts
alizadee · 1 month ago
Text
Darıxmaq payıza bənzəyir, insanlar darıxar, içlərində sərin küləklər əsər🧡
41 notes · View notes
anonimdushunce · 10 days ago
Text
Tumblr media
Kainat və İnsanlığın Kiçikliyi
Kainatın müşahidə olunan hissəsi təxminən 93 milyard işıq ili genişlikdədir. Bu rəqəmi anlamağa çalışmaq, bir zərrəciyi sonsuzluğa müqayisə etməyə bənzəyir. Yer kürəsi, milyardlarla qalaktikanın içində yalnız bir toz zərrəsi, biz isə bu tozun üzərində düşünən kiçik varlıqlarıq. Ancaq nə qədər kiçik olmağımızı bilsək də, özümüzü kainatın mərkəzi hesab edirik.
Bu nəhənglik bizə həm kainatın dərinliyini, həm də öz sərhədlərimizi göstərir. İnsan şüuru nə qədər böyük olsa da, kainatın sonsuzluğu qarşısında məhduddur. Biz yalnız bizə çatan işıq siqnalları vasitəsilə müşahidə edə bilirik və hələ də kainatın əsl ölçüsünü anlaya bilmirik. Sonsuzluq anlayışı bizi qorxudur, amma eyni zamanda valeh edir.
Digər tərəfdən, kainatda başqa həyat formalarının ola biləcəyini düşünmək, bizim unikallıq anlayışımıza meydan oxuyur. İnsanlar, Yer kürəsindəki kompleks həyat fenomeninin onları “xüsusi” etdiyini düşünürlər. Lakin kainatın genişliyini qəbul edənlər üçün bu təkəbbür mənasız görünə bilər.
Bu paradoks həm də bizim planetimizlə necə davrandığımızı sual altına alır. Mikroblar və bakteriyalar təbiətin tarazlığını qorumaq üçün çalışır, biz isə həmin tarazlığı məhv edirik. Belə ki, insanlar, Yer kürəsinin əsas məhvediciləridir. Kainat qarşısında kiçik olsaq da, planetimizin gələcəyini dəyişdirmək gücünə sahibik.
Sual yaranır:
Əgər biz bu qədər kiçikiksə, niyə bu qədər böyük ziyan vururuq?
Bəlkə də kainat qarşısında özümüzü bu qədər əhəmiyyətsiz hiss etdiyimiz üçün daha çox iz buraxmağa çalışırıq.
Son olaraq:
Biz, bu toz zərrəsinin üzərində yaşayan varlıqlar, kainatın sonsuz sirrlərini anlaya biləcək qədər böyük düşünə bilərikmi? Yoxsa yalnız öz eqomuzun çərçivəsində ilişib qalacağıq?
21 notes · View notes
elv2n · 3 months ago
Text
Mənim ürəyim kimsəsizlər evinə bənzəyir..
49 notes · View notes
dadaszdkh · 11 months ago
Text
Sevgi bəzən bir stəkan çay bənzəyir.
55 notes · View notes
sanctasu · 6 months ago
Text
Gülən üzlər
Taksidəykən maşınların arxası narıncı gözlü geniş üzlərə çevrilir. Mən yağışın sıçramış pəncərəsindən onlara baxarkən hamısı mənə gülümsəyir. Geniş, boş təbəssümlər, parlaq gözlər. Maşınlar artıq əyləşdiyim maşını deyil, onlara gülümsəmədiyimə görə məni mühakimə edirlər. Öz aralarında məni ön oturacaqda əyləşmiş başqa sərnişinlərlə müqayisə edirlər. Başqa sərnişinlərə bənzəmədiyimə görə məni söyürlər. İndiki zamanda söyməkdən asan nə var ki?! Hünər söyməməkdir. Ancaq bunları o şüşədən ibarət parçacıqlara söyləmək düzgün bulunmaz. Yan tərəfimdə uniformalı sürücüyə baxar-baxmaz vücuduma bir soyuqluq gəlir. Sürücü tərpənməyən üz cizgilər ilə mənə cansıxıcı eyham bəxş edir. Dodaqaltında sayını bilmədiyim təkrarlanan şivə sözcüklərini eşidirəm. Eşitdiklərimi hörmət əlaməti olaraqda cavablamağa heç bir macalım yoxdur. İşıqforun qırmızı işıqlarının gözümə günəş şəfəqləritək yansıtdığı görüntüdə üzümü sağ əlimlə tutmağa çalışıram. Bu zaman əlimin baş barmağı ilə şəhadət barmağı arasında göy qələm ilə “x” hərfi yazıldığını görürəm. Dümdüz, səliqə ilə yazmış olduğum bu hərfi nədən əlimə yazdığımı düşünürəm. Uniformalı sürücü onun yolunu gecikdirən maşın sürücüsünü asta səslə söyür. Yağış damcıları qulağımda cingildəyən bu söyüşə zidd olaraq hava axını ilə şüşədə buxar əmələ gətirir. Uniformalı sürücü mənə baxmadan gedəcəyim ünvanın hansı yolunda düşəcəyimi soruşur. Ona laqeydcəsinə, soyuq səslə cavab verirəm. Səsim amerikan filmlərində səslənən mənfi obraz aktyorlarının dublyaj səslərinə bənzəyir. Əlimə qeyd etdiyim yazı, mənə bu gün mühazirə boyunca qələm istifadə etmədiyimi xatırladır. Qələm mürəkkəbinin mənə aid olmadığını duyub, mühazirə zamanı kiminlə ünsiyyətdə olduğumu yadıma salıram: auditoriyanın yan tərəfində bardaş qurub mənə aid olmayan təxəllüslə salam verən V. arxa partalara keçərkən gözü ilə başını önə doğru əyərək etimadını göstərən N. yanımda əyləşib, belini əyərək gözümdə qoca bir fəhləyə bənzətdiyim A. başqa dərs müddətində münasibət göstərdiyim birilərini yadıma sala bilmirəm. Sürücü möhkəmcə əyləci basaraq “çatdıq!” dedi. Ödənişi edib yerə düşər-düşməz səkidə yağmur damcılarının üstələdiyi bir balaca ayı oyuncağı görürəm. Yuxarıdan aşağı imkanlı təbəqənin zavallı birinə baxdığı təqdirdə oyuncağa baxıram. Oyuncağı sağ əlimlə götürürəm. Balaca, ayı oyuncağı əlimi isladır. Oyuncağa diqqətlə nəzər etdikdə onun büst hissəsində mürəkkəbə bənzər ləkə görürəm. Həmən mürəkkəbə toxunuram, və mürəkkəb şəhadət barmağıma azacıq nöqtə kimi yaxılır. Bu yağmurda hansısa oyuncağın mənə fərahlıq gətirəcəyini düşünməzkən düşünməyimə səbəb olan, bir əlimə çəkilən naməlum qələm mürəkkəbi, birdə bu balaca ayı olur.
24 notes · View notes
madinaa17 · 1 year ago
Text
Həyat pianonun dillərinə bənzəyir, ağ dillər xoş günlərə, qara dillər isə çətin günlərə bənzəyir. Pianoda gözəl musiqi ifa etmək istəyirsənsə, mütləq hər iki dillərdən istifadə etməlisən
©
35 notes · View notes
abdnarmin · 1 year ago
Text
Həyatda verdiyimiz bəzi qərarlar gecə yuxulu birinin nəyəsə dəyib sonra nəyə dəydiyini aydınlaşdırmaq üçün geri çəkilib daha diqqətlə baxmasına bənzəyir.
24 notes · View notes
khannvaa · 1 year ago
Text
Xəyanət insanın əllərini sındırmaqa bənzəyir. Bağışlamaq olur, ancaq qucaqlamaq artıq münkün deyil.
21 notes · View notes
aiselibrahim · 17 days ago
Text
Çox sevdiyin insanla yollarının ayrılması həyatında ölümcül xəstəliyin son mərhələsində olan birinin olmasına bənzəyir. Bu bənzətməni etmək bəlkə də xoş olmaz, amma bitmiş hər periodu ölümə çox yaxın görürəm. Bir növ həyatda olan amma bizim üçün ölmüş insanlar. Ölümcül xəstəliklə boğuşan əzizin olduqda bunu ilk qəbul etmək gücündə ola bilmirsən, "durduq yerə necə bu şey ola bilərdi?" düşüncəsiylə dərin ağrıya qərq olursan, kaşkilər səni yeyib bitirir. Kaş çox soyuqda qalmazdı, kaş çox özünə əziyyət verməzdi və s. kimisindən deyə-deyə hayıflanırsan, amma heç biri onun xəstə olduğu gerçəyini dəyişmir. Tibb inkişaf edib, sağalar düşüncələri içində zamanla ümidlənirsən. Əslində şüuraltı artıq bunların bir işə yaramayacağını anlayırsan. Gün gəlir müalicələr heç bir nəticə vermir, ölümə günlər sayırsınız. Vidalaşma yavaşdan başlamış olur, bir gün gözünü əbədi yumduqda isə əslində çoxdan sağollaşmış olursunuz. Bir yerdən sonra düşündüyün ancaq "canı qurtardı bu ağrıdan" olur. Qalırsan öz ağrınla baş-başa. Ölümün araya girməsiylə qırılan əlaqələr zaman keçdikcə unudulan simalara, səslərə, qırıq xatirələrə çevirilir, nəfəs qədər yaxın olduğun səmalara ucalır.
Ruhlar qopanda cismlərin bir önəmi qalmır həqiqətən. Uzun müddət donmuş münasibətlər də belədir. Bitmiş münasibətdə ilk vaxtlar çox düşünürsən, bəzən bu ağrını daşıya bilməyəcəyini, bəzən də "bəlkə də bir gün yenidən" ümidi sönmüş alovdan qalan közərtilər kimi içində olur. Amma közərtilərin gücü çox olmur deyə bir səhər oyananda artıq belə ümidinin olmadığını, hətta buna istək duymanın belə mənasız olduğunu dərk edirsən. Əslində beyin bədənin yorğun düşdüyünü anlayanda mənasızlıq hissi gəlir. İlk vaxtlarda "harda yanlış etdim?" düşüncəsiylə özünə işgəncə verirsən, amma o səhərlərin birində görürsən ki, bədənini qan aparır, yaranın içindəsən. Onda özünə verdiyin sual dəyişir, harda yanlış etdimi "mənim bu qədər paramparça olmağımda qarşımdakının rolu nə qədərdir?" sualı əvəzləyir. Bu biraz da üsyandır. Yorğun bədənin üsyanı. Üsyanın bitəndə isə soyumağa başlayırsan, ağlın qalır öz yaranda, qarşındakı öz funksionallığını itirmiş olur, sən özünlə qalırsan, onun içində etdiyin səssiz mübahisələrlə birgə "keçmiş" olduğunu qəbul edirsən.
Sabahattin Alinin gözəl bir sözü var: Keçən günləri bir də geri gətirmək mümkün deyil və sadəcə xatirələr iki insanı bir-birinə bağlayacaq qədər qüvvətli deyil.
6 notes · View notes
etirafsblog · 2 months ago
Note
Yazımda.. o, özünə qapanıq görünür bəlkədə halbuki dünya görüşü çoxdur. Onunla mesajlaşanda hiss olunur. Qəlbi safdır çox tərtəmiz uşaqdır deyə bilmərəm :D çünki həyatda tanımıram nədə olsa. Amma qəlbinin mərhəməti , təvazökar davranışı və insanlarla qoyduğu rəsmiyyət və ya məsafə onu bütövləşdirir. Bu tip insanları sevirəm. Birdə bürcünün uyğunluğu var mənimlə :) hər nə qədər bürclərə inanmasamda bu dəfə inanmaq istədim deyəsən. Sözün əsl mənasında həyatda tanış olmaq istədiyim biridir. Sonra .. çalışqandır,iradəlidir. Iradə gücü çox möhkəmdir. Neçə dəfə fikir vermişəm ki neyi nece deyirse o cür də edir. Çox övdüm deyəsən indidə bir iki qıcıq olduğum davranışını deyim :D türklərin səmimiyyətinə daha çox inanır halı ilə onlarla daha çox danışmağı sevir :(
Birdə üzr istəməyi bacarır. Bu davranışı xarakterini tamamlayır. Hobiləri varki mənimkilərə bənzəyir)
Və o mənim xoşuma gəlir amma bunu ona etiraf etmək saçma və bilmirəm. Sadəcə aptalca gəlir. Beləsi daha yaxşı kimi gəlir. Onu elə tanıyım, həyat bəlkə nə vaxtsa qarşılaşdırar bizi. Düzdü görməmişəm onu amma xarakterinden , davranişlarindan taniyacağimi düşünürəm. Birdə mizah anlayışı var)) ciddeyitine de söz ola bilmez. Deyesen her şeyi yerine göre etmeyi bacaranlardandır. Xalxın uşağı deyeceyimiz bir tipdir) Sadəcə onun mənim üçün bir takinti olmasindan qorxuram. 3 ay az muddet deyil. Ona gore artiq her şeyi axişina buraxmişam. Yuxudan oyananda gözümün onune blogunun adı gelir. Adını bilmirəm çünki. Düşüncələrinə könül vermişəm.. Sadece derslerim axsayır. Ona görə çıxış yolu tapıb uzaqlaşmalı olduğumu bilirəm fikirlərimdən amma tumblrı silmek işe yaramir geri yukleyirem çoxu 3-4 azı sonra yüklemeden dayana bilmirəm. Ona görə InşAllah ki özümə telefon mehdudiyyeti qoyacam. Her halda evdekilere verib , ancaq ders üçün lazim olanda verin deyerem. Nəyisə ...
Hisslərini de
3 notes · View notes
mysticaldream · 11 months ago
Text
Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb.
9 notes · View notes
anonimdushunce · 27 days ago
Text
Tumblr media
Qəlb qırmaq, bir aynanı sındırmağa bənzəyir; səs çox çıxsa da, qırıntıları heç vaxt əvvəlki bütövlüyünə qayıtmaz.
31 notes · View notes
gulsmentality · 1 year ago
Text
Mənim üçün hər zaman ən çətin olan şeylərdən biri başlamaqdır. Ən bəsit şeylərdən tutmuş ən qəlizinə qədər. Elə bu yazıya başlamaq kimi. Adını hər nə qədər tənbəllik qoysamda artıq fərqinə varıram ki dərinində bir mənasızlıq var. "Nəyə lazımdır ki" " Bunun nə mənası var ki" "Anlamsızdır" "var olsa nə olar olmasa nə olar" bu" düşüncələr" təbiətimə zidd olsa da uzaq bir yerdən çox yaxşı xatırlayıram. İlk başda insana elə gəlir ki kənardan deyilən sözlər ifadələr onun zehniyyətinə təsir etmir bunun çox çox sonra fərqinə varır. Eynən buna bənzəyir- Əgər bir qurbağanı qaynar bir suyun içərisinə atsanız sıçrayıb geri çıxar. Lakin onu soyuq bir suyun içərisinə qoysanız orda qalar, suyun temperaturunu yavaş-yavaş artırdığınızda qurbağa bunun fərqinə varmayacaq. Su qaynayana qədər çoxdan ölmüş olacaq..
Eynən bunun kimi ailə,tanışlar,dostlar sərhədlərin digər tərəfinə keçməyə daim çalışırlar belə də olmalı imiş kimi hər nə qədər qarşı çıxdığımı, buna icazə vermədiyimi və ya bunun mənə heç təsir etmədiyini zənn etsəm də fərqinə varıram ki tam əksi imişİnsan bir zaman sonra heç göz yummadığı şeylərin adiləşməsinin fərqinə belə varmır. Maraq dairəsinin qısıtlandığının. "Ən" dediyi şeylərin sadəcə bir sözdən ifadə olduğunun. Artıq bütün bunların lazımsızlaşdığının fərqinə varmır.Bir zaman sonra bunlar xırda dəyərlərindən sonra ruhuna çökməyə başlayır.Ruhən manqurtlaşırsan özünə qarşı,Öz sərhədlərinin varlığını unudursanİçindəki o boşluğun nə olduğundan xəbərsiz olursan.Mən fərqinə vardım ki özümə etdiyim ən böyük yanlış özümə etdiyim şübhə, öz ruhumda öz qəlbimdə var olan hərbirşeyə etdiyim şübhə imiş. Başqalarının düşüncələri ilə özümə aid olan hərşeydən uzaqlaşmaq imiş. İçimdəki boşluq əslində özüm imişəm.Axtardığım, hiss etmək istədiyim bu imiş. Bütün bunların fərqinə həmin su qaynadıqdan sonra vardım məndə.Siz siz olun qəlbinizdəki səhv belə olsa başqalarının doğrusuna tərcih etməyin onu.
16 notes · View notes
dadaszdkh · 1 year ago
Text
Eşq bilirsən nəyə bənzəyir bir qədəh şəraba bənzəyir içdiydə səni səndən alır.
32 notes · View notes
nesirov · 2 years ago
Text
Bəzi insanları tanımaq, Vitamin C içməyə bənzəyir. İlk başlarda insana şirin gəlir, sonra iç üzü açılanda ağıza turş tam verir.
45 notes · View notes
aissia-resitali · 4 months ago
Text
Tumblr media
Sevgi ancaq azad və könüllü olduqda yaşaya bilir. Sevgi duyğusu bir borc kimi anlaşılmağa başladıqda isə ölür; birdən siz özünüzün kimisə sevməli olduğunuzu düşünürsünüzsə, Özünüzü güclə buna sürükləyirsinizsə, gec-tezi sevmək istədiyiniz bu adamı görməyə gözünüz olmayacaqdır. Sevgi ilə borc duyğusunu birləşdirməyə çalışmaq, iki stulda birdən oturmağa bənzəyir.
Evlilik və Əxlaq, Bertrand RusselI
4 notes · View notes