#Tənqid
Explore tagged Tumblr posts
Text
Kənarda dayanıb, insanları seyr etsəniz görəcəksiniz ki, hər kəs bir yere tələsir. Bəziləri işə, bəziləri məktəbə, bəziləri görüşə, bəziləri yeni planladıqları səyahətə və ya fərqli yerlərə. Elə bu anda insanların ruh halını da xəyalınızda canlandıracaqsınız. Bəzi insanlar xoşbəxt, bəziləri kədərli, bəziləri təlaşlı, bəziləri qayğı dolu, bəziləri isə yorulmuş vəziyyətdədir, ancaq heç birinin həqiqi ruh halını və səbəbini bilməyəcəksiniz. İlk başda da dediyim kimi, sadəcə izləyəcəksiniz və təhlil edəcəksiniz. Bəzilərimiz hətta tənqid də edəcəyik, geyiminə, üslubuna bir çox nöqtəyə nəzər salacağıq. Doğrunu bilmədən, hər şeyi bilmiş kimi davranacağıq. Çünki bəziləri “gözlər baxmaq üçündür” deyib, insanların daxili dünyasını və şəxsi həyatını bilmədən tənqid etməyə öyrəşmiş halda böyüyüblər. İnsanları izləyin, hətta kənarda dayanıb təbəssüm edin. Çünki həmin insanlar hər şeyə qarşı dimdik ayaqda durmağa çalışırlar, bütün mənfiliklərə qarşı, inadına yaşamağa və çabalamağa çalışırlar. Bu qürur vericidir…
21 notes
·
View notes
Text
Qaraqan bu il yeni "mahnı" yayınlayanda bilirdim ki, bu işin axırı ya konsertə, ya da hansısa tədbirə gedib çıxacaq. HOST fanatları qırğın edirdi ki, yox elə deyil. Birinci dərəcənin məqsədi intibah etməkdi. Mədəniyyət üçün edir, ölkə musiqisi üçün edir, culture üçün edir. Eradan əvvəl qalan proyektləri paylaşdı. İndi də, "Mədrəsə" adlı tədbir edir. Madam ki, bütün bunlar ölkə musiqisi üçün idi, onda niyə biletləri pulla satırsan? Robin Hood imajına bürünmək istəyirsənsə öz cibindən xərclə, bu birinci məsələ. İkincisi, konsert etsə böyük tənqid yaranacağını bilirdi. Çünkü uzun-uzun mesajlar yollayırdılar Birinci Dərəcənin məqsədi fan club yaratmaq, konsert kütləsi formalaşdırmaq deyil. İndi bu intibah dedikləri şeyi Mədrəsə adıyla bəzədilər. Məscidə molla dinləməyə çağırırmış kimi kütləyə təqdim etdilər. Üstəlik başa düşdüyüm qədəriylə özü belə təşrif buyurub gəlməyəcək, online qoşulacaq tədbirə. Okay mans, ədəbiyyatçısan madam, qəbullan özünə musiqiçi demə kitabını sat heç kim sənə heç nə deməyəcək. Belə, hərəkətlərlə kütlədən xal qazanmağa çalışan adamlardan zəhləm gedir. Sən Məhəmməd peyğəmbər deyilsən, bizim ölkənin böyük hissəsi hələ də o dövrkü ərəb cahilliyi düşüncəsində qalsa da. Elxanı sevirdim, hörmət edirdim 4-5 ildir ki artıq dinləməsəm də. İndi tamam gözümdən düşüb. Bunu niyə yazıram? Çünkü hamı ətrafındaki 5-6 nəfərə təsir edə bilsə, ölkə musiqisi düzələr. Açıq danışım bu adamlarla Üzeyir falan arasında fərq görmürəm artıq
12 notes
·
View notes
Note
Yox sadəcə tənqid olaraq düşünə bilərsən fikrimi. Burda məqsəd ya o xanımı, və yaxud yazan X şəxsi və yaxud da səni səhv çıxartmaq deyil. Sadəcə fikrimi bildirdim ki, nəsə anonim bir rəy gələndə çalışaq ki üçüncü şəxslərin münasibəti, fikri bizim üçün maraqlı olmasın. Özümüz nəsə özlüyümüzdə fikir bildirək. Hə o yazan səhvdi başa salaq ki sənin səhvin burdadı, və ya elə özüm mənim səhvim var buyur de, mən dinləməyə, özümdə dərs çıxarmağa hazıram.
Və yaxud belə düşünək ki, səhifəyə kiçik ideya verdim ki, belə idarə edilsə daha yaxşı olar, yenə də sənindi bu şəxsi mülkiyyət, özün daha yaxşısı nədirsə onu da edərsən, amma qırağında fikrini həmişə önəmsəməlisən ki, daha inamlı addımlar ataq.
Ay qardaş və ya bacı, başına dönüm, mən burda yazılanları müşahidə edib, fikir bildirirəm. Tanımıram heç kəsi, anonimdən yazırlar. Onlara pislik edəndə mənə nə fayda gələcək? Çalışıram ki, doğru şeylər öyrədim. Başıma gələn, mənim səhv etdiklərimi onlar etməsin. Bu blogu da mizah məqsədilə açmışdım. Başqa yerə fırlandı. Amma, bu halından məmnunam, tanımadığım insanlarla danışmaq xoşuma gəlir.
9 notes
·
View notes
Text
O qədər içlərində əsəb, nifrət var ki, yağan qarla oynayan insanlara qarşı sərt çıxışlar edirlər. Birisi uğur qazandığında sadalanan mənfi fikirlər kimi. Kimsə kiminsə xoşbəxtliyindən xoşbəxt ola bilmir, kimsə kiminsə sevincinə sevinə bilmir. Qar yağıb, oyanayırlar, sevinirlər. Bunu niyə axı tənqid edəsiz, pis baxasız? Elə istəyirsiz hər kəs neqativ olsun, qaşlar çatılsın, sərt olsun? Bu millət illərdi ağlayır onsuz, hər kəsin dərdi problemi var. Bircə dəfə sevinə bilməz? Lap uşaqca şeylərə sevinir. Sənə nə var? Gərək sənin kimi dodaq büzüb hər şeyə bir qulp qoysun?
Öz neqativliyinizi başqalarının xoşbəxtliyinə bulaşdırmayın.
24 notes
·
View notes
Text
Adamların güvən hissi çox pis zədələnib. Bədbəxt bir topluma çevrilməkdəyik. Hamı bir birinin paxırını açmağa, istisnaları yox etməyə, özünü dünyanın ən yaxşı insanı kimi təqdim edib joker olmağa çalışır. Hər kəs vecsiz görünmək, fərqlənmək arzusyla alışıb yanirKimi dindirirsən, onu heç nə təəccübləndirmir. Kimdən sorşursan, dünyada özündən qeyri kimsəyə güvənmir. Di gəl, hər kəs mükəmməl insan axtarışına çıxıb. Hamı tənqid edir. Hamı nəyisə düzəlrməkdən ötrü əl-ayaqdan gedir.Hamı müdrikdir. Hamı dahidir.Digərləri kütlə, şüursuz axın, beyinsiz məxluqlardır.Yalniz onlar istisna təşkil edə bilər. Yalniz onların cizgiləri qorunmalıdır. Yalnız onlar.
10 notes
·
View notes
Text
"Mənə pislik edənlər, oyaq olmağıma səbəb oldu. Məni tənqid edənlər, mənə həyat tərzini və necə yaşamalı olduğumu öyrətdi. Məni vecinə almayanlar, mənə səbri və dözümü öyrətdi. Mənə yaxşılıq edənlər; mənə sevgini, vəfanı və dostluğu öyrətdi. O halda ey Allah'ım! Mənim dünya və axirət ucalığıma vəsilə olanlara, dünyada və axirətdə yaxşılıq, gözəllik və xeyir ehsan et!"
11 notes
·
View notes
Text
Qız uşağına yemək bişirməyi öyrədərkən, oğlan uşağına maşın sürməyi öyrədirik. Sonra da "maşın sürə bilmir" deyə qadınları, "yemək bişirə bilmir" deyə kişiləri tənqid edirik. Şikayətçi olmaq istəmiriksə, kişi və qadını, bərabər və cinsiyyət ayırımı etmədən yetişdirməliyik.
38 notes
·
View notes
Text
“Hər kəs "əsl səni" tanımağa layiq deyil. İcazə ver “sən” hesab etdikləri insanı tənqid etsinlər.
99 notes
·
View notes
Text
Mən niyə təriflənməyi sevmirəm? Niyə təriflənəndə özümə yer tapmıram? Niyə kimsə mənə təşəkkür edəndə sanki bunu etməyim adi bir şey imiş və təşəkkür yersizdir kimi hiss edirəm? Bu sualların üzərində uzun müddətdir düşünürdüm. Ağlıma gələn mümkün səbəblər:
1.Uşaqlıqda təriflənmək üçün həmişə bir şey bacarmalı idim. Ailəm isə doymurdu, hər zaman daha çoxunu istəyirdilər. İstəklərindən birazca fərqlisini etsəm də məni tənqid atəşinə tuturdular. Buna görə tərif = məsuliyyət ağırlığı əlaqəsi qurulub beynimdə.
2. Sonrakı yaşlarda ailəmin bu bitməyən istəklərinin əslində onların öz təkəbbürlərini doyurmaq üçün olduğunu anlamağa başlamışdım. "Mənim ağıllı oğlum bacardı", "Afərin mənim oğluma əhsən" kimi cümlələri çox eşitmişəm. Hamısının ortaq nöqtəsi "mənim oğlum" birləşməsidir. Buradan da beynimdə tərif = çıxar əlaqəsi qurulub.
3.Mənə uşaqlıqda heç vaxt təşəkkür edilməyib. Atam "Ay sağol" deyərdi ancaq anam onu belə deməyib ya da ki, mən xatırlamıram. "Sağol" sözünü çox eşitmişəm amma.Niyə? Həyətin maladoy əsgəri idim çünkü. Balacalıqdan bəri hər şeyə mən qaçırdım. Bibilər, əmilər, ata, ana hər dəfə bir şey istəyirdilər mən də edirdim. O qədər olub ki, eyni anda nəysə istəyiblər uşaq ağlımla arada qalmışam ki, "Görəsən hansını birinci edim? Atam deyəni eləsəm əmi inciyəcək, əmi deyəni eləsəm atam əsəbləşəcək". Yəni təşəkkür = maladoyluq əlaqəsi qurulub. Məni qulluqçu kimi böyüdüb padşah olmağımı gözləyirlər indi də...
Nəticə olaraq Azərbaycan ailə quruluşu ucbatından mən təriflənməyi və mənə təşəkkür edilməsini sevmirəm. Bunu yarıbayarı aşmışam, ancaq balaca uşaq ikən beyinə yazılanlar asanlıqla silinmir təbii olaraq. Düşünsəm ailəmin psixologiyam etdiklərindən kitab yazaram ancaq bu postluq bəsdir sıxıldım.
6 notes
·
View notes
Text
Bugün birinə "mən elə müdir olum, hansısa müəssisəni idarə edim elə maraqlarım yoxdu, sadəcə mükəmməl psixoloq olmaq istəyirəm" dedim. Mənə deyir ki, sən bütün xəyallarını, postensialını sərhədlədin. Çönüb bir söz belə demədim, sadəcə güldüm. Çox təəssüf ki, bizim millətin xəyallar, azadlıq deyəndə ağıllarına gələn ilk şey müdir olmaqdı deyəsən. Çünki özünü idarə etmək başqalarını idarə etməkdən daha çətindi. Başqalarını qınayıb, ağıl qoymaq, özünü tənqid edib, ağıl verməkdən daha asandı. Əvvəl məsləhət verən hər kəsi dinləyib, sözlərini önəmə alırdım indi kim məsləhət verirsə ordan qaçıram çünki artıq mənə görə kiminsə kiməsə məsləhət verməsi deyil örnək olması gərəkdir. Məncə müdir olmaq sadəcə bir sözdür lider olmaq isə əməl.
9 notes
·
View notes
Text
Hisslərimi və fikirlərimi not dəftəri kimi bura yazdığım üçün tənqid obyektinə çevriləcəyəmsə əcəb edirəm
22 notes
·
View notes
Text
Bir insan içində nifrət böyüdürsə, demək ki, qəlbi qırılıb, incinib. Bir insan içində kin böyüdürsə, bilin ki, nə səsindən anlayıblar onu nə də səssizliyindən. Qaranlıq insanın içində asanlıqla böyümür, bunun üçün gərək çox şey yaşamış və çox yorulmuş olasan. İnsanları fiziki duruşu və davranışlarına görə tənqid etməyin. İnsan bəzən yaşadıqlarına məna verə bilmir, çarəsizlik hissi ilə boğuşur. Onsuz soruşsanız belə, deməyəcəklər niyə o vəziyyətdə olduqlarını, özlərinə belə deməyə çəkindiyi sözləri var onların…
31 notes
·
View notes
Text
"Məntiqinin tənqid etdiyini mərhəmətinin müdafiə etməsinə icazə vermə."
21 notes
·
View notes
Note
Salam. Mən öz fikirlərimi bildirmək istəyirəm. Tumblr əhalisi qəribədir. Qəribəliklər dediklərim şəxsi fikirlərimdir. Hər kəs öz fikrini bildirə bildiyi kimi mən də bildirirəm. Kiməsə səhv, kiməsə düz gəlməsi də başqalarının fikiridir.
Burda indi Yusif deyən qızlar 1-2 ay əvvəl Nicat deyirdilər. Onlardan da əvvəl başqaları var idi. Onlar da gedəcək və yerlərini başqaları tutacaq. İllərdir platformadayam. Gördüyüm bir şey var ki, oğlanları daş qalaq eləmirlər burda. Bəyənmədikləri oğlanları daş qalaq edirlər. Məsələn burda xoşa gələn oğlanlardan kimsə porno paylaşsa heç kəs tənqid etməyəcək, haqqında heç bir mənfi fikri yaranmayacaq. Amma hər hansısa tanınmayan biri eyni şeyi etsin başlayacaqlar qarayaxmaya.
Burda oğlanlar var ki, üzdə olan hər qızla danışır. Hamısı da dost ayağına verirlər. Hansısa fağır götürüb kiməsə salam yazır o dəqiqə başlayırlar ağlaşma qurmağa. Bu platforma əvvəllər mənə doğma, mehriban, isti gəlirdi. Sonradan fikrim dəyişdi. Sizin blogunuza yazılanlar sayəsində də lap iyrəndim. Buranı camaat eləyib tinder. Burdakilar bir biri ilə maksimum əylənə bilərlər. Bu ümumi hamıya aid olmasa da çoxuna aiddi. Buranın indikiləri ilə 2018/19 blogları, yazıları, paylaşılanlar, qurulan dostluqları çox fərqlidir. Ümumiləşdirmirəm nə də xüsusiləşdirmirəm amma indiki tumblr həqiqətən zaydır. Ona görə də hamı buranı unudur yaxud unutmağa meyillidir.
Sizin blogunuz və sizin özünüdən şikayətim falan yoxdu. Sadəcə camaatdan giley güzar eləyəsim gəldi. Gecəniz xeyrə
Salam, fikirləriniz üçün təşəkkür edirəm. Sizə qatılıram. Kitablardan, twitterdən gələn kütlə axını oldu bura. (Baxmayaraq ki, mən də kitab sayəsində tanımışam) Və elə düşüncə yarandı ki, burda kimisi İzmir'ini, kimisi isə Ege'sini tapacaq. Amma və lakin bu belə deyil. Burda dostluqlar qura bilərsiniz, evlənənlər də var. Fəqət, bu o demək deyil ki, hamı da belə olacaq. Siz demiş, əvvəl hərə öz işinə baxırdı burda. Öz düşüncələrini paylaşırdı, dərdləşirdi. İndi isə bir cümlə paylaşan kimi qınaq obyektinə çevrilir. Əvvəlki isti münasibətlər yox olub. Səmimiyyət də yoxdur. Əvvəl daha mehriban idik. Yadımdadır, mən yeni blog açanda neçə nəfərlə danışırdım, dərdləşirdim. Sevincinə, kədərinə şərik olurdum. İndi o insanların çoxu yoxdur burda. :')
Sizin də gecəniz xeyrə
18 notes
·
View notes
Text
Hər kəs "əsl səni" tanımağa layiq deyil. İcazə ver “sən” hesab etdikləri insanı tənqid etsinlər.
(c).
25 notes
·
View notes
Text
İnsanların çoxu itirməkdən qorxduğu üçün, sevməkdən qorxur.
Sevilməkdən qorxur, özünü sevilməyə layiq görmədiyi üçün.
Düşünməkdən qorxur, məsuliyyət çəkəcəyi üçün.
Danışmaqdan qorxur, tənqid olunmaqdan qorxduğu üçün.
Duyğularını ifadə etməkdən qorxur, rədd edilməkdən qorxduqu üçün.
Yaşlanmaqdan qorxur, gəncliyinin qiymətini bilmədiyi üçün.
Unudulmaqdan qorxur, dünyaya yaxşı bir şey vermədiyi üçün.
Və ölməkdən qorxur, əslində yaşamağı bilmədiyi üçün...
2 notes
·
View notes