saudade2111
Saudade2111
35 posts
Don't wanna be here? Send us removal request.
saudade2111 · 1 month ago
Text
Gec və ya tez yollarınızın ayrılacağı an gələr. Hərkəs bir gün təkrar birləşəcəyini düşünərək öz yolunu seçər. Əvvəl bunun normal olduğunu düşünəcəksən.. Bir biriniz üçün yaradılımısınız və gec yada tez yenidən bir olacağınızı düşünərsiniz. Ancaq bu olmaz. Qış gələr onun yerinə.. və anidən hərşeyin bitdiyinin fərqinə varacaqsan. O anda bəzi şeylərin ömründə yalnız bir dəfə olduğunu anlayacaqsan. Və nə qədər çətin olursa olsun, təkrar hissetməyə çalışacaqsan...❤️‍🩹
0 notes
saudade2111 · 2 months ago
Text
İnsan qəlbində olanı, yanında görə bilmədikdən sonra, qəlbindəki fəslin hansı olduğunun önəmi olmaz. Onun gülüşünə səbəb qəlbindəki deyilsə, nəyə güldüyünün önəmi olmaz. Yeridiyi yolda, qəlbindəki onunla bərabər addımlamırsa, o yolun hara getdiyinin önəmi olmaz. Onun bir sabahı və bir gecəsi qəlbindəki ilə başlayıb, bitmirsə, ötən zamanın bir önəmi olmaz. Və o insan qəlbindəki ilə yaşlanmırsa, o ömür keçsə də olar, keçməsə də. Bir önəmi olmaz. ❤️‍🩹
1 note · View note
saudade2111 · 2 months ago
Text
Zaurda Təhminəni yarı yolda qoydu. Sonra gecə yarısı bir zəng.. Dəstəyin digər başında tozlanmış mahnı."Küçələrə su səpmişəm..."Zaur səsləndi"Təhminə?..." ancaq cavab gəlmədi..Sabah baş çəkmək ümidi ilē dəstəyi yerə qoydu və yatdı.Sabah Təhminənin evində ağlaşma səsləri və onun soyuq cəsədi ilə qarşılaşdı. Bax belədir,bəzən bir üzr belə istəyəmməzsən sənin üçün ölən birindən..❤️‍🩹
0 notes
saudade2111 · 3 months ago
Text
- Bəzi xatirələr var düşündükcə canımızı yandıran. Nə ağlımızdan silə bilmədiyimiz, nə də qəlbimizdən.
Hər musiqidə gözümüzün önündə canlanan anlar sanki nəfəs alaraq boğularsan xatırladıqca..
Çox çətindi sevdiyin birini unutmaq üçün çalışmaq və onsuz yaşamağı bir an olsun belə xəyal etməzkən, onsuzluqda yaşamaq çox acı verir...🖤
0 notes
saudade2111 · 3 months ago
Text
"Səninlə yaşanan ilklər gözəl idi. Bəzən ağrıtsa da. Sənin üçün darıxmaq gözəl idi. Bəzən ağlatsa da. Mübahisələrimiz belə gözəl idi. Həmişə ehtiyac duyduğumuzda bir-birimizin yanında ola bilməsək də. Gözləmək gözəl idi. Gerçəkləşməyəcəyini bilə bilə. Öz dünyamızda xəyallar qurmaq gözəl idi. Ən gözəli isə səni tanımaq idi..." ❤️‍🩹
1 note · View note
saudade2111 · 3 months ago
Text
Məsələn, heç vaxt yanımda oturmayacaq..heç vaxt yanımda həvəslə nələrdənsə danışarkən üz ifadələrini izləyə bilməyəcəm..məsələn mənim əhvalımın pis olduğunu görüb nə olduğu ilə maraqlanmayacaq..bir filmi müzakirə edə bilməyəcəyik..bir gün eyni kitabı oxuyacağıq, bəlkə də..amma xəbərimiz olmayacaq..məsələn, yanıma gəlib saçlarımın çox gözəl olduğunu deməyəcək..birlikdə dondurma yeməyəcəyik, üşüyərkən bir birimizi isidə bilməyəcəyik..eyni çayı bölüşməyəcəyik..axşamlar əl-ələ tutub sakitcə gəzə bilməyəcəyik..xəbərimiz olmayacaq ki, bir birimizdən..eyni anda səmaya baxıb, eyni mahnıları dinləyəcəyik bəlkə, amma bundan heç vaxt əmin ola bilməyəcəyik..bax, mən ən çox bunlar üçün pis oluram.. hə, bir də..məsələn sən heç vaxt məni sevdiyini deməyəcəksən..mən də bütün bunları sənin üçün yazdığımı...💔
0 notes
saudade2111 · 4 months ago
Text
İnsan qəlbində olanı, yanında görə bilmədikdən sonra, qəlbindəki fəslin hansı olduğunun önəmi olmaz. Onun gülüşünə səbəb qəlbindəki deyilsə, nəyə güldüyünün önəmi olmaz. Yeridiyi yolda, qəlbindəki onunla bərabər addımlamırsa, o yolun hara getdiyinin önəmi olmaz. Onun bir sabahı və bir gecəsi qəlbindəki ilə başlayıb, bitmirsə, ötən zamanın bir önəmi olmaz. Və o insan qəlbindəki ilə yaşlanmırsa, o ömür keçsə də olar, keçməsə də. Bir önəmi olmaz.❤️‍🩹
1 note · View note
saudade2111 · 5 months ago
Text
Gül sənin nəyinə gərəkdir, gülüm?
Öpən dodağı yox, oxşayan əli.
Gəl, gül də, çiçək də özümüz olaq,
Sən biraz ağıllı, mən biraz dəli.
Gül sənin nəyinə gərəkdi, gülüm?
Sənin gülün mənəm, çiçəyin mənəm.
Güllü nağıllara getməsin ağlın,
Sənin həqiqətin, gerçəyin mənəm.
Gül sənin nəyinə gərəkdir, gülüm? Hüsnün, gözəlliyin dünyada təkdi.
Əgər sən varsansa, bu yer üzündə,
Dünya başdan - başa güldü çiçəkdi.
Gül sənin nəyinə gərəkdir, gülüm?
Qoxla nəfəsimi, çiçəyə döndər.
Şairin sözünə yalandır demə,
Bütün yalanları gerçəyə döndər.🖤
2 notes · View notes
saudade2111 · 5 months ago
Text
Bəzən bir insana çox dəyər verdiyində,sənə qarşı verdiyi dəyər azalar ve ozunu daha deyerli hiss eder. Özündən razı halda düşünər ki, mükəmməldir. Və sonda sizi tərk edib,zenn etdiyi qədər özünə uyğun mükəmməli axtarar. O mükəmməl sandığı ona oz dəyərini başa salıb, peşman etdikdən sonra geri döner ya da dönməyə üzü olmaz amma həmişə içində bir peşmanlıq hissi olar. Anlayar ki, insan hər kəs üçün eyni dəyərə sahib deyildir..
Daim sizə dəyər verən insanların əhatəsində olun və bu dəyəri heç bir şeyə, var-dövlətə, şöhrətə filan dəyi��məyin. Biri üçün həddindən çox dəyərlisinizsə həmin insanın qiymətini bilin "yaxşı ki, varsan" dein və onu üzməyin. Əgər ki dəyər verdikləriniz sizə qarşı laqeyiddilərsə, onları öz dəyəri ilə baş-başa buraxın. Əvvel axır anlayacaqlar harda səhv etdiklərini...🖤
1 note · View note
saudade2111 · 6 months ago
Text
İnsanların çoxu itirməkdən qorxduğu üçün, sevməkdən qorxur.
Sevilməkdən qorxur, özünü sevilməyə layiq görmədiyi üçün.
Düşünməkdən qorxur, məsuliyyət çəkəcəyi üçün.
Danışmaqdan qorxur, tənqid olunmaqdan qorxduğu üçün.
Duyğularını ifadə etməkdən qorxur, rədd edilməkdən qorxduqu üçün.
Yaşlanmaqdan qorxur, gəncliyinin qiymətini bilmədiyi üçün.
Unudulmaqdan qorxur, dünyaya yaxşı bir şey vermədiyi üçün.
Və ölməkdən qorxur, əslində yaşamağı bilmədiyi üçün...
2 notes · View notes
saudade2111 · 6 months ago
Text
“ Səni elə çox sevdim ki, həyatımın mənası olduğunu düşündüm. İnsanların dünyaya başqa insanları tapmaq üçün göndərildiyinə inandım. Mən də səni tapmaq üçün doğulmuşdum sanki. Səni tapmaq, teninə toxunmaq, nəfəsini içimə çəkmək, bütün düşüncələrini dinləmək üçün... Amma artıq bunun doğru olduğuna inanmıram. Çünki sənin kimi biri üçün yaradılmış olmaq istəmirəm... ”
0 notes
saudade2111 · 7 months ago
Text
Sənə çıxan yollarımı hərtərəfli bağladın sən
İndi artıq çıxmayacaq sənə heç bir yolum
Soruçma niye çıxmır o yollar sənə
Özün bağladın axı o yolları
Sən məndə tək öz yolunu deyil hərkəsin yolunu bağladın
Mən o yollarda yeriməkdəm çox yoruldum
O yollarda çarə axtarmaqdan yoruldum
Sonunda o yolları yerimekden yoruldum.❤️‍🩹
1 note · View note
saudade2111 · 7 months ago
Text
Sən mənə nəfəssən, çox uzaq getmə,
Uzaqlar can alar, sən alma nolar.
Sən mənə sevgisən, çox soyuq sevmə,
Soyuqlar can alar, sən alma nolar.
Sən mənə yoldaşsan, yolunda dönmə,
Yollar yoldaş alar, sən alma nolar.
Sən mənə ailəsən, qada nə?! Bilmə
Qadanı mən alım, sən alma nolar.❤️‍🩹
1 note · View note
saudade2111 · 7 months ago
Text
Bəzən insan heç bir şey barədə düşünmədən düşüncələrə qərq olur. Özündən nə fikirləşdiyini soruşsan, heç bir cavab verə bilməz. Çünki özü də bilmir. Heç nə haqqında düşünür, puçluq haqqında düşünür. Bu puçluq həyatının mənasızlığından və qəlbinin qırarsızlığından qaynaqlanan puçluqdur.
Həyatdakı yerini tapa bilməmiş insanın puçluğudur...🖤🥀
0 notes
saudade2111 · 8 months ago
Text
Mən səni neynirəm ki…
Sən olsan da sevirəm, olmasan da sevirəm
Ey dodağı yasəmən, yanaqları qızılgül
Qorxma payız gələndə
Sən solsan da sevirəm, solmasan da sevirəm
Sən sev deyə sevmirəm…
Mən səbəbsiz sevirəm, qarşılıqsız sevirəm
Sizin sevgiləriniz, bu gün olur, sabah yox.
Mən sevəndə bir ömür ayrılıqsız sevirəm
Mən səni neynirəm ki…
Sən olmayan günlərin
Hər günü bir şeirdi, hər günü bir qəzəldi
Səndən gözəl olmasın, sənsizlikdə gözəldi.
1 note · View note
saudade2111 · 9 months ago
Text
Hər şeyin bir sonu olur. Gec ya tez. Hər şey bitir. Sonu bizə görünməyən, heç vaxt ayrılmarıq dediyimiz münasibətlər də bir zaman sonra yeni üzlərə, yeni hadisələrə çevrilir. İllərlə saxladığımız dostluğumuz da öz varlığını itirir. Əbədi olan hər şey bir gün "bir zamanlar"a çevrilir, xatirələrə, keçmişə, toza, soyuq bir cümləyə "təcrübəyə". Hər şey ya ciddi ya da mənasız bir səbəbdən qırılır, dağılır, sıradan çıxır. Biz dəyişirik, maraqlarımız dəyişir, çəhrayı eynəklərimiz qırılır və s. Əbədi heçnə olmur. Və biz anlayırıq ki, bu "əbədiyyət" ovcumuzda tutduğumuz su kimidir, səhvimiz isə bunu saxlamağa çalışmaqdır. "Əbədiyyət" əslində ömrü ən qısa olan bir sözcükdür, bunu təcrübə göstərir. Yaşaya-yaşaya öyrənirik.
1 note · View note
saudade2111 · 9 months ago
Text
İnsanlar ilk öncə sözünü kəsərlər, sonra ümidlərini. Heçnə olmamış kimi "zatən bacara bilməyəcəkdi" deyib daha da batırdılar birilərin. Dünya ilə əlaqəsin kəsib sadəcə öz aləmində xəyalların quran bir insana çevirdilər. Sonra heçnə olmamış, görəsən buna nə olub, insanlarla danışmağı niyə sevmir, insanları ümumən niyə sevmir dedilər. Öz etdiklərin insanların öz üzərlərinə atdılar. Olduğu kimi qəbul etmədilər, etmək istədikləri insanlarla müqayisə etdilər. Sözə gəldikdə isə niyə belə oldun dedilər. Heç kim altda yatan səbəbləri görmədi, hamı sadəcə olaraq nəticə ilə maraqlandı. İçimizdəki insanlığı öldürüb nə oldu buna dedilər... Sözümüz tükəndi, gözlərində danışılan yalanları gördük, dillərində olan acı və qırıcı sözləri gördük susmağı qərara aldıq, amma yenə günah bizdə oldu... Cəmiyyətə və valideynlərə layiqli olmaq üçün özümüz olmağı unutduq, başqaları ilə müqaisə olunduq. Bacara bilməyəndə isə yenə nə oldu deyib güldülər. Hansı insanlıqdan danışırsız. İçimizdə ölən insanlıqdan? Yada içimizdə öldürdüyünüz?
1 note · View note