#Qarabağ Azərbaycandır!
Explore tagged Tumblr posts
Text
Fikir verin qarabağ teması ilə qaraqan teması eyni vaxta təsadüf elədi. Belə çıxır ki, Qaraqan Azərbaycandır!
9 notes
·
View notes
Text
Bu bayram da mədəmdə düyü plantasiyası əkməyə niyyətliyəm, güclüyəm, iradəliyəm, Qarabağ Azərbaycandır!
4 notes
·
View notes
Text
she nikol on my pashinyan till qarabağ azərbaycandır
2 notes
·
View notes
Text
Qarabağ Azərbaycandır! Qarabağ Türkdür!
Azərbaycanın Zəfər Günü mübarək olsun.
1 note
·
View note
Text
Biz hеç bir zaman aramızda hər hansı ayırıcı bir düşüncəyə yol vеrməməliyik. Mən dəfələrlə dеmişəm və yеnə də dеyirəm ki, Təbriz, Mərənd, Marağa, Həmədan, Zəncan, Ərdəbil və s. mənim vətənimdir. Mənim vətənim 40 milyon vətəndaşı olan bütöv Azərbaycandır və onun hər bir qarış torpağı uğrunda bir əsgər kimi vuruşmağa hazıram. Hər bir təbrizli, hər bir ərdəbilli, hər bir zəncanlı və urmiyalı isə Qarabağ haqqında bеlə düşünür. Yəni biz 40 milyonluq bir xalqıq və Azərbaycan bizim ümumi vətənimizdir, tarixi vətənimizdir.
© Əbülfəz Elçibəy
0 notes
Text
DEPUTATLAR “QARABAĞ”I BELƏ TƏBRİK ETDİLƏR...
Məlum olduğu kimi, “Qarabağ” UEFA Avropa Liqasında növbəti mərhələyə yüksəlib.
Təmsilçimiz pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandasına 3-2 hesabı ilə məğlub olmasına baxmayaraq, ümumi hesabda 6-5 qalib gəlib.
Bununla da Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yüksəlib. Bu isə Azərbaycan futbolunda yeni tarix deməkdir. Tarixdə ilk dəfə olaraq komandamız Avropada bu mərhələyə yüksəlməyə nail olub. Bu inanılmaz zəfər isə bütün Azərbaycan xalqını sevindirir.
“Cebhe.info” “Qarabağ”ın bu tarixi zəfəri ilə bağlı Milli Məclisin deputatlarının təəssüratlarını öyrənib.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı də bu möhtəşəm qələbəyə görə “Qarabağ”ı və Azərbaycan xalqını təbrik edib:
“Bu qələbə münasibətilə Qurban Qurbanov başda olmaqla, bütün “Qarabağ” heyətini və azarkeşlərini təbrik edirəm. Əminəm ki, komandamız sona qədər gedə biləcək. Çünki onlar üçün kifayət qədər motivasiya var. Qələbə bizimlədir, bizimlə də olacaq. Qarabağ Azərbaycandır! “Qarabağ” futbol komandası da öz uğurlarını davam etdirməlidir. Hər kəsi təbrik edirəm”.
“Cebhe.info” saytı
Elmir Mustafa
23 fevral 2024-cü il
0 notes
Text
QARABAĞ CANDIR, AZƏRBAYCANDIR...! ... Yüksək dalğalansın, göylərdə bayraq, Qarabağ candır, Azərbaycandır. Şəhidlər qanıyla yoğruldu torpaq, Qarabağ candır, Azərbaycandır..! ... Düşmən üstünə başladı axın, Qaçaraq alçaqlar, azadlıq yaxın. Burası bizimdir, xainlər çıxın, Qarabağ candır, Azərbaycandır..! ... İgidim qorxma, sığın Allaha, Yüksələn bayraq, enməz bir daha. Əlhəmdülillah, endik fəlaha, Qarabağ candır, Azərbaycandır..! ... Şəhidim, bu çağ, sənin çağındır, "Qarabağ" Azərbaycan torpağıdır. Qovduq düşməni, azadlıq yaxındır, Qarabağ candır, Azərbaycandır...!..........12.11.2020..(İlhamə Abbas Yusifqızı...)
0 notes
Text
Armenia is committing a crime against humanity. In war, soldiers should target soldiers, but Armenia shoots civilians. He commits a terrorist crime by owning lands that do not belong to him. It must give up its terrorist attitude. It should not kill civilians. He must stop his unfair attitude and lies now!
264 notes
·
View notes
Text
Ətrin gəli, Xarı-Bülbül!
Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan!
#azerbaijan#art#baku#artlover#van gogh#love#museum#artlovers#artist#azerbaycan#qarabağ azərbaycandır!#qarabağ#azərbaycan#karabakh#karabakh is azerbaijan#karabakhisazerbaijan#xarı bülbül#xarıbülbül#flower#florist#floral#flowers
24 notes
·
View notes
Text
Gələcək nəsilin kitabdan oxuduğunu tarixi biz canlı canlı izliyirik və bunnan gözəl duyğu yoxdur.🇦🇿🥺
4 notes
·
View notes
Text
Azərbaycanın, Türk dünyasının görkəmli şairəsi Xurşidbanu Natəvanın rəsmi (1832-1897). Xan qızı Natəvan Şuşalıdır. Mənim anam da əslən Şuşalıdır və Natəvanın nəslindəndir.
#xurşidbanu natəvan#azerbaycan#türk#azerbaijan#şuşa#karabakhisazerbaijan#karabakh#qarabağ azərbaycandır!#art#photography#painting
8 notes
·
View notes
Text
AZƏRBAYCANIN GÜCÜNÜN VƏ QƏTİYYƏTİNİN İFADƏSİ
53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etdiyi II Milli Şəhərsalma forumu Azərbaycanın beynəlxalq s��viyyədə gücünün və nüfuzunun ifadəsi kimi önə çıxdı. Eyni zamanda Azərbaycan bu forumun təşkilində, cənab prezident İlham Əliyevin söylədiyi yüksək səviyyəli nitqdə hansı gücə, hansı imkanlara və potensiala, hansı iradəyə və qətiyyətə malik olduğunu nümayiş etdirdi.
Cənab prezidentin forumdakı çıxışı olduqca diqqətəlayiq idi və aktual məsələləri özündə ehtiva etdi. O, işğala son qoyulduqdan sonra Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin üzərində geniş dayanmaqla və konkret arqument və faktları önə çəkməklə, 8 şəhərdə, 92 kənddə Baş planın hazır olduğunu, 30 kənddə təməlin qoyulmasını, Laçın və Fizuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə vətəndaşlarımızın qayıtmasını ciddi nailliyyət kimi diqqətə çatdırdı. Azərbaycanın daxili imkanları hesabına əldə olunan bu nailliyyətlər heç şübhəsiz ki, forum iştirakçılarının təəccübünə səbəb olmaya bilməzdi.
Qısa müddət ərzində 7 milyard ABŞ dolları həcmində Qarabağ və Şərqi Zəngəzura vəsaitin xərclənməsi, yeni infrastrukturun yaradılması, yolların çəkilməsi, elektrik enerjisinin qurulması, adını çəkdiyimiz yerlərdə yaşayış evlərinin, sosial obyektlərin ən yüksək səviyyədə tikilərək məcburi köçkünlərin ixtiyarına verilməsi həqiqətən də imkanlarımızın və gücümüzün ifadəsi kimi qəbul olunmalıdır.
Zəngilanın bu günü və gələcəyi haqqında, onun perspektivlərinin mahiyyəti üzərində dayanan cənab prezident söylədi ki, Zəngilan nəqliyyat qovşağının üzərindədir. Burada Hava limanı ilə bərabər, artıq yaxın vaxtlarda başa çatacaq dəmir və avtomobil yolları gələcəkdə Naxçıvanla birləşəcək, infrastrukturun bərpası Azərbaycanı geniş arenaya çıxaracaqdır. Biz bir tərəfdən İrana, başqa bir tərəfdən Türkiyəyə və Türkiyədən isə Avropaya çıxışımızı təmin edəcəyik.
Heç şübhəsiz ki, ciddi aktuallıq kəsb edən Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, həm də ortaq dəhlizin tərkib hissəsi kimi özünün əhəmiyyətli töhfələrini yaxın zaman kəsiyində verəcəkdir.
Prezidentin çıxışında Azərbaycana qarşı uzun illər boyu aparılmış ədalətsiz və haqsız münasibətlərin də üzərində geniş dayanıldı. Və haqlı olaraq o, söylədi ki, 44 günlük müharibə olmaya bilərdi. Çünki Azərbaycan 1992-ci ildən 2000-ci ilə qədər bütün danışıqlarda, platformalarda işğalın danışıqlar yolu ilə həll olunmasının tərəfdarı kimi ardıcıl şəkildə çıxış edirdi, konstruktiv mövqe tuturdu. Lakin işğalçı Ermənistan Azərbaycanın konstruktiv mövqeyini lazımı səviyyədə dəyərləndirmirdi. Digər tərəfdən Birləşmiş Millətlər Təkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə və onun ATƏT-in Minsk qrupuna işğalın aradan qaldırılması ilə bağlı verdiyi missiyanı həll etmək yolunda nə ATƏT, nə də Təhlükəsizlik Şurası konkret addımlar atmadı. Və Ermənistana təzyiqləri göstərmədi, sanksiyaları tətbiq etmədi. Əksinə, ATƏT-in Minsk qrupu Ermənistanın işğalçı siyasətini stimullaşdırmaq mövqeyini tutdu.
Digər tərəfdən Qarabağda erməni separatizminin və Xocalı soyqırımının təşkilatçılarından və cinayət törədənlərdən olan Köçəryan və Sarkisyanın Ermənistanda hakimiyyəti zəbt etməsi səbəbindən işğala son qoyulmasını gözləmək sadəlövlük olardı.
2018-ci ildə Ermənistanda hakimiyyətə gələn Paşinyanla işğala son qoymaqla bağlı danışıqlar aparmaq imkanları var idi. Çünki o, Qarabağda separatizm və Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərdə iştirak etməmişdi.
Lakin Paşinyandan gözlənilənlər özünü doğrultmadı. O, 2019-cu ildə Xankəndində ermənilər qarşısındda çıxış edərək “Qarabağ Ermənistandır nöqtə” kimi avantürist fikirlə, eyni zamanda Şuşada yallı gedib heysiyyata toxunmaqla bütün körpüləri yandırdı.
Bu baxımdan cənab prezidentin Paşinyanın avantürist möveyinə qarşı Valdayda çıxış edərək “Qarabağ Azərbaycandır nida” fikri birmənalı olaraq Azərbaycanın dövlət mövqeyini ortaya qoydu.
Forumda cənab prezident İlham Əliyev 44 günlük Vətən Müharibəsini zəruri edən digər amillər üzərində də dayandı. Ermənistan fasiləsiz olaraq təxribatlar törədir, Tovuz istiqamətində mövqelərimizi atəşə tutur, separatçı xunta rejimini silahlandırmaqda davam edirdi. Ermənistan vətəndaşlarının açıq şəkildə separatçı xunta rejimini müdafiə etmək üçün Qarabağda hərbi xidmət göstərməsi Ermənistanın dövlət siyasətinin göstəricisi idi.
Nəhayət, Azərbaycanın səbri tükəndi və Ermənistanın ardıcıl xarakter daşıyan təxribatlarına son qoymaq üçün 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri təxribatlara qarşı bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı.
44 günlük Vətən Müharibəsində biz Ermənistan ordusunu darmadağın etdik. Ermənistanı kapitulyasiya aktına imza atmaq məcburiyyətində qoyduq. Ermənistana, separatçı xunta rejiminə və onların arxasında dayanan bütün qüvvələrə ağır və sarsıdıcı zərbələr vurduq.
Lakin Ermənistan ötüb keçən 3 il ərzində düşdüyü ağır məğlubiyyətdən lazımi nəticələr çıxarmadı. Əksinə, yenə də təxribatlarını davam etdirir, separatçı xunta rejiminə maliyyə yardımı göstərir, bir sıra hallarda sözdə Azərbaycanın ərazi bütövlüyünü tanısa da, əməldə qondarma rejimin varlığını müdafiə etməkdə idi. Azərbaycanla davamlı sərhəd boyu, Qarabağda ermənilərin məskunlaşdığı, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə separatçı xunta rejiminin fasiləsiz təxribatları nəhayət, Azərbycanın səbr kasasını sona çatdırdı. Və 2023-cü ilin sentyabr ayının 19-da Azərbaycan lokal xarakterli anti-terror tədbirlərinə başladı. Və 24 saatdan az müddətdə Azərbaycanın həyata keçirdiyi unikal anti-terror tədbirləri özünün konkret nəticələrini verdi. Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Silahlı Qüvvələrimiz Ermənistanın Qarabağda yerləşən qanunsuz, on minə yaxın silahlı qüvvələrini ağ bayraq qaldırmağa məcbur etdi. Beləliklə, Azərbaycanın bütün ərazisində suverenliyimiz tamamilə təmin olundu.
Cənab prezident bütün platformalarda olduğu kimi bu forumda da bir daha Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarının və təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlət təminatının verdiyini önə çəkdi.
Bütövlükdə, forumda ölkə prezidentinin toxunduğu bütün məsələlər, verdiyi mesajlar Azərbaycanın mövqeyini, gücünü və qətiyyətinin ifadəsi kimi forum iştirakçıları tərəfindən diqqətlə dinlənildi və alqışlarla qarşılandı.
Forumda prezident səviyyəsində söylənilən fikirlər həm Ermənistana, həm də onu müdafiə edənlərə Azərbaycana qarşı yönəltdikləri ənənəvi siyasətə son qoymağın vacibliyi haqqında ciddi mesaj idi.
Fəzail Ağamalı
Millət vəkili
"Aznews.az, Yenisabah.az, Moderator.az" saytları
02 oktyabr 2023-cü il
0 notes
Text
200 nömrəli Məktəb Litsey Komplesi şəhidlərimizi yad etdi
200 nömrəli Məktəb Litsey Komplesi şəhidlərimizi yad etdi
200 nömrəli Məktəb Litsey Komplesinin 2A sinif şagirdləri valideyin, müəllim və qazilərin iştirakı ilə 2-ci Qarabağ şəhidlərini yad edib. Tədbir zamanı Azərbaycanın igid qaziləri gələcək nəslin nümayəndələrinə öz tövhələrini verib. Anım günü münasibəti ilə Azərbaycan ordusunun qüdrətindən və qanları canları ilə bu vətənin torpaqlarının qayıtmasında iştirak etmiş şəhidlırimizın ruhu yad…
View On WordPress
0 notes
Text
Kafkaslardan aşacağız
Türklüğe şan katacağız
Türk'ün şanlı bayrağını
Turan ele asacağız
Azerbaycan bayrağını
Karabağ'da asacağız! 🇦🇿❤️💙🇹🇷
#Hadi bu postumu da spamlayıp kaldırtın şerefsiz ermeniler!#qarabağ is azerbaijan!#qarabağ azərbaycandır!#stoparmenianterrorism#armenia#terrorist armenia#azerbaycan#türkiye#armeniakillscivilians#azerbaijan#siyahbeyazmelodi
93 notes
·
View notes
Text
Rusiya "sülhməramlılarını" daha doğrusu işğalçı qüvvələri Qarabağa yerləşdirmək Azərbaycan hökümətinin böyük səhvidir. Tarixi səhvdir! Açıq-aşkar bəllidir ki, Rusiya əsgərləri orada Azərbaycan xalqının, dövlətçiliyinin əleyhinə iş aparır.
4 notes
·
View notes