Tumgik
#Hüquq
shahinelected · 6 months
Text
Qarşıma çıxan bu videonu olduğu kimi paylaşıram! Yaltaqlar partiyası olan YAP-çılar da kor gözlərini açıb, yaxşı-yaxşı baxsınlar! Düzdür, YAP-çıların düzələcəyi barədə ümid yeri yoxdur, amma yenə də, bəlkə səhvlərini anlayarlar...
Daxili İşlər Nazirliyinin, SOCAR-ın, Azəriqazın, Azərişığın, Azərsuyun və digər dövlət qurumlarının özbaşınalıqlarının arxasında dayanan qüvvənin kim olduğunu hər kəs çox gözəl bilir! Heç kim gəlib burada boş-boş yazmasın ki, "cənab prezident bunları da cəzalandıracaq!". Çünki o, heç bir yüksək vəzifəli məmuru cəzalandırmır, həmin məmuru bir vəzifədən alıb, daha yüksək və ya daha asan yeyinti olan vəzifəyə təyin edir! Çünki, hamısı öz yaxınlarıdır! Özgəsi yoxdur onların arasında! Əgər özgəsi olsaydı, ilham əliyev çoxdan o özgəsinin kökünü qurutmuşdur! Həbs edildiyi xəbəri yayılanlar isə, yuxarı tası çatdırmadıqları üçün həbs edilirlər, KİV-lərində xəbərləri yer alır! Onlardan daha çox yeyənlərin xəbəri niyə yayılmır, niyə həbs edilmirlər? Çünki tası yuxarı vaxtlı-vaxtında çatdırırlar!
Azərbaycan nədən də korluq çəksə, yaltaqları daima zəngin olub və olacaq!
#shahinelected #yap #yeniazərbaycanpartiyası #din #daxiliişlərnazirliyi #polis #məhkəmə #hakim #ilhaməliyev
0 notes
aisel18 · 1 year
Text
Hüquq imtahanının ən axırda olması üçün dua etdim və oldu🥹
Ümid edirəm imtahanlar əla keçərdə bu stress bitər🙌
22 notes · View notes
zeyneps1 · 2 months
Text
Sözdə güya kişilərlə hüquqlarımız bərabərdir. Hələ deyirlərki, bəzi məsələlərdə onlardan artıq imtiyaza malikik. Ancaq elə deyil axı. Mentalitetimizin dərinliyinə getsək, görərik ki, biz kökdən hüquqsuzuq, sonradan qanunlarla bizə verilən hüquqlar yalnız kosmetik görüntüdür. Şəxsən mənim fikrimcə, nə qədər ki dilimizdən "qız almaq" ifadəsi birdəfəlik çıxarılmayıb, hüquq bərabərliyimizdən söhbət belə gedə bilməz. Deyir ki, filan qızı alacam, yaxud filankəsin qızını oğluma aldım. Aldım nədir, ay başına dönüm , bu, əşyadır, yoxsa kölədir ki pul verib alasan?..
1 note · View note
minavenera · 12 days
Text
Mamagil dirəşib ki diplomun olsun diplomun olsun xüsusən xalam. Deyir indi cavansan səni çağırır emirates falan yaşlananda nə edəcəksən?
Deyirəm mən 30 yaşımda pensiyaya çıxmağı düşünürəm çünki😃 sən ömürünü muzlu işçi olaraq keçirtməyi düşünürsən mən isə yox. Mən qazandığım bütün pulu investsisya ilə qatlayacam. Deyirəm sən 7 il tibb oxudun, tibb diplomun var və hal hazırda bu yaşında 1300 manat maaş alırsan. Mən təyyarədə ət toyuq paylayanda səndən çox alırdım. Diplom da kapitalizm di əslində və başadüşmürlər bunu. Mənə sənət lazımdır, mənə investsiya etməyi bilmək,biznesin idarəsini bilmək,stock market,maaliyə bilmək lazımdır. Diplom sadəcə kağızdır onun verdiyi şeyi bilmirsənsə heç arda sənə yer yoxdur.
Mənimlə birgə uni oxuyan və mənim əksimə məzun olan rəfiqələrimin biri dırnaq ustası olaraq işləyir hal hazırda,biri də ata şotuna yaşayır sadəcə iş belə tapabilmir çünki bacarıqsızdılar. Çünki məzun olduqları sahəni bilmirlər. Mən yiyələnmədiyim sənətin diplomunu nə edim axı? Diplomdur gedirsən pulunu verirsən alıb qoyursan evinə istəsəm bu dəqiqə moskvadan,gürcüstandan hüquq diplomu da alaram,tibb diplomu da alaram qıpqırmızı rəngdə özdə amma bu nəyə gərək?
0 notes
politiciansstuff · 3 months
Text
Tumblr media
DAĞISTANDAKI TERROR AKTINDA AZƏRBAYCANLILAR DA ZƏRƏR ÇƏKİB?
Dünən axşam saatlarında Rusiyanın Dərbənd və Mahaçqala şəhələrində terror aktları törədilib. Kilsə və sinaqoqa terror hücumu həyata keçirilib. Ölən və yaralananlar var, həlak olanlardan 15 nəfəri polis işçisidir.
Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları da varmı? Bu olayların Azərbaycana da təsiri ola bilərmi?
Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan-Rusiya Paralamentlərarası İşçi Qrupunun sər müavini Fəzail Ağamalı Dağıstanda baş verən terror aktlarını pisləyib:
“Bu, günahsız insanların həyatına qəsddir. Terror hər zaman bütün bəşəriyyəti, eləcə də bizi narahat edib. Bu, Moskvadakı olaylardan sonra Rusiyada ikinci belə böyük terror hadisəsidir.
Hələ bundan sonra orada vəziyyət necə inkişaf edəcək, bilmək çətindir. Məlumata görə, kilsələrdən birində 40-a yaxın insan girov saxlanılır. Görünür ki, düşünülmüş terror aktıdır. Terror aktı Rusiyanı içəridən parçalamaq, zəiflətmək məqsədi daşıyır. Qərblə Rusiyanın qarşı-qarşıya durduğu və nə vaxt bitəcəyi bilinməyən çox ciddi kataklizmin növbəti bir həlqəsidir. Güman edək ki, Dağıstanda baş verənlər Rusiya üçün axırıncı hadisədir. Allah bundan sonra günahsız insanların qətlinə səbəb olan belə terror aktlarına imkan verməsin. Ancaq bizim bu fikirlərimiz Allaha duadan başqa bir şey deyil”.
F.Ağamalı Rusiyada baş verənlərin Azərbaycana təsir etməyəcəyini söyləyib:
“Azərbaycan hazırda dünyanın ən sabit, təhlükəsizliyi ciddi şəkildə təmin olunan ölkələrindən biridir. Mən tamamilə əminəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları bunun fərqindədir. Azərbaycanın təkcə Ermənistanla deyil, bütün sərhədboyu ərazilərində sərhədçilərimiz, hüquq-mühafizə orqanlarımız dövlətin və insanlarımızın təhlükəsizliyini təmin etmək üçün çox ciddi şəkildə fəaliyyət ortaya qoyublar. Gəlin arzu edək və əmin olaq ki, bu və buna bənzər hadisələr Azərbaycana hər hansı formada təsir göstərməyəcək. Vaxtilə Azərbaycanda quru sərhədlərinin açılması ilə bağlı məsələlər gündəmə gələndə və bəzi siyasətçilərin, sosial şəbəkə istifadəçilərinin «quru sərhədləri açılmalıdır» kimi fikirləri ciddi müzakirə olunanda, mən də quru sərhədlərinin bağlı qalmasının yalnız ölkəmizin viruslardan qorunması yox, Azərbaycanın indiki zaman kəsiyində təhlükəsizliyinin təmin olunması üçün atılan zəruri addım kimi dəyərləndirmişdim. Buyurun, Azərbaycanın Rusiya ilə sərhədinin 5 addımlığında – Mahaçqala və Dərbənddə bu cür terror hadisələri baş verib. Təbii ki, təəssüflənirik. Bu, eyni zamanda Azərbaycan dövlətinin, həqiqətən də nə dərəcədə doğru-düzgün addım atdığını və xoşagəlməz hadisələrin qarşısını almaq üçün zəruri vəzifələrin yerinə yetirilməsinə necə həssas münasibət bəslədiyini bir daha göstərdir”.
“Modern.az” saytı
Turqay Musayev
24 iyun 2024-cü il
0 notes
gunelfarkhad · 1 year
Text
Profayler
İnsanlarla birbaşa işləyən satış və xidmət sahəsinin əməkdaşlarına hökmən profayling dərsləri keçirilməlidir. Eləcə də, dövlətin xidmət sahəsi üzrə işləyən əməkdaşları bu sahə üzrə məlumatlı olmalıdırlar. Bizdə marketoloqlar az-çox bunu bilir, bir də hüquq-mühafizə orqanlarının əməkdaşları. Halbuki çox maraqlı sahədir. Profayler olmağa doğru gedirəm.
View On WordPress
0 notes
Link
0 notes
Text
Və...şeytan bir gün, insan qılığına büründü...ona, bir məslək seç dedilər, o da insanlığı savaşlara sürükləyəcək olan məsləyi seçdi...o məsləyin adı "SİYASƏTDİ"...(İlhamə Abbas Yusifqızı...) ... Böyük imperialist dövlətlərin qurduğu OYUNLAR da böyük olur...Onların bircə siyasəti var "Hər şey Maraqlar üçün"... Dağıdılmış ölkələr, taleyin ümidinə buraxılmış insanlar..... "Demokratiya" pərtəsi altında yürüdülən çirkin siyasət, görün neçə ölkələri xaraba qoydu, bu illər ərzində...Guya, diktatorları yıxıb, xalqlara XOŞBƏXTIİK gətirəcəkdilər...Nə dəyişdi ki, hansı ölkə xoşbəxt oldu ki...? Əksinə, sərvətləri talan edildi, azad olacaqlarına inanmış insanların bütün arzuları uçuruma yuvarlandı... Aclıq, işsizlik, dinsizlərin "din" uğrunda savaşı baş alıb getdi... Səbəb...? Maraqlar.... Səbəbkarlar...? İmperiallist böyük güclər... Bəhanə...? "Demokratiya"... İnsan hüquq və azadlıqları... Əzilənlər...? Özləri də bilmədən OYUNLARA alət olan, qabağa düşmək əvəzinə, "bir əsr" də geriyə düşən ölkələr... 2 - ci Dünya savaşında Hitler bu günkü sılahlar üçün çox çalışdı, ancaq ona qismət olmadı... Nə yaxşı ki, olmadı. Bəs sonra nooldu, kimlərsə bu silahlara sahib oldular və sairə. Bu gün üçün nəticə odur ki, istər Bayden ( o hakimiyyətdə yenidir, ona qədər olanlar olsun), istərsə də Putin nəticəni bilərəkdən bu silahları işlətmək zorunda qalıblar və ya qalacaqlar, ən azından "qoca Putin" çıxılmaz vəziyyətdə bunu edə bilər və hərbisinə tapşırıq da verdi. Bəşəriyyəti qoyuram bir qırağa, onlar üçün nə İraq, nə Liviya, nə Suriya və nədə deyək ki Qarabağ elə bir önəm daşımayıb və daşımayacaq da.Yüz min, yaxud milliyon insan qırılsın dəxli yoxdur. Onlar üçün vacib olanı şəxsi ambisiyaları və maraqlarıdır. Maraqlı orasıdır ki, bu tip insanlar o qədər insanlıqdan uzaqlaşıblar ki, düşünmürlər ki, hər ikisinində övladları və nəvə nəticələri var və onlar yaşamalıdırlar. Bizə çatmayan odur ki yəni bu qədər bu insanlar kütbeyindirlər ki, ən azından övladlarının gələcəyini fikirləşmirlər. Bu gün , bu saat Ukraina müstəqilliyin qorumaq zorunda qan içində boğulur ( 90 cı illərdə də biz xalq olaraq, belə təcavüzə məruz qalmışdıq, heç kimdə harayımıza onda çatmadı), dünyanın baş bilənləri isə hələ fikirləşirlər ki, nə edək.... Rusiya Ukrainanı artıq darmadagın edir, qəhrəman Ukraina xalqı son nəfəsinə kimi döyüşür, ancaq hələ aqressoru durduran yox... Bu gün isə, paranoik aqressor nüvə silahından danışır..... Kül başına ay qoca dünya, gör kimlər əlində qaldıq... ( Nə yaxşı kimi vaxtında cənab Rəhbərimiz o çür siyasi addımlar atdı, yoxsa Qazaxıstan və Ukrainadan əvvəl biz bu fəlakəti yaşayacaq idik). Nəyə görə o vaxt Vətən müharibəsində ( Allah bütün Şəhidlərimizə rəhmət eləsin) Xankəndini tutmadıq...?  sualının cavabı, bu gün Ukrainadadır. ..Allah millətimizi və dünyamızı şovinist aqressorlardan qorusun...................10.03.2022..(İlhamə Abbas Yusifqızı...)
0 notes
vekilamidaskerov · 2 years
Photo
Tumblr media
İşi düşəndə yada salanlardan eşitdiyimiz cümlələrdən: "-İndi deyəcəksən işi düşəndə zəng edir." 😂 #vekil #hüquq #mehkeme #vekilamid #mehkeme (at Vəkil Amid Əsgərov) https://www.instagram.com/p/ClBRDtWtBdd/?igshid=NGJjMDIxMWI=
0 notes
pdfsayar · 2 years
Text
Azerbaycan Dili Hedef Qayda Kitabi Pdj
Azerbaycan Dili Hedef Qayda Kitabi Pdj
10 sonuç Boyut Önizleme İndirme Azərbaycan Dili – Buludxan-xelilov.comə) Azərbaycan dili elm, mədəniyyət, siyasət, iqtisadiy-yat, hüquq və s. dili kimi özünü təsdiq etdi və s. Heydər Əliyev hər bir kəsin doğma ana dilini bilməsi-ni, bu dildən istifadə etməsini, …Kaynak: http://www.buludxan-xelilov.com/pdf/Azerbaycan-dili.pdf 1976 KB Önizle İndir I Şəhəri Nəsimi Rayonu Tel:(+012) 431 97 88…
View On WordPress
0 notes
coinrehberim · 2 years
Text
Təbriz, Urmiya və Ərdəbil küçələrində “Azadlıq, Ədalət, Milli Hökümət” şüarları səsləndirilir - Etirazlar yeni müstəviyə keçib
Təbriz, Urmiya və Ərdəbil küçələrində “Azadlıq, Ədalət, Milli Hökümət” şüarları səsləndirilir – Etirazlar yeni müstəviyə keçib
ABŞ və Kanadada akademik fəaliyyətlə məşğul olan azərbaycanlıların yaratdığı təşəbbüs qrupu “İran Etirazları 2022: İranda Azərbaycan türklərinin vəziyyətinə dair hesabat” yayımlayıb. APA xəbər verir ki, Təşəbbüs qrupunun Cənubi Azərbaycandan olan 16 hüquq müdafiəçisindən ibarət insan haqları şəbəkəsi ilə birgə hazırladığı sənəddə İranda 2022-ci il etirazları və bu fonda azərbaycanlıların…
Tumblr media
View On WordPress
0 notes
politiciansstuff · 7 months
Text
Tumblr media
Ana Vətən Partiyasının bəyanatı
26 fevral 1992 - ci il Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş dəhşətli soyqırımdan artıq 32 il ötür. Ermənistan tərəfindən işğal olunmamışdan əvvəl 7000-dən çox insanın yaşadığı Xocalı şəhərinin sakinlərinin soyqrımına məruz qalması Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. 1991-ci ilin oktyabr ayından etibarən Ermənistan ordusu tərəfindən mühasirəyə alınan Xocalı şəhəri, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməkliyi erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Xocalı soyqırımı, Ermənistanın dövlət səviyyəsində uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi etnik nifrət, irqi ayrı-seçkilik və sistematik zorakılıq siyasətinin tərkib hissəsi idi. Faciə nəticəsində 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi qəddarlıq və amansızlıqla öldürüldü. 1275 nəfər əsir və girov götürülərək ağlasığmaz işgəncələrə məruz qaldı. Bununla yanaşı hələ də əsir götürülmüş 150 nəfərin taleyi bu günədək məlum deyil. Ermənistanın Azərbaycana təcavüzü, hərbi və bütün cinayət tərkibli əməllər insan hüquqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Lakin çox təəssüf hissi ilə qeyd etməliyik ki, öz maraqları kontekstində istənilən qərarları anında qəbul edib tətbiqini həyata keçirən beynəlxalq təşkilatlar Xocalı faciəsi kimi dəhşətli hadisəyə hələdə lazımi səviyyədə hüquqi qiymət verməmişdir. Qarşılaşdığımız bütün neqativ hallara baxmayaraq Azərbaycan Respublikası xalq, ordu və Ali Baş komandan birliyi nəticəsində işğal altındakı əraziləri, o cümlədən Xocalı şəhərini azad etməklə ədaləti bərpa etdi, tarixi zəfər qazandı. Eyni zamanda, işğalda və cinayətlərin törədilməsində iştirakı olan bəzi separatçılar Azərbaycan hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq bu gün ədalət qarşısında cavab verirlər. Tarixi qələbəmiz dəhşətli faciənin ağrı-acısını qəlbində daşıyan şahidlər başda olmaqla xalqımız üçün qürur və iftixar mənbəyi oldu.
Ana Vətən Partiyası Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərimizin xatirəsini dərin hüznlə anır, Uca Yaradandan onlara rəhmət diləyir.
0 notes
gunelfarkhad · 1 year
Text
Andlılar məhkəməsi və dövlətin vəkilləri
Məhkəmə təcrübəsində “Andlılar məhkəməsi” anlayışı var. Başqa cür ” Andlı iclasçılar”. Ölkə qanunvericiliyi işləyən, hüquq mühafizə sistemi, məhkəmə sistemi ədalətli olan, əhalinin intellekt səviyysəi, ədalət anlayışı yerində olan ölkələrdə tətbiq edilən təcrübədir. 8 nəfər və ya 12 nəfərdən ibarət olur. Andlılar siyahısına düşmək üçün məhkəmə sistemo vətəndaşları tam araşdırır, monitorinq edir,…
View On WordPress
0 notes
Link
0 notes
metbuat · 2 years
Text
Meksikada 50 çuval insan qalığı tapılıb - FOTO
Meksikada 50 çuval insan qalığı tapılıb – FOTO
Meksikada 50-dən çox çuvalda insan qalıqları aşkarlanıb. Dəhşətli tapıntı itkin düşənlərin axtarışı ilə məşğul olan təşkilatın üzvləri tərəfindən müəyyən edilib. Hadisə Quanaxuato ştatının İrapuato şəhərində baş verib. Qurbanların dəqiq sayı hələlik məlum deyil. Hüquq-mühafizə orqanlarından da şərh gəlməyib. Qeyd edək ki, Meksikada bu cür qorxunc hadisələr tez-tez baş verir. Belə ki, bir gün öncə…
Tumblr media
View On WordPress
0 notes
bakiyayagdiyagislar · 4 years
Text
Məsuliyyətlərin kökləri
Allah-taala, nemətləri səbəbsiz verməz və səbəbsiz də almaz. Verdiklərini üstünlük meyarı qərar verməz, insanın naçar halında ona verdiklərinin hesab-kitabı vardır. Üstünlüklər, yenidən nemətlər qaytarılanda bilinir. Məsuliyyətlər də bu cəhətdən qaynaqlanır. Allah-taala buyurur:
“Həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!”1
Məsuliyyətlərin tanınması yolları
Məsuliyyəti tanımaqdan ötrü bir neçə əsası bilmək lazımdır. Birincisi əsas, həqarət və həva-həvəslərdən azad olmaq. İkincisi, məsuliyyəti icra etməkdən ötrü qüdrət əldə etmək. Üçüncü, Onu tanımaq. Quran buyurur:
“Doğru yol tutan xeyrinə doğru yol tutmuş, haqq yoldan azan ancaq özünə zərər edər. Heç kəs başqasının yükünü çəkməz. Biz peyğəmbərlər göndərməmiş heç bir ümmətə əzab vermərik.”2
İnsanın məsuliyyəti, özündən başlayır. İki növ məsuliyyət vardır.
Fərdi məsuliyyət və ictimai məsuliyyət. Fərdi məsuliyyət barəsində Quran buyurur:
“Hər kəs öz əməlinin girovundadır.”3
Yenə də buyurur:
“Mömin olub yaxşı işlər görən hər bir kişi və qadına xoş və pak-pakizə həyat bəxş edəcəyik. Etdikləri yaxşı əməllərin əvəzində onlara daha yaxşı mükafat verəcəyik!”4
İctimai məsuliyyətlər barəsində Quran buyurur:
“İnsanların öz əməlləri üzündən suda və quruda fəsad əmələ gələr ki, bununla onlara etdikləri bəzi işlərin cəzasını daddırsın və bəlkə, qayıtsınlar.”5
(İslamda Hüquq Nəzəriyyəsi -kitabından)
Təkasur surəsi, ayə 8.
İsra surəsi, ayə 15.
Muddəssir surəsi, ayə 38.
Nəhl surəsi, ayə 97.
Rum surəsi, ayə 41.
6 notes · View notes