Tumgik
#elxanelatlı
zeyneps1 · 2 months
Text
Bir insan öz sevdiyinə qovuşmaqdan ötrü mübarizə aparmayacaqsa, daha onun yaşamağının nə mənası var!?
2 notes · View notes
hhmmddhh · 1 year
Text
- Ən güclü adam, mənim fikrimcə, bilirsiniz kimdir?
-Kim?
-O adam ki nəyisə etməklə bərabər, etməməyi də bacarsın.
-Başa düşmədim...
-Baxın, məncə, öldürmək asandır, bağışlamaq çətin. Pislik asandır, yaxşılıq çətin. Yemək asandır, yeməmək çətin. Çətin işi bacaran daha güclü sayılmalıdır, yəqin ki.
8 notes · View notes
huseynmammad · 7 months
Text
Tumblr media Tumblr media
Uşaq vaxtı anası ona deyərdi ki, hara getsən, harada olsan Allah səni görür. Deyirdi ki, bir otaqda, ya yolda düzənlikdə, meşədə tək olsan da Allahın nəzəri üstündədir. Yəni, heç vaxt pis iş tutma.♡
43 notes · View notes
bikitapkurdu · 1 year
Text
Dünən dedektiv bir əsər oxudum.Bir cinayətin sonunda kitabda elə göstərilirdi ki,sevgini öldürən qısqanclıqdı.Əsas fikirlərdən biri də o idi ki,sonrakı peşmançılıq fayda vermir,vicdan əzabı ən dözülməz ağrıdır.Bu belə göstərilsə də mənim anladığım əsas fakt o idi ki,insanın başına gələn çox şey ağılsızlığından gəlir.Ağıl məncə,əvvəldən hər kəsə müəyyən qədər verilmiş bir şey deyil.Mən məntiqdən,ya güclü analiz qabiliyyətindən danışmıram.Ağıl dediyim həyatın hansısa çətin anında ,duyğuların ,emosiyaların insanı ələ keçirdiyi anda bircə anlıq durub vəziyyətə qıraqdan yad adam kimi baxmaqdır.Emosiyaları kənara qoyub hamıya verilmiş düşünmə bacarığından istifadə edə bilməkdir.Bu xüsusiyyəti hər kəs özünə aşılaya,vərdiş halına çevirə bilər.Nəyisə öyrənmək irsi bir şey deyil ki,sadəcə biraz zəhmət tələb edir.Dünən başa düşdüyüm bu məsələni başa düşmək üçün bir dəfə də olsa ,bu dediyimi yoxlayın.Hansısa çətin qərarı verdiyiniz bir vaxt ya sadəcə qəribə,çətin bir vəziyyətə düşdükdə,özünüzü xəyalən olduğunuz andan, məkandan çıxarın və yad bir adam kimi həmin vəziyyətə uyğun məntiqli məsləhəti verin.Ağlınızdan istifadə edin.Hətta o an özünü oxucu kimi düşünərək ,inanın ki oxuduğunuz kitabın baş qəhramanın sizdən kömək istəyir.Ona hansı məsləhəti verərdiniz?
#kitablar #ElxanElatlı #uğursuzgecə #mənimşərhim
2 notes · View notes
gularetehmezli · 5 years
Text
Qarşınızdakının nöqsanlarını deməyə isə heç tələsməyin. Əgər o, pis adamdırsa, deməli, özünü hamıdan yaxşı hesab edir və sənin iradlarını paxıllıq kimi qəbul edəcək. Əgər həqiqətən yaxşı adamdırsa, üzüləcək, ruhdan düşəcək. Bir də axı o, öz nöqsanlarını səndən də aydın görür və bilir. Onun bilmədiyi yaxşı cəhətləridirki, səndə əgər xain, paxıl biri deyilsənsə, ona bunları xatırlat.
2 notes · View notes
vianazii · 4 years
Text
Tumblr media
#elxanelatlı #dilənçiqadınınsirri
6 notes · View notes
zeyneps1 · 2 months
Text
Həyatda bəlkə də təsadüf deyilən bir şey yoxdur. Qarşına çıxan yollardan hansısa birini özün seçirsən. Bu zaman ya hansısa yolu seçəcəyin barədə kifayət qədər düşünüb-danışırsan, ya da bəxtinə güvənərək gözüyumulu addım atırsan.
1 note · View note
zeyneps1 · 2 months
Text
Sözdə güya kişilərlə hüquqlarımız bərabərdir. Hələ deyirlərki, bəzi məsələlərdə onlardan artıq imtiyaza malikik. Ancaq elə deyil axı. Mentalitetimizin dərinliyinə getsək, görərik ki, biz kökdən hüquqsuzuq, sonradan qanunlarla bizə verilən hüquqlar yalnız kosmetik görüntüdür. Şəxsən mənim fikrimcə, nə qədər ki dilimizdən "qız almaq" ifadəsi birdəfəlik çıxarılmayıb, hüquq bərabərliyimizdən söhbət belə gedə bilməz. Deyir ki, filan qızı alacam, yaxud filankəsin qızını oğluma aldım. Aldım nədir, ay başına dönüm , bu, əşyadır, yoxsa kölədir ki pul verib alasan?..
1 note · View note
zeyneps1 · 2 months
Text
Pul biz insanlara lazımdır. Təkcə yemək üçün yox ha, geyinmək, sudan, qazdan, elektrikdən istifadə etmək üçün... Ev, maşın sahibi olmaq, dünyanı gəzmək, əylənmək, kef çəkmək üçün... Hə... Təkcə bunlar üçündə yox... Bir-birimizi əzmək, alçaltmaq, öldürmək üçün də pul lazımdır bizə. Allahın yaratdığı ilk insanlar pulsuz necə yaşayıblar, bilmirəm, amma biz pulsuz bir gündə yaşaya bilmirik...
1 note · View note
zeyneps1 · 2 months
Text
Zaman kiməsə sürətli, kiməsə yavaş görünən kələ-kötür kərəkəti ilə qarşısına çıxan hər şeyə toxunub keçir və onların heç birini təsirsiz buraxmırdı. Nələrisə ayaqları altında əzib-tökür, sındırır, nələrinsə əyrisini, sınığını düzəldirdi...
1 note · View note
zeyneps1 · 2 months
Text
Azad olmaq istəyirdim. İstəyirdim ki, ruhum da, cismim də azad olsun. İstədiyim kimi düşünüm, istədiyim kimi geyinim, istədiyim kimi yaşayım.
1 note · View note