#şəhərdə
Explore tagged Tumblr posts
Text
Baxırsanki insanlarla dolu şəhərdir ancaq, başını çiyninə qoyub ağlayacağın kimsə yoxdur.Səni bu şəhərdə anlayacaq,yıxılanda əl uzadıb qaldıracaq kimsə yoxdur.
34 notes
·
View notes
Text
"Mən inandım sən inanma, doludu bu şəhərdə cındır adamlar."
#sozler#şiirler#spotify#siirsokagi#umut bitti sigara ver#postlarım#günün yazısı#günün alıntısı#gecenin sözü#günün şiiri#günün şarkısı#günün sözü#gecenin şarkısı#gecenin hüznü#gecenin şiiri#gece#keşfet#kitap kesitleri#kitap alintilari#kitap alıntısı#kitap okumak#kitap#kitaptansözler#kitaptan alıntı#artists on tumlr#artists on tumblr#tumblr postları#tumblr şiir#tumblr art#my post
56 notes
·
View notes
Text
Gedəcəm buralardan çox uzaqlara. Təsadüflərin olmadığı bir yerlərə. Bir təsadüfün bizi qarşılaşdırmayacağı şəhərə. Xəbərimiz olmaz heç nədən, bir-birimizdən, bir sevginin varlığından. Nə bilərik ki, xoşbəxtlik nədir, onsuz qalınca acısı necə olur? Hər şeydən xəbərsiz yaşayaq. Bizim üçün nə mahnılar yazılmış olacaq, nə də həsrətini içimizdə tutduğumuz xatirələrimiz. Böyük bir şəhərdə bir mən olaram, bir də heç kimsə. Heç bir küçəsi, döngəsi bizə aid olmaz. Kimsələr də sənə bənzəməz. Mən səndən xəbərsiz, sən də yaşadığım şəhərdən xəbərsiz. Uzaqlarda, bir yerlərdə gülümsəyər üzün.
22 notes
·
View notes
Text
'Bakı çox gözəl olur, şəhərdə insanlar olmayanda'
38 notes
·
View notes
Text
Sənsiz bu şəhərdə qəribdim, qərib,
Mənə bu şəhəri sən vətən etdin...
© Ramiz Rövşən
51 notes
·
View notes
Text
Həyatda nə olursa olsun, heç bir zaman özünüzə məğlub olmayın. Əksinə məğlubedilməz olmağa çalışın. Sizə qarşı yaranan hər fikri önəmsəməyinizə ehtiyac yoxdur. Əsas olan, sizin özünüzə qarşı olan fikirlərinizdir. Özünüzə heyran olun, özünüzü daha fərqli hiss etməyə çalışın. Hər gün fərqli bir işlə məşğul olub, maraqlı kitablar oxuyun, filmlərə baxın və ən əsasda özünüzə güvənin. İnsan oğlu beşikdən qəbrə qədər fikirlə yaşayır. Hansı ki, çox zaman bizə maneə törədən, lazımsız şübhələrdən ibarət fikirlərdir. Yaşadığımız bu kürədə, bu ölkədə, bu şəhərdə fərqli olmağı bacarmalıyıq. Cəmiyyətin bir üzvü ola bilərik, amma seçilməyimiz üçün bu kifayət etmir. Həyatda yaşadığımız sürə, hər zaman var olmağı bacarmalıyıq. Yoxsulluğun içində yaşamaq, boşluqların içində diyirlənmək kimi bir şeydir. Var olmağı bacar ki, bir gün dünyadan köçərkən, varlığın daşlarda deyil, düşüncələrdə yaşamağı bacarsın.
25 notes
·
View notes
Text
hava alsam keçər, amma mən bu şəhərdə ciyərimə hava dolduğunu hiss edə bilmirəm ki
8 notes
·
View notes
Text
İşdən çıxmalıyam, təzə iş tapmalıyam, maaşım qane etmir, amma maaşlı işlə də dolanmaq olmur, şəxsi biznesim olmalıdı ki həyatımı yaşayım, ancaq yerində saymaq da olmaz, hobbilərimə vaxt ayırmalıyam, o rəqs kursu, o musiqi kursuna gedilməlidi, amma şəhərdə də ürəyim sıxılır, arada bir dağlara gedilməlidi və... Beynim bir an olsun bu fikirlərsiz olmur.
10 notes
·
View notes
Text
Ulduzlu gecə
Özümü bəyaz gecələrin baş qəhrəmanı kimi hiss edirəm. Günün eyni saatında keçdiyim küçələrdən gördüyüm insanları, işdən evə tələsmələrini, piyada keçidindən əlləri dolu paketlə keçməsini görmürəm artıq. Hava yağışlı və sakitdir. Hər zaman oturduğum avtobus dayanacaqlarının soyuq köşəsinə çəkilib binaları izləyirəm. Qarşıdakı binalardan çilçıraq rəngləri fərqli olan evlərdən insan kölgələri görürəm. Sanki, şəhər əhalisi mənim şəhərdə özümü pərişan halda gəzməyimi istəyərək evlərinə çəkiliblər. İçimdəki bir duyğunun onların bu istəyinin bəraətsizlikdən irəli sürülməyi barədə danışsada, yenədə bu onlara bəslədiyim qəzəb və sevgini nə artırar nə də azaldar. Ağlım bu gün ağzıma qoya bilmədiyim çörək loxmasına gedir. Bilmirəm məsələ çörəkdədir yoxsa məndə, ancaq o bir söz var “həyatdakı ən böyük əngəlin - insanın özü olmasıdır” deməli məsələ çörəkdə deyilmiş. Özümdəymiş. Nə edərsəm edib, özümü fizika fənninin situasiya suallarını tapmadığımı görürəm. Zatən qəbulda belə edə bilməmişdim. Bundan ötəri səbəbdə mənim o sualı həll etməkdən öncə ya həll edə bilmərəm düşüncəsi yorurdu deyə, məsələləri könül rahatlığıyla boş qoyub kitabçanın səhifələrini çevirirdim. Vicdan duyğum o boş qoyduğum sualları həll edə bilməməyimdə qalaraq digər sualları ala-bişmiş halda həll edirdim.. Fikirlərin çarpayısından ayılıb göy üzünə qonmuş ulduzlara nəzər yetirirəm. İçlərindən biri mənə göz vurur. Dayanacaq qarşısından keçənlər məni qəribə riqqətlə süzürlər. Bəziləri, bəlkə də, “heç avtobusun işlək olmayan bu vaxtında bu sərsəri burda nə gəzir deyirlər”. Bəziləri də “görəsən oğlan gəlməyən avtobusu gözləyərək nə düşünür” deyə zənn edirlər. Mən isə bu deyilənlərə məhəl qoymadan yerimdən qalxaraq, qapısında mürdəşir sifət alan yataqxanaya yol alıram..
24 notes
·
View notes
Text
yer yön duyğum olmadığına görə şəhərdə turist kimi mapnan gəzirəm🥲
7 notes
·
View notes
Text
Küləyi bezdirən bu şəhərdə xoşbəxtlik ehtimalı yüzdə bir
8 notes
·
View notes
Text
“Küləyi bezdirən bu şəhərdə xoşbəxtlik ehtimalı yüzdə bir”
12 notes
·
View notes
Text
Biz son dəfə bu şəhərdə hava qaralarkən vidalaşmışdıq səninlə və mən bu şəhərin yollarında gözümdə yaş, ağlımda sən olarkən yerimişdim. İndi o yollarda yerimək bir kənara, şəklini görəndə belə o günü, o vidalaşma anını xatırlayıram. Görəsən sən unutdun məni necə üzdüyüvü?
#53...
10 notes
·
View notes
Text
Bu şəhərdə çoxdan itib təmkin.
Bu şəhərdə sakinlər qonaq, qonaqlar sakin…
Bu şəhərdə sevinc yarımçıq, gülüş itkin,
bu şəhərdə kədər bitkin, həsrət bitkin.
Bu şəhərdə yollar geniş, yolçular dardı,
Bu şəhərdə varlıq yoxdu, yoxluq vardı.
Nə badə, yıxılarsan bu şəhərdə, amandı.
Bu şəhər yıxılanı dəfn etmək eşqi ilə qaldırandı...
Bu şəhər quranı uçuran, uçuranı qurandı.
Bu şəhərdə varlıq dəfndəki bir ağızlıq Qurandı.
• Fuad Cəfərli
8 notes
·
View notes