#ödəniləcək
Explore tagged Tumblr posts
Text
"Trabzonspor" "Levante"nin ulduzunu transfer etdi
“Trabzonspor” “Levante”nin ulduzunu transfer etdi
“Trabzonspor” yeni transfer reallaşdırıb. Metbuat.org xəbər verir ki, trabzonlular Şimali Makedoniyadan olan Enis Bardhinin keçidini rəsmiləşdirib. Klubun rəsmi saytı ulduz oyuncunun anlaşmasının detallarını açıqlayıb: “Levante” klubu ilə Enis Bardhinin klubumuza transferi ilə bağlı razılıq əldə olunub. Razılaşmaya əsasən, qarşı tərəfə 3 milyon avro ödənəcək. Bu məbləğ 3 il ərzində hissə-hissə…
View On WordPress
#Abdullah#anlaşmasının#ardıcıl#Avcının#Bardhinin#çıxış#ərzində#hücumameylli#İspaniyada#keçidini#klubundan#Levanteyə#Macarıstanın#makedoniyalı#məşqçisi#mövsüm#ödənəcək#ödəniləcək#oyunçunun#qiyməti#rəsmiləşdirib#Trabzonsporun#transfer#yarımmüdafiəçi#yüksəlmişdi
0 notes
Photo
#Əmək pensiyaçılarına maddi yardım ödəniləcək – SƏRƏNCAM gönderdi
0 notes
Text
Həyatımda bəzi şeylər var ki illərdi yolunda getmir.Neynəsəmdə nə qədər çabalasamda olmur öz xoşbəxtliyimi tapa bilmirəm, söhbət sevgidən getmir a heç ona ayrılacağ vaxdım yoxdur.İnsan məncə öz xoşbəxtliyini ilk ailəsindən tapmalıdır.Ama atam anam qeder onların evliliyini dərdini, hər bir şeyi çəkən mən oldum,yeri gəldi qardasima ana yeri gəldi ata oldum.Ama indi baxıram ki menə heç kim heçnə olmuyub, özümün valdeyini olmuşam mən,onlar sadəcə qiragdan dediklərimi ediblər, alıblar vse.Nə hiss elədiyimin nə hisslər keçirdiyimin zərrəsi belə veclərinə olmuyub, ama hər dərdlərinə yananda mən olmuşam.Deyirlər e neynəsəkdə valdeyin haqqı odənilməz bəzi yerlərdə bu düz sözdür, ama belə baxıram mənim ödəniləcək heç bir borcum yoxdur. Var əslində özümə yaşıya bilmədiyim uşağligima və bir çox şey.🙂
21 notes
·
View notes
Video
DİQQƏT!!! DİQQƏT!!! Glamour-HX MMC firmasına Ekspeditor xanımlar tələb olnur. Seyyar satıs olunacaq erazilər firma tərəfindən seçiləcək. Rəsmi iş yeridi... maaş (kartnan olunacaq) Və siğortanız verginiz odəniləcək Əmək kitabçası yazlacaq Tam olaraq qanuni. Tələb olunan xanımlar -(xoş görnüş,xoş danşıq satiş eləməyi bacaran 18-35 yaş arası işdən qorxmayan) xanımlar lazmdi Obed firma tərəfindən ödəniləcək... Muraciət etməyniz kifayətdi whatsap nomremizə yazn ünvani bildirek ofise yaxnlaşin iş haqda danşaq razlaşaq muqavilə bağlayaq ve işləyək .. 9-6ya iş saat Həftədə 1gün Vxadnoy maaş aylıq 600+azn avans ən azı 15gün İşə düzəlmək üçün cv yazılmalıdı... Ofise yaxınlaşaraq cv əldə ede bilərsiz 050-329-37-56(whatsapp) Elnare xanim https://www.instagram.com/p/CSeT_tdiBrK/?utm_medium=tumblr
0 notes
Text
Koronavirusla mübarizəyə cəlb edilən özəl tibb müəssisələrinin işçilərinə əlavə, könüllülərə isə mükafat ödəniləcək http://dlvr.it/RT1YZL
0 notes
Link
Paylaşdı: Yeni Gəncə
0 notes
Text
Bakı sakinlərinə ŞAD XƏBƏR: Bu avtobuslar da BakıKart-a keçdi
Bakı sakinlərinə ŞAD XƏBƏR: Bu avtobuslar da BakıKart-a keçdi
Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha iki marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, 25.12.2019-cu il tarixindən 39, 26.12.2019-cu il tarxindən isə 202 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək.
View On WordPress
0 notes
Photo
İdman mərc oyunları üzrə iştirakçıya bir bilet üzrə ödəniləcək maksimum uduş məbləği 250000 (iki yüz əlli min) manat olaraq müəyyənləşdirilir və uduş bu məbləğlə məhdudlaşdırılır. Bir bilet üzrə uduş məbləği 250000 (iki yüz əlli min) manatdan artıq olarsa, iştirakçıya bu məbləğdən artıq olan hissə ödənilməyəcəkdir. #vekil #advokat #huquq #qanun #advokataskerov https://www.instagram.com/p/Boo6gd5g5NY/?utm_source=ig_tumblr_share&igshid=3itdkykd6nty
0 notes
Photo
Dünən Bakı şəhəri, Səməd Vurğun küçəsi ev 138, 140 ünvanında yerləşən binanın sakinləri Nərimanov Rayon İcra Hakimiyyətinin önündə aksiya keçirib. Aksiya keçirilməsinin əsasə səbəbi isə sakinlərin yaşadığı binanı inşa edən “MARS MTK” şirkətinin komunal xidmətləri göstərmək üçün müqavilə bağladığı “Xəzər – Servis” MMC-nin su və lifti kəsməsi olub. Məsələ ilə bağlı Nərimanov Rayon İcra başçısının birinci müavini Şahmar İbadovla əlaqə saxlanılıb. Ş. İbadov bildirib ki, sakinlərin şikayətləri dinlənilib və şirkətlə razılığa gəlinməsi üçün danışıqlar aparılıb: Bu məsələ 2 ay əvvəl bir dəfə də qaldırılmışdı, biz yerində sakinlərlə görüşmüşdük. Onlar “Xəzər – Servis” MMC-nin baha fəaliyyət göstərdiyi söyləmişdilər. Biz onlara izah etmişdik ki, mənzil kooperativi yarada və idarələr ilə müqavilə əsasında özləri işləyə bilərlər. Onlar da bu məqsədlə sənədləri yığaraq müəyyən qurumlarla görüşlər keçirirlər. Ancaq hazırda məsələ belədir ki sakinlər yanvar ayından bu yana “Xəzər – Servis” MMC-yə pul ödəməyiblər. Şirkət 6 aydır, qaz, su işiq və lift xidməti göstərir, amma onlar şirkətə hər hansı bir ödəniş etmir. Sakinlərə dəfələrlə xəbərdarlıq edilib, pul ödənilmədiyi təqdirdə də ilkin olaraq lift və suyu dayandırılmışdı. Bizim müdaxiləmiz ilə dünən lift və su qoşuldu. Bir şərtlə ki, pul ödəniləcək. Sakinlərin sözlərinə görə, qanunvericilikdə adambaşına düşən məbləğ 80 qəpik olduğu təqdirdə, şirkət onlardan 1 manat 20 qəpik tələb edir. Dünən şirkət rəhbərliyi bildirdi ki, 6 ayın borcunu 70 qəpikdən hesablamağa razılıq verirlər, təki sakinlər tərəfindən borc ödənsin. Çünki borc yarandığı üçün şirkət müəyyən qurumlara 57 min manatı öz büdcəsindən ödəyib. Biz öz növbəmizdə problemin aradan qaldırılması üçün lazımi danışıqları apardıq, ümid edirik ki, məsələ öz həllini tapacaq. - deyə Şahmar İbadov bildirib. Qafqazinfo
0 notes
Link
via Diqqət! Tarif Şurası ödənişlərlə bağlı... http://ift.tt/eA8V8J Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyi "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" prezidentin sərəncamı, DİM-in elektron xidmətlərdən istifadə etmək üçün yaradılan "Şəxsi kabinet" və ödəmə üsulları, imtahanda iştirak üçün ödəniləcək məbləğ, növbəti tədris ili üçün nəzərdə tutulan dəyişikliklər, SAT imtahanı nəticələri əsasında aparılan müsabiqə və digər məsələlərin müzakirəsindən ibarət olub. Sədr Məleykə Abbaszadə qeyd edib ki, dövlət başçısının tapşırıqları əsasında, gənclərin ali və orta ixtisas təhsili alması imkanlarının genişləndirilməsi məqsədilə tələbə qəbulu sahəsində bir sıra tədbirlər, islahatlar həyata keçirilir. Onun sözlərinə görə, bu islahatlar çərçivəsində ən vacib sənədlərdən biri "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamdır. Sərəncamdan faydalana biləcək abituriyentlər haqqında məlumat verən M.Abbaszadə vurğukayıb ki, təqribən 70 minə yaxın abituriyentin imtahanda iştirak üçün ödəyəcəyi məbləğin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi gözlənilir". Daha sonra M.Abbaszadə DİM-in mütəxəssisləri tərəfindən işlənib hazırlanmış və dim.gov.az saytında yerləşdirilmiş "Şəxsi kabinet" və ödəniş üsulları barədə məlumat verərək göstərib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır: "Şəxsi kabinet bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar. Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir". İclasda DİM tərəfindən Tarif Şurasına imtahanların keçirilməsi ilə bağlı təqdim olunmuş qiymətlər barədə Şura üzvlərinə məlumat verilib. Qeyd olunub ki, hazırda imtahanlarda iştirak üçün ödəniləcək məbləğlərlə bağlı DİM və Tarif Şurasının mütəxəssisləri tərəfindən dəqiqləşdirmələr aparılır. Bu işlər başa çatdıqdan sonra qiymətlər ictimaiyyətə elan olunacaq. İclas iştirakçılarının nəzərinə yeni işıq üzü görmüş "Azərbaycan dili " və "РУССКИЙ ЯЗЫК" fənləri üzrə vəsaitlər təqdim edilib. İclasda digər cari məsələlər də müzakirə edilib.
0 notes
Photo
#AMEA-nın mühafizəsi gücləndirilir – Yeni mühafizə postları üçün “Alov-Mühafizə” MMC –yə 27 min 605 manat ödəniləcək
0 notes
Text
"Qarabağ"ın hücumçusu Fransa klubuna transfer olundu
“Qarabağ”ın hücumçusu Fransa klubuna transfer olundu
“Qarabağ”ın futbolçusu İbrahima Vadji Fransanın “Sent Etyen” komandasına transfer olunub. Metbuat.org-ın “L Equipe” nəşrinə istinadən məlumatına görə, seneqallı hücumçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq. 27 yaşlı forvarddan ötrü Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəniləcək. Bura müxtəlif bonuslar daxil deyil. Vadji ötən gün “Şamaxı”nı 4:0…
View On WordPress
#20142015#başladığı#başlayıb#cərimə#çıxış#etməyə#Etyenlə#Hazırda#hücumçu#Konfrans#məhsuldar#mərhələsində#mövsüm#mövsümə#mövsümündə#ötürmə#pillədə#Qarabağ#Qarabağda#qarşılaşmalarında#qərarlaşıb#sıfırlasa#təcrübəli#toplayaraq#yayından
0 notes
Text
“Qarabağ”ın hücumçusu Fransa klubuna keçir
“Qarabağ”ın hücumçusu Fransa klubuna keçir
“Qarabağ”ın futbolçusu İbrahima Vadji Fransanın “Sent Etyen” komandasına transfer olunub. Oxu.Az xəbər verir ki, seneqallı hücumçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq. 27 yaşlı forvarddan ötrü Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəniləcək. Bura müxtəlif bonuslar daxil deyil. Qeyd edək ki, hazırda Fransa Liqa 2-də mübarizə aparan “Sent Etyen”…
View On WordPress
0 notes
Link
Paylaşdı: Yeni Gəncə
0 notes
Link
Paylaşdı: Yeni Gəncə
0 notes
Link
via Pensiyalarla bağlı suallara aydınlıq gətirildi - RƏSMİ http://ift.tt/eA8V8J “Əmək pensiyası haqqında” qanuna təklif edilən dəyişikliklərdən biri də pensiyaların baza hissəsinin ləğv edilməsi ilə bağlıdır. Mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirib ki, pensiya sistemində gözlənilən dəyişikliklərdən biri də əmək pensiyasının baza hissəsinin restrukturizasiyası, yəni onun sığorta hissəsinə birləşdirilməsi ilə bağlıdır. “Bir daha qeyd etmək istərdik ki, burada məsələ baza hissəsinin ləğvindən deyil, onun sığorta hissəsi ilə toplanaraq, pensiyanın ümumi məbləğinin indeksasiyasından gedir. Pensiya təyinatında sığorta prinsiplərinin gücləndirilməsinə yönəldilən bu islahat tədbiri əmək pensiyasının vahid tərkibdə - sığorta hissəsindən ibarət olmaqla təyin edilməsini, eyni zamanda minimum pensiya təminatı konsepsiyasının tətbiqini nəzərdə tutur. Belə ki, dəyişikliklərə uyğun olaraq, ödəniləcək sosial sığorta haqları pensiya və digər sosial sığorta təminatı hüquqlarının müəyyənləşdirilməsində 50 faiz hesabı ilə deyil, tam nəzərə alınacaq. Dəyişikliklərdən əvvəl ödənilmiş sosial sığorta haqları əsasında hazırda sığortaolunanların fərdi hesablarında cəmlənmiş və hələ pensiya hüquqlarına çevrilməmiş şərti kapital məbləğləri də eyni qayda ilə yenidən hesablanacaq. Bu, sığortaolunaların şərti yığım sistemlərində uçota alınmış vəsaitin artırılmasına şərait yaradacaq. Vacib islahat tədbiri kimi, ümumi əsaslarla yaşa görə əmək pensiyası hüququnun reallaşdırılmasında məhdudlaşdırıcı amil olan 12 il sığorta stajı tələbi tamamilə aradan qaldırılır və bununla da pensiya yaşına çatmış və hesabında cəmlənmiş şərti kapitalı minimum pensiya təminatına imkan verən şəxsin yaşa görə pensiyaya çıxması üçün heç bir staj tələbi qoyulmur. Bu qaydaların tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqlarının tam qeydiyyatında maraqlı olacaqlar. Bununla, hazırda aktiv iştirakçıların marağını azaldan bir sıra hallar, məsələn 5-10 il yüksək məbləğlə sosial sığorta haqqı ödənildiyi təqdirdə, staj tələbinin 12 il olması səbəbindən pensiya hüququnu qazana bilməmə kimi hallar aradan qaldırılacaq. Mühüm sosial təşəbbüs olaraq, fərdi hesabında minimum pensiya təminatı üçün yetərli pensiya kapitalı cəmlənməyən sığortaolunanlara 25 il staja malik olduqları təqdirdə yaşa görə pensiya hüququ tanınacaq və onlara pensiya sisteminin vəsaitləri hesabına minimum məbləğə çatdırılmaqla pensiya təyin ediləcək. Həmçinin qeyd etmək yerinə düşərdi ki, bu islahat tədbiri mövcud pensiyaçılara şamil olunmayacaq”.
0 notes