#çörək
Explore tagged Tumblr posts
Text
- Sevdiyin biri var? - Var.
- O da səni sevir? - Hə.
- Hardan bilirsən? - Hər dəfə oxuması üçün ona verdiyim kitabları geri qaytaranda arasına çiçək qoyur.
- Verdiyin kitabların hamısını oxuyur? - Oxuyur.
- Hardan bilirsən? - Kitabda bəyəndiyi cümlələrin altından xətt çəkdiyini görürəm.
- O da sənin kimi insanlığı xilas etmək istəyir? - Hə.
- Hardan bilirsən? - Altını xətlədiyi cümlələrdən.♡
21 notes
·
View notes
Text
bayaq yadıma günorta yuxusundan zorla oyandırılıb, “Vaqifin mağazasına” çörək almağa getdiyim günlər düşdü, deyinə-deyinə sarafanın içindəki çörəyi dizimə çırpa-çırpa evə gətirərdim..
20 notes
·
View notes
Text
Ruhu kiminsə yoxluğu ilə tərbiyələndirmək həqiqətən də çox çətindir. Hələ bu kimsə sənin həyatında mühüm yer tutursa. Yaxının, artıq keçmişinsə. Təsəvvür edin, etdiyin bəzi alışqanlığını unudursan. Yox, daha doğrusu özünü buna məcbur edirsən. Başqa seçimin də yoxdur axı onsuz da. Gündəlik etdiklərini daha etmirsən, gördüklərini daha görmürsən. Bu ailədənsə, daha çətin. Düşün, evdə bişirilən yemək, süfrədən bir boşqab azalır. Simdən asılan paltar azalır, ayaqqabı azalır, pencək azalır. Hər tezdən verdiyin salamlar belə azalır. Evə gəlib-gedən azalır, sevinc azalır, səbəb azalır. Dost azalır, gözdə düşman çoxalır. Suallar çoxalır, fəryadlar çoxalır, üsyanlar çoxalır. Və bir gecə yatağa uzanıb, ani sükutda hiss edirsən ki, "üstünü ört" deyən anan daha yoxdur. Xəstə olub yataqlara düşəndə anlayırsan ki, "əynini qalın geyin" deyən anan daha yoxdur. Yuxudan kal durursan, otağından çıxdıqda hiss edirsən ki, hər tezdən Salamını alan Atan daha yoxdur. Dərsdən evə gəldikdə evdəki sükut hər dəfə səni öldürür. Ayaqqabını soyunanda anlayırsan ki, "get çörək al" deyən anan daha yoxdur. Dümdüz, lal oturduğun gecənin üçündə anidən "qalxın yatın" deyən Atan düşər yadına. Qışqıra bilməzsən. Artıq evdəki sükutlar hər dəfəsində sənə boş-boşuna dalaşdığın qardaşını, bacını xatırlar olar. Hər çəkici əlinə vurduqda, Atan yadına düşər olar. Evə gecələr gəlmənə hərə bir söz qoşar, amma, sənin gecəyə kimi çöllərdə oturub, narahatlıq dolusu Ata zəngini gözlədiyini, bilməz onlar.
20 notes
·
View notes
Text
Qış fəsli. Odun peçi ilə qızan otaq. Odun peçinin üstündə dəm alan çay, qızaran çörək, isinən əllər.
11 notes
·
View notes
Text
Ulduzlu gecə
Özümü bəyaz gecələrin baş qəhrəmanı kimi hiss edirəm. Günün eyni saatında keçdiyim küçələrdən gördüyüm insanları, işdən evə tələsmələrini, piyada keçidindən əlləri dolu paketlə keçməsini görmürəm artıq. Hava yağışlı və sakitdir. Hər zaman oturduğum avtobus dayanacaqlarının soyuq köşəsinə çəkilib binaları izləyirəm. Qarşıdakı binalardan çilçıraq rəngləri fərqli olan evlərdən insan kölgələri görürəm. Sanki, şəhər əhalisi mənim şəhərdə özümü pərişan halda gəzməyimi istəyərək evlərinə çəkiliblər. İçimdəki bir duyğunun onların bu istəyinin bəraətsizlikdən irəli sürülməyi barədə danışsada, yenədə bu onlara bəslədiyim qəzəb və sevgini nə artırar nə də azaldar. Ağlım bu gün ağzıma qoya bilmədiyim çörək loxmasına gedir. Bilmirəm məsələ çörəkdədir yoxsa məndə, ancaq o bir söz var “həyatdakı ən böyük əngəlin - insanın özü olmasıdır” deməli məsələ çörəkdə deyilmiş. Özümdəymiş. Nə edərsəm edib, özümü fizika fənninin situasiya suallarını tapmadığımı görürəm. Zatən qəbulda belə edə bilməmişdim. Bundan ötəri səbəbdə mənim o sualı həll etməkdən öncə ya həll edə bilmərəm düşüncəsi yorurdu deyə, məsələləri könül rahatlığıyla boş qoyub kitabçanın səhifələrini çevirirdim. Vicdan duyğum o boş qoyduğum sualları həll edə bilməməyimdə qalaraq digər sualları ala-bişmiş halda həll edirdim.. Fikirlərin çarpayısından ayılıb göy üzünə qonmuş ulduzlara nəzər yetirirəm. İçlərindən biri mənə göz vurur. Dayanacaq qarşısından keçənlər məni qəribə riqqətlə süzürlər. Bəziləri, bəlkə də, “heç avtobusun işlək olmayan bu vaxtında bu sərsəri burda nə gəzir deyirlər”. Bəziləri də “görəsən oğlan gəlməyən avtobusu gözləyərək nə düşünür” deyə zənn edirlər. Mən isə bu deyilənlərə məhəl qoymadan yerimdən qalxaraq, qapısında mürdəşir sifət alan yataqxanaya yol alıram..
24 notes
·
View notes
Text
vitrindən çörək alırmış kimi, hamısını əlliyib, birini alırsız :)
47 notes
·
View notes
Text
Sən danışmağı tərgitmisən. Və heç bir cavab da almırsan. Amma boğazında qalan minlərlə, milyonlarla söz... Boş söhbətlər, sevgi sözləri, axmaq gülüş... Bir daha onlara nə vaxt sahib olacagsan? İndi sən susqunluq cəhənnəmində yaşayırsan. Məgər hər kəsdən ən susqun olan sən deyilsənmi? Əcaiblər sənin həyatına girib. Sənin qohumların, sənin dostların... Onlarla, yüzlərlə əcaiblər... Sən onları demək olar ki, görünməz əlamətlərindən tanıya bilərsən. Susqunluqlarından, qərarsız, qorxu dolu gözlərindən, hansılar ki sənin baxışlarnla toqquşduqda qaçırırlar. Gecənin yarısı onların çardağında, balaca pəncərələrindən murdar otaqlarında yanan işıq görünür. Addımları exo verir. Mənasız simaları, boş siluetləri, qozbelləşmiş kürəkləri... Sən daim onların varlığını hiss edirsən. Sən onların kölgələri ilə gedirsən. Sən özün onların kölgəsisən. Sən onların balaca yuvalarını ziyarət edirsən. Kafelər, kinoteatrlar, bazarlar, yollar... Onlar eyni dairə ilə hərəkət edir. Onlar da sənin kimi hərəkət edir ... Anlamsız, tənbəl. Metro xətləri qarşısında fikrə gedirlər, dəniz sahilində çörək yeyirlər . Sürgündədilər... Səfildilər... Onlar divarlı tutaraq,çiyinləri və baxışları əyərək, yaralı əsgər kimi, toz udaraq hərəkət edirlər. Sən onların arxasınca gedirsən. Sən onları müşahidə edirsən. Sən onlara nifrət edirsən. Ama sən həmişə onların evinin qonağı olursan..
8 notes
·
View notes
Text
Bu gecə illərdi içmdə tutduğum şeyləri bir bir yazacam. Mən bu blogu sadəcə yazmağı sevdiyim üçün,danışmağa kimsəm olmadığı üçün açmışam.. Gözümdən qaçan səhvlər olarsa üzrlü sayın.
İnsan müxtəlif ailə mühitində dünyaya gəlir,böyüyür tərbiyə alır ailəsində ki insanlardan görüb,götürür və öz ailəsinə tətbiq edir.( Çox təəsüf). Amma bəzi insanların doğulduğu ailə də yanlız sevgi olur birdə köhnə geyimlər,bayat yeməklər. Amma xoşbəxtlik olur,sevgi olur. Amma bəzilərində isə sevgidən savayı hərşey olur ama,hərşey olur.. Məndə elə ailəyə göz açmışam,və özümü bildim biləli ilk zərbələrim atamdan gəlib mənə. İlk aşağlanışım,ilk səhv çıxarılışım və s. Bir qız övladı üçün çox ama çox böyük travmadı və acıdı.. Yaşa dolduğca atanın qız da ki,dolduramadığı sevgi boşluğunu qız bütün kişilərdə axtarır, hər dəfəsində də yenə də o sevgi boşluğunu doldura bilmir.. Ağıla gəlməyəcək qədər ağrı verir bu. Uşaq böyüdükcə,hər yaş artdıqca ataya nifrəti bir o qədər artır. Hələ bu nifrət tək sənədirsə.. Ömrün boyu düşünəcəksən ki,niyə atam məni sevmədi? Niyə mən atamı qucağlamağa qorxdum? Niyə atamı qoxusunu içimə çəkə bilmədim? Niyə atamın gözlərində nifrət var idi? Axı mən nə elədim? Niyə hər kiçik səhvimdə atam dayaq olmaqdan məni hamının içində aşağlayıb özgüvənimi məhv edirdi? Yada atam niyə anama zülm edirdi? Niyə gözümün önündə edirdi? və bir çox sual cavabsız qalır.. Əgər cəsarət edib ataya bu sualları verəcəksənsə heç zaman cavab almayacaqsan.. Çünki o ata da illərdi bu suallara cavab tapmayıb,çünki o da sevilməyib, çünki o da sevgi nədi bilməyib, görməyib. Mən özümə bir söz vermişəm əgər bir qızım olsa onu ölümünə sevəcəm atası da həmçinin.. Ailə olacaqsınızsa ilk öncə sevməyi bilin..' Çörək gətirdim',yeməy bişirdim'lə uşaq sevilmir nədə ailə olunmur..
Mən artıq böyümüşəm düzdü amma içimdə ki, o qız uşağı nə qədər ki,axtardığını tapmayacaq o heç zaman böyüməyəcək..
Heç zaman..
Bunları heç zaman valideynlərinə deyə bilmirsən illərdi qəlbində qalır.. o da bəzən çox incidir insanı..
Az da olsa yazmaq rahatlatdı məni)
30 notes
·
View notes
Text
Bugün yaxın dostum haqqında elə birşey öyrəndim ki, çox sarsıldım. İllərdi çörək kəsdiyim, bir birmizin pis və yaxşı günündə həmişə yanında olan insanla 1 ay öncə yollarımı onun belə xəbəri olmadan ayırmışdım. Səbəb isə sadə idi. Evləndikdən sonra mesajlarımı cavablamaması, zənglərimi ignore etməsi, görüldü atması və s. Bütün bunları gördükdə illərin dostunun niyə belə edəcəyini sorğulayaraq öz içimdə o qızla bütün bağları qoparmağa qərar vermişdim. Amma yuxularımdan da çıxmırdı. Həmçinin bugün də yuxumda görmüşdüm. Və aylar sonra qızdan xəbər çıxdı özü də tam da bugün. Ortaq tanışımız məsələni az-çox bilirdi. Tanışımız qızı görər-görməz Aysel ilə niyə əlaqəni kəsmisən səndən ötrü çox narahat idi deyə soruşub. O isə cavabında həyat yoldaşının bizim dostluğumuza qadağa qoyduğunu deyib. Bəli belə hallar da olurmuş. Səbəb isə qızın həyat yoldaşı ilə olan problemi mənə danışması imiş. İş o yerə çatıb ki, qızın telefonuna gələn hər mesajı oğlan öz telefonuna yönləndirib. Məndən nə gəlsə xəbər tuturmuş buna görə də qıza yazdığım hər şey cavabsız qalıb sən demə. Hətta görüşərik deyə getdiyi hər yerdən konum belə atdırırmış qıza. Çox qəribə oldum, çox üzüldüm. Amma artıq ən azından səbəbi bilirəm. İçim rahatdır ki, halı yaxşıdı ən azından. Nə bilim mənə elə gəlir ki, başqa bir yolla qız mənə bunu izah edə bilərdi. Bir dost-tanışının çevrəsindəki bir adamın telefonu ilə ən azı xəbər verə bilərdi. Çünki həqiqətən qıza görə dəhşət stress və narahatlıq keçirirdim. Nə bilim, bunu bura niyə yazdığımı heç özüm də bilmirəm. Sadəcə içimi tökmək istədim.
9 notes
·
View notes
Text
Məni bağışla, ey Öz'üm,
Hər üzümə gülənə səni yem etdiyimçün..
Yetimə gəl deyən çoxdu,
Getmə dedin, çörək vermək o yana
Adam heç əl uzadar
Başqa qəlbə qıyana?
Səni də qıracaqdır, bunun geci tezi var,
Gec'im fürsət tapmadı ki, oyana,
Bağışla, getdiyimçün...
Nə uzaq oldu ki, donma
Nə yaxın, yanma dedin
Mən amma bax neynədim?
Ən yaxını kor qoyub
Ən uzağı nur elədim yolumda..
Stokholm sindromu,
"Cəlladına aşiq" yazır qolumda...
Ən xoş halda dedilər ki,
Qal, Allah amanında sən..
Bağışla ki, yanan da sən, yaman da sən
Sonda mənə qalan da sən, Öz'üm...
Hər kəsdən əhv diləyib,
Hər kəsi vacib sayıb,
Hər alqışda, qarğışda
Səndən yan keçib sözüm...
Halal eylə, haqqını,
Bacarsan, bağışla...
39 notes
·
View notes
Text
Hər şey geridə qaldı. Adı həsrət oldu yaşanan bütün uşaqlıq xatirələrimiz. Palçıqdan evlər tikmək o qədər cazibədar gəlmir indi bizə. Halbuki dırnaqlarımızın aralarının qaralmasını əhəmiyyətli hesab etmədən ovuclardıq tozu torpağı. Qarışqaların yuvalarına ərzaq aparma təlaşını gözlərimizi böyük açaraq izlərdik. Uşaq ürəyi Kömək etmə həvəsiylə kiçik çörək parçaları doldurardıq quş yuvalarının içinə. Kiçikdik bir zamanlar. Uşaqdıq, safdıq, günahsızdıq. Nə qədər asan idi xoşbəxt olmamız. Sıxılmazdıq, böhrana düşməzdik. Xəstəliklərimiz belə kiçik idi. İki gün burnumuz axar, tezcə də yaxşılaşardıq. Küsməmiz də, barışmamız da oyunlarımız qədər asan idi. Qırılmazdı ürəklərimiz. Küsdüyümüzdə əlimizlə iki barmağımızı üst üstə qoyar, küs işarəsini edər, çox deyil 2 dəqiqə sonra bu işarəni pozar, ya da küsdüyümüzü unudar davam edərdik oyunlarımıza. Sevgilimiz də yox idi o zamanlar, ürəyimizi qıran da. İstəklərimiz də kiçik idi. Alınmış bir oyuncaq gəlincik, bir kiçik avtomobil çatardı bizi xoşbəxt etməyə. Sağlamlıq, saflıq, təmizlik, günahsızlıq. Adı həsrət oldu indilərdə. Kaş elə balaca və xoşbəxt qalardıq, böyüməklə uşaqlıq etdik.
30 notes
·
View notes
Text
Mənim haqqımda kinli düşüncə bəsləyənlərin hər biri bir vaxtlar çörək kəsib əl tutduğum insanlar idi…
30 notes
·
View notes
Text
Zaman-zaman dost dediyin,
Tonlarla çörək yediyin,
Elə dəyişir ki, birdən,
Ayağın üzülür yerdən...
Dönür düşmənə, yağıya,
Qazır sənin ayağını...
Görürsən yadla əlbirdir,
Ha tanı, tanımaq olmur...
İnsan müəmmadır, sirrdir,
İnsanı tanımaq olmur.
4 notes
·
View notes
Text
İş həyatını o vəziyyətə gətirib çıxarıblar ki, axşam evə bir parça çörək apara bilmək üçün çumo vəziyyətini almışıq. Dansaz da budu, danmasaz da..
14 notes
·
View notes
Note
Bunu mənə psixoloqum bir yaxınımla həm aramı düzəltmək, həm də ona bəzi "sərhədlərimi" bildirmək üçün münasibətimizdə bu üsulu tətbiq etməyi məsləhət görmüşdü. "Sandwich" :) ağıla ilk 2 çörək arası hazır ara yemək gəlir, elədir? İlk öncə çörəyi qoyuruq - bu, qarşı tərəfin eşitmək istədikləridir: onun nə qədər dəyərli olduğu, onunla necə xoş olduğu, münasibətlərin önəmli olduğunu filan deyirsiz. Sonra içinə sizin istədiyiniz "ərzaqları" yığırsız - bunlar isə, sizin demək istədikləriniz, lakin onun üzərindən hücumə keçmədən bildirmək istədikləriniz, ya da belə deyək "ammalarınız": amma mənim xoşuma gəlmir aramızdakı soyuqluq filan, sirlərimi hər yerdə paylamağın xətrimə dəyir kimi. Sonda isə yenə eyni qaydada "çörəyi" qoyub qarşı tərəfə təqdim edirsiz.
Doğrudur. İlkin mərhələdə ən uyğun və ideal görünür. Sadəcə bu davamlı güvəniləcək bir metod olmuya bilər ki “əldə etmək istədiyinlə” “sənə ən uyğun olan” arasındakı fərqdir. Nə kimi ? Məsələn manipulyasiya əvəzinə ilk tanışlıq olan ilk 3 ay yeni hisslərə və həvəsə qapılmadan olduğun kimi qarşındakı ilə danışmaq. Virtual deyil real zaman keçirmək, biryerlərə getmək vəya işlərinizi bərabər görmək (alışverişə birlikdə getmək və s.) təbii ortamın yaranması üçün idealdır. Ən azından bir zaman sonra “məcburiyyətlər” , “qəbullanmaqlar” və “dəyişimlər” sizi incitməkdənsə ortada qarşılıqlı hörmət və uyğunluq olar.
12 notes
·
View notes