Don't wanna be here? Send us removal request.
Text
Vicdanlı bir insan düşünün,onun dəyərini 1 ilə işarə edək.Düşünək ki,bu insan eyni zamanda nəzakətlidir,onda yanına 0 artıraq,dəyəri etdi 10.Sonra dürüstlüyə görə bir 0 da əlavə edək,dəyər etdi 100.Beləcə mərhəmət,mərdlik,şəfqət,xeyrxahlıq və s. hər keyfiyyətə görə bir 0 da artısaq dəyər hər zaman 10 dəfə artar,amma əgər vicdanı təmsil edən 1-i ordan götürsək,qiymət 0 edər.Odur ki,vicdan yoxdursa,digərlərinin də önəmi qalmır:)
0 notes
Text
Əgər cəsur deyilsənsə,səmimi ola bilməzsən.Əgər cəsur deyilsənsə,sevə bilməzsən.Əgər cəsur deyilsənsə,güvənə bilməzsən.Əgər cəsur deyilsənsə,həqiqətin arxasınca gedə bilməzsən.Bu səbəbdən,öncə cəsarət lazımdır,digərləri onu izləyər:)
0 notes
Text
Heç vaxt özünüzü yaşınıza,cinsinizə,dilinizə,irqinizə-bir sözlə,özünüzdən asılı olmayan ünsürlərə görə məhdudlaşdırmayın.20 ildən sonra etdiklərinizə görə yox,etmədiklərinizə görə peşman olacaqsınız:)
0 notes
Text
Mükəmməl olmadığımı bilirəm,mükəmməl olmaq üçün yaşaya bilmərəm.Barmaqlarınızla məni göstərməyə başlamazdan əvvəl əllərinizin təmiz olduğundan əmin olun:)
0 notes