Text
Çox nankor gördüm lakin heç biri pişik deyildi.
17 notes
·
View notes
Text
Səhər deyilə bilməyəcək qədər gec oyandım yuxudan. Demək olar artıq günorta idi və mən hələ də dünəndən qalma bədənimi çarpayının kənarına ata bilməmişdim. Hər zaman özəl günlərdə içməyimizə rəğmən dünən axşam yeməyində atamla bir iki qədəh söhbət edərək içmişdik. İçkinin vermiş olduğu baş ağrısı ilə çox gec yatmış və həmin ağrı ilə də oyanmışdım. Hava yanvar ayı üçün çox mülayim hətta olduqca yaxşı keçirdi. Bakı sakinləri üçün dünən " qar " sayıla biləcək dərəcədə qar da yağmışdı hətta. Atamın "qalx hələ pəncərədən bax qızım, hər yer ağappaq olub" cümləsi belə məni həyəcanlandırmamış əksinə bir az içimə kədər toxumlarını səpmişdi. Ağlıma qardaşım ilə azıcıq qar yağan kimi balkona qaçıb əylənməyimiz gəlmişdi. Bu ondan kənar keçirdiyim ilk bayram, ilk qar və ilk ad günüsü olmuşdu. Özümə etiraf edə bilməsəm belə dünən içərkən bunların hamısını yenidən xatırlamış içimdə qardaşıma qarşı olan dərin həsrəti gün üzünə çıxarmışdım. Burnuma gələn tanış qoxu boğazımı yandırır sanki içimdə olan balaca alovu daha da gücləndirirdi. Hər fəslin öz ayrı qoxusu olduğuna inanıram və bu fəsil mənə qardaşımın qoxusunu gətirirdi. Pəncərəni açıb bir neçə saniyə havanı iylədim qoxunu ciyərlərimə həbs etdim və beynimə daha yaxşı həkk etmək üçün bunu bir neçə dəfə də təkrarladım. Nəfəs almağın necə bu qədər çətin olduğunu düşündüm o an. Günlük olaraq gördüyümüz balaca işlər belə darıxan zaman tamamilə bir əzaba çevrilirdi. Hasarın üstündə yeriyən boz pişiyin addım atdıqca qarda buraxdığı sevimli izləri izlədim bir müddət. Yenidən qoxunu içimə çəkib pəncərəni və ardından pərdəni sona kimi bağladım. Ağlımda isə dolanan o misralara qarşı qoya bilmədim; " Yel əssin, qoxusu gəlsin " .
Nəhayət bu düşüncələrdən özümü xilas edib kofe içmək üçün mətbəxə keçdim. Atam yenə incə düşüncəsi ilə çoxdan çaydanı qısıq atəşdə qaynamaq üzrə qaza qoymuşdu. Özümə kofe hazırlayıb pəncərəni açdım hava almaq üçün. Göyüzü çox təmiz və təravətli idi bu gün. Yenə səmalardan qardaşımın qoxusu gəlirdi amma bu dəfə bu məni üzmək yerinə dodaqlarıma xəfif bir gülüş buraxmışdı. İçimdə özümlə qürur duydum. Nə qədər emosional olsam belə bir şeyləri tez arxamda qoymağı bacarmışdım. Mənə görə çətinliyini bildiyim üçün əlimdə olsa saçıma sığal çəkərdim deyə düşünüb bu düşüncələrimə güldüm. Qarlar demək olar ki, ərimiş hasarların və kölgəlik olan yerlərin dibində bir az qalmışdı. Ətraf sakit idi lakin bu sakitçiliyin içində olan qarmaşanın səsini eşidə bilirdim. Hər kəs harasa tələsirdi, kimisi dərsə, kimisi işə, kimisi isə bəlkə də ilk görüş üçün mənzillərinə. İnsanlar necə də qəribədir deyə keçirdim bir an ağlımda. Qarşı binalarda yüzlərlə insan yaşayırdı və hər kəs bir-birindən xəbərsiz idi. O evin qapısı bağlanan zaman içəridə olanlar xaricində kimsə nə baş verdiyini bilmirdi. O dörd divar arasında kimisi həyatla mübarizə aparır, kimisi əylənir, kimisi ən pis və ya ən şad xəbərini alır, ağlayanlar hətta gülməkdən gözündən yaş gələnlər, kitab oxuyub pişiyinə sığal çəkənlər ya da heç yuxudan oyanmayalar da ola bilərdi. Mənim kimi onları düşünən var idim görəsən ? Bunun cavabını heç vaxt bilməyəcəkdim.
Sakit keçəcəkdi bu günüm də, bir az yüngülləşmək adına ilıq suyun yaxşı gələcəyini düşünmüş və duş tərəf yollanmışdım. Yeni və çəhrayı olan çox şeyi sevirdim. Bu dəfə şansıma atam sabunumuzu çəhrayı seçmişdi. Səbəbsizcə bu məni həyəcanlandırmış və qoxusunu duymaq üçün tələsdirmişdi. Lakin mənə xatırladacağı şeyin ağırlığını açandan sonra öyrənəcəkdim. Üstündə bəzəkli tonla "Duru" yazılmış üstü çəhrayı altı isə ağappaq olan oval formalı sabunu ovuclarımın arasına aldım. Qoxusunu daha yaxşı duymaq üçün suyun altına yaxınlaşdım və bir neçə dəqiqə bu qoxunu hardan tanıdığımı analiz etməyə başladım. Fikirli halda duşdan çıxmaq üçün tələsdim çünki qoxunun hekayəsini tapmışdım.
Uşaqkən əvvəlki evimizdə idik. Qış idi və bəxdimizə şaxtalı keçirdi bu aylar. Necə olur ki, xatirələr belə öz anlarını bilir və ağlıma gəlirdi ? Demək onlar da yaxşı bilirdi məni hardan vuracaqlarını. " Söz vaxtına çəkər " deyərdi nənəm hər şeydə olduğu kimi bunda da haqlılığını qorumuşdu. O zamanlar bəlkə də şəraitin azlığından sular donmuşdu ya da elə güclü şaxtadan idi bu su problemi. Çox evin qapısı tam olaraq ardına kimi qardan açılmırdı. Anam əllərim üşüməsin deyə öncə öz əlini isladıb üzümü gözümü yuyardı. Əslində çox da nəsə dəyişməzdi bu dəfə su birbaşa dərimə təmas etməsə belə anamın soyu əlləri ondan geri qalmazdı. Bunu bəlkə də bilmirdi mənsə bilsəm də heç nə demir onun bəlkə də özünü pis hiss etməsindən çəkinirdim. Nə qədər qıymayıb mənə əlimi suya vurmamağı tapşırsa da mən əllərimi sabunlamadan dərsə getmək istəmirdim. Gün boyu əllərimi iyləyər öz dünyamda sabunun qalıcı olub olmadığın yoxlayardım. Bu sabun o sabun idi. Uşaqlığımın qoxusu. Soyuğun vermiş olduğu təsirlə oyanmış lakin bir gözü bağlı anasının peçin başında üşüməməsi adına məktəbli köynəyini qızdırıb böyük bir qayğı ilə qızına geyindirdiyi anların qoxusu. Yeni alınmış bir cüt ayaqqabını sabah geyinəcəyi üçün həyəcandan gecəni yatmaqda çətinlik çəkən körpə uşağın yuxuya gedəndəki anların qoxusu. Soyuq olmasın deyə üst-üstə geyindirilmiş addım atmağa gücü qalmayan üstünə bir də ağır çantasını daşımalı olan çəlimsiz o balaca qızın qarda maşına tərəf ayaqlarını sürüyərək apardığı anın qoxusu. Sabahları ürəyi bulandığı üçün yemək yeməyən amma anasının gecədən onun üçün hazırladığı bulkadan inciklik olmasın deyə götürülən bir diş tikənin çətinliklə udulduğu anın qoxusu..
Boğazımda oluşan o yanma hissi bu dəfə özünü daha böyük bir odun içində tapmışdı sanki. Sakincə otağıma yüyürüb çarpayının bir kənarına oturdum, saçlarımdan axan suların məni islatmasına icazə verdim. Xatirələrin niyə bu qədər acımasız olduğunu böyüdükcə daha yaxşı başa düşürdüm. Uşaq vaxtı böyüklərin səssiz sədasız bir nöqtəyə baxdığı zaman nə düşündüklərini indi daha rahat anlayırdım. Anlamaqla qalmır bəlkə də elə onların düşündüklərini də düşünürdüm.
Bir neçə dəqiqə sonra özümü toparlayıb ətrafda özümdən qeyri ixtiyarı anamı axtardığımı hiss elədim. Gözlərim burda olmadığını bilə-bilə hələ də gəzirdi onu. Hər gün analarını görənlərin şansından arzu elədim özümə. Bir zamanlar mən də onlardan biri idim. Amma bilmirdim ki, bu baş verən bəsit hadisələr gün gələr mənim üçün əlçatmaz və bir arzudan ibarət olar.
Zaman çox qəddardır və öz ardı ilə apardığı heç kimi, heç nəyi və heç bir xoş hadisəni yenidən özü ilə gətirmir. Özümü bir anlıq o ana yenidən dönmək və qoxunun içinə həbs etmək istədiyimin fərqinə vardım. Mümkün olmadığını bilirdim amma məni kimsə bu xəyal aləmindən alıb çıxaracaq gücdə də deyildi. Anam olsa "dur saçlarını qurut anaş, soyuq olacaq. Bir stəkan da çay iç, adam yuyunandan sonra susayır" deyərdi deyə düşünüb çay qoymağa getdim. Ola bilər ki, burda cismən mənimlə deyildi amma qəlbimdə onun izi ilə gedirdim. Bundan xəbəri olmasa da olardı.
Özlüyümdə bu hadisənin mənə hər anın dadını daha yaxşı çıxarmağı öyrəndiyini düşündüm. Mətbəxə gedən yolda atamı oyatmamaq üçün yavaş addımlarla keçib çayımı süzdüm. Qarşımda anamın olduğunu varsayıb özümdən asılı olmadan buruk bir gülüş atdım qarşımdakı stola. Hər şeyə rəğmən həyat gözəl idi və yaşanmağa dəyərdi. Nə demişlər zaman dərd çəkən zaman uzun, xoşbəxt olan zaman çox qısa, acı çəkərkən isə sonsuzdur. Sonsuzluğumun sonunun gəlməsini bir qurtum çayı bir neçə addım ötədə divanın üstündə yatıb qalmış atamın sakit amma bir o qədər də səsli nəfəs almasını öz nəfəs alışımla tənzimləyib içərkən gözləməyə başladım..
9 notes
·
View notes
Text
Uşaqlıqda alınan travmalar həqiqətən insan həyatında çox böyük rol oynayır. Hansı ki, bu travmalar sonrakı həyat üçün böyük əhəmiyyət kəsb edir. Ata ananın uşağın yanında dalaşması, atanın davamlı ananı ( və ya əksi ) əzməsi, incidib kənarlaşdırması kimi xırda sandığımız lakin ciddi mənada valideynlərin səhv etdiyi şeylər o körpədə bir çox problemlərin yaranmasına səbəb olur. Yüksək səsə qarşı həssaslıq, sosial fobiya, cəmiyyədə özünə yer tapa bilməmək, əsəbləşən zaman ağlamaq, fikrini düzgün ifadə edə bilməmək, əllərin titrəməsi və daha bir çox travmatik hadisələr. Uşaqlar evliliyin körpüsü, yapıştırıcısı və ya o evliliyin təməl sorunu deyildir. Valideyn də olmuş olsa heç kimin heç bir kəsə travma yaşadacaq haqqı yoxdur və əsla da olmamalıdır. İlber Ortaylı'nın da dediyi kimi : axşam olanda nağıl danışa bilməyəcəyiniz, saçını sığallayıb öpməyəcəyiniz heç bir uşağı dünyaya gətirməyin..
8 notes
·
View notes
Text
Səndən qaçmaq üçün dünyanın o başına getmiş lakin çantamda vesikalığını tapmış kimi..
7 notes
·
View notes
Text
6 ədəd 20 dəqiqəlik aralarla qurduğum xatırladıcılardan sonra güclüklə gözümü 06:50 də açdım. Nə qədər oyaq kimi görünsəm də çölə çıxdığım zaman xəfif rüzgarın üzümə vurması ilə tam ayıla bilmişdim. Ətrafa sanki bir də dönməyəcəkmiş kimi nəzər yetirdim. Elə bu dəm hiss etdim ki, bizim məhəllə necədə hüzurlu və sakin idi.
Hələ alatoranlıq olan hava dekabr ayına görə olduqca isti lakin sisli idi. Özümü dostoyevskinin əsərlərində kimi hiss etdim. Yol getdikcə maşının şüşələrinə yansıyan i��ıqlar isə hava işıqlaşdıqca öz dəyərini itirirdi. Demək olar yollarda çox az sayıda maşın və piyada var idi. Sanki şəhər yatmış 2-3 nəfər isə bu şəhərin qeydinə qalmaq üçün gecə boyu oyaq qalmışdılar.
11:50 də olan uçuşa çatdırmaq üçün sərçələrin belə oyanmadığı bu saatda evdən çıxmaq mənə sadəcə daha çox yorğunluğa səbəb olurdu. İçimdən Limana yaxın əvvəlki evimizdə yaşasaq daha artıq yatar atamla daha çox vaxt keçirərdim deyə düşünüb içərlədim. 4 aydır ki, atamla idim və sadəcə gedən zaman onu necə ihmal etdiyimi anlamışdım. Gözündə olan o yorğunluq məni incidir hətta özümü günahkar hiss etdirirdi.
08:12 sularında atışdırmalıqlar üçün aptekin yanında olan mağazaya girdik. 08:18 də isə aptekə çatıb qapıları açması üçün işçimizi gözlədik. Yol çıxacağımdan çox atışdırmadım. Həyəcanlı olduğum üçün yemək məni narahat edir bəzənsə qaytarmama səbəb olurdu. Lakin isti kofe məni özümə gətirmiş və bir az daha ayıltmışdı.
Və budur saat 09:52 biz artıq limandayıq lakin hava şəraiti səbəbi ilə uçuşumuz bir az gecikdiriləcəkmiş. Onsuz həvəslə başladığımız hansı olay tam olaraq istədiyimiz kimi gedirdi ki.
13:32 yenidən limandayıq və bu dəfə də 17:50 üçün uçuşumuz gecikdirildi. Qərara gəldik ki, elə yaxşısı burda oturub gözləməkdir. Bu gözlənişin uzun çəkəcəyini hiss etmiş kimi hər kəs hər kəslə artıq tanış olmuş və öz yol yoldaşını seçmişdi.
21:43 biz hələ də uça bilməmişik və bu gün limanda qalacağımız gözlənilir. Çox dəyərli bir tarix müəllim ilə tanış olmuşuq. Bizə gec saatlara kimi tarixin ən tozlu səhifələrindən mətnlər danışdı. O qədər qayğıkeş və mülayim səs tonu var idi ki, mənə babamı xatırladır və ondan yana daha çox darıxmama səbəb olurdu. Müəllim danışdıqca içimdən tezliklə təyyarənin qalxmasını və babama sarılmağın xəyalını qururdum.
23:50 sularından yazıram, bu gün heç bir uçuş olmadı və biz xarici terminala getməli olduq. Artıq liman bizə öz evimiz kimi hiss etdirir. Keçid məntəqələrinə yaslanıb musiqi dinləyənlər, bardaş qurub yaşlı kəsimin həyat təcrübələrinə qulaq asan cavanlar və onları öz nəvələri kimi çantalarındakı sovqatlarla bəsləyən xalalar. Bu atmosferi heç bir hava limanında görə biləcəyimi sanmırdım. Hamının bir olması və bunu həqiqətən səmimiyyətlə etməsi içdən içə məndə fərəh hissi doğurdu. Ətrafa göz gəzdikcə doğmalıq hissi ilə yanaşı içimdə baş verən heç bir yerə aid olmamam hissini boğmağa çalışdım. Uğurlu olduğum söylənəməz idi amma çabalamağım məni rahatlatdı.
04:21 artıq bizi terminal işçiləri belə tanıyır. Hamısı ilə həmsöhbət olub çox əyləncəli vaxt keçiririk. Mc'da olan balaca kresloları birləşdirib yatmalı olduq. Bizə verilən məlumata görə isə sabah 07:00 da təyyarə qalxmalı idi.
06:34 bizi oyatmasını xahiş etdiyimiz terminal işçisinin narahat səsi ilə gözümüzü açdıq. Mülayim bir tərzdə bir-birimiz üçün xeyirli bir sabah olmasını arzuladıq və toparlanmaq üçün çantamızı yığışdırdıq. Bir az özümüzə gələndən sonra isə hamı ilə sağollaşıb aşağı məlumat almaq üçün düşməyi qərara aldıq.
Təxmin etdiyiniz kimi o saatda da təyyarə qalxmadı və hər kəsin üzündə olan o ümid hissi yavaş-yavaş özünü yorğunluğa verdi. Mənə bir an elə gəldi ki, sanki müharibə dövrüdür və biz öz yurduna gedə bilməyən sakinlərik.
12:57 hər kəs bezib. İki günün verdiyi yorğunluq ilə çoxları artıq oturacaqları belə tərcih etmir, elə zəmində də oturub anonsları gözləyirdi. Dözə bilməyənlər isə çoxdan biletlərini bir sonrakı tarix üçün dəyişib evlərinə getmiş hətta çoxları biletlərini qaytarmış və birdəfəlik tərk etmişdi limanı.
Artıq başım ağrıyırdı və qızdırmam var idi. Özümü çox halsız və ac hiss edirdim. Verilən çox yeməyi normal yeyə bilməmişdim. Çoxsu ya çox az ya da heç bişməmiş idi. Hal-hazırda limanın gözləmə zalında dayanmışıq lakin yenə də bir xəbər yoxdur. Biletimi qaytarmaq və burdan birdəfəlik getmək ümidi ilə atama yığıb məni burdan almasını xahiş etdim.
14:07 evdəyəm artıq. Soyuqlamanın da verdiyi təsirlə səsim tutulmuş və qızdırmam qalxmışdı. İlıq bir duş qəbul edib yatağıma uzanmaq və heç oyanmaq istəmədim. Elə bu fikirlə də məni yuxu aparmış heç duş da ala bilmədən yatıb qalmışdım.
Gözümü açanda isə saat 19:45 idi. Bu gün dünya çempionatı var idi. Uzun bir duş sonrası Argentina və Fransa oyununu böyük həyacanla izlədik. Argentinanın qələbə qazandığı bu oyun olduqca nəfəs kəsici və stressli keçmişdi. Azarkeşlər ağlayır və bu qələbənin sevincini bir-birlərinə sarılaraq göstərirdilər.
03:27 hər kəs yatıb mənsə iki gündür baş verənləri düşünürəm. Yuxu kimi keçən günün ardından yenə əvvəlki halımla dönmüşdüm. Dünən soyuq kresloda yarı oturaq halda yatmağa çalışırdım indi isə öz yatağımda uzanmış tavanı izləyirdim. Mən bu günü keçdim bəs daim bir yerlərdə yaşayan, evsiz qalan, gah yemək tapıb gah da tapmayan kəslər ? İçimə oturan kədər ilə qulaqcıqlarımı taxıb yatmağa çalışdım.
17/10/22 getmək ümidi ilə çıxdığım evə 18/10/22 də bir də getməmək diləyi ilə qayıtdım. Həqiqətən də həyat çox qəribədir. Çıxdığımız yollarda nələr baş verəcək bilmir və o yolun sonu olacaqmış kimi addımlayırıq. Oysa həyat biz planlar qurarkən, o öz ampulasında işlərini görürdü. Nə demişdi atalar : sən saydığını say gör fələk nə sayır..
6 notes
·
View notes
Text
Həqiqətən də planlar qurarkən həyatın sənə nələr hazırladığını insan bilmirmiş. Hər şeyin düzəldiyini, rahata çıxdığını və " artıq hər şey öz reysindədir " dediyiniz an başlayırmış bütün çətinliklər. Ayağınıza bir çelme de taxıb həyat, kənardan " indi qalx görüm necə qalxırsan " deyib çırpınışlarını izləyir sanki arxandan. Qalxa bilmirsən bu dəfə nəfəsin kəsiləcəkmiş kimi olur lakin inadla davam edirsən həyatına yarımcan şəkildə və " daha pis nə ola bilərdi ki ? " deyirsən içindən o an, and içmiş kimi daha da betər hadisələr gəlir tapır səni. Vurduğu zərbə ilə qalxa bilmədiyini görüb çökürsən o buz və yaş zəminə. Nə gücün qalır qalxmağa nə də ki, həvəs olur yenidən o yolları getməyə. Əslində səni incidən yenidən başlamaq yox, başlayan zaman yenidən yarım qalmaq qorxusu olur. Dizlərini qucaqlayıb gözyaşlarının səni islatmasına icazə verirsən, titrəyərkən ağlında isə sadəcə o musiqi səslənir :
Bundan kötüsü gelemez başımıza,
Bundan kötüsü gelemez.
Ondan rahatım, sen de rahat ol
Zemine uzananlar düşemez.."
4 notes
·
View notes
Text
İçimdə bambaşqa biri var ki, " ya sabah ölsəm ? " deyib hər şey etməyə hazırdır. Həqiqətən də mənə bu cümlənin etdirə bilməyəcəyi heç nə yoxdur. Daim mən məğlub olsam belə ölüm qorxusu ucbatından ağlımla yox qəlbimlə hərəkət edəcəm. Bundan ötə heç nə yoxdu, ölüm var..
5 notes
·
View notes
Text
Mən elə düşünürdüm ki, atam mənim haqqımda elə də çox detaya sahib deyil. Lakin bu gün yaşanan bir olaydan sonra hər şeyin tamamən əksinə olduğunu anladım. Əllərimin nədən əsdiyini, qorxanda, gərgin olanda dırnaqlarımı yediyimi, fikir edəndə mədəmin ağrıyıb ürəyimin bulandığını və hətta kefsiz olarkən kitab oxuduğumu, şəkil çizdiyimi ya da sadəcə yatmaq istədiyimi belə bilir. Bir daha anlayıram ki, nə olur olsun məni buraxıb getməyəcək, hər zərrəmi əzbər bilən tək şəxs atamdır. Onla söhbət eşliyində yeməklər hazırlayaraq hər çətinlikdən çıxa bilərəm..❣️
5 notes
·
View notes
Text
Atama sarılıb onun nəfəsinə uyğun nəfəsimi tənzimləyib uyusam hər şey keçəcək sanki.
5 notes
·
View notes
Text
Təhsil şərtdir. Lakin bacarıqlı olmaqla savadlı olmaq arasında incə bir xətt var ki, valideynlər bunu anlamır. Bir insanın oxumağa bacarığı vardır amma yetənəkli deyildir, digərinin isə əksinə. Bu yolda " kim nə deyər " , " filankəsin oğlu və ya qızı qəbul olmadı " və s. kimi ifadələrə fikir vermək yerinə uşaqları bacarıqlı olduğu sahələrə yönəltmək lazımdır. Biz balığı ağaca çıxa bilmir deyə yargılamadan vazkeçəcəyimiz gün inkişaf edəcəyik deyəsən.
4 notes
·
View notes
Text
Uşaqlıqdan şüur altına bilmədən işlənilən " Allah baba gözünü yumar, yanarsan, günahdı " kimi terimlərə qarşıyam. Qorxu olduğu üçün yanlışları etməkdən əslində sadəcə cismən özlərini çəkirlər lakin içlərində bir yerlərdə o günahı hələ də işləmək istəyi onları tərk etmir. Günah olduğundan deyil, insani bir davranış olmadığı üçün oğurluq etməyin düzgün olmadığını, haqq yeməyin ədalətsizlik olduğunu, yalan danışarsa cəmiyyətdə yerini tapa bilməyəcəyini aşılasaq əslində hər şey daha yaxşı olar. Uşaqlarınıza düzgün terimlərlə düzgün sözləri seçərək həyatı izah etmək lazımdır, dinləmədəb qarşı çıxmaq yerinə dinləyib yollarına işıq olmaq da həmçinin.
4 notes
·
View notes
Text
Hər zaman yaxşı dinləyici oldum ətrafım üçün. Yeni biriləri ilə tanış olarkən belə onları gözləmləməyi bacardım. Çox zaman da haqlı oldum varsayımlarımda. Qəlb qırmağı, incitməyi, yarğılamağı və yox saymağı kənara buraxaraq yaxınlıq qurdum hər kəslə. Qaçacaqları insan, sığınacaqları liman çox zaman mən oldum. Bəs mən ? Mənsə sadəcə özümü özümə yaslana biləcək biri kimi yetişdirmək zorunda qaldım. İnandığım və güvənib yaxınlıq etdiyim çox insan tərəfindən yox sayıldım. Bəzən düşüncələrim və hisslərim umursanmadı. Bunda isə tamamən mənim günahım var, fərqindəyəm. Əslində hər şeyin amma hər şeyin üstəsindən kiminsə köməyi olmadan məhz özüm gələ bilərəm və gəlməyə davam da edirəm. Lakin insan ara sıra saçları sığallansın istəyir. Bəzən özüm özümə dağ olmaqdan çox yoruluram.
3 notes
·
View notes
Text
Yanında həmişə ikiləşirəm
Ayrıldım, çevrilib sən oluram mən.🪐
05.08.22 💙
3 notes
·
View notes
Text
Hamı ilə səmimi olunmaz buraxın egoist desinlər.
4 notes
·
View notes
Text
Analar günü, atalar günü, sevgililər günü heç birini xoşlamıram. Birilərində boşluq, acı, kədər hissi yaradan heç bir özəl günü sevmirəm. Hər nə qədər ki, indiyə kimi iplə çəkər kimi gözləmişəm bu günü lakin insanın başına gəlmədiyi müddət ərzində heç bir duyğunu tamlığı ilə bilə bilmir. Ola bilsin ki, bugünkü gün bizimlə deyilsən amma bir başqasının süfrəsində baş stolun sahibisən, adın hər dəfə keçəndə boğazıma oturan yumruğun, qəlbimin əsməsi və tərif edə bilmədiyim bir çox duyğunun da həmçinin. Mənə bəxş etdiyin gözəl günlərin, xoş anların və mənim uşaqlıq sevgim olmanın xatirəsinə. Səni uzaqlardan təbrik edirəm ata. ❣️
5 notes
·
View notes
Text
Kaş mənim də arxamda hər şeyə rəğmən dağ kimi duran kəslər olsa. Bəzən insan özü özünə dağ olmaqdan da yorulur.
6 notes
·
View notes
Text
Mən artıq " atasına necə də oxşayır " deyilərkən utanmayıb qürurlandığım günlərə geri dönmək istəyirəm.
8 notes
·
View notes