Tumgik
valiyffa-blog · 4 years
Text
Aşiq olmaq gözəldir, amma aşiq olduğun adamın sənin dəyərini bilməsi daha gözəldir...🕊💔
4 notes · View notes
valiyffa-blog · 4 years
Text
• Ehtiyacım olan hər şey sənsən. İnandığım gələcək , heçə saydığım keçmiş , tükənməyən ümidlərin adı sənsən. Sən ehtiyac duyduğum hər şeysən , gülümsəmə səbəbimsən və yatılı olduğun zamanlarda belə oyaq qalmağıma səbəb. sakitliyim və ən böyük qəzəbim , məqsədlərim , hər dəqiqə dəyişən amma öncədən düşünülmüş fikirlərim , məntiqsizliyim , bağlı olduğum , qopa bilmədiyim tək şeysən. bəzən başqa birinə ehtiyac duyma səbəbimsən , dözülməz amma əl çəkməsi də mümkün olmayan. dönüb dolaşıb gəldiyim ünvan sənsən.bəzən içimdəki bütün alçaq hisslərin adı sənsən.. qürur , kibir , qısqanclıq , kin , nifrət , qəddarlıq , axıb gedən göz yaşları , həyəcanım , varlığımı titrədən qorxum , əllərimi əsdirən sevincim , düşündükcə ağlıma gələn bir sürü səbəbsən sən.. ehtiyac duyduğum hər şeysən , xəyalını qurduğum tək şey SƏNSƏN🍂💔
3 notes · View notes
valiyffa-blog · 4 years
Text
Gəl bir gün oturaq
qədəh-qədəhə
Görək göz yaşından
nə qalır şair
İçimdə ən gözəl
mələklər ölür,
Ən gözəl qadınlar
qocalır şair...🥀
4 notes · View notes
valiyffa-blog · 4 years
Text
• İnsan insanın sadəcə sevgisinə möhtaç..Sevgi ilə qalın..❤
4 notes · View notes
valiyffa-blog · 4 years
Text
• O, başda yalnızca sevgiliniz olar sizin. Sonra zaman irəlilədikcə bir baxırsınız, birliktdə dediqodu etdiyiniz bir insan, hərdən dava edibdə bir gözəl sözü ilə gülümsəyib barışan, dərdlərinizi paylaşdığınız bir dost, üşümə deyə qoruyan bir ana olur. O kimdi? bir daha danışma onunla deyə qarışan bir qardaş, evə gec qalma deyən bir ata olmusunuz. İnsanlar sizi kənardan yalnızca sevgili zənn edərlər. Oysa ki, elə deyil. Siz onun hərşeyi olmusunuz zamanla, o da sizin. Bunu kənardan insanlar necə alqılayır alqılasın. Siz belə gözəl sevməydən, sahiblənməydən heç bir zaman vazkeçməyin. Gözəl sevin ki, gözəl də seviləsiz. Sevginiz uğrunda mübarizə aparın, bu yolda əlinizdən gələni yox, qəlbinizdən gələn edin. Çünki mən inanıram qarşılıqlı sevənləri Allahdan başaqa kimsə ayıra bilməz, yetər ki, siz sevginizdən bir saniyə belə vazkeçməyin.💙🧸
3 notes · View notes
valiyffa-blog · 4 years
Text
• Gözləri cənnət yoludur. Ürəyim onunla doludur. Mənim ruhum, canım odu.. Sevirəm❤️🧔🏻
3 notes · View notes
valiyffa-blog · 4 years
Text
• Mavinin ən gözəl tonusan..💙🐬
3 notes · View notes
valiyffa-blog · 4 years
Text
• Öz alnımdan öpüb,"mükəmməlsən" demək istəyirəm.😎✌️🏻
3 notes · View notes
valiyffa-blog · 4 years
Text
• Lama kimi üzünə tüpürmək istədiyim çox insan var.👌🏻😏
3 notes · View notes
valiyffa-blog · 4 years
Text
• Hələ səndən darıxmağın bir qoxusu var..heç bir çiçəyə dəyişmərəm💙🌘
3 notes · View notes
valiyffa-blog · 4 years
Text
• “Ölsəm Yeridir” Dediyim Tək Yer Qəlbindir..❤️
3 notes · View notes
valiyffa-blog · 4 years
Text
• Sahil metrosu:
Əlini sıxıb:
-Buraxma məni tamammı?
Başı ilə buraxmaram deyir
-Sözmü?
+Söz
-Səni sevirəm
Yavaşca:
+Mən də səni sevirəm😇
2 notes · View notes
valiyffa-blog · 4 years
Text
• Bezilərinin içi qızıldan olsa nə fərq edər ? Çölünüz zibilliydi sizin...🐊😏
2 notes · View notes
valiyffa-blog · 4 years
Text
• Qızım İlayda❤ Sənə həyatdan bir çox məsləhətlər verəcəm:
- Heç bir şəkildə, kimsə sənin haqqında nəsə düşünəcək deyə istədiklərini eləməkdən vazgeçmə. Əmin ol, onlar 3 gün, 1 həftə danişacaq sonra unudacaqlar, amma sən həyatın boyunca demədiklərinin və etmədiklərinin peşmançılıq yüküylə yaşamaq məcburiyyətində qalacaqsan. Bu əzabı özünə yaşatma. Yaşadığın bütün hisləri doya doya yaşa. Ağrı çəkməkdən qorxma. Burax acı səni dibə çökdürsün. Burax acı içinə işləsin. Öldürməyən ağrı gücləndirir deyirlər qızım, haqsız da deyillər deyənlər. İnsan acı çəkmədən böyüməz. Xoşbəxtsən? Xoşbəxtlikdən nirvanaya qalx. Nə yaşayırsansa yaşa, yaşadığıvın haqqını verərək yaşa. Çünki ancaq o zaman həqiqətən həyatı yaşamış olarsan. Xırda bir xatırlatma, nə yaşamış olursan ol, mən hər zaman sənin yanında olacam. Bunu heç vaxt unutma, dost anlayışı yoxdur. Tanış var, yaxın var, çevrə var. Bir insanın dostun olduğunu bilirsən nə vaxt anlayacaqsan? Sən həqiqi xoşbəxtliyini yaşayanda sənin xoşbəxtliyinə özünkündən çox sevinəndə. Hə, bir də ki, dost anlayışının cins ayrımı yoxdur. "Oğlandan dost olmaz" sözünə inanma. Olanda olur. Sadəcə çox diqqətli olanda görəcəksən. Sənin dostun olmasa da olar, mən sənə dost olaram, amma sən hər kəsə dost ol. Böyüdükcə dost sayının artmağın gözləyirsənsə çox yanılmış olarsan. Həyat sənə tam tərsin sübut edəcək. İnsan böyüdükcə dostları azalır. Biri sənin qəlbini qırsa, Allaha tapşır və burax. Kənardan izləməyə başla. İnan mənə, qızım, illər keçsə belə, o insanın sənə yaşatdığını yaşamadan ölməyəcəyini görəcəksən. Yaxşılığa yaxşılıqla cavab ver, pisliyə isə pisliklə cavab vermə. Hətta pisliyə yaxşılıqla cavab verəcək qədər də saf olma. Sənə edilən yaxşılıqları heç vaxt unutma, amma pislikləri də unutma. Qisas al deyə bilmərəm, ediləni bağışla, sadəcə unutma. Unutma ki, yaşadıqlarını təkrar yaşatmasınlar. Mənim kimi hər şeyə komplekssiz ol. Küçədə getdiyin yerdə mahnı oxu, ağlamaq istəyəndə ağla, birini sevirsənsə sevdiyini bildirməkdən çəkinmə. Ətrafında tanımadığın insanlar sənə baxacaqlar, amma baxmaqla yetinəcəklər. Xüsusilə də tanımadığın insanların düşüncəsini heç bir şəkildə önəmsəmə. Və unutma anan həyatdakı ən böyük dəstəkçin olacaq❤👩‍👧
3 notes · View notes
valiyffa-blog · 4 years
Text
• Sevgi iki bədəndə bir ruh deməkdir. Sevgi həyatı “O”na rahatca arxanı söykəyə bilməkdir. Sevgi həyatı “O”nunla bölüşmək uzun bir yolu birlikdə yeriməkdir..👫🏼💙👩‍❤️‍👨
1 note · View note
valiyffa-blog · 4 years
Text
• Bizə səmimiyyət lazım əzizim, səmimi niyyət! Dili süslü,ürəyi paslı insanlar deyil..🐊🖤
0 notes
valiyffa-blog · 4 years
Text
• Sən heç ovuclarının içinə xoşbəxtlik sözü yazılan qadın tanıdınmı? Saçlarında cənnətdən müjdələr gətirən, varlığı ilə isidib, yoxluğu ilə öz özünə özgələşəcəyin bir qadın deyirəm. Səsində Tanrı avazı gəzdirib, onun dilində danışmağı öyrədən qadın. Bir başqa əlifbayla sevən, bir başqa notlarla əzizləyib, səni ən əziz edən qadın. Bu qadın xəyallarından qırıb, sənə qanad edər. Xəyalları bitəndə, özündən verər bitənə qədər. Sonra da ulduza çevrilib, göy üzündən axar. Bu qadını çox sev. Çox sev ki, gülə, çiçəyə, bağa-bağçaya dönsün. Göy üzündə axan ulduz yox, göy üzlü olsun, göy üzünün özü olsun sənə. Çünki bilirsən, buludlar gedər, göy üzü əsla.✨🌠😇
2 notes · View notes