#şəkərbura
Explore tagged Tumblr posts
Text
Ümumiyyətlə, şəkərbura niyə vare. Yedim ürəyim bulandı, heyf deyil paxlavaaaaa. Onun üçün kurşun atıb, kurşun yerim ajspxkspl
14 notes
·
View notes
Text
Bayram qurtardı amma şəkərbura, paxlava qurtarmadı
24 notes
·
View notes
Text
Biri 2manatdan şəkərbura satılırmış. Yeni biznesimə hazırlaşım yavaşdan :d
29 notes
·
View notes
Text
Ər evində səməni əkib, şəkərbura paxlava bişirmək qismətin olsun a bajı 😂🤍
5 notes
·
View notes
Text
DEPUTATLARIN NOVRUZ XATİRƏLƏRİ – BİRİNƏ SİLAH ÇƏKİLİB, DİGƏRİ YANĞIN ÇIXARIB, BAŞQASI İSƏ ...
Novruz Azərbaycan xalqının ulu bayramıdır. Min illərdir bir çox xalq tərəfindən də qeyd edilən Novruzun ən böyük özəlliklərindən biri unudulmaz folklorumuzda kök salan fərqli adətlərlə zəngin olmasıdır. Hansı ki, bu adətlər nəinki uşaqların, həm də böyüklərin marağını cəlb edəcək fəaliyyətlərlə doludur. Buna papaq atmaq, qulaq falına çıxmaq, tonqal qalayıb ağırlığı odda yandırmaq, yumurta döyüşdürmək kimi məşhur adətləri misal göstərə bilərik.
Novruz gəldisə, deməli, hamının yadına uşaqlıq xatirələri düşəcək.
Maraqlıdır, Novruz bayramının özəl adətləri ilə bağlı millət vəkillərinin xatirələri nədən ibarətdir?
Bizim.Media bu mövzuda deputatların özləri ilə söhbətləşib:
Fəzail Ağamalının sözlərinə görə, Zəngəzur mahalında insanlar suyun üzərindən tullanar və ağırlıqlarını tökərdilər:
“Zəngəzur mahalının Qarakilsə bölgəsində Novruz bayramı kifayət qədər yüksək əhval-ruhiyyə ilə keçirilirdi, böyük şənliklərlə müşayət olunurdu. Yumurta döyüşdürər, çilədöymə edər, ilaxır çərşənbədə tonqal yandırardıq. Bizdə tonqal ancaq axrıncı çərşənbədə qalanardı. Eyni zamanda məftilə parça dolayar, üstünə neft töküb yandırar və kimin daha hündürə atacağını yarışdırardıq.
Novruzda birmənalı olaraq hamı, qulaq falı edərdi. Biz tərəflərdə papaq atmaq adəti olmayıb, lakin evlərin bacalarından torba sallayardıq və insanlar içinə yumurta və kökə qoyardılar. Bu kökələr lobya ilə hazırlanardı. Həmin torbalara şəkərbura, paxlava qoyduqlarını xatırlamıram, əsasən kökə olardı.
Sübh səhərdən isə çoxsaylı insanlar axar su üzərinə gedər, buradan hoppanar və belə deyərdilər:
“Ağırlığım-uğurluğum bu suyun üzərinə tökülsün”. Daha sonra həmin suyun kənarındakı daşlar evlərdə ərzaq olan yerlərə, un torbasının içinə atılardı ki, bərəkət gətirsin”.
Deputat xatırladıb ki, Sovet hakimiyyəti dövründə Novruz bayramının keçirilməsi qadağan olunmuşdu:
“Lakin 1967-ci ildə uzunmüddətli fasilədən sonra Şıxəli Qurbanovun təşkilatçılığı ilə Novruz bayramı ilk dəfə dövlət səviyyəsində qeyd olunmağa başladı. Mən onda Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuyurdum. Bizim 464-cü qrup Novruzu təntənəli şəkildə qeyd etdi. Amma təəssüflər olsun ki, Şıxəli Qurbanov həmin il müəmmalı şəkildə öldü. Biz növbəti il qrup olaraq əlimizdə güllər Şıxəli Qurbanovun qəbrini ziyarət etdik.
Onun məzarında bizim apardığımız güllərdən başqa, bir dənə də çiçək yox idi. Novruz bayramı xalqımızın milli ruhunun oyanışına səbəb olmuşdu. Buna görə də, Sovet hakimiyyətindən Azərbaycan rəhbərliyinə bildirildi ki, belə bir bayram bir də keçirilməsin. Lakin Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra, Novruz bayramı yenidən yüksək coşqu ilə qeyd olunmağa başlandı”.
“Bizim.media.az” saytı
Nuranə Daxilqızı
18 mart 2024-cü il
0 notes
Video
instagram
“Shekerbura (Azerbaijani: şəkərbura), is a sweet pastry, filled with ground almonds, hazelnuts, or walnuts, and sugar. Shekerbura typically have an intricate pattern on the dough, which is produced using traditional tweezers called maggash, impossible to find outside of Azerbaijan.“
1 note
·
View note
Photo
✿ シェチェルブラ | Şəkərbura ・アゼルバイジャンの代表的なお菓子。クルミやヘーゼルナッツ、粗糖(精製していない砂糖)がクッキー生地に包まれた焼き菓子です。餃子のような見た目が印象的で、生地の表面には幾何学模様が施されています。
#シェチェルブラ#şəkərbura#sweets#sweets:アゼルバイジャン#sweets:コーカサス地方#コーカサス地方#アゼルバイジャン#2020〜#くるみ#アゼルバイジャン:ヘーゼルナッツ#ヘーゼルナッツ#shekarbura#sweets:コーカサス地方:2020〜#sweets:アゼルバイジャン:2020〜#アゼルバイジャン:2020〜#アゼルバイジャン:くるみ#コーカサス地方:くるみ
1 note
·
View note
Text
Bir gün yenə Şəmanın maması şəkərbura bişirmişdi ✿♡
28 notes
·
View notes
Text
Bayramda paxlava, şəkərbura, tonqal hər şey yaxşıdı. Di gəlki səhəri gün kurtkadan gələn köz iysi hər şeyi korlayır :/
24 notes
·
View notes
Text
Ehtimal nəzəriyyəsi oxumaqdansa 40 dənə şəkərbura bəzəyə bilərdim
25 notes
·
View notes