#yaxşıdır
Explore tagged Tumblr posts
korressamm · 3 months ago
Text
Danışacaq söz olmadığı zaman boş-boş danışmaq yerinə susmaq daha yaxşıdır.
57 notes · View notes
dadaszdkh · 25 days ago
Text
Tək olmaq səhv insanlarla birlikdə olmaqdan yaxşıdır.
26 notes · View notes
lairot · 21 days ago
Text
Həqiqət həmişə xoş olmur,lakin yalandan yaxşıdır
44 notes · View notes
sanctasu · 23 days ago
Text
Son zamanlar anlamışam ki, məni yaşamağa qoyan yeganə səbəb, məna vərdişlərimdir. Onlar olmasa mən heçnəyəm. Vərdişsiz həyat, ayağımdakı topu qapıya zərbə ilə vurmağa hazırlaşdıqda rəqib oyunçunun ayağımdakı andırı götürməyi kimidi. Mən vərdişlərim olmadan heç bir şey edə bilmirəm. İçimdəki mərhəmət, sevgi dilini belə tapa bilmədən, vərdişlərimi tapmaq içimdə azda olsa tapılan sevgi parıltısını üzə çıxarır. Siz düşünmədən mən deyim. Bilirəm, bu həyatda göylərdə sülhə çatmaq üçün gərək sevgini tapaq. Ancaq mən o sevgini tapa bilmirəm. Sevgi mənim gözümdə küçədəki dilənçinin ovcuna iyirmi qəpik qoyduqda belə qəlbimdəki əsl sevgini oyada bilmir. Bəlkə də, mən dilənçiyə iyirmi qəpikdən daha artığını versəm heçdə belə olmazdı deyirəm. Ancaq düzünü desəm dilənçiyə pul vermək verməməkdən daha asandır. O ki, ovucunun içinə qəpik-quruşu basdın, və bir-neçə addım sonrası dilənçidən xeyir-dua eşitmədin, içində bir şeylər qaynamadı, coşmadı sən heç o dilənçiyə qəpik verməsən yaxşıdır. Məsələ dilənçiyə qəpik verib-verməməkdə deyil, məsələ yolunu dilənçinin olduğu küçədən salmamaqdır. (lap bu dilənçilər bəzi ara yollarda gözlənilməyən radarlar kimidi) Bax əks küçədə kvas satan dayı var. Onun yanından keçdikdə heç kvasın ətrini belə duymursan. Bundan gözəl küçə varmı? Yəni demək istədiyim bəzi şeyləri heç düşünməmək yaxşıdı. Hansısa suvenirin neçə ildi sənlə birgə olduğunu, yadplanetlərin uçan boşqablarda gəzdiyini, köhnə dostumun filtrsiz siqareti buraxdığını, rayondakı eşşəyimizin qalıb-qalmadığını, təyyarədəki ayaqyolunun mexanizmasını, məhləmizdəki falçının yaşadığını, ödünc alınan kitablarımın evlərdəki yerini, bəzi insanların insan olmadığını və daha nələr, nələri düşünməmək lazım. Nə deyir Seymur Baycan, ən yaxşı həyat resepti bundan ibarətdir: “Bir ayağın göydə, bir ayağın yerdə.”
23 notes · View notes
qumarbaz · 4 months ago
Text
Keçərmi? Bəzi acılar kirayəçidir ama bunun ki, elə deyil. Elə bir qara bulud yerləşdi ki, qalxacaq gedəcək kimi deyil. Dostu da yox, qalmadı heç. Yaxşı gün də hər kəs yaxşıdır da, pis gün də hamsı bir tərəfə dağılır
35 notes · View notes
petr1chorr · 1 year ago
Text
20 gündür yox idim evdə. Hər gün zəng edib maraqlanırdım ki, evdəkilərin vəziyyəti necədir. Ana da hər dəfəsində hamı yaxşıdır deyirdi. Gəldim evə, babanı görəndə şok oldum. 20 gündür yoxam, 15 kilo arıqlayıb baba. Ana 20 gündür yalan deyirmiş mənə. Kişi necə çöküb... Görəndə o qədər doldum ki. Qaçdım qabağına. İlk tanımadı məni, bir az baxdı sonra bildi ki, mənəm. Necə sevindi, qucaqladı məni. Zəif bədəni qollarımın altında titrəyirdi. G��zlərinin işığı sönüb, çətinliklə danışır. Mənə dedi pis bala olubsan ha, incimişəm səndən, məni qoyub haralara getmişdin. Bu halda belə gülüşünü, zarafatın əksik etmir...Özümü zorla tutdum ki, yanında ağlamayım. Dolğun, əzəmətli kişidən əsər-əlamət qalmayıb. Bilirəm, ölümlü dünyadır. Heç kim qalıcı deyil burda. Yenə də.. Babaya çox bağlı biriyəm, onsuz həyatım necə olar bilmirəm, əksik hiss edəcəm özümü həmişə. Anaya o qədər əsəbləşdim ki, əvvəl-axır gələcəkdim axı mən evə. Nə qədər gizlətməyi düşünürdü ki? Birdən bir şey olsaydı, geciksəydim.. Heç bilmirəm necə olacaq bundan sonra, ümid edirəm daha çox qalar mənimlə...
116 notes · View notes
Note
Ah siz feminkalar bəsdirində ala, kimsə nəyisə düz deyirsə deyin ki belədi. Niyə axı səhvə səhv, doğruya doğru demirsiniz? Yəni bunu bir başa salın da. Bilmirəm yazan qaqaşdı, qadındı. Sən səhifə açmısansa kim istəyir olsun, dostun olsun lap, onun haqqında nəsə deyirsə obyektiv yanaşmalısan. Məsələn X adlı şəxs mənə yaxın ola bilər, amma ətrafa, kiməsə pis ola bilərdə. Sənə yaxşı olan biri bu o demək deyil ki hamıya yaxşıdır. Xahiş edirəm hər mövzunu birinci diqqətlə anlayaq, tərəzimiz də çəkək və yaxudda bunu edə bilmirsənsə zəhmət olmasa bu səhifəni idarə etmə, təşəkkürlər:)
O qədər obyektiv yanaşıram ki məsələyə. Sənin tərəzində yanlışdırsa, bu o demək deyil ki, mən yanlış düşünürəm. Mən burda oğlanları müdafiə etdiyim post da paylaşmışam. Və söhbət hər oğlana aid deyil. Diqqətlə oxusan görərsən ki, "bəzi" sözünü vurğulamışam. İndi sözü kim üstünə götürür özü bilər. O nəyi düz deyirdi ki? Desəydi belə çabaladım, elə elədim deyərdim ki, hə günah qızdadır. Şans belə verməyib. Gözləyirsə yazmağını, deməli sevir də. Burda anlamamalı nə var?
10 notes · View notes
retromanblog · 8 months ago
Text
O qız ilqarına vəfasızdısa,
Ürəyi,nəfəsi soyuq buzdusa,
Əhdi unutdusa,andı pozdusa
Açılan sabahın nə günahı var...
Həyatın üzü boz,üzü sərtdisə
Bir dönükdən yana ruhun,pərtdisə
Sevilib atılmaq sənə dərdisə
Açılan sabahın nə günahı var...
Yaxşıdır deyilsə söz vədəsində,
Qardaş, hər əzaba döz vədəsində,
Qoy sabah açılsın öz vədəsində,
Açılan sabahın nə günahı var...
22 notes · View notes
masmaavi · 1 month ago
Text
Elə insanlar var ki, onlar üçün qəliblər itməkdən və ya axtarış etməkdən daha yaxşıdır, çünki daimi axtarış və qəlibsiz yaşamaq hamı üçün deyil
11 notes · View notes
esger1i · 9 months ago
Text
Bir çox insan sırf münasibəti alınsın deyə, olduqlarından daha fərqli görünməyə çalışır, daha “yaxşı” olurlar. Sırf qarşı tərəfin xoşuna gəlmək üçün. Bir müddət bu “yaxşı insan” yükünü daşayandan sonra da o yükü bir kənara qoyur. Yorulur başqası olmaqdan və “Öz��ünü göstərm��yə başlayır. Onda da hər şey tamam başqa olur. Deməyim odur ki, insanın tək olub, “Öz”ü olması daha yaxşıdır, nəyin ki, başqası ilə birlikdə “Başqa”sı.
20 notes · View notes
dadaszdkh · 2 months ago
Text
Qayda 2.
Nə qədər qəribə səslənsə də bəzi insanları vaxtında itirmək yaxşıdır.
23 notes · View notes
miss-ays · 4 months ago
Text
Bəzi insanlar yad kimi qalsalar daha yaxşıdır
15 notes · View notes
sanctasu · 3 months ago
Text
Qaranlığa lənət oxumaqdansa, bir şam yandırmaq daha yaxşıdır.
34 notes · View notes
huseynmammad · 11 months ago
Text
Bir ovuc sən gizlətmişəm Yüz duamın içində
kimsəyə bəlli olmur... Qəlbləri görür Allah,
Hər donda, hər biçimdə. Onu aldada bilən
Bir dil, bir əməl olmur... Bilir ən xeyirlisin,
"Ol" deməsə alınmaz, Görür sən adlı dua'm
Özüm kimi yaramaz... Nə həyandır ömrümə,
Nə yoluma işıqdır Boğmağa hazırlaşan
Suyla dolu qaşıqdır... Gözləri kor qəlbim də
Elə sinə vurur ki, Görən deyir dəlidir
Bu ki, xalis "aşiqdir"... Nə çox dərdimdən ölən,
Sayı yaşımdan çoxdur Hamsından çatmır nəsə!
Səni gözləyən məndə Bir qram ağıl yoxdur...
O "nəsə" ni unutsam, Bəlkə belə yaxşıdır,
Adsız, nakam tanınsam.. Hər dua qəbul olsa,
Dünyanın çərxi sınar. "Vüsal, eşqi öldürür"
Allah gözəl bilir ki, Məşuquna qovuşan
"Can sevdadan usanar".
25 notes · View notes
petr1chorr · 2 years ago
Text
Birinin səhvlərinə öyrəşməkdənsə, yoxluğuna öyrəşmək daha yaxşıdır.
72 notes · View notes
sonbahargelmedi · 9 months ago
Text
eternity and a day
“ Son günlərdə dünyayla tək bağlantım mənə həmişə eyni musiqi ilə qarşılıq verən bu qarşıdakı yaddı. Kimdir? Necə biridir? Bir sabah onu tapmaq üzrə yola çıxdım. Amma sonra düşündüm ki, bəlkə də heç bilməmək və xəyal etmək daha yaxşıdır. Həm, bəlkə, o da mənim kimi yalnızlığı sevir.. ”
14 notes · View notes