#yaramayacaq
Explore tagged Tumblr posts
qumarbaz · 11 months ago
Text
Heç bir şey işə yaramır. Susuruq, susqunluğumuz da bir işə yaramayacaq
9 notes · View notes
feride11 · 2 years ago
Text
Kimin kimi itirdiyini zaman göstərəcəy, ama sonrakı peşmançılıq bir işə yaramayacaq... sən sağ mən salamat🚬
1 note · View note
hiraethxvl · 3 years ago
Text
Heç bir müəllim şagirdi balına görə mühakimə edə bilməz. Ona görə də yığdığı bala görə abituriyenti ikinci bir stresə salan sevimli "müəllim"lərimiz, ilk olaraq sizin danlaqlarınızla, reklam oluna bilməyəcəksiniz deyə yığdığınız kininizlə ya da ki, o pozduğunuz əsəbinizlə balı artırmaq mümkün deyil. Bunu anlamaq çətin deyil, abituriyentə dəstək olmalı olduğunuz bir vaxtda köstək olursuz ki bu gələcək üçün formalaşan bir fərddə yetərincə travma, özəgüvənsizlik, yetərsizlik yaradır. İkincisi, sizin keçdiyiniz dərslər bizə sadəcə akademik göstərici üçün lazımdır yəni bizim real həyatda heç bir işimizə yaramayacaq. Tangensin dərəcədən enmə düsturu, Nyuton binomu, tsikloparafinlərin izomerliyi, efirin qaynama temperaturunun eyni sayl�� karbon turşusunun qaynama temperaturundan az olması, üfüqlə bucaq altında atılan cismin neçə saniyə sonra yerə düşməsi, daxili enerjinin necə dəyişməsi və başqa məlumatlar bizə sadəcə blok imtahanı üçün lazımdır. Sabah depressiyaya düşsək, ciddi bir sağlamlıq problemimiz olsa bu "vacib" məlumatlar bizə kömək etməyəcək. Yetərincə qabiliyyəti olan uşaqlar bunları bilmir deyə, "Sənin anana, atana zəng edim ölçü götürsünlər"-,deyib qorxudursunuz.Sonra da niyə uşaqlarda dərsə həvəs yoxdu, indiki nəsil tupoydu deyib bütün günahı uşağa atırsız.
Hə, "müəllimlərimizin" bəyəndiyi tiplər də var. Məsələn, özünü sadəcə dərsə həsr etmiş və özünü inkişafdan zərrə qədər xəbəri olmayan, işi-gücü dərs fikirləşib daha çox test işləmək olan şagirdlər. İlk baxışdan 10/10'luq insanlar kimi səslənsələr də, onlar gələcəkdə hər problemin düsturunun olduğunu düşünürlər və elə bilirlər ki, məktəb savadı onlara hər yerdə kömək edəcək. Xeyr, universiteti bitirən kimi heç kimə özəl məktubla iş təklifi gəlmir və yetərincə bayaqkı xüsusiyyətli tələbələr işsiz qalır çünki, onlar sadəcə topludakı məsələlərin necə həll olunduğunu bilir. Nəticə olaraq, sabah bir fərdin formalaşmasında müəllimlər çox çox böyük rol oynayır. Onların atdığı pillələrlə gələcəyə addımlayırıq. İndi bu iki cümləni günümüz məktəblərinə uyğun düzəliş edib bir daha yazıb mövzunu bitirirəm.
Qısası, məktəbdə sadəcə öz düşüncələrində savadlı olan uşaqları irəli çəkib onlara həmin uşaqların gələcəkdə işinə yaramayan pillələr verib, digər uşaqlara "səndən heç nə olmayacaq",deyib əsas pilləni verdiklərini bilmirlər və bu sayədə də heç kimin gözləmədiyi bir vaxtda o uşaqlar gələcəkdə yetərincə yaxşı gəlirə sahib biri olur ,hətta indicə dediyim "savadlı" uşaqlar onların əlinin altında işləyir.
PS. Balımın yaxşı olmağı iradlarımın olmayacağı mənasına gəlmir :)
5 notes · View notes
ayyselm · 4 years ago
Text
- Sən gözünü çəkməyənə qədər davam edəcəm.
+ Yaxşı.
- Çəkməyəcəksən?
+ Davam etmək istəmirsən?
- Yox, sadəcə..
+ Yox?
- O yoxdan yox
+ Bəs hansı yoxdan?
- Qəsdən edirsən hə?
+ Ola bilər.
- Bu işə yaramayacaq.
+ Ən azından gülümsədin..Hə, indi də gözünü qırpdın, gördün? İşə yaradı
- Nə?
+ Bu o deməkdir ki, mən qalib gəldim
- Yarışda olduğumuzu bilmirdim
+ Hə çünki indi fikirləşdim
- Yaxşı sən nə qazandın?
+ ...Bilmirəm, bu haqda düşünməmişdim.
- Əslində gələn dəfə bu sualı eşidəndə "Səni" cavabını verə bilərsən.
+ Sən yarışın özüsən axı.
- Yaxşı. Sən bağışlandın
Film - Soyuq Günəş
31 notes · View notes
filofobiks · 5 years ago
Text
Nə qədər yaxşı olursuz olun, nə qədər fədakarlıq edirsizsə edin, qarşınızdakı nankordusa bir işə yaramayacaq.
2 notes · View notes
vegadangelen · 4 years ago
Text
İnanın mənə, zoomda 1 saat yatmaqla aldığınız sertifikatlar irəlidə heç bir işinizə yaramayacaq.
0 notes
tajaddin · 8 years ago
Note
ig var?
Bir işinə yaramayacaq amma buyur. Tajaddin
2 notes · View notes
listeliyi · 8 years ago
Link
via SEKSİN FAYDALARI - KALORİ YANDIRIR, AĞRILARI AZALDIR, YAŞLANMAĞA QOYMUR... http://ift.tt/eA8V8J Sirr deyil ki, seksin fiziki və ruhi sağlamlıq baxımından bir çox faydaları var. Bu faydalardan bir neçəsi ilə cütlükləri tanış edir. Kalori yandırır, bədəni formada saxlayır Yarım saat sekslə məşğul olmaq 200-250 kalori yandırmağa kömək edir. Bununla da seks vasitəsilə artıq çəkinizdən xilas ola bilərsiniz. Seks zamanı bir çox bədən əzələsi və skelet sistemi koordinasiyalı olaraq işləyir və sanki ağır məşq edirlər. Nəticədə isə mütəmadi olaraq sekslə məşğul olmaqla bədəninizin formada qalmasını təmin edə bilərsiniz. İnfakt riskini azaldır Mütəmadi sekslə məşğul olmaq qadın və kişilərdə iflic riskini azaldır. Eyni zamanda, ürək və damar sağlamlığını qoruyur. Amerika universitetlərinin birinin min kişi üzərində apardığı araşdırma nəticəsində sübut edilib ki, həftədə üç dəfə və daha çox sekslə məşğul olan kişilərdə infakt riski yarıbayarı azalır. Yuxusuzluğun qarşısını alır Cinsi əlaqə zamanı bədənin təbii morfini olan endorfin ifraz edilir və bədən rahatlanır. Bu isə cinsi əlaqədən sonra rahat yuxuya səbəb olur. Yaşlanmağa qoymur İl ərzində 100 dəfə sekslə məşğul olmaq yaşlanmanın qarşısını alır və dərini gözəlləşdirir. Bununla yanaşı, seks immunitet sistemini gücləndirir. Aparılan araşdırmalara görə, həftədə bir və ya iki dəfə sekslə məşğul olmaq immunitet sisteminin işinə 30 faiz artıq təsir edir. Bu halda isə təbii olaraq xəstəliklərdən də qorunmuş olursunuz. Təbii ağrıkəsicidir Bir çox qadınlar seksdən imtina etmək üçün həyat yoldaşlarına “başım ağrıyır” bəhanəsi gətirirlər. Lakin artıq bu da işə yaramayacaq. Çünki cinsi əlaqə və orqazm zamanı ifraz edilən oksitosin hormonu sayəsində qadınlarda endorfin hormonunun yüksəlməsi ilə bərabər ağrıkəsici təsir bağışlayır. Qadınlar üçün təxirəsalınmaz seks miqren və damarlarla bağlı baş ağrılarının azalmasına səbəb olur. Cinsi istəyi artırır Hər seksdən sonra kişilərdə libidonun artmasına səbəb olan testosteron hormonu artır. Bu isə cinsi istəyi təkrar-təkrar artırır. Bu halın əksini də demək olar. Yəni ki, cinsi əlaqədən uzaq bir həyat keçirən kişilərin vaxt keçdikcə hormonların azalması nəticəsində cinsi istəksizliyi artır. Sümükləri gücləndirir Mütəmadi seks nəticəsində bədənin elastikliyi artır. Seks zamanı ifraz edilən testosteron hormonunun sümükləri də gücləndirən təsirləri meydana çıxır. Həmçinin, seks zamanı qadınlarda pelvis sümüyünun içərisində olan bir çox əzələ koordinasiyalı işləməyə başlayır. Bu halda isə qadınlarda xüsusən də menopozdan sonra meydana gələn məsamələr, uşaqlıq yolu və bağırsaq sallanmaları azalır. Sancıları azaldır Menstruasiya sancılarının azalması da seksin ağrıkəsici xüsusiyyətlərindən biridir. Araşdırmalar sübut edib ki, həftədə ən azı bir dəfə sekslə məşğul olan qadınların menstruasiya tsikli ayda bir dəfə sekslə məşğul olanlara nisbətən daha nizamlıdır. Cinsi əlaqə və orqazm zamanı pelvis bölgəsində qan dövranının artması uşaqlıq yolu, uşaqlıq borusu və yumurtalıqlar kimi bir çox pelvik orqanların sağlam işləməsinə müsbət təsir edir. Həmçinin, mütəmadi seks vagina və pelvis qan-damar dövranının yaxşı işləməsi nəticəsində, xüsusən menopoz dövründən sonra yaranan vaginal quruluq problemlərini aradan qaldırır. Özgüvəni artırır Sevdiyiniz insanı fiziki və hisslər baxımında doydurmağınız sizi xoşbəxt edir. Bu isə özünüzə olan güvəni artırır. Nəticədə isə insanların özlərini sevmə hissi yaranır. Həyat yoldaşı ilə cinsi uyğunsuzluq, təminsizlik və bacara bilməmək hissi ilə yaşayan bir çox cütlüklərin özlərini başqa məşğuliyyətlərə verməsi, xüsusən də, iş həyatlarında son dərəcə işə bağlı olmaları və bezdirici xüsusiyyətlərə malik olması sübut edilib. Cinsi həyatı pozitiv olan, sevgi ilə yaşayan cütlüklərin isə həyata baxışları daha pozitiv və fərqlidir. Onlar daha rahat, sevincli həyat sürürlər. Seksin hədiyyəsi Və sonda... Seks zamanı iki insanın ortaq varlığı meydana gəlir. Bu isə sevginin meyvəsi olan körpədir.
0 notes