Tumgik
#tamamlamaq
madinaa17 · 7 months
Text
"Hər kəsin ən sevdiyi rəng ola bilməzsən, amma bir gün rəsmi tamamlamaq üçün kiminsə sənə ehtiyacı olacaq"
76 notes · View notes
rftdamir · 1 year
Text
Aylar, illər keçdi artıq. Vətən üçün necə darıxdığımı köhnə şəkillərə baxanda bütün ruhən, güclü bir şəkildə hiss edirəm. Bəlkə də artıq dönmək, yarımçıq qalmış hər şeyi tamamlamaq vaxtıdı.
25 notes · View notes
miss-ays · 3 months
Text
Bu gün " Kintsugi " adlı bir fəlsəfə çıxdı qarşıma. Maraqlı gəldi, bir az araşdırdım. Əslində çox xoşuma da gəldi. Deməli belə ;
Kintsugi adlanan bu fəlsəfə əsrlər əvvələ dayanan yapon ənənəsiymiş.Bizim dünyamızda qadın, kişi, və ya əşya olsun, hər şeydə mükəmməllik axtarılır və bu üstünlük kimi görünür. Ancaq bu fəlsəfə onun əksini deyir. Mükəmməllik qırılmamaq deyil, yenidən var olmağı bacarmaqdır. Yarımı tamamlamaq kimi də düşünə bilərik məncə
Bunu sadə bir misalla da izah edib ;
Vaza, boşqab kimi qırılan əşyaların çatlarını qızıl tozu ilə düzəldirmişlər. Bu da , obyekti atmaq əvəzinə qüsurları ilə qəbul edərək, çatlarını qızılla birləşdirərək əslində yeni həyat verirmiş.
° ᵕ ° ♡
6 notes · View notes
lyamsworld · 4 months
Text
Yaradılış etibarilə qadın və kişi həyatın bütün istiqamətlərində bir-birini tamamlamaq üçün fərqli yaradılıb, yoxsa daima bir-biri ilə müqayisə edilmək üçün yox. Heç biri mükəmməl deyil, heç bir insan mükəmməl deyil.
5 notes · View notes
aaydaneliyeva · 2 years
Text
Müəyyən bir zaman sonra onu üzən hər bir şeyə alışmağa başlayır insan. Yarım qalanı tamamlamaq üçün cəhd belə etməyəcək qədər yorulursan, bəlkə də yarım qaldığın şey əslində tam sonmuş sadəcə sən qəbul edə bilmirmişsən. Zaman adlanan böyük təsəlliyə özünü inandırıb "zamanla keçər" düşüncəsinə sığınırsan, halbuki keçmir sadəcə alışırsan. Artıq axtardığın şeyi tapmayacağını düşünüb axtarmaqdan da əl çəkirsən. Fərqinə varırsan ki başqasını düşündükcə özünü unutmusan, özündən belə uzaqlaşıb başqa insana çevrilmisən. Artıq mübarizə aparmağın belə anlamsız olduğunu görüb, sən mübarizə apardığını düşünərkən döyüşün çoxdan bitmiş olduğunu gözdən qaçırdığını anlayırsan..
35 notes · View notes
fakhriia · 1 year
Text
tamamlamaq istədiyin yapbozun o əksik parçasıyam. bir daha tapa bilməyəcəksən.
15 notes · View notes
minavenera · 5 months
Text
Belimdə ki tattoonu tamamlamaq istəyirəm real samurai olacam katanayla şəkilim olacaq asacam divara. Bu samurai bushido aşkı mənə hardan gəlib bilmirəm keçmiş həyatımda falan yüz faiz samurai olmuşam ya evlənmişəm ki mənə belə seksi gəlir 😃 mənə qalsa evimin hər küncünə əjdaha qoyaram sakura gülləri qoyaram katanalar qoyaram
Tumblr media
0 notes
jubaer01 · 9 months
Text
For AZERBAIJAN CITIZENS - TURKEY Official Turkey ETA Visa Online - Immigration Application Process Online
Rəsmi Türkiyə Viza Müraciəti Onlayn Türkiyə Hökuməti İmmiqrasiya Mərkəzi
Tumblr media
Address: 1033 ул. Измира, Baku, Azerbaijan
Phone: (+994 12) 490 78 18/19
Website: https://www.visa-turkey.org/az/visa/ 
Business Hours: 24/7/365
Owner / Official Contact Name: James Charleton Bolton
Description: Turizm və ya iş məqsədi ilə Türkiyəyə səfər etmək istəyən hər kəs bu internet saytından qanuni Türkiyə vizasının olmasını tələb edən Viza şərtlərinə cavab verməlidir. Kvalifikasiyalı ziyarətçi artıq asanlıqla elektron viza tələb edə bilər ki, bu da Türkiyəyə daxil olmağın ən sadə yoludur. Səfirlikdəki uzun növbələri unudun. Türkiyə Onlayn Hökuməti eVisa çərçivəsi noutbuk və ya mobil telefondan internetdə yüzdə 100-dür. Səyahətçilər elektron ərizə formasını doldurur və təsdiq edilmiş vizanı e-poçt vasitəsilə təxminən 24 saat, bəzən hətta 4 saatdan az müddətdə alırlar. İki dəqiqə ərzində bu internet saytında onlayn formanı doldurduqdan və şəxsi və pasport məlumatlarını təqdim etdikdən sonra Türkiyəyə birdəfəlik və çoxdəfəlik səfər vizaları əldə edilə bilər. Beləliklə, Türkiyə eVisa tam olaraq nədir. Türkiyə üçün elektron viza (eVisa) Türkiyə Respublikasına daxil olmaq və ya səfərə icazə vermək səlahiyyətidir. Bir çox millətlərin sakinləri Türk eVisasını sadə onlayn müraciət strukturu vasitəsilə əldə edə bilərlər. eVisa daha əvvəl Türkiyə səfirliyində verilmiş pasport stikerini və pasport möhürü vizasını əvəz edir. Türkiyə üçün eVisa sayəsində ərizənizi tamamlamaq üçün sizə sadəcə telefon və ya noutbukdan internetə giriş lazımdır. İnternetə əsaslanan Türkiyə vizası ərizəsinə baxılması üçün sadəcə 24 saat tələb olunur. Təsdiq edildikdə, eVisa sizə e-poçt vasitəsilə birbaşa göndərilir. Hava limanlarında və ya dəniz limanlarında immiqrasiya nəzarəti rəsmiləri öz miqrasiya siyasətlərində Türkiyənin eVisa-nın qanuniliyini təsdiqləyirlər. Sizə e-poçt vasitəsilə göndərilən eVisa-nı özünüzlə aparın və ya daha yaxşısı, telefonunuzun batması öldüyü halda çapını çıxarın. Aşağıdakı millətlər və etnik mənsubiyyətlər İnternetdə Türk vizası üçün uyğundur, Antiqua və Barbuda Ermənistan Avstraliya Baham adaları Barbados Bermuda Kanada Çin Dominika Dominikan Respublikası Qrenada Haiti Honq Konq BNO Yamayka Küveyt Maldiv Mavrikiy Oman St. Lucia St. Vincent və Grenadines Səudiyyə Ərəbistanı Tayvan Cənubi Afrika Amerika Birləşmiş Ştatlarının Bədəvi Əmirliyinə qoşuldu Anybody wishing to visit Turkey for Tourism or Business to the should meet the Visa prerequisites, which require having a having a legitimate Turkey visa from this website. Qualified visitor can now easily request for an an electronic visa, which is the simplest way to enter Turkey. Forget about the long queues at Embassy. Online Government of Turkey eVisa framework is 100 percent on the web from laptop or mobile phone. Travelers complete an electronic application application form and get the approved visa by email in about 24 hours, sometimes even less than 4 hours. Single and multiple visit visas for Turkey are accessible after you fill an online form on this website for two minutes and provide personal and passport details. So, what exactly is the Turkey eVisa. The electronic visa for Turkey (eVisa) is an authority to enter or permits visit into the Republic of Turkey. Residents of many nations can obtain their Turkish eVisa through a simple to utilize online application structure. The eVisa replaces the passport sticker and passport stamp visa previously given at Turkish Embassy. Because of the eVisa for Turkey, you just need a web access from phone or laptop to complete your application. The internet based Turkey visa application just requires 24 hours to process. When approve, the eVisa is sent straightforwardly to you by email. Immigration control officials at airports or sea ports ports confirm the legitimacy of the Turkish eVisa in their migration policy. Carry the eVisa sent to you by email or better still, take a print out just in case your phone batter dies. Following nations and ethnicities are qualified for Turkish Visa On the web, Antigua and Barbuda Armenia Australia Bahamas Barbados Bermuda Canada China Dominica Dominican Republic Grenada Haiti Hong Kong BNO Jamaica Kuwait Maldives Mauritius Oman St. Lucia St. Vincent and the Grenadines Saudi Arabia South Africa Taiwan Joined Bedouin Emirates US of America
0 notes
politiciansstuff · 10 months
Text
Tumblr media
Paşinyan 4 kəndimizi qaytaracağını açıqladı: Ordu müdaxilə edəcək - Durum dəyişir
Ermənistanın baş naziri Nikol Paşinyan qeyri-ciddi siyasətçidir. O, ən müxtəlif platformalarda Azərbaycanla sülh sazişini bağlamağa hazır olduqlarını bəyan edir. Hətta Paşinyan komandasının üzvü, Ermənistan parlamentinin sədri belə “sülhə böyük ehtiyacımız var, bölgədə kommunikasiyalar açılmalıdır” - deyə fikirlər səsləndirir. Erməni rəsmiləri bu iki vacib amili Ermənistanın varlığı üçün vacib şərt kimi önə çəkir. Amma sülh danışıqları üçün görüş vaxtı yaxınlaşdıqca Ermənistanın mövqeyində dəyişikliklər baş verir.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
“Ermənistan ya görüşdən imtina edir, ya da elə bir mövqe sərgiləyir ki, sülh sazişinin imzalanması yenə təxirə düşür. Bu bir daha təsdiq edir ki, Paşinyan ciddi dövlət xadimi və siyasətçi deyil. Sadəcə olaraq o Qərbdən aldığı təlimatlara uyğun addımlar atır. Bununla Paşinyan daxili auditoriyada nüfuzunu qorumaqla yanaşı Azərbaycanla münasibətdə çoxqütblü oyunların içərisində yer alır” - deyə millət vəkili qeyd edib.
Partiya sədrinə görə, Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşməsi ilə bağlı formalaşmış komissiyanın bu ayın sonunda gözlənilən görüşü öncəsi Paşinyanın söylədiyi fikir yeni bir hiyləgərliyin başlanğıcıdır:
“Nəticə etibarı ilə vasitəçi olmadan Azərbaycan təklif etdiyi unikal sərhəd görüşündən sonra da Paşinyanın mövqeyinin dəyişməsi şübhəsizdir. Bununla da vasitəçisiz sülh sazişinin bağlanmasına imkan verilmir”.
Millət vəkilinin fikrincə, üçüncü dövlətin iştirakı olmadan sülh sazişinin imzalanmasını Ermənistan özü üçün problem hesab edir:
“Azərbaycanın hələ də Ermənistanın işğalında qalan 8 kəndindən ancaq 4-nün qaytarılması fikrini irəli sürən Paşinyan özünə Avropa və Amerika vasitəsi ilə yeni dayaq axtarışındadır”.
Fəzail Ağamalı bildirib ki, erməni tərəfinin bu mövqeyi sülhə olan nikbin notları heçə endirir:
“Belə olduğu halda Azərbaycan ərazi bütövlüyünü tamamlamaq üçün BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanaraq addımlarını atmaq üstünlüyünü özündə saxlayır. Bu da sözsüz ki, hərbi müdaxiləni istisna etmir”.
"Teleqraf.com" saytı
Tapdıq Qurbanlı
27 noyabr 2023-cü il
https://teleqraf.com/news/siyaset/398887.html?fbclid=IwAR2n75AVR-VM730ZQQ9tdqtCfuQOrbMQEOh3hR1Yf9zg_fzeP6Vl15byAmU
0 notes
metbuat · 2 years
Text
Nokia strateji dəyişikliyə işarə etmək üçün simvolik loqonu dəyişdirir
BARCELONA, 26 fevral (Reuters) – Nokia (NOKIA.HE) bazar günü telekommunikasiya avadanlığı istehsalçısı aqressiv böyüməyə diqqət yetirdiyinə görə, təxminən 60 ildə ilk dəfə brend kimliyini yeni loqo ilə tamamlamaq planlarını açıqladı. Yeni loqo NOKIA sözünü təşkil edən beş fərqli formadan ibarətdir. Köhnə loqonun simvolik mavi rəngi istifadədən asılı olaraq bir sıra rənglər üçün azaldılıb. Baş…
View On WordPress
0 notes
arcieree · 3 years
Text
Önünüzdəki yolu tamamlamaq üçün arxada qalanları düşünməyin…🍾🤍
22 notes · View notes
evezysf · 3 years
Text
Önünüzdəki yolu tamamlamaq üçün arxada qalanları düşünməyin.
48 notes · View notes
mmar1ia · 3 years
Text
Bəzi cümləyi, hadisəyi, nifrəti, sevgiyi və ən əsası güvəni və sadaqəti tamamlamaq üçün sözlər kifayətsiz qalır. Hisslər ön plana çıxır və bu nəticə də uğursuz alınır. Artıq sözlər insanlarda heç bir hiss oyatmadığı kimi, hisslər də heç bir nəticə yaratmır. Hər kəs boş döyünən bir ürək və çürüyən bir beyinlə yaşayır....
28 notes · View notes
kncfli · 3 years
Text
Bu gecə səhərə kimi düşündüm. Nə düşündün deyə sorma Sorsanda nə danışım ki? Necə getdiyinimi? Nə üçün getdiyinimi? Bunları özün məndən yaxşı bilirsən. Zaman necə gəldi necə keçdi fərqinə varmadım heç. Həyatımda olanlar, ətrafımda baş verənlər falan qəribə şeylərdi. Qəribə şeylər hiss edirəm özlüyümdə. Uzaqlaşıram insanlardan zaman keçdikcə. İçimdə qırılmış parçalar var və mən onları tamamlamaq üçün insanlardan uzaqlaşıb yanlız qala biləcəyim yerlərə gedirəm. Bəzən günlərnən evdən çıxmıram. Bütün pəncərələri bağlayıram, pərdələri çəkirəm və əsla işıq yandırmıram bir otağın köşəsində sakit səssiz oturub düşünürəm. Nə olur axı mənə? Niyə bu qədər param parçayam mən? Toparlana bilmirəm. Bəzən gecənin gec saatlarında sahildə yürüyşə çıxıram, sağolsun küçə itləri əsla yanlız buraxmırlar məni. Xeyr əzizim bu olanlar sənin yoxluğunla əlaqədər deyil, nədə sənin gedişinlə. Seçim etdin və getməyi ən doğru yol bildin qərarına sayğı duyuram hər nə qədər bu gedişin görsənən səbəbi mən olsamda görsənməyən səbəbi etdiyin xəyanət idi. İndi insanlardan uzaq öz çöplüyümdəyəm. Bəlkə günlər bəlkə aylar bəlkə illər alacaq toparlanmaq bunu bilmirəm, bilsəydim bu yazı heç olmazdı.
11 notes · View notes
akifxaliq · 4 years
Note
• Ümid edirəm ki, xoşbəxt olarsan. Gülümsəməyi unutma, hər hansı bir zorluqla qarşı-qarşıya gəldikdə əsla davam etməkdən imtina etmə !
Əlbəttə bilirəm ki, əminəm ki, davam edəcəksən. Tez imtina edən, xəsarət aldıqda oturub kədərlənmək üçün zaman xərcləyən biri olaraq deyil, yolun sonundakı parıltıya doğru addımlayacaq insan olduğunu bilirəm. Sənin gözlərindəki qorxuyu görürəm, gizlətdiyin qorxuyu bilirəm. Hiss edirəm ki, yenə də bu qorxuya qarşı gəlibsən. Sən özünü tamamlamaq yolunda irəliləyirsən. Anlayırsanmı bunu ? Bu böyük qaranlıqdan kiçik işığa doğru addımlaya biləcək, gücünü qazanacaq birini təmsil edir. Sən bunun fərqindəsən ? Məncə, fərqindəsən. Çünki, güclü olduğun həqiqətindən qaçsaydın, bu cürə möhkəm təcrübə qazanmazdın. Mənim yazdıqlarıma inanmaya bilərsən, əlini qəlbinə qoy hiss etdiklərini tərcümə et və sonra düşün ! “Mən necə bu qədər güclü ola bildim ? Bu yolun sonunda belə yıxılmayacağım mənasına gəlir.”
Öncəliklə yazını çox bəyəndim, keçən səfər ki kimi doğruları aydınlığa çıxarmısan 👌🏻. Mən bu gün bu düşüncə də olmağımı təbii ki, vaxtında yaşadıqlarım və etdiyim səhflərə borcluyam. Və son illər də həyatıma girən (sevgili olaraq yox) birinin buna təsiri çox olub. İnanıram ki, doğru yolda, doğru düşüncədəyəm. Və bu zaman aralığın da bir şeyin fərqinə vardım ki, həqiqətən bu yol da yıxılmayıb daha da güclü irəliləmək üçün bir dosta ehtiyac var. Həqiqi mənada bir dost.Məncə insanın qarşı cinslə dostluq etməsi həyata 1:0 öndə başlaması deməkdir. Həyat da elə problemlər, elə sıxıntılarla üzləşirsən ki, ancaq o anlayır səni. İnanıram ki, həyatınız da sizə dayaq olan, gözəl motivasiya verən elə insanlar var..
44 notes · View notes
s37sworld · 4 years
Text
Tumblr media
Səni Nə qədər çox sevdiyimi indi sənin rəsminə baxdıqda, gözlərimdə acı yaş, qəlbimdə sancı duyduğumda hiss ettim. Baxışın sanki sevgi doludu , rəsmini gördükcə ürəyimdən keçən sözləri dilə gətirməkdən çəkinmirəm :, həyata olan nifrətimi azaldıb kor keçmişimə dua ettirən, sonu bilinməyən sevgim, gözlə görünməz sərin ümidlərim, hələ də yaşaya bilmədiyim əlvan xəyallarımsan.Necə dəyişdi səni bu bivəfa həyat?! , yuxularında gördüyün rəngli dalğalar heç bir zaman xoşbəxtlik arzusunda olan sahilə gətirib çıxara bilmədi səni, nə qədər çabalasanda, şüuraltında da çalışsan alınmadığı, olmadığı, həsrətlə yolunu gözlədiyin xoşbəxtlik gəlmir ki gəlmir. Mənki xoşbəxt olmaq üçün imkansızı seçmədim.. Yadımdadı taxta parçası üstündə qızılgül çəkmək üçün cızardın bu sənin ən sevdiyin iş idi amma niyə qızılgül halbuki heç bir zaman gül sevməmisən elə indidə. Təkcə bir kənarda oturaraq, heç kimsəyə (ətrafda uşaqlar oynayan zaman) əhəmiyyət vermədən qızılgülü tamamlamaq istəyirdin hava tutqundu, yağışın qoxusu gəlirdi həə sənin ən çox sevdiyin qoxu., bir yağış birdə torpaq qoxusuydu.. Az keçmədi yağış yağmağa başlarkən uşaqlar çəkildi bir kənara ancaq sən yox, yağışı sevirdin onun altında islanmağıda. Yağış yağdıqca taxta parçasıda islanırdı və heç vaxt sevmədiyin qızılgülü çızmaq daha da asanlaşırdı. Bitirdin işini həmdə çox gözəl alındı, sonra qızılgülü cızdığın taxta parçasına baxdın sakit baxışlarla və anidən havaya, səmtinə baxmadan fırlatdın. Hələ də onu anlaya bilmirəm niyə sevmədiyin gülü yağış yağarkən islandığına baxmayaraq sonlandırmağa qərar verdin amma sonra onu dəyərsiz kimi atdın..?!
(yaşadığımdan bir an)
38 notes · View notes