#skolyoz_üçün_idmanlar
Explore tagged Tumblr posts
medikal-masaj · 2 months ago
Text
Tumblr media
Skolyozda Müalicəvi Masaj.
Frontal sahədə onurğanın sağa, yaxut da sola əyilməsi skolyoz adlanır. Skolyoz C vari, sadə onurğada bir əyrilik və S vari mürəkkəb, onurğada müxtəlif tərəflərə 2-3 əyrilik olur. Səbəb: fiziki yüklənmə, düzgün olmayan qamət nəticəsində yaranır. Həmçini raxit, radikulit və iflicdə səbəb ola bilər. Skolyozun ağırlıq dərəcələrinin əlamətləri. Birinci dərəcə: 1, başın aşağı sallanmış vəziyyəti. 2, çiyinlərin içəri çəkilməsi. 3, belin bükülməsi. 4, əyilmə olan tərəfdə çiynin daha hündürdə olması. 5, belin asimetriyası. 6, şaquli xət ətrafında fəqərələrin dönmə ehtimal olduğu görünür. İkinci dərəcə: 1, boyun və belin asimetriyası. 2, əyilmə tərəfdə çanaq aşağı əyilmiş olur. 3, əyilmə tərəfinin bel nahiyyəsində mütəkkəb əzələ, döş nahiyyəsində isə qabarma müşahidə olunur. 4, bədənin hər hansı bir vəziyyətində skolyoz müşahidə edilir. Üçüncü dərəcə: 1 , ikinci dərəcə skolyozda müşahidə edilən bütün əlamətlər. 2, nəzərə çarpacaq dərəcədə qabırğa donqarı. 3, qabırğanın içəriyə çökməsi. 4, əzələ konturakturaları. 5, qarın əzələrin zəyifliyi. 6, ön qavırğa qöfüslərin qabarması. 7, əzələrin çökməsi və çökmə tərəfində qalça sümüyünə yaxınlaşması müşahidə olunur. Dördüncü dərəcə. 1, onurğanın kəskin deformasiyası baş verir, yuxarda qeyd etdiyimiz mütün əlamətlər daha ağır vəziyyətdə müşahidə edilir. 2, əyilmə nahiyyəsində əzələlər gərilmiş olur. 3, döş skolyozunda çökmə tərəfdə qabırğanın çökməsi və qabırğa donqarı qeyd edilir. 3. Bütün hallarda skolyozda müalicəvi masaj tövsüyyə edilir. Müalicəvi masajın bərpa effektliyi skolyozun ağırlıq dərəcəsindən aslıdı. 1-ci dərəcə 10 D. 2-ci dərəcə 10-20 D. 3-cü dərecə 30-40 D . 4-cü dərəcə də 40 D yuxarı qeyd edilir. Müalicəvi masajın müalicə məqsədi əzələ, sümük maddələr mübadilə pozulmasını korreksiya etmək, əzələrin trofiyasın, qan dövranın yaxşılaşdırır, çökmüş, zəifləmiş əzələnin tonusunu bərpa etmək, gərgin əzələnin gərginliyin aradan qaldırır, limfanın fəaliyyətin gücləndirir, tənəffüs sistəminə müsbət təsir edir. bir hal da qeyd edim ki, əgər zamanında müraciət etmiş olsanız, mürəkkəb yol,cərrahi yola ehtiyac qalmadan problemi Müalicəvi Masajla, həmçini paralel olaraq MBT yaxud üzgüçülüklə birlikdə problemi aradan qaldırmaq mümkündür. Masaj Terapiya tibb eliminə bu patologiyada öz təsir qüvvəsin və effektliyin sübut edibdir.
2 notes · View notes