#qolların
Explore tagged Tumblr posts
retromanblog · 2 years ago
Text
Halısahadan gələndə beynimdə vurduğum qolların təkrarının getməsi >> çox şey:)
36 notes · View notes
feride11 · 2 years ago
Text
"Çox yoruldum, yorğunluqdan ruhumu daşıya bilmirəm. Məni səndən qopmağa qoymayan düşüncələrə təqatim qalmadı. Ağlımdan çıxmadığın hər yanımı cismim tərk edib, uzaqlara getmək istəyir. Xatirələrin yarama duz basmaqdan bir iş görmür artıq. Yuxusuz qalan gözlərim baxdığı hər yerdə səni sayıqlayır, xəyalını gerçək zənn edib, ürəyimi sızladır...
Cox yoruldum mən, özüm ola bilməməkdən çox yoruldum. İçim başqa, çölün məndən ayrı olmaqdan yoruldum. Dodaqlarımın gücsüzləşir hər ötən gün, yaratdığı saxta gülüş bəzən titrəyən hıçqırığa dönür. Nə də qolların yanaqdan süzülən göz yaşını siləsi həvəsi var. Hər şey yorğun düşüb məndə, yorulduqca səni anımsayır hər yanım, hər ötən zaman içində azalıb, hər şeydən qalır səndən yarım.."
Story by: @Flydaqaaaaas
48 notes · View notes
mhtequila · 2 years ago
Text
Darıxmışam.
Qismətdə varsa yenidən səni görmək nəsib olacaq♥️
Səni bağışlamağı çox istəyirəm. Göz yaşlarım icazə vermir. Qucaqla. Bərk qucaqla, bəlkə elə daş olmaqdan xilas edərsən məni. Sənin üzünə baxmağa kirpiklərim qalxmır gözümün üstündən. Amma səni görməyi çox istəyirəm. Darıxmışam. Çox darıxmışam. Cəsarətim azalır. Yenə sənə güvənirəm. Qorxuram ki, görüşək amma qucaqlaşmayaq... Əvvəlki kimi olmayaq.. bu əsl kədərdir.Sənə güvənirəm. Sən mənə cəsarət ver. Qolların arasında xoşbəxtliyim gizlənir. Görüşərik İnşAllah.
Səni sevirəm.♥️
14 notes · View notes
jacob77 · 2 years ago
Text
bu nə ayrı seçkilikdiki.qızlar məşq eliyəndə müəyyən günlərdə oğlanlara giriş qadağndı zala.amma oğlanlar məşq eliyəndə əllərin qolların sallıyıb qəşəycə gəlib məşq edirlər olmaz belə.bəs biz insan deyilik bizim vaxtımıza niyə girirsiz ki.
14 notes · View notes
metbuat · 2 years ago
Text
VİDEO
Ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin son oyunları keçirilib.  Metbuat.org xəbər verir ki, F qrupunun lideri “Real Madrid” öz meydanında Şotlandiya “Seltik”ini 5:1 hesabı ilə məğlub edib.  Matçda vurulan qolların videoicmalını təqdim edirik:  Metbuat.org
Tumblr media
View On WordPress
0 notes
1almondeyed · 2 years ago
Text
Qolların ömür yolum, uzat sinəmə sarı!
Uzat, başına dönüm, sarıl ömrümə, sarıl!
Sənsiz bu ömür yarı, həyat yarı, can yarı,
Mən bu ruhdan, bu candan necə qoparım səni?
(Orxan Bahadırsoy)
40 notes · View notes
ruslandavidov · 3 years ago
Text
Bayaq avtobusda yanımda duran idmançı qaqaş özünü iki dənə qıza göstərmək üçün birinci qolların sıxdı,sonra sumkasın gözə soxdu.Belə başa düşdümki məşqdən gəldiyin başa salmaq istəyir yəni endorfin partladır bu dəqiqə.Sonra airpods çıxardı taxdı qulağına ləzzət eləmədi deyəsən onu söndürüb şunurlu qulaqlıq taxdı.Yəni ikisindəndə varımdı amma şunurlu qulaqlıq taxdım çünki sadəyəm.Sonra dostu deyəsən səs atmışdı qulaqlığı çıxarıb yüksək səslə ona qulaq asdı,yəni hörmətim var dost arasında bunu başa salmağa çalışırdı.Sonra kiməsə zəng vurdu qızlara baxa baxa danışıb yüksək səslə danışmağa,gülməyə başladı.Tez tez saata baxırdı.Məncə zamanın nə qədər önəmli olmağın izah edirdi bu baxışlar.Yəni vaxt gedir ay qız gör neynirsən.Sonra başqa bir nəfərə zəng vurdu iş haqqında danışdı.Xüsusi vurğulamağa çalışırdıki işləri yaxşı gedir pul var yəni.Sonunda gördü qızlar baxmır əsəbi şəkildə saxla deyib düşdü avtobusdan.Elədikləri hədər getdi.Sumkasının balaca gözünə qəlyan tütünü qoyduğun görmüşdüm.Yəqin getdi dostları ilə qəlyan çəkib cəmiyyətdəki problemlərdən danışmağa.Sağol qaqaş) ©
45 notes · View notes
ilksad · 4 years ago
Text
Başımın altında yastıq deyil, qolların ola bilərdi zalım !
10 notes · View notes
geveze1adam · 4 years ago
Text
Məsələn, çox küləkli, şaxtalı bir gündə gəzməyə çıxsaq və sən üşüsən: Paltomu çıxarıb sənə vermərəm. Onun əvəzində səni bir kafedə qəhvə içməyə apararam, ya da bir taksi saxlayıb səni evinə ötürərəm. “Necə xəsis adamdır, bir paltosuna da qıymır” deyə düşünmə. Xəsisliklə bağlı bir şey deyil. Mən paltomu sənə versəm, çiyinlərin, qolların isinəcək, amma yanaqların soyuqdan qızaracaq, ayaqların buz kəsəcək, dişin dişinə dəyəcək. Bu iş filmlərdəki kimi yaraşıqlı, centlmen oğlanın soyuqda pencəyini sevdiyi qıza verməsi kimi deyil. O filmi çəkən rejissorlar səhv bilir. Sənə bir şey olsa, xəstələnsən dünyanı dağıtmaram. Mən kiməm ki, Allahın yaratdığı dünyanı dağıtmaq fikrinə düşəm? Bunun yerinə dua edərəm. İki əlim də açıq vəziyyətdə gecə-gündüz dua edərəm; Allah səni mənə, sevdiklərinə çox görməsin deyə... Həftənin yeddi günü sənə romantik sürprizlər edib, şeirlər oxuyub, xoş sözlər deyə bilmərəm. Heç romantik abuhava yaransın deyə yağışın yağmasını da arzulamaram. İndi biz romantik dəqiqələr yaşayacıq deyə evsiz-eşiksiz, küçədə yaşayan birini və ya açıq havada işləyən bir insanı narahat etməyə nə gərək var? Ayrıca xoş sözlər eşitməyi, romantik sürprizləri hamı sevir, amma bir müddət sonra bu bezdirici olur. Arada öküzlük etmək də lazımdır, mübahisə edib bir neçə saat küsülü qalmaq da. Elə deyil? Hərdən küsülü qalmaq danışmadığımız hər saatda bir-birimiz üçün necə darıxdığımızı və bir- birimizi necə sevdiyimizi görmək üçün fürsətdir. Təbii ki, bu saatların müddətini artırmamaq şərti ilə. Mən səni dəli kimi sevə bilmərəm. Sabahattin Ali demişkən “ağlı başında sevərəm.” Çünki birlikdə dəlilik edəcəyimiz o qədər şey varkən niyə dəliliklə sevgini bir-birinə qarışdıraq?
10 notes · View notes
aloneyou · 4 years ago
Text
Bir insanı qucaqlamaqçün qolların açılması çox da önəmli deyilmiş,sən demə.Bəzən gözlər qolların ən gözəl əvəzləyicisi ola bilirmiş🖤💫
1 note · View note
ichbinralph · 4 years ago
Text
Dərd eləmə, birdənəm, bütün cahan düzülə,
qoymaram ki, ümidim, əlim səndən üzülə.
Üzümdən, ətəyimdən qan süzülə-süzülə,
izindən öpə-öpə gəlib taparam səni.
Ötürdüm hər bəlanı, gəlib çatdım son yerə,
Sən ey zirvələr quşum, bircə dəfə qon yerə!
Parçalansam yüz yerə, min yerə, milyon yerə,
bilirsən ki, yenə də sevər hər param səni.
Əvvəlimiz zərrələr, ilkinimiz balıqsa,
bizdən sonra dünyaya beş-on sümük qalıqsa,
hər tərəf uçurumsa, hər yan xarabalıqsa,
hara qaçırım səni, hara aparım səni?
Gəlmirsə məndən sənə bircə cığır, səbr elə!
Əlini aç göylərə, məni çağır, səbr elə!
Mən dedimsə gələrəm əvvəl-axır, səbr elə!
Səbrindən, dözümündən gəlib öpərəm sənin!
Qolların ömür yolum, uzat sinəmə sarı!
Uzat, başına dönüm, sarıl ömrümə, sarıl!
Sənsiz bu ömür yarı, həyat yarı, can yarı,
mən bu ruhdan, bu candan necə qoparım səni?
Qolların ömür yolum
Orxan Bahadırsoy
9 notes · View notes
aidalvy · 5 years ago
Text
Dərd eləmə, birdənəm,
bütün cahan düzülə,
qoymaram ki, ümidim,
əlim səndən üzülə.
Üzümdən, ətəyimdən
qan süzülə-süzülə,
izindən öpə-öpə
gəlib taparam səni.
Ötürdüm hər bəlanı,
gəlib çatdım son yerə,
Sən ey zirvələr quşum,
bircə dəfə qon yerə!
Parçalansam yüz yerə,
min yerə, milyon yerə,
bilirsən ki, yenə də
sevər hər param səni.
Əvvəlimiz zərrələr,
ilkinimiz balıqsa,
bizdən sonra dünyaya
beş-on sümük qalıqsa,
hər tərəf uçurumsa,
hər yan xarabalıqsa,
hara qaçırım səni,
hara aparım səni?
Gəlmirsə məndən sənə
bircə cığır, səbr elə!
Əlini aç göylərə,
məni çağır, səbr elə!
Mən dedimsə gələrəm
əvvəl-axır, səbr elə!
Səbrindən, dözümündən
gəlib öpərəm sənin!
Qolların ömür yolum,
uzat sinəmə sarı!
Uzat, başına dönüm,
sarıl ömrümə, sarıl!
Sənsiz bu ömür yarı,
həyat yarı, can yarı,
mən bu ruhdan,
bu candan necə qoparım səni?
Qolların ömür yolum
Orxan Bahadırsoy ©
19 notes · View notes
aydanja · 5 years ago
Text
Bir insanı qucaqlamaqçün qolların açılması çox da önəmli deyilmiş,sən demə.Bəzən gözlər qolların ən gözəl əvəzləyicisi ola bilirmiş🖤💫
11 notes · View notes
naazriiin · 5 years ago
Text
Məndən soruşsanız bu həyatda tam xoşbəxtlik deyilən bir şey yoxdur. Yəni hamının özünə görə dərdi var. Kimdən soruşsan, kimin fikrini alsan, hər zaman bir şeylər yarım, bir şeylər əskikdir. Bir məsəl var e " kiminin çörəyi bayatdır, kiminin üzüyünün briliantı isə kiçik” . Mənə görə isə yarım bir yorğan kimidir həyat. Üstə çəksən ayaqların üşüyəcək, alta çəksən qolların üşüyəcək. Hansı tərəfə çəkirsən çək, hər zaman bir tərəfinə yetərsiz olacaq.
(c)
48 notes · View notes
nguseyn · 4 years ago
Text
Elə şeirlər var ki,nəfəs kimidir:
Dərd eləmə, birdənəm, bütün cahan düzülə,
qoymaram ki, ümidim, əlim səndən üzülə.
üzümdən, ətəyimdən qan süzülə-süzülə,
izindən öpə-öpə gəlib taparam səni.
Ötürdüm hər bəlanı, gəlib çatdım son yerə,
sən ey zirvələr quşum, bircə dəfə qon yerə!
parçalansam yüz yerə, min yerə, milyon yerə,
bilirsən ki, yenə də sevər hər param səni.
Əvvəlimiz zərrələr, ilkinimiz balıqsa,
bizdən sonra dünyaya beş-on sümük qalıqsa,
hər tərəf uçurumsa, hər yan xarabalıqsa
hara qaçırım səni, hara aparım səni?
Gəlmirsə məndən sənə bircə cığır, səbr elə!
əlini aç göylərə, məni çağır, səbr elə!
mən dedimsə, gələrəm əvvəl-axır, səbr elə!
səbrindən, dözümündən gəlib öpərəm sənin.
Qolların ömür yolum, uzat sinəmə sarı!
uzat, başına dönüm, sarıl ömrümə sarıl!
sənsiz bu ömür yarı, həyat yarı, can yarı,
mən bu ruhdan, bu candan necə qoparım səni?🖤🌿
Orxan Bahadırsoy✨
4 notes · View notes
valkyrieoftheskies · 4 years ago
Text
Çox yorulmuşdun, qolların göyərmişdi, halın qalmamışdı. Mən onsuz düşəcəkdim, bu mənim qədərim idi, ona görə buraxdım əllərini.
1 note · View note