#pencək
Explore tagged Tumblr posts
Text
Ruhu kiminsə yoxluğu ilə tərbiyələndirmək həqiqətən də çox çətindir. Hələ bu kimsə sənin həyatında mühüm yer tutursa. Yaxının, artıq keçmişinsə. Təsəvvür edin, etdiyin bəzi alışqanlığını unudursan. Yox, daha doğrusu özünü buna məcbur edirsən. Başqa seçimin də yoxdur axı onsuz da. Gündəlik etdiklərini daha etmirsən, gördüklərini daha görmürsən. Bu ailədənsə, daha çətin. Düşün, evdə bişirilən yemək, süfrədən bir boşqab azalır. Simdən asılan paltar azalır, ayaqqabı azalır, pencək azalır. Hər tezdən verdiyin salamlar belə azalır. Evə gəlib-gedən azalır, sevinc azalır, səbəb azalır. Dost azalır, gözdə düşman çoxalır. Suallar çoxalır, fəryadlar çoxalır, üsyanlar çoxalır. Və bir gecə yatağa uzanıb, ani sükutda hiss edirsən ki, "üstünü ört" deyən anan daha yoxdur. Xəstə olub yataqlara düşəndə anlayırsan ki, "əynini qalın geyin" deyən anan daha yoxdur. Yuxudan kal durursan, otağından çıxdıqda hiss edirsən ki, hər tezdən Salamını alan Atan daha yoxdur. Dərsdən evə gəldikdə evdəki sükut hər dəfə səni öldürür. Ayaqqabını soyunanda anlayırsan ki, "get çörək al" deyən anan daha yoxdur. Dümdüz, lal oturduğun gecənin üçündə anidən "qalxın yatın" deyən Atan düşər yadına. Qışqıra bilməzsən. Artıq evdəki sükutlar hər dəfəsində sənə boş-boşuna dalaşdığın qardaşını, bacını xatırlar olar. Hər çəkici əlinə vurduqda, Atan yadına düşər olar. Evə gecələr gəlmənə hərə bir söz qoşar, amma, sənin gecəyə kimi çöllərdə oturub, narahatlıq dolusu Ata zəngini gözlədiyini, bilməz onlar.
19 notes
·
View notes
Text
Səhər pencək, günorta futbolka gecə yorğan bu nə fəslidi belə
4 notes
·
View notes
Text
28 May 1918 - Şərqdə ilk demokratik və dünyəvi Cümhuriyyətin qurulduğu tarix 🇦🇿
Tarixdən az da olsa, anlayışı olanlar bilir ki, o günə qədər Azərbaycan ərazisində qurulan bütün dövlətlər ayrı-ayrı ailələr, sülalələr tərəfindən yaradılıb.
Tariximizdə bir ilk idi ki, Bakıdan, Qubadan, Gəncədən, Şuşadan və digər yerlərdən olan, müxtəlif təbəqələrin nümayəndələri bir inam, ideologiya ətrafında birləşib milli dövlət qurmuşdurlar.
Biri Osmanlıdan hərbi yardımı sürətləndirmək üçün Batuma, İstanbula getməyə yolpulu tapmır, Biri İstanbula getmək üçün iki həftə Batumda gəmi gözləyir, biri Tiflisə gedəndə dostundan pencək alır, birinin evində xarici qonağları qəbul etmək üçün mebeli olmur və s.
Allah o insanlara rəhmət etsin ki, yoxluqlar içində bizə dövlət qoyub getdilər.
34 notes
·
View notes
Text
Bu soyuqda hansı günümə crop və pencək geyinmişəm ki. Ölürəm soyuqdan
13 notes
·
View notes
Text
Qızların alış-veriş haqda düşüncələri :
- Özümə pencək almaq üçün mall'a getdim ama çox gözəl bir don gördüm ona görə də bu ayaqqabıları aldım
3 notes
·
View notes
Text
Ətrafımdakıların mənə ən çox dediyi şey " Kənardan çox ciddi biri kimi görünürsən, adam qorxar söz deməyə". Ən çox da bacım "Çöldə, yol gedərkən ya da metroda kənardan buz kimi görünürsən. Biri çox vacib nəsə soruşmaq istəsə və son çarəsi sən qalsan belə sənə yaxın durmaz. Sanki nəyəsə əsəbisən və yaxın gələn biri olsa çox pis acılayacaqsanmış kimi görünürsən" deyir.
Əvvəllər *görəsən niyə beləyəm, evdə gülüb danışan biri, hətta şit zarafatlar edən biri, ən çox gülən biri kənarda niyə belə olsun ki?!* deyirdim.
Amma sonra ağlıma bilirsən nə gəldi?
-metroda dostumdan gələn mesaja güldüyüm anda gəlib başımın üstündə dayanan oğlanlar.
-dizi cırıq şalvar geyinəndə kənardan keçən qızın "buna bax da, o pencək nədi o şalvar nədi? Üşüyürsən adam kimi geyin də!" deməyi. (???)
- dostlarımla hardasa şəkil çəkdirəndə yandan keçən qaqaşların "oydaa bu qızların şəkil çəkdirməyi olmaya daa, bezmişəm e şəkillərindən bunların" deməkləri. (???)
- dəniz kənarında biraz gəzmək istəyib evə dönüş yolumda fərqli stansiyada düşüb arxamca gələnləri azdırmağa çalışmağım
- avtobus ani dönəndə yandakı oğlanın qolumdan tutub sanki mən yıxılmayım deyə belə etdiyini göstərib sonra qoluma girməyi və avtobusun digər başına qaçar addımlarla getməyim
- başdan ayağa qapqara geyinməyimə baxmayaraq (köynək boğazıma qədər düyməlidir) burnumun dibinə girən insaniyyət yoxsulları
İndi gəl bax gör o üz ifadəsində olanda biri bir addım atar mı sənə tərəf? ya da kənardan söz deyə bilər səncə?
Mən deyim də. Yox. Özümdən bilirəm.
Mən kənardakıların beyinsiz cümlələrini eşitməmək üçün qulaqcıq taxırdım əvvəllər.
Amma indi ciddi, əsəbi, qaşlarını çatmış birinin ifadəsini taxıram.
141 notes
·
View notes
Video
youtube
Çinarə Məlikzadə - Biri Vardı, Biri Yox
Sözleri: Olan olub, keçən keçib bəlkə də, İndi daha kövrəlməyin yeri yox. Ömrüm boyu belə gəlib mənimki: Əvvəlindən biri vardı, biri yox. Uzaqdaydı mən istəyən ocaqlar, Ürəyimdən gəlib keçdi sazaqlar. Atalıydı, analıydı uşaqlar Bizim evdə biri vardı, biri yox.
Gözlərimə doldurmuşam yağışı, Bir köynəklə çıxarmışam mən qışı. Şalvar, pencək geyinirdi tay-tuşum Məndə isə biri vardı, biri yox.
Üzüm güldü tələbəyəm deyəndə, Sıxılırdım dost pencəyi geyəndə, Müəllimlə dil tapa bilməyəndə Qiymətimin biri vardı, biri yox.
Qəlbim yandı, ilk sevgimdən, eşqimdən, Dara düşdüm, əl ummadım heç kimdən. Məclislərdə can deyib,can eşidən Dostlarımın biri vardı, biri yox.
Mən orduya nələr görüb getmişdim, Ürək alıb, ürək qırıb getmişdim. İki qıza könül verib getmişdim, Qayıdanda biri vardı, biri yox.
Uzaq gəzdi əmi, dayı, bibilər Sözarası mənə "evlən" dedilər. Nişan üçün iki şey istədilər, Məndə isə biri vardı, biri yox.
Vaxt gələcək bu günü görəcəksən, Çox suala gözünü döyəcəksən, Vaxt gələcək sən özün deyəcəksən, Deyəcəksən: "biri vardı, biri yox".
#müzik #şarkı #türkü #azerbaycan #mahnı #canlı #akustik #piyano #nüsrətkəsəmənli #çinarəməlikzadə #birivardıbiriyox
(Kaynak: https://youtu.be/VnRxkV4kKf8)
0 notes
Text
Naxışlı Böyük Bədən Köynək
Stok Kodu: TT-O4987 Qiymət 50 Manat TÜRKİYƏDƏN BAKIYA KARQO PULSUZDUR Ölçülər: 44-46-48-50-52-54 Material: % 100 Polyester Nümunə Ölçü: 44
#sportdest#plussizedresses#turkiyedenevinize#turkmali #turktrendy#baku#azerbaycan🇦🇿#wholesalesclothing#paltar #boyukbedendon#boyukbedenpaltar#geyim#bigsize #turktrendycom#keşfet#pencək#dəst#köynək#kofta#salvar #trendybigsizebutik #turktrendycom
0 notes
Text
Səhər pencək, günorta futbolka gecə yorğan bu nə fəslidi belə
3 notes
·
View notes
Text
mən də keçən qış eynən belə geyinmişdim ama pencək dəri deyildi, bu lazımsız məlumatı niyə verdim onu da bilmirəm ama belə xoşuma gəlir
129 notes
·
View notes
Text
Ətrafımdakıların mənə ən çox dediyi şey “ Kənardan çox ciddi biri kimi görünürsən, adam qorxar söz deməyə”. Ən çox da bacım “Çöldə, yol gedərkən ya da metroda kənardan buz kimi görünürsən. Biri çox vacib nəsə soruşmaq istəsə və son çarəsi sən qalsan belə sənə yaxın durmaz. Sanki nəyəsə əsəbisən və yaxın gələn biri olsa çox pis acılayacaqsanmış kimi görünürsən” deyir.
Əvvəllər *görəsən niyə beləyəm, evdə gülüb danışan biri, hətta şit zarafatlar edən biri, ən çox gülən biri kənarda niyə belə olsun ki?! deyirdim.
Amma sonra ağlıma bilirsən nə gəldi?
-metroda dostumdan gələn mesaja güldüyüm anda gəlib başımın üstündə dayanan oğlanlar.
-dizi cırıq şalvar geyinəndə kənardan keçən qızın “buna bax da, o pencək nədi o şalvar nədi? Üşüyürsən adam kimi geyin də!” deməyi.
- dostlarımla hardasa şəkil çəkdirəndə yandan keçən qaqaşların “oydaa bu qızların şəkil çəkdirməyi olmaya daa, bezmişəm e şəkillərindən bunların” deməkləri.
- dəniz kənarında biraz gəzmək istəyib evə dönüş yolumda fərqli stansiyada düşüb arxamca gələnləri azdırmağa çalışmağım
- avtobus ani dönəndə yandakı oğlanın qolumdan tutub sanki mən yıxılmayım deyə belə etdiyini göstərib sonra qoluma girməyi və avtobusun digər başına qaçar addımlarla getməyim
- başdan ayağa qapqara geyinməyimə baxmayaraq (köynək boğazıma qədər düyməlidir) burnumun dibinə girən insaniyyət yoxsulları
İndi gəl bax gör o üz ifadəsində olanda biri bir addım atar mı sənə tərəf? ya da kənardan söz deyə bilər səncə?
Mən deyim də. Yox. Özümdən bilirəm.
Mən kənardakıların beyinsiz cümlələrini eşitməmək üçün qulaqcıq taxırdım əvvəllər.
Amma indi ciddi, əsəbi, qaşlarını çatmış birinin ifadəsini taxıram.
#AyselAliyəva
0 notes
Text
HOT or NOT: Yenidən satışda Yeni Kolleksiya və Yenə ƏN SƏRFƏLİ qiymətlərlə XİDMƏTİNİZDƏYİK #...
HOT or NOT: Yenidən satışda Yeni Kolleksiya və Yenə ƏN SƏRFƏLİ qiymətlərlə XİDMƏTİNİZDƏYİK #…
HOT or NOT? Let us know in the comments!
Yenidən satışda🔥 Yeni Kolleksiya və Yenə ƏN SƏRFƏLİ qiymətlərlə XİDMƏTİNİZDƏYİK‼️ #Jeans Pencək💰 40 ₼😻 📏M-L-XL-XL-XXL-XXXL 🔎VQ-752R ℹ️📢 ✔️🛍 Direct və ya Whatsapp: 050-514-53-83 ✔️📞Metro və ya ünvana: 050-514-53-83 ✔️📫 Rayonlara və ya uzaq məsafələrə 050-441-43-45 ✔️🕘İş vaxtı: 09:15-20:45 ✔️Ⓜ️Neftçilər, 28 May, Memar Əcəmi metro stansiyalarina çatdırılma…
View On WordPress
#photooftheday#bakikhanov#geyim#giyim#jeans#moda#model#new#newcollection#razin#stmoda#stmoda.az#yenikolleksiya
0 notes
Text
Birdə səni and verirəm,
"Sən əzizlərin ölmüşü..."
Soyuğun olsa , kimsənin pencəyini geyinmə,
üşü , doyunca üşü,
Şərəfsizə bir pencəkdə ümid olar,
Vicdanında cat olanlar pencək ilə geyindirər, xəyalında soyundurar.
Bax aa səni and vermişəm,
"Sən əzizlərin ölmüşü..."
Üşü , doyunca üşü
Bax dost kimi deyirəm
Mən hamıdan qaçıram ,
Sən də qaç , eynəkli qız ,
Zəmanəmiz korlanıb.
Gözlərini dörd aç,
Dörd aç, eynəkli qız.
0 notes
Text
62 YAŞLI KİŞİ İTKİN DÜŞÜB - FOTO
62 YAŞLI KİŞİ İTKİN DÜŞÜB – FOTO
62 yaşlı Şəki sakini itgin düşüb. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqov sentyabrın 23-də səhər saatlarında rayonda “dağ dibi” deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və indiyədək geri qayıtmayıb. Evdən çıxanda əynində boz rəngli şalvar və pencək, ayağında qara rəngli ayaqqabı olub.…
View On WordPress
0 notes