Tumgik
#payizqoxulum
payizqoxulum · 11 months
Text
Hər şeyin bir yaradılış səbəbi vardır. Dərd verənin, dərman olanın da, gülün tikanın da. Kimisi hədiyyə, kimisi imtahandır. Və, bunlar bizə güc olmasın deyə gec olur. Üzməyi bacarmadan dalğalara atılmaq kimidir həyat..Bəzən özümüzə əzab verməyi sevirik sanki, sonunu düşünmədən elə hey gedirik..sonra axırı dəniz olan uçurumun bir addımlığında görürük özümüzü. İnsanı ən çoxda yaxınları üzərmiş məgərsə. Bəzən sevdiklərindən gələn bir söz, kiçik bir hərəkət belə dolu olub yağar, od olub yandırar səni. Deməyə sözün də qalmaz, o da ki, cəllad olub boğar səni. Və kimsə bilməz..
0 notes
payizqoxulum · 11 months
Text
Ən çox güvəndiyin insanlar haqqında yanıldığını başa düşdüyün an öz küncünə çəkilərsən.
0 notes
payizqoxulum · 1 year
Text
Dünyanın ən güclü insanlarının kim olduğunu soruşsalar, öz başlarının çarəsinə baxmağı öyrənmiş qadınlar deyərəm!!!
1 note · View note
payizqoxulum · 1 year
Text
Və anam arxamca səsləndi, mən qapıdan çıxarkən: "Qəlbini ört, insanlar soyuqdur, üşüyərsən!❤️‍🩹
1 note · View note
payizqoxulum · 1 year
Text
Keçmişin tozlu səhifələrində gəzdirdim ruhumu. Məgər mən hər sətir də ondan ibarətmişəm🫠
1 note · View note
payizqoxulum · 1 year
Text
Həyatda bir insan gözləri ilə belə yalan danışa bilər. Amma sarılmaq deyə bir şey var, sanki saxtasını kəşf edə bilməyiblər. Birisinin məni sevib sevməməsini sarılmasından təxmin edə bilirəm. İçdən və səmimi bir sarılma zamanı o sevgini hiss etməyim heç çətin olmur mənə. Dünyadakı ən mükəmməl hislərdən biri, bəlkə də birincisidir sarılmaq. Elə olmasaydı niyə biz yuxuya gedərkən birisinə sarılmaq istəyirik və ya niyə ən sevdiyimiz şey o’na sarılmaq, niyə birini öpmədən əvvəl qollarımızı açıb ona çox möhkəm bir şəkildə sarıldıqdan sonra öpürük? Həqiqətən başqa bir duyğudur sanki sarılmaq. Hətta üzərinə bir kitab yazılacaq qədər başqa.
0 notes
payizqoxulum · 1 year
Text
Sənin getməyinin həyatıma təsir etməyəcəyini sandım. Ama saçımı yığa bilmədim deyə ağlayanda anladım mən saçıma yox sənə ağlayıram💔
1 note · View note
payizqoxulum · 1 year
Text
Getmə desəm faydası yox..Yenə içimə qapanıram. Susqunluğum danışacaq bir şeyimin olmadığından deyil, danışsam faydası olmayacağından. Ümid edirəm bu 'sənsizlik' deyilən şeyin öldürücü bir yan təsiri yoxdur. Ümid edirəm ən qısa zamanda geri qayıdarsan. Deyəcəklərim sənin üçün çox da önəmli şeylər deyil.. Ən yaxşısı, mən özət keçim...SEVİRƏM
1 note · View note
payizqoxulum · 1 year
Text
1dəqiqə danışmadan dura bilmədiyin o insanla neçə vaxtdı danışmırsan?
0 notes
payizqoxulum · 1 year
Text
Neçə günəş batdı o gecədə bilmirəm, amma bir daha heç sabah olmayacaq kimiydi. Bir söz, neçə günəş batırır o zaman öyrəndim❤️‍🩹
1 note · View note
payizqoxulum · 1 year
Text
Bir müddət sonra hər şeydən imtina edirsən. Özünü izah etməyə çalışmaqdan və əslində nəyin səbəb olduğunu izah etmə səyindən imtina edirsən..Yorulursan və təəssüf ki, haqlı da olsan artıq boş verirsən. Bir çox şeyin əhəmiyyəti qalmır.Haqlı haqsız olmaq, özünü izah etmək ya da anlatamamaq, aydın və ya anlaşılamamaq..hər şey mənasını itirir və geriyə yalnız əllərindən, ürəyindən tutan "susmaq" qalır. Anlatacaq heç bir şey qalmır "susaraq" qışqırırsan..Və sonra hər şeyi tək sözə sığdırıb "yaxşı" deyib qabığına çəkilirsən. Çox sözə ehtiyac yoxdur, onsuz da heç kim səni anlamayacaq...
0 notes
payizqoxulum · 1 year
Text
Yıxıldığın zaman altından qalxa biləcəyin xəyallar qur, insanların səni yarı yolda buraxma ehtimalını unutma❤️‍🩹
1 note · View note
payizqoxulum · 1 year
Text
Bu gəcə səni çok özlədim, bunu hansı gecə oxuyursan oxu'🌘🌾
0 notes
payizqoxulum · 1 year
Text
Ayın axırı gələndə tükənən şeylər:
Pulum
İnternetim
Özüm
0 notes
payizqoxulum · 1 year
Text
Heçnəyim qalmayıb qucaqlamağa dizlərimdən başqa...
1 note · View note
payizqoxulum · 1 year
Text
Göz gözə illərimizi keçirdik amma o gün gözlərində mən yox idim..
Əl ələ bütün yolları gəzdik amma, artıq eyni şəhərdə belə deyilik.
Mübahisələrimiz kəsildi amma, artıq xoşbəxt belə deyilik.
Səsini unuduram amma, sözlərin hələdə canımı yandırmaqla məşğul'
1 note · View note