#olarkən
Explore tagged Tumblr posts
Text
Heç düşünmüsən ki, kimsə evə gedərkən, qab-qacaq yuyarkən, paltar yuyarkən və ya digər gündəlik adi işlərlə məşğul olarkən sənin haqqında fikirləşir?
25 notes
·
View notes
Text
Hələ balaca uşaq olarkən belə Ailəmin istədiyi şeylər üzərindən yaşayardım həyatımı düşüncəmi belə o yöndən formalaşdırardım uşaq ağlı ilə nəsə etdiyim heç ağlıma gəlmir həmişə Ailəmin istəklərini göz önündə tutaraq xoşbəxt olacağım şeyləri bir çərçivəyə sığışdırardım və o çərçivədən çıxmazdım buna görədə kimsə"Kaş uşaqlığımıza geri dönək"deyəndə nə demək istədiyini başa düşmürdüm çünki nə qədər yaxşı olsada içimdə uşaqlığını yaşaya bilməyən o balaca qız əlində rəngli qələmləri ilə mənə baxırdı baxışında xəyal qırıqlığı və öfgə var idi kiçik yaşımda Özümü böyük yaşta hissedirdim indi isə inanmayacaqsınız ama Özümü 40 yaşında hissedirəm sanki bütün gəncliyini boşa xərcləyən bir 40 yaşlıyam və hər gün aynada əlindən rəngli qələmlərini düşürməyən o balaca qızla baxışıram
20 notes
·
View notes
Text
26 yaşında olmaq və bu gecə ona evlənmə təklifi edəcəyini bilə-bilə oyanmaq necə bir hissdir, maraqlıdır.)
30 yaşında olmaq, onunla oyanmaq və bir həftəlik iş səfərinə getdiyin üçün uzun müddətdən sonra ilk dəfə bütün yatağı birbirinizə ələxsus da ona sərf etmək necə bir hissdir, maraqlıdır.
Şıxovdaki dəniz qabığlarını boş ver, amma bir şəkildə onun tərəfinə sürün, çünki sən onsuz da onçun indidən darıxırsan..
42 yaşında olmaq,dünənki və ondan əvvəlki gün kimi eyni yorğun gözlərlə işə oyanmaq necə bir hissdir, maraqlıdır. 16 il keçməsinə baxmayaraq hələ də zamanı geri çevirib günəşi dayandıracaq kimi sənə baxan gözlərlə dolu bir səhərə oyanmaq.. Bir az daha yuxarı qalxsanız, ikiniz də yataqda qala bilərsiniz. Göz vurursan, gülümsəyirsən və alnından öpürsən, səhərlərdə paylaşılan narazılığı səssizcə qəbul edirsən, amma sabah o gözlərlə yenidən oyanmaq istədiyin üçün üzr istəmirsən.)
49 yaşında olmaq və səhər o qədər yaxından baxanda hələ də səni həyəcanlandıran birinin yanında oyanmaq necə bir hissdir, maraqlıdır, xüsusən də 50 yaşına çatanda və sahib olduğun qırışlardan və yoldakılardan tamamilə xəbərdar olduğun halda.
61 yaşında olmağın və səhər oyanmağın necə bir hiss olduğunu düşünürəm. Çünki o gün yataqdan çıxa bilməyəcək qədər yaralı və xəstəsən..
Amma sevgilin dükanlardan bir neçə dərman, sevimli şorban və öpüşlə gəldikdən sonra açarın səsindən onun qapıda olduğunu eşidəndə, hələ də qəlbinin səni yataqdan qaldırıb onun şəfa verən qollarına itələyəcək qədər sürətlə döyünməsini təmin edir. Çoxdaki xəstəsən.
87 yaşında olmaq necə bir hissdir, maraqlıdır, 2 həftə əvvəl vəfat etdiyi üçün narahat edilməmiş bir yastıq, qırışmamış bir yorğan yanında oyanmaq. Deyəsən, onun getmək vaxtı gəlmişdi..
Həyatı bu qədər sevgi ilə yaşamaq necə bir hissdir, maraqlıdır. Və bunu etdiyində, bədənin zamanla keçməsi kimi önəmsiz bir şeyə məğlub olmağın necə bir hiss olduğunu düşünürəm. İki insan arasındakı sevgi qədər uzun davam etməyən bədən sadəcə və sadəcə ürək ağrısıdır. Amma sevginin fiziki təbiəti aşması da bir növ gözəldir. Edə biləcəyimiz yeganə şey, burada olarkən və davam edərkən onu yaşamaqdır...
Sevginizə sahib çıxın uşağlar.. və ruhunuzu qoruyun..🌹♻️
15 notes
·
View notes
Text
Sən darmadağın olarkən heç nə olmamış kimi yoluna davam edən insanlar əsla bağışlanmamalıdır.
94 notes
·
View notes
Text
Digər unilərdə hər ayın sonu kollekvium olarkən bizdə cəmi 1 dəfə kollekvium olması şoku😂
54 notes
·
View notes
Text
Biz son dəfə bu şəhərdə hava qaralarkən vidalaşmışdıq səninlə və mən bu şəhərin yollarında gözümdə yaş, ağlımda sən olarkən yerimişdim. İndi o yollarda yerimək bir kənara, şəklini görəndə belə o günü, o vidalaşma anını xatırlayıram. Görəsən sən unutdun məni necə üzdüyüvü?
#53...
10 notes
·
View notes
Text
"Ölüm həyatdakı ən böyük itki deyil, ən böyük itki sağ olarkən içindəkilərinin ölməsidir."
37 notes
·
View notes
Text
Uşaq olarkən birliktə oynadığım, deyib-güldüyüm qız artıq nişanlanır. Nə tez böyüdük biz?🥹
47 notes
·
View notes
Text
regl olarkən həmişə istifadə etdiyiniz, ağrınızı kəsən nələrsə var? 🥺🥺
50 notes
·
View notes
Text
Dardüşüncəli insanlar aşiq olarkən bir-birilərinin azadlıqlarını məhv edirlər, bir-birindən asılılıq yaradırlar, həbsxana tikirlər. Ağıllı insanlar isə bir-birinin azadlığı üçün çalışırlar, bütün asılılıqları məhv etmək üçün bir-birinə kömək edirlər. Sevgini asılılıqla yaşayanda çirkinlik yaradır. Bu hiss azad şəkildə axanda isə gözəllik yaradır.
56 notes
·
View notes
Text
Uşaq olarkən təqribi 7-8 yaşım olardı, qardaşımın kiçik telefonu vardı. Bəzən mən də onun telefonunda qurdalanırdım. O zamanlar mahnı dinləməyi çox sevirdim. Orada çox az mahnılar vardı, mən də radio dinləyərək yeni mahnılar kəşf edirdim. Adlarını belə bilmədən dinləyirdim. Yetər ki, qulaq zövqümə uyğun olsun. İndi xatırlayıramda o zamanlar bu isimlərini bilmədiyim mahnıları tapmasaydım görəsən nə qədər bərbad musiqi zövqüm olardı. Kim bilir.?
29 notes
·
View notes
Text
iki enerji var, ağ və qara. cənnət və cəhənnəm dedikləri sənin hansı enerjini insan bədənində olarkən özündə cəmlədiyindir. enerji parçalandıqda (ölüm gəldiyində) cəmlədiyin enerjinin içinə çəkilirsən. bu gün bizi insan formasında cəmləyən enerji sabah bizi başqa formaya daşıyacaq.
6 notes
·
View notes
Text
Görün nə tapdım uşağlar. Bunu hərbi xidmətdə olarkən yazmışdım. Lənətə gəlmiş "starşna"mız 80 faizni yandırdığdan sonra əlimdə bu qalıb..
Sağdaki səhifədə özümü də cəlb edən bir cümlə var, şəkildən oxuya bilsəz oxuyarsız.Xəttimi oxuya bilməsəz də paylaşmadan keçə bilməyəcəm:
" Hansı ki, sən olmadıqda ruhum islanmış kağız,mürəkkəbi axan qələm kimi olur. Sənsiz heçnəyi düşünə, arzulaya, xəyal qura bilmirəm. Sən mənimçün dəyərli deyilsən. Dəyərin özüsən. Səmadan ay öz parıltısını səndən oğrayır,yerdəki gül öz qoxusunu zülfündən oğrayır. Bülbül səsini sənin səsinə bənzədir. Səndəki bu gözəllik var, Afrodit səni gördükdən sonra Zevsə nifrət edib. Sən çox gözəlsən. Bu aşiqanəlik məndə, bu gözəllik ki səndə var bizə bu dünyada ölüm haqq deyil"
13 notes
·
View notes
Text
- İndi sadəcə sənə ehtiyacım var. Nəfəsini duymağa, başım dizlərində olarkən saçımla oynamağına. Biraz səssizliyinə biraz da səs-küyünə ehtiyacım var. Gəlsən bir gün, desənki bitdi hərşey sənə gəldim.Səni anlamağa,səni sevməyə, hiss etməyə gəldim. Mən artıq sən olmağa, biz olmağa gəldim.. 💙🔗
38 notes
·
View notes
Text
Yanında saysız insan ola bilər. Amma sənə yalnız hiss elətdirirlərsə deməli sadəcə artıq səs küydü. Bir növ evdə səssizlik olarkən darıxmayasan deyə yandırdığın televizora bənzəyir.
22 notes
·
View notes
Text
Sərxoş olarkən gəl otur qarşıma gör nələr danışacam sənə.
34 notes
·
View notes