#nəticələrindən
Explore tagged Tumblr posts
dadaszdkh · 8 months ago
Text
Eşqin Çətinliyi:
Sevmək ləzzətli olduğu qədər də əzablıdır. Məhəbbət qəmi apardığı qədər də qəm gətirir. Bəziləri aşiq olsalar da aşiqin başına hansı bəlaların gəldiyini bilmir. Aşiq olmağın nəticələrindən biri də hicrandır. İmam Əli (ə) buyurur: "Hicran eşqin bədəlidir"
20 notes · View notes
03messi2589 · 3 months ago
Text
Pin Up — Azərbaycanda ən populyar qumar oyunları platformalarından biridir. O, istifadəçilərə slotlar, ruletka, kart oyunları və idman mərcləri daxil olmaqla, müxtəlif oyun çeşidləri təklif edir. Platforma cəlbedici dizaynı və istifadə rahatlığı ilə diqqət çəkir. Pul üçün oynamağa başlamaq üçün əvvəlcə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat prosesi intuitivdir və cəmi bir neçə dəqiqə çəkir. Hesab yaratdıqdan sonra sizə depozit qoymaq təklif olunacaq. Pin Up müxtəlif ödəmə metodlarını dəstəkləyir, bu da bu prosesi sürətli və rahat edir. Əhəmiyyətli məsələ, mərcləriniz üçün limitlər qoymaq və xərclərinizi idarə etməkdir ki, qumar oyunlarının neqativ nəticələrindən qaçınasınız. Platformada müntəzəm aksiyalar və turnirlər də keçirilir ki, bu da oyuna həyəcan qatır və əlavə mükafatlar və bonuslar qazanmaq imkanı yaradır. Eyni zamanda müştəri dəstək xidməti də var ki, bu da sizə hər hansı bir sualda kömək etməyə hazırdır. Pin Up platformasında pul üçün necə oynamaq barədə daha ətraflı məlumat almaq istəyirsinizsə, keçid vasitəsilə baxın #pin_up #pinup #pinap https://pin-up-bahis.com/pin-up-az-guezgue/
0 notes
politiciansstuff · 3 months ago
Text
Tumblr media
Zəngəzur savaş meydanına çevrilir: İki böyük güc qarşı-qarşıya
Rusiya hərbçilərinin Ermənistan hava limanından uzaqlaşdırılması və bunun ardınca ABŞ-ın iki hərbi yük təyyarəsində gələn hərbçilərin Zəngəzurda yerləşməsi təsadüfi deyildi. Bu amil Amerikanın Zəngəzurla bağlı mövqeyinin ifadəsi idi. Eyni zamanda bu, Rusiyanın Cənubi Qafqazda və Ermənistandakı mövqeləri üçün də ciddi təhdiddir.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Rusiya bundan ciddi narahatlıq keçirir:
“Ona görə də, rəsmi Moskva Azərbaycanla bu istiqamətdə sıx təmaslar qurur. Çünki bu bölgədə mövcud olmaq üçün Azərbaycanın mövqeyi mütləq şəkildə nəzərə alınmalıdır. Bakı isə hələlik bu mövzulara aid neytral mövqe sərgiləyir. Hətta Azərbaycan Ermənistanla müzakirə edilən sülh sazişindən Zəngəzurla bağlı məsələni də çıxarıb”.
Partiya sədri hesab edir ki, Azərbaycan Prezidentinin çevik və müdrik qərarları ölkəmizi bir çox qarşıdurmalardan sığortalamış oldu:
“Faktiki olaraq Zəngəzurda Rusiya ilə ABŞ arasında gizli, diplomatik savaş gedir. Bu savaşın açıq müstəviyə keçməsi zaman məsələsidir. Rusiya-Ukrayna arasında gedən müharibənin nəticələrindən çox şey asılıdır”.
Fəzail Ağamalıya görə, hazırda Zəngəzur uğrunda ABŞ-la Rusiya arasında qarşıdurma getdikcə kəsinləşir:
“Kremlin asanlıqla bölgədən çıxmaq niyyəti yoxdur. Amerikanın da bölgəyə gəlişi problemlidir. Çünki Ermənistanda Rusiya ən müxtəlif situasiyalar yarada bilər. Bütün bunların fonunda Azərbaycan dövlətinin apardığı siyasət balanslıdır”.
"Teleqraf.com" saytı
Tapdıq Qurbanlı
29 avqust 2024-cü il
https://teleqraf.com/news/siyaset/430420.html
0 notes
1win-az-2023 · 2 years ago
Text
1win AZ bukmekerində mövcud mərc növləri
1Win Azerbaijan https://1win-az.net/ saytında siz iki yolla mərc edə bilərsiniz. Hər bir üsul dərəcəsi fərqli hesablayır və öz mexanizmi var. Aşağıda 2 növ mərc görəcəyik. Yalnız Yeni başlayanlar tərəfindən ən çox istifadə edilən ən sadə mərc növü tək mərcdir. Single-da oyunçu sadəcə olaraq matçın nəticələrindən birinə pul qoyur və o, qalib gələrsə, mərc onun əmsalına vurulur. Bundan sonra oyunçu bir ödəniş alır.
Tumblr media
Kumulyativ Yığım mərcində oyunçu 1 kupona bir neçə mərc edə bilər. Sonda nəticələr üçün əmsallar artır və onlara kiçik bir bonus əlavə olunur. Bu mərcin uğurlu hesab edilməsi üçün multi-mərcin bütün hadisələri qalib olmalıdır. Ən azı bir hadisə uduzduğu ortaya çıxarsa, oyunçu mərc məbləğini itirir. Necə mərc qoymaq olar? Əgər əvvəllər bunu etmisinizsə, mərc qoymaq sadə bir prosesdir. Bununla belə, qumar bazarına yeni gələnlər də var. Xüsusilə belə oyunçular üçün aşağıdakı təlimatları hazırlamışıq: İcmalımızdakı keçiddən istifadə edərək 1Win Azərbaycanın rəsmi saytını açın; Üst paneldəki düyməni istifadə edərək hesabınızı qeydiyyatdan keçirin; Bukmeker kontoruna gedin və idman növlərindən birini seçin; İndi sizi maraqlandıran uyğunluğu tapın və içindəki nəticələrdən birini vurun; Kuponu doldurun və təklifinizi təsdiqləyin. Kuponu doldurmaqla oyunçu istifadə etmək istədiyi mərc növünü seçə biləcək. Siz müxtəlif idman növləri üçün bir neçə nəticə seçə və mərc edə bilərsiniz.
1 note · View note
metbuat · 2 years ago
Text
Kante sıradan çıxdı
“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante zədə səbəbi ilə azı 1 aylıq sıradan çıxıb. Metbuat.org xəbər verir ki, informasiya ingiltərəli jurnalist Mett Louya məxsusdur. Mənbənin məlumatına görə Kante bud nahiyəsindən ciddi zədə aldığı üçün ən azı 3-4 həftə meydana çıxa bilməyəcək. Daha dəqiq məlumat isə MRT-nin nəticələrindən sonra bəlli olacaq. Emin Metbuat.org
Tumblr media
View On WordPress
0 notes
mnfva · 2 years ago
Note
Sənin filtirlərindən keçnək çətin imiş) günə 60 səhifədən çox oxuya bilmirəm və bu formada 20 günə bitirəcəyimi fərz etsək,1200 səhifəlik bir kitab oxuya bilərəm. Qaldı ki janr seçiminə,hər hansısa janr seçib onun üzərindən davam etmitəm. Psixoloji romanları çox sevməyimə baxmayaraq dedektiv janrında d oxuyuram. Amma,içində fəlsəfə olan hər şeyi daha da sevirəm. Şeir ümumiyyətlə çox az oxuyuram. Hazırkı psixoloji vəziyyətim çox qəribədi. Kimlərsə şəxslər tərəfindən travma alır, mən cəmiyyətin verdiyi travmanın psixoloji sarsıntısın çəkirəm. Asan formada sevdiyin bir kitabı önərmədin. İndi daha çox düşünməli və daha həssasca qərar verməlisən😂
Açığı mən ümumiyyətlə o boyda tantanalı cavabımdan sonra sənin qeybə çəkiləcəyini düşünmüşdüm 😂. Deməli bir neçə kitab adı yazım özün seç birin.
Cəmiyyətin verdiyi travmanın pisxoloji sarsıntısı üçün: George Orwell- Hayvan çiftliği ya da 1984 kitablarını
Həm pisxoloji həm didaktik ikisi bir arada olsun deyib: Rövşən Abdullaoğlunun Abaddon kitabını. Şəxsiyyət parçalanması və pisxoloji travmaların nəticələrindən bəhs edir.
Fəlsəfi olaraq isə Dostoyevski -Yer altından notlar kitabını məsləhət görürəm. Daha sadə fəlsəfi əsər olaraq isə Lev Tolstoy- İnsanı Yaşadan nədir? Oxuya bilərsən .
Məndən soruşsan ki ən çox hansın məsləhət görürsən? Hamısın:D Seçsən xəbər elə 😂
4 notes · View notes
alishniftaliyev · 3 years ago
Text
Qopma
Bəzən ətrafımızda olan hadisələrə, fikirlərə və ya insanlara qarşı get-gedə hissiz olmağa başlayırıq. Ətrafda baş verən hadisələr sadəcə gözümüzün önündən film lenti kimi keçir. Film izləyəndə ən azından səhnələrə reaksiya veririk, amma həyatda elə bir an gəlir ki, real olan hadisələrə reaksiya verə bilmirsən. Bunu əslində hissizlik yox, qopma adlandırmaq olar. Məsələn, bir kompüteri cərəyandan ayırdıqda düymələrini və ya klaviaturanı yoxladıqda heç bir reaksiya verməyəcək. Eynən insan da belədir, bəzən qopa bilir, cərəyandan ayrılır və sadəcə qıraqdan izləyə bilir.
İzlədikcə həyatın axışının nə qədər şüursuz olduğunu və bir axınla hərəkət edən insanların əslində ətraflarını görmədiyini anlayır. Həqiqətən nə ilə və ya kimlə mübarizə aparırıq? Niyə yaxşı və pis, doğru və yanlış anlandırdığımız subyektiv, mücərrəd və görünməyən fikirlərə bölünürük? İnsanların bir-birlərini ayırma, bölmə adəti nəyə görədir?
Axınla gedən insanların ən böyük problemi ‘niyə’ sualını verməməsidir. ‘Niyə’ sualını verən insanlar deyilənləri qəbul etməkdən çox, şübhə etməyə, sorğulamağa və illər ərzində formalaşmış status-kvonu məhv etməyə addım atırlar. Çünki bu gün dediklərimizin bir çoxunu kor-koranə formada qəbul edirik və niyə sualını verdikdə qəbul etdiklərimizin cəfəngiyyat toplusu olduğunu daha yaxşı başa düşürük. Həqiqətən daha dərinə ensək, bu cəfəngiyyatın əslində ağıllı insanlar tərəfindən yaradılıb şüursuz beyinlərə ötürüldüyünü görərik.
Müəyyən insanlar müəyyən zamanlarda müəyyən fikirlər yaradır və bir kütləni bu fikirlərə inandırmağı bacarır. Həmin insanlar inandırmaq üçün çox çalışsa da, bu fikirlərin anlaşılması üçün heç bir cəhd göstərməyib, ya da kütlələr fikirləri çiy formada qəbul edib və anlamayıb. Buna görədir ki, insanlar bir çox etdikləri və dedikləri şeylərin əsl mənasını və ya məqsədini anlaya bilmir. Davam edən prosses isə şüursuz formada aparılır və eyni formada gələcək nəsillərə ötürülür.
Cərəyandan ayrılmış insanlar üçün isə hər şey fərqlənir. Daimi olaraq axının içində olmaq eyni baxış bucağı ilə uzun müddət davam etmək deməkdir. Axının xaricinə çıxdıqda isə əslində bu axının heç bir məqsədə xidmət etmədiyi və axmaq bir cərəyan olduğu başa düşülür. Buna görədir ki, bir dəfə ‘niyə’ sualını verən insan bir daha cərəyana qoşulmaq və axında itmək istəmir. Əksinə xarici boşluqdakı xaos və bilinməzlik daha çox xoş gəlir.
Cərəyandan ayrılan insanlar yavaş-yavaş çoxaldıqca, kütləvi fikirlər daha tez çöküş yaşayır. Çünki kütləvi fikirləri ayaqda tutan kütləvi axmaqlıqdır, yəni kor-koranə formada fikirləri qəbul edən insanlar çox olduqca, kütləvi fikirlər də davam edə bilər. Azlıqda qaldıqda isə, bu fikirlər daha tez məhv olmağa doğru gedir. Bəzən isə bir kütləvi fikir asanlıqla digəri tərəfindən əvəzlənə bilir. Ümumi olaraq insanların, Homo Sapiens olduqları vaxtdan indiyə kimi olan tarixə baxsaq əslində insanların hər yüzillikdə daha çox kütləviləşdiyini görərik. Bu günkü dünyamız daha azad, firavan görünsə də, kütləvilik daha effektiv formada davam edir. Məsələn, 20-ci əsrdə insanlar kommunizm, kapitalizm və nasizm kimi kütləvi cəbhələrə bölünmüşdüsə, bu gün bu cəbhələrin sayı daha çoxdur. Üstəgəl, yeni yaranan kütləvi fikirlər daha effektiv formada, insanların istəkləri üzərindən mükəmməl manipulyasiya etməyi də bacarırlar.
Məhz buna görə də bəzi insanlar qopma yaşayır və bir daha heç bir axına qoşulmur. Bir dəfə qopan insan adətən digər fikirlərin də qurbanı olmaqdan qaçmağı bacarır. Təəssüf ki, insanlıq ‘niyə’ sualının nəticələrindən qorxduğu üçün axınla davam etməyi seçir və ölümə doğru gedən monoton həyatı davam etdirir. Kiçik detalları nəzərə almadıqda böyük bir maşın çalışmaya bilər, eynən ‘niyə’ sualı da kiçik bir detaldır. Gözardı etdiyimiz üçün, böyük bir sistem olan insanlıq doğru formada işləmir və öz dayazlığında boğulmağa məhkumdur.
Bəlkə də insanlıqdan qopmaq, dünyanı öz başına buraxmaq və çöküşünü izləmək daha yaxşı bir seçimdir. Nə individual özünə zərər vermiş olacaq, nə də dəyişə bilməyəcəyi bir kütləvi düşüncə üçün zaman itirmiş olacaq. Çöküş yaşayan insanlıq isə sadəcə özünü yenidən bərpa etməyə çalışacaq, çıxarılmış sarsıdıcı dərslər və təmizlənmiş fikirlər daha yaxşı bir mübarizə vasitəsidir. Ən güclü xalqlar, ən ağır günlərdən keçmiş və disiplinli olanlardır. Onların da öz qüsurları var, amma böyük səhvlərin nəticələri onları sağaldıb, daha yaxşı bir məfhuma çevirib. İnsanlıq da bir gün öz fikirlərinin məhvini izləməli olacaq və sonrasında az da olsa nələrisə dəyişəcək, amma hər dəfə digər böyük səhvlərin üzərində işləyərək özünü düzəltməyə məcburdur. Çünki təbiətdəki həyat döngüsü bunu tələb edir və tələblər ödənmədikdə yenidən başa qayıtmaq məcburiyyəti yaranır.
Amma görünən odur ki, hələ insanlıq bir neçə dəfə başa qayıtmalıdır, minillərlə dərs çıxarmayan bəşəriyyətin səhvlərini anlaması üçün hələ bir neçə yenidən başlanğıca ehtiyac var…
Tumblr media
3 notes · View notes
elqerez · 6 years ago
Link
Mahnı “Şəbəkəsiz” adlı qısametrajlı bədii filmin mahnılarından biridir. Film jazzmen, pianist İlyasın səsi batdıqdan sonrakı həyatında sosial şəbəkələrdən səmərəsiz istifadə etməsi və bunun nəticələrindən bəhs edir.
6 notes · View notes
yuxuyozmalariorg · 3 years ago
Text
Yuxuda aybaşı olduğunu görmək
Tumblr media
Yuxuda aybaşı olduğunu görmək nə deməkdir?
Yuxuda aybaşı olduğunu görmək, yuxu görən yaxşı və namuslu bir insandırsa, malının olacağına işarə edir. Bu yuxu həm də yaxşı işlərin ürəkdən və Allah rizası üçün edilmədiyinə və buna görə də Allah tərəfindən qəbul olunmayacağına işarə edə bilər. Yuxuda aybaşı olduğunu görmək çətin vəziyyətə düşməyə və sıxıntı yaşamağa yozulur. Yuxu görənin dində və əxlaqda zəifləməsi, yaxşı və gözəl adətlərini tərk etməsi, natamam, nöqsanlı işlər görməsi, buna görə də gözdən düşərək arxa planda qalması deməkdir. Bu yuxu haram yollara girməyə, zina və fitnə-fəsad törətməyə işarədir. Əgər kişi və ya qadın onun heyz olduğunu görsə və paltarını geyinsə, həm dünyada, həm də axirətdə istəyinə çatacağına dəlalət edir. Bir gənc qız bu yuxunu görsə, evlənəcəyinə işarədir.
Yuxuda aybaşı olmaq / Yuxuda qanaxma gormek
Yuxuda aybaşı olmaq - Şayiə var ki, qadın və ya kişi yuxusunda aybaşı olduğunu görsə, həmin şəxs düz yoldan çıxar, nəfsinə təslim olar və şeytana tabe olar. Yuxu görən insanın Allah qatında məqbul olmayan yollara girməkdən çəkinmədən fayda qazanacağına işarə edir. Röya görənin səhvləri üzündən başı ağrıyacağı, özünü narahat hiss edəcəyi və buna görə də yaxşı əməllərinin qəbul olunmayacağı deyilir. Bu yuxu da imanı tərk etməkdən yorulur.
Yuxuda aybaşı olduğunu hiss etmək
Yuxuda aybaşı olduğunu hiss etmək - Yuxu görən insanın həyatında bəzi bədbəxtliklərin yaşanacağına və qısa yollarla daha çox pul qazanmaq və qazanc əldə etmək üçün pis işlərə də əl atacağına işarə edir.
Yuxuda aybaşı qanamasını görmək
Yuxuda aybaşı qanamasını görmək - Yuxu görən yuxuda qan görsə, yuxusunun pozulduğuna işarədir. Ancaq yuxuda qan görünmürsə və yuxu görən şəxs aybaşı qanaması olduğunu hiss edirsə, bu, onun böyük səhvə yol verəcəyinə, ləyaqətini itirəcəyinə və insanlar tərəfindən qınanacağına işarə edir.
Yuxuda aybaşı qanı görmək
Yuxuda aybaşı qanı görmək nədənsə narahat olmaq deməkdir. Bu narahatlıq ciddi stress yaradır və sizi bədbəxt edir. Yaşanacaq sağlamlıq problemlərindən xəbər verən yuxulardan biridir. Bu sağlamlıq problemlərinin yaratdığı narahatlıq yenidən özünü göstərməyə başlayacaq. Bu yuxu haqqında deyə biləcəyimiz başqa bir şey, təxirə salınma və ləğv haqqındadır. Önəm verdiyiniz bir məsələni ləğv edib imtina etmək də sizə mənfi təsir edəcək. Yuxusunda aybaşı qanı görən insan varsa, heç bir problem olmadıqda; Yuxu nəticəsində mühüm bir sirr açıla bilər. Bu sirrin üzə çıxması çox güman ki, xəyalpərəsti çətin vəziyyətdə qoyur. Bundan əlavə, yuxuda aybaşı qanı görmək, yuxu görənin tərk edə bilməyəcəyi vərdişlərinin göstəricisi və təzahürüdür. Bəzi yuxu tərcüməçilərinə görə, yuxuda aybaşı qanı görmək, yuxu görənin gələcəkdə böyük bir problem yaşayacağına işarədir. Fərqli bir şərhə görə; Yuxuda görülən aybaşı qanı tezliklə gələcək pis xəbərlərə işarə edir. Yuxuda aybaşı qanı görmək, yuxu görənin pis davranışlar sərgiləyəcəyinə və ya göstərəcəyinə işarə edir. Bu yuxu nəticəsində əhəmiyyətli bir sirrin üzə çıxacağı düşünülür. Bu sirr açılmasa belə, yuxu görən şəxsi çətin vəziyyətdə qoyar. Bundan əlavə, yuxuda aybaşı qanı görmək, xəyalpərəstin imtina edə bilməyəcəyi vərdişlərinə işarə edə bilər.
Yuxuda aybaşı qanamasını görmək
Yuxuda aybaşı qanamasını görmək - Həddindən artıq gözlənti yaratdığınız mövzuda çaxnaşma və lüzumsuz panik etdiyinizi göstərir. Belə bir təlaş ətrafınızda da mənfi qarşılanacaq.
Yuxuda aybaşı bezi görmek
Yuxuda aybaşı bezi görmek - Səhv bir işlə məşğul olmaq və müxtəlif əlaqəli fəaliyyətlərlə məşğul olmaq bu yuxunun nəticələrindən biridir. Səhvdən dönüb qəlbini qırdığın sevdiklərinin qəlbini almalısan. Əks halda, itkiniz daha çox olacaq.
Yuxuda aybaşı qanı təmizlənməsi
Yuxuda aybaşı qanı təmizlənməsi - Həyatınızdakı gündəlik hadisələrdən bezdiyinizi göstərir. Bu vəziyyət sizi yeni qərarlar verməkdən və bəzi vəziyyətləri dəyişməkdən bezdirir. Tezliklə bu fikirləri həyata keçirəcəksiniz.
Yuxuda tualetdə aybaşı qanını görmək
Yuxuda tualetdə aybaşı qanını görmək - İşiniz və ya məşğuliyyətinizlə bağlı mənfi hadisələrin olacağını göstərir. Bu dövr baş verməyə başlayanda kiçik mübahisələrlə gələcək. Bu müzakirələri yaxınlarınızla aparacaqsınız.
Yuxuda hamilə ikən aybaşı olduğunu görmək
Yuxuda hamilə ikən aybaşı olduğunu görmək - İnsanın yaxşı işlərə atılacağına və iş həyatında şansının getdikcə artacağına işarə edir. Başqa bir şərhə görə, hamilə qadın yuxuda aybaşı görsə, oğlan uşağı dünyaya gətirəcəyinə işarə edir. Yuxuda adamın hamilə ikən aybaşı olduğunu görmək; yaxşı övladlar yetişdirmək, ailə xoşbəxtliyi və dəstək kimi şərh edilə bilər. Eyni zamanda bu yuxu ailənizin və həyat yoldaşınızın sizi xoşbəxt edəcək sürpriz edə biləcəyinə və bu vəziyyətin və ya buna bənzər halların sizi gülümsəyəcəyinə işarədir.Heç gözləmədiyiniz bir insandan dəstək ala bilərsiniz və bu adam edə bilər. dərdlərinizdən qurtulmağınıza kömək edir.
Yuxuda Hamilə Olduğunda Aybaşı Olduğunu Görmək
Yuxuda Hamilə Olduğunda Aybaşı Olduğunu Görmək - Yaxşı övlad böyütmək ailə xoşbəxtliyi və dəstək kimi yozulur. Ailəniz və həyat yoldaşınız sizi xoşbəxt edəcək sürprizlər edə bilər və gülümsəmənizi təmin edə bilər. Heç gözləmədiyiniz bir insandan dəstək ala bilərsiniz və bu, çətinliklərinizdən qurtulmanıza kömək edə bilər.
Yuxuda çirkli alt paltarı görmək
Yuxuda çirkli alt paltarı görmək - Yuxu görənin pis vərdişlərinin olmasından və bu vərdişlərin öz sağlamlığına mənfi təsirindən yorulur. Çirkli çamaşırlar yuxu sahibinin öz iradəsi ilə özünə zərər vermək adlanır. Bu yuxuya görə insan öz sağlamlığına, yediyinə-içməsinə fikir verməli, pis vərdişlərdən qurtulmalıdır.
Yuxuda yaşlı adamın yuxuda aybaşı olduğunu görməsi
Yaşlı adamın yuxuda aybaşı olduğunu görməsi həm səhhətində problemlərə, həm də pis xəbərlərin eyni vaxtda alınmasına aid edilir.
Yuxuda Birinin Aybaşı Olduğunu Görmək
Yuxuda birinin aybaşı olduğunu görmək dini məsələlərdən uzaqlaşmağa işarə edir. Çətinliklə keçəcək dövrləri göstərir və ağrılı yaşayacağınız günləri ifadə edir.
Yuxuda Qızının Aybaşı Olduğunu Görmək
Yuxuda qızının aybaşı olduğunu görmək övladınızın hər problemini və dərdini öz öhdəsinə götürəcəyinizə, yaxşı həyat sürəcəyinizə, həyata daim mənfi baxacağınıza işarədir.
Yuxuda Kişinin Aybaşı Olduğunu Görmək
Bir kişi yuxuda dövr olduğunu görsə, səhv etmək və yaxınlarınızın qəlbini qırmaq, onları çətin vəziyyətdə qoymağa yozulur. Maddi və ya mənəvi zərər çəkə bilərsiniz, stress keçirə bilərsiniz. Hesab olmadıqda çətinliklərlə qarşılaşa bilərsiniz və səhvlərinizi düzəltməli ola bilərsiniz. Bir kişi yuxuda dövr olduğunu görsə, həm ictimai, həm də iş həyatında xəyal etdiyi hər şeyə çatacağına işarədir. Buna görə də bu yuxu kişilər üçün gözəl və faydalıdır.
Yuxuda yoldaşınızın (Arvadının) Aybaşı Olduğunu Görmək
Yuxuda yoldaşınızın (arvadının) aybaşı olduğunu görmək, həyat yoldaşınızın sağlam və dinc bir həyat sürəcəyinə, sıxıntılarından qurtularaq rahatlaşacağına və vəziyyətindən razı qalacağına yozulur.
Yuxuda Tualetdə Aybaşı Qanını Görmək
Bəyənmədiyiniz sözləri eşitmək, dost zənn etdiyiniz biri tərəfindən dolandırılmaq, sizi ruhdan salacaq kimi şərh olunur. Çox güvəndiyiniz bir insandan gələn zərər sizi əsəbiləşdirə bilər. Başqalarına olan inamınız sarsıla bilər və başqasının günahı üzündən başınız bəlada ola bilər.
Yuxuda Ananızın Aybaşı Olduğunu Görmək
Yuxuda ananızın aybaşı olduğunu görmək, onlar kimi olmaq üçün öyrədiləcəyinə, işini davamlı olaraq təxirə salacağına işarədir. Dirçəlişə görə, pis hadisələrin, dedi-qoduların arxada qalacağına işarədir.
Yuxuda Sevgilinizin Aybaşı Olduğunu Görmək
Yuxuda sevgilinizin aybaşı olduğunu görmək, uyğun və düzgün qərarlar alacağınıza işarədir. Yeni zaman ifadələrinə görə, yardımdan sonra insanın maddi vəziyyətinin pisləşməsinə, əlinizdəki malın azalmasına və pislik hissi keçirməsinə işarə edir.
Yuxuda vaxtsız aybaşı görmək
Yuxuda vaxtsız aybaşı görmək hər gün əvvəlki gündən daha çox iş görəcəyinizə, düşüncəli bir dövr keçirəcəyinizə işarədir. Yuxu görən yaşlı bir insan sevincinizi heç kimin əldən verə bilməyəcəyinə işarə edir.
Yuxuda Aybaşı Görməyin Dini Təfsiri
İslami yuxu yozumlarına görə çətin günlərdən çıxmaq və daxili rahatlıqdan xilas olmaq kimi yozulur. Nə qədər yaxşı niyyətli və ya qəsdən olmasanız da, səhv edə və sevdiklərinizin qəlbini qıra bilərsiniz. Bəzi bərpası mümkün olmayan itkilər ola bilər.
Yuxuda menopozlu qadının aybaşı görməsi
Gələcək bir xəbərə çox sevinmək, nəvə sahibi olmaq və ya evdən uşaq dünyaya gətirmək müjdəsinə yozulur. Çox gözəl xəbərlər eşitməklə çox sevinə bilərsiniz. Ailənizin sevinci və həzzi artacaq. Read the full article
#a
0 notes
kutsanbayat · 3 years ago
Photo
Tumblr media
Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə 27 sentyabr "Dəmir Yumruq" əməliyatının başlanması gününə həsr edilmiş tədbir keçirildi. Tədbirin gündəliyində iki məsələ müzakirə edildi. 1 ci məsələ : "Dəmir Yumruq" əməliyatının uğurları və beynəlxalq əhəmiyyəti 2 ci məsələ isə 23- 27 dekabr 2021 ci il tarixində keçiriləcək Prezident kubokunun imzalanma mərasimi oldu. ADFA Prezidenti Azər Həsənsoy və Baş katibi Vasif Namazov 44 günlük Vətən müharibəsinin nəticələrindən danışaraq və şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etdi. Sonda Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının üzvü olan Federasiyalar və təşkilatlar tərəfindən Prezident kuboku uğrunda beynəlxalq döyüş növləri festivalının əsasnaməsinin imzalanma mərasimi keçirildi. Prezident kuboku uğrunda beynəlxalq döyüş növləri festivalının əsasnaməsini imzalayan Federasiya, təşkilatlar və səlahiyyətli nümayəndələr: Azərbaycan Uşu Federasiyası : Elçin Eminov Azərbaycan MuayTay Federasiyası: Fəxri Əliyev Azərbaycan Ciu-Citsu Federasiyası: Mirəli Seyidov Azərbaycan Alpaqut Federasiyası: Nuranə Şıxəliyeva Azərbaycan Real Aykido İdman klubu: Fariz Abdullayev Taekvon-do İTF “Tornado” idman klubu: Barat Orucov Kyokuşin Dünya Birliyi - KWU Azərbaycan Təşkilatı : Qələndər Aslanov Azərbaycan Peşəkar “S1” liqası: Zaur Əsgərov Azərbaycan Free Fighting Perşəkar döyüş təşkilatı: Sahib Yunusov Gənc Vətənpərvərlər İctimai birliyi: Muğan Əliyev Azərbaycan ValeTudo idman klubu : Samir Hüseynov (at Azerbaijan Baku) https://www.instagram.com/p/CUVhuYPgd8N/?utm_medium=tumblr
0 notes
mahammadibadli · 3 years ago
Text
İndi birbaşa GMB Postunu axtarış nəticələrindən yarada bilərsiniz. Hazırda ABŞ və bəzi Avropa ölkələrində aktivdir hələ ki. İl sonuna kimi bütün dünyada aktiv olacaq.
Tumblr media Tumblr media
0 notes
hasanal1y3v · 3 years ago
Text
Azərbaycan yaxın gələcəkdə KTMT-nin tərəfdaşı ola bilər
Tumblr media
Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyası Şurasının iclası keçirilib. Bunun vacib nəticələrindən biri də tərəfdaş dövlətlər institutu yaratmaq planlarının açıqlanması idi. Bir sıra ölkələr təşkilat daxilində əməkdaşlığa maraq göstərirlər.
Birincisi, çox güman ki, Suriya da olacaq və Cənubi Osetiya və Abxaziya kimi postsovet məkanında tanınmış dövlətlərin hamısı olmayacaq. Özbəkistanın KTMT ilə belə bir əməkdaşlıq institutuna böyük maraq göstərəcəyinə dair bir ümid var. Qeyd etmək lazımdır ki, KTMT-də müşahidəçi olan Serbiya Respublikasıdır. Qoşulmadığı, bərabər məsafəli siyasətinə baxmayaraq, rəsmi Belqrad statusuna görə KTMT üzvünə ortağından daha yaxındır.
Bu iclasda Dumanın Avrasiya İnteqrasiya Komitəsinin rəhbəri Leonid Kalaşnikov iki ölkənin yeni formata ən böyük marağı göstərdiyini söylədi. Bunlar Azərbaycan və Pakistandır. Müşahidəçi statusu ilə KTMT tərəfdaş statusunun iki fərqli status olduğu aydınlaşdırılmalıdır. Müşahidəçi statusu şərti olaraq "müavin üzv" anlayışına bərabərləşdirilə bilər. Ancaq tərəfdaş statusu yalnız bu dövlətin heç bir halda hərbi-siyasi ittifaqa üzv olmaq istəməməsi, ancaq hər şəkildə KTMT ilə qarşılıqlı əlaqədə olmaq istədiyi və buna görə qarşılıqlı əlaqədə olduğu anlamına gəlir.
Qarşılıqlı təsir ilk növbədə hərbi-texniki əməkdaşlıq və hərbi təhlükəsizlik sahəsində baş verir. KTMT tərəfdaşı, KTMT ölkələrindən, məsələn, Rusiya və Belarusiyadan endirilmiş qiymətlərlə silah və hərbi texnika almasına da etibar edə bilər. Yəni dünya qiymətləri ilə müqayisədə daha aşağı qiymətlərlə. Bundan əlavə, KTMT tərəfdaşlarına hərbi kadrların hazırlanmasında kömək, hərbi bilik və müasir müharibə təcrübəsi nəzərə alınmaqla hərbi təlimlərin və döyüş əməliyyatlarının aparılmasında metodiki və praktik yardımdan danışırıq. KTMT tərəfdaşları digər dövlətlərdən və böyük qeyri-dövlət silahlı birləşmələrindən təcavüzün dəf edilməsi və ya təcavüzkar dövlətləri sülhə məcbur etmək vəzifələrinin həllində xüsusi hərbi yardıma arxalana bilərlər.
Ermənistan hakimiyyət orqanlarının KTMT çərçivəsində Azərbaycan və Pakistanla əməkdaşlıq perspektivlərindən məmnun qalmaları ehtimalı azdır. Rəsmi İrəvan mütləq əleyhinə səs verəcəkdir. Ancaq bu mövqe anlayış tapmayacaq, hətta KTMT-nin digər üzvləri tərəfindən qınanacaq. Vurğu bunun üzv olmaqdan deyil, ortaqlıqdan getdiyinə vurğu ediləcək.
Rəsmi İrəvan Kollektiv təhlükəsizlik sisteminin postsovet məkanında inkişaf etməsini istəyirsə, KTMT tərəfdaşlıq institutuna hərtərəfli inkişaf vermək lazımdır. Bu, rəsmi İrəvana mövqeyini dəyişdirmək üçün yumşaq təzyiq göstərəcək hərbi-siyasi təşkilatın digər üzvlərinin mövqeyi olacaqdır. Buna misal olaraq Azərbaycan, Türkiyə və Ermənistanın bu Təşkilatın tərəfdaşları olduğu ŞƏT-i göstərmək olar. Və Yerevanda bu mövzuda mübahisələr yoxdur! Məsələ mütləq həll ediləcək - Azərbaycan Respublikası və Pakistan KTMT-nin tərəfdaşları olacaqlar. Ermənistan bundan yalnız milli təhlükəsizliyinin təmin edilməsi problemini həll etməkdə faydalanacaqdır.
0 notes
aliibrahimovofficial · 3 years ago
Photo
Tumblr media
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Peşə Bayramınız Mübarək! Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb. Müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib və yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir. Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikli https://www.instagram.com/p/CQcmK1wB_Wb/?utm_medium=tumblr
0 notes
politiciansstuff · 2 years ago
Text
Tumblr media
Prezident mesajını verdi, sərt xəbərdarlığını etdi - məmurların fəaliyyətində dönüş gözləyəkmi...
Fəzail Ağamalı: “Onlar başa düşməlidirlər ki, deyilən sözlər, sadəcə olaraq, xəbərdarlıq deyil, bunun arxasında cənab Prezidentin dəmir iradəsi və qətiyyəti dayanır”
Prezident İlham Əliyevin cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında ölkədə iqtisadi-sosial sahələrə dair mühüm mesajlar verdi və xəbərdarlıqlar etdi.
Musavat.com xatırladır ki, Prezident dövlət proqramlarının müsbət nəticələrindən danışıb, deyib ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxıb. Ölkə rəhbəri rayonların sosial-iqtisadi inkişafına böyük töhfələri diqqətə çatdırıb, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildiyini deyib.
O, yeni iş yerlərinin yaradılmasının xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.
Prezident xüsusilə bir sıra icra başçılarının həbsinə diqqət çəkib və “Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz” deyib.
Tələb edib ki, icra başçıları daim insanlarla təmasda olsunlar, kəndlərə getsinlər, problemlərlə maraqlansınlar, sosial ədalət prinsipinə əməl etsinlər.
Prezident xüsusi tapşırıq verib ki, şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir: “Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun”...
Prezident bir daha sahibkarlara qayğı göstərilməsinin vacibliyini deyib: “Bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür”.
Həmçinin torpaqların qanunsuz zəbt edilməsinin yolverilməziyini önə çəkib.
Mühüm məqamlardan biri də məhz bu məqamdır: “İdarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar bunu görürlər... Qanunsuz işlərlə məşğul olmaq istəyənlər cəzalandırılacaq. Kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır... Görülən və görüləcək bütün işlər elə aparılmalıdır ki, ekologiyaya ziyan dəyməsin. Hər qarış torpaq qiymətlidir, dəyərlidir və torpaqdan insanlar istifadə etməlidirlər. Fermerlər, kəndlilər məhsul yetişdirmək üçün istifadə etməlidirlər. Biz ölkəmizin ekoloji sistemini qorumalıyıq...Hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Dövlətin siyasəti bundan ibarətdir...”
Prezidentin çxışını şərh edən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ölkə Prezidentinin aparmış olduğu islahatlar içərisində idarəçilik sisteminin təkmilləşməsi və müasirləşməsi, şəffaflaşması xüsusi yer tutur: “Cənab İlham Əliyev 2018-ci ildə yenidən prezident seçildikdən sonra aparmış olduğu islahatlarda bu xətt daim önə çəkilib. Bu istiqamətdə ardıcıl və sistemli şəkildə addımlar atılır. Digər tərəfdən, tez-tez bu cür ciddi xəbərdarlıqlar da edilir. Vəzifələrə yeni təyinat alanlara xüsusi tapşırıqlar verilir, onların dövlətə və xalqa şərəflə xidmət etmələri ciddi tələb kimi qarşılarına qoyulur. Rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizənin mahiyyətini nəzərə almayan, tamahkarlığının girovuna çevrilərək bu cinayətlərə yol verənlər qanun qarşısında cavab verməli olurlar. Onlara da hər hansı bir güzəşt yoxdur. Dövlət başçısı son olaraq, üç rayona icra başçısı təyin edərkən söyləmiş olduğu fikirlər xüsusilə ciddi faktlar üzərində quruldu. Nəinki yeni təyinat alanlar, icra strukturlarında işləyən hər bir məmur bu sərt mövqedən və qətiyyətdən hökmən nəticə çıxarmalıdırlar. Onlar nəhayətdə başa düşməlidirlər ki, bu deyilən sözlər, sadəcə olaraq, xəbərdarlıq deyil, bunun arxasında cənab Prezidentin dəmir iradəsi və qətiyyəti dayanır. Kimsəyə güzəşt olmayacaq. Bilmirəm, başqa postsovet məkanında bu təyinatlar olarkən bu cür sərt tənqidlər, ciddi və açıq mesajlar verilir ya yox. Amma düşünürəm ki, burada ölkə başçısı xalqı ilə çox açıq münasibətlərini ortaya qoyur. Məmurlara xəbərdarlıq etməklə, qanunsuz əməllərə yol verənlərə qarşı mübarizənin stimullaşdırılmasına yol açır. Bununla ictimaiyyəti də proseslərə cəlb edir. Bu da proseslərə öz ciddi töhfəsini verməyə bilməz”.
Deputat dövlət başçısının rayonlardakı “kiçik padşahlar” barədə dediklərinə də toxundu: “Prezidentin bu açıqlamalarından sonra Beyləqanın icra başçısının saxlanıldığı barədə mətbuatda məlumatlar getdi. Artıq onun haqqında da araşdırma aparıldığına dair xəbərlər var. Düşünürəm ki, cənab Prezidentin tapşırığı ilə Dövlət Təhlükəsizlik Xidməti bütün istiqamətlərdə fəaliyyət qurub. Bir sözlə, proseslər təhlükəsizlik orqanımızın nəzarətindədir. İcra strukturlarına təyinatdan sonra müvafiq qurumlar qanunvericiliyimizin vermiş olduğu səlahiyyət çərçivəsində onların fəaliyyətini izləməyə borcludurlar. Təbii ki, bu izləmə tənqid deyil, onların fəaliyyətlərinə mane olmaq anlamına gəlməməlidir. Sadəcə, ölkə başçısının vermiş olduğu mesajlardan nəticə çıxarmalıdırlar. Əgər nəticə çıxarmasalar, bəllidir ki, onların sonrakı taleyi dəmir barmaqlıqlar arxasında keçəcək. Kimliyindən, dünən hansı xidmətləri göstərməsindən asılı olmayaraq, onlar Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərdiklərini bir an belə unutmamalıdırlar. Ölkəmizin uğur qazanmasının əsas başlıca səbəblərindən biri rüşvətxorluq və korrupsiyanın kökünün kəsilməsidir. Daxili siyasət güclü olarsa, bunun davamı olaraq, xarici siyasət də güclü olur. Bir məsələni də deyim. Son vaxtlar icra başçılarının təyinatı daha fərqlidir. Müasir insanlarla bərabər onların əksəriyyəti müstəqillik dövründə yetişən, formalaşan və deyərdim ki, kifayət qədər iş təcrübəsi olan insanlardır. Bu amil də çox vacibdir. Çünki onlar xalqla işləyirlər. Deyilənlərdən nəticə çıxarmayan hər bir məmur digərinin taleyini mütləq yaşayacaq. Burada heç kimə güzəşt yoxdur. Cənab Prezidentin qətiyyətini bütün dünya etiraf edir. 44 günlük müharibədə bu özünü açıq şəkildə göstərdi”.
Partiya sədri Ali Baş Komandanın şəhid ailələri ilə bağlı dediklərindən də söz açdı: “Cənab Prezident Vətən Müharibəsindən başlayaraq, bu günə qədər hər zaman böyük qəhrəmanılıq göstərən, şəhid olan övladlarımızın ailələrinə, eyni zamanda qazilərimizə, Vətən müharibəsi iştirakçılarına son dərəcə böyük diqqət və qayğı göstərir. Ölkə başçısının bu diqqət və qayğısı I vitse-prezident, hörmətli Mehriban xanım Əliyeva tərəfindən da eyni şəkildə sərgilənib. Son olaraq, cənab Prezidentin şəhid ailələri və qazilərlə bağlı söyləmiş olduğu fikirlər onun əvvəllər demiş olduğu fikirlərin davamı kimi qəbul olunmalıdır. Bu bir daha göstərdi ki, dövlət başçısının şəhid ailələri və qazilərə diqqət və qayğısı onun fəaliyyətinin prioritet sahələrindən biridir. Dünya miqyasında hər bir dövlətə, prezidentə nümunə ola biləcək diqqət və qayğıdan burada söhbət gedir. Amma təəssüflər olsun ki, hansısa səbəbdən bir sıra hallarda şəhid ailələri və qazilərə bəzi məmurlar tərəfindən diqqət və qayğı istənilən səviyyədə göstərilmir. Bu da xoşagəlməyən vəziyyəti ortaya qoyur. Nəticədə özünəqəsd hallarına da rast gəlirik. Təbii ki, buna qətiyyən haqq qazandırmıram. Elə etmək lazımdır ki, bu hallar baş verməsin. Unutmaq olmaz ki, həmin qazilər 44 günlük savaşdan çıxıblar. Onlarda təkcə fiziki deyil, həm də psixoloji problemlər var. Haqlı olsun, yaxud haqsız, bu insanlarla o dərəcədə həssas davranmaq lazımdır ki, o, bu və ya digər dərəcədə incik düşməsin. Ola bilər ki, haradasa tələblər daha yüksək səviyyədədir, daha çoxdur. O da ola bilər ki, qoyulan tələblər, istəklər o məmurların səlahiyyətləri çərçivəsində deyil. Lakin bunu həll edə bilmirsənsə, səlahiyyətin çatmırsa, onunla elə söhbət etməlisən ki, aralananda sənin timsalında dövlətdən narazı qalmasın. Bunlar təbii ki, keçici proseslərdir. O ağır günlərdə öz övladlarını itirən valideynlər var ki, hələ də o itkinin ağır təsiri altındadırlar. Onları anlamaq lazımdır. Məmur olaraq onların ayaqlarına getmək borcundur. İmkan tapıb vaxtaşırı şəhid ailələrini ziyarət etmək lazımdır. Qazilərlə görüşmək, onları dinləmək mütləqdir. Vətən müharibəsinin iştirakçıları ilə görüşmək lazımdır. Onların iş problemlərini həll etmək üçün yollar axtarılmalıdır. Onlara diqqət göstərmək hər bir vətəndaşın borcudur. Onların qanı hesabına torpaqlar müqəddəsləşdi, azad olundu və vətənə qovuşdu, qürur və ləyaqətimiz özümüzə qayıtdı. Bunu zərrə qədər unutmaq olmaz”.
Müsahibimiz sonda İ.Əliyevin sahibkarlarla, eləcə də qanunsuz torpaq zəbt edənlərlə bağlı söylədiklərinin mühüm əhəmiyyət kəsb etdiyini dedi: “Ölkə başçısının bu dedikləri onun siyasətinin əsasını və mahiyyətini təşkil edir. Qanunsuzluqlara qarşı cənab Prezident hər zaman qətiyyətli mövqeyini ortaya qoyub. Uzun müddət gedən müzakirələrdə Xəzər dənizinin qanunsuz şəkildə hasarlanması ilə bağlı narazılıqlar ortada olub. Biz də dəfələrlə ölkə başçısının bu fikirlərinə dəstək vermişik. Xəzər dənizinin xalqımızın milli sərvəti olduğunu daim önə çəkərək, qanunsuz olaraq insanların üzünə bağlandığını qəbuledilməz hesab etmişik. Nəhayət, cənab Prezidentin Buzovna ilə bağlı verdiyi tapşırıqlar hər kəsə ciddi mesajdır. Heç kəsə ixtiyar verilməyib ki, Xəzər dənizini başdan-başa hasarlasın, onu kilometrlərlə mənimsəsin, divarların hündürlüyünü az qala Çin səddi səviyyəsinə qaldırsın və insanlarımızın Xəzər sahilində dincəlməsinə mane olsun. Ümidvaram ki, bununla bağlı Azərbaycanın müvafiq qurumları müvafiq addımlarını atacaq. Buna əminik. Torpaqların zəbt edilməsi də elə bunun tərkibindədir. Bütün bunlarla bağlı düşünürəm ki, cənab Prezidentin yeni yanaşması var. Qarşıdan gələn zaman kəsiyində müvafiq qurumların cənab Prezidentin tapşırıqlarına uyğun şəkildə sərt və qətiyyətli addımlar atmasının şahidi olacağıq”.
“Yeni Müsavat” saytı
Cavanşir Abbaslı
28 iyun 2022-ci il
https://musavat.com/news/prezident-mesajini-verdi-sert-xeberdarligini-etdi-memurlarin-fealiyyetinde-donus-gozleyekmi_908394.html
0 notes
futboldunyasi · 4 years ago
Photo
Tumblr media
➡️ @futboool_dunyasi ⬅️ 🏆Çempionlar Liqasında gecənin nəticələrindən sonra E, F, G, H qruplarında son vəziyyət ✔️ . . . . . #championsleague #championsleague2021 #cl2021 #cl #clfixtures #footballworld #futboldünyası #futboldunyasi https://www.instagram.com/p/CIU9DVwnwPa/?igshid=l63fcrhj0o0a
0 notes
elnur · 4 years ago
Photo
Tumblr media
70 ilə qədər və daha artıq yaşayan qartallar var. Ancaq bu yaşa çatmaq üçün, hər bir qartal qırx yaşında çox ciddi və çox çətin bir qərar vermək məcburiyyətindədir. Qartal 40 yaşa çatanda pəncələri sərtləşir, gevşəkliyini (elastikliyini) itirir və bu səbəbə görə də ovunu qavrayıb tutması çətinləşir. Dimdiyi (qaqası) uzanır və sinəsinə doğru qıvrılır. Qanadları yaşlanır və ağırlaşır. Tükləri qartlaşır və qalınlaşır. Artıq qartalın uçması tamamilə çətinləşir və beləliklə qartal iki variantdan biri seçməlidir. - Ya ölümü seçməlidir. - Ya da yenidən doğuş adlandırılan çətin və ağrılı peryodu keçməlidir. Bu yenidən doğuş müddəti təxminən 150 gün çəkir. Bu yöndə qərar verən qartal bir dağın zirvəsinə doğru uçaraq qaya divarlardan olan yuvaya yerləşir. Qayalıq ərazidə yuva qurduqdan sonra qartal öz dimdiyini sərt bir şəkildə qayaya vurmağa başlayır. Bir müddət sonra qartalın dimdiyi yerindən qopub düşür və qartal daha bir müddət yeni dimdiyinin çıxmasını gözləməyə başlayır. Dimdiyi çıxdıqdan sonra yeni dimdik qaqası ilə pəncələrini (caynaqlarını) bir-bir qopararaq səbrlə yeni pəncələrin (caynaqların) formalaşmasını gözləyir, yeni pəncələri çıxdıqdan sonra isə bu dəfə qartlaşmış tükləri yolmağa başlayır. Nəhayət 5 ay sonra qartal özünə əlavə 20 il və yaxud daha uzun müddət yaşama imkanı tanıyan yenidən doğuş adlanan bir peryodu tamamlayaraq hazır hala gəlir. Öz həyatımız boyunca tez-tez eynilə qartal kimi yenidən doğuş peryodu yaşamaq məcburiyyətində qala bilirik. Zəfər uçuşunu davam etdirmək üçün, bizə ağrı və acı verən keçmiş vərdişlərimizdən, adətlərimizdən və xatirələrimizdən qurtulmaq məcburiyyətindəyik. Ancaq keçmişin gərəksiz tullantılarından, artıqlarından qurtulduğumuzda təcrübələrimizin yenidən doğuşumuzun gətirəcəyi fövqəladə nəticələrindən tam olaraq yararlana bilərik. https://www.instagram.com/p/CEhI8qJjMdl/?igshid=144qxtapa9k1f
0 notes