#mübarizəyə
Explore tagged Tumblr posts
Text
Sevgi elə bir hissdir ki. Nə zaman qəlb evinə girər bilməzsən. O qədər varlığından bixəbər qalarsan ki, bir gün ona mübtəla olmamaq üçün mübarizəyə başlarsan. Amma bir də baxarsan ki, artıq gecdir. Nədir onu görəndə vücudunu bürüyən titrəyiş, ürəyinin yerindən qopacaqmış kimi döyünüşü? Onu görüncə əlinin ayağının bir-birinə dolaşması. Gözlərini gözlərindən qaçırmağın adı? Sevgi deyilsə, nədir? Amma Qəbul etmək istəməzsən Onu sevdiyini. Axı sevgi bir tərəfdən insanın əl-qolunu bağlayır, asılı edir sevdiyindən. Həm də sevilməyi hər kəs istər, amma sevmək, təhlükəlidi. Sevdiyin səni sevəcəkmi, bəlli deyil. Güclü insanlar əlçatmaz olanı sevərlər. Bir gün sevdiyinə qovuşa bilməyəndə, "onsuz da mənim olmayacağını bilirdim" demək üçün. Kimi sevilər, kiminə də sevdiyini uzaqdan sevmək qalar. Toxunmadan sevmək. Bir yerdə oturub azacıq da olsa vaxt keçirmədən onu kənardan izləmək. Sonsuz gözlənti içində qalmaq. Hər gözlərinin uzaqlara dalıb getdiyi anda yanında sevdiyini təsəvvür etmək. Bir də bu işin daha betər tərəfi də var. Uzaqdan sevdiyin, baxmağa qıymadığın insan gedib başqasıyla birləşdirər həyat yolunu. Bax o... Bəzən insan çox istədiyi bir şeyin xəyalını belə qurmaqdan qorxar. Bax sənin qura bilmədiyin bir xəyalı onunla bir başqası yaşayar. Bürünərsən matəm libasına. Əvvəldə rola girərsən. Sanki onu da, sevgini də əbədiyyətə yola salmış kimi apararsan özünü. Sonra biri yanında onunla eyni adı daşıyan birini anar, sən tənhalığa çəkilib hönkür-hönkür ağlarsan. İllər ötər. Sonra kənardan izləyərkən anlarsan birdən. Kimsə qəlbini çox pis qırıb sevdiyin insanın. Əllərin əsər, illər ərzində artıq keçdi deyə-deyə etdiyin təsəllilərin özünü aldadış olduğunu anlarsan. Divarlar üstünə-üstünə gələr, ətrafındakı yad insanlar belə hiss edər nəsə olduğunu. Yad baxışlar da üstünə-üstünə gələr hər şey kimi. "Kaş dərdini b��lüşəcək qədər yaxınında olsaydım" arzusu qopar ürəyindən. Quş olub yanına uçmaq istərsən. Bəlkə də, "bütün dərdlərini mənə ver" demək üçün danışmaq istərsən onunla. Əlinə aldığın telefona baxarsan dəqiqələrcə. Sadəcə bir zəng bəs edərdi əslində. Amma onu belə edə bilməzsən. Ağlarsan çarəsizliyinə. Şəkillərini izlərsən, yanında doğmaları. Yerində olmaq istərsən doğmalarının. Onunla zaman keçirməkçün. Amma sən uzaqsan. Eyni səma altında, eyni sərhədlər daxilində, amma uzaqdan-uzaq. Yenə də bir arzu bitirər səni. Bir kitabda oxuduğun cümlədən doğulan arzu. "Kaş ki, səma güzgü olsaydı". Arzusu.. Sən onun gözlərinə həsrətkən, başqalarının onu incidə bilməsi bitirər səni. Əgər səma güzgü olsaydı ən azı görərdin onu, bu qədər həsrət qalmazdın. Hər gecə ağlayaraq yatarsan, amma səhər gülərək oyanmağa məcbursan. Çünki kimsə bilmir onu. Özlüyündə "kaş bir gün heç olmaya bircə saat danışa bilsəydik..." deyə düşünərsən. Bilirsən ki, ötüb keçən zaman bu şəhərin dəli xəzrisi kimi səni ondan uzaqlara sovurur. Zamanla yarışacaq gücün olmadığını anlarsan. Bir gün bir fotoşəkli çıxar qarşına. Alnında yer eləmiş qırışları ox olub batar qəlbinə. Yaşlanıb sevdiyin. Ağlarsan. Sonra illərlə unutdum, əvvəlki tək sevmirəm artıq deyə aldadarsan özünü. Bir gün qəflətən qarşılaşarsan. Anlarsan. Sən həmin illər öncəki saf aşiqsən hələ də. O isə.. Gözləmədiyin halda ən böyük zərbə elə illərdir qəlbində gəzdirdiyin o insandan gələr sənə, amma yenə də nifrət edə bilməzsən ona. Bütün hisslərin əsəblə hüdudlanar. Dayandıra bilməz qəlbini. Qəlb vurduqca sevər yenə. Bir gün anlarsan boşuna çabaladığını. Bir kitab oxuyarsan, qəhrəmanda özünü taparsan. O qəhrəman deyər ki, "həyat bir dəfə oynanılan qumardır, mən onu uduzmuşam". O gün bitər çabalamaların. Boş verərsən artıq. Boğulduğun niyələri də, içində boğulduğun hekayəni də qəlbinə gömərsən. Anlarsan ki, qumar dedikləri həyatda, sən sevgini uduzmusan. Artıq haradadır, kimlədir, necədirlərlə özünü yormadan davam edərsən. Haradan baxsan sevmək bilə istəyə uçurumdan aşağı atılmaqdı, əminsən, amma peşman deyilsən. Çünki, illərdir böyütdüyün o sevgiylə bir nəfəri deyil, bütün insanlığı sevə bilirsən. Sevgi dediyin budur.
18 notes
·
View notes
Text
Sən özünə lazımsan❤️🔥
Bəzən çox çətin vəziyyətlər yaşaya bilərsən.Qərarsızlıqlar,özgüvənsizlik və özünə qapalılıq.Bu vəziyyətlərin əsiri olma!Qır zəncirlərini,izin vermə səni idarə etsinlər!
Gülümsəyi heç vaxt unutma✨Vəziyyət nə qədər pis olursa olsun,özünə motivasiya ol.💜Hər şeyə rəğmən mübarizəyə davam et!
21 notes
·
View notes
Text
Bizim problemimiz fikir ayrılığı deyil. Danışsaq, anlaşarıq. Dinləsək, başa düşəcəyik. Ancaq problemləri anlamaq, dinləmək və ya həll etmək lazım deyil. Biz bütün münasibətləri mübarizəyə çeviririk və xoşbəxt olmaqdansa doğru olmağı üstün tuturuq. Buna görə də anlamaqdan qaçırıq.
12 notes
·
View notes
Text
Qayğı əvəzi şiddəti layiq gördülərsə, sən şiddətə düşmən kəsil. Sevgidən məhrum edildinsə, dünyanı sevginə boğ. Yaş aldıqca daha çox gülümsə. Düşünmə ki, məsumiyyət heçdən ibarətdir. Məsumiyyətə toxun. Məsumiyyəti qorumaq üçün mübarizəyə qoşul. Aldığın zərbələrdən dolayı nifrətə düşkünləşmədən yaşlan. Yaşlandıqda da bəşəri sevginlə isit. Qəzəbinə yenik düşənlərdən deyil, qəzəbini məğrurca yenənlərdən ol. Və ən önəmlisi ölərkən nifrətin köləsi olaraq deyil, inancına sığınaraq dünya ilə bağlarını qopar.
3 notes
·
View notes
Text
ŞƏRH
COP29 iqlim dəyişmələri ilə mübarizəyə öz töhfəsini verdi - ŞƏRH
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan daha bir möhtəşəm tədbirə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına yüksək səviyyədə ev sahibliyi etdi. COP29-un Azərbaycanda keçirilməsi tarixi əhəmiyyət kəsb edən hadisə idi. Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində davamlı ictimai-siyasi sabitliyə və sosial-iqtisadi inkişafa nail olan ölkəmiz, qlobal miqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək potensialını bir daha nümayiş etdirdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
Onun sözlərinə görə, konfrans çərçivəsində qəbul edilən qərarlar onu deməyə əsas verir ki, Bakı platforması öz işinin öhdəsindən layiqincə gəldi.
“COP29-da qəbul edilən ən vacib qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1.3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılaşmanın əldə edilməsi oldu. Bakı Maliyyə Məqsədi 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə hər il ən azı 300 milyard dollar həcmində vəsaitin ayrılmasını nəzərdə tutur. Bu, olduqca əhəmiyyətli və digər COP tədbirlərində razılaşması mümkün olmayan yüksək hədəfə nail olmaq idi.
Bununla yanaşı, konfrans müddətində Paris Sazişinin 6-cı maddəsinin işlək vəziyyətə gətirilməsi və İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması qazanılmış əhəmiyyətli nailiyyətlərdəndir. Beləliklə, Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə iqlim dəyişmələri ilə mübarizəyə öz töhfələrini verdi”, - deyə G.Ağamalı vurğulayıb.
0 notes
Text
Mənə еlə gəlir ki, bu dil və ədəbiyyat uğrunda mübarizə, milli mənliyin qorunması uğrunda mübarizə, ölümdən qayıtmaq mübarizəsi inkişaf еtdikcə artıq siyasi mübarizəyə çеvriləcək, xalq azadlıq mübarizəsinə dönəcəkdir. Azərbaycanın günеyində xalq azadlıq mübarizəsi inkişaf еtdikdən sonra onlar da öz müqəddəratını təyin еdəcəklər.
© Əbülfəz Elçibəy
0 notes
Link
0 notes
Text
Deputatdan önəmli anons: " Yaxın zamanlarda, ya bir ildən sonra...
7 fevral prezident seçkisindən sonra Azərbaycanın yeni mərhələyə adlayacağı barədə proqnozlar davamlı şəkildə səslənməkdədir, bunun bir zərurət olduğu vurğulanır. Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a müsahibəsində həm seçkinin nəticələri, həm bundan sonrakı gözləntilərlə bağlı çox mühüm məsələlərdən danışdı:
- Fəzail bəy, 7 fevral prezident seçkisindən sonrakı Azərbaycanı necə təsəvvür edirsiniz?
- Əslində bu seçki Azərbaycan xalqının tarixinə çox önəmli səhifələr əlavə etdi. Mənim düşüncəmə görə, 2024-cü ilin 7 fevral seçkisi 2020-ci ilin Vətən müharibəsinin və 2023-cü ilin antiterror əməliyyatının məntiqi davamı, ona yekun vurmaq mərhələsi idi. Biz artıq bu seçki ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin edən digər hərbi-texniki vəzifələri siyasi mübarizə və siyasi qələbə ilə möhürlədik. Bu məsələ tamamilə bitdi. Xüsusilə ölkə Prezidentinin öz ailəsi ilə bərabər Xankəndidə seçkilərə qatılaraq səs verməsi mahiyyətinə görə olduqca mühüm tarixi hadisə idi. Bitdi bu məsələ! Azərbaycan müstəqillik əldə etdikdən sonra və əslində ondan da öncə başlamış, müstəqillik əldə etdikdən sonra aparmış olduğu çox gərgin, çətin, mürəkkəb mübarizəyə yekun vurdu. Biz təkcə Ermənistan deyilən cırtdan, süni, əsası, kökü olmayan bir ölkə ilə mübarizə aparmırdıq. Xüsusilə bizim üçün ən çətin məsələ onun arxasında duran nəhəng qüvvələrlə bağlı idi. Ölkə Prezidentinin çox diplomatik məharəti ilə bu nəhəng qüvvələrin bəziləri neytrallaşdırıldı. Bəziləri isə elə müharibə dövründə ermənilərlə bərabər müxtəlif səviyyələrdə əzildilər və biz yekunlaşdırdıq. İndi yeni bir mərhələ başlayıb, Azərbaycanın dövlətçiliyində, ictimai-siyasi, sosial-iqtisadi, hüquqi sistemində. Əvvəlki proseslərdə, ciddi hadisələrdə, yəni 2020-ci ilin Vətən müharibəsində, 2023-cü ilin antiterror əməliyyatında Azərbaycan xalqı dövləti, Ali Baş Komandanı ilə necə bərabər oldusa, 7 fevral 2024-cü ildə eynən prezidenti ilə bərabər oldu. Azərbaycan xalqının burada birliyinin, həmrəyliyinin, öz dövlətinə sahib çıxmasının təntənəsini gördük və ona sadiq olduğunun gününü yaşadıq. Bax, belə bir müstəvidə xalq artıq istər-istəməz bu səhifəni bağlayıb, yeni bir səhifənin açılma prosesinin içərisində olacaq.
- Konkretləşdirsək, yeni səhifələrin yazılmasına, islahatlara başlanılmasına haradan, nələrdən başlamaq lazımdır?
- Heç şübhəsiz, yeni mərhələnin yeni çağırışları olacaq. Düşünürəm ki, seçkinin əhval-ruhiyyəsi ilə müəyyən müddət keçəndən sonra ilk növbədə həyat səviyyəsinin yüksəlməsi, insanların yaşamı xüsusi olaraq qabaracaq. Növbəti illərdə bu məsələlər xüsusi olaraq önə çıxacaq. Eyni zamanda ölkə Prezidentinin hələ keçən dönəmdə elan etdiyi kimi, 2018-ci ildən başlamış olan islahatları daha da dərinləşməlidir, yəqin ki, bu istiqamətdə islahatlar aparılacaq. Xüsusi olaraq məhkəmə-hüquq sistemində aparılan islahatlar daha ciddi xarakter almalıdır. Sosial-siyasət, xüsusi olaraq pensiyalarla, aztəminatlı ailələrin təminatlı ilə bağlı... Şəhid ailələrinə, qazilərə təbii ki, dövlətin qayğısı çox yüksək səviyyədədir. Bunlar da zamanın və tələbin çağırışlarına uyğun olaraq önə çıxacaq. Təbii ki, siyasi sistemin özünün də təkmilləşməsinə, güclənməsinə ciddi ehtiyac var. Çünki cəmiyyətin siyasi sisteminin güclü olması və onun vahid mövqedən çıxış etməsi dövlətimizin, cəmiyyətimizin immunitetini gücləndirir və xarici, məkrli əllərin Azərbaycanın içərilərinə yeriməsinə imkan verilmir. Beləliklə, bu istiqamətdə də təbii ki, işlər daha intensiv olmalıdır.
- Konstitusiya dəyişiklikləri ilə bağlı gözləntiləriniz necədir?
- Yaxın zamanlarda, ya bir ildən sonra olacaq, deyə bilmərəm, düşünürəm ki, konstitusiya dəyişikliklərinə ehtiyac duyulur. Bu, ciddi sosial sifariş kimi önə çıxır və həmin idarəçilik sistemində konstitusion dəyişikliklər zəruridir. Baxın, ölkə Prezidenti özünün səlahiyyətli nümayəndələrini təyin edib və onların üstün səlahiyyətləri var. Başqa bir tərəfdən, rayon icra hakimiyyətləri var ki, səlahiyyətləri xeyli dərəcədə məhdudlaşdırılıb, mərkəzi icra qurumları ilə onların arasındakı münasibətlərin mövcudluğunda kifayət qədər anlaşılmazlıqlar, çətinliklər var. Deməli, bu idarəçilik sisteminin özünün də təkmilləşdirilməsinə ehtiyac duyulur. Partiyaların cəmiyyətdə yerinin və rolunun daha da artmasında mühüm rol oynayan "Siyasi partiyalar haqqında" Qanun qəbul olundu. Xüsusi olaraq siyasi partiyalarla bağlı Prezident Administrasiyasında xüsusi şöbənin yaradılmasının özü də dövlətin bu məsələyə ciddi əhəmiyyət verdiyini özündə ifadə edir. İndi bunun davamı olaraq təbii ki, partiyaların güclənməsi üçün fikrimcə, proporsional seçki sistemi bərpa olunmalıdır. Yəni qarışıq sistemlə qarışıq partiyaların cəmiyyətdə yerini və rolunu artıra bilərik. Bütöbvlükdə bu çağırışlar, həyata keçirilən tədbirlər Azərbaycan dövlətçiliyinin daha da güclənməsinə xidmət edəcək. Çünki hələ bizim qarşımızda çox ciddi çağırışlar var. İlk növbədə işğaldan azad olunmuş regionları yüksək səviyyədə bərpa edib, ora həmvətənlərimizin qayıdışını təmin etməliyik. Başqa bir tərəfdən, ölkə Prezidentinin də artıq önə çəkmiş olduğu Türk Dövlətləri Təşkilatının institusional səviyyəyə qalxması, onun beynəlxalq bir quruma, beynəlxalq təşkilata çevrilməsi üçün səylər güclənəcək. Burada Azərbaycanın daha ciddi rol oynaması şəksizdir. Aparıcı amil kimi Azərbaycan Türk Dövlətləri Təşkilatının bir ittifaqa, birliyə çevrilməsində özünün son dərəcə əhəmiyyətli töhfələrini verəcək. Hələ bilmirik ki, dünyada, regionda gedən digər proseslər bizə hansı sürprizlər yaradacaq? Bunun üçün dövlətimiz daha da güclənməlidir və məncə, prezident seçkisinin uğurla başa çatması da buna kifayət qədər ciddi zəmin yaratdı və buna doğru getməyimizə də geniş imkanlar açdı.
- Necə hesab edirsiniz, mövcud komanda Prezidentin qətiyyətli, ardıcıl, böyük hədəflərə istiqamətlənmiş siyasətini təqib etmək baxımından müasir tələblərə cavab verirmi? Komandada dəyişiklikləri zəruri sayırsınızmı?
- Bütövlükdə bu komanda ilə ölkə Prezidenti Vətən müharibəsini qələbə ilə başa çatdırdı. Məhz bu komanda ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olundu. Hər kəs öz müstəvisində, öz səlahiyyətləri çərçivəsində son dərəcə ciddi əhəmiyyət kəsb edən, taleyüklü məsələlərin həllinə köklənmişdi və öz səlahiyyətləri çərçivəsində bu istiqamətdə müvafiq tapşırıqları, vəzifələri yerinə yetirirdilər. Bəziləri daha yüksək, daha yaxşı, bəziləri daha zəif, bu məsələləri kənara qoysaq, bütövlükdə komanda tarixin çətin sınağından çıxa bildi, gərək bunu etiraf edək. Amma gəlin görək bu komanda bütövlükdə yeni çağırışlara eyni şəkildə cavab verə biləcəkmi? Təbii ki, bu, cənab Prezidentin səlahiyyətindədir, bütün bunların fərqindədir. Bu komanda bəzi istisnalar olmaqla faktiki olaraq növbəti 7 il ərzində üzərinə düşən dövlətçilik vəzifəsini ayrı-ayrı sahələrdə yerinə yetirməlidir. Buna indiki komandanın bütövlükdə nəfəsi çatacaqmı, ona potensialı varmı? Bəli, bunların içərisində yola davam edə biləcək kadrlarımız var. Ancaq bir sıra sahələrdə çatışmazlıqlar, süstlük də mövcuddur. İndiki çağırışlara uyğun olaraq təşəbbüskarlıq, problemlərin həllinə doğru atılmış olan cəsarətli addımları çox təəssüf ki, bəzən görmürük. Məncə, elə bir komanda formalaşacaq ki, çox ciddi çağırışlara cavab versin, Prezidentin nümunəsində qarşıya qoyulan vəzifələri yerinə yetirmək gücündə olsun. Mənim düşüncəmə görə, ən başlıcası, hakimiyyətin yuxarı pillələrində oturan insanlarda peşəkarlıqla bərabər, həm də yüksək vətənpərvərlik hiss olunmalıdır. Kosmopolitizm keçmir. Hətta baxın, Avropanın yüksək səviyyədə inkişaf etmiş ölkələrində belə, kosmopolitizm artıq buxarlanır, daha çox milli köklərə bağlılıq, dövlətin maraqları, xalqın mənafeləri önə çıxır. Bunu önə çıxaran siyasi partiyalar da xalqın etimadını qazanmağa başlayır. Təbii ki, Azərbaycanda da peşəkarlıqla bərabər, kosmopolitik fikirləri özündə ifadə edənlərin yüksək vəzifə daşımasına baxılmaldıır. Yüksək vəzifəyə gətirilənlər Prezident və Ali Baş Komandan İlham Əliyevdən məhz bu baxımdan da nümunə götürməlidirlər. Onun daşımış olduğu müsbət keyfiyyətlərin içərisində vətənpərvərlik öndə olmalıdır.
- Konstitusiya dəyişikliklərinin zəruri olduğunu bildirdiniz. Eyni zamanda cari ildə bələdiyyə və parlament seçkiləri ilə bağlı da gözləntilər var. Sizin məlumatlarınız nədən ibarətdir?
- Təbii ki, hər iki quruma seçkilər keçirilməlidir, bu, konstitusion tələbdir. Şükürlər olsun ki, həmin seçkilərin keçirilməsinə də hər hansı bir maneçilik yoxdur və görünmür də. Parlament seçkiləri ya bu ilin sonunda keçirilməlidir, ya da gələn ilin fevralında. Bundan o tərəfə keçə bilməz. Yaxın aylarda bütün bunlara aydınlıq gətirilməsinin şahidi olacağıq.
- Fəzail bəy, İlham Əliyevin rəqiblərinin çıxışlarını yəqin ki, izləmisiniz. Təklifləri, tənqidləri oldu. Siz digər 6 namizəddən hansını diqqətlə izləyirdiniz?
- O rəqiblərin hər birinə mənim hörmətim var. Onların bir neçəsi uzun illərdir bir yerdə parlamentdə çalışdığımız həmkarlarımdır. Eyni zamanda siyasi partiya rəhbərləridir. Həmçinin partiya mənsubiyyəti olmayanlara da hörmətim var. Ancaq mənim bir namizədim var idi, o da İlham Əliyev. Təbii, bunun fövqündə digər namizədlərin hansının daha cəlbedici fikirlər söyləməsi məni maraqlandırmırdı, maraq dairəmdə də deyildi. Bu baxımdan mövqeyimdə hər hansı dəyişiklik ola bilməzdi, bunu gözləmək də sadəlöhvlük olardı. Birmənalı şəkildə mən İlham Əliyevin prezidentlik uğrunda mübarizədə qalib gəlməsini arzulayırdım, bir vətəndaş olaraq, çoxmilyonlu xalqımızla bərabər buna çalışırdım. Azərbaycan xalqı mahiyyətcə qalib gəldi. Bu, həm də uduzanların qələbəsi idi, təkcə cənab Prezidentin deyil. Bütün xalqımız bu qələbəni əldə etdi. Hətta rəqiblərin özünün də qələbəsi kimi səciyyələnməlidir. Çünki qazanan dövlətimiz, xalqımız oldu. Digər 6 namizədin çıxışlarında da mən Vətənin, dövlətimizin əleyhinə hər hansı fikirlərin səsləndiyinin şahidi olmadım. Həm də onlar düşüncə etibarilə bu cür mövqedən çıxış edən insanlar deyillər. Uğurlar olsun! Hər halda, onlar özlərini bir daha cəmiyyətimizə təqdim etdilər. Cəmiyyətimizdə mövcud olan problemləri önə çəkdilər, qabartdılar. Yəqin ki, ölkə Prezidentinin yeni komandasında bütün bunların mümkün olanları gələcəkdə reallaşacaq, bunun özü də müsbət haldır və prezident seçkisində xalqımıza, dövlətimizə verilmiş töhfələrdən biridir.
- Xaricdən Azərbaycana təzyiq kampaniyası səngiyəcəkmi? Seçkiləri pozmaq üçün hərəkətə keçənlər bundan sonra susacaqlarmı?
- İnanmıram. Epizodlar olacaq, ancaq nəticə etibarilə bir neçə aydan sonra onlar da susmaq məcburiyyətində qalacaq. Çünki qaliblər mühakimə olunmur, qaliblər həmişə önə baxır və daha yeni-yeni uğurlar əldə etmək üçün düşünür. Bizim Prezidentimiz bu baxımdan dünyada öndə olan siyasətçilərə bir nümunədir. Deyilənlər də nə Azərbaycan dövlətçiliyinə, nə cənab Prezidentin mövqeyinə, nə də müəyyən etmiş olduğumuz hədəflərə hər hansı bir təsir göstərmək gücündə olmayacaq.
“Musavat.com” saytı
Elşad Paşasoy
10 fevral 2024-cü il
https://www.musavat.com/news/siyasi-sistemin-ozunun-de-tekmillesmesine-ciddi-ehtiyac-var-millet-vekili_1043707.html
0 notes
Text
AÇ:
Bu gün 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında Avropa çempionatının ilkin və əsas mərhələsinin püşkü atılıb. Metbuat.org xəbər verir ki, Azərbaycan millisinin də, final mərhələsi 2023-cü ildə Xorvatiyanın Poreç şəhərində keçiriləcək qitə çempionatındakı rəqibləri müəyyənləşib. Mübarizəyə əsas mərhələdən başlayacaq Ağatahir Əzimovun baş məşqçisi olduğu milli 5-ci qrupda…
View On WordPress
#Ağatahir#arasında#atılıb#Azərbaycan#başlayacaq#çempionatındakı#çempionatının#Əzimovun#futzalçılardan#Herseqovina#keçiriləcək#komandalar#komandaları#mərhələdən#Mərhələnin#mərhələsinin#məşqçisi#mübarizəyə#müəyyənləşib#oyunları#püşkü#qarşılaşacaq#şəhərində#tarxilərində#Yunanıstan
0 notes
Text
Dəyəri bilinməyən hisslər bəzi ruhlarda sonradan nifrətə çevrilsə də, mənim hisslərim üst-üstə yığılıb içimdə gücləndilər. Özlərinə yuva qazıb kök saldılar, sonra həmin yuvadan hayatıma dönüş edirdilər. Hər şey xarakterdən asılıdır: kiminin sarsılıb küsmək vərdişi insanı zəiflədir, onu qorxaq bir şəxsə çevirir, qorxu isə insanı həmişə tabe olmağa sövq edir. İnsanı əzən, onu bir növ köləliyə sürükləyən zəiflik də buradan qaynaqlanır. Bitib tükənməyən iztirablarım isə mənə əzab çəkdikcə daha da güclənən bir iradə verdilər və ruhumu mənəvi zərbələrlə mübarizəyə hazırladılar.
27 notes
·
View notes
Text
Savaş sizi seçəndə nə edirsiz?
Nə edirsiz qapınıza çağırmadığınız gələndə?Seçmədiyiniz,öncədən görə bilmədiyiniz..
Həyat hər zaman asan olmur.
Bəlkə də indi həyatınızın ən çətin zamanındasınız.
Zamanla çətinlik çəkirik,ağrı da.
Əsas Sizin necə reaksiya verəcəyinizdir.Bəzən həyat çətindir.
Asan-variant deyil.
Bir söz var,əgər yolun çox asandırsa demək düz yolda deyilsən.
Amma ,mübarizəyə Dəyər.İnanmağa Dəyər.Özünə şans verməyə dəyər.Yorulmadan mübarizə aparıb yenilməməyə Dəyər!
Bacararsız bunu?
Siz ömür boyu öz savaşınızda ola bilərsiz.
Əsas ətrafınızda nə baş verdiyi deyil,daxilinizdə baş verənlərdir.
Qorxunun Sizə sahiblənməsinə yol verməyin.
Dediyiniz hər bir fraza sizi təyin edir.
“ bacarmıram” “gücüm qalmayıb” “çox səhvlər etmişəm” “məni dinləyəcək biri yoxdur” “heç kim mənə kömək edə bilməz” “pis hərəkətlərə çox yol vermişəm”
Bilmirəm hazırda hansını deyirsiz,amma bunları dedikcə sonunda sizin reallığınız olacağı dəqiqdir.
Hər dəfə Ölüm hökmünüzü oxumaq istədikdə Yaşamaq hökmünüzü verin.
Mən təkrar-təkrar ayağa qalxacam.
Geriyə bir addım da atılmayacaq.
Psixoloji davamlılıq vacibdir!
Ağrınız-ömürlük deyil.Siz bundan keçə bilərsiz. İnanın, o ağrıdan daha üstünsünüz.
Ağladığınız ilk dəfə DEYİL.
Nəfəsiniz çatmadığı ilk dəfə DEYİL.
İlk dəfə deyil dəqiq çıxış yolu görmədiyiniz.
Qəlbinizin qırıldığı ilk dəfə deyil.
“Mən bu hekayəni danışmaq üçün yaşayacağam” deyin!
Bu da keçəcək.Mən bu mübarizənin qalibi olacam!
Sizi sındırmaq istəyən,durdurmaq istəyən ,arzularınızı məhv etməyə çalışanlara səhv olduqlarını sübut edəcəksiz!
Sevgiylə qalın..✨🌞
33 notes
·
View notes
Text
Həyatdan nə istədiyini bilməyən kimsələr havada asılı qalmış ip kimi bir gün kiminsə onu dartmasını və ya işə yarayacağı günün gəlib çatmasını gözləyir. Bir kədər halı var üstümüzdə, səbəbini bilmədiyimiz və ya bilib də görməzdən gəldiyimiz yaralarımızdan, yaşanmışlıqlarımızdan geridə qalanlardır, bəlkə də başqa anlaşılmaz qalan şeylərdir. Kədərin səssizcə bütün ruhumuza çöküşü bizim bundan zövq almağımıza səbəb olub, alışmışıq çünki ona, həyat tərzimiz edib düz mərkəzə qoymuşuq. Həyata baxışımız illərimizi qara boşluq kimi keçirib geridə 1-2 xoşbəxtlik qırıntısı qoymağımıza səbəb olur. Soyuq mesajlara və il ərzində şablon olaraq təkrarlanacaq hal-əhval tutmalara sığdırmışıq münasibətlərimizi. Kimə çox dəyər veririk, kimə vermirik yavaş-yavaş hafizəmizdən silinməyə başlayıb, artıq kim uzun müddətdir həyatımızdadırsa ona alışıb bizim üçün çox dəyərli olduğunu zənn edirik. Sözügedən şəxslər haqqında isə dərin düşünsək ən kiçik fikrimiz olmur bəzən, məsələn gecə nələri düşünüb kədərlənər və ya hansı kitabın cümləsini oxuyarkən ürəyindən vurulmuşa dönər. Üzdən və bayağılaşmış münasibətlərin, məqsədsizliyin və özümüzə bənzəyən insanların arasında kim olduğunu tapmaq arayışına girmək cəsarət istəyir, çünki nəticədə hər kəs digərlərindən fərqli və əvəzolunmaz olduğunu zənn edir, öz kimliyini anlamadan. Bəzən də bir sual fırlanır beynimdə, biz həmişə zaman və məkan ünsürlərini dəyişməklə məqsədsiz yaşayıb nə etməli olduğumuzla məşğul olmuşuq, yoxsa uşaqlığımızdan bu günə tər çiçəklərimizi mübarizəyə tab gətirə bilməyib soldurmuşuq?
18 notes
·
View notes
Text
Fəsillərin dəyişirilməsi kimidir ruhun dəyişməsi. Çiçək açana qədər küləklə, yağışla, fırtınayla mübarizəyə qoşular. Günəşin doğuşu kimidir, ruhun nəfəs tapması. Bir anda yağışdan sonra parlayar və göyqurşağı yaranar. Kədər son tapmasa belə, sevinc hər daima qazanar...
32 notes
·
View notes
Text
Sənə qayğı əvəzi şiddəti layiq gördülərsə, sən şiddətə düşmən kəsil. Sevgidən məhrum edildinsə, dünyanı sevginə boğ. Yaş aldıqca daha çox gülümsə. Düşünmə ki, məsumiyyət heçdən ibarətdir. Məsumiyyətə toxun. Məsumiyyəti qorumaq üçün mübarizəyə qoşul. Aldığın zərbələrdən dolayı nifrətə düşkünləşmədən qocal. Qocaldıqca da bəşəri sevginlə isit. Qəzəbinə yenik düşənlərdən deyil, qəzəbini məğrurca yenənlərdən ol. Və ən önəmlisi ölərkən nifrətin köləsi olaraq deyil, inancına sığınaraq dünya ilə bağlarını qopar.
4 notes
·
View notes
Text
"Fransanın anti-Azərbaycan mövqeyi Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsində çətinlik yaradır" - DEPUTAT
"Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın Tərəflər Konfransının 29-cu sessiyası, COP29-a ev sahibliyi etməklə planetimizi narahat edən qlobal istiləşmə ilə mübarizəyə öz töhfələrini verdi. Qlobal əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi ilk öncə ölkəmizin beynəlxalq müstəvidə qazandığı nüfuzun göstərici, regional liderliyinin təcəssümüdür. Bakıda keçirilən COP29 Cənubi Qafqaz üçün mühüm hadisə olmaqla yanaşı həm də regionda bir ilkdir".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın uğurları artdıqca qazandığımız nəaliyyətləri gözü götürməyən qüvvələrin də fəallaşması müşahidə olunur:
"Fransa həmin anti-Azərbaycan qüvvələrinin önündə dayanmaqla ölkəmizə qarşı düşmənçilik mövqeyi sərgiləyir. Onların COP29-u hədəf alan yanaşmaları əslində regionda olan geosiyasi maraqlarının ifadəsidir.
Rəsmi Paris Ermənistan üzərindən bölgəyə daxil olmaqla neokolinalist siyasət həyata keçirmək istəyir. Təbii ki, Yelisey Sarayının neqativ addımları Azərbaycan tərəfindən neytrallaşdırır və bu onları beynəlxalq arenada çıxılmaz vəziyyətdə qoyur. Xüsusilə cənab Prezident İlham Əliyevin Qoşulmama hərəkatı və müxtəlif platformalarda Parisin imperialist siyasətini hədəf alması və bunu müasir dünyamız üçün utancverici bir hal kimi qiymətləndirməsi Fransanın nüfuzunu zərbə vurur.
Fransanın anti-Azərbaycan mövqeyi Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün təmin edilməsində çətinlik yaradır. Onların Ermənistanı silahlandırması İrəvanı növbəti müharibəyə təhrik edir".
"Sonxeber.az"saytı
22 Noyabr 2024-cü il
https://sonxeber.az/350084/fransanin-anti-azerbaycan-movqeyi-cenubi-qafqazda-uzunmuddetli-sulhun-temin-edilmesinde-cetinlik-yaradir-deputat
0 notes
Text
Siyasi maarifçilik mərhələsinə ədəbiyyat mərhələsi də dеyilir. Burada ədəbiyyat daha çox cəmiyyəti siyasiləşdirməyə, siyasi təfəkkürlə tanış еtməyə, siyasi təfəkkürü mənimsəməyə kömək еdir. Üçüncü mərhələ açıq siyasi mərhələdir – burada partiyalar yaradılır, qruplaşmalar və yaxud cəbhələr yaranır və bunlar açıq siyasi mübarizəyə kеçirlər.
© Əbülfəz Elçibəy
0 notes