#kncfli
Explore tagged Tumblr posts
kncfli · 3 years ago
Text
Allah sənə vermiş gözəlim bir elə göz qaş,
Bilməm ki mələksən ya bəşərsən qalıram çaş.
Sənsiz mənim ey yar nə dəqiqəm anım olsun,
Onnansa mənin canım alan cananım olsun.
Canana fədadır nə qədər imkanım olsun,
Cismimdə mənim saysız –hesabsız canım olsun,
Hər gün birini naz ilə məndən alasan kaş.
Zülfün özü tək hali pərişan eliyəndür,
Ləli ləbüvün fikri ürək qan eliyəndür,
Əndami-lətifün bizi heyran eliyəndür,
Hüsnün gözəlim eşqidə cövlan eliyəndür,
Çatdıqda çatır çatmiyana atdı o bir daş.
Yazmış adıni surəsi Qurani-şərifin,
Çox güclüdü eşqin küləyi yoxmu xəfifin?
Yoxdur davami məndəki bu təni-zəifin,
Aşiqləri diz çökdürüb əndami-lətifin,
Qoyduqda ayağın yerə hətta qoyulur baş.
Nurdan da, işıqdan da, ziyadan da, gözəlsən,
İsmətdən abırdan da həyadan da gözəlsən,
Aydan da günəşdən də səmadan da gözəlsən,
Hüsnündə gözəlsənsə vəfadan da gözəlsən,
Gör bir nə gözəllikdə yaratmış səni nəqqaş?
Getsən hara kölgən olub ey gül gələrəm mən,
Səndən gözəlim bəzmi vüsalın dilərəm mən
Baxsa sənə əğyar onu vallah bölərəm mən.
Bir gün səni gəl görməsəm ey gül ölərəm mən,
Qəlbimdə qubar həsrəti –eşqində gözüm yaş.
Bir dəfə baxıb xalına ruyində öleydim,
Bihuş eliyeydi məni buyin də öleydim,
Göz yaşımın əlbəttə ki suyində öleydim
Qəsdim budur axır səri- kuyində öleydim
Kuyin mənə bir doğma vətən mən də vətəndaş.
•Məşədi Baba
10 notes · View notes
kncfli · 3 years ago
Text
Sevmək və sevilmək ən gözəl hissdi
Bundan da gözəl çağ tapmadım mən
İsdədim eşqimi yazım dağlara
Eşqimnən də böyük dağ tapmadım mən
Əvvəllər bilməzdim aldanmaq nədi
İndi hər sözünə aldanıram mən
Sən heç bilmirsən qısqanmaq nədir
Səni güzgüyədə qısqanıram mən
Dünyada qalmağa vaxtımda yoxdur
3 günlük dünyadır məndən almısan
Sevdiyim yadıma salmıram səni
Çünki ürəyimdə məskən salmısan
Mənə nifrət etsən belə əzizim
Mən səni sevirəm qınama məni
Bütün sınaqları eylə əzizim
Vaxtsız gedişinlə sınama məni
Nə mən ağlıyıram sənin dalınca
Nə səni Allahdan mən diləyirəm
Bunlar lazım deyil
Sadəcə səni ömürlük sükutla yad eyləyirəm
Alimlər rəssamlar olsa müştərək
Yenə səni dəqiq təsvir etməzdi
Sevdiyin insanda sevsəydi səni
Mənə heç bu qədər təsir etməzdi
Dostluq qoyaq adını
Biz bu sevgini qarşımızda dursa dünya yeridək
Dostluq saman olsun sevgimizdə su
Gəl saman altından dərya yeridək
Niyə belə qəfil küsüşdük axı?
Sevib sevilərdik deyirəm yəni
Qırdığın qəlbimdə cümlələr qalıb
Biridə budur ki sevirəm səni
Ayrılıq bəhrəsi yetişən zaman
Yarımın qüruru iftixar etdi
Göz yaşım çıxaraq kipriyim üstə
Tullanıb aşağı intihar etdi
Biz bütöv olanda xoşbəxt olardıq
İndi o bütövdən təni silirsən
Əvvəl göz yaşımı silərdin mənim
İndi yerli dibli məni silirsən
Axı biz nə zaman qovuşacayıq?
Heçkimsə etdiyin sorağı bilmir
Uzaq görənlərdən soruştum bunu
Onlarda o qədər uzağı bilmir.
9 notes · View notes
kncfli · 3 years ago
Text
Bugün yolum düşdü qəbistanlığa
Orda zaman qışdı, dövran yatıbdı,
Sanki pıçıldaşdı hər məzər daşı,
“Şair asta yeri, insan yatıbdı”.
Pul işləmir orda, qiymətsizdir zər,
Sərdar hökm eyləmir, işləmir nökər.
Nə zəhmət var orda, nə alında tər,
Ağadan yuxarda çoban yatıbdı.
Eşitsən Qəmkeşi, ədalətli ol,
Xalqa hakim olsan mərhəmətli ol.
Əgər varın varsa səxavətli ol,
Şöhrət yuvasında şeytan yatıbdı.
7 notes · View notes