#keçirməyə
Explore tagged Tumblr posts
javadovahzaynab · 1 month ago
Text
Tumblr media
Gənclər, uşağlıq xəyalımı həyata keçirməyə başladım. Kitab yazıram…
Bəzən kitabdan alıntıları instagramda @_Zenobia16_ hesabında paylaşacam. Diqqətinizi çəksə keçid edib izləyə bilərsiniz🫶
25 notes · View notes
manamoora · 4 months ago
Text
Titanik batdığında milyoner John Jacob Astor gəminin içindəydi... Bank hesabındakı pulu 30 Titanik hazırlatmağa yetərdi. Titanik gəmisi batmağa başlayıb ölümlə burun-buruna gəldiyində vicdanlı olaraq doğru gördüyü şeyi seçdi və iki qorxmuş uşağı xilas etmək üçün xilasedici qayıqdakı yerini uşaqlara verdi.
Amerikanın ən böyük mağazalar şəbəkəsi olan Macy's'in ortaq sahibi milyoner İsidor Straus da Titanikdə idi və belə dedi..
"Xilasedici qayığa əsla digər insanlardan öncə minməyəcəm."
Həyat yoldaşı İda Straus da qayığa minməyi rədd etdi və yerini şəxsi xidmətçisi Ellen Bird'ə verdi. Həyatının son anlarını əri ilə keçirməyə qərar verdi.
Bu zəngin insanlar əxlaqi və vicdani dəyərlərini itirməmək üçün sərvətlərindən və həyatlarından vaz keçməyi seçdilər.
21 notes · View notes
ogunbugundur · 7 months ago
Text
depressiya məni ələ keçirməyə çalışır
23 notes · View notes
anar-abasow · 1 year ago
Text
Həyatımda verdiyim ən yaxşı qərar hamıyla arama məsafə qoyub uzaqlaşmaq, kürəyimi özümə söykəmək və təklikdən həzz almaq oldu. Bəli, ilk başlarda çətin olsa da, əslində günlər, həftələr, aylar keçdikcə özünlə vaxt keçirməyə öyrəşirsən.
38 notes · View notes
fffloweeer · 12 days ago
Text
Sevgi və hörmət vacib olduğu kimi, emosional bağlılıq da önəmlidir. Lakin bəzən zaman keçdikcə insanlar bir-birinə emosional cəhətdən laqeyd yanaşmağa başlayırlar. Bu, münasibətlərdə gizli təhlükədir deyərdim. Bu özünü qarşındaki insanın hisslərinə diqqətsizlik, marağın azalması və ünsiyyətin «səthiləşməsi» ilə özünü göstərir. İnsan münasibətdə olsa da, tək hiss edə bilər. Bu problem əksər hallarda ani deyil, tədricən yaranır: iş, stress, gündəlik qayğılar və s.insanları bir-birindən uzaq sala biləcək səbəblər..
Qarşısını almaq üçün də yalnız bir-birinin hisslərinə həssas yanaşmalı, açıq ünsiyyət qurmalı və birlikdə keyfiyyətli vaxt keçirməyə önəm verməlidirlər. Münasibətlər, təkcə sevgi etirafları ilə deyil, daim qayğı və diqqətlə bəsləndikdə möhkəm olur.
6 notes · View notes
pistanthrophob · 2 months ago
Text
Normalda gecələri yatmıram. Ancaq öz evimdə olanda necəsə başımı qatmağa bir şey tapıram. Bura gələndə isə gecə yuxusuz qaldıqda vaxt keçirməyə bir şey olmur. Sadəcə mən və bu yad ev. Postlarımın bir çoxunu da burda atmışam. Susdurmağa çalışdığım düşüncələrin səsi burada məni narahat etməyə başlayır. Mən də yazıram. Bəlkə onlardan qaça bilərəm deyə yazıram
6 notes · View notes
papatyalarvazgeciskokar · 4 months ago
Text
"Gözümüzü açıb-bağlayırıq, baxırıq ki, vaxt keçib gedib. Çox vaxt özümüzə söz veririk ki, bu gün başlayırıq həyatımızı dəyişdirməyə, ya da planlarımızı həyata keçirməyə. Amma bu gün sabah olur. Sonra bir gün daha... Bir gün daha... Qarşımıza qoyduğumuz hədəflərdən yayınaraq tamamilə başqa yönə, başqa məqsədlər dalınca qaçırıq. "
6 notes · View notes
qulumemmedovv · 2 years ago
Text
Dünyanın ən möhtəşəm əsərlərini yaradan incəsənət adamları milyonlara zövq bəxş etsə də, yaxınlarına ən çətin, bəzən dözülməz deyiləcək dərəcədə əzab verici insanlar olublar. Çünki onların öz dünyasında qaydasında olmayan çox şey var idi. Həyat sorğulamaları, enişlər, çıxışlar - qısası mənəvi izdirablar və bunun bədənə yansıyan fiziki izdirabları. Nə danışmağı çox istəyiblər, nə də çox sevilməyi. Onların tərk dərdi anlaşılmaq olub əslində. Dünyanın minbir çirkabının içində anlaşılmaq.. Günlərlə danışmaq istəməyəndə sevgisizliklə ittiham ediləndə, özüylə vaxt keçirməyə, meditasiya üçün, yeni əsərlər yaratmaq üçün yalnızlığa önəm verəndə eqoist adlandırıldığı anda üzr istədiyi çox olub bəlkə də, amma başqasının könlünü almağa çalışdıqca anlaşılmadığına görə üzrxahlıq etmək onların ruhunun girdablarını daha da keçilməz edib. Çünki qəlbinin qırıldığını ən doğmasına izah etmək onlar üçün dözülməz idi. “Məni incitmisən” deyə bilməyəcək qədər qürurlu və həssas insanlar olublar. Düşünəndə necə də çətin gəlir hə? Yaxınlarının anlamadığını milyonlar sonradan anlayırdı, bəs milyonlar onun yaxını olsaydı bunun qaldırardımı? İnanmıram. Çünki insanoğlu budur, özü üçün, özünə aid, özünəməxsus.
50 notes · View notes
feride11 · 2 years ago
Text
Həyatda hər zaman çətinliklərlə üzləşəcək və yorğun düşəcəksən. Bəzən yalnız hiss edib,davam etmək istəməyəcəksən. Lakin bir şeyi unutmamalısan, həyatda heç bir nailiyyət asanlıqla əldə edilmir. Yorulacağın, yıxılacağın zamanlarda davam etməkdən əl çəkmə! Əksinə bu sənə dahada güc qatsın, səni daha çox motivasiya etsin. Çünki bu yolda addımladığın zaman çəkmisən bu qədər əziyyətləri. Bir çevril arxaya bax. Əvvəl harda idin? İndi harda? İndiyə qədər çəkdiyin əziyyətləri, gəldiyin bu yolları, heçə saya bilməzsən. Hər yıxıldığında düşün: Xəyallarını həyata keçirməyə nail olmusan. Bacarmısan. Bunu düşün və ayağa qalx! Unutma hər şey bir addım atmağla başlayır. Və səni hər zaman eşidən bir Rəbbin var...🩵
29 notes · View notes
arcieree · 2 years ago
Text
Həyatda hər zaman çətinliklərlə üzləşəcək və yorğun düşəcəksən. Bəzən yalnız hiss edib,davam etmək istəməyəcəksən. Lakin bir şeyi unutmamalısan, həyatda heç bir nailiyyət asanlıqla əldə edilmir. Yorulacağın, yıxılacağın zamanlarda davam etməkdən əl çəkmə! Əksinə bu sənə dahada güc qatsın,səni daha çox motivasiya etsin. Çünki bu yolda addımladığın zaman çəkmisən bu qədər əziyyətləri. Bir çevril arxaya bax. Əvvəl harda idin? İndi harda? İndiyə qədər çəkdiyin əziyyətləri, gəldiyin bu yolları, heçə saya bilməzsən. Hər yıxıldığında düşün: Xəyallarını həyata keçirməyə nail olmusan. Bacarmısan. Bunu düşün və ayağa qalx! Unutma hər şey bir addım atmağla başlayır. Və səni hər zaman eşidən bir Rəbbin var...🩵
20 notes · View notes
mysticaldream · 7 months ago
Text
Mənimlə ömür keçərmi? dedim. Sənlə keçirməyə ömür yetərmi? dedi. Bu mənə bir ömür bəs etdi.
Özdemir Asaf
4 notes · View notes
justsky13 · 2 years ago
Text
Kənardan nə qədər sağlam, yaxşı görsənirəm bilmirəm, amma mən heç yaxşı deyiləm. Bəzən aşırı soyuq, hissiz, bəzənsə bütün hislərin qarışığıyam. Nə edirəm, necə edirəm bilmirəm. Sadəcə günləri keçirirəm, ya da keçirməyə çalışıram deyim. Ümumən bilmirəm, yaxşı deyiləm yəni.
38 notes · View notes
vusalblogs · 2 years ago
Text
Tək başıma vaxt keçirməyə başladığımda anladım, digər insanlarla nə qədər çox vaxt itirdiyimi.
15 notes · View notes
narcissus0409 · 2 years ago
Text
Bir müddət sonra anlayırsanki , insanlarla münasibəti ,dostluğu gözəl şəkildə davam etdirmək üçün aranizda oxşarliğin çox olmasından daha önəmli birşey varsa, oda fərqli yönlərinizin bir birini tamamlamasi olur . Oxşar yönlərimiz bir birimizi daha yaxşı anlamağa səbəb olar, fərqli yönlərimiz isə daha əyləncəli vaxt keçirməyə. Fərqli yönlərinizi tamamlayan insanlari sevin💫
3 notes · View notes
bilinmeyen-heqiqetler · 2 years ago
Photo
Tumblr media
I Əvvəla onu qeyd edim ki, Quranda heç bir bayram adı keçmir. Bayramların hamısı xalqların adət-ənələrindən yaranmışdır və keçirməkdə zərərli heç nə yoxdur. Necə ki, Qurban və Ramazan bayramları (quranda olmadığı halda) keçirilirsə, digər bayramları da keçirmək olar, eynilə Yeni il bayramını və Novruz bayramını da. Burda haram heç nə yoxdur, haramlar zatən quranda açıq yazılıbdır, bu haramları etmədikcə istənilən bayram keçirmək olar. İnsanlar ad günü və toy şənliyi keçirməyə halal baxır amma bayram keçirəndə buna haram deməsi səmimiyyətsizlikdir sadəcə. Bu Şənlik və bayramların keçirilməsində heç bir günah yoxdur. Novruz bayramındakı adətlərin bir tək Tonqalın üstündən tullanarkən oda dua edilməsidir, bunu etmək şirkdir, tonqal qalamaq günah deyil amma, zatən insan bir çox hallarda tonqal qalayır. Dua yalnız Allaha edilər, Allahdan qeyrisinə etmək şirkdir. Haram olmayan hər şeyi etmək olar, islam zatən sevgi və sevincdir, insanları sevindirmək və sevmək mömin əxlaqıdır, inşaAllah. Münafiqlərsə bayram sevməz, sevinmək və gülmək onlara görə haramdır, musiqi haramdır, incəsənət haramdır. Onlar kədərlənməyi sevər, ağlamağı, yas saxlamağı, ancaq neqativ işləri sevərlər və bunu da islam deyə öz batil, xurafat, müşrik dinlərinə (məzhəblərinə) Allahın hökmü deyə yazmışlar. Haram olan bu cür xurafatlara əməl etməkdir, Allah adına yalan danışmaqdır. Novruz bayramı hz. Xızırla əlaqəsi də vardır, bunu Azərbaycan folklorunda Novruzla bağlı şeirlərdə də görmək mümkündür. Xızır sözünün mənası da yaşıl deməkdir. Səməni simvolu da onunla əlaqəlidir eyni zamanda. Novruz bayramına Xıdır (Xızır) Nəbi bayramı da deyirlər. #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #novruz #bayram #xizir #xidir https://www.instagram.com/p/CqAnUocIjUy/?igshid=NGJjMDIxMWI=
6 notes · View notes
gunayagamali · 7 days ago
Text
Tumblr media
"Avropa İttifaqı saxta demokratiya şüarları altında hər zaman öz iradəsini diqtə etməyə çalışır" – DEPUTAT
Gürcüstan nümayəndə heyətinin Avropa Şurasının Parlament Assambleyasında iştirakını dayandırması rəsmi Tiflisin prinsipial və qətiyyətli mövqeyinin təzahürüdür.
Avropa İttifaqı saxta demokratiya şüarları altında hər zaman öz iradəsini diqtə etməyə çalışır. Onlar ölkələrin daxili işlərinə müdaxilə edir, reallıqları görməzdən gələrək prosesləri istədikləri kimi fərqli kontekstdə təqdim edirlər.
Lakin Gürcüstan hakimiyyəti və baş nazir İrakli Kobaxidze bir daha Brüsselin diqtəsinə boyun əymək niyyətində olmadığını hər kəsə nümayiş etdirdi. Bu qəti və nümayişkaranə addım Avropaya ciddi bir ultimatumdur.
Biz uzun müddətdir Azərbaycan və Ermənistan münasibətləri fonunda Avropa Şurasının mahiyyətini və xoş olmayan məramını çox yaxşı bilirik. Ancaq Gürcüstanda keçirilən son parlament seçkilərindən sonra Avropa təşkilatlarının əsl siması bir daha hər kəsə məlum oldu.
Hakim "Gürcü arzusu" Partiyasının balanslaşdırılmış xarici siyasət strategiyası həyata keçirməyə başlaması Brüsselin regional maraqlarına uyğun gəlmədi. Çünki, Avropa siyasi dairələri Gürcüstandan öz maraqları kontekstində plasdarm kimi istifadə etməyə çalışırlar. Bu isə bütün hallarda bölgədə mövcud siyasi sabitliyə xələl gətirir.
Günay Ağamalı
Milli Məclisin deputatı,
“Ana Vətən” Partiyasının sədr müavini
“Sonxeber.az” saytı
05 fevral 2025-ci il
https://sonxeber.az/356555/avropa-ittifaqi-saxta-demokratiya-suarlari-altinda-her-zaman-oz-iradesini-diqte-etmeye-calisir-deputat
0 notes