#istəyimiz
Explore tagged Tumblr posts
Text
Hansı birimiz uşaqlığını düzgün yaşaya bildi ki? Uşaq ikən hər birimizin sonsuz xəyalları olub. Başqa uşaqlara özənərdik. Özəndiyimiz uşaqlar da başqa uşaqlara özənirdi yəqin. Kimimizin oyuncaq maşını yox idi, kimimizin Barbi kuklası, kimimizin də mişqası. Sanki gələcək hər daim bir addımlığımızda idi, bizlə birgə addımlayırdı. Xəyallarımızın gerçəkləşməməsi ehtimalını əsla düşünməzdik. Hesab edərdik ki, hər zaman hər şey istədiyimiz kimi olacaq. Bu, gələcəkdə bizi daha çox üzəcəkdi. Amma bizim bundan xəbərimiz belə yox idi. Gün keçdikcə ətrafımızda gördüklərimizdən daha çox şey qatırdıq gələcəyimizə. Əslində həyatımız eyni ilə bir dəftər kimi idi. Bu dəftəri yazmağa doğulduğumuz andan başlamışdıq. Uşaqlığımızda hər gün bu dəftərə onlarla səhifə əlavə edirdik. Xəyallarımızı, sevdiklərimizi, itirdiklərimizi... Böyüdükcə anladıq ki, bəzi səhifələri boşuna yazmışıq, dəftər artıq dolub. Yazmağa səhifə qalmadığı üçün yazdığımız bəzi səhifələrdən imtina etməli idik. İmtinasına boyun əydiyimiz səhifələr isə əslində gerçəkləşməsi mümkün olmayan xəyallarımız idi. Çünki yaşımız artdıqca anlamışdıq bu xəyallarımızın gerçəkləşə bilməyəcəyini. Artıq bu səhifələri silməyin zamanı gəlmişdi. Bəlkə, asanlıqla yazmamışdıq bu səhifələri, amma geridə qoymalı idik nəticədə. Yazdığımız o qədər səhifə, qurduğumuz milyonlarla xəyal bir anda yox olmuşdu. Yazdığımız həmin səhifələri bir-bir sildikcə, həyata qarşı sevgi və istəyimiz də yavaş-yavaş tükənirdi. Zatən yazmaq istədiklərimizin neçəsini yaza bilmişdik ki, o sətirlərə? Bəlkə 5, bəlkə 10. Yazdıqlarımız yazmaq istədiklərimizin yanında heç nə idi. Hər zaman bir şeylər əskik idi yazdığımız bu sətirlərdə. Nə sevgimizi tam tökə bildik bu sətirlərə, nə də nifrətimizi. Sözlərin kifayət etmədiyi yerlərdə hisslərimizlə görünməyə çalışdıq. Güldülər hər zaman. Anlamırdılar çünki. Dəftərə yazdığımız üç-beş sətri oxusalar anlayardılar, bəlkə, amma hisslərimizi anlamırdılar, anlamaq istəmirdilər. Bizi hər zaman yazdıqlarımız qədərilə gördülər, sadəcə yazdıqlarımızdan ibarətik zənn etdilər. Oysa görünməyən, amma mövcud olan hisslərimiz o qədər çox idi ki. Bizi güldürən, kədərləndirən, ağladan və sevindirən hisslərimiz... Sadəcə gülümədiyimizi, xoşbəxt olduğumuzu gördülər. Hər zaman xoşbəxtik zənn etdilər. Fərqinə vardıq ki, qaranlıq öz işini çox yaxşı görüb. Qaranlıq göz yaşlarımızı, dərdlərimizi, bütün üzüntülərimizi çox yaxşı gizlətmişdi öz qanadları altında. Qaranlıq haqqımızda hər şeyi bilsə də, istəmədiyimiz müddətcə əsla ən zəif nöqtəmizdən vurmazdı bizi. Sanki qulağı var idi, çox gözəl dinləyirdi, amma dilsiz idi, danışmırdı. Bir sözlə, dostu olmayanın ən yaxşı dostu idi qaranlıq. Bizlər bir gün gec də olsa həyatlarımızın xəyallarımızdan daha güclü olduğunu öyrənəcəkdik. Dopdolu xəyallarımızı bir şəkildə həyatlarımıza sığdıra bildik də, kiçik həyatlarımızı bu xəyallara sığdıra bilmədik əsla. Nə dünyaya sığa bildik, nə də xəyallarımıza. Özümüzə sığındıq, öz qaranlığımıza və oranı hər şeydən daha çox sevdik.
64 notes
·
View notes
Text
Bir yerdə keçmişdi uşaqlığımız,
Duyğulu,qayğısız şirin çağımız.
Zəncirvari idi sevgi bağımız.
Sevgiylə keçərdi dəqiqələrimiz
Sonda daşa dəydi məhəbbətimiz.
Məktəbə bir gedib ,bir də gələrdik.
Biri-birimizə sevgi bəslərdik.
Sevinclərimizi yarı bölərdik.
Nur saçan vaxt üzümüzə bəxtimiz.
Sonda daşa dəydi məhəbbətimiz.
Xoşbəxt olmaq idi, arzularımız.
Elə ki, bilindi xoş rəftarımız.
Sinifdə yayıldı eşq məcaramız.
Çiçəklənən gündən bu istəyimiz.
Sonda daşa dəydi məhəbbətimiz.
Saf sevgi düşmüşdü ürəyimizə.
Hamı qibtə ilə baxardı bizə.
Həsəd aparardı sədaqətimizə.
Dildən dilə düşdü ülvi sevgimiz.
Sonda daşa dəydi məhəbbətimiz.
Məktəbi bitirdik dəyişdi zaman.
Əsdi başımız üstə çən duman.
Aramıza girdi ayrılıq,hicran.
Vüsala çatmadı heç qismətimiz.
Sonda daşa dəydi məhəbbətimiz.
Bilmədik, kimdədir bütün günahlar.
İkimiz də çəkdik fəryadlar,ahlar.
açılmadı eşqimizdə sabahlar.
Bizə qalan oldu öz həsrətimiz
Sonda daşa dəydi məhəbbətimiz.
Sevgilin unutmur xatirələri
Sevgilərlə keçən gözəl günləri.
Boş yerə sızlatdiq biz ürəkləri.
Ayrılıqla bitdi həyat dərsimiz.
Sonda daşa dəydi məhəbbətimiz
2 notes
·
View notes
Text
Bəzən demək istəyimiz çox şey olur Ama boğazımızda tıxanıb qalır.
6 notes
·
View notes
Text
harda bu qədər yorulduq, necə oldu ki insanlardan uzağda sakit yer axtarmaq qərarına gəldik, hanı o şən əhvalımız? danışmaqdan doymayan hələ üstəlik həyəcandan əli ayağına dolaşan o “sənə” nə oldu? artıq nələrisə izah etmək yerinə “hər şey yaxşıdır” kəlməsi belə dilimizə oturub. qayıtsın uşaqlığımız? hər şeydən bixəbər amma bir o qədər də xoşbəxt çağlarımız. ən böyük səhvimiz tez böyümək istəyimiz.
0 notes
Text
Dostoyevski İdiot romanında bədbəxt deyə əsasən xəstələrə xitab edir. Xoşbəxtliklə bədbəxtlik bir birinə zidd olduğuna görə əgər sağlamsansa demək xoşbəxt olmalısan. Sadəcə biz insanlar o qədər acgözük ki, fikrimiz hər zaman əlimizdə olmayan şeylərdə olur. Hətta hazırda istəyimiz olan şeyləri əldə edirik və biraz daha yuxarısını, bir az daha yaxşısını istəyirik. Bu da sağlam vücudumuz olmasına baxmayaraq anı yaşamağımızın və xoşbəxt ola bilməyimizin qarşısını qalır. Xülasə xoşbəxtlik elə sağlamlıqdır. Və bunu sadəcə anı yaşamağı bacaranlar anlayır.
Sual:
Xoşbəxtlik nədir?
33 notes
·
View notes
Text
Ayxan Abbasov
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransına qatılıb. Metbuat.org xəbər verir ki, təcrübəli mütəxəssis matçı belə şərh edib: “İlk öncə azarkeşlərimizə təşəkkür edirəm. Oyunun kritik anında onların dəstəyini hiss etdik. Bilirdik ki, ağır oyun olacaq. “Sumqayıt”ın “Zirə” ilə oyununa baxmışdıq. Bəlkə oyunun keyfiyyəti aşağı…
View On WordPress
#apardılar#Aşağıdakı#azarkeşlərimizə#böyümək#çətinliklər#ç��lğın#dəstək#Düzünü#ismarıc#istəmirdik#istəyimiz#istəyirəm#istəyiriksə#komandalara#lazımdır#mesajını#meydanda#mübarizə#mütəxəssis#özümüzdən#qələbədən#sevincini#Sonrakı#təcrübəli#uduzmamaqdır
0 notes
Text
Xoşbəxtlikdə özünə bir sığınacaq tapmağa çalışan insanların arasında, bu qədər səs-küyün tam ortasında sadəcə bir pəncərə kənarına sıxışmağın tək başınalığıylayam. Səmada rəqs edən bir ulduz ortaya çıxsa onun rəqs etməsinə deyil də nə qədər parlaq olduğuna baxacaq olan insanların arasında üzümü kainata çevirmişəm. Mükəmməlliyətçiliyin fəxr ediləsi bir şey olduğunu düşünən insanların arasında ən qüsurlusunu, çirkaba ən çox batanını, hər şeydən ən çox bezənini axtarır gözlərim. İnsanlar kədərin də həyatın özü olduğunu qəbul edənə qədər dilədiyim müddətcə ona sığına bilərəm.
Bu planetdə insanlar hər zaman geri dönəcəkləri şeyləri tərk edərlər. Hərkəsin dilində əldən-ələ gəzən kitab cümlələri, dinləmənin məcburiyyət sayıldığı mahnılar, standartlar, standartlar və daha çox standartlar. Bir tanrı olsaydım gülüb keçərdim standartlarınızın üzərindən.
Hər şeyin uzaqlaşaraq bir xatirə olduğu günlərdə yeni sözlər tapmaq istəyirəm. Heç kimin bilmədiyi, oxumadığı, varlığından xəbərdar olmadığı. İçinə sıxışıb qaldığım dünyada hiss etdiklərimin yükünü qaldıra biləcək sözlər axtarıram.
Artıq gəzərkən heç bir şeyin zehnimə toxunmadığını, görməkdən imtina etdiyimi hiss edirəm. Varlığımı, sadəcə bir yük olan varlığımı titrəyən çiyinlərimdə daşıdıqca içimdəki boşluğa boşluq qatıram.
Artıq heç bir səyahət insana özündən qaça biləcək yollar açmayacaq. Hər yol insana birisini xatırladacaq; o birisi, xatirələrimizin arasında gizlədiyimiz sandığı açıb bütün yaşanılanları zehnimizin içinə dağıdacaq. Pəncərəyə söykənib dağları, dərələri, səmanı, günün batışını izlədiyimiz anda bir insanın xatirəsi bütün mənzərələri heçə sayacaq.
Dünya belə bir yerə dönüşdü. Artıq nə köhnə ağ-qara şəkilləri qarışdırmaq bizə xoşbəxtliyin həqiqi dəyərini xatırladacaq nədə yaralarımız sağalacaq. Azadlığı arzulayaraq qaçdığımız cəbhəyə bir qolumuzu itirmiş bir şəkildə geri dönəcəyik. Həm də öz istəyimiz ilə.
32 notes
·
View notes
Text
İstəyimiz köhnə fikirləri yox etmək deyil, yenilərini tapmaqdır.......Smallfoot(2018).....
18 notes
·
View notes
Text
Heç bir zaman öpüşəcək birini axtarmadıq, kimsə bizim üçün ölsün də istəmədik. İstəyimiz o idi ki, bir az bizi sevsin bəs edəcəkdi, qalanını özümüz tamamlayacaqdıq.
0 notes
Text
kainat
Kainat deyəndə, ağlım ucu-bucağı görünməyən sonsuzluqda boğulur.O qədər sonsuzdur ki bir yerə sığışa bilməyən, torpaq üstündə müharibələr edən insanoğlu bu məfhumda hələki sadəcə dünya adlı balaca bir ərazidə məskunlaşa bilib.
Əslində başqa planetlərə və aya həmlə etməyə çalışsaq da elə də çox böyük nailiyyətimiz yoxdur.Bəlkə də insanoğlu sonu görünməyən bu məfhumdan ehtiyat edir.Axı insan ən çox görmədiyindən çəkinir, çünki necə olduğunu və ya onu nə gözlədiyini əsla bilmir.
Necə olursa hər mövzuda əsas nöqtə dönüb-dolaşıb insana gəlir.Kainatın mərkəzi haradır, ya da ki kainat sadəcə bizim üçün mü yaradılıb deyə çoxlu sual vermək olar.Amma məsələyə insan perspektivindən baxmaq çox daha rahatdır.Nə də olsa dünya bizim ətrafımızda fırlanır axı, nə də olsa biz kainatı da öz eqomuza tabe etməyə çalışırıq.
Sadəcə bizim üçün bu qədər bəzənmiş bir məfhum yaratmaq nəyə lazımdır axı? Bəlkə bu kainat dediyimiz ev heç də sadəcə bizə aid deyil?
Bəlkə elə bu kainat deyilən məfhum sadəcə Tanrının evidir və biz də bu evin hansısa küncünə qonaq kimi qoyulmuşuq? Ya da ki cəzalandırılıb Yer adlı planetə məhkum edilmişik.İki sual yaranır: Kainat bizdən əvvəl var idisə Tanrının niyə bu qədər ucsuz-bucaqsız evə ehtiyacı var idi? Bizimlə birgə yaradılıbsa niyə məhz bu qədər böyükdür?
Əgər kainat sadəcə Tanrı üçün idisə, bu gün insanların daha çoxuna sahib olma istəyini də anlamaq olar.Yox, əgər bizə görə yaradılıbsa bəlkə də Tanrı başa salmaq istəyib ki yaşayış üçün ən əlverişli yer məhz elə buradır.Bunun üçün şükür etməliyik.
Kim bilir, bəlkə də oradakı hər bir ulduz, hər bir planet hansısa ilahi varlığın işarəsidir.Bilmək olmaz, bəlkə də hər sönən ulduz kainatın sonuna yaxınlaşdığının xəbərini verir, eynən hər həyat işığı sönən insan kimi.
Kainatın yox olması isə harada olmağımızla bağlı şübhə yaradır.Əgər kainat bir heçlik üzərində qurulubsa və bir gün məhv olacaqsa, biz də əslində heçlikdə tapacağıq özümüzü.
Bəlkə elə kainatın ucsuz-bucaqsızlığı bizə Tanrının varlığı və ya böyüklüyü ilə bağlı yox, elə bizim təbiətimizdəki çirkinliklə bağlı bir mesaj vermək istəyir: “Nə üzərindəsə dava etməyin, kainat sonsuzdur və hamıya çatacaq qədər hər şeydən var”.
Əminəm ki bizim kimi sonsuz ruha sahib olan varlıqların bu bədəni var olduqca əsla nəyəsə sahib olma istəyi bitməyəcək.Hətta planetlər üzərində də müharibələr gedəcək, qanlar töküləcək və sonda yenə də nəyisə paylaşa bilməyəcəyik.Ehh bizim bu daha çoxuna sahib olma istəyimiz...
Kainatı belə indidən bölüşdürə bilməyəcək olan insanlardan necə altruistik seçimlər gözləyəsən...
0 notes
Photo
Bizim hörmətli olmaq istəyimiz dəyərli insan olmadığımızı göstərir. Yəni Hörmətli insan və Dəyərli insan eyni bir şey deyil. Hörmətli insan – cəmiyyətin ona “qoyduğu” hörmət nəticəsində hörmətə minən adamdır. Onun hörmətli olması üçün başqaları, cəmiyyət lazımdır. Yoxsa o, öz-özlüyündə hörmətli olmaz. Hörməti yaşadan başqalarıdır. Sən sadəcə buna uyğun hərəkət edirsən, onu yaradırsan. Yaşadığın cəmiyyətin qaydalarına uyğun hərəkətlərlə hörmət qazanırsan. Amma bu, keçici və davamlı olmayan bir münasibətdir. Hər an dəyişə bilər. Əsgərlikdə, məhəllədə “hörmətli oğlan”, “hörmət edənə hörmət” kimi vor zakon söhbətləri eşitmək olar. Məs. “Sən özüvə hörmət elə, sonra bizə hörmət eləyərsən” kimi. Yəni hörmətli insan yaşadığı cəmiyyətdə, məhəllədə bu və ya digər xüsusiyyət, keyfiyyət, hərəkətinə görə sayğı göstərilən adamdır. Bundan başqa pul və vəzifə də adamı hörmətə mindirir. Amma mənim tam əminliklə qəbul etdiyim “dəyərli insan” anlayışıdır. Bu bizim mühit üçün yad, az bilinən və işlənilən yeni sözdür. Mənimçün dəyərli insan hörmətsiz ola bilər. Yaxud özü-özlüyündə hörmətsiz adamdır. Onun başqalarının hörmətinə ehtiyacı yoxdur. O, hörmətli adam da deyil. O dəyərlidir, vəssalam. Mənim dəyərli insanım almaz kimidir, onu palçığa da, zibilə də atsan həmişə də dəyərini qoruyur. Həmişə dəyərlidir. Çünki onun dəyəri qıraqdan, başqalarından yox, özündən qaynaqlanır. Ona başqalarının hörmət etməyi, dəyər verməyi vacib deyil ki, dəyərli olsun... Ona hörmət etməsələr də, dəyər verməsələr də dəyərlidir. O, öz qiymətini yox, dəyərini bilir. Almazın başqalarının ona qiymət biçməsinə ehtiyacı yoxdur. O, qaranlıqda da parlaqdır. Onun işığı özündədir. Cəmiyyətin sənə münasibəti ilə hörmətli yaxud hörmətsiz insan olmaq olar, ancaq bu almaza aid deyil. Dəyər ayrı, hörmət ayrıdır. Hörmətli insan dəyərsiz ola bilər. Dəyərlinin isə hörmətə ehtiyacı yoxdur. Hamı hörmətli insan ola bilər, amma hamı dəyərli deyil. https://www.instagram.com/p/B88IfBODMnX/?igshid=1ggk25vimxq67
0 notes
Photo
Əziz izlıyicilərimiz.Sizlərin hər birini salamlayırıq.Sizlərin hər birinə maraq və dəstəyiniz üçün təşəkkür edirik.Hər birinizlə ayrı ayrılıqda görüşmək, söhbət etmək istəyimiz olsa da bu fiziki olaraq mümkün deyil. Ancaq istəyi olan, əməliyyata ehtiyac duyan hər kəs üçün ZƏFƏRAN KLİNİKASINDA ödənişsiz İNFORMASİYA qəbulu təşkil olunub. Heç bir problemsiz bu qəbul saatından istifadə edin 1-6 cı günlər saat 12-00 dan 13-00 dək Əlavə olaraq WhatsApp əlaqədən yararlanın +99450 550 88 82 (Əməliyyat qiyməti barədə suallara bu səhifədən cavab verilmir, xahiş edirik anlamlı yanaşasız) #zeferanhospital #aslanabdulla (Zeferan Hospital)
0 notes