#hamısı
Explore tagged Tumblr posts
daglarmarali · 3 days ago
Text
Deməli mən keçən həftənin üçüncü günü başıma gələni danışım. Demək mən həmin günü səhər 5ə qədər sərbəst iş hazırladığım üçün gec yatmışdım. Səhərdə mamam məni oyatdı ki, biz evdə olmayasıyıq dur vaxtında sonra yatıb qalacaqsan. Təxmini saat 8 olardı anam məni oyadanda. Məndə heç cür oyana bilməzdim o saatda elə yuxulu -yuxulu whatsapa girib rəfiqəmə səs atdım ki, saat 10nun yarı mənə zəng edərsənmi. Bilirəm ki, özüm saatı söndürüb yatacam. Hətta rəfiqəmə səs atanda gözlərimi dahi aça bilmirdim. Nəysəə, onun yarı qız mənə zəng edər özüdə neçə dəfə, özü çata bilməyib digər qızlara deyib tək- tək hamısı zəng edib. Yetməyib teamsdən zəng ediblər. Məndə tık yox. Saat 10da dərs başlayırdısa on birə işləmiş nənəm gəldi ki, a bala dur dərsin yoxuydumu sənin. Heç deməyin nənəm bəkməz bişirirmiş həyətdə. İndi gəlirəm əsas yerə. Normalda belə yatıb qalmaq problem olmazdı amma bu müəllim biraz problemli müəllimdir. Ciddi mənada problemli. Sağlamlığı ilə bağlı problemləri var və dərmanlar əks təsir göstərir ona görə elədir fikirləri əsas gətirib heç kim də ona söz deməyə qoymur. Müəllimdə bizimlə qəti danışığını bilən müəllim deyil. Söyüş belə istifadə etmişliyi var ama yenə də heç nəyi qəbul etmirlər. İndi mən dərsə qoşulmayanda qızlar deyiblər bəs yatır zəng edirik səs yoxdu. Başlayıb deyib şah abbasın qızıdır hamınız əl ayağa düşüb zəng vurursuz, ayı kimi yatıbdı, səhərə qədər chatləşəndə nə bilirdiz və daha nələr nələr. Mən qayıb qoymağı sevmirəm deyən müəllim 15 20 dəqiqənin içində qayıbımı da qoymuşdu. İndi mən oyanıb açdım tez kompüterimi qoşuldum dərsə salam verdim. Dedi sənə artıq qayıb yazmışam. Məndə dedim heç nə olmaz müəllimə. İndi başladı mənə heç nə olmaz da bəs. Sən fil qulağında yat hələ o boyda sənə zəng edəndə sən hardaydın deməyə. Məndə o anda bilmirdim ki, qızlar deyib ki, Asiya yatıb. Məndə dedim set yox idi rayondayam. Zənglər də mənə gəlməyib indi megabayt götürmüşəm. Deməz olaydım başladı üstümə qışqırmağa ki, bu nə tərbiyəsizlikdi edirsən, sən kimsən mənim sözümün üstünə söz deyirsən, güya mən bilmirəm sən yatmışdın, hələ bir mənə cavab qaytarmağın bax dedi ki dedi. Mən yazıq da pərt olub qalmışam söz deməyə də imkan vermir. Çıxdım dərsdən. Ağlamaq tutub bir tur ağlamışam da. İndii bu müəllimi altıncı gün dərsinə qoşuldum hər şey okey idi deyəsən yadında deyildim. Hətta cavab verdim deyə dərs sonunda qızlara məni təriflədi ki, sizin cavablarınızdan qane olmadım Asiya kimi geniş danışın. Sabah bu müəllim bizdən sərbəst iş götürəcək. Məndən əvvəl təqdim edən hamıya ayrı cür söz dedi. Neçə nəfəri ağlatdı. Birinin vərəqini atdı, birininkini ortadan böldü birinə sıfır qoydu. Bir sözlə xeyri dəymədi. İndi mən sabah yadında qalmış olsam, bir tərs tərəfinə düşsəm balımı verməsə necə özümü cilovlayaram, necə sakit qalaram onu düşünürəm.
36 notes · View notes
anonimdushunce · 21 days ago
Text
Tumblr media
Biz Kimik?
Bəzən həyatın dərinliyinə baxanda bu sual ortaya çıxır: Kimik? Haradan gəldik, hara gedirik?
Varlığımızın Səbəbi Nədir?
Bəlkə də yalnız təsadüflərin məhsuluyuq, bəlkə də böyük bir planın hissəsiyik. Hər nəfəsdə, hər anın içində daha dərin bir məna varmı?
Dünya bir illüziyadır?
Bəlkə də gördüyümüz hər şey, sadəcə bir pərdənin o biri tərəfində olan daha böyük bir həqiqətin kölgəsidir. Həyat, bizim üçün yazılmış bir hekayənin yalnız başlanğıcıdır — bəlkə də tam sonu heç vaxt bilinməyəcək.
Hər bir fenomenin məqsədi varmı?
Təbiətdə olan hər bir hərəkət, ulduzların doğuşu, dalğaların sahilə vurması — hamısı bir məqsədin, böyük bir səbəbin izləri ola bilərmi?
Naməlum Həqiqət
Bəlkə də biz, varlığımızın və kainatın arxasında yatan gerçəyi heç vaxt bilə bilməyəcəyik. Lakin bu suallar bizə sonsuz bir yol göstərir. Hər birimiz, həyatımızda bu cavabları axtaran səyyahlarıq.
Bəlkə də insanın həqiqi varlığı, cavabda deyil, daimi axtarışındadır…
27 notes · View notes
lairot · 14 days ago
Text
Qadınların hamısı çiçək kimidir.
Amma çiçəklərin heç də hamısı təravətli olmur,solmuşu,qurumuşu,toz-torpağa bulaşmışı olur.
- Çiçəyin təravətli olmasını istəyirsənsə,ona daim qulluq etməli,nəvaziş göstərməlisən.
51 notes · View notes
miss-ays · 2 months ago
Text
İmam süfrəsi verir qohumum. Getdim işlərə kömək etməyə.. Xalaların demək olar ki hamısı yaşımı, adımı, kimlərdən olduğumu soruşurlar.. 😅
Hazır olun bajınız hər an görücü üsulu nişanlana bilər 😂😂🤝
28 notes · View notes
esger1i · 14 days ago
Text
Bir insanın yoxluğuna öyrəşəcək qədər böyüməyi arzu etmirəm heçkimə. Düşmənimə belə. “Onsuz olmaz”, “o insan olmazsa nəfəs ala bilmərəm”, “onsuz ölərəm” və s.. Hamısı boş imiş. İlk vaxtlarda elə hiss edirsən təbii ki, bu həqiqəti dana bilmərəm. Yerə-göyə sığmırsan, canın yanır, qəlbin ağrıyır, ən əsası da qəlbinin üzərində bir ağırlıq hiss edirsən. Hansı ki bu ağırlıq sənin nəfəs almağında çətinlik yaradır. Bax bu beləcə davam edir. Müddətini soruşmayın, keçmir. Özü də əsla. Sən ümid edirsən ki, keçəcək, bitəcək, gedəcək, amma adı üstündə sadəcə ümid edirsən. Sonra nə baş verir, bilirsən? Sonra saatlar günləri, günlər ayları hətta aylar illəri əvəz edir. Gedən gedir, özü də bir daha qayıtmamaq üzrə. İlk 1 həftə özünü ölmüş kimi hiss edir insan. Əslində “ölmüş” deyərkən o qədər də şişirtmirəm. Nəfəs alırsan, ancaq bu yaşayırsan demək deyil. İlk 1 ay dəli olduğunu düşünürsən, “niyə itirib axtarmır?”, “niyə zəng vurmur” və s kimi düşüncələr sənin axırına çıxır. Hər gecə ağlayırsan, şəkillərini öpürsən, birlikdə olan şəkillərinizə baxıb köks ötürürsən, onu günahlandırırsan, sonda isə yenə özünü günahlandırırsan, halbuki bu hekayədə sənin tək günahın sevmək olur. Beləliklə “o” olmadan, zaman keçir. Üstündən aylar keçir, daha o qədər ağlamırsan, onun istifadə etdiyi ətirdən də istifadə etmirsən, günün 24 saatını da onu düşünərək keçirmirsən. Sadəcə müəyyən anlarda yadına düşür. Yadına düşdüyü anda bir anlıq bütün dünya səssiz rejimə keçir. Əllərin buz kimi soyuq olur, ürək döyüntülərin tezləşir, gözlərin dolur. Və beləliklə ən dəhşətli anlar başlayır. Bir gün əlində çayın oturduğun zaman qəfil ağlına gəlir və sən onun səsini unutduğunun şahidi olursan. Sonra əzbərə bildiyin üz cizgilərini unutmağa başlayırsan. Bu beləcə davam edir. Sən unudursan, ancaq nə qədər unutsan da tamamilə unuda bilmirsən.
27 notes · View notes
justsky13 · 4 days ago
Text
İş, magistr, kurs, imtahanlar, şəxsi həyat – hamısı bir-biri ilə çox səmimidirlər hal-hazırda
20 notes · View notes
dadaszdkh · 2 months ago
Text
Dostoyevski deyir ki: Artığ insanlar marağlı gəlmir. Onlarla söhbət etmək, nəyisə bölüşmək istəmirəm. Çünki, söhbətlərin hamısı "Necəsən?" "Yaxşıyam sən necəsən?" "Məndə yaxşıyam" deyə başlayıb bitir. Bu artığ heçdə maraqlı gəlmir. Yeni insanlarda tanımağ istəmirəm. Çünki hamının sonu eyni cür bitir. Sonuna qədər davam etmir sevgilər, dostluqlar. İndi həyatımda olanların çoxunu 5-10 il sonra görə bilmirəm. Və buna üzülmürəm. Gedənləri saxlamaq kimi bir fikrim də
27 notes · View notes
korressamm · 4 months ago
Text
Neçə nəfər takipə alıbdı hamısı da takipçi yığmaq üçün olan bloglardı. Niyədə niyə..
52 notes · View notes
narminny · 4 months ago
Text
yadıma şey düşdü 8-10 il əvvəl yayda rayonda nənəmgildə idik, bir axşam parka gəzməyə çıxmışdıq qayıdanda marketə girmək istədim. qayıdanda maşınla qayıtdıq maşında anam və nənəm var idi dayım isə marketə girmişdi ona istədiyim şeyi deməyi utandığım üçün özüm girmək istədim marketə. maşın yolun sağında idi marketə girmək üçün sola keçməli idim. baxdım qırmızı işıq yanırdı, maşın da yox idi yolu keçirdim birdə gördüm ki, tam ayağıma dəyən bir maşın saxladı çox yüksək sürətlə gəlirdi və faraları yanmırdı (benim günahım yok birdən ortaya çıxdı sanki kimsə maşını ora əli ilə qoydu. yəni mən yol keçəndə çox diqqət edən biriyəm maşın yox idi orda), tam ayağıma dəyəndə necə oldu bilmirəm saxladı maşını(ayağım cızılmadı belə) məndə heçnə olmamış kimi maşının qabağından qaçıb marketə girdim. yolda görənlər, maşının tormoz səsini eşidənlər, marketin işçiləri hamısı, dayım falan tormozun səsini eşitdi və bəziləri də mənim elə ordan qaçıb gəlib marketə girdiyimi gördü. məndə marketə girib çipsiləri axtarıram. maşının sahibi, yoldan keçənlər, dayım, nənəm gəlib içərdə məni axtarır ki, görsünlər nəsə olub ya yox. məndə umursamadan çipsi reyonunu axtarıram. nəysə marketdə məni tapdılar hal-əhvalımı soruşub, üzr falan istədi ehtiyatsız olduğu üçün. o olaydan sonra 1 həftə əlavə rayonda qaldım oğlan hər gün evə gedəndə(nənəmgilin qonşusu imiş) gəlib qapını döyüb nənəmdən məni soruşurdu. bu yaxınlarda eşitmişəm ki hələ də ara sıra nənəmi görəndə məni soruşur necə travma yaşatmışamsa kxjdjfjfkfkkf (bu da böyle bi anım jfahshdmnhdhd)
23 notes · View notes
mysticaldream · 6 months ago
Text
"İnsanlar tanıdım, Ulduzlar kimiydi. Hamısı göydə idi, hamısı işıq saçırdı. Amma mən Günəşi seçdim... Bir günəş üçün min ulduzdan vazkeçdim."
Şəms Təbrizi
27 notes · View notes
nyctophiliasblog · 4 months ago
Text
Bayaqdan instagramdan cütlük videoları çıxır qarşıma. Hamısı da çox qəşəng və şirin videolardır. Xoş duyğular ilə rəylərə baxmaq istədim və gördüm ki, harda geri düşüncəli, paxıl insan varsa toplaşıb rəyə. Xaricilər paylaşanda ağızlarının suyu axır, öz milləti xoş günündən bir an paylaşanda mənfi rəylərdən geri qalmırlar. Söz tapmaq olmur daha. Nə qədər qəlbi qara olar bu insanlar ilahi.
25 notes · View notes
petr1chorr · 1 year ago
Text
Yaxın saatlarda qardaşımın, əmim oğlunun və xalam qızının qəbul nəticələri açıqlandı. Hər üçü universitetə qəbul olub. Çoxdandır bu şad xəbəri gözləyirdik. Amma bu xəbərin bu vəziyyətdə gələcəyini heç ağlımın ucundan keçirməmişdim. Şənlik keçirəcəyimizi düşünərkən yasın ortasında qarşıladıq bu xəbəri. Sevinc və kədər qarışıq hislər keçirdim həmin an. O qədər xoşbəxt oldum ki. Canımdan dəyərlilərim bir pillə də yuxarı qalxdılar həyat nərdivanında, həm də gözəl nəticələrlə. Bir tərəfdən də kədər boğdu məni. Kaş babam da görərdi bu günü. Artıq 4 gündür bizimlə deyil. Hər dəfə soruşurdu, maraqlanırdı bu barədə. Çox heyif ki, görə bilmədi, şərik ola bilmədi bu xoş xəbərə. Çox ağladı qardaşımla əmimoğlu, hər kəsi də kövrəltdilər. Yaxınlarının üzündəki təbəssümə baxıb sevinəsən, ya qapıdan asılan yas lentinə baxıb kədərlənəsən? Atamı 20 ildir ilk dəfə babam öləndə ağlayan görmüşdüm. Atamın nəticələr açıqlandıqda otağa çəkilib gizli şəkildə ağlamasını gördüm bu gün, nənəmin babamın şəklini qucaqlayıb ağlamasını gördüm, qardaşımın, əmioğlunun hönkürtü ilə ağlamasını, əmimin sərt simasındakı kövrəkliyi, dolmuş gözlərini gördüm, bir çox kədərli sima gördüm bu gün. Mənim üçün heç unudulmayacaq bir gün idi. Yarı sevinc, yarı kədər. Yox, ən çox kədər...
Əziz babam, bizi görürsənsə kədərlənmə. Bunların hamısı sənin çox istədiyimizdəndir. Məkanın cənnət olsun, ən qiymətlim. Biz hamımız səni çox sevirik. Özün yanımızda olmasan da, xatirələrin həmişə bizimlə olacaq. Səninlə birgə mənim uşaqlığım getdi. Sən gedən gün böyüdüm mən. Sən gedən gün bildim ölüm nədir. Çarəsizliyin ən betər halını o zaman gördüm. Canından qiymətlin gözlərinin önündə əzab çəkir, amma sən onun üçün heç nə edə bilmirsən. Gözlərinin önündə ağrı çəkərək ölür, amma sən heç nə edə bilmirsən. Çox ağırdır çox. Çarəsizlik heç bu qədər ağır gəlməmişdi mənə. Həyat heç bu qədər dəhşətli gəlməmişdi. Ölüm, necə də dəhşətli imişsən... Yaxınların yanında olduğu müddətcə ölümdən qorxmursan, amma ölüm ən əzizini apardıqda anlayırsan ölüm qədər ağırı yoxdur. Ölüm qədər amansızı, qəddarı yoxdur... 27 avqustdan bəridir gözlərim hər yerdə babamı axtarır. Elə bilirəm harasa gedib, getdiyi yerdən nə vaxtsa qayıdıb gələcək. O qədər çətindir ki, gəlməyəcəyini bilə-bilə gözləmək... Ölümündən 2 gün öncə soruşmuşdum babadan ki, ürəyi nə istəyir. "Ölmək istəyirəm" demişdi mənə. Artıq çəkdiyi ağrıya dayana bilmirdi, ölümü arzulayırdı. Ən azından artıq əzab çəkmir deyərək özümü təsəlli edirəm. Əlimdən başqa nə gəlir ki... Onsuz yediyim yemək zəhər olub boğazımdan keçmir. Onsuz gülməyi haram bilirəm özümə. Qəbullana bilmirəm gedişini. Zamanla keçməyəcək bu hiss bilirəm, amma öyrəşəcəm onu da bilirəm. Onun yoxluğuna da, ölümün acımasızlığına da, həyatın faniliyinə də...
135 notes · View notes
esger1i · 3 months ago
Text
Ümid edirəm, şizofrenəm. Və dünyada baş verənlərin hamısı sadəcə xəyal ürünüdür.
27 notes · View notes
exactoes · 6 months ago
Text
fikir verirəm ki, indiyə kimi qurduğum ən dayanıqlı əlaqələr bir ibtidai sinifdən bir də 10cu sinifdən tanış olduqlarım insanlarla olan əlaqələrimdi. nə qədər çabalasam da ondan sonrakılar hamısı müvəqqəti olur
21 notes · View notes
dadaszdkh · 5 months ago
Text
Getmərəm deyənlərin hamısı gedəcək. Yanındakı dostların, ətrafdakı tanışların bir-bir azalacaq. Nə vaxt bu qədər tənha birinə çevrildiyinin fərqinə belə varmayacaqsan. Min əzab çəkib yaşadıqlarını çətin də olsa unudacaqsan. Eyni səhvləri bir daha təkrarlamayacağına söz verəcəksən, amma təkrarlayacaqsan. Hər dəfə güclə sağaltdığın həmin yerdən qırılacaqsan. Zamanla təkliyə öyrəşib sevəcəksən amma gözün hər yerdə, hər an kimisə axtaracaq. Gözlərin yol çəkəcək, fikrin tez-tez dağılacaq. Birinə baxarkən hiss etdiyin "sanki illərdir tanışıq" duyğusu sevindirməyəcək daha, çünki tanış gələnin ağrıların olduğunu biləcəksən.
25 notes · View notes
evezysf · 1 year ago
Text
Səbəbini bilmirəm amma son aylarda whatsapp-dakı statuslara baxmağa dəhşət ərinirəm,heç marağımı cəlb etmir və hamısı yığılıb qalır
79 notes · View notes