#hərbi
Explore tagged Tumblr posts
cadettlifee · 2 years ago
Text
Dünənin Kursantı,💂‍♂️
Bu günün Leytenantı,
Sabahın Generalıdı.❤
1 note · View note
susanbiradam · 2 months ago
Text
Səddam Hüseyn gəncliyində Rizvanə adlı birinə aşiq olmuşdu. Lakin qızın valideynləri Səddamı avara biri kimi xarakterizə edərək, Rizvanəni ona verməmişlər. Zaman keçir, Səddam hərbi xidmətdə olarkən sevdiyi qızı basqa birisinə ərə verirlər. Səddam orduda olanda yaxın dostu Əl-Rəşid bu pis xəbəri ona çatdırır. İllər keçir. Səddam artıq İraqın prezidenti olanda Rizvanəni xatırlayır və Ər-Rəşidə tapşırır ki, Rizvanənin yerini öyrənsin. Keçmiş məhəbbətinin Bağdaddan bir qədər aralıda, çox pis vəziyyətdə, ac-yalavac halda yaşadığını öyrənən Səddam mühafizəçilərindən ayrıca, tək özü Rizvanənin olduğu həmin kəndə gəlir. Artıq əri ölmuş və dul qalmış Rizvanə bu vaxt tarlada çox ağır zəhmətə qatlaşaraq günəmuzd işləyir, iki övladını saxlayırdı. 20 ildən sonra Rizvanənin işlədiyi tarlanın kənarına avtomobillə tək gəlmiş Səddam şüşəni azca aralayaraq, uzaqdan-uzağa keçmiş sevgilisinə həsrətlə baxır, amma qadınla hal-əhval belə tutmur. Həmişə də saraya dönəndə hamı prezidentin ağladığını aşkar hiss edir. Heç kim bilməsə də, təkcə Ər-Rəşid Səddamın bu göz yaşlarının nə demək olduğunu gözəl anlayırdı. Səddam hamıdan gizli şəkildə Rizvanəyə Bağdadın düz mərkəzində torpaq sahəsi ayırır, prezident təqaüdü təyin edir, hər cür şəraiti olan mülk tikdirərək hədiyyə edir, amma özu heç zaman oraya nəinki ayaq basmır, hətta ilk məhəbbəti ilə kəlmə belə kəsmir. Səddam ömrünün son dəqiqələrində Rizvanəyə bir məktub yazaraq, Ər-Rəşidə verir və məktubu Rizvanəyə çatdırmağı ona tapşırır. Lakin Ər-Rəşid Səddamın məktubunu Rizvanəyə çatdırmağı unudur. Yalnız Səddam edam olunduqdan sonra Ər-Rəşid macal tapıb sabiq prezidentin və dostunun məktubunu Rizvanəyə catdira bilir. Həmin məktubda bu sözlər yazılmışdı: "Səni sevən öldü, Rizvanə!"
21 notes · View notes
soltanovhharun · 2 months ago
Text
Tumblr media
Görün nə tapdım uşağlar. Bunu hərbi xidmətdə olarkən yazmışdım. Lənətə gəlmiş "starşna"mız 80 faizni yandırdığdan sonra əlimdə bu qalıb..
Sağdaki səhifədə özümü də cəlb edən bir cümlə var, şəkildən oxuya bilsəz oxuyarsız.Xəttimi oxuya bilməsəz də paylaşmadan keçə bilməyəcəm:
" Hansı ki, sən olmadıqda ruhum islanmış kağız,mürəkkəbi axan qələm kimi olur. Sənsiz heçnəyi düşünə, arzulaya, xəyal qura bilmirəm. Sən mənimçün dəyərli deyilsən. Dəyərin özüsən. Səmadan ay öz parıltısını səndən oğrayır,yerdəki gül öz qoxusunu zülfündən oğrayır. Bülbül səsini sənin səsinə bənzədir. Səndəki bu gözəllik var, Afrodit səni gördükdən sonra Zevsə nifrət edib. Sən çox gözəlsən. Bu aşiqanəlik məndə, bu gözəllik ki səndə var bizə bu dünyada ölüm haqq deyil"
19 notes · View notes
elv2n · 1 year ago
Text
Və növbəti 43 gün..
Qayıdıram hərbi hissəyə, bye 👋🏻
24 notes · View notes
gunel-25 · 10 months ago
Text
Hansı oğlandan soruşursan ki, hansı kitabları oxumusan, ancaq Elxan Elatlı, onu da əsgərlikdə. Kişi oğlanların hərbi xidməti üçün kitab yazır.
8 notes · View notes
etirafsblog · 4 months ago
Note
Şükür həll oldu hələlik o da hərbi həkim olmağı düşünmür və bunu ona tam açmasamda narahatlığımı anlayıb özü danışdı mənlə.. hər şey əladır indilikk
Əla, xoşbəxtlik sizinlə olsun
3 notes · View notes
yousifizm · 2 years ago
Text
Artıq evdə yatmaq istəyirəm. Hərbi canımı çox sıxır. 81 gün də keçsə idi.
16 notes · View notes
petr1chorr · 2 years ago
Text
Fədakarlıq, sevgi, səbr və gözəllik... Bir qadında cəmləşən zəriflik. Qadın mükəmməl varlıqdır. Qadın hər əziyyətə dözən, şiddətə səssiz qalan, əvəzolunmaz, çox güclü varlıqdır. Qadın nəcib, ancaq bir o qədər də güclü olandır. Qadın uşaqdır əslində, bəzən uşaq kimi davranar, uşaq kimi qayğı istər. Bu, onun zəif olmasının əlaməti deyil, əksinə o çox güclüdür. Gücünü hər zaman göstərməz, amma. Onu zəif bilib azadlığına, yaşam tərzinə mane olmayın. Bir qadın güclü yox, xoşbəxt olmaq istər. Bu gün bir qadın özünü körpüdən atacaq qədər həyatdan bezməməlidir, hər çətinliyə sinə gərəcək qədər güclü olsa da, bundan yorulmamalıdır, səni sevib qəlbini verirsə bundan peşman da olmamalıdır. Bir səhvinə görə qınamaq əvəzinə, anlayıb daha da gözəl olmasına şərait yaradılmalıdır. Qadın anadır. Qadın ömür yoldaşıdır. Qadın hər daim sənin dərdinə şərik olan ana, bacı, həyat yoldaşıdır. Gülüşünə bir dünya sığdıran da var, bir dünyada gülüşə həsrət qalan da. Müasir ingilis dilinin slenq sözlər lüğətinə "MilliHelen" deyə bir söz daxil edilib. Bu da qadının o qədər gözəl olması miqdarıdır ki, uğruna ən az bir hərbi gəminin yelkənlərinin açılması, dənizə endirilməsinə bərabərliyi anlamına gəlir. Dünyanın heç bir dilində qadın gözəlliyini bu qədər mükəmməl təcəssüm edən ikinci bir evfemizm yoxdur. Kiminsə sizi sevməyini gözləməyin. Özünüz özünüzü sevin. Dünyanı boş verib dilədiyiniz kimi yaşayın. Həyat sizindir. Bütün gözəlliklər sizinlə olsun. Gününüz yalnız 8 Martda deyil, bir ömür boyu gözəl olsun. Hər zaman gözlərinizin içi gülsün. Yaxşı ki, varsınız. Olmasaydınız, olmazdıq. Bir qadını ovuc içlərinə qədər sevmək lazımdır, ona sadəcə özəl günlərdə deyil, istənilən gün hədiyyələr vermək lazımdır, miqdarı və ya dəyəri önəmli deyil, kiçicik bir şey olsa belə bəs edər, yetər ki onu sevgi ilə bağışlayın, çünki qadın ən xırda bir şeydə belə xoşbəxtlik tapmağı bacarır. Günümüz mübarək...
Üstündə ədalət günəşinin parladığı daha hürr və bərabər illərə, sevgilər və çiçəklərlə...🌸🍃
52 notes · View notes
to-be-ornot-to-be · 10 months ago
Text
Bütün həyatımı hansısa məcburiyyətlər altındakı kiçik rahatlama seansları ilə xərcləyəcəyimə inana bilmirəm. Bunu həzm etmək olduqca çətindir. Məktəb, qəbul imtahanı, universitet, magistr imtahanı, magistr, hərbi xidmət. Bütün bunlar bitəndən sonra 24 yaşım olacaq. Getdi həyatın 3/10-u. Ondan sonra da ya özəl sektorda kölə olmalıyam ya da dövlət işində. Hər günümü həyatıma nifrət edərək keçirəcəm. Bəs nəyə görə? Mən doğulmamış belimə yüklənən məsuliyyətlərə görə.
2 notes · View notes
mehdiyev-57 · 2 years ago
Text
Hərbi dilində bir söz var "Badi"
Oda hər adama deyilmir və bunu demək
hər adama nəsib olmur görən mən "Badimi"tapa biləcəm?
3 notes · View notes
hakimiyyet · 2 days ago
Link
0 notes
gunayagamali · 9 days ago
Text
Tumblr media
İRƏVAN MİNSK QRUPUNUN “SÜMÜYÜNDƏN” ƏL ÇƏKMİR
Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də, gələcəkdə “faydalı ola bilər”
Milli Məclisin deputatı, “Ana Vətən” Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, ATƏT-in Minsk Qrupu beynəlxalq diplomatiya kontekstində Azərbaycan və Ermənistan arasında keçmiş Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək məqsədilə yaradılan qurum idi: “Hər kəsə məlumdur ki, sözügedən üçlü format münaqişə müddətində hər hansı bir ciddi fəaliyyətlə yadda qalmadı. Əksinə, hər üç dövlət bəzən aşkar, bəzən də üstüörtülü Ermənistanı dəstəkləməklə İrəvanın təcavüzkar, işğalçı siyasətini stimullaşdırırdı. Ermənistan isə cəzasızlıq mühitində işğalçı siyasətini rəsmiləşdirməyə çalışırdı. Təbii ki, bu kimi qanunsuz fəaliyyətlər və beynəlxalq təsisatlar fonunda Minsk Qrupunun fəaliyyətsizliyi Azərbaycanı ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün hərbi əməliyyatlara başlamağa sövq etdi. 44 gün davam edən Vətən müharibəsi işğal faktorunun aradan qalxması ilə nəticələndi. Hazırda ATƏT-in Minsk Qrupu de-yure olmasa da, de-fakto olaraq işi yekunlaşdırılmış qurumdur. Çünki artıq Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi sona çatıb və sülh danışıqları çərçivəsində üçlü formatın mövcudluğuna ehtiyac yoxdur. Lakin Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün Minsk Qrupunun fəaliyyətinin davam etməsində maraqlıdır. Onlar elə bir görüntü yaratmaq istəyirlər ki, sanki hələ də həmsədrlər institutun mövcudluğu gərəklidir. Amma rəsmi İrəvan Minsk Qrupunun ləğvi ilə əlaqədar yekun qərarı qəbul etməyə məcbur olacaq”.
“Musavat.com”
Cavanşir Abbaslı
24 yanvar 2025-ci il
https://musavat.com/news/irevan-minsk-qrupunun-sumuyunden-el-cekmir_1139246.html
0 notes
politiciansstuff · 16 days ago
Text
Tumblr media
Azərbaycan bu hədəfləri vuracaq: Son xəbərdarlıq edildi
"Ana Vətən" Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycan Prezidentinin Qərbi Azərbaycanla bağlı məsələni bir daha gündəmə gətirməsi Ermənistanda narahatlıqla qarşılanıb. İrəvanı bu məsələdə narahat edən səbəb nədir?
- Qərbi Azərbaycanlılar ata-baba torpaqlarına mütləq qayıdacaq. Bu, tarixi zərurətdir. Prezident İlham Əliyev bu günə qədər qarşıya qoyduğu bütün məsələləri həll edib. Bu mənada ölkə başçısının Qərbi Azərbaycana qayıdışla bağlı bəyan etdiyi mövqe birmənalı olaraq reallığa əsaslanır. Dövlət başçısının birbaşa diqqəti ilə Qərbi Azərbaycan İcması artıq özünü ciddi bir təşkilat kimi göstərməklə tarixi həqiqətlərin ortaya çıxması istiqamətində mühüm addımlar atır. Bu mənada “Qarabağ Azərbaycandır” düşüncəsi ilə yaşayıb onu reallaşdıran cəmiyyətimiz indi də tədricən “Qərbi Azərbaycan - Azərbaycandır” fəlsəfəsi ilə tarixi torpaqlara qayıtmaq üçün öz fəaliyyətini səfərbərliyə almaqdadır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandası da bilir ki, bu torpaqlar Azərbaycana məxsusdur. Lakin onlar bunu etiraf edə bilmir. Sözsüz ki, bu etiraf onlar üçün daha böyük fəlakətlərə səbəb ola bilər. Ona görə də, erməni tərəfi bu mövzuya qarşı sona qədər müqavimət göstərməyə çalışacaq.
- Ermənistan tərəfinin sona qədər inkarçı mövqedə durması prosesə necə təsir edə bilər?
- Sözsüz ki, Qərbi Azərbaycanla bağlı Azərbaycan Prezidentinin və xalqının güclü iradəsi qarşısında erməni tərəfinin müqaviməti çox zəifdir. Ona görə də, Ermənistanın nə deməsindən və hansı bəyanatları verməsindən asılı olmayaraq soydaşlarımızın Qərbi Azərbaycana qayıtması prosesi gedir. Yaxın zamanlarda biz bu qayıdışın şahidi olacağıq.
- Bu gün sülhdən danışaraq Ermənistanın silahlandırılması hansı risklər yaradır? Yeni müharibə ehtimalı varmı?
- Azərbaycan Prezidenti də haqlı olaraq bu məsələ ilə bağlı öz mövqeyini bəyan etdi. Ermənistanı himayə edən dövlətlərin və qüvvələrin də diqqətinə bu məsələ çatdırılıb. Çünki işğalçı bir ölkənin silahlandırılması yolverilməz haldır və bu eskalasiya riskini artırır. Eyni zamanda bu hərəkətlər Ermənistanda revanşizmi stimullaşdırır. Belə olan halda Azərbaycan sərt addımlar atacağı ilə bağlı Ermənistana xəbərdarlıq edilib. Lakin hələ də qarşı tərəf və onu himayə edən qüvvələr bundan nəticə çıxartmayıblar. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində son xəbərdarlıq etdi. Əgər Ermənistan bundan sonra da silahlanmanı davam etdirsə, bütün məsuliyyət onun üzərinə düşəcək. Çünki Azərbaycan özünə qarşı istiqamətlənən silahların atışı zamanını gözləməyəcək. Bu silahların hər biri Azərbaycan üçün konkret legitim hədəfdir.
- Rəsmi İrəvan edilən bütün xəbərdarlıqlara əməl etməsə, nə baş verə bilər?
- Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb. Dünyada işğalçı dövlət kimi tanınan Ermənistanın silahlanması region üçün risklər yaradır. Məhz işğalçı dövlətin bu cür davranışları onu Azərbaycan üçün legitim hədəfə çevirir. İrəvana verilən o silahlarla Azərbaycana növbəti zərbələrin vurulması gözlənilməyəcək. Ölkəmiz özünün hərbi gücü ilə bütün hədəfləri anındaca məhv etmək qabiliyyətindədir. Eyni zamanda aidiyyatı qurumlar yerdə olan bütün prosesləri izləyib Ali Baş Komandana dəqiq məlumatlar çatdırır. Sözsüz ki, Ermənistan edilən bütün xəbərdarlıqlardan nəticə çıxartmasa, ona verilən silahların alovu içərisində yanmalı olacaq.
"Teleqraf.com" saytı
Tapdıq Qurbanlı
18 yanvar 2025-ci il
https://teleqraf.com/news/siyaset/449209.html
0 notes
pistanthrophob · 1 month ago
Note
Yuxu yozmalara umumiyetle yuxulara inanmaq gərəklimidir
Mən bütün bu inanclara (yuxu yozumları, bürclər, spiritüalizm və.s) LORE kimi baxıram. Yəni necə ki, bir oyunun ya da film seriyasının dünyalarının qayda-qanunları, sosial normları, inancları və.s ilə maraqlanırıqsa bunlar da mənə o qəbildən olan inanclar kimi gəlir. Sadəcə bunlara inanan insanlar bunları fantaziya kimi yox reallıq kimi qəbul edir.
Yuxuların mənası məsələsinə gəldikdə isə mənim fikrimcə bizim beynimiz xüsusilə gecələr aktiv işləyərək problem həll etdiyi üçün biz yuxularımızda bu həll prosesinin bəzi belə desək "trailer"-lərini görürük. Beynimiz daim gələcəkdə olması ehtimalı olan hadisələri hesablamağa çalışır. Ancaq əlbəttə ki, şüuraltımızda olan reallıqla ayaqlaşmayan fikirlərin bura daxil olması ilə biraz absurd hal alır. Məsələn mən yuxumda dəfələrlə yaşadığım rayonun işğal olunduğunu və ya sadəcə müharibə düşdüyünü görmüşəm. Həqiqətən də bu yuxuları görməyimdən çox keçməmiş (biri 2016-da biri 2020-də) müharibə olub. Bu deməkdir ki, mən gələcəyi görürəm? Təbii ki xeyr. Müharibə olan müddətə qədər onsuzda daim o fikir ilə yaşayırdım. Müharibə vaxtı yaxınlaşana kimi də ətrafdan(xüsusilə hərbi hissədəki zabitlərin uşaqlarından) çoxlu informasiya alırdım. Təbii olaraq da bu mənim daxili fikirlərimə təsir edib və mənim beynim də "Əgər işğal olarsa həyatda qalmaq üçün nə etmək lazımdır? Bütün mümkün ehtimalları hesabla!" rejiminə keçib.
Amma nəticədə hərkəs istədiyinə inana bilər. İnanc insana lazımdır. İstər hər şey Allahın əlindədir de, istər merkuri retrosu günümü məhv etdi de, istər yuxumda ilan görmüşəm düşmənlərim arxamca oyun çevirir de. Həyat sənindir, nəyə inanaraq xoşbəxt olursansa ona inanmağa davam et. Yəni çox bilmək də bir şey deyil.
0 notes
hakimiyyetqazeti · 5 months ago
Link
0 notes
turals-posts · 6 months ago
Text
NATO-da Çinə qarşı riskli həmlə: Hərbi gəmilər Sakit okeana yığışır
NATO başa düşür ki, Çinə qarşı tədbir görməsə Rusiyanın güclənməsi qaçılmaz olacaq. Kreml isə bundan cəsarətlənib NATO-ya qarşı daha cəsarətli və riskli addımlar ata biləcək.
Çin uzun müddət idi ki, Rusiya-Ukrayna müharibəsini izləyir, gizli də olsa Rusiyaya dəstək verirdi. Son zamanlar bu dəstək açıq-aşkar edilir. NATO məhz buna görə indi Sakit okeanda qüvvələr yaratmağa başlayıb. İstisna deyil ki, bu qüvvələr Tayvana dəstək verəcək.
0 notes