#gətirib
Explore tagged Tumblr posts
mmar1ia · 7 months ago
Text
Mən heç bir vaxt “gözlənilən” insan olmamışam bugünə qədər. Hər zaman kiminsə gəlişini gözləmişəm, saatlarla, aylarla, illərlə. Səbrlə, sadəcə gözləmişəm. Düşünürlər ki, mən də daima olduğum yerdə dayanıb, yenə də kimisə gözləyəcəm, ancaq elə deyil. Bəlkə məni qoyub getdiyiniz yerdə taparsınz, ancaq keçmişdəki insanı bir daha əsla tapa bilməzsiniz. Çünki araya girən zaman, insanı çox dəyişdirir. İnsan zamanla soyuqqanlı birinə çevrilir, “yaxın” dediyi şəxslərlə belə araya məsafələr qoyur. Nə zaman dayanır, nə də hisslər eyni qalır, hər şey dəyişir. Bəzən məcburiyyətlər, bəzən isə şəxsi qərarlar bizi bu nöqtəyə gətirib çıxarır. Bu səbəbdən, uzun zamandır gözlətdiyiniz insanlarla qarşılaşdıqda, qarşınızda dayanan insanın hisslərini anlamağa çalışın, sadəcə özünüzü düşünməyin. Çünki, deyilməyəcək sözlərdən və hər gün böyüməkdə olan boşluq hissindən xəbəriniz yoxdur…
40 notes · View notes
aaydaneliyeva · 4 months ago
Text
Mədəm də yara əmələ gəlib işdə quru yemək yeməyim deyə anam durub sup gətirib özü yedizdirir ki görsün yeyirəm. Mən bu qadını qazanmaq üçün nə eləmişəm axı 🫠
34 notes · View notes
dadaszdkh · 6 months ago
Text
Bizə verilən ömürün biri birmizdən inciməyə xərclənməyəcək qədər qısa olduğunu anlamaq üçün ölməyimiz lazımdır? Sevməyiniz üçün birinin ölməsi lazımdır? Yox da başqa necə deyim ki, bunu artıq anlayaq?! Nə zamana kimi sevmək əvəzinə inciməyi seçəcəyik? Yersiz bəhanələr gətirib sevdiklərimizlə aramıza məsafə qoymağa cəhd edəciyik? Yersiz davalar edəcəyik. Zamanın nə qədər qısa olduğunu və bir müddət sonra ölüm adlı həqiqət ilə üz üzə qalacağmızı dərk etmək axı çoxda çətin deyil. İnanın əgər bunu dərk etsək incimək üçün yox sevmək üçün sarılmaq üçün bəhanələr axtaracıyıq.Bəli sevmək üçün.O sevgi ki, qadınlar onu qəlbində daşıdıqca,gözlərində daima xoşbəxtlik günəşi parlayır. O xoşbəxtlik günəşi ki, ömrümüzün yollarını əbədiyyən aydınlıqla bəzəyir..
26 notes · View notes
zkyvaelmira · 5 months ago
Text
Hər bir insanın öz dünyası,o dünyasının öz qayda-qanunları var.Kimisinin dünyası dar ikən,kimisi daima o dünyanı böyütməyə,məna qatmağa çalışar.Yeni yerlər görmək,insanlar tanımaq kimi yeniliklər dünyamızı böyüdərkən,bədbin düşüncələrin təsiri altında əzilib qalmaq dünyamızın daha da daralmasına gətirib çıxarar.Həmçinin dünyamızı darlaşdıran bir amil də məhz bir düşüncə tərzində sıxışmaq,başqa həyatların olacağına ehtimal vermədən insanları qınamaqdır.Yerində olmadığımız insanların yaşayış tərzini,seçimlərinin yanlış olduğunu düşünə bilərik,lakin onları qınamaq bizə düşməz.Dünyalar fərqli olduğu kimi o dünyaların yetiştirdiyi insanlar da fərqlidir.Kiminin doğrusu sənin yanlışın,sənin doğrun bir başqasının yanlışı ola bilər,bu normaldır.Normal olmayan bunu nəzərə almadan insanları qınamaqdır.Bir sözlə,dünyanızı genişləndirməyə;yeniliklər əlavə etməyə hər daim hazır olun,həmçinin yeni düşüncələrə də.İnkişaf etməyə hər daim hazır olun,mənfi tərəflərinizi müəyyənləşdirib düzəltməyə çalışın.Ən önəmlisi isə;dünyanızı sizə heç bir şey qatmayacaq insanlarla mübarizə aparmaqla deyil,yeni məlumatlar öyrənəcəyiniz,ruhunuza rəng qatan insanlarla doldurun:)
11 notes · View notes
sanctasu · 4 months ago
Text
Gizlənpaç
elə bilirəm dünyada bütün mahnılar qurtarıbdı, hamısını təkrar-təkrar o qədər qulaq asmışam ki, artıq heç biri məni doyuzdurmur. ruh halıma uyğun heçnə tapa bilmirəm. nauşnikimidə itirmişəm, qulağımın alışmayan vərdişini yalnız buraxmışam. indi heç kimi düşünmürəm. həm səhər və axşam telefonun səsini polnu xod verib mahnı dinləyirəm. bu zaman tək düşündüyüm, divar qonşularımdı. görəsən yüksək səsə görə söyüş yiyəsi olmuramki.? (mübhəm məsələdir) ən xoşladığım şey baxdığım filmlərdəki arxa fon mahnılarını tapıb, qulaq asmaqdı. çoxdandı kinoya baxmıram deyə, onlarda da bir inkişaf yoxdur. çoxdandı demişkən, çoxdandı çox şeyin başını buraxmışam. həyatım haqqında maraqlanmıram, yastığa başımı qoyduqda gözümü ağ divara, özümü yuxuya təslim edirəm. hər səhər gözümü açdıqda da, yerimdə qurcuxa-qurcuxa yenidən başımı yastığa qatıram. yeganə fərəhgətirən olay vicdanımın rahat olmasındadır. mən vicdanım qədər sağlam və təravətli qala bilmirəm. elə bil, əziyyətini çəkmədiyim şeyin bəhrəsini almaq iqtidarından məhrum olunmuşam. ayaq üstə rahatca gəzib, dolaşıb, avaralanıb, gəzə bildiyimi xatırladıqda bu iqtidarın yetərincə məndə olduğunu anlayıram. iqtidar demişkən, qardaşımla bir aydan çoxdur danışmıram. yaman dilxor olmuşam. hər ikimiz qəbahətli olduğumuz halda, heçbirimiz qəbahətli deyilmişcəsinə forslu-forslu bir-birimizlə danışmırıq. nə mən, nə də o yazır. (inadı qırıb, yazmıramda) eşitdiyimə görə özünün başı sevgi işlərinə qarışıb. nə deyirəm ki, mən sevgidən fərqli olaraq onunla gizlənpaç oynayacam. yaxşı yerdə gizlənib, yerimdən tərpənməyəcəm. gizlənpaç qaydalarına xələl gətirib səsimi çıxartmadan itəcəm. o məni nə qədər axtarsada-axtarsada tapa bilməyəcək. o bilməyəcək ki, mən çubuqlu bölmə kimi bölünmüşəm. (necə bölünmüşəm?) qalığı, tam ədədin harda olduğunu bildiyim şəkildə belə, cavabı yazmayacaq qədər bölünmüşəm.
17 notes · View notes
qulumemmedovv · 2 years ago
Text
Gənc yaşda birini takıntı halını gətirib buna sevgi deyirsiniz. Sevgi çox böyük bir anlayışdır. Kafelərdə əl-ələ gəzmək deyil, səbəbsiz qısqanclıq etmək deyil , zorla oldurmağa çalışmaq deyil , xırda bir şeyin üstündə trip atıb kənara çəkilmək deyil, qürur edib qarşı tərəfdən diqqət gözləmək deyil, gedənin arxasından ağlamaq heç deyil. Gedən birinin ardınca axmaq. Sevgi ikitərəflidir və fədakarlıq tələb edir. Fədakarlıq olmasa sevgi olmaz, fədakarlıq etməyən aşiq ola bilməz. Axmaq insanlarla maraqlanaraq sevgi anlayışını çox sadələşdirməyin. Gəncliyinizi belə başıboş şeylərə görə sərf etməyin. Heç kim vazkeçilməz deyil, gedənləri qalmağa məcbur etmə, gəlməyənləri sevməyə özünü məcbur etmə. Hər şeyi həyatın axarına buraxıb gəncliyinizi yaşayın. Həyat belədir, özünüzü bu dövrəyə girməyə məcbur etməyin
83 notes · View notes
madinaa17 · 1 year ago
Text
9-cu sinifi bitirdikdən sonra bizim sinfi dağıtdılar. 10-cu sinifdə yeni sinifyoldaşlarım var idi. Əksəriyyətini tanıyırdım. Tanımağıma baxmayaraq onlarla ortaq zövqümüz yox idi. Mənə görə boş dərs olan dərslərdə (coğrafiya, biologiya və s) çantama kitab qoyub, həmin dərslərdə kitab oxuyurdum. Arxamda da 2 qız otururdu. Mənim kitab oxumağım + da oxuduğum kitab onlarda maraq oyatmışdı. Bir neçə müddət mən onlara kitablarımdan verdim, sonra onlar kitab almağa başladılar
15-sentyabrda sinfimizə keçdikdə məndən soruşdular ki, Mədinə, yayda hansı kitabları oxudun? Cavab olaraq isə "heç nə oxumamışam, hazırlıqlardan vaxt tapmadım" dedim. Onlar isə 10-dan çox kitab oxuduqlarını dedilər. O an özümü uşaqları ilə qürur duayn bir ana kimi hiss etdim. Çünki mənim kitab oxumağım onlarda, o qızların kitab oxumasını görüb 1-2 nəfərin də kitab oxumağına gətirib çıxardı. Özümlə bu dəfə həqiqətən fəxr edirəm. Bunu da yazıram ki, xatirə qalsın🧚🏻‍♀️
41 notes · View notes
olan-olub · 7 months ago
Text
Bir anlıq özüm özümü tırkaya gətirib fso e deyəcəm hərşeyi belədi elədi deyib
Axşama doğru zırt olmaq
7 notes · View notes
dadaszdkh · 8 months ago
Text
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ
Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa.
21 notes · View notes
evezysf · 1 year ago
Text
Sözüm kimlərəsə toxunarmı, toxunmazmı bilmirəm. Bir məsələ var ki, əsasəndə sevgi ilə əlaqəli məsələlərdə- sevginin nə olduğunu, nə demək olduğunu tam, tam olmasada belə müəyyən qədər də belə olsa dərk etmədiyi üçün münasibətlərində xırda problemlərlə (hansı ki problem edilməyə də bilər) çox-çox böyük məsfalər açıb, araya boşluqlar salıb sonunu ayrılığa gətirib çıxaran tərəf və ya tərəflər olur əksər hallarda. Nəticəsində münasibətin sonu ayrılıqla bitir təbii ki, buda öz yerində. İşin əsas problemli hissəsi odurki bu şəxs oturub özünü bu mözvuda daha da təkmilləşdirmək əvəzinə, nələrisə daha ətraflı düşünüb götür-qoy etmək yerinə düşür sosial platformaların canına. Başlayır müxtəlif cür el dilində desək "qruz" statuslar, "tiktok"-da və bu kimi platformalar da videolar paylaşmaq və.s. Bir digər söhbət isə odur ki, ayrılığın səbəbkarı olan şəxs öz ətrafı və digər yerlərdə bir söhbət açıldığı təqdirdə səbəbkar olan şəxs digər şəxsi hərzaman günahlandırır, insanlara fərqli formada tanıdır, ətrafın düşüncəsində fərqli fikirlər yaradır həmin şəxs haqqında. Qısaca desək özünə necə sərf edirsə o cür tanıdır ətrafına. Halbuki məsələ heçdə o cür deyil. Ortada müyyən qədər sevgi və digər məsələlərlə əlaqəli anlayışın olmamasından qaynaqlanan problemlərin də nəticəsi budur. Sadəcə tələsməyin).
44 notes · View notes
mahmudtofiq · 10 months ago
Text
۩Mərhəmətli, Rəhmli Allahın adı ilə۩
19.96: Həqiqətən, iman gətirib
yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq.
(Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini hamının, o cümlədən möminlərin qəlbinə salacaqdır).
Tumblr media
7 notes · View notes
yagubov · 10 months ago
Text
İş həyatını o vəziyyətə gətirib çıxarıblar ki, axşam evə bir parça çörək apara bilmək üçün çumo vəziyyətini almışıq. Dansaz da budu, danmasaz da..
14 notes · View notes
pistanthrophob · 3 months ago
Text
Əgər bir xüsusiyyət səndə varsa varlığını unudarsan. Kim ki, bir xüsusiyyətini dilə gətirib daim reklam edirsə deməli həmin xüsusiyyət onda heç vaxt olmayıb.
4 notes · View notes
aliyevkamrann · 1 year ago
Text
Bu həyatda heç nəyə nail ola bilməyəcəksən dedi. Mən isə sakitcə uğurlarımın ardını gətirib özümü inkişaf etdirməyə davam edirəm..
40 notes · View notes
banuulandiya · 1 year ago
Text
2024-ün bir şey gətirməyinə ehtiyac yoxdu, 2022 ən mükəmməlini gətirib bir ömür bəsdi o mənə
9 notes · View notes
ogunbugundur · 2 years ago
Text
anam məni bu dünyaya fiziksəl olaraq bütün acılarıçəkim deyə gətirib
26 notes · View notes