Tumgik
#gücləndirməliyik
metbuat · 2 years
Text
Erik ten Haq MY-nin yanvardakı transfer planlarını açıqladı
Erik ten Haq MY-nin yanvardakı transfer planlarını açıqladı
“Mançester Yunyted”in baş məşqçisi Erik ten Haq qış transfer pəncərəsində hansı mövqeyi gücləndirəcəklərini deyib. Metbuat.org-ın məlumatına görə, 52 yaşlı çalışdırıcı bu barədə “Sky Sports”a qısa açıqlama verib: “Bizi iki cinah müdafiəçisi lazımdır. Hər iki “qanad”ı gücləndirməliyik. Qarşıda çox oyunlarımız var”. Xatırladaq ki, niderlandlı mütəxəssis cari mövsümdən MY-ni çalışdırır. Onun…
Tumblr media
View On WordPress
0 notes
politiciansstuff · 4 years
Text
"Elmar Məmmədyarov səbrsizliklə Nyu-Yorkda övladları ilə erməni musiqisinə rəqs edəcəyi günü gözləyir" — Deputatdan sensasion AÇIQLAMALAR
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Sovet İttifaqının tərkibinə qatılmış respublikaların bir çoxuna həmin təşkilatdan ayrılan zaman geniş ərazilər bəxş edilməsi barədə fikirlərini şərh edib.
F.Ağamalı Demokrat.az-a açıqlamasında bildirib ki, Putinin bu fikirləri həqiqətləri əks etdirir:
"Putinin bu fikirlərinin Azərbaycana hər hansı formada aidiyyati yoxdur. Bu fikirlər xüsusi olaraq işğalçı Ermənistana aid edilməlidir. Çünki Xalq Cümhuriyyəti dövründə Azərbaycanın ərazisi 114 min kvadrat kilometrdən çox idi. Digər tərəfdən isə həmin dövrdə müqayisəli ərazilər də var idi. Həmin ərazilər daha çox Gürcüstan və Rusiya ilə bağlı idi. Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra torpaqlarımızın xeyli hissəsi Ermənistana verildi. Bu ərazilər Zəngəzur mahalının Qafan, Gorus və qədim adı Qarakilsə olan indiki Sisian rayonları idi. Bu ərazilərimiz, eyni zamanda Göyçə gölündən Qazax rayonuna qədər olan ərazilərimiz də Ermənistana verildi. Sovet imperaiyasının vermiş olduğu Azərbaycanın bu tarixi əraziləri hesabına indiki Ermənistan formalaşıb. Bu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır".
Deputat qeyd edib ki, Putinin bu etirafını tarixi həqiqətlərin Azərbaycanın xeyrinə olan fakt kimi şərh etmək və təqdim etmək lazımdır:
"Əslində Putindən daha kəskin və tutarlı şəkildə ölkə Prezidenti İlham Əliyev bu məsələni uzun illərdən bəri gündəmə gətirir. Cənab Prezident çıxışlarında hər zaman indiki Ermənistanın və onun paytaxtının Azərbaycanın tarixi torpaqlar olduğunu qeyd edir. Bu məsələ ölkə Prezidenti səviyyəsində önə çəkilirsə, demək ki, beynəlxalq səviyyədə də ciddi qəbul olunur. Çünki bu məsələ barədə tarixçilər və ya millət vəkilləri fikir söyləmir, ölkə başçısı çıxış edir. Ölkə Prezidentinin söyləmiş olduğu fikirlər isə hər zaman daha ciddi çəkiyə malikdir. Cənab İlham Əliyev bu məsələ ilə bağlı dəfələrlə çıxışlar və tarixçilərə çağırışlar edib. Çox təəssüf ki, bizim tarixçi alimlərimiz nədənsə susqunluq nümayiş etdirirlər. Prezidentimizin çağırışlarına baxmayaraq, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi bu çağırışlara cavab vermir, ortaya fikirlərini qoymur. Əslində, bu ölkə Prezidentinin çağırışlarına qarşı çıxmaq, onu bloklamaqdır. Ölkə Prezidentinin çağırışlarına söykənərək hər birimiz bu sahədə fəaliyyətimizi gücləndirməliyik".
F.Ağamalı qeyd edib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də fəaliyyətində 180 dərəcə dönüş etməlidir:
"Xarici işlər naziri ermənilərə xidmət edən mövqeyindən əl çəkməlidir. Çünki onun fəaliyyəti bütövlükdə Ermənistanın işğalçılıq siyasətini stimullaşdırır. O da öz fəaliyyətində dönüş yaratmalıdır. Dəfələrlə söyləmişəm və bu gün də deyirəm ki, Elmar Məmmədyarov Azərbaycanın xarici işlər naziri kimi ona Prezident və dövlət tərəfindən göstərilən etimadı birmənalı şəkildə doğrultmur. Bu gün Xarici İşlər Nazirliyinin mövqeyi Azərbaycan Prezidentinin ortaya qoyduğu "hücum diplomatiyası" ilə uzlaşmır. Əslində, onun fəaliyyəti Ermənistanın işğalçılıq siyasətini stimullaşdırır. Bu gün Elmar Məmmədyarov səbrsizliklə nə vaxt vəzifəsindən azad olunacağını və bundan sonra gedib Nyu-Yorkda övladları ilə erməni musiqisinə rəqs edəcəyi günü gözləyir. O, özündə cəsarət taparaq ərizə yazıb vəzifədən getmək istəmir. Çünki ona xaricdən tapşırıq verilib ki, Ermənistanın işğalçılıq siyasətini bu şəkildə malalasın. Nə qədər ki, Elmar Məmmədyarov Azərbaycanın xarici işlər naziridir, biz cənab Prezidentin "hücum diplomatiyası"na adekvat addımlar atılmasını, Azərbaycanın qətiyyətli mövqeyinin beynəlxalq səviyyədə çatdırılmasına şahid ola bilməyəcəyik. Amma bununla yanaşı çox sevindirici haldır ki, Azərbaycanın xaricdə kifayət qədər vətənpərvər və peşəkar diplomatları var. Onlar ölkə Prezidentinin çağırışlarına uyğun olaraq addımlar atmalıdır. Təbii ki, burada Putinin də mövqeyindən Ermənistana qarşı element kimi istifadə etmək olar".
"Demokrat.az" saytı
Zaur Hacılı
27 İyun 2020-ci il
https://demokrat.az/news/42665
Tumblr media
1 note · View note
politiciansstuff · 3 years
Text
AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİ NİYƏ GƏRGİNLƏŞİB?
- “İRAN ÇOX ƏSƏBİ GÖRÜNÜR”
“İran çox əsəbi görünür. Azərbaycanın güclü dövlət kimi özünü ifadə etməsini həzm edə bilmir. Əgər bundan sonra İran Azərbaycana qarşı belə siyasət nümayiş etdirərsə, bizim soydaşlarımızın 44 günlük müharibədə olduğu kimi iradəsi ortada olacaq. Artıq o zaman İran onun ərazisində olan bizim 40 milyonluq soydaşımızın qarşısında dayana bilməyəcək”.
Bu fikirləri “Toplum TV”-yə deputat Fəzail Ağamalı indiki İran-Azərbaycan münasibətlərini şərh edərkən bildirib.
Sentyabrın 12-dən etibarən İranın yük maşınları Gorus-Qafan yolunda Azərbacan ərazisinə giriş üçün rüsum ödəyirlər.
Dövlət Gömrük Komitəsi Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasını Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən tətbiq edildiyini bildirib. Məlumatda ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələrinin “Dövlət rüsumu haqqında” qanunun 24-cü maddəsinə əsasən, yol vergisinin vergitutma obyekti olduğu vurğulanıb.
“İran əsəblərimizlə oynayır”
Deputat Fəzail Ağamalı İranın riyakar, Ermənistanın mövqeyini qoruyan və Azərbaycanın səbr kasasını daşıran addımlar atdığını deyir: “Bir müddət öncə bu özbaşınalığı, Azərbaycana qarşı düşmənçiliyi diqqətə çatdırmaq üçün İrana nota verilsə də, bunlar yenə də riyakarlığı davam etdirirlər. Ən azı biz bunu Şuşanın özündən belə açıq görə bilirik. İranın molla rejimi bunu dərk edə bilmir və seperatçı quldurları yemləməklə əsəblərimizlə oynayır. Amma o mütləq bunun cavabın alacaq”.
Deputat Azərbaycanın həmişə İrana səmimi münasibət bəslədiyini deyir. “İran 40 milyonluq soydaşımızın etirazlarını da nəzərə almır. Bu artıq ağlını itirmiş bir rejimdir. Azərbaycan dövləti bununla kifayətlənməyəcək, bunun ardı da gələcək. Eyni zamanda biz Laçında da həm gömrük, həm də xüssusi təyinatlı dəstələrin postlarını qurmalıyıq. Laçınla Ermənistan sərhədində də sərhəd postlarımızı gücləndirməliyik”.
F. Ağamalı Azərbaycanla İsrailin münasibətlərini daha yüksək səviyyədə qurmalı olduğunu və İranla artıq münasibətləri açıq müstəvidə aydınlaşdırmalı olduğundan da danışır.
“Toplum.tv” saytı
Vüsalə Mikayıl
14 Sentyabr 2021-ci il
Tumblr media
0 notes
politiciansstuff · 4 years
Text
24 İyul 2020-ci ildə Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “İyul döyüşləri: Qəhrəmanlıq və Vətənpərvərlik” mövzusunda video konfransda Ana Vətən Partiyasının sədri, Millət Vəkili Fəzail Ağamalının
Ç I X I Ş I
Ermənilərin növbəti hərbi təcavüzünə qarşı bir neçə günlük lokal iyul döyüşləri bütövlükdə işğalçı ölkənin bütün sahələrdə zəifliyini, Azərbaycanın isə hərbi və siyasi gücünü və bacarığını, ordu ilə xalqın möhtəşəm birliyini nümayiş etdirdi.
Ermənistanın qəflətən hücum etməsinə və daha çox ehtimal olunan başqa bir dövlətin texnoloji imkanlarılə yüksək çinli zabitlərimizin qətlə yetirilməsinə baxmayaraq, ordumuzun həyata keçirdiyi qisas əməliyyatları düşmənə ağır və sarsıdıcı zərbələr vurdu, düşmənin sərhəd boyu bütün hərbi kommunikasiyaları, onlarla canlı qüvvəsi və xeyli sayda texnikası məhv edildi.
- Bu sınaqdan xalqımız da, Ali Baş Komandanımız da, ordumuz da qalib olaraq çıxdı və qalib çıxmağımızla, gücümüzlə bağlı ermənilərin də, onu himayə edən ölkələrin də şübhəli düşüncələrinə bir daha aydınlıq gətirildi və bu şübhələrə tamamilə son qoyuldu.
- Düşmən və onu himayə edənlər generalımızı və digər yüksək rütbəli zabitlərimizi qətlə yetirməklə, ordumuzu və xalqımızı mənəvi sarsıntıya hədəfləmişdilər. Bu, olmadı. Əksinə əsgərilə, zabitilə bərabər, Generalını da itirən Ali Baş Komandanımız da, Ordumuz da, xalqımız da daha da mətnləşdi, birgə oldu, güclü oldu və qisas əməliyyatı düşmənə böyük fəlakətli günlər yaşatdı. Və Azərbaycan gəncliyinin vətənpərvərliyi düşmənə, onunla bərabər olanlara şok effekti yaratdı;
- Müttəfiqlərimiz və dostlarımız bizi tək qoymadı, Türkiyə, Pakistan, Ukrayna, Türk Şurasının qardaş dövlətləri, İslam Konfransı təşkilatı, Qoşulmama Hərəkatı ölkələri yanımızda oldular, digər çox saylı ölkələrsə əvvəlki illərdən fərqli olaraq, bizi ittiham etmədilər, nisbətən neytral qaldılar. Bu, ölkə prezidentinin illərdən bəri gərgin diplomatik fəaliyyətinin və şəxsi nüfuzunun bəhrəsi idi;
- Ermənistanın çox ümid bəslədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv ölkələri təcavüzkar ölkənin avantürasını baykot etdilər.
- Qəhrəman ordumuz topu ATƏT-in Minsk Qrupunun meydanına ötürdü, baxaq, onlar bundan sonra necə rəftar edəcəklər, ya Ermənistanı təcavüzkar ölkə kimi məcbur etməlidirlər ki, işğala son qoysun və Azərbaycanın ərazi bütövlüyü təmin olunsun, yaxud da Dövlətimizin, Ali Baş Komandanımızın və ordumuzun iradəsi qarşısında kənara çəkilsin və haqq içimizi müdafiə etsin;
- Dövlət və cəmiyyət olaraq informasiya cəbhəsindəki boşluqları dərhal aradan qaldırılmalıyıq, ordumuz kimi internet resurslarında da müsəlləh əsgər kimi səfərbər olmalıyıq, həm ermənilərə və onları dəstəkləyənlərə, həm də anti-milli ünsürlərə və 5-ci kalona qarşı daha ardıcıl şəkildə mübarizə aparmalıyıq;
- Xaricdə yaşayan soydaşlarımız artıq ciddi güc mərkəzi kimi özünü nümayiş etdirdi, erməni təcavüzünə qarşı qətiyyətli şəkildə iradəsini ortaya qoydu. Bu amili daha da gücləndirməliyik, onlara daha çox diqqət və qayğı göstərməliyik;
- Və ən nəhayət, strateji xarakter daşıyan neft və qaz kəmərlərinin, Qərblə Şərqi birləşdirən yeganə dəmir yol magistralının təhlükəsizliyinin ən yüksək səviyyədə qorunması daha da aktuallaşdı.
Sonda demək istərdim ki, 2016-cı ildən başlanan qələbə bizimdi və bizim də olacaq. Bu qələbə ermənilərin xalqımıza və tarixi torpaqlarımıza qarşı 250 illik hərbi, siyasi, mənəvi və maddi təcavüzünə son qoyacaqdır.
Buna varlığım qədər inanır və zərrə qədər şübhə etmirəm.
Tumblr media
0 notes
politiciansstuff · 4 years
Text
instagram