#görürəm
Explore tagged Tumblr posts
daglarmarali · 2 months ago
Text
Deməli mən qızdan ikinci əl kitab almışdım eyni universitetdə oxuyuruq. Qız kitabı mühafizəçiyə qoyasıydı. Bizim danışdığımız gündən bir həftə sonra kitabı çatdırdı bəzi səbəblərdən. Görürəm üstündə əlavə başqa kitab da qoyub, üç ədəd əlfəcin də. Heç gecikməsi mənim üçün problem də deyiliydi. Onun düşünməsi, üzr niyyətində hədiyyə qoyması, sevirəm də incə düşünən insanları. İndi də kitablara baxa durmuşam🫠
69 notes · View notes
korressamm · 4 months ago
Text
Buranın da fake anlayışı bir başqa fərqlidi. Bir şəkili artlq 4-cü profildə görürəm və özləri olduğun deyirlər.
68 notes · View notes
dadaszdkh · 23 days ago
Text
Hər şeyi görürəm amma kor kimi davranıram.
30 notes · View notes
petr1chorr · 10 months ago
Text
Gərəksiz, yersiz, anlamsızlıq dolu, bikarçılıqdan qoyulmuş statusları görməkdən artıq gözüm qanayır. Yaşıl xəttin görünməsi sinirlərimə toxunur deyə baxmasam olmur. Baxmadan keçdikdə belə zaman xərclədiyimə görə əsəbləşirəm. Bəzən gözucu görürəm, onda lap əsəbləşirəm. Arada lazım olur(lar) deyə nömrələri silə də bilmirəm. Görəsən, nə əlac görək belələrinə?
88 notes · View notes
qasimov-a · 5 months ago
Text
Yaşadıqca görürəm bu Dünyanın yaşanılacaq yer olmadığını
39 notes · View notes
madinaa17 · 1 year ago
Text
Hansı platformaya girirəm sevib, sevilən qızlar görürəm. Paylaşmasanız olar? Bir nəfər üzülür öz vəziyyətinə🥲
80 notes · View notes
nyctophiliasblog · 4 months ago
Text
Zaman keçdikcə görürəm ki, özümdən başqa hər kəsi dinləmişəm. Nə böyük axmaqlıqdır bu belə..
21 notes · View notes
aysusydzde · 1 year ago
Text
Nə vaxt hər şey tamdı demək istəsəm bir boşluq olduğunu görürəm və necə dolacaq bilmirəm
84 notes · View notes
daglarmarali · 1 month ago
Text
Həmişə hər yerə tez gedib gözləyən tərəf oluram. Nə qədər gec çıxmağa çalışsam da olmur. Dedim bu dəfə gec olacam. Evdən gec çıxdım. Gəlib görürəm yenə tez olmuşam heç kəs yoxdu. Yaxşı ki, həmişə çıxdığım kimi tez çıxmamışam.
42 notes · View notes
sanctasu · 6 months ago
Text
Gülən üzlər
Taksidəykən maşınların arxası narıncı gözlü geniş üzlərə çevrilir. Mən yağışın sıçramış pəncərəsindən onlara baxarkən hamısı mənə gülümsəyir. Geniş, boş təbəssümlər, parlaq gözlər. Maşınlar artıq əyləşdiyim maşını deyil, onlara gülümsəmədiyimə görə məni mühakimə edirlər. Öz aralarında məni ön oturacaqda əyləşmiş başqa sərnişinlərlə müqayisə edirlər. Başqa sərnişinlərə bənzəmədiyimə görə məni söyürlər. İndiki zamanda söyməkdən asan nə var ki?! Hünər söyməməkdir. Ancaq bunları o şüşədən ibarət parçacıqlara söyləmək düzgün bulunmaz. Yan tərəfimdə uniformalı sürücüyə baxar-baxmaz vücuduma bir soyuqluq gəlir. Sürücü tərpənməyən üz cizgilər ilə mənə cansıxıcı eyham bəxş edir. Dodaqaltında sayını bilmədiyim təkrarlanan şivə sözcüklərini eşidirəm. Eşitdiklərimi hörmət əlaməti olaraqda cavablamağa heç bir macalım yoxdur. İşıqforun qırmızı işıqlarının gözümə günəş şəfəqləritək yansıtdığı görüntüdə üzümü sağ əlimlə tutmağa çalışıram. Bu zaman əlimin baş barmağı ilə şəhadət barmağı arasında göy qələm ilə “x” hərfi yazıldığını görürəm. Dümdüz, səliqə ilə yazmış olduğum bu hərfi nədən əlimə yazdığımı düşünürəm. Uniformalı sürücü onun yolunu gecikdirən maşın sürücüsünü asta səslə söyür. Yağış damcıları qulağımda cingildəyən bu söyüşə zidd olaraq hava axını ilə şüşədə buxar əmələ gətirir. Uniformalı sürücü mənə baxmadan gedəcəyim ünvanın hansı yolunda düşəcəyimi soruşur. Ona laqeydcəsinə, soyuq səslə cavab verirəm. Səsim amerikan filmlərində səslənən mənfi obraz aktyorlarının dublyaj səslərinə bənzəyir. Əlimə qeyd etdiyim yazı, mənə bu gün mühazirə boyunca qələm istifadə etmədiyimi xatırladır. Qələm mürəkkəbinin mənə aid olmadığını duyub, mühazirə zamanı kiminlə ünsiyyətdə olduğumu yadıma salıram: auditoriyanın yan tərəfində bardaş qurub mənə aid olmayan təxəllüslə salam verən V. arxa partalara keçərkən gözü ilə başını önə doğru əyərək etimadını göstərən N. yanımda əyləşib, belini əyərək gözümdə qoca bir fəhləyə bənzətdiyim A. başqa dərs müddətində münasibət göstərdiyim birilərini yadıma sala bilmirəm. Sürücü möhkəmcə əyləci basaraq “çatdıq!” dedi. Ödənişi edib yerə düşər-düşməz səkidə yağmur damcılarının üstələdiyi bir balaca ayı oyuncağı görürəm. Yuxarıdan aşağı imkanlı təbəqənin zavallı birinə baxdığı təqdirdə oyuncağa baxıram. Oyuncağı sağ əlimlə götürürəm. Balaca, ayı oyuncağı əlimi isladır. Oyuncağa diqqətlə nəzər etdikdə onun büst hissəsində mürəkkəbə bənzər ləkə görürəm. Həmən mürəkkəbə toxunuram, və mürəkkəb şəhadət barmağıma azacıq nöqtə kimi yaxılır. Bu yağmurda hansısa oyuncağın mənə fərahlıq gətirəcəyini düşünməzkən düşünməyimə səbəb olan, bir əlimə çəkilən naməlum qələm mürəkkəbi, birdə bu balaca ayı olur.
24 notes · View notes
dadaszdkh · 3 months ago
Text
Həqiqətən bəzi insanlar, o qədər xoşbəxt görürəm onların yerinə mən xoşbəxt olmaq istəyirəm.
25 notes · View notes
petr1chorr · 11 months ago
Text
Çarpayımın altındakı o qorxulu, bilinməz varlıqdan qorxmamışam heç zaman, beynimin içində olan "canavar" daha dəhşətli gəlib mənə. Özümdən çəkinib qorxmuşam, çünki içimdəki canavarı bəsləyən də məhz özüm olmuşam. Və fərqinə varıram ki, mən böyüdükcə içimdəki canavar da mənimlə birlikdə böyüyür. Onu mən böyüdürmüşəm. Bəs ondan qorxuram? Həm də necə. Ən çox da qaçıb uzaqlaşmağa çalışdığım canavara çevrilməkdən qorxuram. Bəlkə də, artıq həmin qorxduğum "canavar"a çevrilmişəm. Gerçək özüm'ün hansı olması haqqında heç bir fikrim yoxdur. Özümdən uzaqlaşıram, yoxsa özümə dönürəm? Sualımın cavabı birincidirsə, bu qorxuncdur. İkincidirsə, bu daha da qorxuncdur. Çünki illərdir özümü tapmaq yolundakı ümidli addımlarımın nəticəsi olaraq mən adını belə qoya bilmədiyim xarakterdə birinə çevrilmişəm; soyuq, ümidsiz, səbrsiz, cəsarətsiz, nə istədiyini bilməyən və daha bir çox adını qoya bilmədiyim mənfi xüsusiyyətləri görürəm özümdə. Sən demə özümü tapmaq üçün qaçıb uzaqlaşdığım yeganə insan elə özüm imişəm. Ən dəhşətlisi də budur, deyəsən.
86 notes · View notes
anar-abasow · 1 year ago
Text
Açığı hərdən elə xanımlar görürəm ki, insan baxmağa qıymır. Və içimdən “ən ciddi münasibətim olsa bu qız üçün vazkeçərəm” deyirəm.
75 notes · View notes
aythoruc · 8 months ago
Text
Keçən dəfə yuxumda görürəm ki, villamda şir gəzir aöcpsğdlaödk iki gün əvvəldə gördüm ki, itlər arxamca qaçır, məni dişliyir ahahaha mən niyə belə yuxular görürəm abii
25 notes · View notes
rftdamir · 3 days ago
Text
Biraz insanlara qarışmağa cəhd edirəm, daha mehriban və sosyal davranıram. Görürəm ki, həqiqətən insanlar bu cəmiyyətdə, buna hazır deyil.
18 notes · View notes
xosqueendemleaxtariramseni · 7 months ago
Note
Xoşqədəm xanım mən uşaq vaxtı sizin ikili ekranda axtardığınız kişilərdən çox qorxurdum. İndi də baxanda görürəm ki, haqlıymışam. Onları axtarmasanız olar?
Qızım, onlarda insandır da. Mənim də çörəyim onlardan çıxır. Doğuş çox pul qazansa onları axtarmayacam. Dua elə Doğuş əmin üçün😘🥰
22 notes · View notes