#fərqlilik
Explore tagged Tumblr posts
exactoes · 1 month ago
Text
yeni ilə 4cü dəfədi ki 39.5-40.5 qızdırma ilə ölə ölə girirəm, bu dəfə fərqlilik olsun deyə əlimdə malinalı çay, the grinch izləyə izləyə girməyi düşünürəm (21 yaşım var və ilk dəfə baxacam)
15 notes · View notes
madinaa17 · 2 years ago
Text
Sezen Aksu'nun mahnılarını başqa şəxs oxuyanda mahnıdan iyrənirəm. mahnıya fərqlilik qatmaq istəyirlər, amma başa düşmürlər ki, kimsə Sezen Aksu ola bilməz
35 notes · View notes
evezysf · 2 years ago
Text
Varlığı ilə bir şey qazandırmayanların yoxluğu ilə onsuzda nəysə itirmirdik.
Varlığı ilə həyatımıza 1-2 fərqlilik qatanlar, siz isə sanmayın ki, yoxluğunuz ilə kimlərsə əksildi. Unutmayın ki, sizdən əvvəldə var idik və sizdən əvvəldə bu həyat davam edirdi,edəcəkd��. Özünüzü çox da önəmli birisi sanmayın. Hər kəsin özünə doğma bildikləri xaric olmaqla mükəmməl insan deyə bir şey yoxdur. Bu qədər sadə.
87 notes · View notes
xosqueendemleaxtariramseni · 7 months ago
Note
Axşamınız xeyir, ay Xoşu xala. Necəsiz? Salamatçılığdımı? Ay Xoşu xala, mən necə xoşbəxt ola bilərəm? Mən özümü tapa bilmirəm, yarımam sanki. Desəm eşqə düşmüşəm oda yoxdu başımı aşağı salıb yaşıyıram digəl özümü heç yerə aid hiss edə bilmirəm. Xəyallarım, hədəflərim var və bunlara çatmaq üçün çalışıram. Ammaki xoşbəxt deyiləm. Ay Xoşu xala, nə edim mən? Dedim bəlkə sən gözəl məsləhət verərsən bu qızıva
Hər vaxtın xeyir, qızım. Yaxşıyam, sən də yaxşı ol. Həyatın monoton keçir deyə beləsən. Bir az fərqlilik, aksiyon qat həyatına. Risk et, məsələn. Yeni hobbi tap özünə. Başını qatmaq üçün bir şeylər et. Öyrənmək istədiyin fərqli bir dil öyrənə bilərsən. Fərqli əlifbası olan bir dil ola bilər. Hər dəfə yeni şeylər öyrənəndə özünlə qürur duyacaqsan. Və ya yoqaya başla, elə evdə. Özünə hədəf qoy ki, 1 ay durmadan yoqa edəcəm. Həm sənə yaxşı təsir edəcək, həm də daha sağlam olacaqsan. Rəsmə başla, hekayə yaz. O qədər şey edə bilərsən ki. Monotonluqdan qaç. Uzun müddət görüşmədiyin dostunla da danışa bilərsən, görüşün. Dostların yoxdursa, özünlə vaxt keçir. Mən gəzməyə heç kəsi tapmayanda özüm çıxıb gəzirdim şəhəri. Fərqli yerlər kəşf etməyi sevirəm.
6 notes · View notes
silveriistblog · 1 year ago
Text
Hamıya eyni davranan insanlardan fərqlilik gözləmək başlıca axmaqlıqdır.
17 notes · View notes
laviniaas · 2 years ago
Note
Anonimin uzun müddətdir gəlməsə də, yazılarını,paylaşdıqlarını mütəmadiən izləyir və həzz alır ✨ necəsən sualına bir cavabı olmadığından utandığından gələ bilmirdi:) amma ən azından hal hazırda günə necə şirin başladığı haqda yaza bilər)
İnanılmaz yağış yağırdı,və mənim olduğum yerdə yayda da dərslər olur və dərslərin olduğu yer evimdən ən azı 1 saat uzaqdı, anlayacağın uzun, yağışlı yol məni gözləyirdi.
Mən illərdir ki çətir istifadə etməm yağışı çox çox sevdiyimdən bu gün fərqlilik etmək istədim və çətir də götürdüm.Bu gün çox xoş görüşlü,incə görkəmdə idim təsadüfən, nostaljik fransız qadın incəliyi üzərimdə idi sanki) açığı nadirən güzgüdəki yansımama aşiq olaram, sırf bu səbəbdən dolayı da mutlu olmuşdum.Uzun yoluma mahnılar eşlik etdi təbii ki,ən sevdiyimi link olaraq buraxacam) Yolda da dostlarımla kəsişdik,əyləncəli şəkildə yola davam etdik. 20 səhifə kitab da oxudum hətta,bir-iki şəkil də çəkildi anlıq,çox gözəl idilər 🤍
https://on.soundcloud.com/gypS5
https://on.soundcloud.com/BVbZa
https://on.soundcloud.com/BLgfe
https://on.soundcloud.com/rsTzM
Bu gün mənə eşlik edən mahnılardan bir hissə qoymaq istədim,ümid edirəm zövqünə gözəlcə xitab edərlər.
Geri qalan isə həyat yorucu və məni daha zəif hala gətirmiş,çox xəfif,normal hüzurlu anlarla toparlanacağıma inanmaq istəyirəm.
Həqiqətən necə olduğumu az da çox da izah etdiyimi düşünürəm.Bəs sən həqiqətən necəsən?✨Hriyadeş həqiqətən necədir?)✨
Bu qədər tez geri dönüş edəcəyini gözləmirdim ^-^ izlədiyini bilirəm, təxminən kim olduğunu da :D ama bu sehri pozmaq istəmirəm :d paylaşdıqlarımda çox da həzz alınası şeylər yoxdu, ama yenə də təşəkkür edirəm :D
Nə gözəl təsvir etmisən gününü, gözümdə canlandı hamısı bir - bir. Ümid edirəm, günün qalan hissəsi də belə gözəl və naif davam edər, eləcə də, digər bütün günlərin. Və biraz yaxşıya doğru dəyişiklik hiss elədim sanki. Daha çox hüzurlu. Bir də ki, sən mənim təsəvvürümdə həmişə fransız ədalı, incə, zərif birisən. Zəif yox, zərif.
Mahnılar üçün təşəkkür edirəm. İndi linklər açılmır, ümid edirəm paylaşanda açılacaq... (Açılmadı -_-)
Uzun müddətdir ki, fiziki cəhətdən çox yorğun və halsızam. Zamanın çox tez keçdiyinin fərqinə varalı anı yaşamağa çalışıram. Bir tərəfdən də gecikdirdiyim xəyallarım, gələcək qayğılarım məni narahat edir. Bir yerlərdən başlamağa çalışıram, daha doğrusu, davam etməyə. Hridayeş də yaxşıdı, böyüyür. Bu gün üç ayımız tamam olur, uje yavaş-yavaş adam oluruq. Gülür, fərqli səslər çıxarır, bütün gün oynamaq, danışmaq istəyir. Hər gün yeni bir şey öyrənir. Çox qəribədir. Mən də onunla birlikdə hər gün yeni şeylər öyrənirəm. Günlər çox sürətlə keçir. Bəzən anı dondurub saxlamaq istəyirəm. Bəzənsə, işınlanıb irəli getmək. Belə. Necə olmağından asılı olmayaraq tez-tez gəl, əziz anonimim✨
9 notes · View notes
rftdamir · 2 years ago
Text
TOXUNULMA QORXUSU
İnsan üçün ən dəhşətlisi - naməlumun ona təmas etməsidir. İnsan ona nəyin toxunduğunu görməli və bilməlidir, yaxud ən azı bunun nə olduğunu təsəvvür etməlidir. O hər yerdə yad təmasdan qaçmağa çalışır. Gecə vaxtı, yaxud ümumiyyətlə qaranlıqda qəfil toxunuşdan yaranan qorxu - vahiməyə çevrilir. Geyim də təhlükədən qurtarmır: o asanlıqla cırılır, onun arasından çılpaq, hamar və müdafiəsiz bədənə nüfuz etmək asandır. İnsanların öz ətraflarında ucaltdıqları bütün sədlər məhz qorxu hissindən yaranıb. Onlar heç kəsin girə bilməyəcəyi evlərdə qapanib qalır və yalnız orada özlərini nisbi təhlükəsizlikdə hiss edirlər. Qarətçilərə qarşı duyulan qorxu təkcə əmlaka görə narahatçılıqdan irəli gəlmir, bu həm də qaranlıqdan qəflətən çıxıb yaxalayan əl qarşısındakı dəhşət hissidir. Həmişə və hər yerdə bu dəhşətin simvolu - caynaqlı pəncəyə çevrilmiş əldir. Bunun çoxu ikili məna daşıyan alman sözü "angreifen"-də əks olunub. Bu sözlə eyni zamanda həm zərərsiz təmas, həm də təhlükəli təcavüzkarlıq nəzərdə tutulur və sonuncudan daim nə isə birincidə əks olunur. Tamasa qarşı qorxu hissi bizi, hatta camaat arasında da tark etmir. Küçəda, restoranda, nəqliyyatda qələbəlik içərisində davranış tərzi məhz bu qorxu ilə diktə edilib. Hatta biri ilə yanaşı dayanmaga məcbur olduqda, onu gördükdə və lap yaxından hiss etdikdə tamasdan mümkün qədər qaçmağa çalışırıq. Ogar bunun aksi olarsa, deməli, bu adam xoşumuza gəlib yaxınlaşmaq təşəbbüsünü özümüz göstərmişik. Təsadüfi toxunuşa göra edilən üzrxahlığın tezliyi, üzrxahlığı gözləyərkən duyulan gərginlik, üzrxahlıq olmadıqda isə kəskin bazan, hətta təsirli reaksiya, "incidən adam"a göstərilən (onun toxunduğu dəqiq məlum olmasa belə) qəzəb və nifrat, - naməlum şəxsin təmasına qarşı olan bütün bu təşvişli reaksiyalar zənciri sübut edir ki, burada nə isə çox dərin, daim ayıq-sayıq olan və öz şəxsiyyətinin sərhədlərini aydınlaşdırandan bari insanı heç vaxt tərk etməyən bir şeyə toxunulub. Hətta insanın daha çox müdafiəsiz qaldığı yuxu da qorxudan asanlıqla pozulur, Və yalnız kütlə içərisində insan təmas qorxusundan azad ola bilər. Bu, qorxunun öz əksinə çevrildiyi yeganə situasiya budur, Bunun üçün bədənlərin bir-birinə sıxıldığı sıx kütlə lazımdır, elə bir kütlə ki, öz ruhi məzmununda da sıx olsun, yəni insan onu "əzən"in kim olduğuna laqeyd qalsın. Kim ki, özünü kütlənin ixtiyarına verib, onun təmasından da qorxmur, İdeal halda kütlədə hamı bərabərdir. Müxtəliflik, hətta cinsi fərqlilik də nəzərə alınmır, Kim sənə təzyiq göstərirsə-göstərsin, o da sənin kimidir. Onu özün kimi hiss edirsən. Birdən hər şey sanki bir cismin daxilində baş verirmiş kimi görünür. Yəqin, kütlənin nə üçün həmişə mümkün qədər sıx olmağa çalışması bununla izah olunur: kütlə istəyir ki, fərdə xas olan təmas qorxusunu maksimum dərəcədə boğsun. Insanlar nə qədər çox sıxılmışlarsa, bir-birindən qorxmadıqlarını bir qədər çox hiss edirlər. Deməli, təmas qorxusunun sərf olunması kütləyə xasdır.
17 notes · View notes
crownmebel-blog · 6 years ago
Photo
Tumblr media
1 note · View note
dadaszdkh · 2 years ago
Text
Meşədə iki ayrı cığır vardı və mən ən az ayaq izi olanını seçdim. Budur fərqlilik.
© Frost
47 notes · View notes
anar-abasow · 3 years ago
Text
Təcrübə danışır.
Bir qızla ki, danışırsan ha, sənə başlayır ki, bizim qızların filan şeyi pisdir, filan şeyi düşüklükdü və s. deməyə. Və bu sənə aşırı fərqlilik gördüyünçün onunla sevgili olursan. O qızla sevgili olanda pislədiyi, lağ etdiyi, kezban dediyi bütün qızların cəmi olur.
Qeyd: bu oğlanlara da aiddir.
37 notes · View notes
amahmudova · 2 years ago
Text
Yumruqlarınızı sıxaraq mənim üzərimə gəldiyiniz təqdirdə mənim yumruqlarımı iki qat sıxacağıma inana bilərsiniz. Lakin mənə gəlib: “Gəlin bu məsələni birlikdə danışaq, anlaşılmazlığın səbəbini anlayaq”,- desəniz çox keçmədən aramızda ciddi bir fərqlilik olmadığını hiss edərik, hətta anlaşdığımız nöqtələrin ayrıldığımız nöqtələrdən daha çox olduğu bəlli olar və birlikdə hərəkət etməyimizə heç bir maneə olmadığı dərhal anlaşılar.
7 notes · View notes
madinaa17 · 2 years ago
Text
balaca yaşlarımda o qədər enerji dolu idim ki... hər nə olurdusa, həmişə pozitiv olmağa çalışırdım. ən pis günümdə belə, gülə bilirdim. tam səmimi şəkildə deyirəm. ya kimsə məni güldürərdi, ya da mən qarşımdakını güldürməyə çalışardım ki, o gülsün, mən də ona baxıb,gülüm. indi də qarşımdakını həmişə güldürməyə çalışıram. amma bu dəfə fərqlilik var. özüm gülmürəm. hətta bu aralar mənə belə deyirlər:çox qəşəng zarafatların var. amma özün niyə gülmürsən bunlara? indi isə özümə dönüb baxdıqda uşağlığımdakı məni sanki öldürmüşəm. hər insanla bir dioloqa belə girmirəm. hər kəslə arama sərhədlər əlavə etmişəm. istəmirəm heç kim mənim sərhədlərimi aşsın, istəmirəm heç kim içimdəki əsl uşaq Mədinəni görsün, istəmirəm heç kim mənim qəlbimi qırsın. yox olmaq istəyirəm, amma bir əlimlə həyata tutunmuşam. səmimi olduğum, özümü yaxın bildiyim cəmi üçcə insanı saxlamışam yanımda. və baxmayaraq özümü bu hala salmışam bunlara rəğmən özümdən məmnunam🧚🏻‍♀️
36 notes · View notes
alifila · 3 years ago
Text
Zaman yalnız Albert Eynşteynin dediyi kimi, bir sistemdən başqasına keçərkən, yaxud işıq sürətinə yaxın və ondan çox aşağı sürətlərdə fərqlilik göstərmir, o, elə adi həyatımızda da nisbidir. Hər dəqiqəsi xoş keçən biri ilə həbsxanada günlərini sayan bir məhbusun nəzərində zamanın sürəti eynidirmi? Əlbəttə, yox! Biz zamanın tez gəlib keçməsini istəyəndə gec, gec keçməsini istəyəndə isə çox sürətlə keçib gedir.
22 notes · View notes
nubarx · 2 years ago
Text
Hər insan eyni deyil, ama hər kəs də fərqli deyil) fərqlilik sadəcə gözümüzdə yaratdığımız qədərdir
3 notes · View notes
ruslandavidov · 3 years ago
Text
Məhz "insanlar bu cür bəyənir, bu cür daha sevilərəm" deyə nə özünüzü, nə xarakterinizi, nə geyiminizi, nə də zövqünüzü, dəyişməyin. Özünüz olun, fərqlilik axtarın və unutmayın ki, eynilik çox sıxıcıdır. Özünüzü, özünüz üçün ideallaşdırın, başqalarının düşüncəsini boş verin.
37 notes · View notes
aysdeluna · 3 years ago
Text
İçki kəsmir ee daha artığı lazımdı. Sözün düzü həftədə 1 içirəm amma o deyil də. Orqanizm fərqlilik tələb edir
11 notes · View notes